Məhkəmə qərarları › İş №1(022)-10/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-10/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-10/2024 24.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri vəkil Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxxx 1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilməklə barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasıda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə saat 01:10 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi «Balıq evi» kafesində, ictimai yerdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, Şahid1 Azərbaycan dilində yaxşı danışa bilməməsinə görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onlarla söhbəti davam etdirmək üçün kafedən çıxmalarına mane olmaq məqsədi ilə kafenin giriş qapısında dayandıqları üçün başlamış dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 bir dəfə yumruq zərbəsi vurmaq üçün hücum etmiş, lakin sonuncu zərbədən yayındığı üçün o, xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 üzərinə hücum edib, sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub yerə yıxmış, daha sonra sonuncunun qarnının üzərinə oturub sifət nahiyyəsinə bir-neçə dəfə yumruq zərbəsi vuraraq ona burun, sol qulaq seyvanı, sol qaş nahiyəsinin sıyrıqları, hər iki diz nahiyyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs1 yerə yıxılmağından istifadə edib, taxta stulla baş, boyun və əl nahiyyələrinə iki-üç dəfə zərbə vuraraq ona boyun nahiyəsinin sıyrıqları, sağ əl, hər iki bazu nahiyyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmadığı üçün dərəcələri təyin edilməyən, eyni zamanda sağ əlin İİ barmağının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra o, xuliqanlıq hərəkətlərini davam etdirərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 nalayiq ifadələrlə təhqir edərək, zor tətbiq etmək hədəsi ilə üzərinə hücum edib əlində olan stulla başına zərbə vurmaq istəyərkən sonuncunun özünü müdafiə məqsədi ilə taxta stulla qarşılıq verməsi nəticəsində stullar bir-birinə dəyərək sınmış və nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 35 (otuz beş) manat maddi ziyan vurmaqla kafenin içərisində xuliqanlıq hərəkətlərini davam etdirərək 10-15 dəqiqə ərzində kafedə olan şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törədilmiş əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır. Şahid1 onun dostudur. Təxminən beş il bundan əvvəl o, Rusiya Federasiyasının Saratov şəhərinə gedən zaman əvvəlcədən tanıdığı Əliabad kənd sakini Şahid1 ilə birlikdə iki ay birlikdə yaşamışdır. 2023-cü ilin mart ayında novruz bayramında Şahid1 Rusiyanın Saratov şəhərindən Azərbaycan Resublikasına gəlmişdir. Şahid1 gəldiyi gün onun yaşadığı evdə qalmışdır. Səhəri günü o, Pərvizi Əliabad kəndində olan əmisi evinə aparmışdır. 10 aprel 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdən çıxmış və Xırmandalı kəndinin giriş hissəsində Pərvizlə görüşmüşdür. Daha sonra Pərvizlə rayona gedib çay içmək qərarına gəlmişlər. Pərviz rayon ərazisində olan kafeləri tanımadığından o, Pərvizi Mərkəzi bazarın yaxınlığında olan “Balıq evi” adlanan kafeyə aparmışdır. Orada onlar ikisi əyləşərək, spirtli içki olan pivə içməyə başlamışlar. Həmin vaxt kafedə başqa tanımadığı şəxslər də olmuşdur. Biraz sonra o, kafedə əvvəlcədən tanıdığı Mahir adlı şəxsi masaya çay içməyə dəvət etmişdir. Şahid1 Azərbaycan dilində yaxşı bilmədiyindən rus dili ilə qarışıq danışır. Mahirlə söhbət edən zaman Pərvizlə arasında anlaşılmazlıq olmuş, lakin o, Pərvizlə Mahir arasında olan söhbəti sakitləşdirmiş və Mahir masadan qalxan zaman sakit şəkildə qalxaraq, əvvəlcədən oturduğu masaya qayıtmışdır. Həmin vaxt Mahirin əyləşdiyi masadan orta yaşlı bir nəfər şəxs kabinetin pərdəsini çəkərək Pərvizə işarə verib öz masasına dəvət etmişdir. Pərviz də ayağa qalxaraq, həmin şəxsə yaxınlaşaraq söhbət etməyə başlamışdır. O da masadan qalxaraq, həmin masaya yaxınlaşmış və Pərvizi özü ilə aparmaq istəmişdir. Lakin orada olan sonradan adının Əli olduğunu bildiyi şəxs ona stul vermiş, o da əyləşmişdir. Söhbət zamanı onlar arasında heç bir səbəb olmadan sözlə mübahisə başlamışdır. Masada olan və daha sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 Pərvizə “gəl gedək, çöldə söhbət edək” sözlərini demişdir. Pərviz də ayağa qalxaraq, Elçinlə birlikdə çölə çıxmışdır. O da Pərvizlə Elçinin arxasınca getmiş və pilləkandan qaytarmışdır. Bundan sonra o, Pərvizə evə getməyi təklif etmişdir. Onlar çıxıb getmək istəyən zaman Zərərçəkmiş şəxs1 və Əli Bəşili qapını bağlamışlar və çölə çıxmağa imkan verməmişlər. Buna görə mubahisə daha da böyümüşdür. Buna görə də o, əvvəlcə Əlinin, daha sonra Elçinin sifət nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra onunla Əli və Elçin dava-dalaş etmişdir. Dava-dalaş zamanı onun arxasında olan Zərərçəkmiş şəxs3 baş nahiyəsindən yumruqla zərbə vurmuş, Elçin isə əlində olan küt alətlə baş və alın nahisəindən zərbə vurmağa başlamışdır. Sadəcə olaraq dava-dalaş zamanı onun başından açarla vurulduğuna görə qan gəlməyə başlamışdır. O, hadisə zamanı kafenin içərisində Elçini yerə yıxmış və bir neçə dəfə sifət nahiyəsindən yumruqla vurmuşdur. Buna görə də Əli onun üzərinə hücum etmiş, o da Elçini buraxmışdır. Bundan sonra Elçin onu yumruqla vurmağa başlamışdır. O, da buna görə kafenin içərisində olan stulla Elçinin başına və bədəninə iki dəfə zərbə vurmuşdur. Bundan sonra Əli onu itələyərək divara tərəf aparmış və orada onu yerə yıxaraq tutub saxlamışdır. Bu zaman Elçin də əlində olan stulla onun başından iki dəfə zərbə vurmuşdur. Bundan sonra Əli ilə Elçin çıxıb getmişdir. O da ayağa qalxaraq kafedən çıxmışdır. O, qan itirdiyinə görə yavaş-yavaş hərəkət etmiş və daha sonra Bəydili kənd qəbristanlığına getmişdir. O, hadisə barədə atasına məlumat vermişdir. Daha sonra atası da onu Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Sonradan məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildiyini, yəni CM-in 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışığa nail olduğunu, zərərçəkmiş şəxlərin ondan heç bir şikayət və tələbinin olmamasını, ona görə də ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşayır. 10 aprel 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman əvvəlcədən tanışı Zərərçəkmiş şəxs3 zəng vuraraq harada olmasını soruşmuşdur. Zərərçəkmiş şəxs3 də ona “Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, RTS adlanan yerin girişində olan “Balıq evi” adlanan kafeyə gedirəm, sən də gəl” sözlərini demişdir. O da buna görə evdən tək çıxmış və piyada həmin kafeyə getmişdir. O, kafeyə daxil olan zaman Əlinin gəlmədiyini görmüş, buna görə də pərdəli kabinetlərin birində əyləşərək Əlini gözləmişdir. Bir az sonra Əli kafeyə gəlmiş və onun əyləşdiyi kabinetdə əyləşmişdir. Daha sonra əvvəlcədən tanıdığı Mahir adlı şəxs gəlmişdir. Daha sonra onlar üçü kafenin içərisində sol tərəfdə olan pərdəli kabinetdə spirtli içki qəbul etmişlər. Bir az sonra Şahid3 adlı şəxs də onların masasına gəlmiş və spirtli içki qəbul etmişlər. O, həmin vaxt ayaqyoluna getmiş və qayıdan zaman Mahirin digər masada tanımadığı şəxslərlə oturmasını görmüşdür. O da öz yerində əyləşmişdir. Bir az sonra Mahir həmin masadan qalxmış və onların yanına gələrək, Mahir onlara oturduğu şəxslərdən birini rayon sakini kimi tanıdığını, lakin digər şəxsin isə Rövşən Lənkəranskinin sağ əli olmasını bildirmişdir. Onlar öz arasında söhbət edən zaman digər masada əyləşmiş, sonradan adını bildiyi Pərviz adlı şəxs onların masasında əyləşmişdir. Daha sonra onlar söhbət etməyə başlamışlar. Söhbət davam edən zaman digər masada olan sonradan adını bildiyi Tərlan adlı şəxs də onların masasına yaxınlaşaraq əyləşmişdir. Söhbət zamanı onlar arasında sözlə mübahisə başlamışdır. Pərviz adlı şəxs ona “gəl gedək çöldə söhbət edək” sözlərini demişdir. O da ayağa qalxaraq Pərvizlə çölə çıxmışdır. O, Pərvizə “gedək içəridə söhbət edək” sözlərini demişdir. Buna görə də onlar içəri daxil olmuşlar və söhbət etməyə başlamışlar. Bir az sonra Tərlanla Pərviz evə getmək üçün kafedən çıxmaq istəmişlər, lakin o və Əli qapını örtərək Tərlanla Pərvizin çölə çıxmasına mane olmuşlar. Bu zaman Tərlan əvvəlcə Əlinin sifətinə, daha sonra isə onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Buna görə də o və Əli Tərlanı vurmağa başlamışlar, Tərlan da onları yumruqla vurmağa davam etmişdir. Hadisə zamanı o, Tərlanın vurmasından xəsarət almamışdıır. Orda olan hadisədən sonra küçəyə çıxmışlar, küçədə Pərviz adlı şəxs onu döyərək xəsarət yetirmişdir. Hadisə zamanı Tərlan onu stulla vursa da stul ona bərk dəyməmişdir. Daha sonra kafenin içərisində olan stullarla onlar birbirilərini vurmağa başlamışlar. Tərlan bir ədəd stulla onun baş nahiyəsinə iki dəfə zərbə vurmuş, həmin vaxt o, əlləri ilə başını qoruyan zaman stul onun sol əlinin ikinci barmağına dəyərək əzmişdir. O, həmin vaxt xəsarət almamışdır. Hadisə nəticəsində Tərlanın başından qan axmağını görməmişdir. Bundan sonra onlar Əli ilə çölə çıxmışlar. Daha sonra o, avtomobil açarı və telefonlarının üzərində olmadığını bilmiş və buna görə də kafeyə qayıtmışdır. Kafedən açarı və telefonlarını tapdıqdan sonra evə getmək üçün kafedən çıxmışdır. Hadisə zamanı onu Tərlan birinci yumruqla vurmuşdur. Baş vermiş hadisə kafenin içərisində təxminən 10 dəqiqə davam etmiş və ətrafda təxminən 10 nəfər şəxs olmuş, lakin hamısını kim olmasını bilmir. Hadisə zamanı Mahir və Elşad heç kimi vurmamışlar və xəsarət yetirməmişlər. Kafenin içərisində baş vermiş dava-dalaş zamanı Şahid1 onu vurmamışdır. Küçədə olanda Pərviz onu vurmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs əvvəlcədən yumruqla, daha sonra isə kafenin içərisində olan taxta stulla onun başına və bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Sonda Əhmədov X1 Tərlan Hörmət oğlu ilə aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmadığını, ona görə də ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Balıq evi” adlanan kafeni icarə götürüb işlədir, lakin o, kafe sahibi ilə tanış olduğu üçün pul vermir. 10 aprel 2023-cə il tarixdə saat 22:30 radələrində müştəri kimi tanıdığı Zərərçəkmiş şəxs1 kafeyə daxil olmuş və tək oturmuş, sonra isə əvvəlcədən tanıdığı Şahid2 kafeyə daxil olmuş və Elçinin yanında əyləşmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 də kafeyə daxil olmuş və Elçinlə Mahirin masasında əyləşmişdir. Onlar özləri ilə spirtli içki visqi gətirmişlər və həmin visqini içmişlər. Həmin vaxt saat 22:50 radələrində əvvəlcədən tanımadığı, sonradan adlarının Tərlan və Pərviz olmasını bildiyi iki nəfər şəxs də kafeyə gəlmiş və sağ tərəfdə masada əyləşmişlər. Tərlanla Pərviz pivə sifariş vermişlər. 11 aprel 2023-cü il tarixdə saat 01 radələrində o, kafenin mətbəxində işləyən zaman salonda səs-küy olmasını eşitmiş və çölə çıxmışdır. O, çölə çıxan zaman Əli, Elçin və Tərlan adlı şəxslərin bir-biriləri ilə mübahisə etmələrini görmüşdür. Daha sonra Elçin qapını bağlamışdır. Əli də Tərlanı itələyərək çölə çıxmasının qarşısını almış və nəlayiq ifadələr işlədərək heç kim çölə çıxmaz sözlərini qışqıraraq demişdir. Bundan sonra Tərlan əvvəlcə Əlini, sonra isə Elçini yumruqla vurmuşdur. Buna görə də X5 yumruqla vurmağa başlamışlar. Elçin, Əli və Tərlan taxtadan olan və çöldən görünən kabinetin içərisinə daxil olmuşlar və orada dava etməyə başlamışlar. Bir-iki dəqiqə sonra onlar kabinetdən çıxmışlar və Tərlan Elçini yerə yıxaraq üzərində oturub, yumruqla vurmağa başlamışdır. Bir az sonra ayağa qalxmış və dava-dalaş ayaqüstə davam etmişdir. Dava zamanı Əli Pərvizin sol qoluna stulla zərbə vurmuşdur. Tərlan da Elçin yerdə olan zaman iki dəfə başından stulla zərbə vurmuşdur. Həmin vaxt Tərlanın başından qan axmağa başlamışdır. Bundan sonra Əli Tərlanı itələyərək pəncərənin yaxınlığına aparmış və orada yerə yıxmışdır, bundan istifadə edən Elçin əlində olan stulla Tərlanın başına zərbə vurmuşdur. Bundan sonra dava-dalaş qurtarmış və onlar hamısı kafedən getmişlər. Davadalaş başlayan kimi o, hadisə barədə polis əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Baş vermiş dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı Elçinin əlində bıçaq görməmişdir. Hadisə zamanı yeməkxanada olan iki ədəd taxta stuldan birini Zərərçəkmiş şəxs1, digərini isə Təqsirləndirilən şəxs sındırmış və həmin taxta stulların sındırılması nəticəsində ona 70 (yetmiş) manat maddi ziyan dəymişdir. Dəymiş ziyanın 35 manatını Zərərçəkmiş şəxs1, 35 manatını isə Təqsirləndirilən şəxs tamamilə ödəmişdir. Hadisə zamanı sındırılmış stulları o, özü almış və kafe sahibinə məxsus deyildir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, ona görə də ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, Vaqif küçəsi ev 36-da qeydiyyatda olmaqla, Vaqif küçəsi 25-də yaşayır. 10 aprel 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman tanışı Şahid2 zəng vuraraq onu Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, “RTS” deyilən yerin yaxınlığında yerləşən “Balıq evi” adlanan kafeyə spirtli içki içməyə dəvət etmişdir. O da buna görə yaşadığı evdən çıxmış və piyada həmin kafeyə getmişdir. O, kafeyə daxil olan zaman əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 və tanımadığı bir nəfər şəxsin kafenin içərisində sol tərəfdə olan pərdəli kabinetdə əyləşmələrini görmüşdür. O da Elçinin yanında əyləşmişdir. Bir az sonra Şahid2 kafeyə gəlmiş və onlarla birlikdə əyləşmişdir. Daha sonra onlar hamısı spirtli içki qəbul etmişlər. Bir az sonra onların yanına Şahid3 kimi tanıdığı şəxs də gəlmişdir. Onlar hamısı birlikdə spirtli içki qəbul edən zaman Mahir masadan qalxmış və digər masaya getmişdir. Mahirin əyləşdiyi masada oturan şəxsləri o, tanımamışdır. Daha sonra o, ayaqyoluna getmək üçün masadan qalxmış və birinci mərtəbəyə düşmüşdür. O, qayıdan zaman Mahirlə tanımadığı bir nəfər şəxsin masada əyləşməsini görmüşdür. O da öz yerində əyləşmişdir. O, masaya əyləşən zaman Elçinlə tanımadığı Pərviz adlı şəxsin artıq sözlə mübahisə etmələrini görmüşdür. Söhbət davam edən zaman digər masada olan sonradan adının Tərlan olmasını bildiyi bir nəfər şəxs də masaya gəlmişdir. Pərviz adlı şəxs Elçinə “gəl gedək çöldə söhbət edək” sözlərini demişdir. Elçin də ayağa qalxaraq Pərvizlə çölə çıxmışdır. O və X3 yanına gedərək “içəridə söhbət edək” sözlərini deyərək içəri davət etmişlər. Bundan sonra onlar hamısı içəri daxil olmuşlar. İçəridə söhbət etməyə davam etmişlər. Bir az sonra Tərlanla Pərviz çölə çıxmaq istəmişlər, lakin onunla Elçin qapını örtərək, Tərlanla Pərvizin çölə çıxmağına icazə verməmişlər. Buna görə də Tərlan əvvəlcə onu, daha sonra isə Elçini yumruqla vurmağa başlamışdır. Bundan sonra qarşılıqlı dava-dalaş olmuşdur. Dava-dalaş davam edən zaman onlar kafenin içərisində olan taxta kabinetə daxil olmuşlar və orada Tərlanı yumruqla, Elçin isə əlində olan avtomobil açarı il vurmağa başlamışlar. O, Tərlanın baş nahiyyəsinə yumruq zərbələri vurmuşdur. Hadisə zamanı Tərlan Elçini yerə yıxmış və yumruq zərbələri ilə vurmağa başlamışdır. O da Tərlanın üzərinə hücum edərək, Elçini əlindən almışdır. Daha sonra Tərlan bir ədəd taxta stulla Elçinin baş nahiyəsinə iki dəfə zərbə vurmuşdur. O da kafedə olan taxta stulun birini götürüb, Tərlanın başına zərbə vurmaq istəmiş, lakin həmin vaxt Tərlan da əlində olan stulla ona qarşılıq vermişdir, nəticədə stullar toqquşmuş və hər iki stul sınmışdır. Bundan sonra o, Tərlanı pəncərənin kənarına aparıb zorla tutub saxlamış, Elçin də əlində stulla gəlib Tərlanın başına iki dəfə zərbə vurmuşdur. Hadisə nəticəsində Tərlanın başından qan axmağa başlamışdır. Bundan sonra onunla Elçin çölə çıxmışlar. O, çölə çıxdıqdan sonra Mahirlə birlikdə yaşadığı evə getmişdir. Daha sonra baş verən proseslərdən məlumatı olmamışdır. Hadisə kafenin içərisində təxminən 10 dəqiqə davam etmiş və ətrafda təxminən 10 nəfər şəxs olmuş, lakin hamısını tanımır. Hadisə zamanı o, Tərlanın başına və kürək nahiyyəsinə yumruq və kafenin içərisində taxta stulla zərbələr vurmuşdur. Hadisə zamanı Mahir və Elşad heç kimi vurmamış və heç kimə xəsarət yetirməmişər. Dava-dalaş zamanı Təqsirləndirilən şəxs onu yumruqla vursa da o, heç bir xəsarət almamış, buna görə də məhkəmə tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Kafenin içərisində davadalaş davam edən zaman Pərviz Elçini və onu vurmamış və heç bir xəsarət yetirməmişdir. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmadığını, ona görə də ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. Onun təqsiri öz ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biəsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla, orada yaşayır. 10 aprel 2023-cü il tarixdə saat 22 radələrində rayonun Xırmandalı kəndi ərazisində olan zaman dostu Əli ilə telefonla danışmış və onlar birlikdə pivə içməyi qərarlaşdırmışlar. O da buna görə Əlinin ona dediyi, yəni Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Balıq evi” adlanan kafeyə getmişdir. O, kafeyə daxil olan zaman Əli ilə əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 oturmalarını görmüşdür. O da Elçinlə Əlinin yanına getmişdir. Daha sonra onlar spirtli içki olan visqi içmişlər. Biraz sonra əvvəlcədən tanıdığı Tərlan adlı şəxs və yanında tanımadığı bir nəfər şəxs gələrək, kənarda bir masada əyləşmişdir. O, masadan ayaqyoluna getmək üçün qalxmış və gedən zaman Tərlanla görüşmüşdür. O, ayaqyolundan qayıdan zaman Tərlan onu öz masasına dəvət edərək, onlarla çay içməyi təklif etmişdir. O da Tərlanın masasında əyləşmiş və çay içmişdir. Tərlan onun qarşısında olan limondan götürmək üçün icazə istəmiş, o da Tərlana “masa sizindi istədiyini götürün” sözlərini demişdir. Daha sonra o, Əlinin oturduğu masaya qayıtmışdır. Onlar öz aralarında söhbət edən zaman masada əyləşmiş Elçin adlı şəxs Tərlanın yanında olan şəxsə salam vermişdir. Bundan sonra həmin şəxs, yəni Pərviz adlı şəxs ayağa qalxmış və onların masasına yaxınlaşmışdır. Pərviz adlı şəxs əvvəlcə hamı ilə salamlaşmış və daha sonra Elçindən özünü tanıyıb-tanımadığını soruşmuşdur. Elçin da Pərvizi tanımadığını sadəcə olaraq kiməsə oxşatmasını bildirmişdir. Bundan sonra Pərviz adlı şəxs əvvəlcədən türmədə olmasını və çox şəxsi tanımasını bildirmişdir. Buna görə də Pərviz adlı şəxslə Elçin arasında sözlə mübahisə yaranmışdır, Pərviz adlı şəxs Elçinə “gəl gedək çöldə söhbət edək” sözlərini demişdir. Bundan sonra Pərvizlə Elçin ikisi çölə çıxmışlar, lakin biraz sonra geri qayıtmışlar. Bundan sonra yenidən mübahisə başlamış, mübahisəyə Tərlan da müdaxilə etmişdir. Bu zaman Elçin kafenin giriş qapısını tutmuş və Tərlanla Pərvizin çıxmasına mane olmuşdur. Buna görə də Tərlan birinci Elçini yumruqla vurmuş və daha sonra Elçini döyməyə başlamışdır. Bundan sonra Əli, Elçin və Tərlan arasında qarşılıqlı dava-dalaş başlamışdır. Dava-dalaş zamanı Tərlanın başından qan axmağa başlamışdır. Hadisə zamanı Tərlan Elçinin başına stulla vurmuşdur. O da həmin vaxt qapı tərəfdə dayanmışdır. Pərviz adlı şəxs kafenin içərisində dayanmışdır və heç bir müdaxilə eməmişdir. Daha sonra divarın kənarında Əli Tərlanı yerə yıxmış və bundan istifadə edən Elçin stulu Tərlanın başına vurmuşdur. Bundan sonra onlar hamısı kafedən çölə çıxmışlar və yaşadığı evə getmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əvvəlcədən yumruqla daha sonra isə kafenin içərisində olan taxta stulla Zərərçəkmiş şəxs1 başına və bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Zəhmədabad kəndində qeydiyyatda olmaqla yaşayır. O, özü əsəb xəstəsi və üçüncü qrup əlildir. Buna görə də hər gün saat 22 radələrində əsəblərinin sakit olması üçün 200 qram spirtli içki qəbul etməlidir. 10 aprel 2023-cü il tarixdə saat 22 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Balıq evi” adlanan kafeyə getmiş və orada spirtli içki qəbul etmişdir. O, kafenin içərisinə daxil olan zaman əvvəlcədən tanıdığı Mahir adlı şəxsin oturduğu masada əyləşmiş və spirtli içki qəbul etməyə başlamışdır. O, masaya əyləşdikdən sonra masada Mahirdən başqa, Elçin və Əli adlı şəxslərin əyləşməsini bilmişdir. Onlar söhbət edən zaman daha sonradan tanıdığı Pərviz adlı şəxs masaya gəlmişdir. Bundan sonra Pərviz masada olanlarla söhbət etməyə başlamışdır. O, həmin vaxt spirtli içkinin təsiri altında olduğu üçün nə barədə söhbət etmələrini bilməmişdir. Lakin biraz sonra həmin şəxslər arasında olan mübahisə dava-dalaşa çevrilmişdir. O da buna görə oradan uzaqlaşmış və yaşadığı evə getmişdir. O, hadisə zamanı heç kimin əlində bıçaq görməmişdir. Dava-dalaş başlayandan sonra təxminən 5 dəqiqə orada qalmış və daha sonra hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs əvvəlcədən yumruqla daha sonra isə kafenin içərisində olan taxta stulla Zərərçəkmiş şəxs1 başına və bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 10 aprel 2023-cü il tarixdə, saat 22:24-də Əhmədov X2 şəhəri, M.İbrahimov küçəsində yerləşən, “Balıq evi” adlanan kafeyə daxil olur və ətrafı ağ rəngli pərdələrlə əhatə olunmuş kabinetdə əyləşir. Daha sonra həmin tarixdə saat 22:27də Zərərçəkmiş şəxs3 kafeyə daxil olur və Zərərçəkmiş şəxs1 yanında əyləşir. Həmin tarixdə saat 22:41-də Şahid2 da kafeyə daxil olur və Elçinlə Əlinin əyləşdiyi masada əyləşir. Bundan sonra saat 22:51-də Təqsirləndirilən şəxs və Şahid1 kafeyə daxil olmuşlar və kafenin içərisində açıq yerdə masada əyləşmişlər. xx.xx.2023-cü il tarixdə, saat 00:46da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs3 əyləşdiyi masaya gedir və orada Əli ona bir ədəd oturacaq verərək oturmasını bildirir. Daha sonra saat 00:48-də Elçinlə Pərviz birlikdə kafedən çölə çıxırlar və buna görə də Əli ilə Tərlan da onların arxasınca gedirlər. Daha sonra onlar hamısı kafeyə qayıdır və Elçin onlara oturub söhbət etməyi və razılığa gəlməyi təklif edir. Daha sonra Elçin, Pərviz və Əli arasında heç bir səbəb olmadan sözlə mübahisə başlayır. Bundan sonra Pərviz masada ayağa qalxaraq Zərərçəkmiş şəxs3 və Elçini çölə çağırır. Buna görə də Əli ayağa qalxaraq onunla getmək istəyən zaman, orada olan Tərlan ona mane olmaq istəyir, bu zaman Elçin də Pərvizin üzərinə hücum edərək onu vurmaq istəyir, lakin Tərlan onlardan xahiş edərək Pərvizə qarşı hər hansı bir hərəkət etməmələrini xahiş edir. Həmin tarixdə saat 01:11-də Tərlanla Pərviz kafedən çölə çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs3 ucadan nəlayiq küçə söyüşləri söyərək heç kim kafedən çıxmayacaq sözlərini deyir. Daha sonra Elçin gedib qapını bağlayır və daha sonra Əli ilə birlikdə Pərvizlə Tərlanın oturmasını tələb edir və Tərlanı əl-qol hərəkətləri ilə itələyərək qapıdan uzaqlaşdırırlar. Bu zaman Tərlan birinci Zərərçəkmiş şəxs3, daha sonra isə Zərərçəkmiş şəxs1 yumruqla vurmağa başlayır. Davadalaş zamanı Əli Tərlanı yumruqla vurur, Elçin isə əlində olan görünməyən kəsici alətlə vurur, Tərlan isə onların hər ikisinin başına və sifətinə yumruqla vurur. Dava zamanı Tərlan Elçini yerə yıxaraq onun başına yumruq zərbələri vurur, bu zaman Əli Tərlanın üzərinə hücum edərək Elçini onun əlindən alır. Bundan sonra Tərlan yenə Elçini yumruq zərbələri ilə vurur və Elçin də qışqıraraq Əlindən kömək istəyir. Əli Elçinə kömək üçün gedən zaman Pərviz onun qarşısına çıxır və bu zaman Əli stulu götürüb Pərvizin başına vurmaq istəyir, lakin Pərviz əli ilə özünü müdafiə edərək stulu yerə salır. Sonra əvvəlcə Elçin stulla bir dəfə Tərlanın başına zərbə vurur, lakin özü yerə yıxılır, bu zaman Tərlan başqa bir stul götürərək Elçinin başına iki dəfə zərbə vurur. Sonra isə əli bir ədəd stul götürür və Tərlanı vurmaq istəyən zaman Tərlan ona əlindəki stulla qarşılıq verir və stullar bir-birinə dəyir və sınır. Həmin vaxt Əli ilə Tərlan əlbəyaxa olurlar və Əli Tərlanı divarın yanına apararaq yerə yıxır və Elçin də əlində olan bir ədəd stulla Tərlanın başına bir dəfə zərbə vurur. Bundan sonra Elçinlə Əli sonuncunun sözü ilə kafedən birlikdə çıxırlar. Buna görə də dava-dalaş qurtarır. Hadisə zamanı Tərlanın başından qan axması görünür. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon MTE-dən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 171 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 burun, sağ əl, hər iki diz, sol qulaq seyvanı, boyun, və sol qaş nahiyəsinin sıyrıqları, hər iki bazu nahiyyəsinin qançırları və sağ əlin İİ barmağının əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əlin İİ barmağının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Biləsuvar RMX-nın TTY şöbəsinin xx.xx.2023-cü il tarixli 321 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs hadisə baş verən anda yüngül dərəcəli sərxoş vəziyyətdə olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs sonradan CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək CM-nin 128-ci maddəsi ilə təqsirli bilməsini özünü müdafiə xarakteri daşıdığını və CM-nin 128-ci maddəsi ilə yüngül cəza almağa cəhd etməsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasının keçirilməsi zamanı məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində həbsli axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Biləsuvar RPŞ-nin MSY-nə təhvil veilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. CM-in 56.1-ci və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar