Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-10/2025 09.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(022)-173/2024 saylı qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,55 (sıfır tam yüzdə əlli beş) misli miqdarında olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Biləsuvar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-456/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(022)-173/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 10200,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2003-cü ilin oktyabr ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2007-ci il tarixdə rəsmi olaraq qeydə alınmış, birgə nikahdan xx.xx.2007-ci il tarixdə Aytac və xx.xx.2009-cu il tarixdə Əliş adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş, onların birlikdə yaşaması qeyri-mümkün olmuş və bu səbəbdən də Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların nikahına xitam verilərək, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,55 (sıfır tam yüzdə əlli beş) misli miqdarında olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Biləsuvar rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 15 (on beş) gün, xx.xx.2021-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün və xx.xx.2023-cü il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlardan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 10200,00 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Əlavə olaraq o, Zərərçəkmiş şəxs ilə evli olduğu müddət ərzində fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni daş karxanasında fəhlə kimi fəaliyyət göstərdiyini, halhazırda hörgü işləri görərək gündəlik 15,00-20,00 manat olmaqla, aylıq orta hesabla 450,00-600,00 manat qazanc əldə etdiyini və daima fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün işsizliklə bağlı məşğulluq mərkəzinə müraciət etmədiyini göstərmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2003-cü ilin oktyabr ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2007-ci il tarixdə rəsmi olaraq qeydə alınmış, birgə nikahdan xx.xx.2007-ci il tarixdə Aytac və xx.xx.2009-cu il tarixdə Əliş adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş, onların birlikdə yaşaması qeyri-mümkün olmuş və bu səbəbdən də o, Təqsirləndirilən şəxs ilə arasında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların nikahına xitam verilərək, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,55 (sıfır tam yüzdə əlli beş) misli miqdarında olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Biləsuvar rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün, sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək yaranmış olan 10200,00 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar evli olduqlar müddət ərzində Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, hal hazırda da rayon ərazisində fəhlə kimi fəaliyyət göstərərək yetərli qazanc əldə etdiyini və qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 456/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə doğulmuş X3 və xx.xx.2009-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, alimentin tutulması xx.xx.2019-cu il tarixdən başlayaraq X3 və X5 yetkinlik yaşına çatana kimi müəyyən edilmişdir. Biləsuvar rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmiş, borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun çağırışlarına gəlməmiş və borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon Polis Şöbəsinə göndərilmiş, borclu polis şöbəsinin əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə gətirilmiş və şöbədə izahatı alınaraq icra sənədi üzrə tələbin tam şəkildə təmin etməsi borcludan tələb edilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs aliment pulunu tələbkar Zərərçəkmiş şəxs ödəməmiş və tələbkara aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs tələbi təmin etmədiyi üçün barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə borclu 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana xəbədarlıq göndərilmiş, eyni zamanda xx.xx.2020-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət olunmuş və məhkəmənin xx.xx.2020-ci il tarixli, 8(022)-100/2020 saylı qərardadı ilə təqdimat təmin olunaraq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun çağırışlarına gəlməmiş və borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmamış, bu səbəbdən də barəsində xx.xx.2021-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon Polis Şöbəsinə göndərilmişdir. Borcu Təqsirləndirilən şəxs polis şöbəsinin əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə gətirilmiş, yaranmış aliment borcunun tam şəkildə tələbkara ödətdirilməsi üçün borclunun izahatı alınmış, icra sənədi üzrə tələbi tam təmin etməsi tələb edilmiş, lakin borclu yenə də aliment borcunu ödəməmişdir. Borclu tələbi təmin etmədiyi üçün barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə borclu 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, icra məmurunun çağırışlarına gəlməmiş və onun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də borclu barəsində xx.xx.2022-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Borcu Təqsirləndirilən şəxs polis şöbəsinin əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə gətirilmiş və şöbədə izahatı alınaraq icra sənədi üzrə tələbi tam şəkildə təmin etməsi tələb edilmişdir. Təqsirləndirilən şəxs borcunun tələbkara ödənilməsi üçün iltizam vererək vaxt istəmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra məmurunun çağırışlarına gəlməmiş və yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də borclu barəsində xx.xx.2022-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Borcu Təqsirləndirilən şəxs polis şöbəsinin əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə gətirilmiş, yaranmış aliment borcunun tam şəkildə tələbkara ödətdirilməsi üçün borclunun izahatı alınmış, icra sənədi üzrə tələbi tam təmin etməsi tələb edilmiş, lakin borclu yenə də aliment borcunu ödəməmişdir. İcra tədbirləri zamanı borclu tələbkara olan borcunu tam şəkildə ödəmədiyi üçün xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin tənbehdən sonra borcluya icra sənədi üzrə tələbi tam təmin etməsi üçün yeni müddət verilmiş və daşıyacağı məsuliyyət barədə xəbərdarlıq edilmiş, lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Qeyd olunan icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkara cəmi 1000,00 manat ödəniş etmiş və hazırda borclunun tələbkara 10200,00 manat aliment borcu yaranmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs əməlində qərəzlilik elementləri olduğundan cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdikləri xüsusatları tam olaraq təsdiq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli 2(022)-456/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə doğulmuş X3 və xx.xx.2009-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,55 (sıfır tam yüzdə əlli beş) misli miqdarında sabit pul məbləğində alimentin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-456/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Biləsuvar rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimat ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Biləsuvar Rayon Məhkəməsinin 8(022)-100/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 3(022)-24/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(022)-70/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 20 (iyirmi gün) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(022)-173/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş X2 X1 filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək-Məşğulluq” altsistemində qeydiyyatının mövcud olmadığı aşkarlanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olaraq, qazancı orta hesabla aylıq 450,00-600,00 manat müqabilində təşkil etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnaməni icra etmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş və Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu 10200,00 manat məbləğində ziyandan heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(022)-173/2023 saylı qərarından və digər sənədlərdən görünür ki, Sayılov X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-456/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (indiki İXM-in 528-ci maddəsi) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda, borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Sayılov X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-456/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 3(022)- 24/2020 saylı, xx.xx.2021-ci il tarixli 3(022)-70/2021 saylı və xx.xx.2023-cü il tarixli 3(022)- 173/2023 saylı qərarlarına əsasən İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenidən qərəzli olaraq icra etməmiş və buna görə də icra qurumu olan Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini və təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan 19 oktyabr 2024-cü il tarixli «axtarışda olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 oktyabr 2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 306.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalardan birinin təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə borc məbləğinin miqdarını və bununla da icrası məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeydliyi, habelə zərərçəkmişlə barışığın əldə edilməməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş üzrə məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməsini cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halı nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Biləsuvar rayon məhkməsinin xx.xx.2024-cü il tarixli 1(022)-173/2024 saylı qərarı ilə CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, axtarışı elan olunmuş Təqsirləndirilən şəxs aparılan əməliyyataxtarış tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə tutulmuş və Biləsuvar RPŞ-nin MSYnə təhvil verilmişdir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək, yəni 02 (iki) gün saxlanılma müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 08 dekabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(022)-10/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-10/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver