Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-100/2024 07.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan MR-nın Şərur rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Naxçıvan MR-nın Şərur rayonu Xalac kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -5,628 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 fevral 2024-cü il tarixdə saat 02:05 dəqiqədə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 103-cü kilometrliyində yerləşən ərzaq mağazasının yaxınlığında “Toyota Corolla” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd yapışqanlı lente sarılmış gümüşü falqa kəsiyinə bükülmüş xeyli miqdarda, təmiz çəkisi-5,628 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Naxçıvan MR-nın Şərur rayonu, Xalac kəndində ailə üzvləri ilə birlikdə yaşayır, fəhləlik edərək ailəsini dolandırır. Əvvəllər narkotik vasitələrdən istifadə etməmiş və bununla bağlı məhkumluğu olmamışdır. Təxminən 15 gün bundan əvvəl yaşadığı Naxçıvan MR-sı Şərur rayonundan çıxmış və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan dostu Ülvünün evinə qonaq getmişdir. Saxlanılmamışdan 4 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində piyada gəzən zaman yoldan bir ədəd bükülü tapmışdır. Həmin bükülü gümüşü rəngli kağıza bükülmüş və ətrafında da yapışqan lent olmuşdur. Bükülüyə baxan zaman içərisində marixuana olmasını görüb, cibində saxlamışdır. Daha sonradan şəraiti olmadığı üçün həmin marixuanadan istifadə edə bilməmişdir. 10 fevral 2024-cü il tarixdə saat 10 radələrində dostu Ülvü vasitəsi ilə tanıdığı Naxçıvan MR-nın sakini X13 onun yaşadığı evə gəlmişdir. Pərviz Quliyev ilə söhbət edən zaman onun eyni rayonlu olduğunu bildiyi üçün daha yaxından tanış olmuşdur. Pərviz Quliyev ona İmişli rayonuna dostunun yaxın qohumunun hüzür məclisinə getmək istədiyini, lakin tək getmək istəmədiyini deyərək ona da getməyi təklif etmiş və ondan avtomobil tapmağını xahiş etmişdir. O da buna görə Bakı şəhərində yaşayan dostu Sənanla əlaqə saxlamış və taksi tapmasını xahiş etmişdir. Bir neçə saat sonra Sənan ona zəng vuraraq, taksi sürücüsü ilə danışdığını və gedə biləcəyini demişdir. Daha sonra taksi sürücüsü Qurban adlı şəxs idarə etdiyi “Toyota Corolla” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu, Pərvizi və Sənanı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yaşadığı məhəllədən götürmüş və daha sonra onlar İmişli rayonuna getmək üçün hərəkətə başlamışlar. Bir neçə saat sonra onlar İmişli rayonuna tanımadığı kəndin birinə hüzür məclisi olan evə getmişlər. Pərviz və onlar hüzür məclisi olan həyətə daxil olmuşlar və Pərviz öz dostu ilə görüşmüşdür. Bir neçə dəqiqə sonra onlar Bakı şəhərinə getmək üçün hərəkətə başlamışlar. Biləsuvar rayonu, Xırmandalı kəndi, Ələt-Astara yolunun 103-cü kilometrliyində hərəkətdə olan zaman polis əməkdaşları sürücü X2 işarəsi vermişlər, sonuncu da avtomobili saxlamışdır. Daha sonra polis əməkdaşları onlara yaxınlaşaraq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Biləsuvar RPŞ-nə aparmışlar. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunduqdan sonra öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün Müdafiəçi vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. O da əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində olan bir ədəd yapışqanlı lentlə sarılmış gümüşü falqa kəsiyinə bükülmüş narkotik vasitə marixuana olan bükülünü çıxarıb təqdim etmiş və sorğu zamanı həmin bir ədəd bükülünün içərisində özünün istifadə etməsi üçün marixuana olmasını, həmin marixuananı təxminən 4 gün bundan əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində piyada gəzən zaman yoldan tapmasını bildirmişdir. Bundan sonra üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra açılıb baxılmışdır. Polis əməkdaşları həmin bükülünün içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi olmasını və elekron tərəzidə çəkilən zaman -8,53 qram olması müəyyən etmişlər. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. Bundan sonra onun, müdafiəçisi Müdafiəçi, X14, müdafiəçisi X10, X5, müdafiəçisi X4, X8, müdafiəçisi X18 iştirakı ilə Qurban Nəbiyevin idarə etdiyi “Toyota Corolla” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobildə heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. Narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış, lakin istifadə etmək imkanı olmamış və həmin narkotik vasitə qurudulmuş marixuananı satmaq fikri olmamışdır. Ailə üzvlərindən və tanışlarından heç kim narkotik vasitə qurudulmuş marixuananı qəbul etməsi və üzərində daşıması barədə məlumatları olmamışdır. Onunla birlikdə saxlanılan Pərviz Quliyevin, Sənan Şalanovun və Qurban Nəbiyevin üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuanadan məlumatları olmamışdır. X32 üzərindən aşkar olunmuş -5,331 qram narkotik vasitə qurudulmuş marixuanadan məlumatı olmamışdır. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon X6 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Sumqayıt şəhərində yaşayan X5 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Pərviz Quliyevin cinayət əməlinin ifşa edilməsi üçün 10 fevral 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru X11, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X15, RPŞ-nin PPXBnin polis nəfəri, polis baş serjantı X21, RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X19, Biləsuvar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X16, Biləsuvar RPŞnin DYPB-nin YPX-nın inspektoru polis baş serjantı X20 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 11 fevral 2024-ci il tarixdə saat 02:05 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı X8 idarə etdiyi “Toyota Corolla” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildə tanışları Təqsirləndirilən şəxs və X22 ilə birlikdə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsinin 103-cü kilometrliyində hərəkətdə olan zaman saxlanılaraq ona Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib hava, əməliyyat şəraiti və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla onu və sərnişin Təqsirləndirilən şəxs, X17 və sürücü X12 avtomobillə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. X5, Təqsirləndirilən şəxs, X14 və X8 üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçıları Xanlar Alışova və Həsən Əliyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğuna görə müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X3 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd yapışqanlı lentlə sarılmış gümüşü falqa kəsiyinə bükülmüş bükülü və 1 ədəd “Samsunq” markalı mobil telefonu təqdim edərək, bükülünün içərisində narkotik vasitə marixuana olmasını, 4 gün əvvəl Bakı şəhəri Xətai rayonu ərazisində yerdən tapmasını və daha sonra istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükülü açılıb baxıldıqda, içərisində yaşıl rəngli, narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin bükülü şöbənin elektron tərəzisində çəkildikdə, bükülü ilə birlikdə -8,53 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmış X5 da üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir, buna görə də o, azad edilmişdir. X1 yanında olan tanışları Sənan Şalanovun və Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan Şəxsi axtarış və götürmə barədə 11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd yapışqanlı lentlə sarılmış gümüşü falqa kəsiyinə bükülmüş bükülü və 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək, bükülünün içərisində narkotik vasitə marixuana olmasını, 4 gün əvvəl Bakı şəhəri Xətai rayonu ərazisində yerdən tapmasını və daha sonra istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükülü açılıb baxıldıqda, içərisində yaşıl rəngli, narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğu, həmin bükülü şöbənin elektron tərəzisində çəkildikdə, bükülü ilə birlikdə -8,53 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. 11 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörünütülərə məhkəmə istintaqı zamanı baxış keçirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X9 xx.xx.2024-cü il tarixli 19/125 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində " Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükülü..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -5,628 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 5,628 qram., cəmi tədqiqata sərf olundu-0,05 qram., qalıq 5,578 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,628 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 5,578 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 138 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq sindromu olmadan KANNABİNOİDLƏRDƏN istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomoniya xəstələyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 maddəsində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə barəsində 01 il, 01 ay, 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şərur rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmışdır. Məhkumluğu ödənilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 11 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə saat 02:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 fevral 2024-cü il tarixdə saat 11:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. İş materiallarından görünür ki, Biləsuvar rayon məhkməsinin xx.xx.2024-cü il tarixli 1(022)-100/2024 saylı qərarı ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Naxçıvan MR-nın Şərur rayonunda tutumuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 fevral 2024-cü il tarixli 138 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 5,578 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixindən 12 fevral 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 5,578 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X30
Məhkəmə qərarları › İş №1(022)-100/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-100/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver