Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-101/2023 24.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1973-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, Nəsimi küçəsində yerləşən 14 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı 25 yanvar 2023-cü il tarixdə vəfat etmiş Məmmədov Mübariz Cavanşir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, 21 aprel 2021-ci il tarixdə, saat 03 radələrində Biləsuvar şəhəri, Nizami küçəsi ilə 1 May küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın qapısına vurulmuş kilidi sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olub oradan oradan 20 manat dəyərində bir ədəd şüşə çaydanı, hər birinin qiyməti 15 manat olmaqla, ümumilikdə 30 manat dəyərində iki ədəd şüşə çaydanı, hər birinin qiyməti 1 manat 50 qəpik olmaqla, ümumilikdə 3 manat dəyərində iki ədəd şəkər tozu qabını, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 10 manat dəyərində beş ədəd balaca pendir qabını, hər birinin qiyməti 20 manat olmaqla, ümumlikdə 100 manat dəyərində beş ədəd şüşə meyvə qabını, hər birinin qiyməti 15 manat olmaqla, ümumilikdə 45 manat dəyərində üç ədəd şüşə konfet qabını, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində dörd ədəd dörd ayaqlı şüşə konfet qabını, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 24 manat dəyərində səkkiz ədəd şüşə mürəbbə qabını, hər birinin qiyməti 50 qəpik olmaqla, ümumilikdə 12 manat dəyərində iyirmi dörd ədəd balaca şüşə stəkanı, hər birinin qiyməti 70 qəpik olmaqla, ümumilikdə 16 manat 80 qəpik dəyərində iyirmi dörd ədəd böyük şüşə stəkanı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 18 manat dəyərində altı ədəd şüşə çaxır rumkasını, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 12 manat dəyərində altı ədəd şüşə bakalı, hər birinin qiyməti 1 manat 30 qəpik olmaqla, ümumilikdə 31 manat 20 qəpik dəyərində iyirmi dörd ədəd yemək boşqabını, hər birinin qiyməti 2 manat 50 qəpik olmaqla, ümumilikdə 30 manat dəyərində içərisində balaca boşqab olmaqla on iki ədəd aş boşqabını, hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla, ümumilikdə 108 manat dəyərində iyirmi dörd ədəd bulud boşqabını, hər birinin qiyməti 6 manat 50 qəpik olmaqla, ümumilikdə 26 manat dəyərində dörd ədəd duz qabı olan aş dəstini, hər birinin qiyməti 70 qəpik olmaqla, ümumilikdə 8 manat 40 qəpik dəyərində on iki ədəd aş-qara qoyulması üçün istifadə edilən şüşə qabı, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 40 manat dəyərində iki ədəd şüşə çərəz qabını, hər birinin qiyməti 1 manat 80 qəpik olmaqla, ümumilikdə 72 manat dəyərində qırx ədəd şüşə kasanı, hər birinin qiyməti 70 qəpik olmaqla, ümumilikdə 44 manat 80 qəpik dəyərində altmış dörd ədəd şüşə fincanı, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 12 manat dəyərində altı ədəd saxsı piti qabını, 10 manat dəyərində bir ədəd saxsı qazanı, hər birinin qiyməti 10 manat olmaqla, ümumilikdə 30 manat dəyərində üç ədəd “Tefal” markalı qazan dəstini, hər metrinin qiyməti 1 manat 50 qəpik olmaqla, ümumilikdə 90 manat dəyərində altmış metr uzunluğunda qırmızı rəngli parçanı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 18 manat dəyərində altı ədəd hamam dəsmalını, hər birinin qiyməti 1 manat olmaqla, ümumilikdə 15 manat dəyərində on beş ədəd əl-üz dəsmalını, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat dəyərində üç ədəd balınc üzünü, dəyəri 10 manat olmaqla bir ədəd tək nəfərlik çexol-astarı, dəyəri 6 manat olmaqla kauçuk materialından olan ədviyyat qabı dəstini, hər birinin qiyməti 5 manat olmaqla, ümumilikdə 10 manat dəyərində iki ədəd kauçuk materialından olan padnosu, ümumi dəyəri 3 manat olan on iki ədəd pendir bıçağı dəstini, dəyəri 2 manat olmaqla bir ədəd qozqıranı, dəyəri 10 manat olmaqla bir ədəd tökmə materialından olan tavanı və dəyəri 10 manat olmaqla bir ədəd alminium materialından olan balaca qazanı oğurlayaraq, zərərçəkmiş şəxsə ümumlikdə 966 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Biləsuvar şəhəri, Nəsimi küçəsində yerləşən 14 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir, yalnız fərdi əməklə məşğul olmaqla, maddi təminatını çətinliklə ödəyir. O, 2021-ci ilin aprel ayının sonlarında saat 01 radələrində qonşusu Məmmədov Mübariz Cavanşir oğlu ilə birlikdə yemək yemiş və spirtli içki qəbul etmişdir. Yeyib-içdikdən sonra M.C.Məmmədov ona xalası Həsənova Dəstəgül Hüseynəli qızının öldüyünü və buna görə də sonuncunun evinin sahibsiz qaldığını demişdir. O, M.C.Məmmədovun xalası D.H.Həsənovanı əvvəllər tanımışdır. Belə ki, D.H.Həsənova onunla qonşu olmuş və işlətdiyi ərzaq mağazasında da yaşamışdır. D.H.Həsənova öldükdən sonra həmin mağazanı sonuncunun qızı Zərərçəkmiş şəxs bağlamış, özü isə Biləsuvar rayonundan getmiş və həmin mağaza nərazarətsiz qalmışdır. M.C.Məmmədov ona həmin mağazada olan qab-qacaqları oğurlayıb onun evində gizlətməyi, sabah isə həmin əşyaları satmağı, qazanacaqları pulla da yeyib-içəməyi təklif etmişdir. O da M.C.Məmmədovun təklifi ilə razılaşmış və yaşadığı evin həyətindən arabanı götürüb sonuncu ilə birlikdə Biləsuvar şəhəri, 1 May küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən mərhum D.H.Həsənovaya məxsus köhnə mağazanın qarşısına getmişdir. O, arabanı mağazanın qarşısında dəmir qapının yaxınlığında saxlamış, özü isə həmin küçələrin kəsişməsində dayanmışdır. Onun həmin yerdə dayanmaqda məqsədi ətrafa baxmaq və kənar şəxslər gəldiyi halda M.C.Məmmədova məlumat vermək olmuşdur. M.C.Məmmədov mağazanın qapısına vurulmuş köhnə kilidi asanlıqla açaraq mağazaya daxil olmuşdur. Bundan bir qədər sonra M.C.Məmmədov mağazadan bir neçə qutuda qab-qacaq gətirmiş və arabaya yükləmişdir. M.C.Məmmədov həmin qutuları arabaya yığdıqdan sonra arabanı sürmüş və onlar birlikdə hadisə yerindən uzaqlaşmışlar. Bundan sonra onlar onun yaşadığı evə, yəni Biləsuvar şəhəri, Nəsimi küçəsində yerləşən 14 nömrəli evə getmişlər. Onlar evə çatdıqdan sonra həyətə daxil olaraq mağazadan oğurladıqları qutularda olan qabları həyətdəki dəmir masanın üzərinə yığmışlar. Bundan təxminən iki saat sonra polis əməkdaşları onun evinə gəlmişlər və o, həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları onu Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Bundan başqa o bildirdi ki, həmin mağazaya o daxil olmamışdır. M.C.Məmmədov mağazaya daxil olmuş, o isə həmin vaxt küçədə dayanmış və həmin əşyaları arabası ilə daşımışdır. O, M.C.Məmmədov ilə birgə oğurladıqları əşyaları həyətə yığdıqları zaman onun arvadı ilə oğlu yatımışlar və buna görə də onlardan heç birinin hadisə barədə məlumatı olmamışdır. O, gecə olduğuna görə M.C.Məmmədovun mağazadan dəqiq neçə ədəd qutuda əşya oğurladığını xatırlamır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərəri könüllü olaraq ödəməklə həmin şəxslə barışıq əldə etdiyini və ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, hazırda Naxçıvan Muxtar Respublikasında ailə üzvləri ilə birlikdə yaşayır. Onun hər iki valideyni vəfat etmişdir və heç bir bacı-qardaşı yoxdur. O, 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini Xəyal Məmmədovla nikaha daxil olmuş və həmin vaxtdan sonra uzun müddət Naxçıvan şəhərində yaşamışdır. O, hər il Biləsuvar rayonuna ata evinə baş çəkmək üçün gəlib getsə də, daimi olaraq Biləsuvar rayonunda qalmamışdır. O, Biləsuvar rayonundan köçdüyü zaman özü ilə heç bir əşya aparmamış və bütün məişət əşyalarını mağazaya qoyub, qapısını kilidləmişdir. 2021-ci ilin fevral ayında o, təkrarən yaşadığı evə gəlmiş, hər şeyin qaydasında olmasını və bütün əşyaların qoyduğu kimi qalmasını görmüşdür. Bundan sonra o, Biləsuvar rayonuna 2021-ci ilin iyul ayının sonunda sənəd işlərini həll etmək məqsədi ilə gəlmişdir. Həmin vaxt xalası Reyhangilə getmişdir. Söhbət zamanı Reyhan ondan evinə gedib-getmədiyini soruşmuş, o da sonuncuya evə getmədiyini, bütün günü sənəd işi ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra xalası ona onun əşyalarının saxlandığı mağazaya oğru girdiyini, mağazanın qapısının sındırıldığını və digər xalası- Şahid3 polis əməkdaşları ilə mağazaya getdiyini, qapının kilidini dəyişdirdiyini və açarın hazırda sonuncuda olmasını bildirmişdir. Bundan sonra o, Şahid3 yaşadığı evə gələrək, açarı götürüb, mağazanın qapısına vurulmuş kilidi açmış və mağazaya daxil olmuşdur. O, bütün əşyalarını mağazanın içərisində olan digər otağa əvvəlcədən yığmışdır. O, həmin otağın kilidini özündə olan açarla açmaq istəmiş, lakin aça bilməmişdir. O, əvvəlcə açarın pas atdığını düşünmüş və buna görə də qapıda olan taxta parçası qırıldığı üçün həmin tərəfdən otağa daxil olmuşdur. Otağa baxdığı zaman o, bütün əşyaları içərisinə yığdığı qutuların, sandığın yerində olduğunu görmüş və buna görə də sandığın və qutuların içərisinə baxmamışdır. Daha sonra o, xalası Reyhanın evinə qayıtmış və evə çatdıqdan sonra xalasının Şahid3 ilə ev telefonu vasitəsi ilə danışdığını görmüşdür. Xalası ona Şahid3 telefonda onunla danışmaq istədiyini bildirmiş və o da sonuncu ilə danışmışdır. Şahid3 ona onun heç bir əşyasının oğurlanmadığını, xalası oğlu M.C.Məmmədovun mağazanın ətrafında içki içən sərxoş adamları acıqlanıb oradan qovduğu üçün həmin vaxtı münaqişə yarandığını və polis əməkdaşlarının da buna görə sonuncunu şöbəyə apardıqlarını bildirmişdir. O, xalası Şahid3 təkrarən mağazaya yığdığı əşyaların oğurlanıboğurlanmaması barədə maraqlanmış, lakin sonuncu bunu inkar etmiş və mağazanın qapısına vurulmuş kilidin köhnə olduğu üçün sındığını bildirmişdir. Daha sonra o, Şahid3 digər otağın dəmir qapısına vurulmuş tarxta parçasının da sındırıldığını soruşmuş, sonuncu da ona mağazadan oğurluq edilib-edilməməsini müəyyən etmək məqsədi ilə polis əməkdaşları ilə birlikdə onun özünün mağazaya daxil olduğunu və otağın qapısını aça bilmədikləri üçün məcbur olub taxtanı sındırdıqlarını söyləmişdir. O, Şahid3 sabah polisə gedəcəyini və bu məsələ barədə maraqlanacağını bildirmişdir. Bu sözündən sonra Şahid3 and-aman edərək mağazadan heç bir əşya oğurlanmadığını, qapısına da polis əməkdaşlarının iştirakı ilə kilid vurulmasını bildirmişdir. O, Şahid3 inandığı üçün səhəri gün mağazaya getməmiş, sənədlə bağlı rayonda işlərini həll edərək Bakı şəhərinə qayıtmışdır. O, təkrarən 2021-ci ilin noyabr ayının əvvəllərində mağazaya çıxarış sənədi almaq üçün Biləsuvar rayonuna gəlmiş, rayonda olduğu müddət ərzində öz evinə getməmiş, yalnız xalası Reyhanın evində qalmışdır. O, ona lazım olan sənədləri aldıqdan sonra isə Bakı şəhərinə qayıtmışdır. O, 2022-ci ilin aprel ayının sonlarında təmir işləri həyata keçirmək Biləsuvar rayonuna gəlmiş və mağazaya getmişdir. Həmin vaxt o, mağazanın içərisində olan digər otağa keçmək istəmiş, lakin yenə də həmin kilidi aça bilməmişdir. Buna görə də qapının kilidini sındırmışdır. İçəriyə daxil olan zaman əşyalarını yığdığı qutuların və sandığın yerində olmasını görmüşdür. Mağazada təmir işləri aparıldığı zaman otaqdan əşyaları çıxartmaq zərurəti yaranmış, buna görə də o, qutuları mağazadan çıxarmağa başlamışdır. Həmin vaxt o, qutuları açıb-baxmış və qutuların əksəriyyətinin boş olmasını, içərisində qab-qacaqların olmadığını görmüşdür. Daha sonra o, sandığı açıb baxmış və içərisinə yığdığı dəsmalların, xara parçalarının, çexol-astarların, stol örtüklərinin, yastıq üzününün, süfrələrin olmadığını görmüşdür. Bundan sonra o, mağazada hansı əşyaların olmadığını müəyyən etmək üçün araşdırma aparmış və mağazadan 2 ədəd çaydanın, 1 ədəd şüşə çaydanın, 2 ədəd şəkər tozu qabının, 2 ədəd balaca yağ çaydanının, 2 ədəd xrustal meyvə qabının, 3 ədəd xrustal gilə meyvə qabının, 3 ədəd xrustal konfet qabının, 4 ədəd xrustal dörd ayaqlı konfet qabının, 8 ədəd xrustal mürəbbə qabının, 24 ədəd balaca şüşə stəkanın, 24 ədəd böyük şüşə stəkanın, 6 ədəd buynuzlu xrustal çaxır rumkasının, 6 ədəd xrustal bakalın, 24 ədəd yemək boşqabının, 12 ədəd aş boşqabının, içərisində 12 ədəd boşqabı, 2 ədəd bulud boşqabı və 4 ədəd duz qabı olan aş dəstinin, 12 ədəd aş qarası qoymaq üçün istifadə edilən şüşə qabın, 22 ədəd şüşə xərçəngli bulud qabının, 2 ədəd şüşə çərəz qabının, 40 ədəd şüşə kasanın, 40 ədəd çini fincanın, 24 ədəd İran İslam Respublikası istehsalı olan fincanın, 6 ədəd saxsı piti qabın, 1 ədəd saxsı qazanın, biri balaca, digəri isə böyük olmaqla “Tefal” markalı qazan dəstinin, 34 metr uzunluğunda “Daş” xaranın, 30 metr uzunluğunda qırmızı rəngli parçanın, 6 ədəd hamam və 15 ədəd əl-üz dəsmalının, 6 ədəd çay süfrəsinin, 3 ədəd yastıq üzünün, 1 ədəd tək nəfərlik çexolastarın, 3 ədəd kauçuk materialdan olan yağ-pendir qabının, 6 ədəd kauçuk materialından olan ədviyyat qabının, 2 ədəd kauçuk materialından olan padnosun, 12 ədəd pendir bıçağının, 1 ədəd qozqıranın, 1 ədəd tökmə materialından olan tavanın, 1 ədəd alminium materialından olan balaca qazanın oğurlanmasını müəyyən etmişdir. Həmin əşyalar ona mərhum anasının SSRİ dövründə ona aldığı cehizlərdir və hazırda həmin əşyalar antik əşyalardır, onun üçün qiymətlə ölçülə biləcək dəyəri yoxdur, mənəvi dəyəri isə olduqca böyükdür. Həmin əşyaların oğurlanması nəticəsində ona 5.000 manat məbləğində maddi ziyan dəymişdir. Ona sonradan həmin əşyaları xalası oğlu M.C.Məmmədovun və qonşusu Təqsirləndirilən şəxs oğurlaması məlum olmuşdur. Həmin əşyalar sonradan ona qaytarılmışdır. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri könüllü olaraq tam ödəməklə onunla barışıq əldə etdiyini, onun sonuncuya qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 230 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır və təqaüdçüdür. Zərərçəkmiş şəxs onun bacısı qızıdır. Zərərçəkmiş şəxs ilə onun qohum olmasına baxmayaraq, onlar arasında münasibətlər mehriban deyil. 2021-ci ilin aprel ayında onu zəng vuararaq Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. O, şöbədə olduğu zaman ona polis əməkdaşları bacısı oğlu M.C.Məmmədovun qonşusu Təqsirləndirilən şəxs ilə birgə bacısı qızı Zərərçəkmiş şəxs Biləsuvar şəhəri, 1 May küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən mağazasından oğurluq etdiyini bildirmişlər. Polis şöbəsində olduğu zaman polis əməkdaşları ona oğurlanmış dörd ədəd qutunu və bir ədəd zənbili göstərmişlər. Həmin qutuların içərisində şüşə çaydanlar, şəkər tozu qabı, meyvə qabları, konfet qabları, dörd ayaqlı konfet qabları, mürəbbə qabları, balaca şüşə stəkanlar, böyük şüşə stəkanlar, yemək boşqabları, aş qabları, bulud qabları, çərəz qabları, şüşə kasalar, bir ədəd saxsı qazan, “Tefal” markalı qazan dəsti, bir neçə metr uzunluğunda “Daş” xara və qırmızı rəngli parçalar, hamam və əl-üz dəsmalları olmuşdur. O, polis əməkdaşlarına bacısının vəfat etdiyini, sonuncunun qızı Zərərçəkmiş şəxs isə hazırda Biləsuvar rayonunda olmadığını, Bakı şəhərində bilmədiyi ünvanda yaşadığını və sonuncunun telefon nömrəsini də bilmədiyini bildirmişdir. Polis əməkdaşları ona həmin qutuları vermişlər və qutuları Zərərçəkmiş şəxs mağazasına yığmağı tapşrımışlar, habelə polis nəfərləri həmin əşyaları mağazaya aparmaq üçün taksi də çağırmışlar. O, taksi ilə Zərərçəkmiş şəxs mağazasına getmişdir, bundan sonra əşyaların Təqsirləndirilən şəxs qardaşı Şahid5 Abbas oğlu mağazaya yığmış, daha sonra sonuncu kilid alıb qapıya vurararaq, mağazanın qapısını kilidləyib açarları da ona təhvil vermişdir. Bundan təxminən bir neçə gün sonra o, qohum-əqrabaya Zərərçəkmiş şəxs yaşadığı evin qapısına vurulmuş kilidin çürüdüyünü və həmin kilidin yenisi ilə əvəz olunduğunu, hazırda açarların onda olması barədə məlumat vermişdir. Həmin hadisədən 5-6 gün sonra Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmiş və açarları ondan almışdır. Zərərçəkmiş şəxs getdikdən sonra o, zəng edərək sonuncudan mağazadan hər hansı bir əşyanın oğulanıb-oğurlanmadığını, yaxud əşyaların hamısının yerində olub-olmamasını soruşmuş və Zərərçəkmiş şəxs telefon vasitəsilə ona mağazadan heç nəyin oğurlanmadığını və əşyaların hamısının yerində olduğunu ona demişdir. O, həmçinin bildirdi ki, o, Zərərçəkmiş şəxs mağazada olan əşyaları ayrı-ayrı şəxslərə satması barədə eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Abbas oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. M.A. Abdullayev əvvəllər taksi sürücüsü kimi işləsə də, hazırda isə fəhlə kimi çalışmaqla ailəsini dolandırır. 21 aprel 2021-ci il tarixdə ona Biləsuvar rayon polis şöbəsindən zəng gəlmiş və qardaşının oğurluq əməli törətdiyinə görə Biləsuvar rayon polis şöbəsində olması ona bildirilmişdir. O da dərhal şöbəyə getmişdir. Polis şöbəsində ona qardaşının və sonuncunun M.C.Məmmədovunmağazadan oğurladıqları əşyaları təqdim etmişlər və M.Şahid3 adlı qadınla birlikdə həmin əşyaları sahibinə aparmasını ona tapşırmışlar. Bundan sonra o və M.Şahid3 həmin əşyları taksi vasitəsi ilə Biləsuvar şəhəri, Nizami küçəsi ilə 1 May küçəsinin kəsişməsində yerləşən mağazanın qarşısına aparmışlar. O, həmin əşyaları mağazaya qoyduqdan sonra öz işinə getmişdir. Daha sonra isə hadisə barədə onun məlumatı olmamışdır. O, baş vermiş hadisəni görməmiş, eləcə də oğurlanmış üç ədəd balaca qutunun, bir ədəd böyük və bir ədəd də kiçik zənbilin içərisində nə olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir. 21 aprel 2021-ci il tarixdə, saat 04 radələrində şöbənin növbətçi hissəsinin sürücüsü Şahid2 ilə Biləsuvar şəhəri, 1 May xüçəsində “Fiat Doblo” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayon polis şöbəsi istiqamətində hərəkətdə olduqları zaman tanımadıqları qadın onlara yaxınlaşmış və əri Təqsirləndirilən şəxs oğurluq etdiyini bildirmişdir. Buna görə də onlar dərhal Biləsuvar şəhəri, Nəsimi küçəsində yerləşən 14 nömrəli evə getmişlər. Onlar həyətə daxil olduqları zaman həyətin ortasında olan masanın üzərində təxminən 5-6 ədəd qutunun olduğunu və həmin qutularında üzərinin parça ilə örtüldüyünü görmüşlər. Şahid4 onlara həmin qutuların sonuncunun əri Təqsirləndirilən şəxs və qonşusu M.C.Məmmədov tərəfindən yaxınlıqda olan mağazadan oğurlanaraq araba ilə həyətə gətirildiyini bildirmişdir. Buna görə də onlar Təqsirləndirilən şəxs həyətə dəvət etmişlər və həmin qutuları haradan əldə etməsini və içərisində nə olmasını sonuncudan soruşmuşlar. Təqsirləndirilən şəxs onlara qutuların içərisində qabqacaq olduğunu və həmin əşyaları M.C.Məmmədov ilə birlikdə mağazadan oğurladıqlarını və satımaq istədiklərini demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs və həmin qutuları Biləsuvar rayon polis şöbəsinə gətirmişlər və növbətçi hissəyə təhvil vermişlər. Bundan bir qədər sonra Şahid4 polis şöbəsinə zəng edərək M.C.Məmmədovun yaşadığı evin həyətində olduğunu bildirmişdir. Onlar yenidən həmin ünvana getmişlər və həqiqətən M.C.Məmmədovu da şöbəyə gətirmişlər. Bundan başqa, o bildirdi ki, Şahid4 onlara əri ilə M.C.Məmmədovun həmin əşyaları əllləri ilə evin həyətinə daşıdığını bildirsə də, sonradan əşyaların əslində araba vasitəsi ilə daşındığı onlara məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, sonuncunun dediklərini təsdiq etdi. İşdə olan 23 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, baxış zamanı Biləsuvar rayon polis şöbəsində saxlanılan 21 ədəd qutunun və 1 ədəd zənbilin içərisində şüşə çaydanlar, şəkər tozu qabı, müyvə qabları, konfet qabları, dörd ayaqlı konfet qabları, mürəbbə qabları, balaca şüşə stəkanlar, böyük şüşə stəkanlar, yemək boşqabları, aş boşqabları, bulud qabları, çərəz qabları, şüşə kasalar, bir ədəd saxsı qazan, “Tefal” markalı qazan dəsti, bir neçə metr uzunluğunda dəst xara, qırmızı rəngli parçalar, hamam və əl-üz dəsmalları olmuşdur. Həmin qutulardakı və zənbildəki əşyalar Şahid3 göstərilmiş və sonuncuya təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 yanvar 2023cü il tarixli, 19/33 saylı rəyindən görünür ki, ekseprtizaya təqdim edilmiş malların 2021-ci ilin aprel ayına olan orta-bazar qiymətləri ilə ümumi dəyəri təxminən 110 manat 50 qəpik müəyyən olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında 02 yanvar 2023-cü il tarixli qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, keyfiyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün deyil. Cinayət işi materiallarına əlavə edilmiş 06 mart 2023-cü il tarixli Biləsuvar rayon “Ruslan” məhdud məsuliyyətli cəmiyyyətindən daxil olmuş məktubdadan görünür ki, 21 aprel 2023-cü il tarixə olan orta-bazar qiymətləri bir ədəd şəkər tozu qabının qiyməti 1 manat 50 qəpik, bir ədəd balaca yağ qabının qiyməti 2 manat, bir ədəd xrustal konfet qabının qiyməti 15 manat, bir ədəd xrustal dörd ayaqlı konfet qabının qiyməti 20 manat, bir ədəd xrustal mürəbbə qabının qiyməti 3 manat, bir ədəd balaca şüşə stəkanın qiyməti 50 qəpik, bir ədəd böyük şüşə stəkanın qiyməti 70 qəpik, bir ədəd xrustal çaxır rumkasının qiyməti 3 manat, bir ədəd xrustal bakalın qiyməti 2 manat, bir ədəd yemək boşqabının qiyməti 1 manat 30 qəpik, bir ədəd aş boşqabı içərisində balaca boşqabın qiyməti 2 manat 50 qəpik, bir ədəd bulud boşqabının qiyməti 4 manat 50 qəpik və bir ədəd duz qabı olan aş dəstinin qiyməti 6 manat 50 qəpik, bir ədəd aş-qara qoyulmaq üçün istifadə edilən şüşə qabın qiyməti 70 qəpik, bir şüşə kasanın qiyməti 1 manat 80 qəpik, bir ədəd çini fincanın qiyməti 70 qəpik, bir ədəd saxsı piti qabının qiyməti 2 manat, bir ədəd saxsı qazanın qiyməti 10 manat, biri balaca, digəri isə böyük olmaqla on iki ədəd pendir bıçağının qiyməti 3 manat, bir ədəd qozqıranın qiyməti 2 manat, bir ədəd tökmə materialından olan tavanın qiyməti 10 manat, bir ədəd alminium materialından olan balaca qazanın qiyməti 10 manatdır. İşdə olan “Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 04 iyul 2023-cü il tarixli, 89 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş qərarda qeyd olunan, Biləsuvar şəhəri, Nizami küçəsi ilə 1 May küçəsinin kəsişməsində yerləşən, Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlanan əmlakın (gündəlik və cehizlik istifadə üçün qab-qacaqların) hazırki bazar qiyməti 4.689 manat 50 qəpik müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cavanlığını, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanı tamamilə aradan qaldırmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə ailəni dolandıran yeganə şəxs olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 mart 2023-cü il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutma tətbiq olunmuş, 12 mart 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Bundan başqa 25 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında qərara uyğun olaraq sonuncu barədə axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə, saat 18:00-da tutularaq, Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş və həmin şəxs 13 may 2023-cü il tarixdə, saat 16:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 3 gün müddət təyin edilən müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə ə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və Təqsirləndirilən şəxsnin məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-101/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-101/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver