Məhkəmə qərarları › İş №1(022)-101/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-101/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-101/2024 21.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Biləsuvar rayon Vəkil Bürosunun vəkilləri X18 və X8 iştirakları ilə, xx xxxxx 1995-ci ildə Gürcüstan Respublikası, Bolinisi rayonu, Darbaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 46-da qeydiyyatda olmaqla yaşayan və xx.xx.2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qax şəhər sakini Zərərçəkmiş şəxs2 tanışları Şahid5, X9, Şahid3, Şahid4 və Şahid2 qrup əlilliyinin yenidən təyin edilməsi və əlilliyə görə sosial müavinəti bərpa etdirəcəyini yalan vəd verib aldadaraq bu məqsədlə 01 mart 2023-cü il tarixdə "xxxx"-a məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs2 göndərdiyi 1480 (bir min dörd yüz səksən) manat, eyni məqsədlə 03 mart 2023-cü il tarixdə Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Payız 74” marketdə yerləşən “Million” ödəmə terminalı vasitəsi ilə "xxxx"-a məxsus olan hesabına göndəridiyi 2600 (iki min altı yüz) manat, eyni məqsədlə 14 mart 2023-cü il tarixdə "xxxx"-a məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə göndərdiyi 650 (altı yüz əlli) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 4730 (dörd min yeddi yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 İİ qrup əlilliyinin yenidən təyin edilməsi və əlilliyə görə sosial müavinəti bərpa etdirəcəyini yalan vəd verib aldadaraq, bu məqsədlə 16 sentyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran” marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 onun kart hesabına göndərdiyi 400 (dörd yüz) manat, eyni məqsədlə 17 sentyabr 2023-cü il tarixdə kart hesabına Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən "Nur" marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 ( beş yüz) manat, eyni məqsədlə 19 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 762 ünvanında yerləşən Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həyətində həmin tarixdə məzənnə ilə 1020 (bir min iyirmi) manat təşkil edən 600 ABŞ dolları və 350 (üç yüz əlli) manat, eyni məqsədlə 19 sentyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Nur” marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə kart hesabına göndərdiyi 100 (bir yüz) manat, eyni məsədlə 23 sentyabr 2023cü il tarixdə Biləsuvar şəhəri, Vaqif küçəsində özünə məxsus yaşayış evində olan zaman mobil telefondakı “Birbank” mobil tətbiq proqramı vasitəsi ilə kart hesabına göndərdiyi 150 (bir yüz əlli) manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3070 (üç min yetmiş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 37-də qeydiyyatda olmaqla yaşayır. 2023-cü ilin fevral ayında İlham Baxışovla mobil telefon əlaqəsi saxlayaraq harada olmasını soruşmuşdur. X30 rayonundan olan tanışı Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mikraryon dairəsində yerləşən “Qala” kafesində olduğunu deyərək onu da oraya dəvət etmişdir. O da bundan sonra “Qala” kafesinə getmişdir. O həmin şəxslərlə görüşdükdən sonra söhbət etməyə başlamışdır. Söhbət zamanı əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyində Qax rayonundan olan Abakar Mirzəyev adlı polkovnikin sürücüsü olduğunu demişdir. Zərərçəkmiş şəxs2 Abakar Mirzəyevi tanıdığını, onunla birlikdə Birinci Qarabağ müharibəsində iştirak etdiyini bildirmişdir. Onlar söhbət etdikləri zaman İlham Baxışova zəng gəlmişdir. İlham onlara vacib işinin çıxdığını deyərək oradan uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs2lə söhbət edən zaman sonuncu tanışları X15 X7 rayon şöbəsinin sədri Şahid2, onun müavini X12 və qohumu Şahid3 da kəsilmiş pensiyaları ilə bağlı ona müraciət etmələrini bildirmişdir. O, həmin şəxslərə köməklik edəcəyini bildirmişdir. Bunun müqavilində bir nəfərin pensiyasının bərpa olunması üçün 1500 manat, 500 manatını əvvəlcədən, 1000 manatını isə pensiya bərpa olunduqdan sonra alacağını demişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmışdır. O, özünə məxsus sonu 2883 ilə bitən plastik kart hesabının 16 rəqəmli şifrəsini Zərərçəkmiş şəxs2 vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs2 həmin şəxslərin buna razı olmasını, həmin şəxslərin pulunu isə özünün ödəyəcəyini, kart hesabına pul göndərəcəyini demişdir. 01 mart 2023-cü il tarixdə özünə məxsus plastik kart hesabına 1480 manat mədaxil olmuşdur. Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq aralarında olan razılaşmaya görə 1500 manat əvəzinə 1480 manat pulu kart hesabına göndərdiyini, kartında həmin məbləğdə pulun olmasını demişdir. O, 20 manat pulun problem olmamasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 onunla mobil telefon əlaqəsi saxlayaraq Şahid5 və X1 pensiyalarının bərpa olunmasına köməklik etdirə biləcəyini soruşmuşdur. O, həmin şəxslərin pensiya müavinatlarını bərpa etdirəcəyini demişdir. Lakin buna görə əvvəlcədən hər biri üçün 1300 manat olmaqla, ümumilikdə 2600 manat məbləğində pul alacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmışdır. Zərərçəkmiş şəxs2 03 mart 2023-cü il tarixdə istifadəsində olan plastik kart hesabına 2600 manat məbləğində pulu göndərmişdir. O, pensiyaların iki ay ərzində bərpa olunacağını demişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs2 yenidən onunla əlaqə saxlayaraq ikinci qrup əliliyi ləğv edilmiş qonşusu Şahid4 pensiya müavinatlarını bərpa etdirmək üçün ondan köməklik istəmişdir. O, Şahid4 də köməklik edəcəyini deyərək həmin şəxsə görə 650 manat məbləğində pul alacağını demişdir. 14 mart 2023-cü il tarixdə sonu 2833 ilə bitən "xxxx" ASC-yə məxsus kart hesabına 650 manat məbləğində pul göndərmişdir. Bundan başqa, Biləsuvar rayon polis şöbəsinə müraciət etmiş Zərərçəkmiş şəxs1 bacısı oğlu Şahid1 vasitəsi ilə tanımışdır. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. Şahid1 də həmin hərbi hissədə xidmət etmiş və onun əsgəri olmuşdur. Şahid1 2018-ci ildə ordu sıralarından təxris olmuşdur. O da 2020-ci ilin yanvar ayında ordu sıralarından tərxis olmuşdur. Onlar bir-birləri ilə mütəmadi əlaqə saxlamış, bir neçə dəfə Bakı şəhərində görüşmüşlər. Təxminən 2023-cü ilin sentyabr ayında Orxan istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Telefon əlaqəsi saxlayan zaman o, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyində işləyən X4 ailə sürücüsü olduğunu demişdir. Orxan Niftiyev də Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində usta işlədiyini bildirmişdir. Bir müddət sonra Şahid1 onunla əlaqə saxlayan zaman dayısının pensiyasının kəsilməsinə görə ona köməklik edə biləcəyini soruşmuşdur. O da Şahid1 tanışının olmasını, onunla danışaraq məlumat verəcəyini bildirmişdir. Təxminən 20 gün sonra Şahid1 ilə əlaqə saxlayaraq dayısına köməklik edə biləcəyini demişdir. Şahid1 də dayısı Zərərçəkmiş şəxs1 Bakı şəhərində olmasını bildirmişdir. O da Orxana pulu qabaqcadan alacağını, həmin pulların bir qismini xəstəxanaya verəcəyini demişdir. Təxminən 3-4 gün sonra Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə zəng edərək Şahid1 dayısı olduğunu və onun kəsilmiş pensiyasını bərpa etdirməyə köməklik etməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs1 özünə məxsus əlil olmasını təsdiq edən sənədləri istifadəsində olan mobil nömrənin “WhatsApp Messenger” proqramına göndərməsini demişdir. Zərərçəkmiş şəxs1 mobil internetinin olmadığını, həmin sənədlərin şəkilini bacısı oğlu Şahid1 göndərdiyini demişdir. O, Orxana zəng edərək dayısı Zərərçəkmiş şəxs1 xəstəliyinin olması barədə sənədlərin şəkilini “WhatsApp Messenger” proqramı vasitəsi ilə ona göndərməsini bildirmişdir. Orxan da həmin sənədlərin şəkillərini ona göndərmişdir. O bir müddət sonra Zərərçəkmiş şəxs1lə əlaqə saxlayaraq bu işi görmək üçün əvvəlcədən 1000 manat, pensiyası bərpa olduqdan sonra isə əlavə də 1000 manat alacağını demişdir. Zərərçəkmiş şəxs1 1000 manat pulunun olmadığını, lakin 400 manat göndərəcəyini demişdir. Zərərçəkmiş şəxs1 istifadəsində olan özünə məxsus “Leobank”-a aid 4098 5844 6029 2772 saylı kartının şəkilini “WhatsApp Messenger”-də göndərmişdir. 16 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 kart hesabına 400 manat pul göndərmişdir. Allahşükür pulun qalanını bir-iki günə göndərcəyini bildirmişdir. 17 sentyabr 2024-cü il tarixdə yenidən Zərərçəkmiş şəxs1lə tibbi sənədləri düzəltmək üçün 500 manat pul lazım olduğunu zəng edərək bildirmişdir. O, Zərərçəkmiş şəxs1 dostu Yaşar Rufullaidən aldığı arvadı Xəyalə Rufullaiyə məxsus kart hesabının şəkilini göndərmişdir. Zərərçəkmiş şəxs1 həmin karta 500 manat pul göndərərək bu barədə ona məlumat vermişdir. 18 sentyabr 2023-cü il tarixdə yenidən Allahüşükür Zəkiyevlə əlaqə saxlayaraq Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 762 ünvanında yerləşən Mirqasımov adına Respublika Klinik xəstəxanasına gəlməsini demişdir. 19 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1lə görüşmək üçün Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 762 ünvanında yerləşən Mirqasımov adına Respublika Klinik xəstəxanasına getmişdir. Zərərçəkmiş şəxs1lə orada görüşdükdən sonra həmin xəstəxanadan xəstəliyi ilə bağlı sənəd almaq lazım olduğunu demişdir. O, həmin sənədi almaq üçün 400 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 üzərində 300 manat pul olmasını demişdir. O da həmin şəxsdən 300 manatı alaraq həmin xəstəxanaya daxil olaraq bir müddət sonra geri qayıtmışdır. O, Zərərçəkmiş şəxs1 işinin demək olar ki, həllini tapmasını deyərək 1100 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs1 üzərində 600 ABŞ dollarının olmasını, Biləsuvar rayonuna çatdıqdan sonra isə əlavə 100 manat pul göndərəcəyini demişdir. Həmin gün saat 19:50 radələrində Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq 100 manat pulu da kart hesabına göndərdiyini demişdir. 20 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1lə yenidən əlaqə saxlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan həkim komissiyasına yoxlanış zamanı problem yaranmaması üçün 600 manat pul lazım olduğunu demiş, Allahşükür saat 13 radələrində istifadəsində olan kart hesabına 600 (altı yüz) manat pul göndərmişdir. 28 noyabr 2024-cü il tarixdə Şahid1 ilə əlaqə saxlayaraq onunla görüşmüşdür. Şahid1 sənədlərin tam düzəlməsi üçün 150 manat pul lazım olduğunu demişdir. O, bundan sonra Zərərçəkmiş şəxs1lə əlaqə saxlamışdır. Allahşükür Zəkliyev pulunun olmadığını demişdir. Bir qədər sonra kart hesabıma 150 manat pul daxil olmuşdur. Təxminən 15 gün sonra Şahid1 istifadəsində olan mobil nömrəyə zəng edərək dayısı Zərərçəkmiş şəxs1 pulunu geri istəməsini demişdir. O, Zərərçəkmiş şəxs1 kəsilmiş pensiyasını bərpa etdirmək məqsədi ilə heç bir şəxslə əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs1 ona kəsilmiş pensiyasının bərpa olunması məqsədi ilə zəng edən zaman onu aldatmaq niyyəti yaranmışdır. O, Şahid2, X12, Şahid3, Şahid5, X9 və Şahid4 kəsilmiş pensiyalarının bərpası ilə bağlı Qax şəhər sakini Zərərçəkmiş şəxs2 ümumilikdə 4730 manat pul almışdır. Həmin şəxslərin kəsilmiş pensiyalarını bərpa etdirmək üçün Zərərçəkmiş şəxs2 ondan köməklik istədikdə onları aldadaraq pullarını ələ keçirmək niyyəti yaranmışdır. Zərərçəkmiş şəxs2 ilə X5 vasitəsi ilə tanış olsa da, Zərərçəkmiş şəxs2lə tanışlarının pensiyasını bərpa etdirmək barədə aralarında olan söhbət zamanı İlham Baxışov orada olmamışdır. O da bu barədə İlham Baxışova heç bir söz deməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulan zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxslərə vurulmuş ümumilikdə 7800 manat zərərin 25 fazini, yəni 1950 manatı dövlət büdcəsinə ödəməsini bildirdi. Ona görə də onun cinayət məsuliyyətindən azad edilməklə barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibə zamanı 1993-cü ilin yay aylarında yaralanmış və kəllə beyin travması almışdır. 1994-cü ildə orduda xidmət etdiyi zamant kəşfiyyatda olan vaxt Tərtər rayonunda onu don vurmuş, bundan sonra Müdafiə Nazirliyinin hərbi hospitalında 7 ay müddətində müalicə almışdır. Bundan sonra pensiyaya çıxmışdır. 1994cü ildən 2021-ci ilədək pensiya almışdır, lakin 2021-ci ilin fevral ayında onun pensiyası kəsilmişdir. O, pensiyasını bərpa etdirməyə çalışmışdır. Bu barədə bacısı övladı X13 da məlumat vermişdir. Bu hadisədən sonra Orxan Niftiyev Təqsirləndirilən şəxs adında əsgərlik yoldaşının olmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməsini, bu barədə onunla maraqlanmaq üçün sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini verərək əlaqə saxlayaraq məlumat almasını demişdir. O, bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tariyel adlı vəzifəli şəxsin sürücüsü olmasını demişdir. Onlar əlaqə saxlayarkən Təqsirləndirilən şəxs ona köməklik edəcəyini, buna görə lazım olan sənədləri toplamalı olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı sənədləri göndərmişdir. Təqsirləndirilən şəxs həmin sənədlərdə səhvlərin olmasını və dəyişilməli olduğunu demişdir. Təqsirləndirilən şəxs ilk öncə Maştağa Psixiatriya xəstəxanasında yatması ilə bağlı sənədləri dəyişdirmək lazım olduğunu deyərək buna görə 400 manat pul istəmişdir. O da həmin pulu 16 sentyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran” marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona təqdim etdiyi özünə məxsus üzərində “LeoBank” yazılmış plastik kart hesabına göndərmişdir. O, Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq pulu göndərdiyini bildirmişdir. 17 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən əlaqə saxlayaraq Salyan rayonu Şorsulu kəndində yerləşən Əsəb Nevroloji xəstəxanasından sənəd götürmək lazım olduğunu, həmin sənəd üçün 500 manat pul lazım olduğunu demişdir. O da gün ərzində həmin pulu tapıb göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs “WhatsApp Messenger” proqramında X6 məxsus 4098 5844 9456 6274 üzərində “LeoBank” yazılmış plastik kartın şəkilini göndərmişdir. O, 500 manat məbləğində pulu borc alaraq saat 22:55-də Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Nur” marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə həmin plastik kart hesabına gödərmişdir. 18 sentyabr 2023-cü il tarixdə Elşən yenidən onunla əlaqə saxlayaraq 19 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 762 ünvanında yerləşən Mirqasımov adına Respublika Klinik xəstəxanasına getməyini bildirmişdir. O xəstəxanaya gedən zaman üzərində 600 ABŞ dolları və 350 manat pul götürmüşdür. Onlar 19 sentyabr 2023-cü il tarixdə səhər saatlarında xəstəxananın qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs orada sənədlərini dəyişdirəcəyini demişdir. Xəstəxanaya daxil olmuşdur. O, həyətdə gözləmişdir. Təqsirləndirilən şəxs ona mesaj yazaraq 400 manat pul istəmişdir. O, üzərində 300 manat pulun olmasını demişdir. Elşən o olduğu yerə gələrək ondan 300 manatı almışdır. O, 300 manatı verən zaman Elşən onun cibində 100 dollarlıq pul əskinazlarınm olmasını görmüşdür. Elşən pulu ona verməyini, işini həll etdiyini, birdəfəlik işləri yekunlaşdıracağını demişdir. O, üzərində olan 600 ABŞ dollarını da Elşənə vermişdir. Təqsirləndirilən şəxs yenidən xəstəxanaya qalxmışdır. Elşən yenidən onun yanına qayıdaraq evə getməyini, işinin tezliklə yekunlaşacağını və 100 manat da ona verməli olduğunu bildirmişdir. O, bundan sonra Biləsuvar şəhərinə qayıtmışdır. 100 manat borc pul taparaq Təqsirləndirilən şəxs məxsus kart hesabına Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Nur” marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. 20 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan həkim komissiyasına 600 manat pul verməli olduğunu, komissiya zamanı ona problem yaradılmayacağını bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlayaraq sənədlərdən birində səhv olmasını deyərək ondan 300 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs onu aldatmasından şübhələnərək onunla mübahisə etmişdir. Bundan sonra onun kart hesabına mobil telefonundakı “Birbank” mobil tətbiqi vasitəsi ilə 150 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrə zəng çatmamışdır. O, Təqsirləndirilən şəxslə çox zaman ***-***-**-** mobil nömrənin “Vatsap Messenger” hesabı ilə əlaqə saxlamışdır. 30 oktyabr 2023-cü il tarixdə bacısı oğlu Orxan Niftiyev onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs onun kartına 200 manat pul göndərmək istədiyini demişdir. O, bundan sonra özünə məxsus plastik kart hesabını Orxana göndərmişdir. Bundan sonra Orxan onun kart hesabına 200 manat pul göndərmişdir. 20 noyabr 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödədiyini, onunla barışdığını və ona görə də ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi (bu barədə notial qaydada təsdiq edilmiş ərizəsini təqdim etdi). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. X15 X17 rayon şöbəsinin rəisidir. X10 da X11 Birliyindən tanıyır. O, 2022-ci ilin iyul ayının ortalarında Qax rayon sakini Şahid5 mülki əlillik kimi qeydiyyata alınmış əlilliyinin yenidən Qarabağ müharibəsi əlili kimi qeydiyyata alınması üçün İlhamın **********416010 saylı plastik kart hesabına 7500 manat pul göndərmişdir. 28 dekabr 2022-ci ildə İ Qarabağ müharibəsi iştirakçısı və ikinci qrup Qarabağ əlili olmuş X3 ləğv edilmiş əlilliyinin bərpası üçün İlhamın istifadəsində olan **********416010 saylı plastik kart hesabına 7700 manat məbləğində pul göndərmişdir. 14 fevral 2023-cü il tarixdə isə növbədənkənar avtomobilin verilməsi üçün İlham Baxışova 3000 manat məbləğində pulu **********416010 saylı plastik kart hesabına göndərmişdir. Bundan sonra İlham Baxışovla görüşmək qərarına gəlmişdir. O, yaşadığı Qax rayonundan Bakı şəhərinə getmişdir. İlham Baxışovla 3-cü mikrorayon dairəsində yerləşən “Qala” kafesində görüşmüşdür. Görüş zamanı oraya İlham Baxışovun tanışı Təqsirləndirilən şəxs gəlmişdir. Elcanla söhbət edən zaman Qax rayonundan olmasını və X15 X17 rayon şöbəsinin rəisi olduğunu demişdir. Təqsirləndirilən şəxs əvvəllər Qax rayonundan olan Abakar adlı komandirin sürcüsü olmasını demişdir. Onlar söhbət edən zaman İlham Baxışova zəng gəlmişdir. İlham Baxışov təcili işinin çıxdığını deyərək kafedən getmişdir. Söhbət zamanı Elşən əlillikləri kəsilmiş Qarabağ müharibələri iştirakçılarına köməklik edərək pensiyalarını bərpa etdirdiyini bildirmişdir. O da əlillklərini bərpa etdirmək istəyən tanışlarının olmasını demişdir. Əlilliklərin bərpası ilə bağlı X15 X7 rayon şöbəsinin rəisi Şahid2, onun müavini X14 və qohumu Şahid3 əlilliklərinin bərpasına Elşəndən köməklik edə biləcyini soruşmuşdur. Elşən həmin şəxslərə köməklik edə biləcəyini, lakin buna görə qabaqcadan hər birindən 500 manat, əlillikləri bərpa olunduqdan sonra isə hər biri üçün 1000 manat alacağını bildirmişdir. O da Təqsirləndirilən şəxslə razılaşmışdır. O, bundan sonra Qax şəhərinə geri qayıtmışdır və 01 mart 2023-cü il tarixdə mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan sonu 2833 ilə bitən plastik kart hesabına 1480 manat məbləğində pul göndərmişdir. Pulu göndərdikdən dərhal sonra Elşənlə əlaqə saxlayaraq pulu özünün göndərdiyini, lakin 20 manat az göndərdiyini demişdir. Elşən 20 manata görə heç bir problemin olmamasını demişdir. 02 mart 2023-cü il tarixdə yenidən Elşənlə əlaqə saxlayaraq Şahid5 və X3 tanışları olmasını, Qarabağ müharibəsində iştrak etmələrini, yaralanaraq pensiya almalarını, lakin pensiyalarının kəsilməsini deyərək həmin şəxslərə də köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərin əlilliklərinin bərpası üçün onların hər biri üçün 1300 manat olmaqla 2600 manat məbləğində pul istəmişdir. O da həmin şəxslərin imkanının olmamasını, 2600 manat məbləğində pulu kredit götürərək ona göndərəcəyini demişdir. O, bundan sonra Bank Respublikanın Qax filialından 2600 manat məbləğində kredit götürmüşdür. Həmin pulu 03 mart 2023-cü il tarixdə Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən marketin önündəki “Million” ödəmə aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs ona təqdim etdiyi sonu 2833 ilə bitən plastik kart hesabına göndərmişdir. Pulu göndərdikdən sonra Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq 2600 manat məbləğində pulu kart hesabına göndərdiyini demişdir. Təqsirləndirilən şəxs həmin pulun onun kart hesabına çatmasını, iki ay müddətində həmin şəxslərin də kəsilmış pensiyalarının bərpa olunacağını bildirmişdir. Təxminən 6-7 gün sonra Təqsirləndirilən şəxslə yenidən əlaqə saxlayaraq Qax şəhər sakini Şahid4 kəsilmiş pensiyasının bərpa olunması ilə bağlı ona zəng etdiyini bildirmişdir. Elşən ona həmin şəxsin də pensiyasını bərpa etdirəcəyini deyərək həmin şəxs üçün əvvəlcədən 650 manat pul alacağını demişdir. Bundan sonra Xalidlə əlaqə saxlamış, sonuncu hal-hazırda imkanının olmamasını deyərək həmin pulu onun əvəzində verməsini, pensiyası bərpa olunduqdan sonra isə həmin pulu ona geri qaytaracağını bildirmişdir. O, 14 fevral 2023-cü il tarixdə “Birbank” mobil tətbiqi vasitəsi ilə Elşənin sonu 2833 ilə bitən plastik kart hesabına 650 manat məbləğində pul göndərmişdir. 2023-cü ilin fevral ayında Bakı şəhərində 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Qala” kafesində İlham Baxışovla görüşmüşdür. Görüş zamanı oraya sonradan Təqsirləndirilən şəxs gəlmişdir. Təqsirləndirilən şəxslə hərbidə işlədiyi dövrdən söhbətləşən zaman İlham Baxışovun mobil telefonuna zəng gəlmişdir. İlham Baxışov təcili işinin çıxdığını deyərək oradan uzaqlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona tanışlarının kəsilmiş pensiyasının bərpasına köməklik edəcəyini demişdir. Həmin şəxslərə görə İlham Baxışova da pul verildiyi üçün bu söhbətdən sonra da İlhama bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxslə söhbət edən zaman o, Sosial Müdafiə Nazirliyində tanışlarının olmasını desə də heç bir vəzifəli şəxsin adını çəkməmişdir. O, özü dinə bağlı adam olduğu üçün Elşənlə söhbətləşən zaman Allaha and verdiyindən onun sözlərinə inanmışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam olaraq ödədiyini, onunla barışdığını və ona görə də ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi (bu barədə notial qaydada təsdiq edilmiş ərizəsini təqdim etdi). Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Onun təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qarabağ müharibəsi iştirakçısı və 3-cü Qarabağ müharibəsi əlili olmuşdur. 2021-ci ilin fevral ayında əlilliyi ləğv olunaraq pensiyası kəsilmişdir. 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs2 pensiyasının kəsildiyini deyib kömək göstərməsini xahiş etmişdir. Həmin vaxt Mayis tanışı olduğunu, 500 manat müqabilində pensiyasını həll edə biləcəyini demişdir. Ona pulu olmadığını dedikdə isə Mayis pulu özü ödəcəyini bildirib pulu olanda qaytarmasını bildirmişdir. Hətta onun yanında Elşən adlı şəxslə də danışmışdır. Hazırda onun nə Elşəndən, nə də Mayisdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, Birinci Qarabağ müharibəsində iştirak edib, 2-ci qrup əlil olmuşdur. 2021-ci ilin fevral ayının sonlarında onun əlilliyi ləğv edilərək pensiyası kəsilmişdir. 2023-cü ilin mart ayında Birinci Qarabağ müharibəsinin iştirakçısı Zərərçəkmiş şəxs2 əlilliyinin bərpa olunması üçün ona bu barədə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Mayis ona heç bir problemin olmadığını, öz tanışı vasitəsi ilə bu işi həll edəcəyini bildirmişdir. O, Mayisdən işin nə qədər məbləğə həll olunacağını soruşmuşdur. Mayis ona bu işin 650 (altı yüz əlli) manata həll olunacağını bildirmişdir. O da pulunun olmadığını bildirmiş, Mayis isə pulu özünün ödəyəcəyini, işi alındıqdan sonra isə ondan həmin pulu alacağını bildirmişdir. O da Mayisin bu təklifi ilə razılaşmışdır. Mayisin onun əlilliyini bərpa etdirməsi üçün pul verdiyi adam barəsində heç bir məlumatı yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, Azərbaycan Respublikası CM-nin 178.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti ilk dəfə törətdiyini və ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsin ilk dəfə dələduzluq cinayəti törətdiyini, ona vurulmuş zərəri tam aradan qaldırdığını və onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs1 məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsin ilk dəfə dələduzluq cinayəti törətdiyini, ona vurulmuş zərəri tam aradan qaldırdığını və onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş Kapital Bank ASC-nin xx.xx.2024-cü il tarixli 5676 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş fazi olan- 1950 manatı X2 (hesab nömrəsi: Az 10CTRE********************) hesabına nağd qaydada ödənilmişdir. Dövlət ittihamçısı məhkəmədə iş üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmişi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə görə həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-cü maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxslərə vurduğu zərəri aradan qaldırmış, sonuncu ilə barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Azərbaycan Respublikası CPM-nin 162.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə görə isə həmin maddənin 1ci və 2-ci bəndlərində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam ödədiyinə və zərərçəkmiş şəxslərlə barışdığına, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbsdən azad olunsun. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər X25

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar