Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-102/2024 05.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 11 mart 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -0,824 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, 10 mart 2024-cü il tarixdə saat 00:25 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində «Hyundai Sonata» markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində 100-cü kilometrliyi göstərən yol nişanının yaxınlığında hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki kostyumun sol içəri cibindən kibrit qutusunun içərisindən bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş xeyli miqdarda, təmiz çəkisi -0,824 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə dəfə psixotrop maddə metamfetamin qəbul etmiş, amma buna görə əvvələr məhkumluğu olmamışdır. Psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyildir. Ürək xəstəsi olduğu üçün heç yerdə işləmir. 05 mart 2024-cü il tarixdə müəyinə olunmaq üçün Bakı şəhərinə getmiş, iki gün sonra yəni, 07 mart 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində gəzən zaman yerdən bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş bükülü tapmışdır. Həmin bükülünü açıb baxanda içərisində metamfetamin olduğunu görmüşdür. Özü gələcəkdə istifadə etmək üçün həmin bükülünü üzərində olan kibrit qutusuna qoyub sonrada əynindəki kostyumun sol içəri cibinə qoymuşdur. X12 onun uzaq qohumudur. 09 mart 2024-cü il tarixdə o, Xosrova zəng edib ondan xahiş etmişdir ki, onu İmişli rayonuna qaynatasıgilə aparsın. O da etiraz etməmişdir. Onlar həmin gün saat 15 radələrində şəhərdə görüşmüşlər. Xosrov özünə məxsus Hyundai Sonata markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, yanında sonradan adını bildiyi Xürrəm adlı bir oğlan da olmuşdur. O, əvvəllər Xürrəmi görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. Onlar İmişli şəhərinə qaynatasıgilə getmişlər. O, müalicəsi üçün qaynından borc pul istəməyə getmiş, lakin qaynı hazırda üzərində pulu olmadığını bildirmişdir. Onlar yenidən Bakıya qayıtmalı olmuşlar. Biləsuvar-Bəhrəmtəpə yolu ilə gəlib Biləsuvar rayonunun Xırmandalı kəndinin içindən keçmişlər, xx.xx.2024-cü il saat 00:15 radələridə oradan Bakıya getmək üçün magistral yola çıxmışlar. Bir qədər kənddən uzaqlaşmışlar, bu zaman YPX avtomobili onlara saxla işarəsi vermiş və Xosrov avtomobili saxlamışdır. Bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmiş, sonra da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib onları Biləsuvar polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən polis şöbəsinə gəlmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuş. Sonra da ona öz istəyilə hüquqlarını müdafiə etmək ücün X14 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb təqdim etsin. O da əynindəki kostyumun sol içəri cibinə qoyduğu içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükülü olan kibrit qutusunu çıxarıb təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içərisində metamfetamin vardır, ona məxsusdur və onu Bakı şəhəri Yasamal rayonu ərazisində yerdən tapmışdır. Bundan sonra üzərində şəxsi axatrış keçirilsə də, qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində metamfetaminə oxşar maddə olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Onun üzərində keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Daha sonra onun, müdafiəçisinin, Xürəmin, onun müdafiəçisinin, Xosrovun, onun müdafiçisinin və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarının iştirakı ilə Xosrova məxsus idarə etdiyi Hyundai Sonata markalı **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini saxlandığı gündən təxminən 2-3 gün əvvəl Bakı şəhərində Yasamal rayonu ərazisində yerdən tapmış, gələcəkdə özü istifadə etmək üçün üzərində saxlamışdır. O, içərisində metamfetamin olan bükülünü tapanda yanında heç kim olmamış, həmin metamfetamin olan bükülünü özü istifadə etmək üçün üstündə saxlamışdır. Həmin bir ədəd sellofan kəsiyinə bükülmüş metamfetamin ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. O, üzərində metamfetamin olması barədə X3 və X10 heç bir söz deməmiş, onların bu barədə heç bir məlumatı və xəbəri olmamışdır. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 09 mart 2024-cü il tarixdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Elçin Əsədov tərəfindən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı X17, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X15, RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2, RPŞ-nin DYPB-nin inspektorları, X18 və X6 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq 10 mart 2024-cü il tarixdə saat 00:15 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “Hyundai Sonata” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomibil Biləsuvar rayon Xırmandalı kəndi ərazisində İdrak adlı şəxsə məxsus mağazanın yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, təxminən 10 dəqiqə sonra Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində 100-cü kilometri göstərən yol nişanının yaxınlığında əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs olduğu avtomobilə saxla işarəsi verilmiş və sürücü avtomobili saxlamışdır. Onlar dərhal ona yaxınlaşıb özlərini təqdim edərək saxlanılmaqlarının səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs, avtomobildə olan sonradan şəxsiyyətləri onlara məlum olan X4 və X11 idarə etdiyi “Hyundai Sonata” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə RPŞ-nə gətirmişlər. Bundan sonra Elçin Əsədovun raportu əsasında toplanmış materialın icrası RPŞ-nin TB-nin təhqiqatçıları Xanlar Alışova və Mahsun Kərimova həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X14 tərəfindən müdafiə olunmasını bildirmişdir. Bundan sonra X14 müdafiəçi qismində dəvət edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki kostyumun sol içəri cibindən kibrit qutusunun içərisindən bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirilmişdir ki, “həmin bükülünün içərisində metamfetamin vardır, ona məxsusdur və onu bir neçə gün əvvəl Bakı şəhəri ərazisində yerdən tapmışdır”. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra X2 üzərinə vəkilin iştirakı və qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, onun üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən X5 tərəfindən imzalanmışdır. X1 da üzərinə vəkilin iştirakı və qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, onun da üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən X12 tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, X2, onun müdafiəçisinin, X8, onun müdafiəçisinin və şəxsi axtarışda iştirak edən digər əməkdaşların iştirakı ilə X8 idarə etdiyi “Hyundai Sonata” markalı **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən Təqsirləndirilən şəxs, X5 və X12 imza etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan 10 mart 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki kostyumun sol içəri cibindən kibrit qutusunun içərisindən bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunur. Sorğu zamanı bildirmişdir ki, həmin bükülünün içərisində metamfetamin vardır, onu bir neçə gün əvvəl Bakı şəhəri ərazisində yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 0,97 qram olması müəyyən edilmiş, sonrada ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X9 10 mart 2024-cü il tarixli 19/234 nömrəli ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,824 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,824 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,774 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,824 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,774 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2024-cü il tarixli 316 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 10 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə saat 01:00-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 mart 2024-cü il saat 16:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CMin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 aprel 2024-cü il tarixli, 316 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,774 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixindən 11 mart 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,774 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X20
Məhkəmə qərarları › İş №1(022)-102/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-102/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver