Məhkəmə qərarları › İş №1(022)-104/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-104/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-104/2023 11.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində 07 aprel 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,429 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 05 aprel 2023-cü il tarixdə saat 19:35 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində 144-cü km-də cinayət barədə xəbərsiz olan X10 idarə etdiyi “Vaz 21015” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobillə sərnişin qismində hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd sellofan bükülüdə olmaqla əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır. O, özü narkotik maddə istifadəçisidir, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə axşam vaxtı Lənkəran şəhərində H.Əliyev parkının yaxınlığından 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü tapmış, həmin bükülünü açıb baxmış və içərisində heroin olmasını görmüşdür. Həmin heroini bükülü ilə birlikdə cibinə qoymuş və fikrləşmişdir ki, sonra istifadə edər. 05 aprel 2023-cü il tarixdə buğda almaq üçün tanışı Rüfət Allahverdiyevlə birlikdə X10 idarə etdiyi “VAZ 21015” markalı, **-CX-*** nömrə nişanlı avtomobillə Biləsuvar rayonuna gəlmişlər. Saat 19:35 radələrində Ələt- Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində hərəkətdə olan zaman polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onlara yaxınlaşaraq gəlişlərinin səbəbini izah etdikdən sonra onu, Rüfət Allahverdiyevi və Emin Fəttayevi idarə etdiyi avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X9 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoymuş və bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə axşam vaxtı Lənkəran şəhərində H.Əliyev parkının yaxınlığından tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisinin -1,70 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Mehman Mütəllimovla birlikdə tanış olub imzalamışdır. Daha sonra onun, müdafiəçisi Mehman Mütəllimovun, Rüfət Allahverdiyev, onun müdafiəçisi Müdafiəçi, Emin Fəttayev, onun müdafiəçisi Fədai Quliyev və digər polis əməkdaşlarının iştirakı ilə Emin Fəttayevin idarə etdiyi “VAZ 21015” markalı, **-CX-*** dövlət qeydiyyat nişanı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla müdafiəçisi Mehman Mütəllimov ilə birlikdə tanış olub imzalamışdır. O, üzərində narkotik vasitə olması barədə Emin Fəttayevə və Rüfət Allahverdiyevə məlumat verməmişdir. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş heroinin qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi peşmandır. Narkotik vasitə heroini satmaq barədə isə ümumiyyətlə heç bir fikri və niyyəti olmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Lənkəran şəhəri, K.Kazımov küçəsi ev 11-də yaşayan X1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Rüfət Allahverdiyevin cinayət əməlinin ifşa edilməsi üçün 05 aprel 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin CAB-nun əməliyyat müvəkkili, Şahid2, PPXB-nin polis nəfəri İsmayıl Ağazadə, DYPB-nin YPX-nin baş inspektoru, polis baş leytenantı Rəcəb Səfərov, YPX-nin inspektoru, polis baş serjantı Rəşad Mirzəyev daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 05 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində X1 içərisində olması ehtimal olunan “VAZ-21015” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu “Lukoil” YDM-nin yaxınlığında hərəkətdə olan zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşları Rəcəb Səfərov və Rəşad Mirzəyev tərəfindən həmin avtomobil köhnə Ələt-Astara yolunun 114-cü kilometrliyində saxlanılmış, həmin vaxtı onlar yaxınlaşıb özlərini təqdim etdikdən sonra gəlişlərinin səbəbini izah etdikdən sonra Rüfət Allahverdiyevi, Təqsirləndirilən şəxs və sürücü Emin Fəttayevi şöbəyə gətirmişlər. X2 narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan o bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, tərtib edilən raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Azər Qəmbərliyə həvalə edilmişdir. X4 müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən vəkil dəvət etmək hüququ izah olunmuşdur. O, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin X3 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı X1 əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli kağızına bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin heroini Lənkəran şəhəri Böyük bazar deyilən ərazidən tapmışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,48 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, X1 müdafiəçisi Müdafiəçi ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Şəxsi axtarış zamanı X1 üzərindən qanunla qadağan edilmiş digər hər hansı bir digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X9 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil X9 dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin X3 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli kağıza bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin heroini Lənkəran şəhəri H.Əliyev parkının yaxınlığından tapmışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,70 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisi X9 ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Bundan sonra X11 müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X13 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil X13 dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin X3 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı X10 üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, X10 müdafiəçisi X13 ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Emin Fəttayevin idarə etdiyi “VAZ 21015” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, Rüfət Allahverdiyevə, Təqsirləndirilən şəxs və Emin Fəttayevə təklif olunmuşdur ki, avtomobildə onlara məxsus narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet vardırsa, təqdim etsinlər. Rüfət Allahverdiyev, Təqsirləndirilən şəxs və Emin Fəttayev avtomobildə onlara məxsus narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişlər. Həmin avtomobilə baxış keçirilsə də, avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Onlar həmin vaxtı narkotik vasitə heroinləri qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyləri ilə razıdır. İşdə olan Şəxsi axtarış və götürmə barədə 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,70 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini Təqsirləndirilən şəxs, müdafiəçisi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış zamanı «Redmi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X6 06 aprel 2023-cü il tarixli 19/424 №-li ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -1,429 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,429 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,389 qram. İşdə olan Qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,429 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı -1,389 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023cü il tarixli 418 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Muradov X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, hərəkətlərində cinayətin residivinin olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. İş materiallarında olan 05 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə saat 20:00-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 07 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə saat 14:20-də saxlanılmaqdan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasının keçirilməsi zamanı məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində həbsli axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Biləsuvar RPŞ-nin MSY-nə təhvil veilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olması hərəkətlərində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 12 aprel 2023-cü il tarixli 418 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1,389 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixindən 07 aprel 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 1,389 qram narkotik vasitə heroin məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar