Məhkəmə qərarları › İş №1(022)-106/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-106/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-106/2023 19.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Nümayəndə2, zərərçəkmiş şəxsin vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2003-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayon peşə liseyinin şagirdi, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, əvvəli 14 mart 2023cü il tarixdən hesablanmaqla Biləsuvar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 4(022)-12/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə, saat 17 radələrində, xx xxxx 2007-ci il təvəllüdlü, 14 yaşı tamam olmuş Zərərçəkmiş şəxs atası Şahid6 məxsus olan “VAZ- 21214” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində qohumu Şahid8 məxsus fermada yerləşən yardımçı tikiliyə aparmış və qeyd edilən yerdə cinsi ehtirasını təmin etmək məqsədi ilə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə bir dəfə qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmaqla sonuncuya qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü tam təqsirli bilərək, göstərdi ki, o, Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində ailə üzvləri ilə birgə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, həmkəndlisi Zərərçəkmiş şəxs ilə son bir il ərzində sevgili kimi münasibətdə olmuşdur. O, Zərərçəkmiş şəxs ilə özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Onun bildiyinə görə Zərərçəkmiş şəxs anasına məxsus olan mobil telefonu istifadə etmişdir. Onlar bir neçə dəfə yaşadıqları kəndin içərisində olan məktəbin yaxınlığında üzbəüz söhbət etmişlər. 04 mart 2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq, “saat 15:30 radələrində kənd ərazisində yerləşən Dünya müəllimənin evinin yaxınlığında olacam, gələrsən görüşərik” sözlərini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona “avtomobillə gəl ki, kənddən kənar yerə baş-başa gedə bilək” sözlərini demişdir. O da Zərərçəkmiş şəxs “kənddən kənar yer, mənim atamın dayısı Şahid8 məxsus olan fermaya gedə bilərik” sözlərini deyərək cavab vermiş, sonuncu da ondan həmin fermada kiminsə olubolmamasını soruşmuşdur. O, Zərərçəkmiş şəxs “həmin fermada mal-qara olmadığı üçün heç kim yoxdu və heç kim gəlmir” sözlərini deyərək cavab vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Buna görə də o, həmin günü saat 15:30 radələrində atasına məxsus “Niva” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi kəndi ərazisində yerləşən Dünya adlı müəllimin evinin yaxınlığına getmişdir. O, həmin əraziyə çatdığı zaman Zərərçəkmiş şəxs orada olmasını görmüşdür. O, avtomaşını saxladıqdan sonra Zərərçəkmiş şəxs avtomobilə yaxınlaşmış və maşının arxa hissədə əyləşmişdir. Onun Zərərçəkmiş şəxs götürdüyü yer Biləsuvar-Bəhrəmtəpə yolundan açıq-aşkar görünmüş, lakin həmin vaxt küçədə heç kim olmamışdır. Daha sonra o, avtomobili qohumuna məxsus fermaya sürmüşdür. O, fermaya çatdıqdan sonra həyətdə avtomobili saxlamış və avtomobildən düşüb ətrafda kiminsə olub-olmamasını öyrənmək məqsədi ilə ətrafa baxmışdır. O, ətrafda kimsənin olmadığın görüb, Zərərçəkmiş şəxs nəqliyyat vasitəsindən düşə biləcəyi bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs avtobildən özü düşmüş və onlar birlikdə fermanın həyətində olan bir mərtəbəli daşdan tikilmiş binanın sonuncu otağına daxil olmuşlar. Həmin otağın üç ədəd pəncərəsi və bir ədəd taxta qapısı, o cümlədən içərisində bir ədəd masa, bir ədəd oturacaq və bir ədəd də çarpayısı olmuşdur. O, otaqda çarpayıda əyləşmiş, Zərərçəkmiş şəxs isə taxta stolda əyləşmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs yanına çağıraraq, sonuncudan əvvəllər sevgilisi olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs ona daha əvvəl heç kimlə sevgili olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, lakin sonuncu onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs icazə verəcəyi təqdirdə öz cinsi orqanını onun cinsi orqanına sürtərək, öz etirasını təmin edə biləcəyini bildirmiş və sonuncu onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, öz şalvarını və alt paltarını dizə qədər aşağı salmış, Zərərçəkmiş şəxs da şalvarını və alt paltarını aşağı salmışdır. O, Zərərçəkmiş şəxs qabaq hissəsində dayanmış və cinsi orqanını sonuncunun cinsi orqanına sürtərək, onun üzündən öpmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla intim münasibətdə olmuşdur. O, etirasını təmin etmiş və geyinməyə başlamışdır. Həmin vaxt həmkəndlisi Şahid1 əlində telefon və digər əlində isə bir ədəd qara rəngli bıçaqla içəri daxil olmuşdur. Şahid1 ona onları çoxdandır ki, izlədiyini, onunla Zərərçəkmiş şəxs arasındakı intim münasibətləri video çəkiliş etdiyini bildirmişdir. O, Şahid1 irad bildirərək, sonuncunu çölə çıxarmış və onları niyə videoya çəkməsini soruşmuşdur. Şahid1 ona çöldə olduqları vaxt heç nə deməmiş və onlar ikisi də otağa daxil olmuşlar. Şahid1 əlindəki bıçaqla onu və Zərərçəkmiş şəxs hədələməyə başlamışdır. Şahid1 Zərərçəkmiş şəxs hədələyərək, onunla cinsi münasibətdə olmadığı təqdirdə çəkdiyi videoları bütün kəndə yayacağını bildirmişdir. O həmin vaxt Zərərçəkmiş şəxs müdafiə etmək istəsə də, Şahid1 əlində olan bıçaqla onu öldürməklə hədələmişdir. Bundan sonra Şahid1 onu qolundan tutub dartaraq, otaqdan çölə çıxartmış və özü otağa tək daxil olmuşdur. Otağa daxil olduqdan sonra Şahid1 otağın qapısını keçəçəklə bağlamış və o, çöldə qalmışdır. O, pəncərədən içəri baxdığı zaman Şahid1 Zərərçəkmiş şəxs əlində olan bıçaqla hədə-qorxu gəlməsini görmüş, lakin o, tərəflər arasındakı söhbəti eşitməmişdir. O, avtomobilin yanına getmiş və bundan təxminən 6-7 dəqiqə sonra geri qayıdaraq Şahid1 və Zərərçəkmiş şəxs olduqları otağın qapısının kilidini qıraraq, içəri daxil olmuşdur. Bundan sonra o, Şahid1 dərhal Şahid1 telefonu alaraq, özü ilə Zərərçəkmiş şəxs videogörüntülərini həmin telefondan silmişdir. Daha sonra o, içəri daxil olmuş və Zərərçəkmiş şəxs taxta stulda əyləşdiyini və qorxduğu üçün halsız vəziyyətdə olduğunu görmüşdür. Bundan sonr o, Zərərçəkmiş şəxs atasına məxsus “Niva” markalı avtomobilə əyləşdirmiş, Şahid1 də həmin avtomaşına minmiş və onlar üçü də kəndə tərəf yola düşmüşlər. Yolda olduqları zaman Şahid1 onları hədələyərək, baş vermiş hadisə barədə kimsəyə nəsə deməmələrini bildirmişdir. O, Zərərçəkmiş şəxs götürdüyü yerdə avtomaşından düşürtmüşdür. Həmin gün axşam saatlarında o, Zərərçəkmiş şəxs mesaj yazaraq, vəziyyəti ilə maraqlanmış, lakin sonuncu ona qarşı niyə belə bir hərəkət etdiyini qarşılıq olaraq soruşmuşdur. 10 mart 2023cü il tarixdə, saat 22 radələrində o, Şahid1 ilə yaşadığı kənddə sonuncunun evinin yaxınlığında dayandığı vaxt Şahid4 Şahid1 zəng vuraraq onu yanına çağırmışdır. O, Şahid1 birlikdə getməyi təklif etsə də, lakin sonuncu onun təklifini qəbul etməmişdir. O da Şahid1 Şahid4 yaşadığı küçənin başında gözləmişdir. Bundan bir qədər sonra Şahid4 öz avtomobili ilə onu küçədən götürmüş və kənd ərazisində yerləşən “Nicat” şadlıq evinin yanına aparmışdır. Orada olduğu zaman həmkəndlisi Şahid5 ondan Zərərçəkmiş şəxs ilə aralarında nə olduğunu soruşmuş, o da sonuncuya Zərərçəkmiş şəxs sevdiyini bildirmişdir. Həmin sözdən sonra Şahid5 onun burun nahiyəsindən yumruqla zərbə endirmiş və orada olan digər həmkəndlisi Şahid7 Ələkbər oğlu onu döyməyə başlamışdır. Həmin vaxt hadisə yerində olan digər kənd sakini Şahid3 onu Şahid5 və Şahid7 əlindən almışlar. Bundan sonra Şahid5 və Şahid7 Şahid1 üzərinə getmişlər. Həmin vaxt orada olan kənd sakini Elvin ona yaxınlaşmış və onu ayağa qaldırıb, yaxınlıqda olan su arxına aparmış və üzünün və burnunun qanını yumuşdur. Daha sonra Şahid5 və Şahid7 onları yolun əks istiqamətinə aparmışlar. Buna səbəb həmin yerin magistral yoldan aşağı olması və kənardan görünməməsi olmuşdur. Həmin yerdə Şahid5 və Şahid7 Şahid1 döyməyə başlamışlar. O, həmin vaxt halsız olduğu üçün Şahid1 nə etdiyini görməmiş, lakin sonradan sonuncunun Şahid5 bıçaqla xəsarət yetirdiyini bilmişdir. Bundan sonra Şahid5, Şahid4 və Şahid7 onu döyə-döyə avtomobilə əyləşdirmişlər və onlar hamısı birlikdə Zərərçəkmiş şəxs evinin yaxınlığında olan şor kanalının yanına getmişlər. Həmin yerə çatdıqları zaman digərləri nəqliyyat vasitəsindən enmiş və qapını kilidləmişlər. O, maşında tək qaldığı üçün fürsətdən istifadə edərək Şahid8 olduğu yer barədə məlumat vermişdir. Daha sonra onu avtomobildən yerə düşürmüş və döyməyə başlamışlar. Həmin vaxt Şahid4 Zərərçəkmiş şəxs atası Namiki həmin yerə gətirmək üçün avtomaşınla çıxıb getmiş, bundan bir neçə dəqiqə sonra Şahid4, qohumu Şahid8 və Zərərçəkmiş şəxs atası onların yanına gəlmişlər. Daha sonra onlar piyada şəkildə Zərərçəkmiş şəxs evinə getmişlər. Həmin vaxt Şahid8 onun atasını da gətirmək üçün onların yanından ayrılmış və o, Zərərçəkmiş şəxs evində əl-üzünü yuduqdan sonra evə daxil olmuşdur. Həmin evdə onu Zərərçəkmiş şəxs ilə üz-üzə əyləşdirmişlər. Zərərçəkmiş şəxs atası sonuncudan onunla nə kimi münasibəti olmasını soruşmuşdur. Zərərçəkmiş şəxs atasına onunla sevgili olmasını etiraf etmiş və onunla kənd ərazisində yerləşən fermaya getdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs atası qohumu X2 zəng vurmuş və sonuncunu evlərinə çağırmışdır. Bir neçə dəqiqə sonra S.İ.Qurbanov onun atası ilə birlikdə oraya gəlmiş və Zərərçəkmiş şəxs atası sonuncuya hər şeyi danışmışdır. S.İ.Qurbanov hər şeyi bildikdən sonra əsəbiləşərək, Zərərçəkmiş şəxs üz nahiyyəsindən sillə ilə vurmuş və zərbə nəticəsində sonuncu yerə yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs atası onun atasına onu da götürüb evindən getmələrini bildirmiş və onlar birlikdə öz evlərinə getmişlər. Həmin gündən sonrakı gün isə o, Zərərçəkmiş şəxs valideynləri tərəfindən onun barəsində Biləsuvar rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edildiyini öyrənmişdir. Bundan başqa, o bildirdi ki, Zərərçəkmiş şəxs sevir və sonuncu ilə evlənmək niyyəti vardır. Buna görə də Zərərçəkmiş şəxs qarşı Şahid1 ilə aralarında heç bir plan qurmamışlar. O, Şahid1 Zərərçəkmiş şəxs qarşı otaqda hansı hərəkəti etdiyini bilmir, çünki həmin vaxt o, otaqda olmamış və içəridə olanları görə bilməmişdir. Lakin o, çiyni ilə otağın qapısını açdıqdan sonra Zərərçəkmiş şəxs halsız vəziyyətdə stulda oturduğunu görmüşdür. O, Şahid1 Zərərçəkmiş şəxs barədə heç nə deməmiş və ya sonuncunun şəkillərini göndərməmişdir. Şahid1 hadisənin baş verdiyi fermaya özü gəlmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə və sonuncunun valideynləri ilə barışmağa cəhd etməsini və cavanlığını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, onun qanuni nümayəndəsini və vəkilini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən orta məktəbdə 10-cu sinifdə təhsil alır və o, kənd ərazisində iki müəllim yanına hazırlıq məşğələsinə gedir. O, X4 ilə 3 ildir ki, sevgili kimi münasibətdə olmuşdur. Buna görə də o, anasının xəbəri olmadan sonuncunun mobil telefonu ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq əlaqə saxlamış və yazışmışdır. Onlar əlaqədə olduqları zaman sevgili kimi danışmış, lakin evlənmək barədə heç bir söhbət etməmişlər. O, 04 mart 2023-cü il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs mesaj yazaraq, sonuncu ilə Dünya müəllimin evinin yanında saat 15:30 radələrində görüşə biləcəyini bildirmişdir. O, həmin gün saat 15:30 radələrində Dünya müəllimin evinə hazırlıq məşğələsinə getmiş və sonuncunun evinin yaxınlığında olduğu zaman Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Niva” markalı, **-SH- *** döylət qeydiyyat nişanlı avtomobillə onun yanında dayanmışdır. Təqsirləndirilən şəxs nəqliyyat avsitəsindən düşərək, ona yaxınlaşmış və onunla söhbət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs ona “gəl gedək” sözlərini demiş və o da sonuncu ilə razılaşaraq, maşının arxa oturacağında əyləşmişdir. O, nəqliyyat vasitəsində olduğu zaman Təqsirləndirilən şəxs hara getdiklərini soruşmuş, lakin sonuncu ona heç nə deməmişdir. Bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs onu köhnə bir binaya aparmış və ilk öncə özü maşından düşərək, ətrafda kimin isə olub-olmamasını yoxlamışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs həmin binanın sonuncunun babasına məxsus ferma olmasını öyrənmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobildən düşmüş və ətrafa baxmış və bir neçə dəqiqə sonra nəqliyyat vasitəsinə tərəf gələrək, onu yerə düşürtmüşdür. Onlar birlikdə binanın içinə daxil olmuşlar, lakin Təqsirləndirilən şəxs bir neçə dəqiqəlik çölə çıxmış və o, otaqda tək qalmışdır. Daha sonra Təqsirləndirilən şəxs təkrarən otağa daxil olmuşdur. O, otaqda olduqları zaman Təqsirləndirilən şəxs onu niyə bura gətirməsini soruşmuş və sonuncu ona sevgili olduqlarını və onu hara istəsə, apara biləcəyini söyləmişdir. Onların daxil olduğu otaqda bir ədəd bir nəfərlik çarpayı və bir ədəd taxtadan iki metrəlik oturacaq olmuşdur. O, oturacağın üstündə oturmuş, Təqsirləndirilən şəxs da çarpayı da uzanmışdır. Daha sonra Təqsirləndirilən şəxs onu yanına çağırmış və o da sonuncunun ayaq hissəsində çarpayıda əyləşmişdir. Təqsirləndirilən şəxs ona özündən qabaq sevgilisinin olubolmamasını soruşmuş, o da sonuncuya əvvəllər sevgilisinin olmamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq, pəncərədən çölə baxmış və şalvarını və alt paltarını çıxararaq, ona yaxınlaşmışdır. Təqsirləndirilən şəxs onu arxa nahiyəsindən qucaqlamış və boynunu öpmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onun şalvarını aşağı çəkmişdir və sonuncu onun alt paltarını da aşağı çəkmək istədikdə o, Təqsirləndirilən şəxs dayandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını onun arxa nahiyyəsinə sürtmüşdür. Təqsirləndirilən şəxs onun alt paltarını aşağı çəkmiş və onun arxa dəlik hissəsinə öz cinsiyyət orqanını salmış və daha sonra da çıxarmışdır. Bundan sonra onlar hər ikisi paltarlarını geyinməyə başlamışlar və həmin vaxt həmkəndliləri Şahid1 əlində mobil telefon və bıçaqla içəri daxil olaraq, videoçəkiliş aparmasını bildirmişdir. Şahid1 ona Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olduğu anı videoya çəkdiyini bildirərək, onunla intim münasibətdə olmayacağı təqdirdə videonu bütün kəndə yayacağı ilə hədə-qorxu gəlmişdir. O, ilk əvvəl Şahid1 etiraz edərək, onunla cinsi əlaqədə olmayacağını bildirsə də, daha sonra sonuncu əlində olan bıçaqla onu öldürəcəyi ilə hədələmiş və o da məcburiyyət qarşısında qalaraq, sonuncunun dediklərini etmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs ilə çölə çıxmış və ona “hazırlaş gəlirəm, səninlə cinsi əlaqədə olacağam” sözlərini demişdir. O da qorxduğuna görə otaqda gözləmişdir. Bundan bir neçə dəqiqə sonra Şahid1 tək içəri daxil olmuş və onun üzərinə gələrək, əynində olan boz rəngli şalvarını və alt platarını dizinə qədər çıxarmış və daha sonra onu çarpayının üstünə uzatmışdır. Bundan sonra Şahid1 onun üzərinə uzanmış və öz cinsi orqanını onun arxa nahiyəsinə salmışdır. Şahid1 ilə cinsi əlaqədə olduqları zaman o, öz ayağı ilə sonuncunun ayağına vuraraq, müqavimət göstərmişdir. Şahid1 onunla təxminən 5 dəqiqə arxa nahiyyəsindən cinsi əlaqədə olmuş və daha sonra üstündən qalxaraq, paltarlarını geyinmişdir. Bundan sonra Şahid1 çölə çıxmış və sonuncu Təqsirləndirilən şəxs ilə otağa daxil olduğu zaman onun huşu getmişdir. O, özünə gəldiyi vaxt Təqsirləndirilən şəxs başının üzərində dayandığını görmüşdür. Təqsirləndirilən şəxs onu qucaqlayıb, öpmüş və hər şeyin yaxşı olacağını demişdir. Bundan sonra onlar avtomaşına əyləşərək, yaşadıqları kəndə yola düşmüş Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Niva” markalı avtomaşını ilə onu Dünya müəllimin evinin yaxınlığında düşürtmüşdür. Şahid1 də onlarla birlikdə, eyni avtomobildə, kəndə qayıtmışdır. Həmin gün, gecə saatlarında Təqsirləndirilən şəxs ona mesaj yazaraq, necə olması ilə maraqlanmışdır. O da Təqsirləndirilən şəxs niyə belə bir hərəkət etdiyini soruşmuş və sonuncu onu sevdiyini bildirmişdir. Həmin yazışmadan sonra onun ilə Təqsirləndirilən şəxs arasında heç bir əlaqə olmamışdır. Lakin 10 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona mesaj yazaraq əmisi Şahid4 Şahid1 yanına çağırdığnı bildirmişdir. O da bundan sonra əmisi oğlu Şahid7 mesaj yazaraq, Şahid4 Şahid1 ilə nə kimi əlaqəsi olduğunu soruşmuşdur. Həmin gün saat 23 radələrində o, evdə olduğu vaxt Şahid4 onun atasına zəng etmiş və telefonu o açmışdır. Şahid4 ondan atasını telefona çağırmasını istəmişdir. Həmin vaxt həyət darvazası döyülmüş və Şahid4 özünün qapını döydüyünü demişdir. O, qapını açmış və Şahid4 həyətə tək daxil olmuşdur və o, atasını çağırmaq üçün evə getmişdir. Onun atası həyətə düşmüş, lakin o, evdə anası ilə birlikdə qalmışdır. Bundan bir qədər sonra əmisi Şahid4, əmisi oğlu Şahid5 və Şahid7, habelə Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmişlər. Onun anası Z.G.Qurbanova Təqsirləndirilən şəxs qızından nə istədiyini soruşmuş və sonuncu da onun anasına onunla bir-birilərini sevdiklərini və buna görə də onu qaçırdığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sifətində qan olmuşdur. Həmin vaxt Şahid4 atasının əmisi S.İ.Qurbanova zəng vurmuş və sonuncunu evə dəvət etmişdir. S.İ.Qurbanov onların evinə gəlmiş və atası hadisə barədə sonuncuya məlumat vermişdir. Bütün baş verənləri öyrəndikdən sonra S.İ.Qurbanov əsəbiləşərək, onun saçından tutaraq, sifət nahiyyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Zərbə nəticəsində onun ağzından qan gəlməyə başlamışdır. Daha sonra onların evinə Təqsirləndirilən şəxs atası Samiri çağırmışlar və sonuncunu atasına təhvil vermişlər. Bundan başqa, o bildirdi ki, Təqsirləndirilən şəxs ilə 3 il sevgili münasibətində olmuşlar və sonuncu ondan bir neçə dəfə pul da istəmiş və o Təqsirləndirilən şəxs pul vermişdir. Təqsirləndirilən şəxs ilə o, əvvəllər cinsi əlaqədə olmamış və onlar yalnız 09 mart 2023-cü il tarixdə ilk dəfə intim münasibətdə olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs onun hələ 16 yaşı tamam olmamasını bilmişdir. Onlar cinsi əlaqədə olub qurtardıqdan sonra Şahid1 içəri daxil olmuş və onları videoya çəkdiyini söyləmişdir. O hesab edir ki, Şahid1 ilə Təqsirləndirilən şəxs onun əleyhinə plan quraraq, əvvəlcədən razılaşmışlar. Həmin planın nəticəsində isə Şahid1 onların görüşdüyü yeri bilmişdir. Onun hadisə baş verməzdən əvvəl Şahid1 ilə heç bir əlaqəsi olmamışdır. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bağışlamadığını bildirərək, sonuncu barəsində ən ağır cəza növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş X3 göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır və hadisə baş verdiyi vaxt 16 yaşı tamam olmamışdır. Zərərçəkmiş şəxs 10-cu sinifdə oxuyur və kənd ərazisində hazırlıq məşğələlərinə də gedir. Zərərçəkmiş şəxs onun işlətdiyi “Samsung” markalı mobil telefondan dərslərini hazırlamaq məqsədi ilə istifadə edir. 10 mart 2023-cü il tarixdə, saat 23 radələrində o, yaşadığı evdə olduğu vaxt qohumu Şahid4 onların evinə gəlmiş və Təqsirləndirilən şəxs onun qızına qarşı əxlaqsız hərəkətlər etdiyini bilidrmişdir. O, daha öncə Təqsirləndirilən şəxs tanımamışdır. Bundan bir neçə dəqiqə sonra Şahid4 Təqsirləndirilən şəxs onun evinə gətirmişdir. O, Təqsirləndirilən şəxs onun qızına qarşı niyə belə bir hərəkət etdiyini soruşduğu zaman sonuncu ona Zərərçəkmiş şəxs sevdiyini bildirmişdir. Bundan sonra əri, Təqsirləndirilən şəxs atası, Şahid8 onların evinə gəlmişdir. S.İ.Qurbanov hadisə barədə xəbər tutduqdan sonra Zərərçəkmiş şəxs bir dəfə üz nahiyyəsindən yumruqla zərbə endirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs atası da onların yanında sonuncuya bir dəfə sillə vurmuşdur və daha sonra Təqsirləndirilən şəxs götürüb özü ilə aparmışdır. Həmin günün səhəri günü o, hadisə barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan əlavə, o qızı ilə Təqsirləndirilən şəxsn arasında olan münasibətdən xəbərsiz olmuşdur. Sonda, Z.G.Qurbanova Təqsirləndirilən şəxs onun yetkinlik yaşına çatmayan qızına qarşı etdiyi əxlaqsız hərəkətlərə görə bağışlamadığını bildirərək, sonuncu barədə ən ağır cəzanın seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun ailəsinin Biləsuvar rayonu, Nəsimi kəndinin kənarında əkin torpaqları vardır və onları həmin sahədə arpa məhsulu əkmişlər. 2023-cü ilin əvvəllərində onun babasının anası vəfat etdiyinə ailəsi yas mərasimi ilə əlaqədar əkin sahəsinə nəzarət edə bilməmiş və buna görə də qonşuluqda otarılan mal-qara əkin sahəsinə ciddi zərər vurmuşdur. Buna görə də o, 04 mart 2023-cü il tarixdə, axşamüstü, həmkəndlisi Şahid2 avtomobili ilə ailəsinin əkin sahəsinə getmiş, geri piyada qayıdarkən, təqsirləndirilən şəxsin dayısına məxsus fermanın yanında Təqsirləndirilən şəxs atasına məxsus “Niva” markalı avtomobilin dayandığını görmüşdür. O, kəndə qədər yolu piyada getməmək üçün, “Niva” markalı avtomobilinin yanına getmiş və lakin avtomaşında heç kimin olmadığını görmüşdür. Buna görə də o, həmin avtomobili fermaya gətirmiş şəxsi axtarmağa başlamış, oradakı yaşayış otağından səslər eşitmişdir. O, həmin səslərə qulaq asdıqda, içəridən gələn səslərdən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs işini tez bitirməsini və oradan getmələrini dediyini eşitmişdir. O, tərəflərin söhbətinə təxminən 3-4 dəqiqə qulaq assa da, sonuncuların cinsi əlaqədə olmalarını görməmişdir. O, otağın qapısına doğru getmiş və qapını açdığı zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs orada görmüşdür. O, içəriyə girib cibindən telefonunu çıxartmış və Təqsirləndirilən şəxs onları güddüyünü və onların videolarını çəkdiyi barədə yalan demişdir. O, əslində tərəflərin videolarını çəkməmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs sevdiyini və həmin şəxslə evlənəcəyini dediyinə görə o, həmin şəxslər arasında münasibətlərə hər hansı müdaxiləni yersiz sayaraq, Təqsirləndirilən şəxs hər hansı irad bildirməmişdir. Daha sonra onlar evlərinə qayıtmağa qərar vermişlər və Zərərçəkmiş şəxs avtomobilin sürücü tərəfdən arxa oturacağında, o isə qabaq oturacaqda əyləşmişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs həmkəndlisi Dünya müəllimin yaşadığı evin yerləşdiyi küçəyə aparmışlar və sonuncu avtomobildən düşüb, küçə ilə getmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsini yaşadığı evin həyətində saxlamış və yenidən onun yanına qayıtmışdır.10 mart 2023-cü il tarixdə, saat 22 radələrində kənd ərazisində Təqsirləndirilən şəxs ilə birlikdə gəzişdiyi zaman həmkəndlisi Şahid4 ona zəng vurmuş və sonuncu onunla işi olduğunu deyərək, onu yanına çağırmışdır. Daha sonra Şahid4 qardaşı oğlu Şahid7 onu avtomobil ilə götürmüş və sonuncunun yanına aparmışdır. Bir neçə dəqiqə sonra Şahid4 və Şahid5 onun əyləşdiyi nəqliyyat vasitəsinə minmişlər və onlar küçədə dayanmış Təqsirləndirilən şəxs da götürmüşlər və kənd ərazisində olan “Nicat” şadlıq evinin yanında düşmüşlər. Onlar həmin yerdə söhbət etməyə başlamışlar və qəfildən Şahid5 və Şahid7 Təqsirləndirilən şəxs döyməyə başlamışlar. Bundan sonra Şahid5 ona yaxınlaşmış və onu yumruqla vurub, yerə yıxmışdır. O, yerə yıxıldıqdan sonra Şahid5, Şahid4 və Şahid7 onu döyməyə başlamışlar. O da özünü müdafiə etmək məqsədi ilə cibində gizlətdiyi bıçağı çıxartmış və Şahid5 əvvəlcə sağ bud, daha sonra isə sol bud nahiyyəsinə bıçaq zərbələri vurmuşdur. Buna görə də Şahid5 qışqırmış və o, fürsətdən istifadə edərək dərhal hadisə yerindən qaçmışdır. O, birbaşa yaşadığı evə getmiş və ailə üzvlərinə məlumat vermədən Bakı şəhərinə getmişdir. Bundan başqa, Şahid1 ifadəsində bildirdi ki, fermada olduğu vaxt onun üzərində mobil telefon olsa da, o, həmin mobil telefonlar vasitəsi ilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs videolarını çəkməmişdir. O, Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamış və sonuncunu belə bir hərəkətə vadar etmək məqsədi ilə təhdid etməmişdir. O, Şahid3 adlı şəxsə heç bir video göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə, saat 12 radələrində dostu Şahid3 onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq, onun qohumu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə intim videosunu Şahid1 ona göstərdiyini bildirmişdir. O, Şahid3 video barədə soruşduğu zaman, sonuncu ona həmin görüntülərdə Zərərçəkmiş şəxs şalvarının dizinə qədər aşağı çəkildiyni və Təqsirləndirilən şəxs da şalvarının qabağını bağlamasını gördüyünü bildirmişdir. Həmin gün, saat 20 radələrində o, Şahid7 və Şahid3 kənd ərazisində olan bərbərdən çıxmışlar və əmisi Şahid4 evinə getmişlər. Onlar həmin ünvana çatdıqdan sonra zəng vuraraq, Şahid4 çölə çağırmışlar. Şahid4 onların yanına gəldikdən sonra o, sonuncuya baş vermiş hadisə barədə danışmışdır. Bundan sonra Şahid4 Şahid1 zəng vuraraq, sonuncu ilə görüşmək istədiyini bildirmişdir. Şahid1 onlara yerini bildirdikdən sonra Şahid4 özünə məxsus “Khazar” markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobili Şahid7 vermiş və Şahid1 gətirməsini sonuncuya bildirmişdir. Bundan sonra Şahid7 Şahid1 onların yanına gətirmiş və onlar birlikdə nəqliyyat vasitəsinə əyləşmişlər. Onlar bir qədər yol getdikdən sonra Təqsirləndirilən şəxs da yolda piyada hərəkətdə olduğu zaman görmüşlər və sonuncunu avtomobilə əyləşdirərək, kənd ərazisində yerləşən “Nicat” şadlıq evinin yaxınlığına aparmışlar. Həmin yerə çatdıqdan sonra onlar maşından düşmüşlər. O, Təqsirləndirilən şəxs kənara çəkərək, Şahid3 ddediklərinin doğru olub-olmamasını və Zərərçəkmiş şəxs ilə aralarında nə olmasını soruşmuşdur. Lakin Təqsirləndirilən şəxs Şahid3 dediklərini inkar etmişdir. O, Təqsirləndirilən şəxs üz nahiyyəsindən bir dəfə yumruqla zərbə endirmiş və döymüşdür və bundan sonra sonuncu hər şeyi etiraf edərək, Zərərçəkmiş şəxs ilə sevgili olduqlarını və sonuncu ilə həm onun özünün, həm də Şahid1 qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, habelə sonuncunun onların ikisini videoya çəkdiyini bildirmişdir. Şahid1 isə videoçəkiliş aparmasını qəbul etsə də, Təqsirləndirilən şəxs dediklərini inkar edərək, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmadığını bildirmişdir. Bundan sonra orada onlar əlbəyaxa olmuşlar. Mübahisə zamanı Şahid1 yerə yıxılmış və o da sonuncunun üstünə yıxılmışdır. O, Şahid1 ilə yerdə əlbəyaxa olduğu zaman qəflətən hər iki bud nahiyəsindən ağrı hiss etmiş və sonuncunun onun bud nahiyələrindən bıçaqla xəsarət yetirməsini görmüşdür. Daha sonra Şahid1 oradan qaçmışdır. Bundan sonra onlar hamısı avtomobilə əyləşmişlər və Zərərçəkmiş şəxs evinə getmişlər. Həmin evdə onlar Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirmişlər. Lakin o, özünü yaxşı hiss etmədiyinə görə oradan çıxmış və əmisi Şahid4 evinə getmişdir və buna görə də ondan sonra baş vermiş proseslərdən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, qaynatası Mirhafiz Mirzəyevə məxsus “VAZ-21011” markalı avtomobili Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində olan əkin sahələrinə baxmaq üçün getdiyi zaman istifadə edir. 04 mart 2023-cü il tarixdə, saat 16 radələrində o, yaşadığı evdən həmin nəqliyyat vasitəsi ilə çıxmış və kəndin mərkəzində olan mağazaların birinin qarşısında saxlamışdır. Həmin vaxt həmkəndlisi Şahid1 ona yaxınlaşmış və hara getməsini ondan soruşmuşdur. O da Şahid1 əkin sahələrinə baxmağa getdiyini bildirmişdir. Şahid1 onu da aparmasını xahiş etmiş və sonuncunun təklifini qəbul etmişdir. Bundan sonra o, mağazadan ərzaq almış və daha sonra onlar yola çıxmışdılar. Onlar kəndin arxa hissəsində olan “Şirin kanal” deyilən körpüyə yaxınlaşan zaman Şahid1 ondan körpünü keçib, avtomobili saxlamasını xahiş etmişdir. O da Şahid1 dediyi yerdə nəqliyyat vasitəsini saxlamışdır. Şahid1 avtomobildən düşmüş və o, maşını işə salaraq, əkin sahələrinə doğru getmişdir. O, hərəkət etdiyi vaxt Şahid1 maşından düşdüyü yerdə dayanmışdır. Buna görə də o, Şahid1 hansı istiqamətə getməyini görməmişdir. O, 12 mart 2023-cü il tarixdə Şahid1 Şahid5 bıçaqlamasını eşitsə də, hadisə barədə başqa məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında bildirdi ki, 10 mart 2023-cü il tarixdə, saat 19 radələrində o, sinif yoldaşı Şahid5 ilə birlikdə yaşadıqları kənd ərazisində olan bərbərxanaya getmişdir. Onlar bərbərxanada olduqları zaman Şahid5 ondan Zərərçəkmiş şəxs kənddə kiminsə istəyib-istəməsini soruşmuşdur. O da Şahid5 bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. O, saçlarını kəsdirdikdən sonra birlikdə bərbərdən çıxmaq istəmiş, lakin həmin vaxt Şahid5 əmisi oğlu Şahid7 gəlmiş və onlara onu gözləməsini bildirmişdir. Şahid7 saçını kəsdirdikdən sonra onlar sonuncunun idarə etdiyi avtomobil vasutəsi ilə yaşadıqları evə getmək üçün yola düşmüşlər. Yolda olduqları zaman Şahid5 Şahid7 Zərərçəkmiş şəxs istəyən olub-olmasını, habelə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münasibət olub-olmadığını soruşmuşdur. S.Ə.Şahid5Qurbanova Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bir-birilərini sevdiklərini bildirmişdir. Buna görə də Şahid5 Təqsirləndirilən şəxs ilə danışmaq lazım olduğunu söyləmişdir. Bundan sonra o, yaşadığı evə getmiş və saçlarını yuduqdan sonra yenidən Şahid5 ilə görüşmüşdür. Şahid5 ondan əmisi Şahid4 zəng vurmasını xahiş etmiş, o da sonuncuya zəng vuraraq, Şahid5 onunla işi olduğunu və küçəyə çıxmasını bildirmişdir. Daha sonra Şahid4 gəlmiş və Şahid5 ilə söhbət etməyə başlamışdır. O, tərəflərin söhbətini həmin vaxt telefon vasitəsi ilə danışdığı üçün eşitməmişdir. Bundan sonra onlar Şahid7 idarə etdiyi “Khazar” markalı, **- PF-*** qeydiyyat nişanlı avtomobilə əyləşmişlər və hərəkətə başlamışlar. Onlar bir qədər yol getdikdən sonra küçədə kənd sakini Şahid1 görmüşlər. Onlar Şahid1 maşına əyləşdirmişlər və yollarına davam etmişlər. Daha sonra isə onlar küçədə Təqsirləndirilən şəxs da görmüşlər və onu da nəqliyyat vasitəsinə mindirmişlər. Onlar “Nicat” şadlıq evinin yaxınlığında avtomaşını saxlamışlar və nəqliyyat vasitəsindən yerə düşmüşlər. Həmin vaxt Şahid5 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə nə kimi münasibətinin olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs da Şahid5 “Sən kimsən?” sualını vermişdir. Buna görə də Şahid5 Təqsirləndirilən şəxs sifətindən bir neçə dəfə yumruqla zərbə vurmuş, zərbələr nəticəsində sonuncu yerə yıxılmışdır. Təqsirləndirilən şəxs yerdə olduğu zaman Şahid5 ona bir neçə dəfə də təpiklə zərbələr vurmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs Şahid5 əlində almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs burnundan qan gəlmiş, o da həmin şəxsi su arxına apararaq, üzünü yumağa köməklik etmişdir. O, Təqsirləndirilən şəxs geri gətirdiyi zaman Şahid1 Şahid5 bıçaqla vuraraq, qaçdığını hadisə yerində olan digər şəxslərdən eşitmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə aparmaq məqsədi ilə avtomobilə əyləşdirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs dayısına zəng vuraraq, olduğu yer barədə məlumat vermişdir. Daha sonra isə Şahid4 və digərləri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına aparmışlar. O isə Zərərçəkmiş şəxs evinə getməmiş və küçədə bulağın yanında qalmışdır. Bundan başqa, o bildirdi ki, Onun Şahid1 ilə heç bir əlaqəsi olmamış və sonuncu ona heç bir video göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı oğlu Şahid6 oğludur. O, 23 iyul 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ona verilən texniki pasportla Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yerləşən atasına məxsus əkin sahələrinin üzərində inşa edilmiş bir mərtəbəli tikilini öz adına keçirmişdir. O, həmin vaxtdan hazırki tarixə qədər həmin tikilidən mal-qara saxlamaqdan ötrü istifadə edir. 10 mart 2023cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq, ondan kömək istəmişdir. O da dərhal buna görə əmisi oğlu Xalıq ilə birlikdə Təqsirləndirilən şəxs ona dediyi yerə, yəni Biləsuvar rayonu, Nəsimi kəndi ilə Nərimankənd kəndi arasında olan şor kanalının yaxınlığına getmişdir. O, həmin yerə çatan zaman Təqsirləndirilən şəxs burnundan qan axmasını görmüşdür. Təqsirləndirilən şəxs yanında kənd sakinləri Şahid5, Şahid7, Şahid4 və tanımadığı digər şəxslər olmuşdur. O, həmin şəxslərən nə baş verməsini soruşmuş və Şahid4 ona Təqsirləndirilən şəxs və Şahid1 Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs atasına zəng vuraraq, məsələ barədə sonuncuya xəbər vermiş və hadisə yerinə çağırmışdır. Təqsirləndirilən şəxs atası Şahid6 onun olduğu yerə gəldikdən sonra Təqsirləndirilən şəxs və digərləri birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. O isə Zərərçəkmiş şəxs evinə getməmiş və buna görə də sonrakı proseslərdən onun xəbəri olmamışdır. Bundan başqa, o bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə onun fermasına getdiyi zaman ona əvvəlcədən xəbər verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, 10 mart 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evə gəlmiş və yorğun olduğu üçün tez yatmışdır. Bundan təxminən 1 saat sonra dayısı Şahid8 ona zəng vurmuş, lakin o, yatdığı üçün telefonuna cavab verə bilməmişdir. Buna görə də dayısının oğlu Süleyman onun yaşadığı evə gəlmiş və onu yuxudan oyatmışdır. Bundan sonra o, Süleymanla birlikdə özünə məxsus “Niva” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evdən çıxmış və sonuncunu yolda endirərək, həmkəndlisi Namik Qurbanovun yaşadığı evə getmişdir. O, yolda olduğu zaman dayısı Şahid8 və qohumu Xalıq onun qarşısına çıxmışlar və o, sonuncuları da maşınına mindirmişdir. Bundan sonra onlar birlikdə Namik Qurbanovun evinə getmişlər. O, həmin ünvanda olduğu zaman Namik Qurbanovdan nə baş verməsi barədə soruşmuş, sonuncunun arvadı ona Təqsirləndirilən şəxs onun azyaşlı qızına qarşı əxlaqsız hərəkətlər etməsini söyləmişdir. Bundan sonra Namik Qurbanov əmisi S.İ.Qurbanovun gələcəyini və ağsaqqal kimi nə etmək lazım olduğunu deyəcəyini ona demişdir. Bundan bir qədər vaxt sonra S.İ.Qurbanov evə gəlmiş və hadisə barədə maraqlanmışdır. Namik Qurbanov əmisinə hadisə barədə məlumat vermişdir. S.İ.Qurbanov hadisə barədə eşitdikdən sonra Zərərçəkmiş şəxs yaxınlaşmış və əvvəlcə bir dəfə sillə ilə sonuncunu vurmuş və daha sonra yerə yıxaraq, təpiklə döymüşdür. Bundan sonra Xalıq S.İ.Qurbanovu Zərərçəkmiş şəxs ayıraraq, uzaqlaşdırmışdır. Həmin vaxt S.İ.Qurbanov Zərərçəkmiş şəxs “mən sənə dəfələrlə xəbər göndərmişdim ki, özünü yığışdır.” sözlərini demişdir. Bundan sonra S.İ.Qurbanov ona tərəf dönərək, “sənin oğlunda günah yoxdu, bu olmayacaqdısa başqası olacaqdı, götür oğlunu get burdan.” sözlərini demişdir. O da Təqsirləndirilən şəxs götürmüş və yaşadığı evə getmişdir. Həmin gündən sonrakı gün Zərərçəkmiş şəxs valideynləri onun oğlu Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə şikayət etmişlər. Bundan başqa, o bildirdi ki, o, oğlu ilə Zərərçəkmiş şəxs arasında münasibət olduğunu təxminən 1 il öncə bilmiş və sonuncuya hərbi xidmətə gedibgəldikdən sonra Zərərçəkmiş şəxs ilə ailə qura biləcəyini, lakin hələ ki tez olduğunu bildirmişdir. O, 10 mart 2023-cü il tarixdə baş vermiş dava barədə yalnız oğlu Təqsirləndirilən şəxs vasitəsi ilə öyrənmiş və mübahisənin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisi oğlunun qızıdır. 10 mart 2023-cü il tarixdə, saat 20 radələrində həmkəndlisi Şahid3 ona zəng vurmuş görüşmək istədiyini bildirmişdir. Onlar görüşdüyü zaman Şahid3 ona əmisi qızı Zərərçəkmiş şəxs videosunu Şahid1 ona göstərməsini bildirmişdir. O, Şahid3 həmin videonun hansı məzmunda olmasını soruşduqda sonuncu ona cavab verməmiş, lakin Təqsirləndirilən şəxs və Şahid1 Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul aldıqlarını demişdir. Bundan sonra o, Şahid1 zəng vurmuş və harada olmasını soruşmuş, sonuncu ona kənd ərazisində olmasını və babasının evinə getdiyini bildirmişdir. O da özünə məxsus “Khazar” markalı, 99- PF-587 dövlət qeydiyyat nişanlı avtomobili qardaşı oğlu Şahid7 vermiş və sonuncuya Şahid1 gətirməsini tapşırmışdır. Bundan bir neçə dəqiqə sonra, saat təxminən 10 radələrində Şahid7 və Şahid1 onların yanına gəlmişlər. O özü avtomobili hərəkət etdirmiş və hərəkətdə olduğu zaman Təqsirləndirilən şəxs yolda, bulağın yaxınlığında görmüşdür. Təqsirləndirilən şəxs onları gördüyü vaxt qaçmağa cəhd etmiş, lakin onlar zorla sonuncunu nəqliyyat vasitəsinə əyləşdirmişlər və kənd ərazisində “Nicat” şadlıq sarayının yaxınlığına getmişlər. Onlar yolda olduqları zaman o, Təqsirləndirilən şəxs və Şahid1 həmin video barədə soruşmuş, lakin sonuncular elə bir videonun olmadığını ona bildirmişlər. Onlar nəqliyyat vasitəsindən düşdükdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fermaya aparmasını, Şahid1 ilə sonuncunu aldatdıqlarını və videoya çəkdiklərini etiraf etmişdir. Bundan sonra onlar arasında dava-dalaş başlamış və həmin vaxt Şahid1 Şahid5 bıçaqlayaraq, hadisə yerindən qaçmışdır. Buna görə də onlar Şahid5 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə aparmışlar. Həmin evdə olduqları zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs etdiklərini etiraf etmişlər və sonuncunu S.İ.Qurbanov bir dəfə sillə ilə və bir neçə dəfə təpiklə vurmuşdur. Təqsirləndirilən şəxs isə atası Şahid6 danlayaraq, Zərərçəkmiş şəxs evindən aparmışdır. Bundan başqa, o ifadəsində bildirdi ki, Şahid1 onlar ahdisədən sonrə dəfələrlə zəng vurmuş və sonuncu danışıqların birində öz əməlini etiraf edərək, Təqsirləndirilən şəxs ilə plan quraraq, Zərərçəkmiş şəxs fermaya birlikdə apardıqlarını və sonuncunu videoya çəkdiklərini etiraf etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 10 mart 2023-cü il tarixdə, saat 20 radələrində kənd ərazisində fəaliyyət göstərən bərbərə getmişdir. O, içəri daxil olduğu zaman orada Şahid3 və Şahid5 da olmasını görmüşdür. O, bərbərdə saçını kəsdirdikdən sonra onlar birlikdə oradan çıxmış və piyada evə getməyə başlamışlar. Onlar yolda piyada hərəkət etdikləri vaxt Şahid3 və Şahid5 ondan Zərərçəkmiş şəxs kiminsə harasa aparıb-aparmaması barədə soruşmuşlar, o da sonunculara bu barədə heç nə bilmədiyini söyləmişdir. Şahid3 və M.Ə.Şahid4Qurbanovu çölə çağırmış və sonuncular birlikdə söhbət etmişlər. Bundan sonra isə Şahid4 ona “Khazar” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili vermiş və Şahid1 gətirməsini tapşırmışdır. Bundan sonra o, həmin avtomobillə Şahid1 götürüb, Şahid4 yanına qayıtmışdır. Daha sonra onlar hamısı nəqliyyat vasitəsinə əyləşmişlər və yola düşmüşlər. Onlar yolda lduqları vaxt Təqsirləndirilən şəxs küçədə piyada görmüşlər və avtomobili saxlayaraq, sonuncunu maşına mindirmişlər. Onlar nəqliyyat vasitəsini kənd ərazisində yerləşən “Nicat” şadlıq evinin yaxınlığında dayandırmışlar. Bundan sonra ondan təxminən 10 metr aralıda Şahid5 Təqsirləndirilən şəxs ilə bir neçə dəqiqə söhbət etdikdən sonra sonuncunu döyməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs hər şeyi etiraf etmiş və Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını və Şahid1 də videoçəkiliş etməsini etiraf etmişdir. Lakin Şahid1 Təqsirləndirilən şəxs dediklərini inkar edərək, sadəcə olaraq videoçəkiliş etməsini etiraf etmişdir. Bundan sonra Şahid5 və Şahid1 mübahisə etməyə başlamış və sonuncu dava zamanı Şahid5 bıçaqla xəsarət yetirərək, hadisə yerindən qaçmışdır. Onlar baş vermiş hadisədən sonra avtomobilə əyləşib və Zərərçəkmiş şəxs atasının evinə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girdiyini etiraf etmişdir. O, həmin vaxt Şahid5 özünü pis hiss etdiyinə görə sonuncunu evlərinə aparmış, buna görə də həmin evdə baş vermiş sonrakı hadisələr barədə onun məlumatı yoxdur. İş materiallarında olan 16 mart 2023-cü il tarixli, 110 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sifətin sağ yarısının qançırı xəsarətinin əmələ gəlmə müddəti 10 mart 2023-cü il tarixə uyğun gəlir və bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sol said, sol diz oynağı, sol oturaq nahiyəsinin qançırları xəsarətlərinin əmələ gəlmə müddəti 04 mart 2023-cü il tarixə uyğun gəlir və əllə, təpiklə və s. ilə vurulma nəticəsində əmələ gələ bilər. Qeyd olunan xəsarətlər ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs pərdəsinin tamlığının pozulması aşkar olunmadı. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmaya dair əlamətlər vardır. Zərərçəkmiş şəxs hamiləlik aşkar olunmamışdır. İşdə olan məhkəmə-tibb ekspertizasının 16 mart 2023-cü il tarixli, 117 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs burun nahiyəsinin şişkinlik və qançırı, burun sümüyünün yerinidəyişən sınığı müəyyən olunmuşdur, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, ələ vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərin əmələ gəlmə müddəti 10 mart 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-lifli materialların tədqiqi ekspertizasının 18 aprel 2023-cü il tarixli 6/2091 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Şahid5 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Şahid1 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Şahid1 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs və Şahid5 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, “Niva” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən götürüldüyü qeyd edilən bir ədəd rezin əşyanın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Şahid1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İşdə olan məhkəmə-psixoloji ekspertizasının 30 mart 2023-cü il tarixli, 821 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən gürünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafi normaya uyğundur, gerili əlamətləri aşkar olunmamışdır. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Adaptiv və ünsiyyətçildir. Emosional-iradi sferasında, fərdi psixi xüsusiyyətlərində, hərəkət və davranışı iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişilik aşkar olunmamışdır. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillik əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs başqalarının təsiri altında uydurmağa meyillilik əlamətləri aşkar olunmamışdır. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 aprel 2023cü il tarixli, 979 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir və Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan «Azercell» məhdud məsluiyyətli cəmiyyətinin 11 aprel 2023-cü il tarixli, 8166 saylı məktubundan və həmin məktuba əlavə edilmiş CD diskindən görünür ki, Şahid1 istifadə etdiyi ***-***-**-** GSM nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** GSM nömrəsi və digər nömrələr arasında çoxsaylı qarşılıqlı zənglər olunaraq, danışıqlar aparılmışdır. Şahid1 istifadə etdiyi ***-***-**-** GSM nömrəsi, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** GSM nömrəsi ilə Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** GSM nömrəsi arasında heç bir zəng qeydə alınmamışdır. Cinayət işi materiallarında olan Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X5 “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 24 may 2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işindən Şahid1 Azərbaycan Respublikası CM-nin 152.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsi barəsində cinayət işi ayrıca icraata ayrılmış və istintaqı aparılmışdır. İşdə olan Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X5 “sübutların qiymətləndirilməsi haqqında” 24 may 2023-cü il tarixli qərarından görünür ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olsa da, sonuncu ilə zərəçəkmiş şəxs – Zərərçəkmiş şəxs ilə barışdığına görə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cavanlığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi reıimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 4(022)-12/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində, həbs etmənin əvvəli 14 mart 2023-cü il tarixdən hesablamaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə 18 aprel 2023-cü il tarixli məhkəmə-lifli ekspertizasının xərci qismində 154 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri qismində 154 (bir yüz əlli dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar