Məhkəmə qərarları › İş №1(022)-107/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-107/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-107/2023 16.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, iclas katibi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 2001-ci ildə Biləsuvar rayonu İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, xx.xx.2021-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Biləsuvar Rayon Məhkəməsi tərəfindən 01 il 02 ay 27 gün azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan, barəsində 03 mart 2023-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 fevral 2020-ci il tarixdə saat 01 radələrində Biləsuvar rayonu “Çərçili” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs fermasındakı tövləyə qanunsuz daxil olub oradan sonuncuya məxsus hər birinin qiyməti 130 manat olan 5 baş 6 (altı) aylıq, birinin qiyməti 70 (altmış) manat olan 1 (bir) aylıq quzunu gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 720 (yeddi yüz iyirmi) manat məbləğdə ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,022 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 01 mart 2023-cü il tarixdə saat 21:50 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “İşıqfor”-un yaxınlığında idarə etdiyi “VAZ-2103” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd sellofan bükülüdə olmaqla əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittihamlarda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 fevral 2020-ci il tarixə keçən gecə özünə məxsus “VAZ-21011” markalı (dövlət nömrə nişanını xatırlamır) avtomobillə “Çərçili” adlana əraziyə getmiş, həmin ərazidə olan fermanın həyətindəki qəhəlin qapısını açmış, qəhəldən 6 baş quzunu oğurlayıb avtomobilinə yükləmiş, həmin 5 baş qoyunu hər biri 130 manat olmaqla 650 manat və 1 baş quzunu 70 manat pula Biləsuvar rayonunda İlkin adlı şəxsə satmışdır, o həmin 720 manat pulu öz istirahətinə xərcləmişdir. Oğurladığı quzuların 5 başının çəkisi 20 kq, xalis çəkisi 10 kq, o birinin isə çəkisi 9 kq, xalis çəkisi 5 kq olarmış. Eləcə də o göstərmişdir ki, özü narkotik maddə istifadəçisidir, çox vaxt heroin və metamfetamin istifadə edir. 01 mart 2023-cü il tarixdə gündüz vaxtı Biləsuvar şəhəri H.Aslanov küçəsində piyada yol ilə gedən zaman yolun kənarından siqaret qutusu tapmış, siqaret çəkdiyinə görə həmin qutunu götürmüş, qutunun içərisində 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü olmuş, həmin bükülünü açıb baxmış, baxdıqda içərisində metamfetamin olmasını görmüş, metamfetamini sellofana bükülü vəziyyətdə öz cibinə qoymuş, fikirləşmişdir ki, sonra istifadə edər. 01 mart 2023-cü il tarixdə saat 21:50 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “İşıqfor”-un yaxınlığında idarə etdiyi “VAZ-2103” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları ona yaxınlaşaraq gəlişlərinin səbəbini izah etdikdən sonra onu rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X5 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynindəki əynində olan qara rəngli cins şalvarın sol yan cibindən sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoymuş və bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddə metamfetamini 01 mart 2023-cü il tarixdə gündüz vaxtı Biləsuvar şəhəri H.Aslanov küçəsində piyada yol ilə gedən zaman yolun kənarından tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə iştirakıyla açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin -1,03 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Əli Hüseynov və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Əli Hüseynovla birlikdə tanış olub imzalamışdır. Bundan sonra idarə etdiyi “VAZ-2103” markalı **-BX-*** d.n.n avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən narkotik vasitə və qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Əli Hüseynovla birlikdə tanış olub imzalamışdır. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş metamfetaminin qab ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilibdir.Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışığa nail olduğunu və dəymiş ziyanın tamamilə ödənilməsini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadələri və şahid ifadələri ilə yanaşı, digər sübutlarla da təsdiq edilir. İş üzrə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödədiyini, hazırda ondan heç bir şikayət və tələbinin olmadığını, ona görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirlməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsi elan edildi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək göstərmişdir ki, o, kənd təsərrüfatı ilə məşğul olur, şəxsi təsərrüfatında 206 baş ana qoyun və 80 baş quzusu vardır. Həmin heyvanları Biləsuvar rayonu “Çərçili” adlanan ərazidə özlərinə məxsus torpaq sahəsində düzəltdirdikləri fermada saxlayırlar. Həmin xırda buynuzlu heyvanlara qulluq etmək üçün çoban tutmuş, oğlanları Həbib Başxıyev və Şirvan Baxşıyev də həmin fermaya nəzarət edirlər. Gündəlik fermaya gedib heyvanlara baş çəkirlər. 26 fevral 2020-ci il tarixdə axşam heyvanları sahədən qaytararkən çobanları X4 Baxşıyev ilə birlikdə heyvanları sayıb tövləyə yığmışlar, sonra oğlu Həbib Baxşıyev kəndə evlərinə qayıtmışdır. Ertəsi günü Məmməd Abbasov qoyunları quzuları ilə birlikdə örüşə aparıb otarmış, axşam sahədən qaytararkən heyvanları özü saymış, həmin heyvanları saydıqdan sonra oğlu Həbib Baxşıyevə zəng vurub 4 baş quzunun əskik olmasını demişdir. Oğlanları Həbib və Şirvan Baxşıyev dərhal fermya getmişlər, onlar gecə olduğuna görə heyvanları saya bilməmişlər, 28 fevral 2020-ci il tarixdə heyvanları sayarkən aşkar etmişlər ki, 4 deyil, 6 baş quzu oğurlanıbdır. Oğurlanmış quzulardan 5 baş quzunun hər birinin qiyməti 200 manat, digərinin qiyməti isə 60 manatdır. 2023-cü ilin mart ayında bilmişdir ki, həmin oğurluq Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, evlidir, qəssablıqla məşğul olur, Biləsuvar şəhəri H.Əliyev küçəsində qəssab dükanı vardır. 27 fevral 2020-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “VAZ-2101” markalı avtomobillə onun qəssab dükanına gəlmiş, ona bildirmişdir ki, 6 baş quzusu vardır və həmin quzuları satmaq istəyir. O, Təqsirləndirilən şəxs quzuların oğurluq olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs həmin quzuların ona məsus olmasını və oğurluq yolu ilə əldə edilmədiyini bildirmişdir. O, 5 baş quzunu hər biri 130 manat olmaqla 650 manat pul, bir quzunu 70 manat pul verib almışdır. Sonra həmin quzuları kəsib satmışdır. O, həmin quzuların oğurluq olmasını bilməmiş və quzuları da bazar qiyməti ilə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 227-də qeydiyyatda olmaqla, Biləsuvar şəhəri Ş.Mustafayev küçəsində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün 01 mart 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Muğan Hümmətov daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 01 mart 2023-cü il tarixdə saat 21:45 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2103” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar şəhəri H.Əliyev küçəsində yolla hərəkət edən zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra həmin şəxs H.Əliyev küçəsində “İşıqfor”-un yaxınlığında idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxtı onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra gəlişlərinin səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Nicat İbayevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X5 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Əli Hüseynov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmişdir və bükülünün içərisində həqiqətən də psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,03 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, psixotrop maddə metamfetamin oğlunun müdafiəçisi Əli Hüseynov ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd edilən xüsusatları tam təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. İşdə olan şəxsi axtarış və götürmə barədə 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,03 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini Təqsirləndirilən şəxs, müdafiəçisi Əli Hüseynov və digər iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış zamanı «Redmi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X3 02 mart 2023-cü il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir: tədqiqata təqdim olunmuş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü » sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -1,022 qram olan ağ kristal formada olan maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,022 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı -0,972 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 09 mart 2023cü il tarixli 268 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan asılılıq SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X2 Regional Bölməsinin xx.xx.2023-cü il tarilxi 19/410 nömrələ rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2020-ci ilin fevral ayına olan orta bazar alqı-satqı qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 200 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Biləsuvar Rayon Məhkəməsi tərəfindən 01 il 02 ay 27 gün azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə AR CM-nin 185.1-ci maddəsi ilə Biləsuvar RPŞ tərəfindən AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasının keçirilməsi zamanı məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində həbsli axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Biləsuvar RPŞ-nin MSY-nə təhvil veilmişdir. Məhkəmə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını hərəkətlərində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü və 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 177.2.3-cü və 234.1ci maddəsində nəzərdə tutulmuş hədd daxilində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə saat 22:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 mart 2023-cü il tarixdə saat 14:50-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, iş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 09 mart 2023-cü il tarixli 268 nömrəli rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0,972 qram olan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin olunmuş 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində çəkilməsi üçün qəti olaraq 03 (üç) il 5 (beş ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan çəkisi 0,972 qram olan narkotik vasitə metamfetamin məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar