Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-107/2024 05.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, İİİ qrup Vətən müharibəsi əlili, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, ev 83, mənzil 46-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi 192, bina E3, mənzil 82-də yaşayan, barəsində 20 fevral 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -17,865 qram çəkidə narkotik vasitə tiryək və xeyli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edən 03 həb metadon narkotik vasitəsini əldə edib, özündə saxlayaraq daşımış, 19 fevral 2024-cü il tarixdə saat 02:05 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Turist-5“ kafesinin yaxınlığında idarə etdiyi “Chevrolet Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman gödəkçənin sağ yan cibindən bir ədəd qəhvəyi rəngli yapışqan lentlə sarınmış, iki ədəd sellofan kəsiyinə bükülmüş birində xeyli miqdarda, təmiz çəkisi -17,865 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və digərində təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edən, qəhvəyi rəngli, dairəvi formalı, bir-birləri ilə eyni olan xeyli miqdarda, 03 həb metadon narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş, döyüş tapşırığını yerinə yetirən zaman Xocavənd rayonu ərazisində minaya düşmüş və nəticədə sol ayağının dizdən aşağı hissəsini itirmişdir. Döyüşlərdə etdiyi xidmətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Sücaətə görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Həmin vaxtdan sonra bədənində olan ağrılara görə düşəndə metadon həblərindən istifadə etmişdir. Narkotik vasitələrin qanunsuz istifadəsinə görə əvvəllər məhkum olmamış, psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyildir. Rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus kreditə götürdüyü “Chevralit Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. 15 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı məhlədə avtomobilinə əylşən zaman yerdə bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü görmüşdür. O, bükülünü götürüb içinə baxanda içərisində narkotik vasitə tiryəkə oxşar maddə və üzərinə F/M40 yazılmış metadon həbləri olduğunu görmüşdür. Sonra da həmin həblərdən birini qəbul etmiş, qalanını isə bükülüyə qoyub üzərini yapışqan lentlə sarımış və özü sonra istifadə etmək üçün əynindəki idman gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Bir neçə gün sonra, yəni 18 fevral 2024-cü il tarixdə səhər saatlarında İmişli rayonuna döyüş yoldaşı ilə görüşmək üçün idarə etdiyi “Chevralit Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Həmin gün axşam saat 23 radələrində evə qayıtmaq üçün İmişli rayonundan çıxmış, o, 19 fevral 2024-cü il tarixdə saat 02 radələrində Biləsuvar rayonu Xırmandalı kəndindən keçib Ələt-Astara yolu ilə Bakı istiqamətində gedən zaman “Turist-5” kafesi yaxınlığında polis əməkdaşları ona saxla işarəsi vermiş, o avtomobili yolun kənarına verib saxlamışdır. Bu zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmiş, sonra da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onlarla polis bölməsinə getməyini bildirmişlər. O da etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyilə hüquqlarını müdafiə etmək ücün X3 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb təqdim etsin. O da əynindəki idman gödəkçəsinin sağ yan cibinə qoyduğu içərisində narkotik vasitə tiryək və metadon həbləri olan bir ədəd bükülünü, mobil telefonu, avtomobilin açarını, siqaretləri və alışqanı çıxarıb təqdim etmiş, bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içində narkotik vasitə vardır, ona məxsusdur, onu bir neçə gün əvvəl yaşadığı məhlədə yerdən tapmış və ağrıları olanda özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərində şəxsi axatrış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd qəhvəyi rəngli yapışqan lentlə sarınmış bükülü açıldıqda içərisindən iki ədəd sellofan kəsiyinə bükülmüş bükülü çıxmış, həmin bükülülərdən birincisi açılıb baxıldıqda içərisində tiryəkə oxşar maddə olması, digər bükülüdən isə 3 (üç) ədəd üzərinə F/M40 yazısı olan dərman həbləri aşkar olunmuşdür. Bükülülər hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Onun üzərində keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Daha sonra onun, müdafiəçisinin və digər iştirakçıların iştirakı ilə idarə etdiyi “Chevralit Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş tiryək və metadon həblərini təqribən 15 fevral 2024-cü il tarixində yaşadığı məhəllədə yerdən tapmış, gələcəkdə özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun üzərində tiryək və metadon həblərinin olmasından heç kimin məlumatı olmamış, bu barədə heç kimə heç bir söz deməmişdir. O, içərisində tiryək və metadon həbləri olan bükülünü tapanda yanında heç kim olmamış, əvvəllər də narkotik vasitə istifadə etmişdir. Ona görə də içərisində tiryək və metadon həbləri olan bükülünü istifadə etmək üçün üstündə gəzdirmişdir. Həmin bir ədəd sellofan kəsiyinə bükülmüş tiryək və metadon həbləri ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 18 fevral 2024-cü il tarixdə tərəfimdən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı X2, RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantı X4, Şahid2, RPŞ-nin DYPB-nin inspektları, X5 və X6 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq 19 fevral 2024-cü il tarixdə saat 02:00 radələrində tərəflərindən əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “Chevrolet Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomibil Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində “Luk Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hisəsində 104cü kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs olduğu avtomobilə saxla işarəsi verilmiş və sürücü avtomobili saxlamışdır. Bu zaman onlar dərhal ona yaxınlaşıb özlərini təqdim edərək gəlişlərinin əbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə RPŞ-nə gətirmişlər. Bundan sonra onun raportu əsasında toplanmış materialın icrası RPŞ-nin TBnin təhqiqatçısı Azər Qəmbərliyə həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X3 tərəfindən müdafiə olunmasını bildirmişdir. Bundan sonra X3 müdafiəçi qismində dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd qəhvəyi rəngli lentlə sarınmış bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisindən iki ədəd səffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü çıxmışdır. Birinci bükülü açılıb baxıldıqda içərisindən narkotik vasitə tiryəkə bənzər maddə olması, ikinci bükülü açılıb baxıldıqda içərisindən 3 (üç) ədəd üzərinə F/M40 yazısı olan dərman həbləri olması müəyyən olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, “həmin bükülünün içərisində narkotik vasitə vardır, ona məxsusdur və onu bir neçə gün əvvəl yaşadığı Yasamal rayonu ərazisində məhlədə yerdən tapmışdır”. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükülülər hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və şəxsi axtarışda iştirak edən digər əməkdaşların iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokola hamı, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan Şəxsi axtarış və götürmə barədə 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd qəhvəyi rəngli yapışqan lentlə sarınmış bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü olması müəyyən edilmiş, 1-ci bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən edilmiş, həmin maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə 18,27 qram olması, 2-ci bükülü açılıb baxıldıqda içərisində 3 ədəd üzərində m- 40 yazısı olan dərman həbləri olması müəyyən edilmiş, həmin həblər bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə 1,47 qram olması müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə vardır, onu bir neçə gün əvvəl yaşadığı Yasamal rayonu ərazisində yerdən tapmış və narkotik vasitə istifadə etdiyinə görə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülər elektron tərəzidə çəkildikdən sonra da ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X1 19 fevral 2024-cü il tarixli 19/160 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Cahanbəxş oğlunun üzərindən aşkar edilərək götürülmüş bükülü və dərman həbləri....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -17,865 qram olan maddə xaş-xaş birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; Tiryəkin təmiz çəkisi 17,865 qram, tədqiqata sərf edildi 0,1, qalıq 17,765 qram. 03 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: -0,12 qramdır. (bir həbdə 0,04 qr). Metodon həbləri sayı 3 ədəd, tədqiqata sərf edildi 1 həb, qalıq 2 həb. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalan 17,765 qram çəkidə narkotik vasitə tiryəkin və tədqiqatdan sonra qalan 2 metadon cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 mart 2024-cü il tarixli 276 saylı nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-ın yanında DSMF-nin bizə təqdim etdiyi xxxxxxx0001 nömrəli arayışına əsasən İİİ qrup əlil ilması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 13-cü bəndinə görə metadonun şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram, İ siyahısının 19-cu bəndinə görə tiryəkin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş, döyüş tapşırığını yerinə yetirən zaman Xocavənd rayonu ərazisində minaya düşmüş və nəticədə sol ayağının dizdən aşağı hissəsini itirmişdir. Döyüşlərdə etdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Sücaətə görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar Vətən müharibəsində iştirak edib döyüş tapşırığını yerinə yetirən zaman minaya düşərək sol ayağının dizdən aşağı hissəsini itirməsi, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Sücaətə görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması,əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə saat 02:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 fevral 2024-cü il saat 17:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 mart 2024-cü il tarixli 276 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan qalıq çəkisi 17,765 qram olan narkotik vasitə tiryək və metodon həblərinin 2 ədəd qalığı məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixindən 20 fevral 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, qalıq çəkisi 17,765 qram olan narkotik vasitə tiryək və metodon həblərinin 2 ədəd qalığı məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(022)-107/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-107/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver