Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-11/2023 25.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qubadov Xəyal Böyükxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində xx.xx.2022-ci tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 12 may 2022-ci il tarixdə saat 21 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kəndində, Oktay Babayev adına kənd orta məktəbinin qarşısından keçən asfalt yolda qardaşı X3 məxsus “**-BE-*** dövlət qeydiyyat nişanlı, “Naz Lifan LF7132/2-320" markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərək Ələt-Astara yolunun Biləsuvar rayonu Aşağı Cürəli kəndindən keçən istiqamətində hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yolun hərəkət hissəsində avtomobillə əks istiqamətdə yolu soldan sağa çəpəki keçən piyada həmin kənd sakini xx.xx.1974 cü il təvvəllüdlü Zərərçəkmiş şəxs öz hərəkət hissəsində avtomobilin qabaq sol hissəsi ilə vuraraq nəticədə sonuncuya İİİ boyun fəqərəsinin önə doğru natamam çıxığı, lli-İV fəqərəarası diskoqen sahənin qeyribərabər genişlənməsi, bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrıqlanma ilə nəticələnən xəsarətlər yetirərək bununla da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 12 may 2022-ci il tarixdə saat 21 radələrində, sutkanın qaranlıq vaxtı qardaşı Əbülfət Hüseynova məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı, “Naz Lifan LF7132/2-320” markalı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etməklə Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində yolun sağ hərəkət zolağı ilə Biləsuvar şəhəri istiqamətində 30 km/saat sürətlə hərəkət edərkən yolun sol kənarı ilə Dəvrişli kəndi istiqamətində, yəni əks istiqamətdə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə, səntirləyə-səntirləyə hərəkət etməklə adi yerişlə yolun hərəkət hissəsinə daxil olmuş və çəpəki olaraq yolun sağ hərəkət zolağına doğru hərəkət etməklə onun qarşısına çıxmış, o, Siyasəti vurmamaq üçün tormoz vursa da, avtomobili tam saxlaya bilməmiş və avtomobilin qabaq sol yan hissəsi Zərərçəkmiş şəxs dəymiş, nəticədə Siyasət xəsarət almışdır. O, dərhal avtomobili saxlamış və həmin şəxsə yaxınlaşmışdır. O, həmin şəxsə yaxınlaşan zaman Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Zərərçəkmiş şəxs olmasını görmüşdür. Siyasət öz evinə piyada getmiş və o da Siyasətin evinə avtomobillə getmişdir. O, bir müddət Siyasətin evində olduqdan sonra oradan çıxıb getmişdir. Avtomobilin sol yan güzgüsü Siyasətə dəyərkən açılaraq yerə düşmüşdür. 13 may 2022-ci il tarixdə saat 08 radələrində Siyasətin kiçik oğlu Rahman yaşadığı evə gələrək atasının onu çağırmasını demişdir. O, Siyasətin yaşadığı evə Rahman ilə birlikdə daxil olmuşdur. O, Siyasətin yataqda uzanmasını görmüş və Siyasət ona boynunun ağrımasını demişdir. O, bundan sonra Siyasətlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına getmişdir. O, ilk öncə Siyasəti rentgenə saldırmışdır. Rentgenin çəkilmiş şəklini götürdükdən sonra Firdovsi həkimin yanına getmişlər. Siyasət həkimə usta işləyərkən yıxılmasını demişdir. Firdovsi həkim rentgenin şəklinə baxaraq fəqərə sürüşməsi olduğunu demiş, amma ağrısı çox olduğu üçün fəqərələrdə çat ola biləcəyini, bunu dəqiqləşdirmək üçün Bakı şəhərinə apararaq MRT müayinəsindən keçirtməyi məsləhət görmüşdür. xx.xx.2022-ci il tarixdə Siyasəti Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinikasına aparmış və orada sonuncunun X1 keçirtmişdir. Onun qardaşı X3 məxsus “Naz Lifan LF7132/2-320” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə və sürücülük vəsiqəsi yoxdur. O,hadisə zamanı avtomobili idarə edən zaman spirtli içkinin təsiri altında olmamışdır. Bildirir ki, həmin vaxt Biləsuvar rayonu Aşağı Cürəli kəndi istiqamətindən Biləsuvar şəhəri istiqamətində qardaşına məxsus “Naz Lifan LF7132/2-320” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 30 km\saat sürətlə hərəkətdə olmuşdur. O, idarə etdiyi avtomobillə piyadanı yolun sol hərəkət hissəsində vurmuşdur. Bildirir ki, hadisə zamanı aşağı sürətlə hərəkət etmiş, lakin yenə də tormuz sistemindən istifadə etmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs xəsarəti olmadığı üçün polis şöbəsinə müraciət etməyə ehtiyac görməmişdir. Zərərçəkmiş şəxs həmin vaxt piyada olmuş və içkili halda Aşağı Cürəli kəndi istiqamətində hərəkətdə olmuşdur. O, piyadanı təxminən 10-11 metr məsafədən görmüşdür. Hadisə zamanı Zərərçəkmiş şəxs səndələyə-səndələyə onun idarə etdiyi avtomobilin üzərinə gəlmiş və sərxoş olması aydın şəkildə bilinmişdir. O, Siyasəti vurduqdan sonra dayanmış və daha sonra Siyasət piyada evinə getmiş və o da avtomobillə Siyasətin yaşadığı evə getmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması üçün bütün mümkün hərəkətləri etdiyini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində 4 nəfər uşağının olduğunu və ailəsinin yeganə qazanc gətirəni olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatdadır və həmin ünvanda yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. 12 may 2022ci il tarixdə saat 21 radələrində oğlu Qanuni nümayəndə ilə birlikdə yaşadığı evdən çıxmış və ərzaq almaq üçün yaşadığı kənddə yerləşən Namiq adlı şəxsin mağazasına getmək üçün yola düşmüşdür. X15 kəndində asfalt yolla Dərvişli kəndi istiqamətində getmişlər. Həmin vaxt qarşıdan bir ədəd avtomobilin gəlməsini görmüş, həmin avtomobil ona çatana yaxın üzərinə gəlməyə başlamışdır. O da buna görə yanında olan az yaşlı oğlu Rahmanı vurmasın deyə belindən tutub yolun kənarına itələmişdir. Bu zaman həmin avtomobil ona çatmış və onu qabaq sol tərəfi ilə vurmuşdur.O, avtomobilin sol yan güzgü hissəsinə dəymiş və yerə yıxılmışdır. Avtomobil onu vuran zaman sürücüsünün həmkəndlisi Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs onu vurduqdan sonra təxminən 10 metr qabaqda avtomobili saxlamışdır. O, ayağa qalxmış və oğlu Rahmanin köməkliyi ilə yaşadığı evə getmişdir. Elman da avtomobilini onun yaşadığı evin həyətinə sürmüşdür. Həmin vaxt o, özünü yaxşı hiss etdiyi üçün xəstəxanaya müraciət etməmişdir. Təqsirləndirilən şəxs onun yaxşı olduğunu görmüş və buna görə də getmişdir. 13 may 2022-ci il tarixdə yuxudan ayıldıqda başını hərəkət etdirə bilməmişdir. O, oğlu Rahmana Elmanı çağırmasını demişdir. Bir qədər sonra Elman yaşadığı evə gəlmiş və onu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada onu rentgen müayinəsinə salmışlar, sonra Firdovsi həkim boyun fəqərələrindən birinin çıxmasını demişdir. Firdovsi tam dəqiqliyinin bilinməsi üçün onu Bakı şəhərinə MRT müayinəsinə keçmək üçün göndəriş vermişdir. xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin Cərrahiyə Klinikasına Elmanla getmiş və orada onu X1 keçirtmişlər. Bundan sonra bir neçə gün müalicəsi aparılmışdır. 25 may 2022-ci il tarixdə Elman onun zənglərinə cavab vermədiyi üçün DİN-nin 102 zəng xidmət mərkəzinə və Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etmişdir. Aldığı xəsarətlə bağlı Biləsuvar rayonunda məhkəmətibbi ekspertiza müayinəsindən keçmişdir. Hadisə zamanı o, adi yerişlə Dərvişli kəndi istiqamətində, yolun sağ hərəkət zolağının kənarı ilə hərəkət etmişdir. Bildirir ki, yolnəqliyyat hadisəsi onu vuran avtomobilin sürət həddini aşması səbəbindən baş vermişdir. Hadisə zamanı ağrıları olmadığı üçün həmin vaxt polis şöbəsinə məlumat verməmiş, xəstəxanaya daxil olan zaman da usta işləməsini və iş zamanı yıxılmasını bildirmişdir. Lakin sonrakı günlərdə ağrıları olduğu üçün və Elmandan onun müalicə xərclərini ödəməyi xahiş etmiş, lakin Təqsirləndirilən şəxs onun xərclərini ödəmədiyi üçün o, polis şöbəsinə müraciət etmişdir. O, hadisə zamanı spirtli içkinin təsiri altında olmamışdır. Hadisə zamanı sürücü Təqsirləndirilən şəxs sərxoş olmamışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla barışığa nail olduğunu, Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən şahidin (Qanuni nümayəndə) dindirilməsini tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Qanuni nümayəndə ibtidai istintaqda verdiyi ifadəsi elan edildi. Şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatdadır və həmin ünvanda yerləşən atasına məxsus olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. 12 may 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdən atası Zərərçəkmiş şəxslə birlikdə kənd ərazisində olan Namiq adlı şəxsin ərzaq mağazasına getmək üçün yola düşmüşlər. Aşağı Cürəli kəndindən Dərvişli kəndi istiqamətində o, yolun ehtiyyat hissəsi ilə, atası isə asfalt yolun qıraq hissəsi ilə gedmiş, onlar hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan avtomobil birdənbirə onların üzərinə gəlməyə başlamışdır. Buna görə də atası Siyasət onu əli ilə kənara itələmişdir ki, avtomobil onu vurmasın. Lakin həmin avtomobil atası Siyasəti vurmuş və yerə yıxmışdır. Atası Siyasətə həmin vaxt o, kömək etmiş və ayağa qaldırmışdır. Avtomobilin sürücüsü də dərhal avtomobili saxlamış və yerə düşmüşdür. Həmin vaxt o, sürücünün həmkəndlisi Təqsirləndirilən şəxs olmasını bilmişdir. Daha sonra atası Siyasətlə birlikdə yaşadığı evə getmişlər və Təqsirləndirilən şəxs da öz avtomobili ilə onların evinə getmişdir. Həmin günü atası Siyasətin ağrıları olmadığı üçün polis şöbəsinə və Xəstəxanaya müraciət etməmişdir. Səhəri günü atası Siyasətin boyun nahiyəsində güclü ağrılar olduğu üçün ondan Təqsirləndirilən şəxs çağırmağını xahiş etmişdir. Bir az sonra Təqsirləndirilən şəxs özü onların yaşadığı evə gəlmiş və atası Siyasəti xəstəxanaya aparmışdır. Hadisə zamanı atası Zərərçəkmiş şəxs sərxoş olmamışdır. İş materiallarında olan iş üzrə Biləsuvar MTE və PA ETT 165 nömrəli məhkəmətibbi ekspertizasının keçirilməsinə dair xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər olmuşdur: üçünçü boyun fəqərəsinin önə doğru natamam çıxığı, üçüncü-dördüncü fəqərəarası diskoqen sahənin qeyri-bərababər genişlənməsi, bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrıqları bərk küt əşyanın/əşyaların/ təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti qərarda qeyd olunan şəraitdə, yəni avtoqəza nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8\2294 nömrəli ekspert rəyində göstərilmişdir ki, «Naz Lifan LF7132/2-320” markalı 12-BE- 933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan sürücü Təqsirləndirilən şəxs təqdim etdiyi AC seriyalı 443376 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, «Naz Lifan LF7132/2-320” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobil X3 məxsusdur. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Biləsuvar RPŞ-nin DYPB-nə sorğu verilməklə alınmış cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin olub-olmaması DİN-nin BDYPl-nin X8 vasitəsi ilə yoxlanılmış və məlum olmuşdur ki, onun adına sürücülük vəsiqəsi yoxdur. X2 məlum olmuşdur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmək hüququ olmadan idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İş materiallarında olan doğum şəhaldətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.06. 2012-ci il tarixdə anadan olmuş (AZ-İİ № 914525 saylı şəhadətnamə) X4, 17.09. 2008-ci ildə anadan olmuş (AZ-İİ № 229689 saylı şəhadətnamə) X5, xx.xx.2020-ci ildə anadan olmuş AZ-İV № 404767 saylı şəhadətnamə), X6 (17.09. 2008-ci ildə anadan olmuş (AZ-İİ № 407656 saylı şəhadətnamə) X7 olmaqla 4 nəfər azyaşlı uşaq vardır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində 4 (dörd) nəfər azyaşlı uşaqlarının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə .Ə.Hüseynovun barəsində təyin edilən cəzanın növünü və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin məqsədlərini təmin etdiyini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Ə.Hüseynovun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tiplı cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tiplı cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X14
Məhkəmə qərarları › İş №1(022)-11/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-11/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver