Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-11/2025 06.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Şahbuz rayonu, Şahbuz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, təqaüdçü, ikinci dərəcə əlilliyi müəyyən edilmiş şəxs, Şahbuz rayonu, Ayrınc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 14 sentyabr 2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, aldatma və etibardan suiistifadə etmə yolu ilə vahid niyyətlə özgə əmlakını ələ keçirib dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirməyə cəhd etmişdir. Belə ki o, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib oğlu Ceyhun Nurulunun törətdiyi cinayət əməlinə görə məsuliyyətdən azad olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, müxtəlif səbəblər göstərməklə yekun məbləğ barədə sövdələşmədən vahid niyətlə əhatə olunan qəsdlə 3000 manatını 17 mart 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar rayonunda yerləşən filialı vasitəsilə özünə məxsus kart hesabına köçürtdürüb nağdlaşdırmaqla, 1000 manatını, 19 aprel 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar rayonunda yerləşən filialı vasitəsilə, 500 manatını 20 aprel 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar rayonunda yerləşən filialı vasitəsilə, 500 manatını 23 aprel 2023-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar şəhəri, H.Əliyev prospekti 36 Aran market ünvanında yerləşən “Million” elektron ödəmə sistemi vasitəsilə 500 manatını, 27 aprel 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar rayonunda yerləşən filialı vasitəsilə, 500 manatını, 29 aprel 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar rayonunda yerləşən filialı vasitəsilə 300 manatını, 3 may 2023-cü ildə Bakı şəhəri, H.Əliyev adına X3 yerləşən “eManat” terminal vasitəsilə 1000 manatını, 5 may 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhərində yerləşən terminal vasitəsilə 500 manatını, 7 may 2023cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar rayonu, Ağalikənd qəsəbəsi, “Şahin market” ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsilə 300 manatını, 10 may 2023-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar rayonu, Ağalikənd qəsəbəsi, “Şahin market” ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsilə, 300 manatını, 15 may 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar rayonunda yerləşən filialı vasitəsilə X4 məxsus kart hesabına köçürtdürüb nağdlaşdırmaqla, 2024-cü ilin may ayında müxtəlif vaxtlarda 2400 manat və 300 manat olmaqla ümumilikdə 2700 manatını nağd formada ünvan 3 ünvanında yerləşən mənzildə Zərərçəkmiş şəxs özündən almaqla, 600 manatını, 31 may 2023-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar rayonu, Ağalikənd qəsəbəsi, “Şahin market” ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsilə, 500 manatını, 2 iyun 2023cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar rayonu, Ağalikənd qəsəbəsi, Şahin market ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsilə, 2000 manatını 9 iyun 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar rayonunda yerləşən filialı vasitəsilə, 300 manatını, 14 iyun 2023-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar şəhəri, H.Əliyev prospekti 36 “Aran market” ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsilə və sonuncu dəfə 400 manatını 22 iyun 2023-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Biləsuvar şəhəri, H.Əliyev prospekti 36 “Aran market” ünvanında yerləşən Milliön elektron ödəmə sistemi vasitəsilə özünə məxsus kart hesabına köçürtdürərək nağdlaşdırıb Zərərçəkmiş şəxs ümumilikdə 14900 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2023-cü ilin əvvəllərindən tanımışdır. Onun Bakı şəhərində Mürtəza adlı tanışı var. Əliyağa və Murtəza qohumdurlar. Əliyağanın oğlu X7 Respublikasında N saylı hərbi hissədə zabit kimi xidmət etmişdir. X6 Muxtar Respublikasında xidmət etdiyi zaman bir neçə əsgəri döydüyündən barəsində cinayət işi başlanmışdır. Mürtəza da həmin dövrdə ona bu barədə deyərək X1 Respublikasında qalması üçün yer tapmaqda köməklik etməyini istəmişdir. O da bu barədə Əliyağa ilə əlaqə saxlayıb görüşmüşdür. Əliyağa ilə söhbət əsnasında ondan oğluna köməklik etməyini istəmişdir. Onun övladlarının xəstəliyi və müalicələri ilə bağlı qeyd olunan dövrdə pula ehtiyacı olduğundan Əliyağaya onun oğlunun cinayət işi ilə bağlı köməklik edəcəyini bildirmişdir. Əliyağa bunun üçün nə etməli olduğunu dedikdə isə ona oğluna köməklik edə bilməsi üçün pul göndərməsini demişdir. Əliyağa həmçinin ona övladının müalicəsi ilə bağlı da köməklik edəcəyini demişdir. Əliyağa həmin dövrdən başlayaraq ona həm nağd şəkildə, həm də bankomat vasitəsilə bir neçə dəfə pul göndərmişdir. O, Zərərçəkmiş şəxs ona nağd şəkildə verdiyi və ödəmə terminalları vasitəsilə göndərdiyi pulları əldə etdikdən sonra ona oğlu Ceyhunun barəsində olan cinayət işi ilə bağlı işlər gördüyünü desə də əsl həqiqətdə həmin pulları övladının müalicəsinə xərcləmiş, Ceyhun Nuriyevin işi ilə bağlı heç bir iş görməmişdir. X5 isə uşaqlıq vaxtlarından tanıyır. Onunla bir rayonda yaşamışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışlar. Dəymiş ziyanı ödəmiş və həmin ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığına görə və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı, yəni 14900 manatı tam ödəmiş, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, 14900 manat dəymiş ziyanı tam ödəmiş, həmin məbləğin 25 faiz məbləğində- 3725 manatı dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunması nəticəsinə gəlir. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş yazılı ərizədən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qəbzindən görünür ki, cinayət nəticəsində vurulmuş zərərin 25 faizi (3725 manat) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2. Eyni əməllər: 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, o cümlədən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 maddəsi ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-11/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-11/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver