Məhkəmə qərarları › İş №1(022)-113/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-113/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-113/2023 12.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1, xx xxxx 1991-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, boşanmış, himayəsində 2 uşağı olan, Biləsuvar Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmünə əsasən (Şirvan Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyun 2022ci il tarixli qərarı ilə cəzasının çəkiməmiş 1 il 7 ay müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Biləsuvar şəhəri, B.Abbasov küçəsində yerləşən 14B nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, ünvan 2 qərarı ilə həbs etmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmaqla, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, 19 iyul 1998-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-177.2.3, 182.2.1, 182.2 və 182.2.4-cü maddələri ilə, əvvəli 25 iyul 2017-ci il tarixdən hesablanmaqla, 4 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Biləsuvar şəhəri, 8 Mart küçəsində yerləşən 26 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Biləsuvar şəhəri, S.Əsgərova küçəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətində olan ərzaq mağazasının qapısını dəmir parçası ilə açmaq yolu ilə oraya qanunsuz olaraq daxil olmuş, mağazanın kassasından sonuncuya məxsus 50 manat kağız pulu və 40 manat dəyərində dəmir pulu, həmçinin həmin mağazadan bir ədədi 10 manat 07 qəpik dəyərində olmaqla, ümumilikdə 30 manat 21 qəpik dəyərində “Evim” markalı 3 ədəd, 2 litrlik duru yağı, bir rulonu 425 qram olan, 5 manat 50 qəpik dəyərində olmaqla ümumilikdə 22 manat dəyərində 4 rulon “Servalat kolbasa” markalı kolbasanı, üzərində “Südlü sosiska” sözləri yazılmış, 1 kiloqramı 6 manat olmaqla ümumilikdə 18 manat dəyərində 3 kiloqram sosiskanı, bir ədədi 370 qram çəkidə, 2 manat 20 qəpik dəyərində olmaqla, ümumilikdə 4 manat 40 qəpik dəyərində olan, üzərində rus dilində “Korenovskaə squhenka s saxarom” 8,5 % sözləri yazılmış iki ədəd qabda qatılaşdırılmış südü, qutusu 360 qram çəkidə, 4 manat 30 qəpik dəyərində olan, ümumilikdə 8 manat 60 qəpik dəyərində “Chocobis” markalı 2 qutu şirniyyatı, “Excellent” markalı, 430 qram çəkidə, 3 manat 60 qəpik dəyərində 1 qutu lokumu, bir qutusu 3 manat 20 qəpik olmaqla, ümumilikdə 25 manat 60 qəpik dəyərində 8 ədəd “LD” qara nazik markalı siqareti, bir qutusu 4 manat 10 qəpik olmaqla, ümumilikdə 28 manat 70 qəpik dəyərində 7 qutu “Sobranie” göy nazik markalı siqareti, 1 qutusu 3 manat 60 qəpik olmaqla, ümumilikdə 28 manat 80 qəpik dəyərində 8 qutu “Winston” qara nazik markalı siqareti, bir qutusu 3 manat 80 qəpik olmaqla, 30 manat 40 qəpik dəyərində 8 qutu “Kent-4” nazik qara markalı siqareti, 1 qutusu 2 manat 70 qəpik olmaqla, ümumilikdə 16 manat 20 qəpik dəyərində 6 qutu “Palmalı” qara nazik markalı siqareti, bir qutusu 2 manat 20 qəpik olmaqla, ümumilikdə 6 manat 60 qəpik dəyərində “Prima” göy qalın markalı siqareti gizli talayaraq, ümumilikdə zərərçəkmiş şəxsə 313 manat 11 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində taksi sürücüsü Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Çaylı kəndində yerləşən ögey xalası Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində yerləşən tövlənin arxa tərəfinə getdikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin tövlənin arxa tərəfində dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evin həyətinə çəkilmiş hasarın üzərindən tullanmaq yolu ilə həyətə daxil olduqdan sonra həyətdə yerləşən tövlənin qapısını açmaqla içəri qanunsuz olaraq daxil olmuş, oradan Zərərçəkmiş şəxs1 məxsus hər birinin qiyməti 200 manat olan 2 baş quzunu gizli talayıb, Şahid1 idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirərək həmin yerdən uzaqlaşmış və ümumilikdə zərərçəkmiş şəxsə 400 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -0,577 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında 27 mart 2023-cü il tarixdə, saat 14:05-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında yolun kənarında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd qara rəngli sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində taksi sürücüsü Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Çaylı kəndində yerləşən Təqsirləndirilən şəxs1 ögey xalası Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində olan tövlənin arxa tərəfinə getdikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədilə həmin tövlənin arxa tərəfində dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin evin həyətinə çəkilmiş hasarın üzərindən tullanmaq yolu ilə həyətə daxil olduqdan sonra həyətdə yerləşən tövlənin qapısını açmaqla içəri qanunsuz olaraq daxil olmuş, oradan Zərərçəkmiş şəxs1 məxsus hər birinin qiyməti 200 manat olan 2 baş quzunu gizli talayıb, Şahid1 idarə etdiyi “VAZ-2106” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirərək həmin yerdən uzaqlaşmış və ümumilikdə zərərçəkmiş şəxsə 400 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 2019-cu ildə Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, lakin Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 4 il 3 aya endirilmişdir. O, 24 iyul 2022-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün azadlığa buraxılmışdır və təxminən 1 il azadlıqda qalmışdır. Azadlıqda olduğu müddətdə o, müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırmışdır. O, Zərərçəkmiş şəxs2 həmyerlisi kimi tanıyır və onlar arasında heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. O, Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətində ərzaq mağazasının olduğunu və həmin mağazada siqaret satıldığını bilmiş, lakin həmin mağazadan bazarlıq etməmişdir. O, həmin mağazadan oğurluğu narkotik asılılığına görə etmişdir. Belə ki artıq bir neçə ildir ki, o, narkotik vasitə aludəçisidir və həmin gün pulu olmadığına görə narkotik vasitə də istehlak edə bilməmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs2 mağazasından siqaret oğurlmağa və həmin siqaretləri satraq, qazanacağı pulla narkotik vasitə əldə etməyə qərar vermişdir. 19 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində yaşadığı evdən dəmir armatur parçası götürərək, Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına getmişdir. O, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra armatur parçası ilə mağazanın dəmir barmaqlıqdan düzəldilmiş qapısına vurulmuş kilidi sındırmış, daha sonra isə həmin parça ilə mağazanın plastik qapısını açmış və içəri daxil olmuşdur. O, həmin mağazanın kassasında olan 10 manat məbləğində kağız, 15 manat məbləğində isə dəmir pulu oğurlamışdır. Bundan başqa, o, mağazadan 4 qutu qara nazik “Palmalı” markalı, 6 qutu “LD” qara nazik markalı, 5 qutu “Vinston” qara nazik markalı, 1 qutu “Vinston” ağ qalın Kompakt markalı, 1 qutu “Kent-4” nazik qara markalı siqaretləri, habelə şirniyyat qutusu oğurlamışdır. Hərçənd onun barəsində tərtib edilmiş ittiham aktında onun barəsində ümumilikdə 90 manat pul oğurlaması və həmçinin sosiska, kolbasa və yağ da oğrulaması qeyd edilsə də, o, bununla razılaşmır. O, müstəntiqin təkidi ilə izahatında belə bir ifadə vermiş və mağazadan ümumilikdə 90 manat pul və digər ərzaq məhsullarını da oğurlamasını qeyd etmiş və buna imza etmişdir. Həmin ittiham aktında qeyd edilən, lakin onun oğurlamadığı məhsullara onun ehtiyacı olmamış və evində həmin məhsullar kifayət qədər olmuşdur. O, həmin mağazadan təxminən 3-4 blok siqaret və adını bilmədiyi şirniyyat qutusu, habelə təxminən 20-25 manat məbləğində nəğd pul oğurlamışdır. O, mağazaya çaxmaq işığı ilə daxil olmuş və şirniyyat qutusunun hansı marka olmasını işıq zəif olduğu üçün görə bilməmişdir. O, mağazadan götürdüyü məhsulları mağazada olan sellofan torbaya yığaraq oğurlamış və mağazadan uzaqlaşıb yaşadığı evə getmişdir. O, oğurladığı siqaretlərdən hər birindən bir qutu olmaqla, “Kent-4” markalı və “Vinston” qara nazik markalı siqaretləri istehlak etmiş, qalan siqaretləri isə yaşadığı evin yataq otağında yataq dəstinin altında gizlətmişdir. Həmin gün səhər saatlarında o, evdən çıxaraq parka getmiş və geri qayıtmışdır və saat 17 radələrində polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş və baş vermiş oğurluq hadisəsində şübhəli şəxs hesab olunduğunu ona izah edərək, onu Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. O, şöbədə dindirildiyi zaman Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasından oğurluq etdiyini etiraf etmiş, daha sonra həmin mağzadan oğurladığı və yaşadığı evdə gizlətdiyi siqaretləri könüllü olaraq müstəntiqə təqdim etmişdir. O, Zərərçəkmiş şəxs2 məxsus olan ərzaq mağazasından sonuncunun ifadəsində qeyd etdiyi sayda siqaretləri, “Evim” markalı 3 ədəd 2 litrlik duru yağı, üzərində “Südlü sosiska” sözləri yazılmış 3 kq sosiskanı, “Servalat kolbasa” markalı 4 rulon kolbasanı, bir qutu lokumu oğurlamasa da, Zərərçəkmiş şəxs2 qeyd etdiyi ziyanı tam şəkildə ödəmişdir. Bundan sonra onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. O, həmin hadisədən bir müddət sonra, 15 yanvar 2023-cü il tarixdə, axşam saat 11 radələrində, əvvəllər birlikdə azadlıqdan məhrum etmə növündə cəza çəkərkən tanış olduğu Təqsirləndirilən şəxs2 zəng vuraraq, danışdığı zaman sonuncunun ona kömək edəcəyini zənn edərək xalasının ona 2 baş quzu verdiyini və həmin quzuları uşağı xəstə olduğu üçün sonuncunun müalicə xərclərini qarşılamaq məqsədi ilə satmaq istədiyini Təqsirləndirilən şəxs2 bildirmişdir. O, həmin quzuları gətirmək üçün Təqsirləndirilən şəxs2 ona taksi tapmasını və quzuları satmaq üçün ona alıcı tapmasını sonuncudan xahiş etmişdir, lakin o, sonuncunun onunla birlikdə heyvanları gətirmək üçün Biləsuvar rayonu, Çaylı kəndinə getməsini istəməmişdir. Təqsirləndirilən şəxs2 quzuları götürmək üçün nənəsinin evinə növbəti gün günorta saatlarında getməyi ona təklif etsə də, o, bununla razı olmamış və pula təcili ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ondan şübhələnmiş və quzuları oğurlamaq niyyətinin olub-olmamasını soruşmuş, o isə and içərək quzuların oğurluq olmadığına və heyvanları xalasının ona verdiyinə sonuncunu inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 taksi tapmaq məqsədi ilə telefonda onunla sağollaşmış və 16 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində ona zəng vuraraq, taksi ilə onu Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market” mağazasının yaxınlığında gözlədiyini bildirmişdir. O yaşadığı evdən çıxıb piyada şəkildə təxminən 10 dəqiqədən sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market” mağazasının yaxınlığında dayanmış Şahid1 idarə etdiyi nəqliyyat vasitəsinə əyləşdikdən sonra, sürücüdən onları Вiləsuvar rayonu, Çaylı kəndinə aparmasını xahiş etmiş, orada yerləşən xalasına məxsus evin həyətində yerləşən tövlədən iki baş quzu götürüb geri qayıdacağını bildirmişdir. Şahid1 idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları həmin kəndə aparıb Biləsuvar şəhərinə qaytarmağı qarşılığında 10 manat yol pulu alacağını demiş, o da sonuncu ilə razılaşmışdır. Bundan sonra sürücü Şahid1 onun gətirəcəyi quzuların oğurluq olub-olmadığını soruşmuş, o isə sonuncunu həmin quzuları xalasının ona pay verdiyinə və xalasının evinə oğurluq etmək üçün getmədiyinə inandırmışdır və onlar yola düşmüşlər. Onlar yola düşdükdən təxminən 15 dəqiqə sonra Biləsuvar rayonu, Çaylı kəndində yaşayan xalasına məxsus evinin yaxınlığına çatmışlar. O, nəqliyyat vasitəsinin, gecə vaxtı, evli olmayan qadının evinin qarşısında dayanmasının kənd əhalisi tərəfindən birmənalı qarşılanmayacağından ehtiyat etdiyini bildirərək, Təqsirləndirilən şəxs2 tapşırmışdır ki, sürücüyə taksini evdən təxminən 5-10 metr aralıda saxlamasını bildirsin. Həmin küçə əyri olduğina görə o, maşını tində saxlatdırmışdır ki, o, xalasının həyətinə çəpərdən daxil olduğu zaman maşında olan Şahid1 və Təqsirləndirilən şəxs2 onu görməsinlər. Bundan sonra o, nəqliyyat vasitsindən enmiş və xalasının evinin arxa tərəfində yerləşən tövləyə tərəf getmişdir. Həmin vaxt o, tək olmuş nə Təqsirləndirilən şəxs2, nə də Şahid1 onunla gəlməmişlər, sonuncular avtomaşında əyləşərək onu gözləmişlər. O, tövlənin arxa tərəfində olan çəpərin üzərinə çıxmış və həyətə tullanaraq daxil olmuşdur. O, evin həyətinə daxil olduqdan sonra həyətdə yerləşən tövlənin qapısını açaraq, içəri daxil olmuş və orada saxlanılan quzulardan iki baş quzunu bir-bir qucağına alaraq tövlənin arxa tərəfində olan qapıdan çıxarmışdır. Həmin gün hava qarlı və soyuq olmuş, buna görə də quzular heç bir səs çıxara bilməmişlər. Həmçinin hava qarlı olduğuna və yer qarla örtüldüyünə görə onun ayaq izləri də qalmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs2 zəng edərək, maşını tövlənin arxa tərəfinə gətirməsini xahiş etmişdir. Nəqliyyat vasitəsi tövlənin arxa qapısının yanında dayandıqdan sonra o, həmin quzuları “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuş və onların hər üçü həmin yerdən uzaqlaşmışlar. Yolda olarkən Təqsirləndirilən şəxs2 ona quzuları sabah satmağı təklif etsə də, o, bununla razı olmamış və oğlunun müalicəsi ilə əlaqədar dərhal pula ehtiyacı olduğunu, habelə sabah işdə olacağını bildirmişdir. O, əslində heç bir yerdə işləmirdi və səhəri gün də işə getməyəcəkdi. Bundan sonra Şahid1 onları Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən qəssab Elgün adlı şəxsin yaşadığı evin yaxınlığına aparmışdır. Təqsirləndirilən şəxs2 həmin qəssabı tanısa da, o, həmin şəxsi tanımamış, yalnız polis əməkdaşları tərəfindən işin istintaqı aparıldığı zaman həmin şəxsin Elgün olması ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 quzuları nəqliyyat vasitəsinin yük yerindən çıxarıb Elgün adlı şəxsin yaşadığı evin həyətinə atmışdır. O və Şahid1 isə maşında qalmış və avtomaşını döndərmək məqsədi ilə Elgün adlı şəxsin yaşadığı evin yanından uzaqlaşmışlar. Bundan təxminən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs2 həyətdən çıxmış və onların olduğu avtomaşına minmişdir. Təqsirləndirilən şəxs2 maşına mindikdən sonra quzuları 150 manata satdığını ona bildirmişdir. Onlar rayon mərkəzində yerləşən işıqforun yanına gəldikdən sonra avtomaşından düşmüşlər və o, Təqsirləndirilən şəxs2 pulu aldıqdan sonra sürücüyə zəhmət haqqı qismində 10 manat vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2 üzərində pulu olub-olmadığını soruşmuş, sonuncu isə ona pulu olmadığını bildirmişdir. O da Təqsirləndirilən şəxs2 7 manat məbləğində pul vermişdir ki, özünə siqaret alsın. O, Təqsirləndirilən şəxs2 pul verdikdən sonra ikisi də ayrılmış və hər biri öz evlərinə getmişlər. Bundan başqa o bildirdi ki, Təqsirləndirilən şəxs2 quzuları satdığı qəssabı o tanımır və Elgünə və ya digər hansısa şəxsə o özü quzuları sata bilməzdi, çünki onun narkotik vasitə aludəçisi olduğunu hamı bilir və quzuların oğurluq olduğunu anlaya bilərdilər. Buna görə də həmin heyvanları yanız Təqsirləndirilən şəxs2 sata bilərdi. Onun oğurladığı quzuların hər birinin təmiz çəkisi təxminən 6-7 kq olmaqla, hər biri təxminən 110 manat dəyərində olmuşdur. Həmin hadisədən sonra 27 mart 2023-cü il tarixdə, saat 14:05də Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları onu saxlamış və onu Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Onu polis əməkdaşı Şahid3 saxlamış, lakin ittiham aktında yazılanların əksinə həmin vaxt onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis şöbəsində əməliyyat müvəkkili Şahid3 narkotik vasitə bükülüsünü siqaret qutusunun içərisinə qoyaraq, ona vermiş və həmin narkotik vasitənin həqiqətən onun üzərində aşkar edildiyi barədə ifadə verməsini tələb etmişdir. Ona polis əməkdaşları tərəfindən heç bir fziki şiddət göstərilməsə də, o, həmin narkotik vasitəni götürməyəcəyi təqdirdə evindən daha böyük çəkidə narkotik vasitə çıxarılacağı ilə bağlı onu hədələmişlər. O da məcbur olub polis əməkdaşlarının təklifini qəbul etmiş və üzərindən çıxmayan və ya ona məxusu olmayan narkotik vasitənin ona məxsusu olması və həmin gündən təxminən iki-üç gün əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən 30 manat pul qarşılığında şəxsi istifadəsi üçün aldığı barədə yalan ifadə vermişdir. O, narkotik vasitə istifadəçisi olsa da, onun üzərindən götürüldüyü deyilən büküm ona məxsus olmamışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır, bununla eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. O, Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerində 2 gün saxlandıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılması üçün məhkəməyə gətirilmişdir. O, həmin məhkəmə iclasında da, narkotik vasitənin həqiqətən özünə məxsus olduğunu bildirməklə yanaşı barəsində həbs qətimkan tədbiri seçilməsində təkid etmişdir. Narkotik vasitə aludəçisi olduğuna görə pul əldə etmək üçün tez-tez oğurluq etməyə məcbur olduğunu, əgər barəsində həbs qətimkan tədbiri seçilməzsə, yenə də oğurluq edəcəyini bildirdikdən sonra məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olduğu müddətdə o, artıq narkotik asılılığından sağalmışdır və buna görə də əsil həqiqəti məhkəməyə söyləmək qərarına gəlmişdir. Sonda, Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırdığını və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, himayəsində 2 uşağı olduğunu, görmə məhdudiyyətli atasının onun himayəsində yaşadığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Biləsuvar şəhəri, 8 Mart küçəsində yerləşən 26 nömrəli evdə qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır və rəsmi olaraq heç bir yerdə işləməsə də, Bakı şəhərində restoranda çalışır. O, 21 iyun 2018-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə oğurluq və soyğunçuluq cinayətləri törətməkdə təqsirli bilinərək, 4 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, təxminən 1 il 2 ay bundan əvvəl cəzasının sonu ilə azadlığa buraxılmışdır. O, Təqsirləndirilən şəxs1 ilə cəzaçəkmə müəssisəsində tanış olmuş və azadlığa buraxıldıqdan sonra onlar münasibətlərini davam etdirmişlər. O, Bakıda restoranların birində çalışdığı üçün elə azadlığa buraxıldıqdan hazırki tarixədək Bakı şəhərində yaşamışdır. Lakin Biləsuvar şəhərinə anasının ölümünün ili münasibəti ilə gəlmişdir. O, yanvar ayının 5-dən, yəni anasının vəfatının ildönümü günündən təxminən 1 həftə əvvəl Biləsuvar şəhərinə gəlmiş, Yeni il bayramını qohumları ilə birgə qeyd etmişdir. O, Biləsuvar şəhərində məhum babasının evində, xalası Mirzəyeva Yenigül və dayısı Mirzəyev İltimasın yanında qalmışdır. Belə ki, onun xalası və dayısı ata evində, yənin onun babasının evində yaşayır. O, həmin dövrdə heç yerdə işləmədiyinə görə o, anasının “il” mərasimindən sonra da, təxminən yanvar ayının 20-ə qədər Biləsuvar şəhərində qalmış və Biləsuvar rayonunda yaşayan tanışları ilə görüşmüşdür. 2023-cü ilin yanvar ayının ortalarında, günorta saatlarında o, Təqsirləndirilən şəxs1 ilə görüşmüş və hal-əhval tutmuşdur, lakin o, həmin şəxslər konkret hansı tarixdə görüşdüyünü xatırlamır. Həmin gün, axşam saat 24 radələrində Təqsirləndirilən şəxs1 ona zəng vurmuşdur və xalasının ona iki baş quzu verdiyini və hazırda uşağı xəstə olduğuna görə həmin heyvanları satmaq istədiyini bildirmiş və buna görə də heyvanları Biləsuvar rayonu, Çaylı kəndinə gedib gətirmək üçün taksi tapmasını ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 etiraz edib, quzuları səhər gətirə biləcəklərini bildirsə də, sonuncu ona pula təcili ehtiyacı olduğunu və sabah işdə olacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 quzuların oğurluq olub-olmadığını soruşmuş, sonuncu isə müxtəlif andlar içərək, onu inandırmışdır ki, həmin heyanlar oğurluq deyil. Bundan sonra o, Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olan dostu ilə danışacağını və əgər Biləsuvar rayonundadırsa, sonuncu ilə kəndə gedə bilcəklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 ilə zəngi bitirdikdən sonra “WhatsApp” proqramı vasitəsilə Şahid1 mesaj yazaraq iki baş quzu olduğunu və həmin heyvanları gətirmək üçün Biləsuvar rayonu, Çaylı kəndinə getmək lazım olduğunu bildirmiş və sonuncudan onları həmin kəndə aparmasını xahiş etmişdir. Şahid1 isə şübhələnərək, ondan həmin quzuların oğurıuq olub olmamsını soruşmuşdur. O, Şahid1 quzuların oğurluq olmadığına inandıra bilmişdir. Buna görə də Şahid1 idarə etdiyi “VAZ-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onlar istədikləri ünvana aparmağa razılıq vermişdir. O, aralarında razılığa uyğun olaraq 16 yanvar 2023-cü il tarixdə, saat 00:00 radələrində Biləsuvar şəhəri, Nizami küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yerləşən işıqforun yaxınlığında Şahid1 idarə etdiyi nəqliyyat vasitəsinin sağ qabaq oturacağında əyləşmiş, bundan sonra həmin avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol market” mağazasının yaxınlığına getmiş və Təqsirləndirilən şəxs1 orada gözləmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 zəng vuraraq onu gözlədiklərini və təcili olaraq “Bol market” mağazasının yaxınlığına gəlməsini bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1 onların yanına gəlib, avtomobilin arxa oturacağında əyləşmiş və onlar Bilısuvar rayonu, Çaylı kəndinə getmişlər. Həmin gün saat 01 radələrində Biləsuvar rayonu, Çaylı kəndində yerləşən Təqsirləndirilən şəxs1 xalasının yaşadığı evin yaxınlığına çatdıqdan sonra Təqsirləndirilən şəxs1 evdə qadın yaşadığını və darvazanın qarşısında gecə maşın saxlamağın kənd əhalisi tərəfindən pis qəbul ediləcəyini bildirib, nəqliyyat vasitəsini evdən 5-10 metr aralıda, yəni küçənin tinində saxlamağı xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsindən düşərək evə tərəf getmiş və o Şahid1 ilə birlikdə sonuncunu avtomobildə əyləşərək gözləmişdir. O və Şahid1 tində dayandıqlarına görə Təqsirləndirilən şəxs1 hara getdiyini görməmişlər. Bundan təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1 ona zəng vuraraq, avtomaşını tövlənin arxa hissəsinə gətizdirməsini xahiş etmiş və Şahid1 də nəqliyyat vasitəsini həmin yerə sürmüşdür. Təqsirləndirilən şəxs1 iki baş quzunu qucağında küçəyə çıxarmış, daha sonra həmin quzuları Şahid1 idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Daha sonra onlar Biləsuvar şəhərinə gəlmişlər. Yolda olduqları zaman Təqsirləndirilən şəxs1 ondan quzuları müştəri tapıb satmasını istəmişdir. Təqsirləndirilən şəxs1 həmin quzuları satmağı ondan xahiş etməsinin səbəbi o idi ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olduğuna görə quzuların oğurluq olacağını güman edəcək heç bir qəssab ondan həmin quzuları almağa razılıq verməzdi. Buna görə də o, saat 00:30-da maşında olan zaman uşaqlıq vaxtlarından tanıdığı Elgün adlı qəssab tanışına zəng vurmuş və iki quzunu satmaq istədiyini bildirmişdir. Elgün ona həmin quzuları 150 manata ala biləcəyini bildirdikdən sonra, o, Təqsirləndirilən şəxs1 razılığı ilə həmin şəxslə quzuları 150 manata satmaq barədə razılaşmışdır. Həmin telefon danışığı zamanı o və Təqsirləndirilən şəxs1 avtomaşının arxa otuaracqlarında əyləşmişlər və sürücü Şahid1 musiqinin səsi yüksək olduğuna görə onların söhbətini eşitməmişdir. Daha sonra onlar Biləsuvar şəhərinə gəlmişlər. O, Şahid1 avtomaşını Biləsuvar şəhəri, Nizami küçəsində yaşayan tanışı Elgün Həsənovun yaşadığı evin qarşısına sürməyi xahiş etmişdir. Şahid1 onun bildirdiyi ünvana çatdıqdan sonra o, avtomaşından düşərək, quzuları Elgün Hüseynovun həyətinə atmış və özü də içəri daxil olmuşdur. Həmin vaxt isə Təqsirləndirilən şəxs1 və Şahid1 onu nəqliyyat vasitəsində gözləmişlər. O, içəri daxil olduqdan sonra Şahid1 nəqliyyat vasitəsini döndərmək üçün həmin yerdən qabağa sürmüşdür. Elgün Hüseynov təkcə onu tanıdığına görə o, sonuncu həyətinə quzuları satmaq məqsədi ilə tək getmiş və pulu götürdükdən sonra dərhal həyətdən çıxaraq bir az aralıda gözləyən avtomaşına minmişdir. Bundan başqa, o bildirdi ki, Biləsuvar rayonunda yaşayan hərkəs Təqsirləndirilən şəxs1 oğru olduğunu bildiyinə görə sonuncu həmin quzuları sata bilməmişdir və buna görə də o, Təqsirləndirilən şəxs1 həmin heyvanlar satmaqda kömək etmişdir. O, Elgün Hüseynovun həyətində təxminən 2-3 dəqiqə qalmışdır. Bundan sonra o və Təqsirləndirilən şəxs1 Biləsuvar şəhərinin mərkəzində yerləşən işıqforun yanında avtomaşından enmişlər və o, sonuncuya quzuları satdıqdan sonra əldə etdiyi 150 manat məbləğində pulu vermişdir. O, Təqsirləndirilən şəxs1 pul verdiyi zaman sürücü Şahid1 onları görməmişdir. 150 manat puldan 10 manatını Təqsirləndirilən şəxs1 F.A.Əbilzadəyə yol xərci kimi onları kəndə aparıb-gətirməsinə görə vermiş, qalan 140 manat məbləğində pulu isə özünə götürmüşdür. Maşından endikdən sonra Təqsirləndirilən şəxs1 ondan üstündə pulu olubolmadığını soruşmuş, o da pulunun olmadığını sonuncuya bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin puldan 7 manat ona vermişdirki, özünə siqaret alsın. Daha sonra isə o, Təqsirləndirilən şəxs1 ayrılıb yaşadığı evə getmişdir. Sonradan isə o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, şöbəyə gətirildiyi zaman Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu, Çaylı kəndindən gətirdiyi və onun satdığı quzuların əslində oğurluq olduğunu öyrənmişdir. Onun həmin quzuların oğurluq olmasından əvvəlcədən məlumatı olmamış, əksinə heyvanların Təqsirləndirilən şəxs1 xalası tərəfindən pay verilməsinə sonuncu onu inandırmışdır. O, ifadəsinə əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 mağazadan oğurluq etməsinin, xalasının quzularını oğurlamasının və ya nakotik vasitə aludəçisi olmasının ona heç bir aidiyyəti olmamışdır. Sonda, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməli üzrə heç bir təqsirinin olmadığını bildirərək, ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə Zərərçəkmiş şəxs2 Sanbala oğlu bildirdi ki, o, Biləsuvar şəhəri, C.Hüseynov küçəsində yerləşən 8 nömrəli evdə qeydiyyatda olsa da, faktiki olaraq Biləsuvar şəhəri, S.Əsgərova küçəsində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, yaşadığı evin həyətində yerləşən ərzaq mağazasını işlədərək ailəsini dolandırır. Həmin mağazanın iki giriş qapısı vardır. Birinci qapı yaşadığı evdən mağazaya daxil olmaq üçün, digər qapı isə mağazaya alver etmək üçün gələn müştərilərin giriş-çıxışı üçün nəzərdə tutulmuşdur. Mağazanın küçədən girişi üçün nəzərdə tutulmuş qapı plastik materialdan hazırlanmış, həmçinin həmin qapıya əlavə olaraq dəmir barmaqlıqdan ibarət ikinci qapı da vardır. O, hər gün mağazanı səhər saat 07 radələrində açır və axşam saat 22 radələrində bağlayır. O, mağazya heç bir müşahidə kamerası yerləşdirməmişdir. O, 19 dekabr 2022-ci il tarixdə saat 07 radələrində hər gün olduğu kimi ərzaq mağazasını yaşadığı evin həyət tərəfindən olan qapısını açıb içəri daxil olmuş, həmin vaxt yerə konfetlərin düşdüyünü, siqaret bloklarının olmadığını və mağazanın digər qapısının açıq vəziyyətdə olmasını görmüş və dəmir barmaqlıqdan ibarət olan qapıya baxdığı zaman qapının üzərində olan qıfılın sındırıldığını görmüşdür. Bundan sonra o, kassada olan 50 manat məbləğində kağız pulun və 40 manat məbləğində dəmir pulun, “Evim” markalı 3 ədəd 2 litrlik duru yağın, 8 qutu “LD” qara nazik markalı siqaretin, 7 qutu “Sobraniya” göy nazik markalı siqaretin, 8 qutu “Vinston” qara nazik markalı siqaretin, bir qutu “Kent-4” nazik qara markalı siqaretin, 6 qutu “Palmall” qara nazik markalı siqaretin, 3 qutu “Prima” göy qalın markalı siqaretin, hər birinin çəkisi 370 qram olmaqla üzərində rus dilində “Korenovskaə squhenka s saxarom “8,5 % sözləri yazılmış iki ədəd qabda qatılaşdırılmış südün, üzərində “Südlü sosiska” sözləri yazılmış 3 kq sosiskanın, 1 rulonu 425 qram olan 4 rulon “Servalat kolbasa” markalı kolbasanın, 1 qutusu 360 qram çəkidə olan, Chocobis markalı 2 qutu şirniyyatın, “Excellent” markalı, 430 qram çəkidə 1 qutu lokumun oğurlanmasını görmüşdür. Buna görə də o, dərhal Biləsuvar rayon polis şöbəsinə gələrək hadisə barədə məlumat vermişdir. O, yalnız sonradan, yəni tanışı və Təqsirləndirilən şəxs1 qohumu ona zəng vuraraq mağazadan oğurluq edən şəxsin sonuncu olması ilə bağlı məlumat verdikdən sonra oğrunun kim olmasını bilmişdir. Həmin mağazadan 50 manat kağız, 40 manat qəpik pul, həmçinin 207 manat 60 qəpik dəyərində siqaret və ərzaq məshulları oğurlanmış və oğurluq nəticəsində ona təxminən 297 manat 60 qəpik dəyərində maddi ziyan dəymişdir. Lakin Təqsirləndirilən şəxs1 işlətdiyi mağazadan oğurluq etməsi nəticəsində ona vurmuş olduğu maddi zərəri tam şəkildə ödəmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs1 haqqında heç bir şikayət və ya tələbi yoxdur. O, oğurlanmış ərzaq məhsullarını alıb bir qədər baha qiymətə mağzada satdığı üçün ekspert rəyində göstərilən qiymətlər arasında az da olsa fərq yaranmışdır, lakin o, ekspert rəyində göstərilən qiymətlərlə tam razıdır. Sonda, Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, sonuncunun onunla barışıq əldə etdiyini və Təqsirləndirilən şəxs1 qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 bildirdi ki, o, Biləsuvar rayonu, Çaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır və xadimə kimi fəaliyyət göstərir. Onların 4 baş quzusu vardır. O, həmin quzuları 2022-ci ilin iyul ayında təxminən 130-140 manat pul qarşılığında almış və həyətində saxlamışdır. O, heyvanları həyətində olan tövlədə saxlamışdır. Həmişə etdiyi kimi 15 yanvar 2023-cü il tarixdə də axşam vaxtı o, quzuları tövləyə salıb tövlənin qapısını bağlamış və yatmaq üçün evə getmişdir. O, həmin gecə boyu həyətdən heç bir səs-küy eşitməmiş və səhər tezdən də işinə getmişdir. O, işdə olduğu zaman anası quzulara yem vermək üçün tövləyə getdiyi zaman iki baş quzunun orada olmadığını görmüş və həmin heyvanları axtarmağa başlamışdır. Lakin anası heyvanları tapa bilməmişdir. O, işdən gəldikdən sonra anasının ona quzuların tövlədə olmadığnı bildirmiş və o da həyətdə heyvanları axtarmağa başlamışdır.Həmin vaxt o, tövlənin arxasında yerləşən və ikinci darvaza sayılan tək laylı davrazanın qapısının açıq olduğunu və yerdə qar üzərində ayaq izləri olmasını görmüşdür. Bundan sonra o əmin olmuşdur ki, axşam tövləyə oğru girmiş və onların quzularını oğurlamışdır. O, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq, özünə məxsus iki baş quzunun oğurlanması barədə məlumat vermişdir. Onun tövləsindən oğurlanan quzuların hər biri bir yaşında, erkək cinsli, çəkisi 13 kq, 200 manat dəyərində olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 400 manat məbləğində maddi ziyan dəymişdir. O, Biləsuvar rayon polis şöbəsində olduğu zaman heyvanların qohumu Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmasını bilmişdir. Əgər o, oğrunun Təqsirləndirilən şəxs1 olduğunu əvvəlcədən bilmiş olsaydı, oğurluq barədə polis əməkdaşlarına məlumat verməzdi. Sonda, Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, sonuncunun onunla barışıq əldə etdiyini və Təqsirləndirilən şəxs1 qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, daimi olaraq Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən 77 nömrəli evdə yaşasa da, bəzən uzun müddət ailəsi ilə Bakı şəhərində qohumlarının evində yaşayır. O, Biləsuvar şəhərində yerləşən avtomobil təmiri sexində usta işləsə də, aradabir özünə məxsus “VAZ-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs2 Biləsuvar şəhər sakini kimi tanıyır, onlar arasında heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. O, Təqsirləndirilən şəxs2la bir neçə dəfə Biləsuvar şəhərində görüşmüşdür. 15 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində, Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edərək, Biləsuvar rayonu, Çaylı kəndinə Tahir adlı tanışı ilə getmək istədiyini, həmin kənddə olan qadın tanışı ilə görüşəcəyini, Tahirin isə xalasının yaşadığı evdən iki baş quzu gətirəcəyini bildirmiş və onları həmin ünvana aparmasını ondan xahiş etmişdir. O həmin vaxt işdə olduğunu və işdən sonra Təqsirləndirilən şəxs2 tanışını istədiyi ünvana apara biləcəyini söyləmişdir. Həmin gün saat 22 radələrində o, yaşadığı evə getmiş, yemək yedikdən sonra təxminən saat yarım yuxulamışdır. Həmin gün saat 24 radələrində o, yuxudan oyandıqdan sonra, Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng etmiş və təqsirləndirilən şəxsləri idarə etdiyi avtomobillə Biləsuvar rayonu, Çaylı kəndinə taksi kimi aparıb-gətirməyə razılaşmışdır. 16 yanvar 2023-cü il tarixdə saat 00:00-da Təqsirləndirilən şəxs2 “WhatsApp” proqramı vasitəsilə ona mesaj yazaraq harada olmasını soruşmuş, o da idarə etdiyi avtomobillə Biləsuvar şəhəri, Nizami küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində olan işıqforun yanında dayanmasını sonuncuya bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 onun yanına gəlmiş və nəqliyyat vasitəsinə əyləşərək ondan hərəkət etməsini xahiş etmişdir. Onlar Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bol” marketin yanına çatarkən Təqsirləndirilən şəxs2 ondan avtomobili saxlatdırmış və bundan sonra Təqsirləndirilən şəxs1 onların yanına gəlmiş və avtomobilin arxa oturacağında əyləşmişdir. O, sərnişinlərə idarə etdiyi avtomobillə onları Biləsuvar rayonu, Çaylı kəndinə aparıb-gətirməsi qarşılığında 10 manat yol pulu alacağını bildirmiş, sonuncular da onun təklifi ilə razılaşmışlar. Bundan sonra onlar Biləsuvar rayonu, Çaylı kəndinə yola düşmüşlər. Onlar həmin gün saat 01 radələrində kəndə çatmışlar, lakin o, Təqsirləndirilən şəxs1 xahişi ilə nəqliyyat vasitəsinin sonuncunun xalasının evindən təxminən 200-300 metr aralıda saxlamışdır. Bundan sonra əvvəlcə Təqsirləndirilən şəxs1, bundan təxminən 5-6 dəqiqə sonra, Təqsirləndirilən şəxs1 zəngindən sonra Təqsirləndirilən şəxs2 avtomobildən düşərək Təqsirləndirilən şəxs1 xalasının evinə getmiş, o isə nəqliyyat vasitəsində sonuncuları gözləmişdir. O, maşında olduğu müddət ərzində sosial şəbəkələrdə vaxt keçirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2 xahişi ilə avtomobilin yük yerini açmış, həmin şəxslər quzuları avtomaşının yük yerinə yerləşdirdikdən sonra isə avtomobilə əyləşərək ondan Biləsuvar şəhərinə qayıtmasını istəmişlər. Bundan sonra onlar Biləsuvar şəhərinə qayıtmışlar. Onlar Biləsuvar şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs2 ondan avtomobili Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən bir ünvana sürməsini istəmiş, o da təqsirləndirilən şəxsləri həmin ünvana aparmışdır. Onlar həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən düşərək, yük yerində olan quzuları düşürmüş və həmin quzuları darvazadan içəri aparmışlar. Həmin vaxt o, avtomaşında tək qalaraq, təqsirləndirilən şəxsləri gözləmiş, daha sonra avtomaşında darıxıraq, irəli gedərək, hansısa marketin yanında geri dönüş edib, əvvəlki yerə qayıtmışdır. Bundan təxminən 10 dəqiqə sonra təqsirləndiriən şəxslər avtomaşına qayıtdıqdan sonra o, həmin şəxslri idarə etdiyi avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsinə aparmış, daha sonra isə gec olduğu üçün yaşadığı evə getmişdir. O, yalnız 18 yanvar 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə gətirildiyi zaman həmin quzuların Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığını bilmişdir. Onun həmin şəxslərin Biləsuvar rayonu, Çaylı kəndinə quzuları oğurlamaq üçün getmələri barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə hər hansı bir cinayət əməllərinin törədilməsində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 27 mart 2023-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 13:55-də əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs1 Biləsuvar şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən on dəqiqə sonra Təqsirləndirilən şəxs1 Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında, sonradan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin evinin yaxınlığında, yolun kənarında piyada hərəkətdə olan zaman saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,02 qram olmuşdur. Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -0,577 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında 27 mart 2023-cü il tarixdə, saat 14:05də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən qəbiristanlığın yaxınlığında yolun kənarında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd qara rəngli sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 19/1288 saylı rəyindən görünür ki, tədqiq edilən obyektlərin 2022-ci ilin dekabr ayına olan orta bazar alqı-satqı qiyməti 1 ədəd “Evim” markalı, 2 litrlik duru yağın 10 manat 07 qəpik, 1 rulonu 425 (qram olan “Servalat kolbasa” markalı kolbasanın 5 manat 50 qəpik, üzərində “Südlü sosiska” sözləri yazılmış 1 kiloqram sosiskanın 6 manat, “Excellent” markalı 430 qram çəkidə 1 qutu lokumun 3 manat 60 qəpik, üzərində rus dilində “Korenovskaə squhenka s saxarom“ 8,5 % sözləri yazılmış, 370 çəkidə, bir ədəd qabda qatılaşdırılmış südün 2 manat 20 qəpik, “Chocobis” markalı, 360 qram çəkidə bir qutu şirniyyatın 4 manat 30 qəpik, 1 qutu “LD“ qara nazik markalı siqaretin 3 manat 20 qəpik, 1 qutu „Sobraniye“ göy nazik markalı siqaretin 4 manat 10 qəpik, 1 qutu “Winston” qara nazik markalı siqaretin 3 manat 60 qəpik, 1 qutu “Kent-4” nazik qara markalı siqaretin 3 manat 80 qəpik, 1 qutu “Palmalı“ qara nazik markalı siqaretin 2 manat 70 qəpik, 1 qutu “Prima“ göy qalın markalı siqaretin 2 manat 20 qəpik, ümumi olaraq isə nəzəri hesablama yolu ilə təxminən 51 manat 27 qəpik olaraq müəyyən edilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 fevral 2023-cü il tarixli, 19/156 saylı rəyindən görünür ki, 1 baş erkək, təmiz çəkisi 13 kiloqram olan quzunun 2023-cü ilin yanvar ayına olan orta bazar alqı-satqı qiyməti nəzəri qaydada təxminən 200 manat müəyyən edilir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 27 mart 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş 1 ədəd bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə heroindir və həmin vasitəni Lənkəran şəhərində tanımadığı bir şəxsdən almışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükülü açılaraq, ona baxış keçirilmiş və həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması məlum olmuşdur. Həmin bükülü elektron tərəziyə qoyularaq çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 1,02 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İş materillarında olan ifadənin yerində yoxlanılması barədə 19 yanvar və 21 yanvar 2023-cü il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 Biləsuvar şəhəri, S.Əsgərova küçəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətində olan ərzaq mağazasından və Biləsuvar rayonu, Çaylı kəndində, Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində yerləşən tövlədən oğurluqları necə və hansı şəkildə etdiyini hadisə yerlərində göstərmişdir. İşdə olan könüllü təqdim edilən əşyaya baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Biləsuvar şəhəri, S.Əsgərova küçəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətində olan ərzaq mağazasından oğurladığı və yaşadığı evdə gizlətdiyi 4 qutu “Palmall” əmtəə nişanlı, 6 qutu “LD” əmtəə nişanlı, 4 qutu “Vinston” əmtəə nişanlı, 1 qutu “Uinston” ağ qalın Kompakt əmtəə nişanlı siqaretləri istintaq orqanına təhvil vermişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 28 mart 2023-cü il tarixli, 19/358 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş heroinə bənzər maddə» sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi –0,577 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,577 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,527 qram qalmışdır. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 12 aprel 2023cü il tarixli, 422 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasından oğurladığı əşyaların və nəğd pul vəsaitinin məbləğinin ittiham aktında göstərildiyindən daha az olması, habelə Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən psixi zora məruz qalması və üzərində aşkar edilmiş narkotik vasitənin baxış keçirilməsindən əvvəl polis əməkdaşları tərəfindən onun cibinə yerləşdirilməsi barədə həmin təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, 16 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində, Biləsuvar rayonu, Çaylı kəndində, Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindən 2 baş quzunun oğurlanması ilə bağlı Təqsirləndirilən şəxs1 niyyətindən xəbərsiz olması və həmin şəxslə bu barədə qabaqcadan razılaşmaması barədə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyətlərlə təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Belə ki, əvvəllər oğurluq və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş, həmin dövrdə heç yerdə işləməyən və təxminən 20 gün Biləsuvar şəhərində işsiz dolaşan Təqsirləndirilən şəxs2 qış gecəsi, saat 01 radələrində, qarlı havada, məhz özünün axtarıb tapdığı, həmin gün saat 17 radələrindən şərtləşdiyi Şahid1 idarə etdiyi taksi avtomaşını ilə, həmin gün günorta saatlarında artıq görüşüb söhbətləşdiyi Təqsirləndirilən şəxs1la birlikdə, sonuncunun xalasının yaşadığı evə getməsi, bu zaman taksi avtomobilinin həmin evin qarşısında deyil, kənarda saxlaması və yalnız Təqsirləndirilən şəxs1 quzuları tövlədən götürüb küçəyə çıxardıqdan sonra və Təqsirləndirilən şəxs1 zəngi ilə taksi avtomobili ilə həmin yerə yaxınlaşması, daha sonra tanış qəssabların Təqsirləndirilən şəxs1 şübhələnəcəyi əsası ilə, özünün uşaqlıq tanışı olan qəssaba həmin quzuların Təqsirləndirilən şəxs1 məxsusluğunu bildirmədən satması, bu zaman içərisində Təqsirləndirilən şəxs1 da olduğu avtomaşını həmin qəssabın yaşadığı evin yaxınlığında da dayanmayaraq, həmin yerdən uzaqlaşması və Təqsirləndirilən şəxs2 göstərdiyi xidmətə görə Təqsirləndirilən şəxs1 pul vəsaiti alması (ibtidai istintaq zamanı verilən ifadələrdə 70 manat, məhkəmədə verilmiş ifadələrdə isə 7 manat) Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində, Biləsuvar rayonu, Çaylı kəndində yerləşən Təqsirləndirilən şəxs1 ögey xalası Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindən 2 baş quzunu oğurlamasına məhkəmədə kifayət qədər inam yaradır. Bundan başqa, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» 1 siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 2 uşağının olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı aradan qaldırmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin resdivi və cinayətin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallardır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Biləsuvar Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 1(022)-28/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarı ilə Biləsuvar Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 1(022)-28/2020 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, yüngülləşdirilmiş və həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkiməmiş 1 il 7 ay müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir və məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini, cinayətin törədilmə üsulunu nəzərə alaraq, habelə təqsirləndirilən şəxsə residivə görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə ən ciddi cəzanın son həddinin yarısından az olmamaqla cəza təyin edilməsinə dair CM-nin 65-ci maddəsinin tələbini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində məhkəməyədək icraat zamanı 19 dekabr 2022-ci il tarixdə, saat 19:30-da tutma tətibiq olunmuş və Təqsirləndirilən şəxs1 20 dekabr 2022-ci il tarixdə, saat 14:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində məhkəməyədək icraat zamanı 19 yanvar 2023-cü il tarixdə, saat 12:00-da tutma tətibiq olunmuş və Təqsirləndirilən şəxs1 21 yanvar 2023-cü il tarixdə, saat 10:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı faktiki tutulduğu 3 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ünvan 2 qərarı ilə həbs etmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və həmin şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 12 aprel 2023-cü il tarixli, 422 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cavanlığını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal hesab edir. Cinayətin resdivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-177.2.3, 182.2.1, 182.2 və 182.2.4-cü maddələri ilə 4 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini, cinayətin törədilmə üsulunu nəzərə alaraq, habelə təqsirləndirilən şəxsə residivə görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə ən ciddi cəzanın son həddinin yarısından az olmamaqla cəza təyin edilməsinə dair CM-nin 65-ci maddəsinin tələbini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 18 yanvar 2023-cü il tarixdə, saat 12:30-da tutma tətibiq olunmuş və Təqsirləndirilən şəxs2 20 yanvar 2023-cü il tarixdə, saat 09:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0, 527 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 30 dekabr 2022-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizası xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, 22 fevral 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə 28 mart 2023-cü il tarixli məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq 3 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri qismində 115 (yüz on beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulsun. İş üzrə məhkəmə-əmtəəşnüaslıq ekspertizasının xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs1 götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0, 527 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar