Məhkəmə qərarları › İş №1(022)-114/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-114/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-114/2023 12.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Biləsuvar şəhəri, Vaqif küçəsi ev 36-da qeydiyyatda olmaqla yaşayan, barəsində 16 aprel 2023-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 0,917 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 14 aprel 2023-cü il tarixdə saat 17:35 radələrində Biləsuvar rayonu, Zəhmətabad kəndi ərazisində işıq stansiyasının yaxınlığında piyada hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən 0,917 qram çəkidə narkotik vasitə heroin “Prima” markalı siqaret qutusunun içərisində şəffaf rəngli sellofan kəsiyi bükümündə olmaqla əynindəki gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Evlidir, ruhi-əsəb xəstəliyi yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız fəhlə işləyərk ailəsini dolandırır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, daha çox “kakos” deyilən narkotik vasitə heroin qəbul etmişdir. 13 aprel 2023-cü il tarixdə saat 11 radələrində Biləsuvar şəhəri, Vaqif küçəsində yerləşən yaşadığı evə gedən zaman “pambıq zavod”-un yaxınlığında yerdən bir ədəd sellofan büküm tapmış, həmin bükümü açıb baxarkən içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Buna görə də həmin heroini gələcəkdə istifadə etmək məqsədilə sellofan bükümlə birlikdə “Prima” markalı siqaret qutusunun içərisinə qoymuş, siqaret qutusunu isə əynindəki gödəkçənin sol iç cibinə qoymuşdur. 14 aprel 2023-cü il tarixdə saat 17:35 radələrində Biləsuvar rayonu, Zəhmətabad kəndi ərazisində işıq stansiyasının yaxınlığında piyada gəzən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində narkotik vasitə, psixotrop maddə gəzdirməsi şübhəsini izah edərək Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən CM-nin 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkili Habil Məmmədov və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq ona üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynindəki gödəkçənin sol iç cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin qutunun içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Təqdim etdiyi siqaret qutusu açılıb baxıldıqda içərisində bir ədəd sellofan büküm olması müəyyən edilmiş, həmin büküm açıldıqda içərisində siqaretin kağızına bükülmüş bükülü aşkar edilmişdir, qeyd edilən büküm açılıb baxıldıqda isə içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş heroin siqaretin kağızı və sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə 1,12 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilən zaman digər hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş heroin özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş heroinin qablaşma ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Nə saxlanılan zaman, nə də ki üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 14 aprel 2023-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil edilmişdir. 14 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Bəydili kəndindən Zəhmətabad kəndi istiqamətində asfalt yolla piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən işıq stansiyasının qarşısında olan zaman yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını izah edərək RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs TB-nin təhqiqatçısı, polis kapitanı Bəhruz Bayramov tərəfindən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra o, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Habil Məmmədovun iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki gödəkçənin sol iç cibindən üzərində “Prima” sözü yazılmış siqaret qutusunun içərisindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin sellofan bükümlə birlikdə çəkildikdə 1,12 qram olması müəyyən edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilərək götürülmüş olan narkotik vasitə heroin sellofan kəsiyi bükümü ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmışdır. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. İşdə olan şəxsi axtarış və götürmə barədə 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi yarandığı üçün RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, KTQ-nun baş ekspertkriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Habil Məmmədovun iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki gödəkçənin sol iç cibindən üzərində “Prima” sözü yazılmış siqaret qutusunun içərisindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin sellofan bükümlə birlikdə çəkildikdə 1,12 qram olması müəyyən edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X2 xx.xx.2023cü il tarixli 19/463 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,917 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,917 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,867 qram. İşdə olan tədqiqata təqdim edilmiş 0,917 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,867 qram qalığı xx.xx.2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 450 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur, Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Bəşirov X1 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, hərəkətlərində cinayətin residivinin olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 16 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdə saat 13:30-da saxlanılmaqdan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını hərəkətlərində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 aprel 2023-cü il tarixli 450 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0,867 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixindən 16 aprel 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 0,867 qram narkotik vasitə heroin məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar