Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-114/2024 02.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 08 avqust 1986-cı il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin 1(002)-5/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Biləsuvar rayonu Bağbanlar kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə 04 mart 2024-cü il tarixdə saat 04 radələrində Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə hasarın üzərindən aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra evin həyətində yerləşən saxlanc yeri hesab olunan tövlənin qapısının üzərində olan ipi açıb, içəri qanunsuz daxil olaraq sonuncuya məxsus 02 yaşında, dişi cinsli, diri çəkisi 40 kiloqram olmaqla 280 (iki yüz səksən) manat dəyərində bir baş qoyunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında iştirak edən cinayət prosesi iştirakçılarının ifadəsi: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Biləsuvar rayonu Bağbanlar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, iki övladı var. Zərərçəkmiş şəxs onun qonşusudur, əvvəlcədən heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Tez-tez spirtli içki qəbul edir, buna görə də ona pul lazım olur, lakin heç bir yerdə işləmir və heç bir yerdən də qazancı yoxdur. Buna görə də o, oğurluq etmək qərarın gəlmişdir. Yaşadığı evlə üzbəüz qonşu olan Zərərçəkmiş şəxs həyətində xırda buynuzlu mal-qara saxlamasını əvvəlcədən bilmişdir. 04 mart 2024-cü il tarixdə saat 01 radələrində spirtli içki qəbul elmiş və bir neçə saat sonra saat 04 radələrində yaşadığı evdən çıxaraq, Zərərçəkmiş şəxs yaşadığı evin daş hasarına yaxınlaşmışdır. Daha sonra ətrafda heç kimin olmadığını gördükdən sonra daş hasarın üzərindən atlayaraq həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra tövlənin qapısına yaxınlaşmışdır. Tövlənin qapısının taxta olmasını və iplə bağlanmasını görmüşdür. Tövlənin qapısında olan ipi açaraq içəri daxil olmuşdur. O tövlənin içərisindən bir baş qoyun götürüb, tövlədən çıxaraq, daş hasara yaxınlaşmış, əvvəlcə bir baş qoyunu daş hasarın üzərinə qoymuş və daha sonra özü də daş hasarın üzərinə çıxmışdır, bundan sonra qoyunla birlikdə həyətdən getmişdir. Bir neçə saat sonra Mərkəzi bazarın yaxınlığında işləyən qəssab Əfqana qoyunu 240 (iki yüz qırx) manat müqabilində satmış və qarnında balasının olmasını bildirmişdir. Bundan sonra yaşadığı evə qayıtmışdır. Bir neçə saat sonra Əfqan adlı qəssab ona zəng vurub, “gəl qoyununu apar, qarnında balası yoxdur" sözlərini demişdir. O da təxminən 1 saat sonra yaşadığı evdən çıxıb, qəssab Əfqanın yanına getmişdir. Əfqan adlı qəssaba 190 (yüz doxsan) manat pulu qaytarmış və 50 (əlli) manatını xərclədiyini bildirmişdir. Həmin zaman polis əməkdaşları ona yaxınlaşmış və Biləsuvar rayon polis şöbəsinə aparmışlar. O, oğurluq hadisəsini törədən zaman yanında heç kim olmamış və ona heç kim köməklik göstərməmişdir. Bir baş qoyunun oğurlaması baradə heç bir şəxsə məlumat verməmişdir. Oğurladığı bir baş qoyunu 240 (iki yüz qırx) manat müqabilində hadisəni törətdikdən bir neçə saat sonra mərkəzi bazarın yaxınlığında işləyən Əfqan adlı qəssaba satmışdır. Əfqan adlı qəssaba bir baş qoyunun oğurluq olması ilə bağlı heç bir məlumat verməmişdir. O, Əfqan adlı şəxsə ilk dəfə bir baş qoyun satmışdır. Hazırda zərərçəkmişlə barışmış, ona dəymiş ziyanı ödəmiş, törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki. Biləsuvar rayonu. Bağbanlar kəndində yaşayır. Yaşadığı evin həyətində olan tövlədə 29 baş qoyun və 18 baş quzu saxlayır və həmin heyvanlar özünə məxsusdur. Həmin tövlənin bir ədəd taxta qapısı vardır, lakin qapının kilidi yoxdur, iplə bağlayır. 03 mart 2024-cü il tarixdə saat 19 radələrində xırdabuynuzlu mal-qarasını sayaraq tövləyə salmışdır. 04 mart 2024-cü il tarixdə saat 08 radələrində tövlənin qapısına yaxınlaşan zaman qapıya əvvəlcədən bağladığı ipin açıq vəziyyətdə olmasını görmüş və dərhal içəri daxil olmuşdur. Qoyunları sayan zaman 28 baş qoyunun və 18 baş quzunun olmasını görmüş və ətrafa göz gəzdirən zaman həyətin bir tərəfindən olan daş hasarın üzərində qoyun tükləri olmasını görmüşdür. Buna görə də bir baş qoyunun oğurlanmasını bilmiş və hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Həmin günü də polis əməkdaşları ona həyətindəki tövlədən bir baş qoyununu oğurlayan şəxsin qonşusu Təqsirləndirilən şəxs olmasını demişlər. Daha sonra polis əməkdaşlarının köməkliyi ilə oğurlanmış bir baş qoyunu özünə qaytarılmışdır. Şahid əvvəlcədən tanımamış, daha sonradan Təqsirləndirilən şəxs Əfqana qoyunu satmasını bilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: İş üzrə şahid kimi dindirilmiş şəxslərin ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki. Biləsuvar şəhəri. M.Əzizbəyov küçəsi ev 6 qeydiyyatda olmaqla, Biləsuvar şəhəri, Sahil küçəsi, bina 3. mənzil 7-də ailə üzvləri iə birlikdə yaşayır. Təxminən 17-18 ildir ki. rayon ərazisində qəssab kimi fəaliyyət göstərir. Hazırda Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerəşən icarəyə götürdüyü mağazada qəssab kimi fəaliyyət göstərir və təkcə xırda buynuzlu mal-qaranın alveri ilə məşğul olur. 04 mart 2024-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı mağazaya getmişdir. Bir nəfər tanımadığı şəxsin mağazanın qarşısında yanında bir baş qoyunla dayandığını görmüşdür. Həmin şəxsə “mənə tanış gəlirsən" sözlərini demiş, həmin şəxs də Bağbanlar kəndində yaşadığı və atasının adının Cəbrayıl olmasını bildirmişdir. Bundan sonra o, həmin şəxsi tanımışdır. Həmin şəxs bir baş qoyunun özünə məxsus olmasını və qarnında balasının olmasını bildirmişdir. Bir baş qoyunu ona 250 (iki yüz əlli) manata satmaq istədiyini demiş, o da həmin şəxsə 240 (iki yüz qırx) manat pul verəciyini bildirmiş və onlar razılaşmışlar. O, 240 (iki yüz qırx) manat pulu vermiş və bir baş qoyunu almışdır. Bundan sonra o, heyvanı yaxşı-yaxşı yoxlamış və qarnında balasının olmadığını bilmişdir. Buna görə də həmin şəxsə zəng vurub, qoyunu qaytarmaq istədiyini bildirmişdir. Biraz sonra həmin şəxs onun yanına gəlmiş, 190 (yüz doxsan) manat pulu geri qaytarmış, 50 (əlli) manatını xərcləməsini bildirmişdir. O da həmin şəxsə pulunun hamısını verəndən sonra qoyunu qaytaracağını demişdir. Biraz sonra mağazaya polis əməkdaşları gəlmişlər və Bağbanlar kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş qoyunun oğurlanmasını bildirmişlər. O, polis əməkdaşlarına qoyunu təhvil verərək, hadisə barədə məlumat vermişdir. Bundan sonra o, qoyunu satan şəxsin Bağbanlar kənd sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış və onunla arasında heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs bir baş qoyunu alan zaman oğurluq olması barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs ona bir baş qoyunu satan zaman yanında heç kim olmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətində baş vermiş, baxış zamanı həyətdə yerləşən tövlənin bir ədəd taxta qapısı olduğu, qapının iplə bağlandığı müəyyən olunmuş, baxış zamanı hadisə yerinin fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli, 19\297 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 baş, 2 yaşında, dişi cinsli, diri çəksi 40 kiloqram olan qoyunun 2024-cü ilin mart ayında olan bazar qiymətinə nəzərən təxminən 280.00 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 672 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs şizofreniya paranoid forma, remissiya vəziyyəti aşkar olunur, barəsində tibbi xarakterli məcburi müalicə tərbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Tibbi xarakterli məcburi müalicə tərbirlərinin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan şizofreniya paranoid forma psixi xəstəliyin kəskinləşməsi ehtimalının olması nəzərə alınaraq nəzarət altında saxlanması, zərurət yarandığı təqdirdə isə həkim-psixiatrik müşahidəsi tövsiyyə edilir. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk emək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən ondan müəyyən edilən psixi xəstəlik remissiya vəziyyətində olduğundan o, öz əməlinin faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Biləsuvar rayon məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə cəzasını çəkir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkən şəxslə barışdığı üçün, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işi başlanılmadan barəsində toplanmış material rədd edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18.30-da Biləsuvar rayon polis şöbəsində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saat 12:50-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə saat 01 radələrində spirtli içki qəbul elmiş və bir neçə saat sonra təxminən saat 04 radələrində yaşadığı evdən çıxaraq, Zərərçəkmiş şəxs yaşadığı evin daş hasarına yaxınlaşıb, ətrafda heç kimin olmadığını gördükdən sonra daş hasarın üzərindən atlayaraq həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra tövlənin qapısına yaxınlaşmışdır. Tövlənin qapısının taxta olmasını və iplə bağlanmasını görmüşdür. Tövlənin qapısında olan ipi açaraq içəri daxil olmuşdur. Tövlənin içərisindən bir baş qoyun götürüb, tövlədən çıxaraq, daş hasara yaxınlaşmış, əvvəlcə bir baş qoyunu daş hasarın üzərinə qoymuş və daha sonra özü də daş hasarın üzərinə çıxmışdır, bundan sonra qoyunla birlikdə həyətdən getmişdir. Təqsirləndirilən şəxs bir baş qoyunu oğurladığı yeri əyani göstərərək təqdim etmişdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Biləsuvar rayon Məhkəməsinin 1(002)-5/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə çəkilməmiş cəzası 03 il 01 ay 09 gün təşkil edir. Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Heydərov X2 rayon Bağbanlar kəndində yaşayır ailəsi ilə birlikdə yaşayır, barəsində nümayəndəliyə şikayət xarakterli müraciət daxil olmuşdur, spirtli içkiyə meyillidir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi nəzərdə tutulan cinayət əməlini törətməsi onun etirafedici ifadələri, şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolu eləcə də digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 80-cı maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: 5.1-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır; 6.1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 55.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir; 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli Qərarı: Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür; Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarı: Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarı: Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini şəxsin cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini, cinayətin törədilmə üsulunu nəzərə alaraq Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə törədilmiş cinayət əməlinin təhlükəliliyi ilə yanaşı Təqsirləndirilən şəxs tərəfindən cəza çəkdiyi dövrdə yenidən cinayət törətməsini, həmin hökm ilə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şəxsin islah olunmasına kifayət etmədiyini də qiymətləndirir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli 1(022)-5/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Bundan başqa, cinayət işinin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini 04 mart 2024-cü il tarixdə, yəni Biləsuvar Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(022)-5/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətmişdir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(022)-5/2024 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 3 (üç) il 1 (bir) ay 9 (doqquz) gün hissəsi hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(022)-5/2024 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 3 (üç) il 1 (bir) ay 9 (doqquz) gün hissəsi hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 2(iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-114/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-114/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver