Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-115/2024 29.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, Yataqxan, 1V ünvanında qeydiyyatda olan, ünvan 2in 9 nömrəli mənzilində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumilikdə 1,503 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 02 mart 2024-cü il tarixdə, saat 04:50-də Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yerləşən məscidin yaxınlığında «Hundai Elentra» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı şəffaf rəngli yapışqanlı lentə sarılmış bükülüdə 05 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,298 qram, 0,462 qram, 0,158 qram, 0,113 qram və 0.472 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1,503 qram olan, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin əynindəki gödəkçənin yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirli bilmir, çünki o, narkotik vasitə və psixotrop maddə aludəçidir, lakin həmin maddələrin satışı ilə məşğul olmur. Belə ki, o, hərbi xidmətə çağırılmazdan əvvəl, yəni təxminən 2019-cu ildən başlamaqla, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. O, əvvəllər tramadol həbləri daha çox istifadə etsə də, sonradan heroin və metamfetamin istifadə etməyə başlamışdır. O, hərbi xidmətdə olduğu vaxt narkotik vasitə və ya psixotrop maddə istehlak edə bilmədiyi üçün bədənində şiddətli ağrılar yaranmış və özünə xəsarətlər yetirmişdir. Buna görə də o, məcburi şəkildə psixoloji və psixatrik müalicələr almış, sonradan isə hərbi xidmətdən təxris edilmişdir. O, həmin vaxtdan hazırki tarixədək müxtəlif növdə narkotik vasitələr və psixotrop maddələr istifadə etsə də, təxminən son iki ildə yalnız psixotrop maddə metamfetamin istehlak etmişdir. O, həmin maddəni Samir adlı şəxsdən pul müqabilində əldə etmişdir. Hazırda isə onun həmin şəxsin harada olması barədə məlumatı yoxdur. O, psixotrop maddə metamfetamini falqa üzərinə töküb-çəkmək yolu ilə istehlak etmişdir. Həmçinin onun qardaşı Ramil təxminən 2 il əvvəl Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, məhkum edilmiş və hazırda sonuncu cəzaçəkmə müəssisəsində cəza çəkir. O, sonuncu dəfə 01 mart 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdə parlaq rəngli bükülü görmüş və içərisində psixotrop maddə ola biləcəyini ehtimal edərək, həmin bükümü açıb baxmışdır. O, bükülünün içərisinə baxdığı vaxt orada psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin bükülünün sonradan istehlak etmək məqsədi ilə gödəkçəsinin cibində gizlətmiş və yaşadığı evə getmişdir. Həmin gün o, bükümdə olan psixotrop maddə metamfetamindən cəmi bir dəfə, az miqdarda istifadə etmişdir. O, evdə yatdığı vaxt Biləsuvar rayonu, Nəsimi kəndində yaşayan dostu Şahid3 ona anası X1 istifadəsində olan mobil telefon nömrəsinə zəng vurmuşdur. Anası onu oyatmış və o, telefon vasitəsi ilə dostu ilə danışmışdır. Həmin vaxt Şahid3 ailə üzvlərinin Bakı şəhərinə toya getdiklərini və evdə tək olduğunu ona bildirmiş və onun yanına gəlib, bir neçə gün qalmasını ondan xahiş etmişdir. O, Şahid3 təklifi ilə razılaşmış və həmin gecə saat 12 radələrində evdən çıxmışdır. O, evdən çıxdığı vaxt anasına Şahid3gilə qonaq getdiyini bildirmişdir. O, telefonuna yüklədiyi “Bolt” aplikasiyası vasitəsilə Biləsuvar rayonu, Nəsimi kəndinə getmək üçün taksi sifariş vermişdir. Həmin mobil tətbiqdə o, yeni nömrə ilə qeydiyyatdan keçdiyi üçün ona endirim tətbiq edilmiş və Bakı şəhərindən Biləsuvar rayonuna gediş haqqı kimi 40 manat gediş haqqı ödəməli olması qeyd edilmişdir. O, üzərində olan nağd pul vasitəsi ilə gediş haqqını ödəmək niyyətində olmuş və Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsindən Şahid4 idarə etdiyi «Hundai Elentra» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna getmək məqsədi ilə yola düşmüşdür. O, dostu Şahid3 evinə əvvəllər də bir neçə dəfə getdiyi üçün həmin şəxsin ünvanını bilmişdir. Onlar həmin gün, saat 04 radələrində Biləsuvar rayonu, Nəsimi kəndinə çatmışlar. Lakin elektron naviqator proqramı səhvə yol vermiş və buna görə də sürücü avtomobili Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yerləşən məscidin yaxınlığında saxlamışdır. Şahid4 nəqliyyat vasitəsini saxladıqdan 3 dəqiqə sonra yol patrul xidmətinin əməkdaşları həmin avtomobilə yaxınlaşmışlar. Həmin vaxt sürücü Şahid4 avtomaşından yerə düşmüş və polis əməkdaşları ilə təxminən 5-10 dəqiqə söhbət etmişdir. Daha sonra Şahid4 avtomobilə əyləşmişdir. O, sürücüdən polis əməkdaşlarıın nə istədiyini soruşduqda, həmin şəxs polis nəfərlərinin avtomobili niyə orada saxlaması ilə maraqlandıqlarını ona bildirmişdir. O, Şahid4 yol patrul xidməti əmədaşlarının belə bir səlahiyyəti olmadığını bildirmişdir. Daha sonra isə o, polis əməkdaşlarına onları niyə saxladıqları barədə soruşmaq istədiyi vaxt həmin şəxslər onun əllərini qandallamış və idarə etdikləri nəqliyyat vasitəsinə əyləşdirərək, Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynində olan gödəkçənin cibində gizlətdiyi bükülünü çıxarıb, könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılıb baxıldığı zaman o, orada 5 ədəd kiçik bükümlər olduğunu görmüşdür. Onun həmin 5 ədəd bükümdən əvvəlcədən xəbəri olmamışdır, çünki o, həmin bükümün yalnız kiçik bir hissəsini açmış və psixotrop maddədən istifadə etmişdir. O, polis əməkdaşlarına həmin bükülünü 01 mart 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış və «Hundai Elentra» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin onun üzərində və avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokollar və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. O, ehtimal edir ki, həmin bükülü narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olan şəxsdən yerə düşmüş və o da həmin bükümü yerdən tapmışdır. O, narkotik vasitələri satışı ilə məşğul olmur.O, Biləsuvar rayon polis şöbəsində olduğu vaxt özü könüllü şəkildə psixotrop maddə istehlak etdiyini polis nəfərlərinə bildirmiş və üzərində olan bükülünü təqdim etmişdir. Sürücü Şahid4 yol patul xidməti əmədaşlarının söhbət etdiyi 5-10 dəqiqə ərzində onun üzərində saxladığı və içərisində metamfetamin olan bükümü öz üzərindən uzaqlaşdırmaq və ya sellofanı cırıb, içərisində olan psoxotrop maddəni yerə tökmək üçün kifayət qədər vaxtı və imkanı olsa da, o, bu əmələ yol verməmişdir. Bundan başqa, o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qimində tutulduqdan sonra və barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə məhkəməyə gətirildiyi vaxt onun törətdiyi əməll müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, lakin məhkəmədə tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edildikdən və o, buraxıldıqdan sonra onun əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Bundan əlavə, o bildirdi ki, onun üzərində psixotrop maddə metamfetamin olduğundan sürücü Şahid4 xəbəri olmamışdır. O, psixotrop maddə istifadə etdiyinə görə utanc hissi keçirir və hazırda çox peşmandır. Polislər tərəfindən saxlanıldığ vaxt və ya onun üzərinə şəxsi axtarış keçirildiyi vaxt polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Onun üzərində saxladığı psixotrop maddələri satmaq niyyəti olmamışdır. Buna görə də o, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamı əsassız hesab edir. Sonda, Təqsirləndirilən şəxs psixotrop maddə əldə edərək üzərində daşımasından peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri, özünün ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 01 mart 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal edilən «Hundai Elentra» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil əməliyyat müşahidəsinə götürülmüş və həmin nəqliyyat vasitəsi 02 mart 2024-cü il tarixdə, saat 04:50-də Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yerləşən məscidin yaxınlığında hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlatdırılmış və Təqsirləndirilən şəxs və sürücü Şahid4 polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibində olan şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən psixotrop maddə metamfetaminə bənzər maddə olan 05 ədəd kütlə aşkar edilmişdir. Daha sonra «Hundai Elentra» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş bükülülər elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkiləri 0,39 qram, 0,19 qram, 0,18 qram, 0,52 qram və 0,64 qram olmuşlar. Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 oğlu məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumilikdə 1,503 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində 02 mart 2024-cü il tarixdə, saat 04:50-də Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yerləşən məscidin yaxınlığında «Hundai Elentra» markalı, **-DK- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyni, orada üzərinə keçirilən şəxsi axtarış zamanı şəffaf rəngli yapışqanlı lentə sarılmış bükülüdə 05 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,298 qram, 0,462 qram, 0,158 qram, 0,113 qram və 0.472 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1,503 qram olan, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Nəsimi kəndində valideynlərinə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır, ibtidai sinif müəllimidir, lakin hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun dostudur və həmin şəxslə o, Bakı şəhərində Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil aldığı vaxt, yəni 2017-2018-ci illərdə tanış olmuşlar. Belə ki, o, təhsil aldığı müddətdə Təqsirləndirilən şəxs də yaşadığı Bakı şəhəri, Səbail rayonu ərazisində kirayə mənzildə yaşamışdır. O, həmin yerdə yaşadığı vaxt Təqsirləndirilən şəxs ilə tanış olmuş və onlar bir-birinin evlərinə gəlib-getmişlər. Onların ailə üzvləri də bir-biri ilə tanış olmuşlar və həmin vaxtdan onlar arasında daimi əlaqə olmuşdur. O, Təqsirləndirilən şəxs ilə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs onun 7 illik dostudur və o bilir ki, həmin şəxs əvvəllər narkotik vasitə istifadə etmişdir, lakin sonuncu artıq həmin vasitələri qəbul etmir. O, özü heç vaxt narkotik vasitə və ya psixotrop maddə istehlak etməmişdir. Təqsirləndirilən şəxs əvvəllər 2-3 dəfə onun yaşadığı evə - Biləsuvar rayonu, Nəsimi kəndinə gəlmişdir. Təqsirləndirilən şəxs hər dəfə gəldiyi vaxt taksi vasitəsilə birbaşa onların evinə gəlmişdir. Sonuncu dəfə o, 01 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxsə “WhatsApp” mobil tətbiqi vasitəsilə zəng edərək, sonuncunu öz evinə qonaq kimi çağırmışdır. Belə ki, onun atası və anası Bakı şəhərinə toya getmişlər və 2 gün Bakı şəhərində qalmağı planlamışlar. O, arvadı ilə faktiki olaraq ayrıldığı və sonuncu evi tərk edərək, valideynlərinin yanına getdiyi üçün, yaşadığı evdə tək olmuş və Təqsirləndirilən şəxs evinə qonaq çağırmışdır. 01 mart 2024-cü il tarixdə, axşamüstü Təqsirləndirilən şəxs ona zəng edərək, Biləsuvar rayonuna gələcəyini bildirmişdir. Lakin həmin gün axşam radələrində o, təqsirləndirilən şəxslə əlaqə saxlamağa çalışsa da, sonuncu ilə əlaqə yarada bilməmişdir. 02 mart 2024-cü il tarixdə isə o, Təqsirləndirilən şəxs atası ilə əlaqə saxlamış və souncunun polis əməkdaşları tərəfindən tutulduğunu və Biləsuvar rayon polis şöbəsində olduğunu öyrənmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhərindən Biləsuvar rayonuna gəlmək üçün “Bolt” mobil tətbiqi vasitəsilə taksi sifariş vermiş, lakin həmin taksi sürücüsü axşam olduğu üçün yanlışlıqla sonuncunu Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən məscidin yanına aparmışdır və həmin yerdə də polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamışlar. O, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ilə cəmi bir dəfə görüşmüşdür. Belə ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə məhkəmədə baxıldığı zaman, məhkəmə iclaslarının birindən sonra o, sonuncunu və atasını öz evinə yemək yemək üçün qonaq çağırmışdır. O, həmin tarixdən sonra Təqsirləndirilən şəxs ilə “WhatsApp” mobil tətbiqi vasitəsilə ünsiyyət saxlamışdır. Həmçinin o, Təqsirləndirilən şəxs üzərindən 5 ədəd büküm olmasının səbəbini soruşmuş, sonuncu isə ona Biləsuvar rayonuna 4-5 günlük gəldiyi üçün özü psixotrop maddə metamfetamini ayrı-ayrı bükülülərə az-az istifadə etmək məqsədi ilə yığdığını ona bildirmişdir. Onun fikrincə də Təqsirləndirilən şəxs metamfetamini satmaq niyyəti olmamışdır. Çünki Təqsirləndirilən şəxs Bakı şəhərində kirayə mənzildə yaşayır və həmin bükümlərin miqdarı o qədər azdır ki, həmin maddənin satışından əldə edəcəyi qazanc həmin şəxsin Biləsuvar rayonuna gəlmək məqsədilə sifariş verdiyi “Bolt” taksi xidmətinin haqqını belə ödəməyə kifayət etməzdi. Bundan başqa, o bildirdi ki, 02 mart 2024-cü il tarixdən 2-3 ay əvvəl də Təqsirləndirilən şəxs onun evinə qonaq gəlmiş, lakin sonuncunun üzərində həmin vaxt heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, sonradan telefonunu dəyişdirdiyi üçün Təqsirləndirilən şəxs ilə “WhatsApp” mobil tətbiqi vasitəsilə olan yazışmalarını hazırda məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 02 mart 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən isə şəffaf rəngli yapışqanlı lentə bükülmüş bükülünü təqdim edərək, həmin bükümü Bakı şəhəri, Buzovna qəsəbəsində “Rahat” marketin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, psixotrop maddəyə bənzər kütlələr olan bükümləri ayrı-ayrı bükümlərə bölmədiyini, yerdən tapan zaman bükümün təqdim etdiyi formada olmasını, psixotrop maddə metamfetamini çəkmə üsulu ilə qəbul etdiyini və Biləsuvar rayonuna dostuna baş çəkmək məqsədi ilə gəldiyini, onunla birlikdə saxlanılan sürücü Şahid4 ilə şəxsi tanışlığının olmadığını, buna görə də sonuncunun onun üzərində psixotrop maddə olduğu barədə heç bir məlumatının və xəbərinin olmadığını bildirmişdir. Bundan sonra həmin bükülülərə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülülər elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümlərin çəkilərinin 0,39 qram, 0,19 qram, 0,18 qram, 0,52 qram və 0,64 qram olduqları məlum olmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə olan bükümlər zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və götürülməsi barədə 30 yanvar 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Şahid4 idarə etdiyi «Hundai Elentra» markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2024-cü il tarixli, 19/205 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 5 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri: 0,298 qram, 0,462 qram, 0,158 qram, 0,113 qram və 0,472 qram, ümumi təmiz çəkisi 1,503 qram olan ağ rəngli kristallardan ibarət olan maddə psixotrop maddə metamfetamindir; xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Metamfetaminin təmiz çəkisi - 1,503 qram olmuş, tədqiqata 0,25 qram sərf edilmiş, qalıq 1,253 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 04 mart 2024-cü il tarixli, 225 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Azercell” məhdud məsuliyyətli cəmiyyətindən daxil olmuş 16 mart 2024cü il tarixli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilməsi haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 311 64 11 GSM nömrəli mobil telefon nömrəsi ilə aparılan danışıqların siyahısı, göndərilən və qəbul edilən SMS mətinlərinin siyahısı, danışıqların aparıldığı mobil nömrələrin sahiblərinə, həmçinin aparılan danışıqların anten dairəsinə dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək çoxsaylı şəxslərlə telefon danışıqlarının olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 234.2-ci maddəsi isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 8-ci bəndinin 2-ci hissəsinə əsasən digər şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 12-ci bəndinin 9-cu hissəsində isə məhkəmələrə izah edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satış barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotik satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 2-ci bəndinin 2-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 9-cu bəndinin məzmunundan da aydın olur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan satış məqsədi qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada təzahür edir. Başqa sözlə, şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri satma məqsədi əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə, yəni maddi xarakterli müəyyən öhdəliklərdən azad olunması və mənfəət əldə etməsində özünü büruzə verməlidir. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi narkotik vasitələrin və psixotrop maddələrin miqdarı və ya yığılma üsulu deyil, həmin narkotik vasitələrin və psixotrop maddələrin məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya həmin məqsədlə üzərində saxlaması, daşıması və s. çıxış edir. Halbuki iş materiallarından və məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsinə əsas olaraq, yalnız həmin şəxsin üzərindən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,298 qram, 0,462 qram, 0,158 qram, 0,113 qram və 0.472 qram, ümumilikdə təmiz çəkisi 1,503 qram olan psixotrop maddə metamfetamin aşkar edilməsi, yəni həmin psixotrop maddənin bükümlərə bölünərək saxlanılması əsas götürülmüşdür. Bundan başqa, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək, götürülmüş psixotrop maddənin ayrı-ayrı hissələrə bölünərək, 5 ədəd bükümlərdə qablaşdırıb saxlanılması ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul edilsə də, lakin ibtidai istintaqın gedişində əməliyyat tapşırıqları verilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, habelə həmin şəxsin üzərindən narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Həmçinin istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsindən müxtəlif nömrələrə zənglər və mesajlar getdiyi, həmin mobil nömrəyə müxtəlif nömrələrdən zənglərin və mesajların gəldiyi, göstərilən müdətlərdə çoxsaylı şəxslərlə telefon danışıqlarının aparıldığı müəyyən edilsə də, həmin danışıqlarda və məsajların mətnlərində narkotik vasitələrin satışını sübut edəcək mahiyyətli məlumatlar öz əksini tapmamışdır. İbtidai istintaq və məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs oğlu ifadəsində də üzərində aşkar edilmiş psixotrop maddə metamfetamini 01 mart 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını və istehlak etmək məqsədi ilə üzərində gəzdirdiyini, habelə həmin bükümün içərisində daha 5 ədəd bükülü olduğundan məlumatının olmadığını bildirmişdir. Bununla yanaşı, həmçinin təqsirləndirilən şəxs onun həmin psixotrop maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi və ya satması halı olmamış və bu hallar öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunan CM-nın 234.2-ci maddəsində nəzərdə tutulmuş obyektiv cəhətinin zəruri elementi olan “satış məqsədi” işin halları ilə, xüsusi ilə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışına yönələn hərəkətlərinin (narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olmaması, bu barədə əvvəlcədən hər hansı şəxs və ya şəxslərlə sövdələşməməsi, yaxud faktiki olaraq buna cəhd etməməsi və ya satmaması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin 5 ədəd bükümə yığılsa da, onların hazırlanması üçün avadanlığın olmaması, yəni təqsirləndirilən şəxsin üzərindən aşkar edilməməsi və sair) olmaması, təqsirləndirilən şəxsin və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri və cinayət işinə əlavə edilmiş istintaq hərəkətləri protokolları ilə öz təsdiqini tapmamışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə onun tərəfindən bükümlərə bölünməsi məhkəmə istintaqı nəticəsində sübuta yetirilməməklə yanaşı, başqa yanaki sübutlar əldə edilmədən, ibtidai istintaq orqanının sadəcə, həmin narkotik vasitələrinin bir neçə hissəyə bölərək, 5 müxtəlif bükümdə saxlamasında satış məqsədinin olması qənaətinə gəlməsi səhv mövqedir. İbtidai istintaq orqanının gəldiyi həmin nəticə işdə olan və şübhə doğurmayan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi olaraq, nəzərdən keçirilməli, tam, obyektiv və hərtərəfli qiymət verilməlidir. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsini tətbiq edərkən hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirləndirilən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə olan halda Təqsirləndirilən şəxselan edilmiş, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri satmaya dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri K.P.Xəlizadəyə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, K.P.Xəlizadəyə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 mart 2024-cü il tarixdə, saat 04:50-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 03 mart 2024-cü il tarixdə, saat 18:50-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, K.P.Xəlizadənin məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 mart 2024-cü il tarixli, 225 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,253 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,253 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-115/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-115/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver