Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-117/2024 15.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1969-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, himayəsində 1 uşağı olan, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(022)- 9/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsində yerləşən 79 nömrəli evdə qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 5,512 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 14 mart 2024cü il tarixdə, saat 18:05-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Uğur» marketin yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan bükümdə olmaqla, əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Bəydili kəndində yaşayır, faktiki evlidir, və 1 uşağı var. O, rəsmi olaraq heç bir yerdə işləmir və İİ qrup əlildir. Belə ki, ona 2008-ci ildə böyrək xərçəngi diaqnozu qoyulmuş və həmin ildə də sol böyrəyi əməliyyat vasitəsilə götürülmüşdür. Həmin tarixdən sonra o, kimyaterapiya müalicəsi almışdır. O, hər 2-3 ildə bir dəfə şüa müalicəsi alır. Sol böyrəyinin çıxarılması ilə nəticələnən əməliyyatdan sonra o, şiddətli ağrılarla mübarizə aparmış və buna görə də həkim resepti əsasında ona müxtəlif ağrıkəsici dərmanlar istifadə etməli olduğu tövsiyə edilmişdir. Hər ayda 1-2 dəfə ona dövlət tərəfindən müxtəlif ağrıkəsici dərmanlar pulsuz verilir. Bu dərmanlardan biri də “Tramadoli” həbidir. Lakin son 2-3 ayda həmin dərmanlar ona verilməmiş və buna görə də o, ağrılarını yüngülləşdirmək üçün narkotik vasitə istifadə etməyə başlamışdır. O, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir və bu əməlinə görə əvvəllər məhkum edilmişdir. Sonuncu dəfə o, Biləsuvar rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətin törədilməsində təəqsirli bilinərək, 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və hazırda da cəzasını çəkir. O, adətən narkotik vasitəə qurudulmuş marixuana istehlak edir. Sonuncu dəfə o, 14 mart 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı Biləsuvar rayonu, Bəydili kəndindən Biləsuvar şəhərinə getmək üçün yolun kənarında yerləşən dayanacaqda dayanıb marşrut gözlədiyi vaxt orada quraşdırılmış qaz borusunun qazpaylayıcı qurğuya birləşdiyi yerdən bir ədəd göy rəngli sellofan büküm tapmışdır. O, həmin bükülünü açdığı zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin narkotik vasitə heroini sonradan bədənində ağrılar olduğu zaman istehlak etmək məqsədilə əynindəki şalvarın sağ yan cibində gizlətmiş, daha sonra isə Biləsuvar şəhərinə gəlmişdir. Lakin həmin gün, saat 18 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Uğur» marketin yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və gəlişlərinin səbəbini izah etdikdən sonra onu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki şalvarın sol yan cibində gizlətdiyi həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünü həmin gün, saat 13 radələrində yaşadığı Biləsuvar rayonu, Bəydili kəndindən Biləsuvar şəhərinə getmək üçün yolun kənarında yerləşən dayanacaqda dayanıb marşrut gözlədiyi vaxt orada quraşdırılmış qaz borusunun qazpaylayıcı qurğuya birləşdiyi yerdən tapdığını və sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. O, dayanacaqdan narkotik vasitə tapdığı barədə heç kəsə, o cümlədən ailə üzvlərinə heç bir məlumat verməmişdir. Onun üzərində daşıdığı narkotik vasitə qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır. O, hazırda əməlindən peşmandır və bir daha belə bir əmələ yol verməyəcəyinə söz verir. Həmçinin ailəsi ilə yanaşı, qardaşı sonuncunun oğlu tərəfindən qətlə yetirildikdən sonra qardaşının ailəsi də artıq onun himayəsindədir. Buna görə də o, məhkəmədən onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini istəyir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində 1 uşağı olduğunu və İİ dərəcəli əlil olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 14 mart 2024-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 14 mart 2024-cü il tarixdə əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri ərazisində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan, təxminən, 10 dəqiqə sonra həmin şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Uğur» marketin yaxınlığında hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlatdırılmış və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 6,64 qram olmuşdur. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə şahid R.B..Amanovun ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 5,512 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 14 mart 2024-cü il tarixdə, saat 18:05-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Uğur» marketin yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd sellofan bükümdə olmaqla, əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 14 mart 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuanadır, onun özünə məxsusdur və o, həmin narkotik vasitə qurudulmuş marixuananı, həmin gün, saat 13 rdaələrində Biləsuvar rayonu, Bəydili kəndindən Biləsuvar şəhərinə getmək üçün yolun kənarında yerləşən dayanacaqda dayanıb marşrut gözlədiyi vaxt orada quraşdırılmış qaz borusunun qazpaylayıcı qurğuya birləşdiyi yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 6,64 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının barədə 15 mart 2024-cü il tarixli, 19/264 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 5,512 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 5,512 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 5,462 qram qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş ambulator narkoloji tibbi yoxlamanın 18 mart 2024-cü il tarixli, 279 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi ********** nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə əks-göstəriş vardır. Ərazi narkoloji kabinetində 2022-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin əlillik haqqında 19 mart 2024-cü il tarixli, ********** nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdən İİ dərəcəli əlillik təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası “X1 İdarəetmə Birliyi” publik hüquqi şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 01 iyul 2024-cü il tarixli, 18-1-30/3-766/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində onkoloji xəstliklər üzrə “C67-Böyrək xərçəngi” diaqnozu ilə qeydiyyatdadır və “Tramadoli” kapsulası ilə təmin edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 11 iyul 2024-cü il tarixli, 4/339-562 saylı arayışından görünür ki, aparılmış müayinələrə əsasən Təqsirləndirilən şəxs “Sol böyrəyi xərçəngi” diaqnozu qoyulmuş, 28 avqust 2008-ci il tarixdə xəstəyə “Sol tərəfli nefrektomiya, paraortal və parakaval limfodisseksiya” cərrahi əməliyyat icra olunmuşdur. Histoloji nəticə: No23663-72/08 böyrəyin papilyar böyrək hüceyrəli xərçəngi, böyrəyin kapsulaya invaziya əlamətləri təsdiqlənmiş, 10 sentyabr 2008-ci il- 21 oktyabr 2008-ci il tarixlərdə xəstəyə şüa müalicəsi aparılmışdır. Milli Onkologiya Mərkəzinə xəstənin son müraciəti 27 aprel 2022-ci il-28 aprel 2022-ci il tarixlərdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(022)-9/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 25 iyun 2024cü il tarixli, xx-xx/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(022)-9/2023 saylı hökmü ilə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm və hökmün icrası barədə göstəriş 05 aprel 2023-cü il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə qeydiyyata götürülmüş və həmin şəxsə 13 aprel 2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixədək cəzasının 1 il 2 ay 15 gün hissəsini çəkmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə məhkum olunmasını və hazırda cəza çəkməsini, yaşadığı yer üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəksə də, onun narkomaniyadan məcburi müalicəsinə əks göstəriş vardır və o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə həmin şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsə də, təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə təkrarən qanunsuz olaraq narkotik vasitə əldə edərək, üzərində daşımışdır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 1 uşağının olmasını, böyrək xərçəngi” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, üzərində sol tərəfli nefrektomiya, paraaortal və parakaval limfodisseksiya cərrahi əməliiyatı icra olunduğunu və İİ dərəcəli əlil olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzasını yüngülləşdirən hallar nəzərə alımaqla, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(022)-9/2023 saylı hökmü ilə ona təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə - 15 avqust 2024-cü il tarixə - 1 il 4 ay 6 gün hissəsini çəkmişdir, həmin şəxsin hazırda çəkilməmiş cəzası 1 il 7 ay 20 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Biləsuvar rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(022)-9/2023 saylı hökmü ilə həmin şəxsə təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə çəkilməmiş 1 il 7 ay 20 gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 mart 2024-cü il tarixdə, saat 18:05-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə, saat 16:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi» Qaydalarının 3.2-ci bəndinə görə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 mart 2024-cü il tarixli, 279 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alındığı nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 5,462 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və həmin şəxsin məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(022)-9/2023 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 20 (iyirmi) gün hissəsi hazırki hökmlə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli hazırki hökmün çıxarıldığı vaxtdan – 15 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 5,462 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-117/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-117/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver