Məhkəmə qərarları › İş №1(022)-118/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-118/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-118/2024 03.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1999-cu ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qəbələ rayonu, Həmzəli kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 2, mənzil 12-də yaşayan, barəsində 07 mart 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 5,838 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 06 mart 2024-cü il tarixdə saat 00:55 radələrində Biləsuvar şəhəri, “Azpetrol” YDM-nin yaxınlığında “Hyundai Matrix” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə xeyli miqdarda, təmiz çəkisi: -5,838 qram olan narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Həmzəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşamış, hazırda Mingəçevir şəhərində yaşayırlar. Subaydır, heç bir yerdə rəsmi olaraq işləmir. Mingəçevir Şəhər Məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkəmənin hökmündən Şəki Appellyasiya Məhkəməsinə şikayət etmiş, Şəki Apellyasiya məhkəməsi, cəzasını 3 ilə endirmişdir. 02 iyul 2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 06 ay 13 gün vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Hazırda narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Marixuananı siqaretə dolduraraq çəkmə üsulu ilə istifadə edir. 05 mart 2024-cü il tarixdə Sabunçu rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən yerdən şəffaf rəngli sellofana bükülmüş bükülü tapmışdır. O, bükülünü açıb baxdıqda içərisində qurudulmuş marixuana olmasını görmüşdür. O, həmin narkotik vasitəni istifadə etmək üçün cibinə qoymuşdur. 05 mart 2024-cü il tarixdə Cəlilabad şəhər sakini olan əsgər yoldaşı Rauf adlı şəxsin 2019-cu ilin yanvar ayının əvvəllərində aldığı 580 manat borc pulu geri almaq üçün Cəlilabad rayonuna getmək və oradan Bakı şəhərinə qayıtmaq qərarına gəlmişdir. İcarə müqaviləsi ilə idarə etdiyi “Opel Corsa” avtomobilin mühərriki nasaz hala düşdüyü üçün taksi fəaliyyəti ilə məşğul olan tanışı X10 ilə əlaqə saxlamış və onu Cəlilabad rayonuna aparmasını xahiş etmişdir. Rövşən Məmmədli onu Cəlilabad rayonuna aparmaq üçün 130 manat pul istəmişdir. O da Rövşənlə razılaşmışdır. Onlar saat 22:40 radələrində Bakı şəhərindən Cəlilabad rayonuna getmək üçün yola düşmüşlər. 06 mart 2024-cü il tarixdə saat 00:55 radələrində Biləsuvar rayonu “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Cəlilabad şəhəri istiqamətində hərəkət edən zaman yol patrul avtomobili saxla işarəsi vermişdir.Rövşən Məmmədli avtomobili yolun kənarına çəkərək saxlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra onları rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X4 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynindəki şalvarın sağ yan cibində olan şəffaf rəngli sellofandakı narkotik vasitə marixuananı, əynindəki şalvarın sağ arxa cibindən özünə məxsus bir ədəd “RedMi” və bir ədəd “Honor X6” markalı mobil telefonları, əynindəki şalvarın sol yan cibindən özünə məxsus pul kisəsini, 1 ədəd avtomobil açarını masanın üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi şəffaf rəngli sellofan bükülüdəki narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Sabunuçu rayonu ərazisində yerdən tapmışdır. Bundan sonra həmin bükülüyə iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi olması aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər ot kütləsi bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə 8,19 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Səfərəli Baxşiyev və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Səfərəli Baxşiyevlə birlikdə həmin protokolla tanış olub imzalamışlar. Bundan sonra Rövşən Məmmədliyə məxsus “Hyundai Matrix” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncunun, müdafiəçisi Müdafiəçi, onun, müdafiəçisi Səfərəli Baxşiyevin və digər polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı polis kapitanı Bəhruz Bayramov tərəfindən baxış keçrilmişdir. Avtomobildən narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Avtomobilə baxış keçrilməsi barədə protokolla vəkili Səfərəli Baxşiyevlə tanış olaraq imzalamışdır. Üzərində olan 5,838 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün saxlamışdır, bu barədə tanışı Rövşən Məmmədliyə heç bir söz deməmişdir. X8 narkotik vasitə istifadəçisi olduğundan heç bir məlumatı yoxdur. 2019-ci ildə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün Raufla əlaqəsi kəsilmişdir və azadlığa çıxdıqdan sonra onunla əlaqə saxlaya bilməmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçrilən zaman, nə də avtomobilə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir.Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Qəbələ rayonu Həmzəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün tərəfindən 06 mart 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2, rayon polis şöbəsinin X17 bölməsinin baş inspektoru, polis kapitanı X9 və RPŞ-nin DYPBnin inspektoru polis baş serjantı X5 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 06 mart 2024-cü il tarixdə saat 00:55 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Hyundai Matrix” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Cəlilabad rayonu istiqamətində hərəkətdə olarkən RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, sürücü göstərişə uyğun olaraq avtomobili yolun kənarına çəkib saxlamışdır. Bu zaman əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmiş, Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü X6 rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs və Rövşən Məmmədlinin üzərlərində və sonuncunun idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Bəhruz Bayramova həvalə edilmişdir. Təqsirləndirilən şəxs və Rövşən Məmmədliyə müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X4 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil X1 RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəfafa rəngli sellofana bükülmüş bükülünü, sağ arxa cibindən bir ədəd “RedMi” və bir ədəd “Honor” markalı mobil telefonları və digər özünə məxsus əşyaları təqdim edərərk həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerdən tapmasını bildirmişdir. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin olması müəyyən olunmuş, şöbənin elektron tərəzisində çəkildikdə bükülü ilə birlikdə çəkisinin 8,19 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Bundan sonra şübhəli şəxs Rövşən Məmmədli vəkil siyahısı ilə tanış olub bildirmişdir ki, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Müdafiəçi Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Rövşən Məmmədliyə təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Rövşən Məmmədli üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını, taksi sürücüsü olduğunu bildirmişdir. Bundan sonra Rövşən Məmmədlinin üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Daha sonra Rövşən Məmmədliyə məxsus “Hyundai Matrix” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin inzibati binasının həyətində Anar Abduhəlimov tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs, müdafiəçisi Səfərəli Baxşiyevin, sürücü Rövşən Məmmədlinin, müdafiəçisi Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Nə saxlanılan zaman, nə üzərlərinə keçrilən şəxsi axtarışlar zamanı, nə də avtomobilə keçrilən baxış zamanı Təqsirləndirilən şəxs və onunla birlikdə saxlanılan Rövşən Məmmədliyə tərəflərindən hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət onların öz razılığı ilə olmuşdur. Həmin vaxtı onlara qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdilər. İşdə olan Şəxsi axtarış və götürmə barədə 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülümüş bükülünü, əynindəki şalvarın sağ arxa cibindən bir ədəd “RedMi” və bir ədəd “Honor” markalı mobil telefonları, əynindəki şalvarın sol yan cibindən bir ədəd pul kisəsi və bir ədəd avtomobil açarını, əynindəki şalvarın sol arxa cibindən bir ədəd 10 qəpiklik və bir ədəd 5 qəpiklik pul sikkələrini masanın üzərinə qoyaraq təqdim etdiyi şəffaf rəngli sellofan bükülüdə narkoptik vasitə qurudulmuş marixuana olmasını, həmin bükülünü Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerdən tapmasını, üzərində narkotik vasitə olmasından sürücü Rövşən Məmmədlinin məlumatı və xəbəri olmamasını bildirmişdir. Şəffaf rəngli sellofan bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi olması müəyyən edilmiş, həmin bükülü bir ədəd zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı «RedMi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X3 06 mart 2024-cü il tarixli 19/212 №-li ekspert rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükülüdə təmiz çəkisi: -5,838 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 5,838 qram., cəmi tədqiqata sərf olundu-0,05 qram., qalıq 5,788 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,838 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 5,788 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 28 mart 2024-cü il tarixli 299 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibitin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Sadullayev X7 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 ilə endirilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 06 ay, 13 gün vaxtından əvvəl şərti azadlığa buraxılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar yaşadığı yer üzrə müsbət xarakterizə olunması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 06 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 mart 2024-cü il saat 15:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 mart 2024-cü il tarixli, 299 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixindən 07 mart 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 5,788 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar