Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-12/2025 09.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1982-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Biləsuvar şəhəri, ünvan 2 Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində mərkəzi bazarın qarşısında yerləşən “Nur” ərzaq mağazasının qarşısında küçədə, insanların çoxluq təşkil etdiyi yerdə, Zərərçəkmiş şəxs onu mobil telefonda söyüb təhqir etməsini əsas gətirərək onu nalayiq sözlərlə söyüb təhqir edərək, yumruq zərbələri ilə vuraraq sonuncuya "başın sağ ənsə nahiyəsində hematoma və sağ üst göz qapağı üzərində əzilmiş yara” ilə nəticələnən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qısa müddət ərzində ətrafda olan vətəndaşların narahatçılığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid3 onun əridir, onlar 26 ildir ki, evlidirlər, birgə nikahlarından 2 övladı vardır. Fariz ilə onların ailədaxili münasibətləri normal olmuş, aralarında hər hansı bir ədavəti və problemi olmamışdır. Əri Farizin rayon ərazisində Aytən adlı qadın ilə qeyrirəsmi münasibətdə olması səbəbi ilə onların ailəsində tez-tez mübahisə və dava dalaşları olmuşdur. O, əri Farizin Zərərçəkmiş şəxs ilə münasibətinin olmasını təxminən 1 il bundan əvvəl bilmişdir. 19 oktyabr 2024-cü il tarixdə səhər vaxtlarında yaşadıqları evdə olan zaman əri Farizin istifadəsində olan mobil nömrəyə həmin Aytən adlı qadının zəng vurmasını görmüş və zəngə cavab verən zaman Zərərçəkmiş şəxs onu söyüb təhqir etmişdir. Cavab olaraq o da, Zərərçəkmiş şəxs mobil telefonda söyüb təhqir etmişdir. Daha sonra 19 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində əri Fariz ilə birlikdə Biləsuvar rayon Mübariz İbrahimov küçəsində yerləşən “Nur” ərzaq mağazasından çıxaraq evə gedən zaman həmin Aytən adlı qadını görmüş və həmin şəxsə yaxınlaşaraq onu niyə söyməsini soruşaraq, saç nahiyəsindən tutmuş, əli ilə itələmiş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Hadisə baş verən zaman onun yanında əri Fariz olmuşdur Hadisə günorta vaxtı “Nur” marketin qarşısında baş vermişdir. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra əri Fariz və ətrafda olan çoxlu sayda insanlar oraya yaxınlaşmışlar. Əməlindən peşmandır, himayəsində iki uşağının olmasını, Azərbaycan qadını kimi Zərərçəkmiş şəxs onun ailəsini dağıtmağ istəməsinə cavab olaraq etdiyi hərəkətin Təqsirləndirilən şəxs psixoloji, mənəvi vəziyyətinin ağırlığı ilə əlaqəli olmasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını bildirərək, bu barədə ərizə təqdim etmiş, zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07 yanvar 2025-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 19 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində rəfiqəsi Səidə adlı qadın ilə birlikdə Biləsuvar rayon M.İbrahimov küçəsində yerləşən “Nur” marketin qarşısında olan bankomata pul çıxarmağa gedən zaman orada Təqsirləndirilən şəxs ona yaxınlaşaraq heçbir əsaslı səbəb olmadan onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, onun üzərinə gələrək saçından tutaraq yerə yıxmışdır. Hadisəni ətrafda olan bir neçə şəxs görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə razı olmadığını, Şahid3 kənd sakini kimi tanıdığını, onunla Şahid3 arasında heç bir şəxsi xarakterli münasibətinin olmadığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2025-ci il tarixli iclasda üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs bağışladığını qeyd edərək nəzərə alınmasını xahiş etmişdir. Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun arvadidır, onlar 26 ildir ki, evlidirlər. 19 oktyabr 2024-cu il tarixdə o, arvadı Təqsirləndirilən şəxs ilə birlikdə Biləsuvar rayon mərkəzi bazarının qarşısında yerləşən "Nur" mağazasına alış-veriş etməyə gedən zaman marketin qarşısında Zərərçəkmiş şəxs ilə arvadı Təqsirləndirilən şəxs mübahisə və dava-dalaş etmələrini görmüşdür. Hadisə baş verən zaman arvadı Təqsirləndirilən şəxs ilə Aytənin dava etdiyini görmüş və dərhal oraya yaxınlaşaraq arvadı Zəminəni Aytəndən ayıraraq uzaqlaşdırmışdır. Hadisə Biləsuvar rayonu Mübariz lbrahimov küçəsində yerləşən “Nur” mağazasının qarşısında baş vermişdir, hadisə baş verəndən sonra ətrafda olan bir neçə nəfər şəxs oraya gəlmişdir. Hadisədən sonra o, arvadı Zəminəni götürərək öz yaşayış evlərinə aparmışdır. Sonradan Zərərçəkmiş şəxs arvadı Zəminə barəsində polis şöbəsinə şikayət etmişdir. Həmçinin, Şahid3 proses iştirakçılarının suallarına cavab olaraq zərərçəkmş şəxslə aralarında heç bir şəxsi münasibət olmadığını, S.E.Məmmədovanı kənd sakini olaraq tanıdığını göstərmişdir. Şahid4 bildirmişdir ki, 19 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayonu mərkəzi bazarın qarşısı tərəfdə polis nəfəri polis serjanti Şahid1 ilə xidməti ərazidə avto patrul maşınıyla xidmət apararkən "Nur" marketin qarşısında camaatın toplaşdığı görmüşdürlər. Həmin zaman bir nəfər qadının digər qadının saçından tutaraq yerə yıxdığını görmüş və dərhal onları aralaşdırmışlar. Özlərini təqdim edib,onları Biləsuvar Rayon Polis şöbəsinə dəvət etmişdirlər. Şahid1 Şahid4 məhkəmə istintaqı zamanı bildirdiklərinə uyğun məzmunda ifadə vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: Mübariz İbrahimov küçəsində yerləşən “Nur” mağazasının müşahidə kameralarındakı videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan mübahisə adıçəkilən mağazanın qarşısında baş vermişdir. Həmin videogörüntülərdən həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs qəflətən Zərərçəkmiş şəxs üzərinə hərəkət edərək saçından tutub kənara itələmiş və nəticədə sonuncu yerə yıxılmışdır. Bundan sonra hadisə yerinə bir neçə nəfər toplaşmışdır. Ümumilikdə hadisə 41 saniyə davam etmişdir.(i.v. 10) “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertiza və patoloji anotomiya birliyi” publik hüquqi şəxsinin 19 oktyabr 2024-ci il tarixli 424 nömrəli ekspert rəyinda göstərilmişdir ki, Zərərçəkmiş şəxs başın sağ ənsə nahiyyəsində hematoma va sağ üst göz qapağı üzərində əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 19 oktyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasina səbəb olan xəsarətlərdən olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 14-15) 10 oktyabr 2024-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs material üzrə cinayət təqibinin sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişdir. (i.v 18-19) 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 22) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinİ İdarəetmə Birliyi” publik hüquqi şəxs “Biləsuvar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Biləsuvar rayonu sakini Təqsirləndirilən şəxs “Biləsuvar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. (i.v 43) Biləsuvar rayon icra hakimiyyəti başçısının Biləsuvar şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Rəhimova X1 şəhər sakinidir. Evlidir. Himayəsində iki övladı vardır. Evdar xanımdır. Yaşadığı ərazinin sakinləri ondan razılıq edirlər. Onun barəsində nümayəndəliyə hüquq mühafizə orqanlarından heç bir təqsirləndirici materiallar daxil olmamışdır. Biləsuvar şəhəri, İlkin Məmmədov küçəsində yaşayır, ailə üzvləri: Şahid3 (əri), X3 (oğlu) və X4 (oğlu) . (i.v 44- 45) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 23 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 46) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 08 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur, onu bağışlamışdır, məhkəmədən də bağışlanılmasını xahiş edir (məhkəmə iclasında Zərərçəkmiş şəxs ilə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlanılmış, ərizənin onun tərəfindən yazılması, şikayət və tələbinin olmaması bildirilmiş, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur). Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 09 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur; 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq cinayətini törətməsi barədə təhqiqat orqanının gəldiyi nəticəni iş materiallarında olan sübutların hər hansı biri təsdiq etmir. Əslində isə təhqiqat orqanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və zərərçəkmiş şəxs arasında olan mübahisənin əsasında duran motivi (şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilib-törədilməməsini, zərərçəkən şəxsin təşəbbüsü ilə başlayıb-başlamamasını) ümumiyyətlə araşdırmayaraq qiymət verməmişdir. Məhkəməyədək icraat materiallarına əsasən bu istiqamətdə ibtidai istintaq orqanının sübut toplamağa yeganə cəhdi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, eləcə də şahidlərin izahatının alınması olmuşdur. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Məhkəmə nəzərdə saxlayır ki, iş üzrə yaranmış şübhələr toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir); 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; Beləlliklə, işdə olan və məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs əri Farizin rayon ərazisində Aytən adlı qadın ilə qeyri-rəsmi münasibətdə olması səbəbi ilə 19 oktyabr 2024-cü il tarixdə səhər vaxtlarında yaşadıqları evdə olan zaman əri Farizin istifadəsində olan mobil nömrəyə həmin Aytən adlı qadının zəng vurmasını görmüş və zəngə cavab verən zaman Zərərçəkmiş şəxs onu söyüb təhqir etmişdir. Cavab olaraq o da, Zərərçəkmiş şəxs mobil telefonda söyüb təhqir etmişdir. Daha sonra 19 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində əri Fariz ilə birlikdə Biləsuvar rayon Mübariz İbrahimov küçəsində yerləşən “Nur” ərzaq mağazasından çıxaraq evə gedən zaman həmin Aytən adlı qadını görmüş və həmin şəxsə yaxınlaşaraq onu niyə söyməsini soruşaraq, saç nahiyəsindən tutmuş, əli ilə itələmiş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Zərərçəkmişin təşəbbüsü ilə şəxsi münasibətlər zəminində başlanmış (səhər saatlarında telefonda Təqsirləndirilən şəxs söyməsi) mübahisənin ardı olaraq Təqsirləndirilən şəxs bu əməli törətmişdir (göstərilən əsaslar məhkəmə istintaqında R.M.Rəhimovanın istifadəsində olan telefon yazışmalarının tədqiqi nəticəsində müəyyən edilmişdir). Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan mübahisə şəxsi münasibətlər zəminində baş vermiş, Z.R.Malik qızının 19 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayon Mübariz İbrahimov küçəsində yerləşən “Nur” ərzaq mağazasının qarşısında Zərərçəkmiş şəxs görməsi onda intiqam hissi yaradaraq (Zərərçəkmiş şəxs ailəsini dağıtmaq cəhdi, əri Şahid3la olan münasibəti, Təqsirləndirilən şəxs söyərək təhqir etməsi səbəbi ilə) zərərçəkənin saçından tutub ona yüngül bədən xəsarəti yetirməsinə səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, adı çəkilən mağazanın qarşısına insanlar hadisə baş verib, bitəndən sonra toplaşmağa başlamış, Təqsirləndirilən şəxs hərəkəti isə bir neçə saniyə davam etmişdir(məhkəmə istintaqı zamanında tədqiq edilmiş videogörüntüyə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, Şahid3 ifadəsinə əsasən). Məhkəmə hesab edir ki, işdə olan sübutlarla Təqsirləndirilən şəxs hadisə zamanı öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması, hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmişi və dövlət ittihamçısını, habelə şahidləri dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Halhazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-12/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-12/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver