Məhkəmə qərarları › İş №1(022)-122/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-122/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-122/2024 05.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1975-ci ildə Biləsuvar rayonu, Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində Biləsuvar rayon məhkəməsinin 07 aprel 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 145.2.1, 145.2.5, 145.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, iki nəfər şəxsə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib silah qismində istifadə edilən əşyadan istifadə etməklə, onları adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş və onlardan biri barəsində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 aprel 2024- ci il tarixdə tanışları xx xxxx 1978-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 və xx xxxx 1982-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 ilə iki xırda buynuzlu mal-qara müqabilində cinsi əlaqədə olmaq üçün Biləsuvar rayonu Nərimankənd kəndində özünə məxsus otlaq kimi istifadə olunan torpaq sahəsindəki tikiliyə gətirərək orada Zərərçəkmiş şəxs1 onun tanışı Şahid5lə qeyri-təbii yolla cinsi əlaqədə olmasını rədd etməsini və Zərərçəkmiş şəxs2 boyunbağı və digər əşyalarını itirməsi barədə fikir bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sağ ayağı ilə sonuncunun qarın nahiyəsinə və ayağına qəsdən təpiklə bir neçə zərbələr endirib qarının sağ yarısının ön divarında qançır, sağ aşıq-baldır oynağı-pəncə nahiyəsində hematoma şişkinlik və hərəkət məhdudluğu kimi xəsarətlər yetirib dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurub, ardı ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tikilidən çıxıb fermanı tərk etmək niyyətlərinin qarşısını almaqdan ötrü iradələrinə zidd olaraq həmin tikilinin qapısını çöl tərəfindən qıfılla kilidləyərək fermada saxlanılan itləri silah kimi istifadə edib tikilinin ətrafına buraxaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyatı və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə 04 aprel 2024-cü il tarixdə saat 13.40 dəqiqədən saat 15.35 dəqiqədəyək həmin tikilinin daxilində qanunsuz saxlamış, yəni adam oğurluğu ilə bağlı olmayan iki nəfər şəxsi qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 145.2.1, 145.2.5, 145.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Nərimankənd kəndində arvadı X7, 2007ci il təvəllüdlü oğlu X5, 2016-cı il təvəllüdlü qızı X11 ilə birlikdə yaşayır. Biləsuvar rayonu Nərimankənd kəndində özünə məxsus torpaq sahəsində iri və xırda buynuzlu mal-qaranı saxlayıb ailəsini dolandırır. Özünə məxsus sadə markalı mobil telefonda olan ***-***-**-** mobil nömrəsinə 01 mart 2024-cü il tarixdə ilk rəqəmləri olan “055-9” olan digər nömrələrini xatırlamadığı mobil nömrədən zəng daxil olmuş və zəng edən ona özünü “Kəmalə” kimi təqdim etmiş və bildirmişdir ki, eşidibdir o çoban axtarır. O, həmin Kəmalə adlı şəxsə bildirmişdir ki, ailəli çoban axtarır ki, onun mal-qarasına nəzarət etsin. Bu vaxt Kəmalə ona bildirmişdir ki, Salyan rayonunda yaşayır və əri çoban kimi heyvanlara baxmağa gedir. Kəmalə həyat yoldaşının adını bildirməmişdir. Bundan sonra o, Kəmaləyə bildirmişdir ki, istəyirsə gəlib ona məxsus fermada şəraitə baxa bilər. Bundan sonra bir neçə dəfə Kəmalə ilə həmin nömrəsi vasitəsi ilə zəng edib danışmış və əri ilə özünə məxsus fermaya gələcəyi vaxtı dəqiqləşdirmişdir. 21 mart 2024-cü il tarixdə mobil telefonunu itirmiş, 31 mart 2024-cü il tarixdə həmin sadə telefonunu palçıqlı suda tapmış, lakin həmin mobil telefon işləməmiş, üzərində olan sim nömrələr işləmişdir. Eyni zamanda, 27 mart 2024-cü il tarixdə ***-***-**-** mobil nömrəsini və yeni mobil telefon almışdır. 03 aprel 2024-cü il tarixdə onun qeyd etdiyi mobil nömrələrdən birinə Kəmalə öz mobil telefonundan zəng etmiş və bildirmişdir ki, yatağa gəlmək istəyir. Növbəti gün səhər saatlarında özünü ona Kəmalə kimi təqdim edən Salyan rayon sakinin mobil nömrəsinə yenidən zəng etmiş və özünün fermasına dəvət etmişdir. Kəmalə əri ilə gələciyini bildirmişdir. Bundan sonra o həmkəndlisi Şahid5 yoldan özünə məxsus “Niva” markalı ağ rəngli, 50LO972 qeydiyyat nişanlı avtomobili ilə götürmüş və sonuncunun avtomobilinə “qluşitel” alacaqmışlar. Çörək almaqdan ötrü Mahirlə Biləsuvar şəhəri “Uğur” marketin yaxınlığına gəlmiş bu vaxt Kəmalə ona zəng etmiş və bildirmişdir ki, Salyan rayonundan Biləsuvar rayonu Xırmandalı kəndinə gəlir. O, Mahirlə birlikdə Kəmaləni Xırmandalı kəndində mal bazarının qarşısında qarşılamışdır. Kəmalə özü ilə bir nəfər qadın gətirmişdir. Onları Salyan rayonundan VAZ2107 markalı dövlət qeydiyyat nişanını bilmədiyi ağ rəngli avtomobil gətirmişdir. Kəmalə ona pulunun olmadığını söyləmiş və əvəzinə taksi sürücüsünə pul verməyini xahiş etmişdir. O da, Salyan rayonundan Kəmaləni gətirən taksi sürücüsünə Kəmalənin əvəzinə 20 (iyirmi) manat pulu vermişdir. Bundan sonra Kəmalə Həlimə adlı rəfiqəsi ilə onun idarə etdiyi “Lada Niva” markalı avtomobilin arxa oturacaqlarına oturmuşlar və onlarla birlikdə özünə məxsus Biləsuvar rayonu Nərimankənd kəndində fermasına getmişlər. Yolda avtomobilini saxlamış və mağazadan ərzaq almışdır. Kəmalə kimi adını bildiyi və sonradan adının Mehparə olduğunu öyrəndiyi həmin qadın ona bildirmişdir ki, rəfiqəsi üçün mağazadan butulka pivə və siqaret alsın. O, Biləsuvar şəhəri Pərvin Əliyev küçəsində keçmiş mal bazarının yaxınlığında mağazadan Kəmalə üçün bir ədəd iki litirlik “Kuler” pivəsini və bir qutu siqaret almışdır. Özü siqaret çəkmir və heç vaxt spirtli içki içməyibdir. Bundan sonra o Mahirlə birlikdə Mehparəni və Həliməni özünə məxsus fermaya aparmışdır. Həmin ferma Biləsuvar-Bəhramtəpə yolundan təxminən 2-3 kilometr aralıda yerləşir və ətrafda heç bir yaşayış yoxdur. Həmin ərazidə avtomobilini fermadakı birmərtəbəli kərpicdən tikilmiş tikilinin yaxınlığında saxlamışdır. Həmin vaxt yad adamları, yəni Mehparə və rəfiqəsi Həliməni görən ona məxsus səkkiz baş itlər avtomobilinə hücum etmişlər, o həmin itlərini qovmuş və onlar ərazidən uzaqlaşmışlar. Bundan sonra Mehparə və Həlimə avtomobilindən enib ferma ərazisində olan birmərtəbəli tikiliyə baxmışdır. Mehparə ona bildirmişdir ki, əri tək gəlib həmin fermada qalacaq və çobanlıq edəcəkdir. Bundan təxminən 4-5 dəqiqə sonra Mehparə ona bildirmişdir ki, acımış, yemək istəyir. Bu vaxt təklif etmişdir ki, həmin tikilidə yemək yesinlər, lakin Mehparə və rəfiqəsi açıq havada yemək istədiklərini bildirmişlər. Daha sonra o, palazı torpaq üzərinə salmış və orada yemək yemişdir. Orada kök olan Həlimə pivə içmişdir. Bundan sonra Mehparə çay içdiyi stəkanı götürüb yumaq üçün tikiliyə doğru aparacağını bildirmişdir. Mahir də Mehparə ilə birlikdə sonuncunu itlərdən qorumaqdan ötrü getmişdir. Mehparə iki-üç dəqiqəyə əlində qabları su ilə yuyub qayıtmışdır. Mahirə həmin vaxt zəng olunmuş və fermasına piyada getmişdir. Yolun bir hissəsi palçıq olduğu üçün o Mahiri təxminən 500 metr məsafəni avtomobili ilə aparmışdır, qalan yolu Mahir “Yaşıl Ada” adlanan əraziyə piyada getmişdir. Həmin vaxt Mehparə və Həlimə ağacın altında oturub onu yemək yediyi yerdə gözləmişlər. Mehparə və Həliməyə təklif etmişlər ki, onları yola salsın Salyan rayonuna qayıtsınlar. Bu vaxt Mehparə və Həlimə ona bildirmişlər ki, qayıtmaqdan ötrü yol pulları yoxdur. O, Mehparəyə Salyan rayonuna qayıtması üçün 30 (otuz) manat pul vermiş və bu vaxt Həlimə ailə üzvlərindən xəstə olan olduğunu bildirmiş və ondan pul istəmişdir. O, Həliməyə cibində olan 27 (iyirmi yeddi) manat pulu köməklik kimi vermişdir. Bundan sonra Həlimə çantasının tikilidə qaldığını söyləmişdir. Həmin tikiliyə daxil olduqda Həlimə bildirmişdir ki, çantasına kimsə müdaxilə edib, çantası dağılıb, çantasında üzüyü, qolbağı sepi və digər qızıl zinət əşyaları oğurlanmışdır. Həlimə bildirmişdir ki, ola bilsin Mahir onun qızıl zinət əşyalarını oğurlamış və buna görə fermanı tərk edib getmişdir. O, bu vaxt Mahirin ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Həmin vaxt saat 14:50 radələri olmuşdur. O, Həlimə və Mehparəyə malqaraları otlamağa çıxardığını söyləmişdir. Bu vaxt Həlimə və Mehparə ona bildirmişlər ki, fermasında onların qızıl-zinət əşyaları itmiş, qızılları tapılmayanadək fermanı tərk etməyəcəklər, həmin yerə polis əməkdaşlarını çağıracaqlar. O, Mehparə və Həliməni həmin tikilidə qoyub oranı tərk edib çıxmış və “pələmə” ilə “parağın” arasında onlardan təxminən 10 metr aralı məsafədə durmuşdur. Təxminən 15-20 dəqiqə sonra həmin yerə Elsəvər kimi tanıdığı polis əməkdaşı yaxınlaşmış və ona qadınların harada olduğunu soruşmuşdur. O, onların içəridə olduğunu bildirmiş və itlərini tikilidən kənara qovub Mehparə və Həlimənin tikilidən çıxmasına şərait yaratmışdır. Həlimə və Mehparə qızıllarının itdiyini bildirmişlər və onlar polis şöbəsinə getmişlər. O, da bir müddət sonra polis şöbəsinə dəvət olunmuş və orada izahatı alınmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, yuxarıda qeyd etdiyi kimi Salyan rayon sakini Zərərçəkmiş şəxs1 ilə ailəsinin ona məxsus fermada malqaralara çobanlıq etməsi ilə bağlı danışıb onları Biləsuvar rayonuna 04 aprel 2024-cü il tarixdə səhər saatlarında zəng edib dəvət etmişdir. Zərərçəkmiş şəxs1 rəfiqəsi Həlimə ilə Biləsuvar rayonuna gəlmiş və o onları Biləsuvar rayonu Xırmandah kəndində mal bazarının yaxınlığında öz avtomobili ilə özünə məxsus Biləsuvar rayonu Nərimankənd kəndində fermaya aparmışdır. Onunla birlikdə həmin vaxt “Lada Niva” markalı avtomobilində Mahir də olmuş və dördü də birlikdə fermasina getmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 04 aprel 2024-cü il tarixli müraciətləri ilə müdafiəçisinin iştirakı ilə tanış olmuş, ərizədə göstərilənlər ona aydın oldu, o Zərərçəkmiş şəxs2 döyməmiş, Həlimə və Mehparəni məcburi qapını kilidləyib məcburi şəkildə fermada saxlamayıb. Zərərçəkmiş şəxs2 izahatında göstərdikləri aydın oldu, hadisə o yuxarıda göstərdiyi kimi olmuş, o Zərərçəkmiş şəxs2 döyməmiş, xəsarət yetirməyib, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məcburi qeyd etdiyi şəkildə tikilidə saxlayıb qanunsuz azadlıqdan məhrum etməyib. Zərərçəkmiş şəxs2 barəsində olan 05 aprel 2024-cü il tarixli 167 nömrəli və Zərərçəkmiş şəxs1 barəsində olan 05 aprel 2024-cü il tarixli 166 nömrəli məhkəmə-tibbi ekspertizası rəyləri müdafiəçisin iştirakı ilə təkrar tanış olub, bununla bağlı bildirir ki, Şahid5 Zərərçəkmiş şəxs1 xəsarətlər yetirib-yetrimədiyini bilmir, bunun şahidi olmayib, lakin o Zərərçəkmiş şəxs2 qeyd edilən xəsarətləri yetirməyib, hesab edir ki, həmin xəsarətlər Zərərçəkmiş şəxs2 özünü yerə çırparaq özü-özünə yetirmişdir. Ona hər hansı polis əməkdaşı tərəfindən fiziki zor, psixi təsir göstərilməyib, ona qarşı hər hansı qanunsuzluq olmayıb. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində 2 uşağı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəfiqəsi Zərərçəkmiş şəxs1 04 aprel 2024-cü il tarixdə saat 11 radələrində ona zəng edərək bildirmişdir ki, Biləsuvar rayon sakini Tacəddin adlı şəxs hər birinə bir quzu verəcək və bunun müqabilində Biləsuvar rayonuna getsinlər orada Tacəddin və Tacəddinin dostu ilə cinsi əlaqədə olacaqlar, onlar Biləsuvar rayonunda 2-3 saat qalıb qayıdacaqlar. O, bu təkliflə razılaşmışdır. Bundan sonra 04 aprel 2024-cü il tarixdə o Mehparə ilə Salyan şəhərində dairə adlanan ərazidə tanımadığı taksi fəaliyyəti ilə məşğul olan sürücünün ağ rəngli “VAZ 2107” markalı avtomobilə minib Biləsuvar rayonuna gəlmişlər. Yol boyu Zərərçəkmiş şəxs1 Tacəddinlə zənglə danışmışdır. Tacəddin ağ rəngli “Lada Niva” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə onları saat 12 radələrində Biləsuvar rayonu Xırmandalı kəndinin başında mal-qara bazarının yanında qarşılamış, öz avtomobilinə əyləşdirmişdir. Tacəddinin avtomobilində qabaq otaracaqda Mahir oturmuşdur. Tacədddin Mehparə ilə razılıqlarına əsasən onları gətirən taksiyə əvəzlərinə 20 manat pul vermişdir. Bundan sonra Tacəddin Biləsuvar rayonunda mağazanın yanında saxlamış və onun üçün siqaret və fermada yeyib içməkdən ötrü iki litirlik “Kuler” pivəsi, çörək və digər ərzaqlar almışdır. Bundan sonra onlar birbaşa Tacəddinin fermasına yola düşmüşlər. Tacəddinin ferması əsas magistral yoldan 2-3 kilometr aralıda yerləşmiş və ətrafda heç bri yaşayış evi olmamışdır. Tacəddinin fermasında tikilinin yaxınlığında açıq havada yemək yemişlər. Həmin fermada çoxlu sayda iri çoban itləri olmuşdur, onlar onu və Mehparəni tanımadıqları üçün onlara hürüb onları qapmaq istəmişlər. Tacəddin həmin itlərə komanda verib sakitləşdirib uzaqlaşdırmışdır. Beləliklə, o, Mehparə, Mahir və Tacəddin fermada tikilini yaxınlığında 5-10 dəqiqə pendir çörəklə yemək yemişlər, o pivədən yarım stəkan içmişdir. Bundan sonra, Mahir və Mehparə həmin fermada tikiliyə cinsi əlaqədə olmaq üçün getmişlər. Bundan sonra o Tacəddinlə cinsi əlaqədə olacaqmış. Təxminən 3-4 dəqiqə sonra Mehparənin qışqırtı səslərini eşitmiş və bu səsə dərhal həmin tikiliyə qaçmışdır. Həmin yerə çatanda görmüşdür ki, Mehparə sinəsini tutub qışqırıb ağlayır, Mahirin əynindəki şalvar isə aşağı çəkilmişdir. Mehparə ağlaya-ağlaya bildirmişdir ki, Mahir sinəsindən yumruqla vurmuş, qeyri-təbii cinsi əlaqə olmaq istəmişdir. Bunu görüb o da səs salıb narazılığımı bildirmiş və bu vaxt Mahir həmin yeri tərk edib getmişdir. Bundan sonra Mehparə ilə o həmin yerdən çıxıb getmək istədiyini Tacəddinə bildirmişlər. Bu vaxt o əşyalarını, sumkasını yığmış və elə bilmişdir ki, sadə boyunbağı sumkasında yoxdur. O, boyunbağını sumkasında axtararkən həmin əşyanın itməsi barədə özü özündə bir qədər ucadan danışmış və bunu Tacəddin və Mehparə eşitmişdir. Tacəddin qışqırıb üstünə bağırmağa başlamışdır ki, guya boğunabağının oğurlaması ilə onu şərləmək istəyir. O, Tacəddinə sözlə cavab verib acılamış və bu vaxt Tacəddin sağ ayağı ilə təpiklə qarnına və sağ ayağına topuq nahiyyədən zərbə endirmişdir, bu zərbələrdən o döşəməyə yıxılmışdır. O, yıxılarkən Tacəddin başına da yumruq atmışdır. Lakin huşu tam özündə olmadığı üçün zərbənin ona dəyib dəymədiyini xatırlamır. Bunun ardı ilə Tacəddin tez tikildən çıxıb qapını arxasından qıfılı kilidləyib bağlamışdır. O və Mehparə qışqırıb qapını açmasını, ona köməklik olunmasını istəsələr də Tacəddin fit verib itlərini çağırmış və həmin itləri içərisində onlar olduğu tikilinin ətrafına toplaşıb hürməyə başlamışlar. Qapı möhkəm, kip bağlandığı və kilidli olduğu üçün qapını aça bilməmişlər və bundan başqa itlərin onların qapmasından qorxmuşlar. Tacəddin onları həmin bir otaqlı tikilidə saxlayıb qapını bağlayıb qıfılı kilidləyərkən bildirmiş ki, heyvanları örüşə aparır və axşam geri dönəndə hər ikisi ilə özü kefinə uyğun cinsi əlaqədə olacaq, səhərədək bir yerdə qalacaqlar və sonra onların evinə buraxacaq. Tacəddin qapını kilidləyəndə saat 13:40 radələri olmuşdur. Həmin tikilidə qapıdan və pəncərədən başqa çıxmağa yer olmamışdır, lakin pəncərə kip bağlanmış və o Mehparə ilə həyətə çıxsalar itlərin onları dişləyərmişlər. Mehparə ilə o əlacsız qalıb ağlamışlar, onun xəsarət aldığı yerlər ağrımışdır. Bir müddət qapını və pəncərəni açmağa cəhd etsələr də oradan çıxa bilməmişlər. O, Mehparəyə demişdir ki, polisə zəng edib məlumat versin, onları həmin tikilidən azad etsinlər. Lakin onlar pul müqabilində cinsi əlaqədə olduğu və buna görə məsuliyyətə cəlb olunmaqdan qorxub bir müddət polisə zəng etməmişlər. Lakin həmin otaq dar olub havası ağır olduğundan, üstəgəl tanımadığı yerdə qaldığı və qorxduğu üçün polisə məlumat vermək qərarına gəlmişlər. Bir müddət sonra onun ağlına gəlmiş ki, bir neçə il əvvəl şikayətini araşdırmış Salyan rayon polis şöbəsinin əməkdaşı Aqşinin nömrəsinə zəng etsin. O, bir neçə dəqiqə vaxt ərzində Aqşinin mobil nömrəsini telefonda axtarıb tapmış və zəng edib bildirmiş ki, Biləsuvar rayonunda tanımadığı fermada onları döyüb saxlamışlar. Aqşin səsli küylü yerdə olmuş və ona bildirmişdir ki, həmin əraziyə o baxmır, Biləsuvar rayon polis şöbəsinin əməkdaşına onun nömrəsini verər və ona orada köməklik olunar. Bundan bir neçə dəqiqə sonra ona bir nəfər şəxs zəng etmiş və Biləsuvar rayon polis şöbəsinin adını bilmədiyi əməkdaşına izah etmişdir ki, Biləsuvar rayonunda Tacəddin adlı şəxsin fermasında döyülüb tikilidə saxlanılmışlar. Həmin polis əməkdaşı ondan sorğu-sual edib fermanın kimə məxsus olduğunu soruşmuş və ora çıxıb gəldiyini bildirmişdir. Bundan təxminən yarım saat sonra qapının qıfılının kilidi açılmış və polis formasında olan şəxslər onları həmin otaqdan azad etmişlər. Polislər onu və Mehparəni otaqdan azad edib buraxanda saat 15:35 radələri olmuşdur. Həmin yerdə yaxınlıqda o Tacəddini də görmüşdür. Polis əməkdaşları onu və Mehparəni həmin tikilidən azad edəndən sonra Biləsuvar rayon polis şöbəsinə aparmışlar, əvvəllər Tacəddin və Mahiri tanımamış, qohumluq münasibəti, düşmənçilik və ədavəti yoxdur. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dedikləri tamaməli yalandır, Tacəddin onu və Həliməni özü və dostu Mahir üçün cinsi əlaqədə olmaqdan ötrü Salyan rayonundan dəvət etmişdir. O və Həlimə uzun illərdi ki, ailəli deyillər və heç vaxt özləri və ailə üzvləri çobanlıq, təsərrüfatla məşğul olmamışlar. Onlar Tacəddin və dostu ilə pul müqabilində cinsi əlaqədə olmaqdan ötrü Biləsuvara gəlmişlər. Hadisə vaxtı Tacəddinin əynində göy cins şalvar, tünd rəngli uzunqol kofta, qara rəngli idman tipli gödəkcə olmuşdur. Hadisə vaxtı Mahirin əynində ağ köynək, qara rəngində cins şalvar, qara rəngli nazik gödəkcə olmuşdur. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş: Şahid5 ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayının sonlarında və aprel ayının əvvəlində həmkəndlisi Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, Salyan rayonunda yaşayan və pul müqabilində cinsi əlaqədə olan iki nəfər qadını Biləsuvar rayonuna dəvət edəcək hər biri 40 manat pul müqabilində onlarla cinsi əlaqədə olacaqdır. 03 aprel 2024cü il tarixdə Təqsirləndirilən şəxs Mehparə adlı Salyan rayonunda yaşayan qadının mobil nömrəsini ona vermiş və o özünün ***-***-**-** mobil nömrəsi ilə Mehparənin ***-***-**-** mobil nömrəsi ilə danışmışdır. O, Mehparədən cinsi əlaqədə olmaqdan əvvəl fotoşəklini istəmiş, lakin sonuncu ona fotoşəklini göndərməmişdir. 04 aprel 2024-cü il tarixdə Tacəddin ona zəng edib bildirmişdir ki, Salyanda yaşayan həmin qadınlar Biləsuvar rayonuna gəlir, onları götürüb Tacəddinin fermasına cinsi əlaqədə olmaqdan ötrü aparsınlar. Mehparə öz rəfiqəsi Həlimə ilə Salyan rayonundan gəlmişlər və Tacəddin onları qarşılamışdır. O, Tacəddinlə Biləsuvar rayonu Nərimankənd kəndindən Biləsuvar şəhərinə gələrkən yol boyu kiçik bayır tualeti gəldiyi üçün Tacəddinin avtomobilindən Xırmandalı kəndinin yaxınlığında enmişdir. Tacəddin isə həmin qadınları qarşılayıb daha sonra onu öz avtomobili ilə götürmüşdür. Bundan sonra Tacəddin Biləsuvar şəhəri şəhid Pərvin Əliyev küçəsində həmin qadınlarla yemək yeməkdən ötrü çörək, pomidor, xiyar, qızlar üçün iki litirlik “Kuler” pivəsi və iki qutu siqaret almışdır. Bundan sonra onlar birbaşa Biləsuvar rayonu Nərimankənd kəndinə Təqsirləndirilən şəxs fermasına getmişlər. Fermada Tacəddinin itləri qadınlara hücum etmək istəmiş, lakin Tacəddin itləri sakitləşdirmişdir. Həmin fermada tikilinin yaxınlığında yerdə xalça salıb o, Tacəddin, Mehparə və Həlimə yemək yemişlər. Həlimə pivə içib siqaret də çəkmişdir. Bundan sonra, Tacəddin ona bildirmişdir ki gedib Mehparə ilə cinsi əlaqədə olsun. O və Mehparə cinsi əlaqədə olmaqdan ötrü tikilinin otağına getmişlər. Orada o Mehparəyə sözlə bildirmişdir ki, qeyritəbii yolla cinsi əlaqədə olsunlar. Bu vaxt qarşısında olan Zərərçəkmiş şəxs1 ona kobud şəkildə bu yolla cinsi əlaqədə olmaq istəmədiyini söyləmişdir. O, buna əsəbləşib Mehparənin sinəsindən əli ilə itələmiş və həmin yeri tərk edib öz fermasına getmişdir. Şahid5 daha sonra ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 sinəsinə yumruqla vurmayıb, Mehparə onunla qeyd etdiyi şəkildə cinsi əlaqədə olmadığı üçün əsəbləşib Mehparəni sinəsindən itələyib özü həmin fermanı tərk edib getmişdir. O, Zərərçəkmiş şəxs1 döyməyib, sinəsinə yumruqla zərbə vurmayıb. O, həmin tikilini saat 13:30 radələrində tərk edib getmiş və daha sonra Təqsirləndirilən şəxs Həliməni döyməsi və onları qanunsuz azadlıqdan məhrum etməsi barədə məlumatı olmayıbdır. Şahid7 ifadəsində göstərmişdir ki, əvvəllər Salyan rayon polis şöbəsində işləmiş və Salyan rayon sakini Zərərçəkmiş şəxs2 oradan işlə bağlı tanımışdır. 04 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 saat 14:57 dəqiqədə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək bildirmişdir ki, Biləsuvar rayonunda bilmədiyi kənddə fermada rəfiqəsi ilə onları döymüşlər və fermanın içərisində qapını kilidləyib saxlamışlar, köməklik etsin. Həmin vaxt o tədbirdə olduğu üçün Zərərçəkmiş şəxs2 ətraflı şəkildə sorğu sual edə bilməmiş və bildirmişdir ki, Biləsuvar rayon polis şöbəsində tanışma nömrəsini verəcək, əlaqə saxlanılacaq. Bunun ardı ilə onunla eyni rayondan olan tanışı Biləsuvar rayon polis şöbəsində əməliyyat müvəkkili işləyən Xəzərin ***-***-**-** nömrəsinə zəng etmiş və Zərərçəkmiş şəxs2 Bilsuvar rayonunda döyülüb qanunsuz saxlanıldığını Xəzərə bildirmiş və “Whatsapp” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs2 ***-***-**-** mobil nömrəsini göndərmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə saat 15 radələrində istifadəsində olan ***-***-**-** nömrəsindəki “Whatsapp” proqrammdakı hesaba Cəlilabad rayonunda yaşayan tanışı polis əməkdaşı Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng etmiş, ona bildirmişdir ki, tanışı Salyan rayon sakini qadını döyüb Biləsuvar rayonunda fermada saxlamışlar, onlara köməklik etsin. Aqşin ona “Ülfət S” adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrəsini göndərmiş və həmin qadına məxsus olduğunu bildirmişdir. O, ***-***-**-** mobil nömrəsinə zəng etmiş, cavab verən qadın iki nəfər olduqlarını, döyüldüklərini və fermada Tacəddin adlı şəxs tərəfindən qapının çöldən kilidlənib saxlanıldıqlarını bildirmişdir. Həmin qadın ağlamış və Tacəddinin fermada itləri buraxdığını bildirmiş, köməklik olunmasını istəmişdir. Adının sonra Həlimə olduğunu öyrəndiyi həmin qadın olduqları yeri bilməmiş, fermanın Tacəddinə məxsus olduğunu söyləmişdir. O, Səmədabad polis bölməsinin sahə rəisi Şahid6 zəng etmiş və Tacəddin adlı şəxsin fermasında döyülüb iki nəfər qadının saxlanıldığını bildirmişdir. Şahid6 ***-***- **-** mobil nömrəsini vermiş və sonuncu həmin qadınla danışıb olduğu yeri dəqiqləşdirmiş, sonradan həmin Həlimə və bir nəfər digər qadının döyülüb saxlanıldıqları yerin Nərimankənd kəndində Təqsirləndirilən şəxs adlı şəxsin ferması olduğu müəyyən etmiş, daha sonra oraya polis əməkdaşları ilə gedərək həmin qadınları azad etmişdir. Şahid6 ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdən Biləsuvar rayon polis şöbəsində Səmədəbad polis İdarəsində istintaq-əməliyyat qrupunda xidmətdə olarkən saat 15:05 dəqiqədə Biləsuvar rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 “Whatsapp” ıqramı vasitəsi ilə ***-***-**-** mobil nömrəsindən zəng edərək bildirmiş ki, Tacəddin adlı Nərimankənd kənd sakini öz fermasına iki nəfər qadın gətizdirmiş, həmin qadınları orada döyüb fermadakı tikiliyə salıb qapını qıfılla kilidləyərək onları orada məcburi şəkildə saxlamışdır. Bunun ardı ilə polis əməkdaşı Şahid1 ona ***- ***-**-** mobil nömrəsini göndərmiş və bildirmişdir ki, həmin nömrə saxlanılan qadınlardan birinə məxsusdur, əlaqə saxlasın və saxlanıldığı yerə getsin. O, bu vaxt Biləsuvar rayon Səmədəbad polis bölməsinin əməliyyat qrupunun üzvləri sürücü serjant Şahid4, sahə rəisi polis leytenantı Şahid3, sahənin polis nəfəri polis baş serjantı Şahid2 ilə xidməti avtomobillə Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Təqsirləndirilən şəxs fermasına yollanmışdır. Biləsuvar rayonu Nərimankənd kəndində Təqsirləndirilən şəxs başqa Tacəddin adlı hər hansı şəxsin ferması yoxdur. Yol boyu Şahid1 verdiyi ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Onun zənginə cavab verən olmuş və ağlaya-ağlaya ona bildirmişdir ki, Tacəddin onu döymüş, onu və rəfiqəsini fermadakı tikiliyə salaraq qapını çöldən qıfılla kilidləmiş, tikilinin ətrafını itləri buraxmış, həmin tikilidən çıxa bilmirlər, onları oradan çıxarıb xilas etsinlər. O, təxminən 1-2 dəqiqə həmin qadınla danışmış və hansı fermada, harada olduqlarını dəqiqləşdirmiş, sonuncuya ürək-dirək verib yolda olduqlarını, gələcəklərini bildirmişdir. Həmin gün saat 15:30 radələrində onlar fermaya çatanda Təqsirləndirilən şəxs iri və xırda buynuzlu mal-qara saxladığı fermada olduğunu, tikilidən təxminən 30-40 metr aralıda atının hörüyünü yerdən çıxarıb atın yürgəyini saldığının şahidi olmuşdur. Fermada olan birmərtəbəli tikilinin ətrafında 7-8 baş it gəzişib hürmüş və onların avtomobili görüb avtomobilin üzərinə hücum etmişlər. Buna görə onların avtomobildən düşməyi 1-2 dəqiqə yubanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs uca səslə çağırıb göstəriş vermiş ki, itlərini kənara çəkib qovsun. Tacəddin bundan 1-2 dəqiqə sonra avtomobilə yaxınlaşmış və itlərini kənarlaşdırmışdır. O, Təqsirləndirilən şəxs fermada ondan başqa kimlər olduğunu soruşmuş, Tacəddin ilk öncə fermasında ondan başqa kimsə olmadığını söyləmiş, daha sonra Tacəddinə qadınları harada saxladığını, şikayət olunduğunu bildirəndən sonra avtomobilə əyləşmiş və itlərdən ehtiyat edib avtomobillə Tacəddinin fermasındakı yeganə birmətrəbəli çiy kərpicdən tikilmiş tikiliyə yaxınlaşmışdır. Avtomobildən o və digər adlarını çəkdiyi polis əməkdaşları enib tikilinin qapısına doğru yaxınlaşmışlar. Tikiliyə girişi sağ tərəfdən taxta qapıdan olmuş və tikilinin qapısı örtülü vəziyyətdə çöl tərəfdən cəftə və qıfılla kilidlənmişdir. Təqsirləndirilən şəxs göstəriş vermişdir ki, həmin qıfılı açsın. Tacəddin cibindən açarı çıxarıb həmin qıfılın kilidini açmış və ardı ilə cəftəni çəkib qapını açmışdır. Bu vaxt içəridə olan iki nəfər qadın ağlayaağlaya səslə-küylə həmin tikilidən çölə çıxmışlar. Həmin qadınların vəziyyəti pis olmuş, alçaq boy olan ayağının əzildiyini, Tacəddinin onun döydüyünü bildirmiş və şişmiş sağ ayağını ona göstərmişdir. Həmin qadınlar görünüşdən yüngül həyat tərzi sürən olduqları görünmüşdür. Bundan sonra həmin qadınlar Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə onlarla birlikdə getmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinin həmin bölməsinə dəvət olunmuş və öz avtomobili ilə polis bölməsinə gəlmişdir. Bundan sonra həmin iki nəfər qadın ərizə ilə Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü və hər ikisinin iradələrinə zidd məcburi şəkildə qanunsuz tikilidə saxlanıldıqlarını bildirmişlər. Bundan sonra təhqiqatçı Mahsun Kərimov tərəfindən onun, həmin iki nəfər qadın, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yeri olan tikiliyə baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilərkən həmin qadınlar Təqsirləndirilən şəxs təxminən iki saat ərzində onları tikilidə qapını qıfılla kilidləyib saxladığını, onlardan birini döydüyünü bildirmişlər. Bundan başqa, həmin qadınlar Tacəddin və Mahirlə hər birinə bir quzu müqabilində cinsi əlaqədə olacaqları üçün Salyan rayonundan Biləsuvar rayonuna gəldiklərini söyləmişlər. O, sonradan öyrənmişdir ki, həmin qadınların adı Mehparə, Həlimədir. Şahid6 daha sonra ifadəsində göstərmişdir ki, Mehparə və Həlimənin saxlanıldığı tikilidə bir pəncərə və bir qapı olmuş, lakin həmin pəncərə bildiyinə görə açılmamış, çölə açılan taxta qapı isə iri dəmir qıfılla və cəftə ilə kilidlənmişdir. Bundan başqa, fermada olan itlər tikilinin ətrafında hürmüşlər və həmin qadınlar tikilidən çıxsalar qaparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 Şahid6 ifadəsinə oxşar ifadələr vermişlər. İ̇ş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində göstərilən xüsusatları təsdiq etmişlər. (cild 1. i.v 12-21) “Üzləşdirmə aparılması barədə” 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən Zərərçəkmiş şəxs1 şahid və zərərcəkmiş qismində verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (cild 1. i.v 94-100) “Üzləşdirmə aparılması barədə” 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, X4 və Təqsirləndirilən şəxs arasinda üzləşdirmə aparılarkən Zərərçəkmiş şəxs2 şahid və zərərçəkmiş qismində verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (cild 1. i.v 101-106) “Üzləşdirmə aparılması barədə” 08 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şahid6 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılarkən Şahid6 şahid qismində verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (cild 1. i.v 182-185) “Üzləşdirmə aparılması barədə” 08 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılarkən Şahid5 şahid qismində verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (cild 1. i.v 186-189) “Mobil telefona baxış keçirilməsi haqqında” 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şahid7 ifadəsində göstərilənlər öz təsdiqini tapmışdır. (cild 1. i.v 39-45) “Mobil telefona baxış keçirilməsi haqqında” 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şahid6 Habib oğlunun ifadəsində göstərilənlər öz təsdiqini tapmışdır. (cild 1. i.v 91-93) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X10 Publik hüquqi şəxsinin iş üzrə məhkəmə-tibbi ekspertizasının 05 aprel 2024-cü il tarixli 166 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol süd vəzi üzərində hematoma müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, yumruqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd edilən 04 aprel 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild 1. i.v 110-111) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X10 Publik hüquqi şəxsinin iş üzrə məhkəmə-tibbi ekspertizasının 05 aprel 2024-cü il tarixli 167 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qarının sağ yarısının ön divarında qançır, sağ aşıq-baldır oynağı-pəncə nahiyəsində hematoma, şişkinlik və hərəkət məhdudluğu müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yumruq və təpik ilə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd edilən 04 aprel 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild 1. i.v 107-109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X10 Publik hüquqi şəxsinin iş üzrə məhkəmə-tibbi ekspertizasının 09 aprel 2024-cü il tarixli 173 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. (cild 2. i.v 1-2) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Biləsuvar rayon İcra və Probasiya şöbəsinin 23 may 2024-cü il tarixl məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza hökmü yoxdur. (cild 1. i.v 227) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər psixiatriya xəstəxanasının 24 may 2024-cüil tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. (cild 1. i.v 229) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 23 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmayıb. (cild 1. i.v 223) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan rayonlararası psixiatriya xəstəxanasinin 23 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. (cild 1. i.v 225) Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi səxsin 29 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhi-əsəb və narkoloji xəstəliklə üzrə qeydiyyatda yoxdur, 01 mart 2022-ci il tarixdə xəstəxananın “H18.8- Buynuz qişanın digər dəqiqləşdirilməmiş xəstəliyi” diaqnozu ilə müraciət etmişdir. (cild 1. i.v 231) Azərbaycan Respublikası Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Nərimankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 31 may 2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Əliyev X2 rayon Nərimankənd kəndində qeydiyyatdadır və ailə üzvləri arvadı 1977-ci il təvəllüdlü X6, oğlu 2002-ci il təvəllüdlü X8, oğlu 2007-ci il təvəllüdlü X5, qızı 2016-ci il təvəllüdlü X11 vardır. Yaşadığı yer üzrə mənfi xarakterizə olunur. (cild 2. i.v 3-4) nıraltubüS“ qiymətləndirilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 128, 145.2.1-ci maddələrindən həmin məcəllənin 128, 145.2.1, 145.2.5, 145.2.6-cı maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 145.2.1-ci maddələri elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək ona yeni məzmunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 145.2.1, 145.2.5, 145.2.6-cı maddələri ilə ittiham elan edilməsi, təqsirləndirilən səxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143, 144, 145.2.4, 149, 150, 221-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması Cinayət Məcəlləsinin həmin maddələri ilə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin, şahid ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmənin aparılması haqqında protokollar, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, mobil telefona baxış keçirilməsi haqqında protokollar, məhkəmə-tibbi ekspertizasının 05 aprel 2024-cü il tarixli 166 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasınin 05 aprel 2024-cü il tarixli 167 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 09 aprel 2024-cü il tarixli 173 nömrəli rəyi işin faktiki hallarina uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi tanınması, habelə istintaq hərəkətlərinin protokolları, onlara əlavə edilmiş disklər və cinayət işinə əlavə olunmuş arayışların sübut növü kimi qəbul edilməsi və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (cild2. i.v.9-25) iləhbüŞ“ şəxsin tutulması haqqında” 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə, saat 21.25-dən tutulmuş hesab edilmişdir. (cild 1. i.v.51) “Həbs qətimkan tədbiri seçilməsi haqqında” Biləsuvar Rayon Məhkəməsinin 07 aprel 2024-cü il tarixli 4(022)-36/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şəxsin şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 05 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 25 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 315, 66.3, 70-ci maddələri ilə təqsirli bilinərək, 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 il şərti sınaq müddəti müəyyən edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.2, 71.5, 67.1, 70-ci maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 il şərti sınaq müddəti müəyyən edilmişdir. Məhkumluqları ödənilmişdir. (cild 2. i.v 5-7) Biləsuvar Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 1(022)-122/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ilə barışdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 145.1-ci maddəsinə əsasən adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə— 145.2. Eyni əməllər: 145.2.1. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 145.2.2. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; 145.2.5. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; 145.2.6. silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.5, 145.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahid ifadələri, üzləşdirmələr, ekspert rəyləri, hadisə yerinə baxış və mobil telefona baxış keçirilməsi və digər istintaq hərəkətləri, aparılmış istintaq hərəkətlərinin videoçəkilişləri, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində özünü təqsirli bilmədiyini göstərərək, 04 aprel 2024cü il tarixdə Zərərçəkmiş şəxs2 döyüb xəsarətlər yetirmədiyini, sonuncu və Zərərçəkmiş şəxs1 qanunsuz azadlıqdan məhrum etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məsuliyyətdən yayınmaq, məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə üçün gətirdiyi dəlillər iş materialları, o cümlədən şahid ifadələri, üzləşdirmələr, ekspert rəyləri, hadisə yerinə baxış və mobil telefona baxış keçirilməsi və digər istintaq hərəkətləri, aparılmış istintaq hərəkətlərinin videoçəkilişləri və digər mötəbər sübutlarla təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.5, 145.2.6-cı maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir (Cinayət Prosessual Məcəlləsi 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 145.2.1, 145.2.5, 145.2.6-cı maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, Azərbaycan Respublikasının müharibə veteranı olmasını və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.5, 145.2.6-cı maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.5, 145.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.5, 145.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar