Məhkəmə qərarları › İş №1(022)-123/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-123/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-123/2023 19.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ X8 Fətulla oğlunun sədrliyi, Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Xüsusi ittihamçı Zərərçəkmiş şəxs iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə 19 iyul 2023-cü il tarixdə Biləsuvar şəhərində Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs X1 CM-in 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verərək göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 24.1-ci maddəsinə görə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.1948-ci il Ümumdünya insan Hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Vətəndaşın şərəfi, ləyaqəti və nüfuzu mülki və cinayət qanunvericiliyi ilə qorunur. Qüvvədə olan cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə görə cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi CMP-nın müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Qanunvericiliyin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi (AR.CMnın 147, 148, 165.1 və 166.1-ci maddələri) yalnız zərərçəkmişin şikayəti əsasında həyata keçirilir. Qanunun tələblərinə görə cinayət təqibi həyata keçirilərkən onun gedişini və nəticələrini əks etdirən icraat aparılmalıdır. Cinayət təqibi üzrə icraat cinayət işi üzrə materiallarda, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında əks olunur. Qanunvericiliyə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş, məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi andan açılır. Qanunun tələbinə görə cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan (təhqiqatçı, müstəntiq, prokuror, məhkəmə) tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasmda şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür. Qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması məqsədilə zərərçəkmiş şəxs kimi xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək bildirir ki, o, Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, uzun müddətdir burada yaşayır. Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayan X3 şəxsi maraqlarına görə qərəzli münasibətdə olduğuna görə ondan qisas almaq, onu nüfuzdan salmaq, ona qarşı qanunla qadağan olunmuş bir çox qeyri-qanuni hərəkətlər edərək onun şərəf və ləyaqətini alçaltmış, eyni zamanda ona maddi və mənəvi ziyan vurmuşdur. Təqsirkar şəxs X3 onun uzaq qohumudur. O, onu əhali arasında biabır edib. Bundan başqa onlar tərəfindən yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu ailəsi və yaşadığı ərazidə əhali arasında nüfuzdan salan məlumatları kütələvi çıxışlarda (kütləvi çıxış dedikdə hər hansı şəxsin şəraf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxslərin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür) yaydıqlarını Biləsuvar rayonu və digər kənd sakinləri və digər şəxslər təsdiq edə bilərlər. Cinayət əməlini törətmiş şəxs X1 cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü onun haqqında xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat açılması və icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək onun məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3.2-ci maddəsinə əsasən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Məhkəmə diqqətə çatdırır ki, Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətində X1 şəxsi maraqlarına görə qərəzli münasibətdə olduğuna görə ondan qisas almaq, onu nüfuzdan salmaq, ona qarşı qanunla qadağan olunmuş bir çox qeyri-qanuni hərəkətlər edərək onun şərəf və ləyaqətini alçaltmasını, eyni zamanda ona maddi və mənəvi ziyan vurmasını göstərmişdir. Bundan başqa onlar tərəfindən yalan olduğunu biləbilə şərəf və ləyaqətini ləkələyən onu ailəsi və yaşadığı ərazidə əhali arasında nüfuzdan salan məlumatları kütələvi çıxışlarda (kütləvi çıxış dedikdə hər hansı şəxsin şəraf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxslərin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür) yaydıqlarını göstərsə də, X4 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, həmin əməllərin cinayət qanununun konkret olaraq hansı dispozitiv şərtlərinə uyğun olması əsaslandırılmayaraq ümumi cümlələrdən istifadə edilməklə bunların təsdiqinə dair məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir. Belə ki, şikayətdə X1 CM-in 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, məlumatın hansının və ya hansı hissəsinin şikayətdə göstərilən CM-in 147-ci və 148-ci maddəsinin tərkibini yaratdığı konkretləşdirilməmiş - yayılması iddia edilən məlumatların konkret hansı əməlin, yəni CM-in 147-ci və 148-ci maddəsinin tərkibini yaratdığı əsaslandırılmamışdır. Bundan əlavə, şikayətdə X1 CM-in həm 147-ci və 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi xahiş edilsə də, X1 böhtan atdığı ağır cinayətin nədən ibarət olması şikayətdə konkret göstərilməmişdir. Halbuki, CPM-in 293.3.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab eldir ki, ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Məhkəmə hesab edir ki, göstərilənlər xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə araşdırılması aparmadan CPM-in 302.1.3-cü maddəsinə uyğun məhkəmə hazırlıq iclasında şikayətin icraata qəbul edilməsindən imtina haqqında qərar qəbul edilməsi üçün əsasdır. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır (CPM-in 300.1.3-cü maddəsi). CPM-in 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göstərilənlərə əsasən və CPM-in 300.1.3 və 302-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti verilməzsə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nüsrət Mizəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar