Məhkəmə qərarları › İş №1(022)-124/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-124/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-124/2023 18.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə saat 19:10 dəqiqədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus «E-302» markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 15 km/saat sürətlə idarə etməklə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində, Balharı çayının üzərində olan körpünü keçib Xırmandalı poçt filialı istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyib idarə etdiyi kombaynın biçəcək hissəsini yolun əks istiqamətli hərəkət zolağına çıxarmaqla qarşıdan əks istiqamətdə hərəkətdə olan Şahid3 sürücülük vəsiqə olmadan idarə etdiyi «VAZ-21074» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaradaraq idarə etdiyi kombaynın biçəcək hissəsinin sol tərəfi ilə ehtiyatsızlıqdan Şahid3 idarə etdiyi avtomobilin sol qabaq tərəfini vurmaqla sonuncunun idarə etdiyi avtomobilin arxa oturacağında sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs “sağ bazu sümüyünün orta 1\3-nin qapalı-qəlpəli yerdəyişmiş sınığı” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, bununla da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi kombaynla yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək göstəmişdir ki, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı kombayn nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsusdur, həmin kombaynı idarə etmək üçün 1996-cı ildə sürücülük vəsiqəsi alsa da, lakin sonradan həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmasına baxmayaraq vəsiqəni dəyişməmişdir. Həmin kombaynla ot biçməklə məşğul olur və bu yolla ailəsini dolandırır, hər il yaz-yay fəsillərində kombaynla ayrı-ayrı şəxslərə məxsus olan yonca sahələrini biçir. 07 fevral 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi kombaynla Salyan rayonundan çıxıb Biləsuvar rayonu, Yuxarı Ağalı kəndində yaşayan Həsən adlı şəxsin evinə kombaynda olan nasazlığı düzəltdirmək üçün getməyə başlamışdır. Həmin gün saat 19 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində kombaynla hərəkətdə olan zaman YPX əməkdaşları ona kombaynı saxlamaq işarəsi vermiş, o da kombaynı saxladıqdan sonra YPX əməkdaşları həmin nəqliyyat vasitəsilə günün axşam saatlarında yola çıxmağın qadağan edilməsini izah edərək kombaynı Xırmandalı kəndi ərazisi ilə hərəkət etdirməsini məsləhət görmüşlər. O da YPX əməkdaşlarının dediyi kimi kombaynı Xırmandalı kəndi ərazisində hərəkət etdirməyə başlamışdır. Həmin gün saat 19:10 radələrində Balharı çayının üzərindən keçən körpünün üstü ilə kombaynla hərəkətdə olan zaman təxminən 500 metr uzaqlıqdan bir avtomobilin sürətlə hərəkət etməsini görmüş, lakin, o, kombaynla hərəkət edərkən həmin avtomobil ona çatmış və hərəkət zolağına çıxmışdır. O da kombaynı yolun sağ ehtiyat hissəsinə hərəkət etdirib biçəcək hissəsini də yolun sağına çıxarmışdır. Buna baxmayaraq məsafə az olduğu üçün qarşıdan əks istiqamətdə hərəkətdə olan VAZ-2107 markalı avtomobilin qabaq sol tərəfi ilə idarə etdiyi kombaynın ot biçmək üçün nəzərdə tutulmuş hissəsinin sol tərəfi arasında toqquşma baş vermişdir. Toqquşmadan dərhal sonra kombaynı bir qədər irəlidə saxlamış və kombayndan düşüb VAZ-2107 markalı avtomobilin yanına getmişdir. Həmin avtomobildə olan şəxslərdən birinin sağ qolundan xəsarət almasını görmüşdür. Həmin vaxt VAZ-2107 markalı avtomobilin sürücüsü avtomobildən düşüb onun idarə etdiyi kombaynı görmədiyini bildirmişdir. Hadisə yerinə gələn şəxslər VAZ-2107 markalı avtomobildə olan xəsarət almış şəxsləri avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Hadisə yerində olan tanımadığı şəxslər VAZ-2107 markalı avtomobili yolun sol ehtiyat hissəsinə çıxarmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsi onun hərəkət zolağında baş vermiş, hadisə baş verən anda günün qaranlıq vaxtı olmuş, yol işıqlandırılmamış, qarşıdan əks istiqamətli hərəkət zolağında gələn VAZ-2107 markalı avtomobilin sürücüsü avtomobili sürətlə hərəkət etdirərək onun hərəkət zolağına çıxdığı üçün nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Hadisə zamanı kombaynı 10-15 km\saat sürətlə hərəkət etmiş, həmin hadisəni ətrafda olan şəxslər görsə də, lakin həmin şəxslərin konkret olaraq kim olmasını bilmir. Hadisə zamanı idarə etdiyi kombaynda yük və sərnişin olmamış, heç bir spirtli içkinin təsiri altında olmamış, yəni hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə vaxtı heç bir xəsarət almamışdır. Bundan başqa Təqsirləndirilən şəxs göstərmişdir ki, VAZ- 21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 istintaqa yalan ifadə vermişdir. Belə ki, həmin yol-nəqliyyat hadisəsi baş verən zaman idarə etdiyi ot biçən kombaynın qabaq fara işıqları yanmış, kombaynın qabaq tərəfində olan biçəcək hissəsi öz hərəkət zolağında olmuş, yəni əks istiqamətli hərəkət zolağına çıxmamış və yolun əks istiqamətini bağlamamışdır. Buna görə də qarşıdan gələn VAZ-2107 markalı avtomobilin sürücüsünün avtomobili maneəsiz olaraq öz hərəkət zolağı ilə hərəkət etdirib yanından keçib getmək imkanı olmuşdur. Lakin, Şahid3 avtomobili yüksək sürətlə onun hərəkət zolağına doğru hərəkət etdirdiyinə görə nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman Şahid3 idarə etdiyi avtomobillə tormoz vurmamış, avtomobili özündən yolun sağ tərəfinə doğru hərəkət etdirməmiş, avtomobili dayandırmamışdır. Həmçinin, ifadəsində qeyd etmişdir ki, idarə etdiyi kombaynla günün qaranlıq vaxtı yolda hərəkət etdiyi və sürücülük vəsiqəsinin isifadə müddəti başa çatmasına baxmayaraq həmin vəsiqəni dəyişdirmədiyinə görə özünü təqsirli bilir. Lakin, Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli 8\1106 nömrəli rəyində göstərilən digər xüsusatlarla bağlı, yəni hadisənin qarşısını almağa texniki imkanı olması xüsusatı ilə razı deyildir, çünki həmin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan tədbirləri görsə də, hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. İş üzrə zərərçəkmiş şəxs qimsində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır. X4 fəhlə işləyir. Şahid3 həmkəndlisidir, heç bir qohumluq əlaqələri yoxdur, oğlu Sənan Abdullayvelə yaxın dostluq münasibətləri vardır. 07 fevral 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar rayonu, Təyyarə meydanında yerləşən qohumu Emin Məmmədovun evində o, oğlu Şahid1 və arvadı Şahid2 qonaq olan zaman Şahid1 Şahid3 zəng edərək idarə etdiyi avtomobillə onları Eminin evindən Xırmandalı kəndində yerləşən yaşadığı evə aparmasını istəmişdir. Təxminən 10 dəqiqə sonra Şahid3 idarə etdiyi VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qohumu Eminin yaşadığı ünvana getmiş, Sənan Davudun idarə etdiyi avtomobilin sağ qabaq oturacağında, o, həmin avtomobilin sağ arxa oturacağında, arvadı Natavan Quliyeva isə həmin avtomobilin sol arxa oturacağında əyləşmişdir. Bundan sonra Davud idarə etdiyi həmin avtomobillə onları yaşadığı evə aparmağa başlamışdır. Təxminən 10-15 dəqiqə sonra Şahid3 idarə etdiyi VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırmandalı kəndi ərazisində Balharı çayının üzərində olan körpüyə qalxan zaman qəflətən gözləmədiyi anda həmin avtomobilin sol tərəfindən səs gəlməsini və hər hansı maneənin çırpılmasını eşitmişdir, həmin çırpılma nəticəsində olduğu avtomobil təxminən 4-5 metr məsafədə arxa tərəfə getmişdir. Həmin vaxt onun sağ qolu avtomobilin sağ arxa qapısının tutacaq hissəsinə bərk çırpıldığı üçün qolundan xəsarət almışdır. Bundan başqa həmin yol-nəqliyyat hadisəsi nəticəsində arvadı Natavan Quliyeva da başından və sinəsindən, oğlu Şahid1 isə başından xəsarət almışdır. Buna görə də oğlu Şahid1 dərhal avtomobildən yerə düşərək onu və Natavan Quliyevanı avtomobildən yerə düşürmüşdür. Onlar avtomobildən düşdükdən sonra əyləşdikləri avtomobilin sol tərəfi ilə qarşıdan hərəkətdə olan otbiçən konbaynın biçəcək hissəsinin toqquşmasını bilmişlər. Lakin, avtomobildə olarkən həmin avtomobilin arxa yan şüşələrində pərdə olduğuna, hava qaranlıq və yağışlı olduğuna görə əvvəlcədən kombaynı görə bilməmişdir. Xəsarət aldığı üçün oğlu Sənan həmin hadisə yerinə gəlmiş, Taleh Süleymanovun idarə etdiyi avtomobillə onları Biləsuvar RMX-na aparmışdır. Şəkər xəstəsi olduğu üçün Biləsuvar RMX-dan verilmiş göndəriş əsasında Bakı şəhərində yerləşən 1 saylı X11 sağ qolu əməliyyat olunmuş, qoluna platindən mil qoyulmuşdur. Həmin X11 3 gün qaldıqdan sonra evə buraxılmış, müalicəsini evdə davam etdirmişdir. Daha sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin yol-nəqliyyat hadisəsi Şahid3 idarə etdiyi avtomobilin hərəkət zolağında baş vermiş, hadisədən əvvəl Şahid3 VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili 40-50 km\saat sürətlə hərəkət etdirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsini ətrafda olan şəxslər görsə də, lakin həmin şəxslərin konkret olaraq kim olmasını bilmir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Şahid3 istintaqa yalan izahat və ifadə vermişdir. Belə ki, həmin yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl Şahid3 idarə etdiyi avtomobili saxlamaq üçün tormoz vurmamış, hadisə zamanı idarə etdiyi avtomobil hərəkətdə olmuşdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin onunla barışıq əldə etmədiyini, ona vurulmuş zərəri ödəmədiyini, ona görə də təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır. “VAZ-21074” markalı, **-BC-*** avtomobil nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsinə əsasən X5 məxsusdur. Lakin, həmin avtomobili etibarnamə əsasında almış və özü idarə etmişdir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 07 fevral 2023-cü il tarixdə saat 19 radələrində dostu Şahid1 Əlinəsib oğlu ona zəng edərək Biləsuvar şəhəri, Təyyarə meydanı deyilən yerdə qohumunun evində qonaq olduqlarını bildirmiş, buna görə də özünü və ailə üzvlərini idarə etdiyi avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən yaşadığı evə aparmasın xahiş etmişdir. O da idarə etdiyi avtomobillə Sənanın dediyi yerə getmiş, həmin avtomobilin qabaq sağ oturacağında Şahid1, arxa sağ oturacağında Sənanın atası Zərərçəkmiş şəxs, arxa sol oturacaqda isə anası Natəvan əyləşmişdir. Təxminən 10 dəqiqə sonra Xırmandalı kəndinə çatmışlar. Xırmandalı kəndi ərazisində Balharı çayının üzərində olan körpüdə Ələddin adlı şəxsin işlətdiyi ərzaq mağazası istiqamətində avtomobillə hərəkətdə olan zaman gözləmədiyi bir anda qabaq fara işıqları yanmayan kombayının çıxmasını görmüşdür. Həmin kombaynın eni çox olduğu üçün yolun demək olar ki, bütün hərəkət hissəsini bağlamış, buna görə də idarə etdiyi avtomobillə həmin kombayn arasında məsafə az olduğu üçün avtomobili yolun sağ kənarına tərəf hərəkət etdirmişdir. Lakin, yolun sağ ehtiyat hissəsi az olduğu üçün avtmobili Balharı çayına aşırmasının qarşısını almaq məqsədilə tormoz vuraraq saxlamışdır. Buna baxmayaraq kombaynın sürücüsü həmin konbaynı onun hərəkət zolağına doğru hərəkət etdirmiş, bu səbəbdən də kombaynın biçmək üçün nəzərdə tutulmuş hissəsinin sol tərəfi ilə onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi toqquşmuşdur. Kombayn onun idarə etdiyi VAZ-21074 markalı avtomobili təxminən 2 metr arxaya tərəf, yolun mərkəzinə doğru sürümüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, başından xəsarət almışdır. Həmçinin, avtomobildə sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs sağ qolu sınmışdır. Həmin hadisə yerinə gələn Taleh adlı şəxs idarə etdiyi avtomobillə Əlinəsib, arvadı Natavan və oğlu Sənanı Biləsuvar RMX-na aparmışdır. Onu isə dayısı Bəxtiyar Muxtarzadə xəstəxanaya aparmışdır. Şahid3 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi onun hərəkət zolağında baş vermiş, hadisə günün qaranlıq vaxtı baş vermiş, hadisə yerində yol işıqlandırılmamışdır. Qarşıdan gələn kombaynın qabaq fara işıqları yanmadığı üçün o, həmin kombaynı yalnız Balharı çayının üzərində hərəkətdə olan zaman təxminən 15-20 metr məsafədən görmüşdür. Hadisə zamanı idarə etdiyi avtomobildə yük olmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə baş verməzdən əvvəl avtomobili təxminən 25-30 km/saat sürətlə idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsini Sahil adlı taksi sürücüsü və ətrafda olan şəxslər görsə də, lakin həmin şəxslərin dəqiq olaraq kim olmasını bilmir. İfadəsində qeyd etmişdir ki, həmin yol-nəqliyyat hadisəsi kombaynın sürücüsünün təqsiri ucbatından baş vermişdir. Belə ki, o, öz hərəkət istiqamətində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman həmin kombaynın sürücüsü kombaynı öz hərəkət zolağından anidən onun hərəkət zolağına çıxarmışdır. Həmçinin, həmin kombaynın qabaq fara işıqları yanmadığı üçün kombaynı yalnız 15-20 metr məsafədən görmüşdür. O, yolnəqliyyat hadisəsi baş verən zaman hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobillə təxminən 4-5 metr uzunluğunda tormoz vuraraq avtomobili yolun özündən sağ tərəfinə doğru hərəkət etdirib dayandırmış, lakin, idarə etdiyi avtomobilin təkərləri normal vəziyyətdə olmadığına, habelə hava yağışlı olduğu üçün hadisə yerində idarə etdiyi avtomobilə aid tormoz izləri qalmamışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, “E- 302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı kombaynın sürücüsü Təqsirləndirilən şəxs istintaqa yalan izahat və ifadə vermişdir. Belə ki, hadisədən əvvəl o, idarə etdiyi avtomobili yüksək sürətlə deyil, təxminən 25-30 km\saat sürətlə hərəkət etdirmiş, kombanydan qabaqda başqa avtomobillər hərəkət etdiyinə görə uzaq fara işıqlarını yandırmamış və buna görə də kombanynın əks istiqamətdə gəlməsini görməmiş, kombaynı yalnız Balharı çayına təxminən 15-20 metr məsafə qalarkən görmüşdür. Hadisə zamanı idarə etdiyi avtomobili əks istiqamətli hərəkət zolağına doğru hərəkət etdirməmiş, əksinə olaraq kombaynın biçəcək hissəsin yolun çox hissəsini bağladığına görə tormoz vuraraq avtomobili özündən sağ tərəfdə yerləşən ehtiyat hissəyə doğru hərəkət etdirib dayandırmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli 8\1106 nömrəli rəyi ilə razı deyildir. Belə ki, yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl o, idarə etdiyi “VAZ-21074” markalı, **-BC-*** avtomobillə əks istiqamətli hərəkət zolağında hərəkətdə olan ot biçən kombaynın biçəcək hissəsi arasında toqquşmanın baş verməsinin qarşısını almaq üçün tormoz vurmuş, avtomobili özündən sağa doğru hərəkət etdirərək yolun sağında dayandırmış, buna görə də həmin hadisənin baş verməsinin qarşısını almaq üçün hər hansı texniki imkanı olmamışdır. Yol-nəqliyyat hadisəsi təkcə ot biçən kombaynın sürücüsünün təqsiri nəticəsində baş vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 da ifadələrində qeyd etdikləri tamamilə yalandır. Belə ki, yolnəqliyyat hadisəsi baş verən anda idarə etdiyi avtomobil hərəkətdə olmamış, tormoz vuraraq avtomobili yolun özündən sağ tərəfinə doğru hərəkət etdirərək saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Əlinəsib oğlu ifadəsində göstərmişdir ki, Şahid3 həmkəndlisidir, heç bir qohumluq əlaqələri yoxdur, yaxın dostluq münasibətləri olmuşdur. 07 fevral 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar rayonu, Təyyarə meydanında yaşayan qohumu Emin Məmmədovun evində o, atası Əlinasib Abdullayev və anası Natavan Quliyeva qonaq olan zaman Şahid3 zəng edərək idarə etdiyi avtomobillə onları Eminin evindən Xırmandalı kəndində yerləşən yaşadığı evə aparmasını istəmişdir. Təxminən 10 dəqiqə sonra Şahid3 idarə etdiyi VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun qohumu Eminin yaşadığı ünvana getmiş, o, Davudun idarə etdiyi avtomobilin sağ qabaq oturacağında, atası Əlinasib Abdullayev həmin avtomobilin sağ arxa oturacağında, anası Natavan Quliyeva isə həmin avtomobilin sol arxa oturacağında əyləşmişdir. Bundan sonra Davud idarə etdiyi həmin avtomobillə onları yaşadıqları evə aparmağa başlmışdır. Bundan təxminən 10-15 dəqiqə sonra Şahid3 idarə etdiyi VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırmandalı kəndi ərazisində hərəkətdə olan zaman o, özünə məxsus olan mobil telefonla “WhatsApp” proqramı vasitəsilə mesaj yazmışdır. Şahid3 idarə etdiyi avtomobillə Xırmandalı poçt filialını keçdikdən sonra Balharı çayının üzərində olan körpüyə təxminən 15-20 metr qalmış Davudun avtomobili yolun sağ tərəfinə hərəkət etdirmək istəməsini, lakin qarşıdan görmədiyi bir maneənin isə həmin avtomobilin sol tərəfinə çırpılmasını görmüşdür. Həmin toqquşma nəticəsində Şahid3 idarə etdiyi VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş maneə həmin avtomobili təxminən 8-10 metr arxaya tərəf sürümüşdür. Baş vermiş toqquşma nəticəsində o, başından xəsarət almışdır. Həmçinin, həmin yol-nəqliyyat hadisəsi nəticəsində atası Əlinasib Abdullayevin sağ qolu sınmış, anası Natavan Quliyeva da başından və sinəsindən xəsarət almışdır. Buna görə də o, dərhal avtomobildən yerə düşərək atası Əlinasib Abdullayevi və anası Natavan Quliyevanın avtomobildən çıxmasına köməklik göstərmişdir. Avtomobildən yerə düşdükdən sonra həmin avtomobilin sol tərəfinə çırpılmış maneənin qarşı əks istiqamətli hərəkət zolağında olan ot biçən kombayn olmasını, həmin kombaynın biçəcək hissəsi ilə Davudun avtomobilinin sol tərəfinin toqquşmasını görmüşdür. O, həmin hadisə yerinə gəlmiş dostu Taleh Süleymanovun idarə etdiyi avtomobillə valideynlərini Biləsuvar RMX-na aparmışdır. Şahid1 daha sonra ifadəsində göstərmişdir ki, həmin yol-nəqliyyat hadisəsi yolun ortasında, yəni Şahid3 idarə etdiyi avtomobilin sol tərəfində baş vermiş, hadisə baş verməzdən əvvəl Şahid3 VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 30 km\saat sürətlə hərəkət etdirmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman hava qaranlıq və yağışlı olduğuna, həmçinin Şahid3 idarə etdiyi VAZ-2107 markalı avtomobilin qabaq sağ tərəfində yerləşən şüşə yuyanları işləmədiyi üçün, həmin vaxt mobil telefonla “WhatsApp” proqramı vasitəsilə mesaj yazdığına görə kombaynı görməmişdir. Kombaynın qabaq fara işıqları yanmadığına görə qarşıdakı qaraltının kombayn olmasını və həmçinin kombaynın biçəcək hissəsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə protokol və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs idarə etdiyi “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynın Şahid3 idarə etdiyi, VAZ- 21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində yerə tökülmüş VAZ-21074 markalı avtomobilə aid şüşə hissəcikləri vasitəsilə müəyyən edilmişdir. Hadisə yerinə baxış “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynın sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmişdir. VAZ-21074 markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığından Biləsuvar RMX-na aparılmış və buna görə də hadisə yerinə baxış keçirilməsində iştirak etməmişdir. Baxış Xırmandalı poçt filialından Balharı çayı istiqamətində keçirilmişdir. Həmin hissədə yolda hərəkət iki tərəflidir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və yaşdır, yol işıqlandırılmır, hadisə günün qaranlıq vaxtı baş vermişdir. Yolda sürət həddini müəyyən edən yol nişanı yoxdur, lakin hadisənin baş verdiyi yer yaşayış məntəqəsində yerləşir. Hərəkət zolaqlarının sayı 2-dir. Hadisə baş verən yerdə yol örtüyünün eni 5,7 metr, hərəkət hissəsinin eni 5,7 metr, hərəkət zolaqlarının hər birinin eni 2,85 metrdir. Yolun sağ və sol tərəflərində 1,2 metr enində, 1,2 metr hündürlüyündə torpaq örtüklü ehtiyat hissə vardır, daha sonra isə Balharı çayının sahili yerləşir. Şahid3 idarə etdiyi VAZ-21074 markalı,**-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil kənar şəxslər tərəfindən toqquşma yerindən çıxarılaraq yolun sağ tərəfində Balharı çayı istiqamətində saxlanılmışdır. Təqsirləndirilən şəxs isə idarə etdiyi E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynı toqquşma yerindən təxminən 50 metr uzaqlaşdıraraq yolun sol tərəfində yerləşən boş sahədə saxlamışdır. Yolun sol tərəfində yerləşən ehtiyat 1,2 metr enində, torpaq örtüklü, yağış yağması səbəbindən palçılqlı olan ehtiyat hissədə Təqsirləndirilən şəxs idarə etdiyi kombayna məxsus olan təkər izləri vardır. Toqquşma nöqtəsi yolun sağ kənarından mərkəzə doğru 2,2 metr məsafədə, yəni VAZ-21074 markalı avtomobilin hərəkət zolağında yerləşir və həmin yerdə avtomobilə aid olan şüşə hissəcikləri tökülmüşdür. Həmin toqquşma nöqtəsi Balharı çayından poçt filialına istiqamətində 1,2 hündürlüyündə enişlidir. Hadisə yerində hər iki nəqliyyat vasitəsinə aid tormoz və şin izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi“E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombayna baxış zamanı həmin nəqliyyat vasitəsinin fara işıqlarının işlək vəziyyətdə olması müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı kombaynın qabaq tərəfində olan biçəcək hissəsinin 4,7 metr enində olması müəyyən edilmişdir. VAZ-21074 markalı,**-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 üçün təhlükənin yaranma anı Təqsirləndirilən şəxs idarə etdiyi kombaynın Balharı çayının üzərində olmasını gördüyü an, Təqsirləndirilən şəxs üçün təhlükənin yaranma anı idarə etdiyi “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynı Balharı çayının üzərinə doğru hərəkət etdirərkən Şahid3 idarə etdiyi avtomobili gördüyü an yaranmışdır. Hadisə yerinə baxış keçirilən zaman çəkilmiş fotoşəkillər cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şahid3 idarə etdiyi VAZ-21074 markalı,**-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağında sərnişin kimi əyləşmiş və hadisəni bilavasitə görmüş Şahid1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 izahatında qeyd etdiklərini təsdiq edərək yol-nəqliyyat hadisəsinin baş verdiyi anda Şahid3 idarə etdiyi avtomobilin hərəkətdə olmasını, yəni yolun sağ kənarında dayanmadığını, Şahid3 idarə etdiyi avtomobillə qarşıdan əks istiqamətli hərəkət zolağında hərəkətdə olan kombaynın poçt filialından Balharı çayı istiqamətində baxdıqda yolun sağ kənarından mərkəzə doğru 2,2 metr məsafədə, yəni VAZ-21074 markalı avtomobilin hərəkət zolağında, Balharı çayından poçt filialına doğru 15 metr məsafədə toqquşmasını, kombaynın qabaq tərəfində olan biçəcək hissəsinin VAZ-21074 markalı avtomobili təxminən 8-10 metr məsafədə arxaya sürüməsini bildirmişdir. Şahid1 iştirakı ilə hadisə yerinə baxış keçirilən zaman çəkilmiş fotoşəkillər cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynın nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirli Biləsuvar X15 Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-69\1-9982\2023 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş AB-176227 nömrəli traktorçumaşinist sürücülük vəsiqəsinin etibarlılıq müddəti 20 sentyabr 2006-cı ildə başa çatmışdır. Buna görə də ona verilmiş AB-176227 nömrəli traktorçu-maşinist sürücülük vəsiqəsi etibarsızdır. İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-nın TTY şöbəsinin xx.xx.2023-cü il tarixli 105 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs hadisə baş verən vaxt sərxoş vəziyyətdə olmaması göstərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 70 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs “sağ bazu sümüyünün orta 1\3-nin qapalıqəlpəli yerdəyişmiş sınığı” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlərin olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli 8\1106 nömrəli rəyində göstərilmişdir ki, “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı kombaynın sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücülər Təqsirləndirilən şəxs və Şahid3 nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onların hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlillər gətirərək yolnəqliyyat hadisəsi baş verməzdən əvvəl tormoz vurmasını və idarə etdiyi kombaynı yolun sağ kənarına çıxarmasını, əks istiqamətli hərəkət zolağında olan avtomobilin onun hərəkət zolağına çıxması səbəbindən nəqliyyat vasitələri arasında toqquşmanın baş verdiyini bildirmişdir. Lakin, işin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi ot biçən kombaynla yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, dindirmədə üzləşdirmə protokolu, hadisə yerinə baxış keçirilməsi barədə protokollar, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 70 №-li rəyi, Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli 8\1106 nömrəli rəyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirli Biləsuvar X15 Mərkəzindən daxil olmuş xx.xx.2023cü il tarixli 3-13-69\1-9982\2023 saylı məktub, eləcə də işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Buna görə də Təqsirləndirilən şəxs ifadələrində qeyd edilən həmin xüsusatlar özünü müdafiə kimi qiymətləndirilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmiş və ibtidai istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq CM-in 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham irəli sürülmüş maddə ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının (2008-ci il təvəllüdlü X7) olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu ona təqsirləndirildiyi CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi mümkün edir. İş materialları ilə müəyyən olunur ki, Biləsuvar RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı X6 21 iyun 2023-cü il tarixli qərarı (cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında) ilə Şahid3 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hazırki cinayət işindən ayrıca icraata ayrılaraq icraatında ibtidai istintaqın davam etdirilməsi qərara aılnmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, ibtidai araşdırma zamanı iş üzrə zərərçəkmiş şəxs qimində tanınmış X3 iddia ərizəsi ilə müraciət edərək iş üzrə Təqsirləndirilən şəxs ona vurulmuş zərərə görə 2500 manat pulun, dövlət rüsumuna görə ödədiyi pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, Biləsuvar rayon Polis Şöbəsinin istintaq bölməsinin süstəntiqi, polis kapitanı Şamil Həsənlinin 18 iyun 2023-cü il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri, eləcə də cinayət işi üzrə proses iştirakçılarının ifadələrini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. CPM-in 179-cu maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs az ağır xəsarət alımışdır. İddiaçı tələbində hadisədən sonra sağ əlinin demək olar ki, işləmədiyini, ailənin yeganə qazanc gətirəni olduğunu, xəstəxanalarda müalicə aldığını, lakin təqsirləndirilən şəxsin ona nə mənəvi və nə də maddi yardım göstərmədiyini, ona görə də Təqsirləndirilən şəxs 2500 manat alınaraq ona ödəniləməsinə dair mülki iddia ilə müraciət etmişdir. Məhkəmə belə hesab edir ki, mülki iddiaçı X3 hadisə zamanı xəsarət alması səbəbindən müalicə almaqla 2500 manat maddi zərərə məruz qaldığını göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də iddiaçı X1 mülki iddiası baxılmamış saxlanılmalı, ona mülkü mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələbləri baxımından belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən, CPM-in 197, 198, 344-349, 351-353, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2500 manat və ödənilmiş dövlət rüsumu tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs izah edilsin ki, o, Təqsirləndirilən şəxs qarşı 2500 manat və ödənilmiş dövlət rüsumu tələbinə dair mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar