Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-124/2025 04.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1989-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Cəlilabad şəhəri, M.F.Axundov küçəsində yerləşən 2 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 0,617 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 26 sentyabr 2025-ci il tarixdə, saat 01:03-də Biləsuvar rayonu ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında “Toyota Prius” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış və həmin yerdə üzərinə keçirilmiş yoxlama zamanı həmin ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla, əynindəki gödəkçənin yan cibində olan “Keno” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istehlak edir və həmin əməlinə görə əvvəllər 3 dəfə məhkum olunmuşdur. 25 sentyabr 2025-ci il tarixdə, o, Bakı şəhərində olarkən yerdən bir ədəd sellefon bükülü tapmışdır. O, həmin bükülünü açdığı zaman içərisində psixotrop maddə metamfetamin olduğunu görmüş və həmin bükümü istehlak etmək məqsədi ilə əynindəki gödəkçənin sol yan cibində olan “Keno” markalı siqaret qutusunun içərisində gizlətmişdir. Lakin onun həmn psixotrop maddədən istifadə etməyə imkanı olmamışdır. Belə ki, o, həmin gün Cəlilabad şəhərinə gəlmişdir və daha sonra axşam saatlarında əsgər yoldaşı ilə görüşmək üçün Biləsuvar şəhərinə gəlmək qərarına gəlmişdir Bu məqsədlə o, Cəlilabad şəhərində kirayələdiyi “Toyota Prius” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşını ilə Biləsuvar şəhərinə gəlmiş və dostu ilə görüşüb Cəlilabad şəhərinə geri qayıtmaq üçün yola düşdükdən sonra Biləsuvar şəhərinin çıxışında yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olarkən polis əməkdaşları onların olduğu avtomobili saxlatdırmış və bir neçə nəfər şəxs, videoçəkiliş aparmaqla, onlara yaxınlaşmış və özlərini tədim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin əməkdaşlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və ona hüquqlarını izah etmişlər. Daha sonra isə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəkin gödəkçənin yan cibindən bir ədəd ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulmuş kartı, bir ədəd alışqanı və “Keno” markalı siqaret qutusununun içərisindən şəffaf rəngli sellofan bükülünü polis əməkdaşlarına təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Bundan sonra avtomobilin sürücüsü X1 üzərinə şəxsi axtarış və “Toyota Prius" markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin N.A.Muradovun üzərindən və nəqliyyat vasitəsindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet aşkar edilməmişdir. Bundan sonra isə polis əməkdaşları onları Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Onun üzərində psixotrop maddə metamfetamin olmasından sürücü N.A.Muradovun xəbəri olmamışdır. Onun həmin psixotrop maddəni satmaq niyyəti olamış, yalnız bədənində ağrılar olduğu vaxt istifadə etmək üçün üzərində daşımışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək və himayəsində 1 uşağının olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 25 sentyabr 2025-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 26 sentyabr 2025-ci il tarixdə, saat 01:03-də Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Toyota Prius” markalı **- HD-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında onlar həmin nəqliyyat vasitəsinə yaxınlaşmışlar. Həmin vaxt avtomaşında Təqsirləndirilən şəxs ilə yanaşı sürücü N.A.Muradov da olmuşdur. Polis əməkdaşları şübhəli şəxslərə özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, həmin şəxsə hüquqlarını izah etmişlər. Daha sonra isə videoçəkiliş aparılmaqla əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra həmin şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Bakıkart” mətni yazılmış plastik kart, bir ədəd alışqanı və "Keno” markalı siqaret qutusunun içərisində içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükümü onlara təqdim edərək, içərisində ona məxsus psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Sorğu zamanı həmin şəxs üzərindən aşkar edilmiş bükülünü 25 sentyabr 2025-ci il tarixdə Bakı şəhərində yerdən tapdığını, həmin bükümün ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 0,95 qram olmuşdur. Bundan sonra N.A.Muradovun üzərinə şəxsi axtarış və həmin şəxsin idarə etidyi “Toyota Prius” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin şəxsin üzərindən və ya nəqliyyat avsitəsində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra isə şübhəli şəxslər Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şübhəli şəxslərin üzərinə şəxsi axtarış və “Toyota Prius” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 0,617 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 26 sentyabr 2025-ci il tarixdə, saat 01:03-də Biləsuvar rayonu ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında “Toyota Prius” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını və həmin yerdə üzərinə keçirilmiş yoxlama zamanı həmin ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminin bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla, əynindəki gödəkçənin sol yan cibində olan “Keno” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair 26 sentyabr 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, 26 sentyabr 2025-ci il tarixdə, saat 01:03-də Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Toyota Prius” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil əməliyyat qrupunun üzvləri tərəfindən Biləsuvar şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər, həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs başqa nəqliyyat vasitəsinin sürücüsü X1 olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Polis əməkdaşları həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğuna görə saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Həmin təklifdən sonra həmin şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd "Samsung” markalı mobil telefonu, əynindəki gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Bakıkart” mətni yazılmış plastik kart, bir ədəd alışqanı və "Keno” markalı siqaret qutusunu çıxarıb-açaraq, içərisindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükümü təqdim etmiş və içərisində ona məxsus psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı ohəmin şəxsin üzərindən qanunla saxlanılması qadağan edilən əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 0,95 qram olmuş və qablaşdırılaraq götürülmüşdür. Şübhəli şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhərində yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra avtomobilin sürücüsü N.A.Muradovun üzərində yoxlama keçirilmiş və həmin şəxsin iş üzrə sübut əhəmiyyətinə malik ola bilən əşya predmet aşkar edilməmişdir. Bundan sonra N.A.Muradovun idarə etdiyi “Toyota Prius” markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və nəqliyyat vasitəsindən qanunla saxlanılması qadağan edilən əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarışın və avtomobilə baxışın videoçəkilişi aparılmışdır. Yoxlama protokolunu yerində tərtib etmək üçün şərait olmadığına görə həmin protokol Biləsuvar rayon polis şöbəsinin inzibati binasında tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq barədə hüquq və vəzifələri izah olunmuşdur. İştirakçılar tərəfindən protokola şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmiş və 1 ədəd “DVD” disk protoloka əlavə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında 26 sentyabr 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi və 26 sentyabr 2025-ci il tarixdə, saat 01:03-də həmin şəxs içərisində olması ehtimal olunan “Toyota Prius” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu vaxt əməliyyat qrupunun üzvləri tərəfindən Biləsuvar şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq, həmin yerdə üstünün yoxlanılması, təqsirləndirilən şəxsin təqdim etdiyi 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması həmin videogörüntülərdə öz əksini tapmışdır. Həmçinin üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazısı olan 1 ədəd ağ rəngli zərf açılıb baxıldığı zaman içərisində ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər maddə olan 1 ədəd şəffaf rəngli sellefon bükülü olması, həmin bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 0,86 qram olması aşkar olunmuşdur və həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Qeyd edilən videoçəkilişin olduğu 1 ədəd “DVD” disk təhqiqatçıya təqdim olunmuş və ona “HP” markalı kompyuterdə baxış keçirilmişdir. Həmin bir ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmışdır. İşdə olan məhkəmə-kimyəvi- ekspertizasının 26 sentyabr 2025-ci il tarixli, 19/379 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən götürülmüş metamfetaminə bənzər psixotrop maddə olan kütlə...» sözləri və imzalar olan bir ədəd zərfin içərisindəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,617 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,617 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,567 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 29 sentyabr 2025-ci il tarixli, 514 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan mobil telefona baxış keçirilməsi haqqında 26 snetyabr 2025-ci il traixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və həmin telefonda 051 817 35 38 GSM mobil nömrəsinin olduğu aşkar eidlmişdir. Həmin telefonun yaddaş kitabçasına, zənglər siyahısına, mesajlara baxış nəticəsində iş üçün əhəmiyyət kəsb edən zənglər, səs yazıları, mesajlar, fotoşəkillər və İran İslam Respublikasına məxsus mobil operatora aid nömrələr arasında danışıqlar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə 3 dəfə məhkum olunmasını və məhkumluqlarının ödənilməsini, hazırda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 1 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 sentyabr 2025-ci il tarixdə, saat 01:03-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 27 sentyabr 2025-ci il tarixdə, saat 17:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 sentyabr 2025-ci il tarixli, 514 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,567 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 1(004)-267/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin məhkəmənin icraatında olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş və həmin şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla əlaqədar, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları, o cümlədən təqsirləndirilən şəxsin hazırda başqa bir cinayət işi üzrə həbsdə olmasını nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,567 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-124/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-124/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver