Məhkəmə qərarları › İş №1(022)-125/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-125/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-125/2023 23.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 yanvar1983-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İmişli rayon Azərpambıq MKT-də mühafizəçi işləyən, məhkumluğu olmayan, İmişli şəhəri, Ə.Şıxliniski küçəsi ev 66-da qeydiyyatda olmaqla yaşayan, barəsində 24 aprel 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 20,641 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində 23 aprel 2023-cü il tarixdə saat 04:35 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 112-ci kilometrliyində, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında cinayətdən xəbərsiz olan taksi sürücüsü X2 idarə etdiyi “Opel Astra” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən 20,641 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana şəffaf rəngli bir ədəd sellofan bükümdə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İmişli şəhəri, Şıxliniski küçəsi ev 66-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Subaydır, ruhi-əsəb xəstəliyi yoxdur. İmişli rayon Azərpambıq MKT-də mühafizəçi işləyir. Təxminən 1-2 ildir ki, arabir narkotik vasitə qurudulmuş marixuananı çəkmək yolu ilə qəbul edir. 22 aprel 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 8-ci kilometr adlanan bazarda piyada gəzən zaman yerdən bir ədəd şəffaf rəngli sellofan bükülü tapmışdır. Həmin sellofan bükümü açıb baxarkən içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Buna görə də həmin qurudulmuş marixuananın içərisində olduğu bükümü əynindəki şalvarın sol cibinə qoymuşdur. Həmin qurudulmuş marixuananı istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Özünə məxsus olan “BMW” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu ərazisində 20 Yanvar metrostansiyasının yaxınlığında olan avtotəmir sexlərinin birinə avtomobildə olan nasazlığı düzəltdirmək üçün vermişdir. Lakin avtomobili təmir edən usta avtomobili təmir etmək üçün 1000 (bir min) manat pul lazım olduğunu bildirmişdir. Buna görə də 23 aprel 2023-cü il tarixdə saat 02 radələrində Biləsuvar rayonunda yaşayan Rəşad adlı dostuna “WhatsApp” proqramı vasitəsilə zəng edərək ona borclu olduğu 800 (səkkiz yüz) manat pulunu qaytarmasını istəmişdir. O da həmin pulu qaytarmağa razılaşmışdır. Bundan sonra saat 03 radələrində İmişli şəhərində yerləşən “Fəridə aptek” adlanan aptekin yaxınlığında tanımadığı bir taksi sürücüsünə yaxınlaşaraq idarə etdiyi avtomobillə onu Biləsuvar rayonuna gətirməsini xahiş etmişdir. Adını sonradan bildiyi taksi sürücüsü İlkin də onu Biləsuvar rayonuna 50 ( əlli) manat pula gətirə biləcəyini bildirmişdir. Bundan sonra İlkin adlı taksi sürücüsünün idarə etdiyi “Opel Astra” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna gəlməyə başlamışlar. Həmin vaxt Bakı şəhərindən tapdığı və içərisində qurudulmuş marixuana olan sellofan büküm də əynindəki şalvarın sol yan cibində qalmışdır. Saat 04:20 radələrində Biləsuvar rayonuna çatmışlar və o, Rəşad adlı dostuna “WhatsApp” proqramı vasitəsilə zəng etsə də, Rəşad onun zənglərinə cavab verməmişdir. Buna görə də Bakı şəhərinə getmək qərarına gəlmiş və bu səbəbdən də İlkin adlı taksi sürücüsünə onu idarə etdiyi avtomobillə Bakı şəhərinə gedən taksilərin dayandığı dayanacağa aparmasını istəmişdir. Bu məqsədlə yolda olan şəxslərdən birindən Bakı şəhərinə haradan gedə biləcəyini soruşmuş, həmin şəxs “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhərinə getmək üçün taksi dayanacağının olmasını bildirmişdir. Bundan sonra İlkin idarə etdiyi “Opel Astra” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən taksi dayanacağına aparmağa başlamışdır. 23 aprel 2023-cü il tarixdə saat 04:35 radələrində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında İlkinin idarə etdiyi avtomobildə olan zaman YPX əməkdaşları İlkinə avtomobili saxlamaq işarəsi vermiş, İlkin də avtomobili yolun sağ kənarında saxladıqdan sonra əvvəlcə YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan bir neçə polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər, üzərində və İlkinin idarə etdiyi avtomobildə narkotik vasitə, yaxud da qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet gəzdirməsi şübhəsini izah edərək onları Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadə etməsi üçün narkotik vasitə marixuana olmasını bildirmişdir. Təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə 22,17 qram olması müəyyənləşdirilmişdir. Həmin qurudulmuş marixuana onun özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirmişdir. Bundan sonra o, vəkili Müdafiəçi və polis əməkdaşlarının, İlkin adlı taksi sürücüsünün habelə İlkinin vəkilinin iştirakları ilə İlkinin idarə etdiyi “Opel Astra” markalı, **- TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ilk olaraq o və taksi sürücüsü İlkin adlı şəxsə avtomobildə narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etmələri təklif olunmuş, onlar isə avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişlər. Polis əməkdaşları tərəfindən həmin avtomobilə baxış keçirilsə də, lakin narkotik vasitə, psixitrop maddə aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış, İlkinin idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzası ilə təsdiq etmişlər. 23 aprel 2023-cü il tarixdə saat 03 radələrində İmişli şəhərində yerləşən “Fəridə aptek” adlanan aptekin yaxınlığında İlkin adlı şəxsin idarə etdiyi “Opel Astra” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşən zaman, habelə Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindən narkotik vasitə gəzdirməsində heç bir məlumatı olmamışdır. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Onun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 23 aprel 2023-cü il tarixdə o, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, DYPB-nin YPX inspektoru, polis leytenantı Şahid3 və PPXB-nin polis nəfəri, polis serjantı İsmayıl Ağazadə daxil edilmişdir. 23 aprel 2023-cü il tarixdə saat 04:30 radələrində Təqsirləndirilən şəxs içərisində əyləşdiyini ehtimal etdikləri “Opel Astra” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, Q.Həsənova küçəsində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra həmin avtomobil “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında hərəkətdə olarkən DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı Rəcəb Səfərli avtomobilin sürücüsünə avtomobili saxlamaq işarəsi vermişdir. Həmin sürücü də avtomobili yolun kənarında saxlamışdır. O və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşıb sürücü və avtomobildə sərnişin kimi əyləşmiş digər üç şəxsə özlərini təqdim etmiş, həmin şəxslərə üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. RPŞ-də “Opel Astra” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün İmişli rayon sakini X3, avtomobilin sağ qabaq oturacağında əyləşmiş şəxsin isə Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Aşkar etdikləri faktla bağlı RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Həmin raportu əsasında RPŞ-nin TB-nin təhqiqatçısı Bəhruz Bayramov tərəfindən araşdırma aparılmağa başlanmışdır. Bundan sonra RPŞ-nin xidməti otaqlarının birində o, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti, polis kapitanı Anar Abduhəlimov, vəkil Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla Pərviz Zamanovun üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Pərviz Zamanova üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Pərviz Zamanov əynindəki şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Pərviz Zamanovun təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana sellofan bükümlə birlikdə çəkildikdə 22,17 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Pərviz Zamanovun üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Pərviz Zamanovun üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra o, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, KTQnun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov, vəkil Habil Məmmədovun iştirakları ilə videoçəkiliş aparılmaqla İlkin Tağıyevin üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Son olaraq isə o, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti, polis kapitanı Anar Abduhəlimov, vəkillər Müdafiəçi və Habil Məmmədovun, habelə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və İlkin Tağıyevin iştirakları ilə videoçəkiliş aparılmaqla İlkin Tağıyevin idarə etdiyi “Opel Astra” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Həmin avtomobildə də hər hansı narkotik vasitə, qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və İlkin Tağıyevin üzərinə şəxs axtarış, İlkin Tağıyevin idarə etdiyi “Opel Astra” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilərək götürülmüş olan narkotik vasitə qurudumuş marixuana sellofan kəsiyi bükümü ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmışdır. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadələr verdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər şahidlərin (Şahid3) dindirilməsini tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edildi. Şahid3 Şahid1 oğlu ilə eyni məzmunda ifadə vermişdi. İşdə olan şəxsi axtarış və götürmə barədə 23 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə daşıması şübhəsi olduğu üçün RPŞ-nin xidməti otaqlarının birində o, CAB-nin əməliyyat müvəkkillər, polis kapitanı Şahid2, polis leytenantı Şahid1, KTQ-nun baş ekspert-kriminalisti, polis kapitanı Anar Abduhəlimov, vəkil Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla Pərviz Zamanovun üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Pərviz Zamanova üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Pərviz Zamanov əynindəki şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Pərviz Zamanovun təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana sellofan bükümlə birlikdə çəkildikdə 22,17 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Pərviz Zamanovun üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Pərviz Zamanovun üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X1 xx.xx.2023-cü il tarixli 19/482 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «… Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi-20,641 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 20,641 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 20,591 qram. Narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 20,591 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asıllıq olmadan kannabinoidlərin istifadə halları olubdur. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 23 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə saat 05:10-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 24 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 aprel 2023-cü il saat 13:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, aprel döyüşləri iştirakçısı olmasını, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 20,591 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixindən 24 aprel 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 20,591 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar