Məhkəmə qərarları › İş №1(022)-125/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-125/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-125/2025 03.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, Cəlilabad şəhəri, Məhəmməd Hadi küçəsi, ev 304də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Qambay Vəzirov küçəsi 2-də yaşayan, barəsində 25 sentyabr 2025-ci il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan 1 ədəd metadon həbini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 24 sentyabr 2025-ci il tarixdə saat 06:01 dəqiqədə Biləsuvar rayonu Gömrük dairəsi adlanan yerin yaxınlığında “Toyota Prius” markalı **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılmış və orada yoxlama keçirilərkən özünə məxsus əl çantasından təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən xeyli miqdarda narkotik vasitə olan 1 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 304-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov, döngə 2-də ailə üzvləri ilə birlikdə yaşayır. X4 ilə 2015-ci ildə ailə həyatı qurmuşdur, lakin nikahları rəsmi qeydiyyata alınmamışdır. Onların birgə ər-arvad münasibətlərindən iki azyaşlı- xx.xx.2016-cı il təvəllüdlü Hüseyn Əkbərov və xx.xx.2017-ci il təvəllüdlü Nuray Əkbərova adlı azyaşlı övladları vardır. X17 2022-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hal-hazırda azyaşlı övladları onun himayəsindədir. Ürək və qaraciyərində genişlənmə vardır. Bu xəstəliyinə görə malicə alır. Maddi imkanı zəif olduğu, dərman preparatlarını ala bilmədiyi üçün təxminən bir il bundan əvvəl metadon həbi istifadə etməyə başlamışdır. O, dərman həblərini Sabunçu rayonunda tanımadığı şəxslərdən əldə etmişdir. Hal-hazırda beyinində şiş əmələ gəldiyi üçün əməliyyat olunmalıdır. Xəstəliyi barədə sənədlər Cəlilabad şəhərində olduğu üçün onları götürərək 24 sentyabr 2025-ci ildə xəstəxanaya getməli olmuşdur. Buna görə 24 sentyabr 2025-ci il tarixdə saat 03 radələrində taksi sürücüsü olan Tural Mustafayevlə əlaqə saxlayaraq onu yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yaşadığı ünvandan Cəlilabad şəhərinə aparıb-apara bilməyəcəyini soruşmuşdur. Tural Mustafayev onu Cəlilabad şəhərinə aparmağa razılaşmışdır. Onlar saat 03 radələrində Cəlilabad şəhərinə getmək üçün yola çıxmışlar. 24 sentyabr 2025-ci il tarixdə saat 06 radələrində Biləsuvar rayonu ərazisindən keçən yolla hərəkətdə olduqları zaman YPX avtomobilə saxla işarəsi vermişdir. Bundan sonra Tural özünə məxsus “Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarına çəkərək saxlamışdır. Həmin vaxt polis əməkdaşları avtomobilə yaxınlaşıb Biləsuvar RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər, üzərlərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet gəzdirmələri şübhəsini izah edərək onları saxlamışlar. Saxlanıldıqları yerdə videoçəkiliş aparılmaqla yoxlanış keçirilməyə başlanılmışdır. Üzərində və ya avtomobildə narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etməsi bildirilmişdir. O da avtomobildə özünə məxsus əl çantasından metadon həbi olmasını bildirmişdir. Bundan sonra avtomobilin sürücüsü Tural Mustafayevə təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etsin. Tural Mustafayev üzərində qanunla qadağan olunmuş heç bir əşya və predmet olmadığını bildirmişdir. Tural Musatafyevin üzəri polis əməkdaşları tərəfindən yoxlanılmışdır. Onun üzərindən qanunla qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və digər predmet aşkar edilməmişdir. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanılmışdır. O avtomobildən çantanı götürərək içərisində olan metadon həbini polis əməkdaşlarına təqdim etmişdir. Həmin həb bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır, möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra Tural Mustafayevə məxsus “Toyota Prius” markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrilmişdir. Avtomobildən iki ədəd mobil telefon aşkar edilmişdir, bundan başqa qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra onları Biləsuvar RPŞ-nə gətirmişlər. Əməliyyataxtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin yoxlanılması və avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. X1 taksi sürcüsüdür, əvvəllər onu bir neçə dəfə Sumqayıt şəhərinə aparmışdır, onun üzərində metadon həbi olmasından sürücünün heç bir məlumatı olmamış, bu barədə sonuncuya heç bir söz deməmişdir. Üzərindən aşkar edilmiş metadon həbi özünə məxsusdur, şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Törətdiyi əmələ görə səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza verməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad şəhəri, Məhəmməd Hadi küçəsi, ev 304-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Qambay Vəzirov küçəsi 2-də yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 24 sentyabr 2025-ci tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə Biləsuvar RPŞ-nin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılması barədə əmr verilmişdir. Əməliyyat qrupunun tərkibinə RPŞ-nin KMQ-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı X5, RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X3 daxil edilmişdir və o, əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. 24 sentyabr 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilərkən saat 06:01-də Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu Gömrük dairəsi adlanan yerin yaxınlığında hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxla işarəsi verilmişdir. “Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarına çəkərək saxlamışdır. O və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşaraq sürücüyə və avtomobildə sərnişin kimi əyləşmiş şəxsə özlərini təqdim edərək üzərilərində, avtomobildə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah etmişlər. Bu zaman avtomobilin sürücüsünün X1, sərnişinin isə ətrafında əməliyyat-axtarış tədbirləri keçirdikləri Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən paltarlarında, əşyalarında narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və psixotrop maddə olmamasını, lakin avtomobildə olan özünə məxsus əl çantasında bir ədəd metadon həbinin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Polis Şöbəsində müdafiəçisi və bir nəfər qadının iştirakı ilə baxış keçiriləcəyini bildirmişdir. Bundan sonra tərəfindən avtomobilin sürücüsü Tural Mustafayevə təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etsin. Tural Mustafayev üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Tural Mustafayevə məxsus “Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrilməyə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobildə olduğunu bildirdiyi tərkibində narkotik vasitə olan metadon həbini təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağının üzərində olan bir ədəd əl çantasının içərisindən bir ədəd üzərində F/M-40 yazılmış metadona bənzər həbi təqdim etmişdir. Metadon həbi tərəfindən qablaşdırılaraq götürülmüşdür. Avtomobildən iki ədəd mobil telefon aşkar edilmişdir, bundan başqa qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxs Əfsanə Əsgfərova, sürücü Tural Mustafayev sonuncuya məxsus avtomobillə birlikdə Biləsuvar RPŞ-nə gətirilmişdir. Tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin yoxlanılması və avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur, iştirakçılar protokolla tanış olaraq imzalamışdır. O, bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Azər Qəmbərliyə həvalə olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilmiş maddi sübut, mobil telefon və əməliyyat-axtarış tədbiri keçirilən zaman çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd CD diski tərəfindən təhqiqatçıya təqdim olunmuşdur. Videoçəkiliş aparılmaqla təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İşdə olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə 24 sentyabr 2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 sentyabr 2025-ci il tarixdə, saat 06:01 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı “Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu Gömrük dairəsi adlanan yerin yaxınlığında hərəkətdə olarkən saxlanılmışdır. “Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında saxladıqdan sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq özlərini təqdim edərək, gəlişlərinin səbəbini izah edirlər. Bu zaman avtomobilin sürücüsünün X1, sərnişinin isə ətrafında əməliyyat-axtarış tədbirləri keçirilən Təqsirləndirilən şəxs olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən paltarlarında, əşyalarında olan predmetləri təqdim etməsi bildirdi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və psixotrop maddə olmamasını, lakin avtomobildə olan özünə məxsus əl çantasında bir ədəd metadon həbinin olmasını bildirdi. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Polis şöbəsində müdafiəçisi və bir nəfər qadının iştirakı ilə baxış keçiriləcəyi izah olundu. Bundan sonra Şahid1 tərəfindən avtomobilin sürücüsü Tural Mustafayevə təklif olundu ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etsin. Tural Mustafayev üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirdi. Tural Mustafayevin üzəri əməliyyyat müvəkkili Şahid2 tərəfindən yoxlanıldı. X8 üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilmədi. Bundan sonra Tural Mustafayevə məxsus “Toyota Prius” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrilməyə başlanıldı. RPŞ-nin NMQ-nin baş əməliyyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobildə olduğunu bildirdiyi tərkibində narkotik vasitə olan metadon həbini təqdim etməsini təklif edildi. Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağının üzərində olan bir ədəd əl çantasının içərisindən bir ədəd üzərində F/M-40 yazılmış metadona bənzər həbi təqdim etdi. Metadon həbi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürüldü. Avtomobildən iki ədəd mobil telefon aşkar edildi, bundan başqa qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilmədi. Həmin vaxt əməliyyat-axtarış tədbirində Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, RPŞ-nin KMQ-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı X5, RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X3 iştirak etmişdir. Cinayət İşinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/3163 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün № 61 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs məxsus çantadan aşkar edilmiş bir ədəd dərman həbi” yazısı və imzalar olan zərfdəki, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb narkotik maddə olan metadon tərkibli həbdir və 1 (bir) ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən). 1 ədəd həbdən həbin ½ hissəsi tədqiqata sərf edildi, qalıq: ½ hissəsi İşdə olan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik maddə olan bir ədəd metadon həbinin tədqiqatdan sonrakı ½ hissədə qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmalarından ötrü Biləsuvar rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 513 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində 2 (iki) azyaşlı uşaqlarının (xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X9) olması, əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 24 sentyabr 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2025-ci il tarixdə saat 08:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 sentyabr 2025-ci il tarixdə saat 16:20-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq X2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 114 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 513 nömrəli rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan metadon təsiredici maddəsinin ½ hissədə qalığı məhv edilməlidir. Eləcə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 sentyabr 2025-ci il tarixdən 25 sentyabr 2025-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 114 (yüz on dörd) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi ½ hissə olan metadon həb məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar