Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-126/2025 03.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi, xx xxxx 1985-ci ildə Siyəzən rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Siyəzən şəhəri, F.Bayramov küçəsi, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ev 42-də qeydiyyatda olmaqla Xızı rayonu, İstalçay kəndi, hərbi şəhərcikdə yaşayan, barəsində 11 oktyabr 2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və metadon həbini əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni, 440,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Xızı rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyun 2025-ci il tarixdə saat 13:15 dəqiqədə Xızı rayonu, Sitalçay hərbi şəhərciyin ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərinə yoxlama keçirilərkən əlində saxladığı polietilen torbada təmiz çəkisi 440,0 qram olan xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan 1 ədəd metadon həbini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 01 avqust 2025-ci il tarixdə saat 19:24 dəqiqədə Ələt- Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində “Mercedes Vita” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman saxlanılaraq orada üzərinə yoxlama keçirilərkən əynindəki şalvarının sağ yan cibliyindən üzərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən xeyli miqdarda narkotik vasitə olan 1 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla ilk məhkəmə iclasında özünü təqsirli bilməsə də, sonrakı məhkəmə iclaslarında özünü təqsirli bilərək vermiş olduğu ifadəsində göstərmişdir ki, 10 iyun 2025-ci il tarixdə saat 18 radələrində Xızı rayonu, Sitalçay Hərbi şəhərciyi yaxınlığında işdən yaşadığı evə gedərkən yolun kənarında politelin torba diqqətini cəlb etmişdir. Torbanın içərisində yaşıl rəngdə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Həmin torbadakı qurudulmuş marixuananı gələcəkdə istifadə etmək üçün yaşadığı evə aparmışdır. 13 iyun 2025-ci il tarixdə günorta vaxtı narkotik vasitəni istifadə etmək, həm etibarlı bir yerdə gizlətmək, həm də yaşadığı evdə valideynlərinin əlinə keçməməsi üçün Xızı rayonu, Sitalçay Hərbi şəhərciyində yaşadığı evdən çıxıb kənd ərazisində heç kəsin görə bilməyəcəyi yer axtarmağa başlamışdır. Kəndin içərisində piyada hərkətdə olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Bir ədəd içərisində narkotik vasitə olan sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzəri polis əməkdaşları tərəfindən yoxlanılmışdır. Sonra polis əməkdaşları onu Xızı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq məqsədi olmamışdır. Onu şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. 28 iyul 2025-ci il tarixdə Hacı Zeynalabddin qəsəbəsində yaşayan bacısıgilə getmişdir. 29 iyul 2025-ci il tarixdə Hacı Zeynalabddin qəsəbəsində küçədə hərəkətdə olarkən küçə səkisinin kənarında olan divara sellofan keçirildiyini görmüşdür. O həmin sellofanı oradan çıxarıb baxdıqda içərisində bir ədəd “M40” yazılmış həb görmüşdür. Həmin həbdən əvvəllər istifadə etdiyi və ağrılarını sakitləşdirdiyi üçün cibinə qoymaq qərarına gəlmişdir. 01 avqust 2025-ci il tarixdə Sumqayıt şəhərində yaşayan əmisi oğlu X3 “Whatsapp” proqramı vasitəsi ilə ona zəng edərək Masallı rayonunda yaşayan dostunun ona qonaqlıq verəcəyini, birlikdə Masallı rayonuna getmələrini təklif etmişdir. Nüsrət Qafarovla razılaşmışdır. Nüsrət ona Sumqayıt şəhərində “bazarın yanı” deyilən yerə gəlməsini bildirmişdir. O bundan sonra həmin yerə gedərək Nüsrətlə görüşmüşdür. Həmin vaxt orada “Mercedes Vito” markalı taksi olmuş, Nüsrət həmin taksi ilə qiymətdə razılaşmasını, Masallı rayonuna onları aparacağını bildirmişdir. O, taksiyə əyləşmişdir. Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində hərəkətdə olduqları zaman Yol Patrul Xidməti avtomobili saxla işarəsi vermişdir. Həmin vaxt polis əməkdaşları avtomobilə yaxınlaşıb Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet gəzdirmələri şübhəsini izah edərək onları saxlamışlar. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibliyindən bir ədəd metadon həbini çıxardaraq təqdim etmişdir. Daha sonra onları Biləsuvar Rayon Polis Şöbəsininə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 01 avqust 2025-ci tarixdə tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilərkən saat 19:24-də X1 içərisində olması ehtimal olunan “Mercedes Vita” markalı 99- RN-786 dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandah kəndindən keçən hissəsində hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları tərəfindən “Mercedes Vita” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Bu zaman avtomobilin sürücüsünün X4, sərnişinlərin isə ətrafında əməliyyat- axtarış tədbirləri keçirdiyimiz X3 və Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Bundan sonra Tərlan Qafaraova üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs da əynindəki şalvarın sağ yan cibliyindən bir ədəd metadon həbini çıxardaraq təqdim etmişdir. Həmin həb bir ədəd zərfə qoyularaq qablaşdırıldı, möhürləndikdən sonra götürüldü. Şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xızı rayon Sitalçay Hərbi şəhərciyinmdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə 13 iyun 2025-ci il tarixdə cinayət axtarış bölməsinə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 13:15 radələrində Xızı rayonu Sitalçay Hərbi şəhərcikdə yaşayan Təqsirləndirilən şəxs görərək sonuncuya yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə CAB-na əməliyyat məlumatının daxil olduğunu, üzərində yoxlama aparılacağını izah etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı üzərindən bir ədəd polietilen torba aşkar edilmişdir. Həmin torba açılmış, torbanın içərisində yaşıl rəngli narkotikl vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, üç gün əvvəl Sitalçay hərbi şəhərciyi ərazisində işdən evə gedərkən yol kənarından tapdığını, üzərindən istifadə etmədiyini, bu narkotik vasitədən heç kimə pay vermədiyini, satmadığını bildirmişdir. Daha sonra sıfırlanmış elektro tərəzi gətirilərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlə polis şöbəsinə gətirilmişdir. Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid4 ifadə verərək mahiyyəti üzrə Şahid3 ifadəsini təsdiq etmişdir. Məhkəmənin 03 fevral 2026-cı il iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsi barədə vəsatətə etiraz etmədiyini bildirərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşdüyünü qeyd edərək, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: “Əməliyyat axtarış tədbirinin gedişatının rəsmləşdirilməsi, saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında 13 iyun 2025-ci il tarixdə, saat 13:20 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncunun üzərinə Xızı rayonu Sitalçay Hərbi şəhərciyinin yaxınlığında üzəri yoxlanılmışdır. Təqsirləndirilən şəxs Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 13:15-də saxlanılmış, videoçəkiliş 13:20-də başlanılmışdır. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili tərəfindən üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əlindəki sellofan torbanı polis əməkdaşlarına təqdim edir. Təqdim edilmiş sellofan torba polis əməkdaşları tərəfindən açıldıqda içərisində şəffaf rəngli sellofanda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunur. Şəffaf rəngli sellofanda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkildikdə çəkisinin 450 qram olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzəri əməliyyat müvəkkili tərəfindən yoxlanıldı. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin içəri cibindən bir ədəd “Prima” markalı siqaret qutusu, gödəkçənin sağ yan cibindən bir ədəd “keno” markalı siqaret qutusu və bir ədəd alışqan, əynindəki cins şalvarın sol arxa cibindən bir manatlıq pul əskinasları aşkar edildi. Həmin əşyalar Təqsirləndirilən şəxs geri qaytarıldı. Bundan sonra Tərlan Qafaron əlindəki sellofan torbada olan qurudulmuş marixuana qablaşdırılaraq götürüldü. (cild1, i.v.157-158) “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 01 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmazdan əvvəl ona və digər iştirakçılara hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibinin üstündəki gizli cibindən bir ədəd həb təqdim edərək metadon olduğunu bildirmiş, əlavə üzrəində başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmeti olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd metadon həbi qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üstü yaxlanılmış, yoxlama zamanı üzərindən əlavə olaraq iş üzrə əhəmiyyəətə malik ola bilcək əşya predmeti aşkar edilməmiş, əlavə olaraq Təqsirləndirilən şəxs narkotik vasitə metadonu Sumqayıt şəhəri, ərazisindən yerdən tapdığını və şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını bildirmişdir. (cild1, i.v.12-13) “Şübhəli şəxsin tutulması haqqında" 13 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40 dəqiqədən hesablanmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v.164-165) “Şübhəli şəxsin tutulması haqqında" 01 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:24 dəqiqədən hesablanmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v.50) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2025-ci il tarixli 6/2642 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Zərflər üçün №61 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd metadon həbinə bənzər (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb narkotik maddə olan metadon tərkibli həbdir və l(bir) ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən). Qeyd: 1 ədəd həbdən ½ həbin hissəsi tədqiqata sərf edildi, qalıq: ½ həbin hissəsi. (cild 1, i.v.74-75) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2025-ci il tarixli 20/485 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan 01 (bir) ədəd sintetik parça bağlamadakı eyni sözlər yazılmış 01 (bir) ədəd politelin torbada təmiz çəkisi 440 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi təmiz çəkisi – 440 qram, tədqiqata sərf edildi, 0,2 qram, qalıq: 439,8 qram. (cild 1, i.v.191-193) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi” barədə 03 avqust 2025-ci il tarixli qərardan görünür ki, Biləsuvar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Nicat İbayev tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Biləsuvar Rayon Polis Şöbəsinin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır.(cild 1, i.v.111-112) “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbirinin seçilməsi qərara alınmışdır.(cild 2, i.v.1-2) “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbirinin seçilməsi qərara alınmışdır.(cild 1, i.v.113-114) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 17 iyun 2025-ci il və 17 sentyabr 2025-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 22 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 oktyabr 2024-cü il tarixdə Salyan Rayon məhkəməsinin qərarı ilə 02 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, 19 dekabr 2024-cü ildə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmişdir. (cild 2, i.v. 6-7, i.v.58-59) Ambulator məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2025-ci il tarixli 4097 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan ashhq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhər ND-də (Fllx2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (cild 2, i.v.31) Ambulator məhkəmə-narkoloji ekspertizasının 21 avqust 2025-ci il tarixli 469 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların və opiodlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (cild 2, i.v.57) “Sübutların qiymətləndirilməsi haqqında” 09 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Bölməsinin 14 iyun 2025-ci il tarixli 20/485, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsinin 10 iyul 2025-ci il tarixli 4097, Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının 21 avqust 2025-ci il tarixli 469 nömrəli rəyləri, eləcə də, işdə olan digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, ilkin təhqiqat sənədlərində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi -450,0 qram göstərilsə də, məhkəmə bioloji ekspertizasının rəyi ilə həmin narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin dəqiqləşdirilərək - 440,0 qram olmasının nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdə aşkar edilərək götürülmüş 440,0 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 439,8 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs 01 avqust 2025-ci il tarixdə aşkar edilərək götürülmüş narkotik maddə olan bir ədəd metadon həbinin tədqiqatdan sonrakı 1/2 hissədə qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmalarından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması, iş üzrə 13 iyun 2025-ci il tarixdə əməliyyataxtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin yoxlanılması zamanı “Xiomi Poco F5” markalı mobil telefonla çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması, iş üzrə 01 avqust 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin yoxlanılması və avtomobilə baxış keçirilməsi zamanı “Samsung A32” markalı mobil telefonla çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs əməli narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən şəxs kimi hesab edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığı üçün həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. (i.v.98-108) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar; 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur; 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində Təqsirləndirilən şəxs himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı var. Yuxarıda qeyd olunan amnistiya qərarının 1.16-cı və 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli (CPM-175), iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi - 439,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və ½ hissə metodon həbi məhv edilməli (CPM-132), iş üzrə ekspertiza xərci qismində 177 (yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı (CPM-197.1,198.1), Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 177 (yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar Rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi - 439,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və ½ hissə metodon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-126/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-126/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver