Məhkəmə qərarları › İş №1(022)-127/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-127/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-127/2024 17.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 22 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilib, məhkumluğu ödənilməmiş, Bərdə şəhəri, Vaqif küçəsi, ev 62-də yaşayan, Biləsuvar Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, qanunsuz olaraq odlu silahı əldə edib daşıyaraq saxlamış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq yivli odlu silah hesab olunan 01 ədəd zavodu üsulu ilə keçmiş SSR dövlətində 1976-ci ildə istehsal olunmuş kalaşnikov konstruksiyalı, AKS-74 modelli, 5.45 mm kalibrli, 725878 nömrəli, texniki cəhətdən saz və atəşə yararlı avtomatı əldə edib daşıyaraq, üzərində saxlayaraq gəzdirmiş 08 aprel 2024-cü il tarixdə saat 01:20 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində quraşdırılmış işıqforun yaxınlığında “Daewoo Nexia" markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman daxil olmuş məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və orada şəxsi axtarış keçirilərkən sol çiynində asılmış yaşıl rəngli idman çantasından yivli odlu silah hesab olunan, zavodu üsulu ilə keçmiş SSR dövlətində 1976-ci ildə istehsal olunmuş, kalaşnikov konstruksiyalı, AKS-74 modelli, 5,45 mm kalibrli, 725878 nömrəli, texniki cəhətdən saz və atəşə yararlı avtomat aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, 27 iyul 2009-cü il tarixli Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 04 il azadlıqdan məhrum edilmiş, 31 iyul 2014-cü il tarixli Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 05 il azadlıqdan məhrum edilmiş, 18 avqust 2022-ci il tarixli Bərdə Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 09 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, 22 may 2023-cü il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. Nikahda olmamış, Bakı şəhərində ev ustası işləyir və ailəsini dolandırır, lakin ailə üzvləri Bərdə şəhərində yaşayır. 07 aprel 2024-cü il Biləsuvar şəhərindən İmişli rayonu istiqamətində olan girişində yerləşən qırmızı rəngli adını bilmədiyi yanacaq doldurma məntəqəsinin yaxınlığında bir ədəd üzərində taksi sözü yazılmış “Daewoo Nexia" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və sürücüdən onu Bakı şəhərinə getmək üçün dayanmış taksilərin yanına aparmasını xahiş etmişdir. Həmin vaxt artıq gecə saat 01 radələri olmuşdur. Onlar bir neçə metr getdikdən sonra polis əməkdaşları sürücüyə saxla işarəsi vermişlər və sürücü də avtomobili saxlamışdır. Daha sonra polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim edib gəlişlərinin səbəbini izah edib onları qanunsuz odlu silahın saxlanması və daşınılmasında şübhəli kimi saxlayıb, avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün Müdafiəçi vəkil kimi dəvət olunmuşdur. Vəkil dəvət edilməzdən əvvəl polis şöbəsində xidməti otaqlardan birində ona Şahid1 tərəfindən avtomat silah verilməklə təziqlər edilərək özünü Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilməsi israr edilmişdir. Baş verən təziqlər nəticəsində əməlin onun tərəfindən törədilməsinin etiraf etməsinə nail olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoymasını təklif etmiş, o da bundan əvvəl qeyd etdiyi təziqlərdən çəkinərək, çəkilişdən əvvəl ona verilmiş yaşıl rəngli idman çantasını təqdim edərək içərisində kalaşnikov avtomatı olmasını bildirmişdir. Həmin kalaşnikov avtomatı çantanın içərisindən aşkar edilərək, qablaşdırılıb götürülmüşdür. Bundan sonra onun, müdafiəçisi Müdafiəçi, sürücü X4 və müdafəçisi X9 və digər polis əməkdaşlarının iştirakı ilə Zöhrab Əlizadənin idarə "Daewoo Nexia" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobildə heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır Həmin AKS-74 markalı avtomatdan istifadə etməmişdir. X5 Biləsuvar şəhərində idarə etdiyi avtomobilə əyləşən zaman görmüş və adının Zöhrab olmasını polis şöbəsində öyrənmişdir. Məhkəmə istintintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Biləsuvar rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və qanunsuz odlu silahı əldə etməsi saxlama və daşıması barədə 07 aprel 2024-cü il tarixdə ona etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat- axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Biləsuvar rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 rayon polis şöbəsinin PPXB-nün polis nəfəri, polis baş serjantı X6 və rayon polis şöbəsinin dövlət yol polis bölməsinin, yol patrul xidmətinin inspektoru, polis baş serjantı X3 da tərkibində olduğu əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və qanunsuz odlu silahın əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 08 aprel 2024-cü il tarixdə saat 01:20 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, X8 birlikdə sonuncunun idarə etdiyi "Daewoo Nexia” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə Biləsuvar şəhəri Heydər Əliyev küçəsində yerləşən “İşıqfor” adlanan yerdə saxlanılaraq rayon polis şöbəsinə gəlirmişlər. Toplanmış materialın icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçı Mahsun Kərimova həvalə edilmişdir. Həmin andan rayon polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, sonuncuya vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs da vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Bundan sonra Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin vi ideoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddələr, odlu silah və yaxud qanunla qadağan olunmuş hər hansı əşya, predmet varsa könüllü olaraq təqdim elməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sol çiynində olan yaşıl rəngli idman çantasını təqdim edərək həmin çantanın içərisində 1 (bir) ədəd “Kalaşnikov” avtomatı olmasını, həmin çantanı 07 aprel 2024-cü il tarixdə Bərdə şəhəri ərazisində “Pryez” adlanan ərazidə yerdən tapmasını, içərisində avtomat olduğunu gördükdən sonra satmaq məqsədilə Bakı şəhərinə aparmaq istəməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Kalaşnikov” avtomatına bənzər predmet 1 (bir) ədəd bağlamaya qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənərək və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Qablaşdırılmış bağlamanın üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da imza etmişdir. Baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra X7 da müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Zöhrab Əlizadə vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X14 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Fədai Quliyev dəvət edilmişdir. X7 müdafiəçi X14 ilə təmin olunmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X4 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla X8 müdafiəçisi Fədai Quliyevin iştirakı ilə tanış olaraq imzalamışdır. Daha sonra Zöhrab Əlizadənin müdafiəçisi Fədai Quliyevin, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və onların iştirakı ilə Zöhrab Əlizadənin idarə etdiyi "Daewoo Nexia” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. 07 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və qanunsuz odlu silahı əldə etməsi, saxlaması və daşıması barədə ona etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, buna görə də Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, sadəcə olaraq bir ədəd odlu silah hesab olunan 01 ədəd zavodu üsulu ilə keçmiş SSR dövlətində 1976-ci ildə istehsal olunmuş kalaşnikov konstruksiyalı, AKS-74 modelli, 5,45 mm kalibrli, 725878 nömrəli, yivli, texniki cəhətdən saz və atəşə yararlı avtomat aşkar olunaraq, götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış keçirilməsi haqqında” 08 aprel 2024-cü il tarixli protokolda görünür ki, qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və odlu silah əldə elmə, saxlama və daşımada şübhəli şəxs olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr. psixotrop maddələr, odlu silah və yaxud qanunla qadağan olunmuş hər hansı əşya, predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sol çiynində olan yaşıl rəngli idman çantasını təqdim edərək həmin çantanın içərisində 1 (bir) ədəd "Kalaşnikov ” avtomatı olmasını, həmin çantanı 07 aprel 2024-cü il tarixdə Bərdə şəhəri ərazisində “Pryez” adlanan ərazidə yerdən tapmasını, içərisində avtomat olduğunu gördükdən sonra satmaq məqsədilə Bakı şəhərinə aparmaq istəməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş İ (bir) ədəd “Kalaşnikov ” avtomatına bənzər predmet 1 (bir) ədəd bağlamaya qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənərək və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış video görüntü bir ədəd CD diskinə köçürülərək cinayət işinə əlavə olunmuşdur. (i.v. 34-35) Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmışdır. (i.v.35) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə ballistik ekspertizasının 08 aprel 2024-cü il tarixli 24/752 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 725878 nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavodu üsulu ilə keçmiş SSR dövlətində 1976-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS- 74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. (i.v. 72-76) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X12 Yoxlamanın 15 aprel 2024-cü il tarixli 353 nömrəli rəyindən görünür ki, X10 OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Bu nəzərə alınmalıdır. (i.v. 152) nıraltubüS“ qiymətləndirilməsi haqqında” 09 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, şəxsi axtarış protokolu, diskə baxış potokolu, məhkəmə ballistik ekspertizasının 08 aprel 2024cü il tarixli rəyi, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd 725878 nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavodu üsulu ilə keçmiş SSR dövlətində 1976-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomat cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması və cinayət işi materiallarında saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin qeyd hisəsinin tətbiq edilməsi qərara alınmışdır. (i.v.166-173) iləhbüŞ“ şəxsin tutulması haqqında” 08 aprel 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdə, saat 01:50-dən tutulmuş hesab edilmişdir. (i.v.24) “Həbs qətimkan tədbirinin seçilməsi haqqında” Biləsuvar Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 08 aprel 2024-cü il tarixdən 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.116-117) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən daxil olmuş 20 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2009-cu il tarixli Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 31 iyul 2014-cü il tarixli Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 18 fevral 2022-ci il tarixli Bərdə Rayon Məhkəməsinin hökmünə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 09 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 22 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilib, məhkumluğu ödənilməmişdir. (i.v. 130-132) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının tələblərini nəzərə alır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilsə də, məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, zəruri sübutların təqdim edilməsi üçün ona vaxt verilməsini xahiş etsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsindən əlavə, şahid ifadəsi, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə, aşkar edilmiş silahın ona polis əməkdaşı tərəfindən verilməsini bildirməsini məhkəmə cinayət məsuliyyətindən boyun qaçırması kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir; Yuxarıda göstərilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunduğu sonuncu cinayət üzrə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs olaraq yenidən qəsdən cinayətin törədilməsi onun əməlində cinayətin residivini yaradır Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən) onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 228.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, törətdiyi əməldə cinayətin residivin olduğunu nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 08 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə maddi sübut, Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı olan, silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən, 1976-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS- 74 modelli avtomat silahı müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X2 məcburi-narkoloji tibbi yoxlamanın 15 aprel 2024-cü il tarixli 353 nömrəli rəyinə və Cinayət Məcəlləsinin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Polinarkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut, Biləsuvar Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı olan, silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən, 1976-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS- 74 modelli avtomat silahı müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs Polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar