Məhkəmə qərarları › İş №1(022)-127/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-127/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-127/2025 03.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X12 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Elsəvər oğlunun, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2007-ci il tarixdə doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır barəsində 31 avqust 2025-ci il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 180.2.4 və 221.2.1-ci maddələri ilə, xx xxxx 2001-ci il tarixdə doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır barəsində 31 avqust 2025-ci il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində irəli sürülmüş ittihama əsasən o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurmuş, insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakının açıq talayaraq soyğunçuluq etmiş və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 29 avqust 2025-ci il tarixdə saat 20:30 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində, fərdi yaşayış evlərinin yaxınlığında Biləsuvar rayon, Xırmandalı kənd sakini Zərərçəkmiş şəxs Elsəvər oğlunu küçədə görüb sonuncunun az yaşlı əmisi qızı X7 ilə sevgili münasibətinin olmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib başı ilə sonuncunun burun nahiyəsinə bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs Elsəvər oğluna burun sümüyün yerini dəyişmiş sınıqları, burun nahiyəsində şişkinlik və qançırı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vuraraq tamah niyyəti ilə sonuncunun əlində olan 782 (yeddi yüz səksən iki) manat dəyərində “REDMİ NOT-14 PRO” markalı mobil telefonu götürüb, Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talayaraq Zərərçəkmiş şəxs Elsəvər oğluna həmin məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etdikdən sonra həmin gün saat 21 radələrində ictimai yerdə tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olub bir qrup şəxs tərəfindən cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək digər şəxslərin olduğu yerdə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib, cəmiyyətə açıqca hörmətsizlik edərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib orada olan digər şəxslərin gözü qarşısında yumruqla vuraraq sol qulaq seyvanın hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid və alt dodağın selikli qişasında qansızma ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, sonuncun üzərində olan 50 (əlli) manat dəyərində şalvarını çıxardıb məhv etmiş, o isə Zərərçəkmiş şəxs üzərinə zor tətbiq edərək yumruqla vurub yerə yıxaraq sol gözyuvası ətrafında və sol bazu nahiyəsində qançır, boyun, hər iki kürək və sol çiyin qurşağı nahiyəsində sıyrıqlar ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, üzərində olan 30 (otuz) manat dəyərində köynəyini zədələyib məhv etdikdən sonra baş nahiyəsinə sidiyini ifraz etməklə həmin qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 öz hərəkətləri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 180.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində irəli sürülmüş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 29 avqust 2025-ci il tarixdə saat 21 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində, fərdi yaşayış evlərinin yaxınlığında ictimai yerdə Biləsuvar rayon, Xırmandalı kənd sakini Zərərçəkmiş şəxs Elsəvər oğlunun, dayısı qızı X7 ilə sevgili münasibətinin olmasını bəhanə edərək tanışı Təqsirləndirilən şəxs1 ilə əlbir olub bir qrup şəxs tərəfindən cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək digər şəxslərin olduğu yerdə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib, cəmiyyətə açıqca hörmətsizlik edərək sonuncun üzərində zor tətbiq edib orada olan digər şəxslərin gözü qarşısında yumruqla vuraraq sol qulaq seyvanın hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aid və alt dodağın selikli qişasında qansızma ilə nəticələnən sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, sonuncun üzərində olan 50 (əlli) manat dəyərində şalvarını çıxardıb məhv etmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs üzərinə zor tətbiq edərək yumruqla vurub yerə yıxaraq sol gözyuvası ətrafında və sol bazu nahiyəsində qançır, boyun, hər iki kürək və sol çiyin qurşağı nahiyəsində sıyrıqlar ilə nəticələnən sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, üzərində olan 30 (otuz) manat dəyərində köynəyini zədələyib məhv etdikdən sonra baş nahiyəsinə sidiyini ifraz etməklə həmin qərəzli hərəkətlərlə xuliqanhq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 öz hərəkətləri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilisə də, Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X7 onun əmisi qızıdır və bacı-qardaş münasibətindədir. 29 avqust 2025-ci ildə saat 20 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində olan çay evində onunla birlikdə kənd sakinləri X21 və Şahid3 olmuşdur. Həmin vaxt Vüsal Abbaslı onlara “gedək birlikdə evimizə baxım” sözlərini demişdir. Onlar üçü birlikdə Vüsal Abbaslının yaşadığı evə getmişlər və evə baxdıqdan sonra geri qayıtmışlar. Onlar geri qayıdan zaman küçələrin birləşməsində iki nəfər tanımadığı şəxsin dayanmasını görmüşlər. Bu zaman Vüsal Abbaslı həmin şəxslərə yaxınlaşmış və nə üçün burada dayanmalarını soruşmuşdur. Daha sonra adını bildiyi Şahid1 qohum evinə gəldiklərini demişdir. Vüsal Abbaslı da qohumunun evinin harada yerləşməsini və kim olmasını soruşmuşdur. Həmin şəxslər də Vüsalın suallarına cavab verə bilməmişlər. Daha sonra adını bildiyi Hüseyn adlı şəxs küçəyə Nuranə adlı qızla görüşmək üçün gəldiyini demişdir. Həmin küçədə bir nəfər Nuranə adlı qız var, o da onun əmisi qızıdır. O da Hüseynin bu sözündən əsəbləşmış və başı ilə bir dəfə burun nahiyəsindən zərbə vurmuşdur. Bundan sonra yanında olan Şahid3 onu tutmuş və Hüseyni döyməyinin qarşısını almışdır. O, Vüsal Abbaslıdan qohumu Təqsirləndirilən şəxs2 zəng vurub çağırmasını istəmişdir. Daha sonra Hüseynin əlində mobil telefonu almış və telefonun kodunu açmasını tələb etmiş, Hüseyn də telefonun giriş kodunu açmışdır. Həmin vaxt onun telefonunun enenrjisi olmadığına görə sönmüş, buna görə də X14 telefonunda olan Nuranənin fotoşəkillərini öz telefonun göndərməsini tələb etmişdir. Vüsal Abbaslı da Nuranənin fotoşəkillərini öz telefonuna göndərmişdir. Bundan sonra telefonu ona qaytarmışdır. O da telefonu əynində olan şalvarının cibinə qoymuşdur. Təxminən 15 dəqiqə sonra Təqsirləndirilən şəxs2 velosipedlə onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs2 hadisə barədə məlumat vermişdir. Buna görə də Təqsirləndirilən şəxs2 Hüseynin sifət və baş nahiyəsində 3-4 dəfə şillə zərbəsi vuraraq döymüşdür. Daha sonra Elmdarla o, Zərərçəkmiş şəxs əynində olan köynəyini o, cırıb çıxartmış, Elmdar da Hüseynin şalvarını çıxartmışdır. Bundan sonra onlar Hüseyni Ələt-Astara yolunun Biləsuvar rayon Xırmandalı kəndindən keçən hissəsinə, fərdi yaşayış evlərinin yaxınlığına aparmışlar. Həmin vaxt Kənan, Vüsal və Qismətəli onların arxasınca gəlmişlər. Gəldikləri yerdə Elmdar bir dəfə Hüseynin sifət nahiyəsindən yumruq zərbəsi vurmuş, zərbə nəticəsində Hüseyn yerə yıxılmışdır. Elmdar Hüseyni yerdən qaldırmış və daha sonra o, Hüseynin bel nahiyəsindən tutaraq qaldırıb yerə çırpmışdır. Həmin vaxt spirtli içkinin təsiri altında olduğuna və əsəbi olduğuna görə cinsiyyət orqanını çıxarıb öz sidiyini Hüseynin başına ifraz etmişdir. Bundan sonra onlar Hüseyndən kənd içərisində qaçmağını tələb etmişlər. Hüseyn onlardan qaçaraq uzaqlaşmaq istəmiş, onlar da Hüseyni təqib edirmişlər. Daha sonra onlar kənddə yerləşən çay evinə getmişlər və bir qədər sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Bir müddət sonra polis əməkdaşları gələrək onları Təqsirləndirilən şəxs2 evindən götürmüşlər və polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılan zaman üzərində olan Zərərçəkmiş şəxs mobil telefonunu polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, X7 ilə Zərərçəkmiş şəxs Elsəvər oğlunun sevgili olmasını hadisə vaxtı Hüseyndən öyrənmiş, Zərərçəkmiş şəxs ilk dəfə gördüyü yerdə bir dəfə başı ilə burun nahiyəsinə zərbə vurmuş, daha sonra iki dəfə yumruqla sifət nahiyəsinə zərbə vurmuş və həmçinin sonuncu yerdə Hüseynin bel nahiyəsindən tutaraq yerə çırpıb xəsarətlər yetirmiş, hadisə zamanı Vüsal Abbaslı, Şahid3 və Şahid1 heç bir hərəkət etməmiş, sadəcə olaraq kənarda durub baxmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs telefonu almaqda məqsədi Nuranə Məlikli ilə olan mesajlarına baxması olmuş, daha sonrakı hadisələr nəticəsində, eləcə də içki qəbul etdiyi üçün telefonu Zərərçəkmiş şəxs qaytarmaq ağlına gəlməmiş, polis şöbəsinə aparılan zaman üzərində olan Zərərçəkmiş şəxs mobil telefonunu polis əməkdaşlarına dərhal təhvil vermişdir. Hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs burnunu sındırmış, döymüş, paltarlarını cırmış və üzərinə sidiyini ifraz etmiş, lakin Hüseyndən telefonu alan zaman niyyəti ələ keçirmək olmamışdır. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, 29 avqust 2025-ci ildə saat 20 radələrində işlədiyi yerdə olan zaman Vüsal Abbaslı zəng vurmuş və iki nəfər cavan oğlanın küçəyə dayısı qızı Nuranə Məliklinin arxasınca gəlməsini deyərək onu həmin yerə dəvət etmişdir. O da iş yerindən velosipedlə Vüsal Abbaslının dediyi yerə getmişdir. Hadisə yerinə çatan zaman orada iki nəfər tanımadığı şəxsin, qohumu Təqsirləndirilən şəxs1, kənd sakinləri Vüsal Abbaslının və Şahid3 olmasını görmüşdür. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus olan mobil telefonda dayısı qızı Nuranə Məlikliyə məxsus fotoşəkilləri göstərmiş, həmin şəkillər qeyri etik olmamışdır. O Hüseynin sifət və qulaq nahiyəsindən iki dəfə şillə zərbəsi vurmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs əynində olan şalvarı o, çıxartmış, Təqsirləndirilən şəxs1 də köynəyini cırıb çıxartmışdır. Şahid1, Vüsal Abbaslı və Şahid3 onların arxasınca gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 Hüseyni bel nahiyəsindən tutaraq qaldırıb yerə çırpmışdır. O da Hüseyn yerdə olan zaman danışdırıb Nuranə ilə nə vaxtdan münasibətinin olmasını öyrənmək üçün söhbət edərkən Təqsirləndirilən şəxs1 Hüseynin baş nahiyəsinə sidiyini ifraz etmişdir. Bundan sonra onlar Hüseyndən kənd içərisində qaçmağını tələb etmişlər. Zərərçəkmiş şəxs qaçaraq uzaqlaşmaq istəmiş, onlar da təqib etməyə başlamışlar. Daha sonra onlar kənddə yerləşən çay evinə və bir qədər sonra onun yaşadığı evə getmişlər. Bir müddət sonra polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Hadisə Biləsuvar rayonu, Xırmandalı kəndinin içərisindən torpaq yolda baş vermiş, ümumi hadisə təxminən 40 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onun yanında Zərərçəkmiş şəxs bel nahiyəsindən tutaraq qaldırıb yerə çırpmış, hadisə zamanı Vüsal Abbaslı, Şahid3 və Şahid1 heç bir hərəkət etməyərək kənardan baxmışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus olan mobil telefonu əlindən alan zaman hadisə yerində olmamış, polis şöbəsində olan zaman telefonun Hüseyndən Vüsal tərəfindən alınmasını bilmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 6-7 ay bundan əvvəl “Tik-tok” sosial şəbəkəsində istifadə etdiyi profilinə həmkəndlisi Nuranə adlı qız mesaj yazaraq tanış olmaq istədiyini bildirmişdir. Həmin vaxtdan o, Nuranə Məlikli ilə tanış olmuşdur. Daha sonra onlar bir-birilərin mobil nömrələrini verərək “whatssap” sosial şəbəkəsində danışmağa başlamışlar. 29 avqust 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman Nuranə mesaj yazaraq onu görmək istədiyini deyib, yaşadığı evin yaxınlığına dəvət etmişdir. O da əmisioğlu Şahid1 zəng edərək onunla birlikdə həmin yerə getməsini xahiş etmişdir. Təxminən saat 20 radələrində Kənanla Nuranənin yaşadığı evin yaxınlığıda olan küçələrin kəsişməsinə getmişdir. O, Nuranənin yaşadığı evin hansı olmasını dəqiq bilməmişdir. Həmin vaxt onlara əvvəlcədən tanımadığı üç nəfər şəxs yaxınlaşmışdır. O daha sonra həmin şəxsin birinin Vüsal Abbaslı, ikincisinin Təqsirləndirilən şəxs1 və digərinin isə Şahid3 olmasını bilmişdir. Həmin vaxt Vüsal Abbaslı ondan nə üçün küçədə dayanmalarını soruşmuş, o da Vüsal Abbaslıya qohum evinə gəldiyini demişdir. Bundan sonra onlar oradan uzaqlaşmaq istəyən zaman yenidən həmin şəxslər onu çağırmışlar və qohumunun kim olmasını Vüsal Abbaslı soruşmuşdur. O da həmin şəxslərə qohum adı verə bilməmişdir. Buna görə də həmin şəxslər ona “əgər qıza görə gəlmisinizsə deyin, sizə heçnə etməyəcəyik” sözlərini demişlər. O da bu sözdən sonra küçəyə Nuranə adlı qızı görmək üçün gəlməyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona yaxınlaşmış və başı ilə burun nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Zərbə nəticəsində burun nahiyəsindən qan gəlməyə başlamış, başı gicəllənmiş və burnunun sınmasını hiss etmişdir. Bundan sonra orada olan şəxslər Vüsalı tutub saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs1, X26 adlı şəxsə zəng edərək hadisə yerinə dəvət etməsini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun əlindən özünə məxsus olan markalı mobil telefonu almış və ekran girişinin kodunu tələb etmişdir. O da telefonun giriş şifrəsini açaraq Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 onun telefonunun “whatssap” proqramına daxil olaraq Nuranə ilə mesajlarına baxmış və fotoşəkilləri görmüşdür. Bundan sonra Vüsal Abbaslıdan onun telefonunda olan Nuranəyə məxsus fotoşəkilləri öz telefonuna göndərməsini tələb etmişdir. Təqsirləndirilən şəxs1 telefonda şəkilləri gördükdən sonra bir dəfə yumruqla sifət nahiyəsindən zərbə vurmuşdur. Təqsirləndirilən şəxs2 onların yanına gələndən sonra dərhal ona yaxınlaşmış, sifət və qulaq nahiyəsindən 3-4 dəfə şillə zərbəsi vuraraq onu döymüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 onun qollarından tutaraq yaxınlıqda olan yaşayış olmayan evin yanına aparmışlar. Yolda olan zaman Təqsirləndirilən şəxs1 onun sifətindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Evin yanında olan zaman Təqsirləndirilən şəxs2 onun əynindəki şalvarı və tumanı zor tətbiq edərək çıxartmış, Təqsirləndirilən şəxs1 də əynindəki köynəyi cırıb çıxartmış və yerə atmışdır. Daha sonra onu həmin vəziyyətdə Ələt-Astara yolunun Xırmandalı kəndindən keçən hissəsində fərdi yaşayış evlərinin yaxınlığına aparmışlar. Həmin yerdə olan zaman Təqsirləndirilən şəxs1 onun bel nahiyəsindən tutub yerə çırpmışdır. Sonra Təqsirləndirilən şəxs1 cinsiyyət orqanını çıxarıb öz sidiyini onun başına tökmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 ondan kənd içərisində qaçmağını tələb etmişlər. O da həmin şəxslərdən qaçaraq uzaqlaşmaq istəmiş, lakin onu təqib etmişlər. Bu proseslər davam edən zaman əmisi oğlu Kənan hadisə yerində duraraq onlara baxmışdır. Bundan sonra o, kənd ərazisində paltarsız hərəkətdə olan zaman kənd sakinləri onu görüb, kömək edərək paltar vermişlər. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə Biləsuvar rayonu, Xırmandalı kəndinin içərisindən torpaq yolda baş vermiş, o, Nuranə Məlikli ilə sevgili münasibətində olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs1 başı ilə zərbə vuraraq burnunu sındırmış, daha sonra sifətinə yumruq zərbəsi vurmuş, həmçinin onu paltarsız vəziyyətdə yerə çırparaq bədəninə müxtəlif xəsarətlər yetirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 sifət və qulaq nahiyəsinə şillə zərbəsi ilə vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı Vüsal Abbaslı, Şahid3 və Şahid1 heç bir hərəkət etməyərək kənardan baxmışlar. Hadisə zamanı özünə məxsus olan mobil telefonu Təqsirləndirilən şəxs1 şəkillərə baxmaq üçün əlindən almış, daha sonra özündə saxlamış, o da telefonu polis şöbəsindən təhvil almışdır. Şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 29 avqust 2025-ci il tarixdə saat 16 radələrində Xırmandalı kəndinin mərkəzinin yerləşən ərzaq mağazalarının yanında dostu Şahid3la görmüşdür. Həmin günü saat 21 radələrində yolda kənd sakini Təqsirləndirilən şəxs1 ilə rastlaşmışlar. Təqsirləndirilən şəxs1 onlara hara getmələrini soruşmuşdur, o da ona evə baxmaq üçün getməsini demişdir. Təqsirləndirilən şəxs1 də onlarla gəlmək istədiyini demişdir. Bundan sonra onlar üçü birlikdə atasına məxsus olan fərdi yaşayış evinə getmişlər. Onlar evin yerləşdiyi küçənin digər küçə ilə kəsişməsində 2 nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxslərdən birinin adı Şahid1 olmuş və həmin şəxsi əvvəlcədən tanımış, lakin yanında olan digər şəxsi tanımamışdır. Şahid1 küçədə nə üçün dayanmalarını soruşmuşdur. Şahid1 da ona bu küçədə yaşayan qohumunun evinə gəlməsini bildirmişdir. O da Şahid1 küçədə olan qohumunun kim olmasını soruşmuş, lakin Kənan qohumunun adını deyə bilməmişdir. Buna görə o, həmin şəxslərin hər ikisini kənara çəkmiş və küçəyə qıza görə gəlib-gəlmədiklərini soruşmuşdur. O, həmin şəxslərlə söhbət edən zaman Təqsirləndirilən şəxs1 yaxınlaşmışdır. Həmin vaxt sonradan adını bildiyi Zərərçəkmiş şəxs küçəyə Nuranə adlı qıza görə gəlməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Nuranənin əmisi qızı olmasını deyərək Hüseynə yaxınlaşıb başı ilə bir dəfə burun nahiyəsindən zərbə vurmuşdur. Zərbə nəticəsində Hüseyn burnunu tuturaraq qışqırmış, bu zaman Şahid3 Vüsalı tutub saxlamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Nuranənin fotoşəkillərinin telefonunda olub-olmamasını soruşaraq telefonu almış və telefonu şifrəsini tələb etmişdir. Zərərçəkmiş şəxs da özünə məxsus olan mobil telefonun şifrəsini açaraq Nuranənin fotoşəkillərini göstərmişdir. Həmin vaxt o, şəkillərə baxmış, lakin kim olmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 şəkillərə baxaraq əmisi qızı olmasını demiş və şəkilləri onun telefonuna göndərilməsini tələb etmişdir. O da Hüseynin telefonundan fotoşəkilləri öz telefonuna göndərmişdir. Bundan sonra telefonu Təqsirləndirilən şəxs1 vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ondan qohumu Təqsirləndirilən şəxs2 zəng vurmasını istəmiş, o da Elmdara zəng vurub Təqsirləndirilən şəxs1 çağırmasını deyərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs2 hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs2 hadisə yerinə gələn kimi Zərərçəkmiş şəxs yaxınlaşmış, sifət və qulaq nahiyəsindən şillə zərbəsi vurmuşdur. Onlar Elmdarı daha vurmasın deyə kənara çəkmişlər. Bundan sonra Elmdar yenidən Hüseynin sifət və baş nahiyəsində 3-4 dəfə şillə zərbəsi vuraraq döymüş, X23 əynində olan bütün geyim əşyalarını çıxartmışlar. Daha sonra X27 paltarsız vəziyyətdə Ələt-Astara yolunun Xırmandalı kəndindən keçən hissəsinin yaxınlığına aparmışlar. Həmin vaxt aralarında təxminən 60 metr məsafə olduğuna və hava qaranlıq olduğu üçün uzaqdan görmək mümkün olmamışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs onların yanından qaçaraq uzaqlaşmışdır. Vüsal ilə Elmdar da onun arxasınca getmişlər. Bundan sonra onlar da hadisə yerindən uzaqlaşaraq getmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X21 bildirmişdir ki, X7 ilə Zərərçəkmiş şəxs Elsəvər oğlunun sevgili olmasını hadisə vaxtı Hüseyndən öyrənmişlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bir dəfə başı ilə burun nahiyəsinə zərbə vurmuş, daha sonra iki dəfə yumruqla sifət nahiyəsinə zərbə vuraraq xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sifət nahiyəsindən 3-4 dəfə şillə zərbəsi vurmuş və daha sonra 1 dəfədə yumruq zərbəsi vurmuşdur. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 29 avqust 2025-ci il tarixdə saat 16 radələrində Xırmandalı kəndinin mərkəzində yerləşən ərzaq mağazalarının yanında dostu Vüsal Abbaslı ilə görüşmüşdür. Həmin günü saat 20 radələrində yolda kənd sakini Təqsirləndirilən şəxs1 ilə rastlaşmışlar. Təqsirləndirilən şəxs1 onlara hara getmələrini soruşmuş, Vüsal Abbaslı da ailəsinə məxsus evə getməsini demişdir. Təqsirləndirilən şəxs1 də onlarla gəlmək istədiyini demişdir. Bundan sonra onlar üçü birlikdə Vüsal Abbaslıya məxsus olan fərdi yaşayış evinə getmişlər. Həmin evin yerləşdiyi küçənin digər küçə ilə kəsişməsində 2 nəfər şəxsin dayanmasını görmüşlər. Həmin şəxslərdən birinin adı Şahid1 olmuş və əvvəlcədən tanımış, lakin yanında olan digər şəxsi tanımamışdır. X38 Həsənovdan küçədə nə üçün dayanmalarını soruşmuşdur. Kənan da bu küçədə yaşayan qohumunun evinə gəlməsini demişdir. Vüsal Abbaslı da Şahid1 küçədə olan qohumunun kim olmasını soruşmuş, lakin Kənan qohumunun adını deyə bilməmiş və özünü itirmişdir. Həmin vaxt sonradan adını bildiyi Zərərçəkmiş şəxs küçəyə Nuranə adlı qıza görə gəlməsini demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Nuranənin əmisi qızı olmasını demiş və Hüseynə yaxınlaşaraq başı ilə bir dəfə burun nahiyəsindən zərbə vurmuşdur. Zərbə nəticəsində Hüseyn burnunu tuturaraq qışqırmış, bu zaman o, Vüsalı tutub saxlamışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Nuranənin fotoşəkillərinin telefonunda olub-olmamasını soruşmuş, telefonu almış və telefonun şifrəsini tələb etmişdir. Zərərçəkmiş şəxs da özünə məxsus olan mobil telefonun şifrəsini açaraq Nuranənin fotoşəkillərini göstərmişdir. Həmin vaxt o, şəkillərə baxmış, lakin kim olmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 şəkillərə baxaraq əmisi qızı olmasını deyərək, şəkilləri Vüsal Abbaslının telefonuna göndərilməsini tələb etmişdir. Vüsal Abbaslı da Hüseynin telefonundan fotoşəkilləri öz telefonuna göndərmişdir. Təqsirləndirilən şəxs1 şəkilləri gördükdən sonra Hüseynin sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş və onları ayırmışlar. Bundan sonra Vüsal Təqsirləndirilən şəxs1 Abbaslıdan qohumu Təqsirləndirilən şəxs2 zəng vurmağını istəmişdir. Vüsal Abbaslı da Elmdara zəng vurmuş və Təqsirləndirilən şəxs1 onu çağırmasını deyərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs2 velosipedlə hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs2 hadisə yerinə gələn kimi Zərərçəkmiş şəxs yaxınlaşmış, sifət və qulaq nahiyəsindən 3-4 dəfə şillə zərbəsi vurmuşdur. Bundan sonra Vüsalla Elmdar yenidən Hüseynin sifət və baş nahiyəsində 3- 4 dəfə şillə zərbəsi vuraraq döymüşdür. Bundan sonra X23 əynində olan bütün geyim əşyalarını çıxartmışlar. Daha sonra X27 paltarsız vəziyyətdə Ələt-Astara yolunun Xırmandalı kəndindən keçən hissəsinin yaxınlığına aparmışlar. Həmin vaxt aralarında təxminən 60 metr məsafə olduğuna və hava qaranlıq olduğu üçün uzaqdan görmək mümkün olmamışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs onların yanından qaçaraq uzaqlaşmışdır. Vüsal ilə Elmdar da onun arxasınca getmişlər. Bundan sonra onlar da hadisə yerindən uzaqlaşaraq getmişlər. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 avqust 2025-ci il tarixdə saat 20 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs ona mesaj yazaraq Xırmandalı kəndində bir nəfər qızı görmək istədiyini demiş və onunla birlikdə gəlməsin təklif etmişdir. O da Zərərçəkmiş şəxs təklifi ilə razılaşmış və birlikdə piyada kəndin digər tərəfinə getmişlər. Onlar getdiyi küçəyə çatan zaman artıq hava qaralmışdır. Küçənin 4 yol deyilən hissəsində Hüseyn danışdığı Nuranə adlı qızdan evin yeri barədə məlumat gözlədiyi üçün dayanmışlar. Bu zaman üç nəfər kənd sakinləri, Təqsirləndirilən şəxs1, Şahid3 və Vüsal Abbaslı onlara yaxınlaşmışlar. Vüsal Abbaslı ondan küçəyə nə üçün gəldiklərini soruşmuşdur. O da Vüsal Abbaslıya qohum evinə gəlməsini demişdir. Vüsal Abbaslı da ondan küçədə yaşayan qohumunun adını soruşmuşdur. O da qohumunun adını deyə bilməmişdir. Vüsal Abbaslı onlara küçəyə qız üçün gəldiyini bildiklərini demişdir. Bundan sonra ondan qızın adını soruşmuşlar. Zərərçəkmiş şəxs da qızın arxasıyca gəldiyini və adının Nuranə olmasını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 Hüseynə yaxınlaşmış və başı ilə burun nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Bu zaman o, Təqsirləndirilən şəxs1 tutub saxlamışdır. Bundan sonra X35 Bayramlıya zəng vurmuş və hadisə barədə məlumat verib yanına çağırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 Hüseynin əlində olan mobil telefonunu almış və şifrəsini açdırıb Nuranə ilə mesajlaşmasma və şəkillərinə baxmışdır. Həmçinin həmin şəkilləri Vüsal Abbaslının telefonuna göndərmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs2 hadisə yerinə gəlmişdir. X33 Nuranənin şəkillərini göstərmiş və Hüseynin telefonundan götürməsini demişdir. Buna görə də Təqsirləndirilən şəxs2 Hüseynlə yaxınlaşıb qulaq və baş nahiyəsində yumruq zərbələri vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 Hüseynin köynəyini, Təqsirləndirilən şəxs2 isə əynindəki şalvarını çıxartmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona “müdaxilə etsən səni də bu hala salacağıq” sözlərini demişdir. Buna görə də o, geri qayıtmış və təxminən 150-200 metr məsafədə gözləmişdir. Təxminən 4-5 dəqiqə sonra Hüseyn tamamilə paltarsız gəlmiş və onun yanında dayanmışdır. Bu zaman Elmdar velosipedlə gələrək Hüseyni qaçmağa məcbur etmişdir. Daha sonra kəndin mərkəzində mağazanın yanında kənd sakinləri Hüseynə kömək edib, sonuncuya paltar vermişlər. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, X7 ilə Zərərçəkmiş şəxs Elsəvər oğlunun sevgili olmasını həmin yerə getməmişdən əvvəl məlumatı olmuş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bir dəfə başı ilə burun nahiyəsinə zərbə vurmuş, daha sonra iki dəfə yumruqla sifət nahiyəsinə zərbə vuraraq xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sifət nahiyəsindən 3-4 dəfə yumruq zərbəsi ilə qulaq və baş nahiyəsindən vurmuşdur. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, məktəbdə oxuyur və bundan əlavə hazırlıq məşğlələrinə gedir. 29 avqust 2025-ci il tarixdə saat 21 radələrində o, atasının evində olan zaman əri Elsəvər zəng vurmuş və “oğlumuz Hüseyni döyüblər” sözlərini demişdir. O da dərhal evdən çıxmış və deyilən ünvana tərəf getmişdir. Oğlu Hüseynə çatan zaman burnundan qan axdığını və əynində olan paltarlar özünün olmadığını, orada çoxlu kənd sakinləri və polis əməkdaşları olmasını görmüşdür. Polis əməkdaşları oğlu Hüseyni polis şöbəsinə aparmış, o da onların arxasınca getmişdir. Polis şöbəsində oğlu Hüseynin kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən burnunun sındırılmasını, paltarlarını çıxardığını, baş nahiyəsinə sidiyini ifraz etdiyini və Təqsirləndirilən şəxs2 da oğlu Hüseyni döydüyünü öyrənmişdir. Hadisə Biləsuvar rayonu, Xırmandalı kəndinin içərisində ara küçələrdə baş vermiş, lakin o, hadisəni görməmişdir. Şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, məktəbdə oxuyur və bundan əlavə hazırlıq məşğələlərinə gedir. 29 avqust 2025ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman kənd sakinlərindən bir nəfər şəxs ona zəng vurmuş və “sənin oğlun Hüseyn kənd ərazisində yolun kənarında paltarsız və qan içərisinə tapılıb” sözlərini demişdir. O da dərhal evdən çıxmış və qeyd olunan yerə getmişdir. Lakin orada olan vətəndaşlar, oğlunu polis əməkdaşlarının aparmasını demişlər. Bundan sonra əvvəlcə polis şöbəsinə gəlmiş, lakin ona xəstəxanada olmasını demişlər. O, xəstəxanaya çatan zaman oğlu Hüseynin burnundan qan gəlməsini və əynində olan paltarların evdən çıxdığı paltarlar olmadığını görmüşdür. Həkimlər oğlunu müayinə etdikdən sonra onlar polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Hüseynin kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən burnunun sındırıldığını, paltarlarını çıxardığını, baş nahiyəsinə sidiyini ifraz etdiyini və eləcə də Təqsirləndirilən şəxs2 da oğlu Hüseyni döydüyünü öyrənmişdir. Hadisə Biləsuvar rayonu, Xırmandalı kəndinin içərisində ara küçələrdə baş vermiş, lakin o, hadisəni görməmişdir. Təqsirləndirilən şəxs1 oğlunun telefonunu almış, telefonda olan şəkilləri başqa telefona göndərmişdir. Həmin telefon ona polis şöbəsində təhvil verilmişdir. Bütün bunların nəticəsində oğlu Zərərçəkmiş şəxs ağır psixoloji travma keçirmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin post patrul xidmətinin polis nəfəri vəzifəsində xidmət edir. 29 avqust 2025-ci il tarixdə tərtib edilmiş dislokasiya üzrə Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid4 ilə Biləsuvar rayon, Xırmandalı kəndi ərazisində xidmətə cəlb edilmişlər. Həmin tarixdə saat 21:30 radələrində Biləsuvar rayon, Xırmandalı kəndi ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin çılpaq şəkildə küçədə qaçmasını görmüş və ona yaxınlaşmışlar. Həmin şəxs onlara tanıdığı şəxslər tərəfindən döyülərək bu hala salınmasını bildirmişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs Rayon Polis Şöbəsinə gətirmiş və növbətçi hissəyə təhvil verilmişdirlər. Növbətçi hissədə Zərərçəkmiş şəxs onu döyən şəxslərin Xırmandalı kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Bundan sonra onlar birlikdə Xırmandalı kəndinə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs2 həyətində Təqsirləndirilən şəxs1 olmasını da görmüşlər və hər ikisini xidməti avtomobilə əyləşdirib Rayon Polis Şöbəsinə gətirib, növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs1 avtomobilə əyləşən zaman iki ədəd mobil telefon təqdim etmişdir. Ağ rəngli olanın özünə məxsus olmasını, qara rəngli Redmi markalı mobil telefonun isə Zərərçəkmiş şəxs Elsəvər oğlununa məxsus olmasını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid4 cinayət işinin mahiyyəti üzrə Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 29 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus telefona baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs iə Biləsuvar rayon Xırmandalı kənd sakini X7 ilə bir-neçə ay ərzində sevgili münasibətində olması və buna uyğun olaraq mesajlaşması, həmçinin X17 Həsənova özünə aid olan fotoşəkilləri göndərməsi müəyyən olunmuşdur. (cild İ, i.v 14) “Şübhəli şəxsin tutulması haqqında” 30 avqust 2025-ci il tarixli protokoldan görünür ki, xx xxxx 2007-ci ildə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1.-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 30 avqust 2025-ci il tarixdə, saat 01:10-da tutulmuşdur. (cild İ, i.v 44) “Şübhəli şəxsin tutulması haqqında” 30 avqust 2025-ci il tarixli protokoldan görünür ki, xx xxxx 2001-ci ildə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuş X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1.-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 30 avqust 2025-ci il tarixdə, saat 01:30-da tutulmuşdur. (cild İ, i.v 64) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” Publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının 30 avqust 2025-ci il tarixli, 1380 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Elsəvər oğlunda burun sümüyünün yerinidəyişmiş sınıqları, burun nahiyəsində şişkinlik və qançır, sol qulaq seyvanında hematoma, sol göz yuvası ətrafında və sol bazu nahiyəsində qançır, boyun, hər iki kürək və sol çiyin qurşağı nahiyəsində sıyrıqlar, alt dodağın selikli qişasında qansızma müəyyən olundu, müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 avqust 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə burun sümüyünün yerini dəyişmiş sınıqları, burun nahiyəsində şişkinlik və qançır vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, sol qulaq seyvanın hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild İ, 73-74) “Qanuni nümayəndənin təyin edilməsi barədə” 30 avqust 2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir. (cild İ, i.v 96) “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 30 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, i.v 100) Biləsuvar Rayon Məhkəməsinin 31 avqust 2025-ci il tarixli, 4(022)-31/2025 saylı “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməsinə dair” qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 avqust 2025-ci il tarixdən hesablanmışdır. (cild İ, i.v. 164-166) Biləsuvar Rayon Məhkəməsinin 31 avqust 2025-ci il tarixli, 4(022)-32/2025 saylı “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməsinə dair” qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 avqust 2025-ci il tarixdən hesablanmışdır. (cild İ, i.v. 167-169) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. (cild İİ, i.v.238) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. (cild İİ, i.v. 06) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild İ, i.v. 238) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild İİ, i.v. 06) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 01 sentyabr 2025-ci il tarixli, 2910 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, i.v. 09-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 01 sentyabr 2025-ci il tarixli, 2911 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, i.v. 13-15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının 03 sentyabr 2025-ci il tarixli, 2943 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Elsəvər oğlunun əqli-intellektual imkanları normaya uyğundur, o, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsir edə və bu barədə düzgün məlumat verə bilər. Emosional-iradı sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs ünsiyyətçilik, emosionallıq, adaptivlik kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs başqalarının təsiri altında danışmağa və özündən uydurmağa meyilillik aşkar olunmamışdır. (cild İİ, i.v. 17-19) Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli, 5-39-3/-759/2025 nömrəli “Arayış”dan görünür ki, Təqsirləndirilən şəxs2, ondan ötrü ki, həqiqətən Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. Atası: X3-1975, anası: X22-1979, bacısı: X9-1999, arvadı:X13-2006 və oğlu: X15- 2025 (cild İİ, i.v. 31) Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli, 5-39-3/-760/2025 nömrəli “Arayış”dan görünür ki, Təqsirləndirilən şəxs1, ondan ötrü ki, həqiqətən Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. Atası: X4-1978, anası: X10-1975, qardaşı: X5-2005. (cild İİ, i.v. 35) “Sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etməsi, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrindən həmin Məcəllənin 127.2.3, 180.2.4 və 221.2.1-ci maddələrinə tövsif edilərək istintaqı aparılması, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 180.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməsi və ona əvvəlcədən elan olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə aid olan hissəsinə xitam verilməsi, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə və ifadənin yerində yoxlanılması barədə potokollar, məhkəmə-tibbi ekspertizasının 30 avqust 2025-ci il tarixli, 288 saylı, ambulator məhkəmə psixiatrik ekspertizasının 01 sentyabr 2025-ci il tarixdə 2910 və 2911 saylı ekspert rəyləri üzləşdirmə protokolları, telefona baxış protokolu, kredit müqaviləsinə baxış protokolu və eləcə də işdə olan digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, istintaq zamanı cinayət iş üzrə Zərərçəkmiş şəxs Elsəvər oğluna məxsus olan “REDMİ NOT-14 PRO” markalı mobil telefonun maddi sübut kimi tanınması və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, eləcə də işdə olan digər istintaq sənədlərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (cild İİ, i.v. 46-61) Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 münasibətdə istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır, həmin əmələ münasibətdə iş materiallarında olan sübutların məcmusu ilə qeyd olunan maddə üzrə cinayət tərkibinin olması qənaətinə gəlmək üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 180.2-ci maddəsinə əsasən eyni əməllər: 180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli X24 3 və 4-cü bəndlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Mülkiyyət münasibətləri maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam verməklə əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olmaqla, bütün mülkiyyət növləri Azərbaycan Respublikası Konstitusiyasında bərabər hesab edilməklə yanaşı, mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliyinə görə seçilir. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Tamah niyyəti dedikdə isə şəxsin mülkiyyət əleyhinə olan cinayətləri törətdiyi vaxt öz əməlinə münasibətdə maddi qazanc, gəlir və ya üstünlük əldə edəcəyi yönündə subyektiv münasibətidir. Tamah niyyətinin ən əhəmiyyətli xüsusiyyəti maddi cəhətdən qanunsuz olaraq, üstünlük əldə etməkdir. Halbuki Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsə məxsus olan mobil telefonu əmisi qızı X7 ilə həmin şəxs arasında olan şəxsi münasibətləri ortaya çıxarmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 işin məhkəməyədək icraatı zamanı istintaq orqanına verdiyi ifadələrində də həmin telefonu tamah niyyəti ilə götürmədiyini, əmisi qızı X7 ilə zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər olduğunu ehtimal etdiyi üçün götürdüyünü bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ona məxsus telefonun Təqsirləndirilən şəxs1 tərəfindən götürdüyünü bildirsə də, sonuncunun həmin predmeti götürmək niyyətinin mobil telefonun yaddaşında olan şəkil və videoları əldə etmək olduğunu məhkəmə iclasında verdiyi ifadələrində dəfərlərlə qeyd etmişdir. Həmçinin ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs telefonunu tamah niyyəti ilə götürməsini (məsələn həmin predmeti satması və ya satmağa cəhd etməsini və s.) təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, cinayət qanununvericiliyinin tələbindən də görünür ki, şəxsin əməlində soyğunçuluq cinayət əməli kimi qiymətləndirilməsinin zəruri şərti həmin əməlin tamah niyyəti ilə törədilməsidir. Cinayət törətmiş şəxsin niyyəti tamah niyyəti olmamışdırsa, həmin hal şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin digər maddəsi ilə tövsif edilməsinə səbəb olur. Məsələn: şəxs tamah niyyəti olmadan başqasının avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ qanunsuz olaraq keçirərsə, həmin şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə, yəni oğurluq cinayəti ilə, deyil, həmin Məcəllənin 185-ci maddəsi ilə - avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) – kimi tövsif edilir. Bundan başqa, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005ci il tarixli, 1 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. İşin hallarından asılı olaraq, buna əsaslar olduqda, belə hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi və ya digər maddələri ilə tövsif edilməlidir. Təqsirli şəxs özgə əmlakını götürərkən, tamah məqsədi güdmüşsə, onun əmlakı əldə etmək üsul və vasitələrindən asılı olaraq, əməl mülkiyyət əleyhinə olan müvafiq cinayətin və xuliqanlıq, zorlama və ya digər cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. Xuliqanlıq, zorlama və ya digər cinayətlər nəticəsində əmlak qanunsuz götürülərsə, şəxsin hansı məqsədlə əmlakı götürməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə görə özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda, şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Məcəllənin 322.2-ci maddəsi isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmmuş əməllərin zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşınalıq cinayətinin obyekti subyektiv hüququların həyata keçirilməsinin və vəzifələrin icrasının qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş qaydasıdır. Həmin cinayətin əlavə obyekti qismində isə fiziki və hüquqi şəxslərin qanunla qorunan hüquq və mənafeləri çıxış edir. Obyektiv cəhətdən özbaşınalıq icrasının qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən və mühüm ziyan vuran hərəkətin törədilməsidir. Özbaşınalıq cinayətinin tərkibinin yaranması üçün onun obyektiv cəhətinə daxil olan bu şərtlərin məcmusu mövcud olmalıdır: 1.Hərəkət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməlidir; 2.Həmin hərəkətin qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilməlidir, yəni mübahisələndirilməlidir; 3.Hərəkət özbaşına törədilməlidir, yəni təqsirkar öz hərəkətinin (hərəkətsizliyin) müəyyən edilmiş davranış qaydasına zidd olaraq icazəsiz həyata keçirildiyini dərk etməlidir; 4.Hərəkət nəticəsində təşkilat və ya vətəndaşların qanunla qorunan mənafelərinə mühüm ziya vurulmalıdır; 5.Özbaşına hərəkətlə mühüm ziyandan ibarət nəticə arasında səbəbli əlaqə olmalıdır. Hərəkətin müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməsi dedikdə, həmin hərəkətin davranış qaydasını aşkar surətdə pozması və ya onun davranış qaydasında nəzərdə tutulmayan üsul və ya vasitələrlə və yaxud formada həyata keçirilməsi başa düşülür. Hərəkətin qanuniliyinin təkzib edilməsi məhkəmə qaydasında, inzibati və intizam qaydasında ola və ya ümumiyyətlə, hərəkət qeyri-hüquqi xarakter daşıya bilər. Özbaşınalıq cinayəti maddi tərkibli cinayət olduğu üçün həmin cinayət obyektiv cəhətinin zəruri əlaməti hesab edilən mühüm ziyandan ibarət nəticə baş verdiyi andan bitmiş hesab edilir. Mühüm ziyan qiymətləndirici əlamət olmaqla, işin bütün faktiki halları nəzərə almaqla müəyyənləşdirilir. Mühüm ziyan əlaməti qiymətləndirilərkən fiziki və hüquqi şəxslərin əmlak və maliyyə vəziyyəti və digər maddi, mənəvi və fiziki ziyan, hüquqların pozulması və s. nəzərə alınmalıdır. Həmin cinayətin obyektiv cəhətinin məcburi əlaməti hərəkətlə mühüm ziyandan ibraət nəticə arasında səbəb-nəticə əlaqəsinin olmasıdır. Özbaşınalıq cinayəti subyektiv cəhətdən təqsirin qəsd formasında törədilir və təqsirkarın öz hərəkətinə psixi münasibəti birbaşa qəsdlər, mühüm ziyan vurulmasına psixi münasibəti isə həmin birbaşa, həm də dolayı qəsdlə əhatə oluna bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsinin 2-ci hissəsi isə özbaşınalığın tövsif əlaməti kimi zorakılıq tətbiq etmək və ya onun tətbiqi ilə hədələməklə ifadə olunan cinayətin törədilməsini nəzərdə tutur. Zorakılığın tətbiqi dedikdə, zərərçəkmiş şəxsə fiziki təsir göstərmə ilə bağlı hərəkətlərin döymə, işgəncə, fiziki ağrı vurma, bağlama, azadlığın məhdudlaşdırılması, sağlamlığa yüngül və az ağır zərər vurma başa düşülür. Öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə özbaşınalıq, yaxud döyməklə, sağlamlığa yüngül və ya az ağır zərər vurmaqla özbaşınalıq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə ta əhatə olunduğu üçün əlavə tövsif tələb edilmir. Lakin özbaşınalıq nəticəsində sağlamlığa ağır zərər vurulduqda, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında tövsif edilir. Beləliklə, özbaşınalıq halında təqsirkar oğurluqdan fərqli olaraq, başqasının (zərərçəkmiş şəxsin) əmlakını ələ keçirmək məqsədi güdmür, yalnız ona məxsus və ya müəyyən hüquqlara malik olan əmlakı müsadirə edir və ya verilməsini tələb edir. Təqsirkar belə halda fiziki və ya hüquqi şəxslərin mənafeyini tənzimləyən hüquq normalarının tələblərinə məhəl qoymur, başqa şəxslərin mənafeyini nəzərə almadan öz mənafeyini təmin etmək üçün hərəkətlər edir. Bu cür hərəkətlərin cinayətkarlığının məcburi əlaməti onlarla razılaşmamaq, maraqları pozulmuş digər şəxslər tərəfindən onlara etiraz etməkdir. İşin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 əmisi qızı X7 ilə Zərərçəkmiş şəxs arasında hər hansı şəxsi münasibətlər olmasından şübhələnmiş və həmin şəxslərə bu halı sübut etmək üçün Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonu ələ keçirməyə özündə haqq tapıb, bu halı yolverilən hal kimi qiymətləndirsə də, həmin haqq hüquqa və qanuna əsaslanmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə görə yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrin xarakteri müəyyənlədirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayət qanunvericiliyinin yuxarıda öyrənilən normalarının tələblərindən görünür ki, şəxsə istinad edilən əməldə cinayət tərkibinin əlamətlərinin olması cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə yoxlanılmalıdır. Törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və sübyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcüd olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcüd olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın; 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 351.2-ci maddəsinə görə isə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır; Təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan və işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə məxsus telefonu sonuncunun iradəsinə zidd olaraq əldə etsə də, Təqsirləndirilən şəxs1 həmin predmeti götürməkdə məqsədi tamah niyyəti və hər hansı qanuna və ya hər hansı normativ akta söykənən hüquqlarını həyata keçirmək olmamışdır. Halbuki, soyğunçuluq əməlinin zəruri tərkib aləməti olan tamah niyyəti, həmçinin özbaşınalıq cinayət əməlinin zəruri əlaməti hesab edilən, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olan hərəkətin edilməsi təqsirləndirilən şəxsin əməlində yoxdur. Beləliklə, cinayət işinin məhkəmə iclasında müəyyən edilməklə, yuxarıda qeyd olunmuş hallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 əməlində mülkiyyət münasibətlərinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə hər hansı qəsd mövcud deyildir. “İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Jabordo İspaniyaya qarşı” işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan başqa, “İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X32rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 42.1.2 və 350.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır; 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş bütün sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmişə məxsus mobil telefonu götürməsi faktı müəyyən olunsa da, həmin hərəkətin mülkiyyət əleyhinə cinayət kimi qiymətləndirilməsi üçün zəruri olan subyektiv və obyektiv əlamətlərin mövcudluğu sübutlarla təsdiqini tapmamışdır. İş materiallarında həmin əmlakın maddi qazanc əldə etmək və ya onu təqsirləndirilən şəxsin və ya başqa şəxsin xeyrinə yönəltmək məqsədi ilə götürüldüyünü göstərən hər hansı mötəbər sübut müəyyən edilməmiş, bu barədə ittiham tərəfi tərəfindən təqdim edilmiş dəlillər isə belə nəticəyə gəlmək üçün kifayət etməmişdir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi yalnız törədilmiş əməldə cinayət tərkibinin bütün elementlərinin mövcudluğu və həmin halların mötəbər sübutlarla təsdiq olunması ilə mümkündür. Mövcud sübutlar isə bu hissədə ittihamın qəti və şübhəsiz sübuta yetirildiyini göstərmədiyindən, aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, göstərilən epizod üzrə təqsirləndirilən şəxsin əməlində cinayət qanunu ilə nəzərdə tutulmuş tərkib əlamətləri müəyyən olunmadığından həmin ittiham üzrə ona bəraət verilməsi qanuni və əsaslıdır. Odur ki, işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə qeyd edilən ittiham üzrə ona bəraət verilməli və Təqsirləndirilən şəxs1 yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.-ci və 221.2.1-ci maddələri maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilənərək, ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə tövsif olunmuş, eləcə də Təqsirləndirilən şəxs2 törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə tövsif olunmuş əməllərə münasibətdə bələ nəticəyə gəlir ki, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63.1-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: 6.1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 127.2-ci maddəsinə əsasən eyni əməllər: 127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərmin manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 221.2-ci maddəsinə əsasən eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir; 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının: İkinci bəndinə əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; Dördüncü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə, zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir; Beşinci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki: Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə onların şəxsiyyətlərini səciyyələndirən halları nəzərə alaraq müəyyən edir ki, hər iki şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı törədilmiş hərəkətlər xüsusi qəddarlıq və alçaldıcı rəftarla müşayiət olunmuş, zərərçəkmiş şəxsə fiziki zor tətbiq edilməklə yanaşı onun ləyaqətini alçaldan davranışlara yol verilmiş, zərərçəkmiş şəxsə əzab və iztirab verən hərəkətlər edilmişdir. Bu hallar təqsirləndirilən şəxslərin davranışlarında alçaq niyyətin mövcudluğunu, zərərçəkmiş şəxsə qarşı açıq hörmətsizlik və qəddar münasibət nümayiş etdirdiklərini göstərməklə onların şəxsiyyətini mənfi səciyyələndirən amillər kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin döyülməsi, paltarlarının zorla çıxarılması, onun alçaldılması və fiziki ağrı, iztirab verən hərəkətlərə məruz qoyulması təqsirləndirilən şəxslərin hərəkətlərinin yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olduğunu göstərir və bu hallar cəza təyin edilərkən onların şəxsiyyətini mənfi səciyyələndirən mühüm amillər kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını və himayəsində bir azyaşlı övladının olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayətin alçaq niyyətlərlə (CM-61.1.6), zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə verməklə törədilməsini (CM-61.1.9) maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə verməklə törədilməsini (CM-61.1.9) maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə cinayət işinin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkün deyildir və buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə yolu ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək qənaətə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli “Həbs qətimkan tədbirinin seçilməsi barədə” Biləsuvar Rayon Məhkəməsinin 31 avqust 2025-ci il tarixli qərarında göstərilən vaxtdan, yəni 29 avqust 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə cinayət işinin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkün deyildir və buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli “Həbs qətimkan tədbirinin seçilməsi barədə” Biləsuvar Rayon Məhkəməsinin 31 avqust 2025-ci il tarixli qərarında göstərilən vaxtdan, yəni 29 avqust 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 4 (dörd) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar