Məhkəmə qərarları › İş №1(022)-128/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-128/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-128/2025 26.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Biləsuvar rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Biləsuvar rayon Amankənd kəndində, yolun kəsişməsində Zərərçəkmiş şəxs bir qədər əvvəl mahnı sifarişini dayandırması səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu bir dəfə yumruq zərbəsi ilə sifət nahiyəsindən vuraraq ona "sol yanaq-çənə nahiyəsində hematoma" ilə nəticələnən xəsarət yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsındə göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, hər hansı bir münasibəti və ədavəti olmamışdır. 02 oktyabr 2025-ci il tarixdə Biləsuvar rayonu Amankənd kəndində bibisi oğlu Qüdrətin toy axşamında iştirak etmişdir. Həmin məclisdə ondan başqa çoxlu insanlar da olmuşdur. Həmin toy axşamında bir qədər spirtli içki qəbul etdikdən sonra orada tanımadığı şəxs ilə mahnı sifarişinə görə mübahisələri baş vermişdir. Həmin mübahisədən sonra o, Mülküm ilə toy axşamının olduğu həyətdən bir qədər kənara kəndin arxa tərəfinə gedərək orada mübahisələrini davam etdirmişlər. Zərərçəkmiş şəxs ilə onun arasında kənd ərazisində baş verən dava zamanı o, sərxoş halda olduğundan Mülkümü hansı nahiyəsindən və nə ilə vurmasını xatırlamır. Həmin hadisə zamanı o, spirtli içkinin təsiri altında olmuş və baş verənləri xatırlamır. Hadisədən sonra onu oradan tanımadığı şəxs apararaq uzaqlaşdırmışdır.Hazırda əməlindən peşmandır və buna görə Zərərçəkmiş şəxs üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmiş və Zərərçəkmiş şəxs ilə barışığa nail olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 22 oktyabr 2025ci il tarixdə tanışı Vahid Kərimovun qardaşının Biləsuvar rayon Amankənd kəndində toy axşamına o da dəvəl olunmuşdur. 22 oktyabr 2025-ci il tarixdə Biləsuvar rayon Amankənd kəndində Vahid Kərimovun yaşadıqları evin həyətində təşkil olunmuş toy axşamı məclisində iştirak etmişdir. Məclisdə sonradan adının Fərqani olduğunu bildiyi şəxs də iştirak etmişdir. Həmin məclisdə bir qədər yemək yeyib spirtli içki qəbul etdikdən sonra Fərqani adlı şəxs onunla mahnı sifarişinə görə sözlə mübahisə etmiş və məclisdən bir qədər sonra çıxaraq gedən zaman kənddə Vahid Kərimovun evindən bir qədər aralıda Fəqani adlı şəxs ona yaxınlaşaraq onu mahnı sifarişini dayandırdığına görə bir neçə dəfə yumruq zərbələri ilə sifət nahiyəsindən vuraraq döymüşdür. Sonra isə orada tanımadığı bir nəfər şəxs onları ayıraraq uzaqlaşdırmışdır. Hadisədən sonra o, öz fərdi yaşayış evinə getmiş və baş vermiş hadisə barədə DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ondan üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs vəsatət təqdim edərək bildirmişdir ki, barəsində olan cinayət təqibilə bağlı özünü təqsirli bilir, Zərərçəkmiş şəxs üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir və hazırda münasibətləri normaldır. Zərərçəkmiş şəxs onu bağışlamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində bəraətverici əsaslar olmadan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəsatət verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs bağışlamış və onunla hazırda münasibətləri normaldır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon MTE və PA ETT-in xx.xx.2025-ci il tarixli 347 nömrəli ekspert rəyindi göstərilmişdir ki, Zərərçəkmiş şəxs “sol yanaq-çənə nahiyəsində hematoma müəyyən olundu, müəyyən olunan xəsarətlər kəsici əşyanın təsirindən törənmişdir, törənmi müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Biləsuvar MRX-nın xx.xx.2025-ci il tarixli 6053 nömrəli məktubunda göstərilir ki, Nuriyev X1 RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb və nevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Biləsuvar rayon Yuxarı Cürəli kənd İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-in 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-in 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurulmuş zərəri aradan qaldırdığına görə Azəraycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar