Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-129/2023 17.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Biləsuvar şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Biləsuvar şəhəri Təyyarə meydanında yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 29 may 2023-cü il tarixdə saat 23 radələrində Biləsuvar şəhəri Təyyarə meydanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə məftillə düzəldilmiş hasardan tullanıb keçərək daxil olmaqla həyətdəki hinin qapısını açmaq yolu ilə oraya qanunsuz olaraq daxil olub hindən hər birinin qiyməti 18 manat olmaqla 11 ədəd ev quşu (toyuğu) gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 iyun 2023-cü il tarixdə saat 23 radələrində Biləsuvar şəhəri Təyyraə meydanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin otaqlarının birinin qapısını açmaqla daxil olub orada olan şkafdakı pul qabından 2 (iki) ədəd 100 (yüz), 1 (bir) ədəd 50 (əlli) və 1 (bir) ədəd 5 (beş) manatlıq pul əskinazlarını gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 255 (iki yüz əlli beş) manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, işsizdir. Zərərçəkmiş şəxs onun qonşusudur, onunla aralarında ədavət və şəxsi-qərəzçilik yoxdur. Uzun müddətdir ki, işləmir, maddi vəziyyəti çox aşağıdır. 2023-cü ilin may ayının 29-da gecə saatlarında qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olmuş, həyətdəki hindən 11 ədəd toyuğu əlində olan kisəyə yığıb həmin yerdən uzaqlaşmışdır. Daha sonra həmin toyuqları Mərkəzi bazarda tanımadığı bir nəfər şəxsə hər birinin qiyməti 10 manat olmaqla 110 manata satmış, pulu öz ehtiyaclarına xərcləmişdir. 04 iyun 2023-cü il tarixdə gecə vaxtı saat 22 radələrində yaşadığı evin həyətində olan zaman qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin qapısının açıq olmasını görmüş, o bir qədər müşahidə etdikdən sonra onun evdə olmamasını bilmişdir. O, həyətlərini ayıran setkaları olan hasarı keçərək evə doğru getmiş, qapı açıq olduğu üçün içəri daxil olmuşdur. Pilləkənləri qalxmış, solda yerləşən otağa ilk olaraq daxil olmuşdur. Otağın sol küncündə şkafın üzərində pul qabı olmasını görmüş, həmin pul qabının içərisindən 2 (iki) ədəd 100 (yüz), 1 (bir) ədəd 50 (əlli) və 1 (bir) ədəd 5 (beş) manatlıq pul əskinazları olmaqla 255 manat pulu oğurlayıb öz cibinə qoymuş, pul qabını da götürdüyü yerə qoymuşdur. Daha sonra otağı axtarmış, lakin oğurlayacaq bir əmlak tapa bilməmişdir. Bu zaman ev sahibi Zərərçəkmiş şəxs otağa daxil olmuş, onu öz otağında görmüş, şkafın üstündə olan pul qabını götürmüş, pul qabının içərisində pulun olmadığını görmüş, Zərərçəkmiş şəxs ondan evinə girməsinin və pulunu oğurlamağının səbəbini soruşmuş, o da maddi imkanının aşağı olmasını, hətta siqaret almağa pulunun olmasını bildirmiş, buna görə oğurluq etdiyini bildirmişdir. O, pulları Zərərçəkmiş şəxs vermiş, daha sonra oradan çıxıb getmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs qonşuluğunda yerləşən evdə valideynləri ilə birlikdə yaşayır. O heç yerdə işləmir, tüfeyli həyat tərzi yaşayır. 29 may 2023-cü il səhər saatlarında toyuqları saxladığı hinə baxmağa getmişdir. O, hini açmış və toyuqları saymağa başlamışdır. Bu zaman 11 ədəd toyuğun olmamasını görmüşdür. Həmin vaxt qonşusu Təqsirləndirilən şəxs şübhələnsə də onun oğurlamasını görmədiyi üçün barəsində şikayətçi olmamışdır. Bu hadisədən təxminən 1 həftə sonra 04 iyun 2023cü tarixdə saat 23 radələrində o, həyətdə yerləşən hində cücələrə yem verən zaman evdən səs gəlməsini eşitmiş, o tez evə tərəf getmişdir. Qapını açaraq içəri girmişdir. Pilləkənləri qalxaraq yataq otağına daxil olmuş, bu zaman Təqsirləndirilən şəxs otağında olmasını görmüş, ona “burda nə gəzirsən?” deyən zaman həyəcanlı vəziyyətdə “siqaret pulum yoxdur, ona görə gəlmişəm” sözlərini demişdir. Daha sonra Pərviz ona pul qabından 1 (bir) manat götürməsini demişdir. O, dərhal şkafda olan pul qabına baxmış, həmin pul qabında olan 2 (iki) ədəd 5 (beş) manatlıq və 5 (beş) ədəd 1 (bir) manatlıq əskinaslardan ibarət olan 15 (on beş) manat pulunun olmamasını görmüş, o, Pərvizdən pul qabında olan pulun harada olmasını soruşmuşdur. Pərviz ona ehtiyacı olduğu üçün pul qabından 1 (bir) manat götürməsini demişdir. O, otaqda olan digər şkafda olan pul qabına baxdıqda isə içərisində olan 2 (iki) ədəd 100 (bir yüz) manatlıq, 1 (bir) ədəd 50 (əlli) manatlıq və 1 (bir) ədəd 5 (beş) manatlıq pul əskinaslarından ibarət olan 255 (iki yüz əlli beş) manat pulunun olmadığını görmüşdür. O, Pərvizi qorxudaraq oğurladığı pullarını tələb etmiş, bu zaman Təqsirləndirilən şəxs ona yalvarmağa başlamışdır. Onun valideynlərinə və heç kimə bu hadisə barədə məlumat verməməsini xahiş etmiş və ayrı-ayrılıqda ciblərinə qoyduğu pulları ona geri qaytarmışdır. Bundan sonra o, Pərviz Mirəzadəni evdən çıxartmışdır. Pərvizi evdən çıxartdıqdan sonra o, Təqsirləndirilən şəxs atası Ənvərə zəng etmiş və baş vermiş hadisəni danışmışdır. Ənvər ondan üzrxahlıq edərək ona vaxt verməsini xahiş etmişdir. Ənvər Mirzəzadə 05 iyun 2023-cü il saat 10-dək ona oğlu ilə danışması üçün vaxt istəmişdir. O, qonşuluq münasibətləri pozulmasın deyə onunla razılaşmışdır. 05 iyun 2023-cü il tarixdə saat 12 radələrində qonşusu Ənvərlə təkrar üzüzə söhbət edən zaman o oğlu Pərvizi tapa bilmədiyini demişdir. Bu səbəbdən o, DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, həmin toyuqları Biləsuvar rayonu mərkəzi bazarda təxminən 12 (on iki) manata satmışdır. Toyuqlarını oğurlaması nəticəsində Təqsirləndirilən şəxs ona təxminən 130 (bir yüz otuz) manat maddi ziyan vurmuşdur. Ümumlikdə isə ona təxminən 400 (dörd yüz) manat maddi ziyan vurmuşdur. Hər bir toyuğun ümumi çəkisi 3 kiloqram, xalis çəkiləri isə 2 kiloqram olmuşdur. Hər birinin qiyməti 12 (on iki) manat olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona təxminən 400 manat məbləğində ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirlənədirilən şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələbinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 -cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir. Onun təqsiri özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı digər sübutlarla da təsdiq edilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilmir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 iyul 2023-cü il tarixli 19/356 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd toyuğun 2023-cü ilin may ayının sonlarına olan orta bazar alqı-satqı qiyməti nəzəri qaydada təxminən 18,00 manat müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində CM-in 177.2.2 və 177.2.3-cü maddəsinin tərkibi vardır. Odur ki, o, qeyd edilən maddələr üzrə təqsirli bilinib cəzalanmalıdırlar. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material üzrə CPM-nin 40.2 və CM-nin 73.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №1(022)-129/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-129/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver