Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-13/2023 24.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qubadov Xəyal Böyükxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun müdiri Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, Q.Həsənova küçəsində yaşayan, barəsində 10 noyabr 2022-ci il tarixli qərarla «başqa yerə getməmək haqqında litizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 186.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-cü maddəsi ilə elan edilmiş ittihamdan görünür ki, o, Zərərçəkmiş şəxs3 ilə aralarındakı borc pula görə yaranmış narazılıq zəminində 02 iyun 2022-ci il tarixdə saat 03 radələrində özgənin xeyli miqdarda əmlakını qəsdən məhv etmək məqsədilə ünvan 1 ünvanında yerləşən, qaynatası Zərərçəkmiş şəxs1 məxsus olan, fərdi yaşayış evinin həyətinə çəpərdən keçmək yolu ilə daxil olaraq evin həyətində olan yardımçı tikilinin və həmin evin həyətində saxlanılmış nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs2 məxsus olan, etibarnamə əsasında Zərərçəkmiş şəxs3 tərəfindən idarə edilən «VAZ-2103» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə özü ilə gətirdiyi plastik qabda olan benzini səpib kibritlə yandırmaqla yanğın törədərək 2080 (iki min səksən) manat dəyərində yardımçı tikilini və 3000 (üç min) manat dəyərində «VAZ-2103» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili, həmçinin yardımçı tikilinin içərisinə yığılmış Zərərçəkmiş şəxs3 məxsus olan, “BOSCH” firmasında istehsal olunmuş, 90 (doxsan) manat dəyərində bir ədəd direli, 275 (iki yüz yetmiş beş) manat dəyərində qaynaq aparatını, bir ədədi 150 (bir yüz əlli) manat dəyərində olmaqla, ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində 5 (beş) ədəd istifadə edilməmiş soyuducunun ana kartını (platasını), bir ədədi 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 850 (səkkiz yüz əlli) manat dəyərində 5 (beş) ədəd istifadə edilməmiş paltaryuyanın ana kartını (platasını), “NOFROST” firmasına məxsus olan bir ədəd istifadə edilməmiş soyuducunun 770 (yeddi yüz yetmiş) manat dəyərində alt-üst qapısını, “Vestel” firmasına məxsus olan paltaryuyanın 150 (bir yüz əlli) manat dəyərində bir ədəd mühərrikini, “LG” firmasına məxsus olan paltaryuyanın 150 ( bir yüz əlli) manat dəyərində bir ədəd mühərrikini, paltaryuyanın istifadə edilməmiş 25 (iyirmi beş) manat dəyərində bir ədəd pompasını, paltaryuyanın istifadə edilməmiş 70 (yetmiş ) manat dəyərində bir ədəd deterjanqabmı, kondisioner quraşdırılmasında istifadə edilən, 5 qanadlı, 1 metri 3,0 manat olmaqla, ümumilikdə 2700 (iki min yeddi yüz) manat dəyərində 900 (doqquz yüz) metr uzunluğunda kabeli, mis materialından olan, hər bir metri 23 (iyirmi üçün) manat olmaqla, ümumilikdə 2300 (iki min üç yüz) manat dəyərində 100 (bir yüz) metr uzunluğunda borunu, bir ədədi 0,25 manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat dəyərində, 2000 ( iki min) ədəd 14-lük tıxacı, bir ədədi 0,05 manat olmaqla, ümumilikdə 50 (əlli) manat dəyərində 1000 ( bir min) ədəd boltu, bir ədədi 0,05 manat olmaqla ümumilikdə 50 (əlli) manat dəyərində 1000 (bir min) ədəd boltu bərkitmək üçün üzərinə keçirilmiş çoxüzlü yivli halqanı (qaykanı), bir ədədi 0,05 manat olmaqla ümumilikdə 50 (əlli) manat dəyərində 1000 ( bir min) ədəd şaybanı (qaykanı altına qoyulan yastı halqa şəkilli altlığı), bir metri 0,80 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat dəyərində 500 (beş yüz) metr uzunluğunda kondisionerin su şlanqını, paltaryuyan quraşdırılmasında istifadə edilən, bir metri 7,0 manat olmaqla, ümumilikdə 35 (otuz beş) manat dəyərində 5,0 metr uzunluğunda kauçuk borunu, l(bir) ədədi 1,0 manat olmaqla ümumilikdə 50 (əlli) manat dəyərində 50 (əlli) ədəd yapışqan lenti (skoçu), bir ədədi 0,70 manat olmaqla ümumilikdə 35 (otuz beş) manat dəyərində 50 (əlli) ədəd izolenti, bir ədəd 1,60 manat olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində 50 (əlli) ədəd zajemi, kondisionerin borusunu izoliyasiya etmək üçün nəzərdə tutulmuş, bir ədədi 2,0 manat olmaqla ümumilikdə 100 (bir yüz) manat dəyərində 50 (əlli) ədəd bantı yandırmaqla Zərərçəkmiş şəxs1 2080 (iki min səksən) manat, Zərərçəkmiş şəxs2 3000 (üç min) manat, Zərərçəkmiş şəxs3 xeyli miqdarda 9480 (doqquz min dörd yüz) manat, ümumilikdə isə xeyli miqdarda, 14560 (on dörd min beş yüz altmış) manat maddi ziyan vurmaqla özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Biləsuvar şəhəri, M.F.Axundov küçəsi ev 23, mənzil 19-da qeydiyyatda olsa da, lakin faktiki olaraq Biləsuvar şəhəri, Q.Həsənova küçəsində ailəsi ilə yaşayır. Heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün iş olandan-olana gedib fəhləlik edir. 2012-ci ildə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Woodpecker» mağazasını yandırdığı üçün 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2019-cu ilin iyul ayının 10-da cəzanı tam çəkib azadlığa buraxılmışdır. Zərərçəkmiş şəxs3 onun qayınıdır. Əvvəllər aralarında hər hansı narazılıq və ədavət olmayıb, münasibətləri bir qohum kimi yaxşı olmuşdur. Qaynı Zərərçəkmiş şəxs3 Salyan və Neftçala rayonlarında kondsioner ustası işləyir, o da Talehin yanında köməkçi işləmişdir. O, Talehin yanında köməkçi kimi işləyəndə Taleh ona günlük olaraq 10 (on) manat pul vermişdir. Talehdən onu işlədiyi «Optimal» məişət avadanlıqları mağazasında işə düzəltməsini xahiş etmiş, Taleh də söz vermişdir ki, onu həmin mağazaya işə düzələdəcəkdir. 2022-ci ilin may ayında Talehlə birlikdə Neftçala və Salyan rayonlarında kondisioner düzəltmişlər. Ayrı-ayrı müşətərilərin evlərinə ümumilikdə 10 (on) ədəd kondsioner quraşdırmışlar. Taleh ona quraşdırdıqları hər kondisionerə görə 10 (on) manat olmaqla yekunda 100 (yüz) manat pul verməli olmuşdur. Təxminən 2022-ci ilin may ayının sonlarında Talehdən 100 (yüz) manat pulunu istəmiş, Taleh isə ona “mən səni pambıq zavodunda fəhlə kimi işə düzəltmişəm, uşağını həkimə aparmışam, pulum yoxdu, olanda verərəm” sözlərini demişdir. Buna görə də Talehlə aralarında sözlə mübahisə baş vermişdir. 01 iyun 2022-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı evə gedən zaman arvadı Əfsanənin X10un onun yaşadığı evdə olmasını görmüşdür. Mahmudun onun evinə gəlməkdə məqsədi Talehlə onu barışdırmaq olmuşdur. Buna görə də Mahmud Talehə zəng edərək onun yaşadığı evə çağırmışdır. Bundan təxminən yarım saat sonra Taleh onun evinə gəlmiş, söhbət edərkən aralarında mübahisə yaranmışdır. Bu səbəbdən də yerdən daş parçası götürüb Talehin maşınına vurmuşdur. Taleh də DİN-in 102 xidmətinə zəng vurub onun bu hərəkəti barədə şikayət etmişdir. O da bundan acığa düşmüş və Taleh yatandan sonra evinə gedib maşınını və sarayını yandırmaq qərarın gəlmişdir. Buna görə də 02 iyun 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Talehin yaşadığı Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən evinə getmiş, ora gedərkən bir litr benzini evdən özü ilə götürmüşdür. Talehin yaşadığı evin həyət qapısı bağlı olduğu üçün çəpərdən hoppanıb həyətə keçmiş, əlində olan benzini ot sarayına səpmiş və kibrit qutusu ilə yandırmış, daha sonra Talehin idarə etdiyi «VAZ 2106» markalı maşının yanma gəlmiş, maşının sükan olan tərəfdən qapısını açıb özü ilə gətirdiyi benzinin qalan hissəsini maşının içinə səpmiş və onu da kibrit qutusu ilə yandırmışdır. Maşını və ot sarayını yandırıb Talehin yaşadığı evdən çıxmış və birbaşa evinə getmişdir. Həmin yanğın hadisəsini törətməkdə ona heç kim köməklik göstərməmişdir. Əməlindən səmimi peşmandır, səhv etdiyini başa düşür. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, S.Vurğun küçəsi, ev 116-da qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 07 oktyabr 2022-ci il tarixə qədər Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Optimal” mağazasında usta işləmişdir. Hal-hazırda isə əmisi oğlu Azər Əhmədova məxsus olan sexdə məişət texnikası ustası kimi işləyir. Təqsirləndirilən şəxs bacısı Əfsanənin həyat yoldaşıdır. Əfsanə ilə Ramin 10 ildən artıqdır ki, ailə qurublar. Əvvəllər aralarında ədavət və narazılıq olmasa da, 2022-ci ilin may ayının sonlarında Ramin evlərində onun bacısı Əfsanəni döydüyünə görə aralarında müəyyən narazılıq yaranmışdır. Bundan başqa, o, soyuducu və kondisionerlərin təmiri, həmçinin quraşdırılması ilə məşğul olur. Son vaxtlarda «Optimal» məişət avadanlıqları mağazasında kondisioner quraşdırılması işi ilə məşğul olmuşdur. Arabir kondisioner quraşdırmağa gedəndə Təqsirləndirilən şəxs da özü ilə köməkçi olaraq aparmış və hər kondisioner quraşdırmağa görə Raminə 10 (on) manat pul vermişdir. Lakin əmək haqqlarının verilməsi gecikdiyi üçün son vaxtlarda Raminə 70 (yetmiş) manat borclu qalmışdır. Ramin isə ondan 100 (bir yüz) manat pul tələb etmişdir. O, əvvəl əmək haqqının gecikdirildiyini bildirmiş. Ramin isə razılaşmayıb onunla mübahisə etmişdir. Nəhayət, o, məcbur olub öz vəsaiti hesabına Raminə 100 (bir yüz) manat pul vermişdir ki, ondan əl çəksin. X10 isə onların arasında narazılığın olmasını görüb onları barışdırmaq istəmişdir. 01 iyun 2022-ci il tarixdə saat 21 radələrində əmisi Mahmud ona zəng edib Raminin yaşadığı evində olmasını bildirmiş və onu da həmin evə çağırmışdır. O da öz idarə etdiyi VAZ-2106 markalı **-BG- *** qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, Ç.İldırım küçəsi, Təzə Məhəllədə yerləşən Raminin evinə getmişdir. Əmisi Mahmud onları barışdırmaq istəsə də, Ramin razılaşmamış, əksinə əsəbiləşərək onunla mübahisə etmiş, mübahisə zamanı Ramin yerdən daş parçası götürüb tullayaraq onun avtomobilin arxa tərəfindən vurmuş, avtomobili bunun nəticəsində zədələnməmişdir. Həmçinin Ramin ona “bu gecə evini və avtomobilini yandıracağam” sözlərini deməklə hədələmişdir. O isə Raminin bu sözlərinə əhəmiyyət verməyib avtomobili sürüb oradan uzaqlaşmış, 102 xidmətinə zəng vurub Raminin daş parçasını onun avtomobilinə vurması barədə məlumat vermiş, həmçinin polis şöbəsinə ərizə yazmışdır. Daha sonra evinə getmişdir. Etirabnamə əsasında idarə etdiyi VAZ-2106 markalı **-BG-*** qeydiyyat nişanlı avtomobili də həyətdə saxlamışdır. Həmin gecə, yəni 02 iyun 2022-ci il tarixə keçən gecə saat 03:30 radələrində evdə yatan zaman həyətdə şaqqıltı səsləri eşidib oyanmış və durub həyətə baxanda görmüşdür ki, həyətdə saxladığın avtomobili alovlanıb yanır. Atası Zərərçəkmiş şəxs1la birlikdə köməkləşib vedrə və su şlanqı ilə su vurub avtomobildəki yanğını söndürmüşlər. Bundan sonra məlum olmuşdur ki, həm də həyətdəki anbar kimi istifadə etdikləri yardımçı tikili alovlanıb yanır. O, 101 xidmətinə zəng vurub məlumat vermiş və yanğınsöndürənlər gəlib anbardakı yanğını söndürmüşlər. Polis əməkdaşları da gəlib hadisə yerinə baxış keçirmişlər. Polis şöbəsində araşdırma zamanı məlum olmuşdur ki, avtomobili və anbarı kürəkəni Təqsirləndirilən şəxs qəsdən od vurub yandırmışdır. Yanğın nəticəsində onun etibarnamə əsasında idarə etdiyi avtomobil yanaraq tamamilə yararsız hala düşmüşdür. Təmiri mümkün deyildir. Həmin avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən əmisi Zərərçəkmiş şəxs2 məxsusdur. Avtomobil VAZ-2103 markalı **-BG-*** dövlət qeydiyyat nişanlıdır, 1981-ci ildə istehsal edilmişdir. Dəyəri təxminən 2000 (iki min) manat olar. Bundan başqa, həmin yanğın nəticəsində yaşadığı evin həyətindəki yardımçı tikilinin dam örtüyü yanaraq yararsız hala düşmüş, bunun nəticəsində 2200 (iki min iki yüz) manat maddi ziyan dəymişdir. Onun hal-hazırda yaşadığı ev atası Zərərçəkmiş şəxs1 məxsusdur. Bundan başqa yanğın zaman 2022-ci ilin aprel ayında 320 (üç yüz iyirmi) manata aldığı 1 ədəd avtogen, yəni qaynaq aparatı, 2019-cu ildə 150 ( bir yüz əlli) manata aldığı “BOSCH” firmasına məxsus olan bir ədəd direl, kondisioner quraşdırmaq üçün istifadə etmək üçün nəzərdə tutulmuş, hər metri 3 manat dəyərində 5 qanadlı 900 metr uzunluğunda, ümumilikdə 2700 manat dəyərində kabel, hər metri 23 manat, 100 metr uzunluğunda 2300 manat dəyərində olan kondisioner quraşdırmaq üçün istifadə edilən mis boru, kondisioner quraşdırmaq üçün istifadə edilən bir ədəd 0,25 manat olan ümumilikdə 500 ( beş yüz) manat dəyərində 2000 (iki min ədəd) 14-lük probka, 1 ədədi 150 ( bir yüz əlli) manat olmaqla, ümumilikdə 750 ( yeddi yüz əlli) manat dəyərində 5 ədəd soyuducu platası ( ana kart), bir ədəd 170 (bir yüz yetmiş) manat olan ümumilikdə 850 (səkkiz yüz əlli) manat dəyərində 5 ədəd paltaryuyan platası (ana kart), “ NOFROST” markalı soyuducunun istifadə edilməmiş 800 (səkkiz yüz) manat dəyərində alt-üst qapısı, dəyəri 150 (bir yüz əlli) manat olan, “Vestel” firmasına məxsus olan istifadə edilməmiş paltaryuyan motoru (mühərriki), dəyəri 150 ( bir yüz əlli) manat olan, “LG” firmasına məxsus olan istifadə edilməmiş paltaryuyan motoru (mühərriki), bir ədədi 0,05 manat ( 5 qəpik) olan ümumilikdə 50 ( əlli) manat dəyərində kondisioner quraşdırılmasmda istifadə edilən bolt, bir ədədi 0,05 manat (5 qəpik) olan ümumilikdə 50 (əlli) manat dəyərində kondisioner quraşdırılmasmda istifadə edilən qayka, bir ədədi 0,05 manat (5 qəpik) olan ümumilikdə 50 (əlli) manat dəyərində kondisioner quraşdırılmasmda istifadə edilən şayba, bir ədəd 30 (otuz) manat dəyərində istifadə edilməmiş paltaryuyan pompası, hər birinin qiyməti 80 (səksən) manat dəyərində olan, istifadə edilməmiş, ümumilikdə 320 (üç yüz iyirmi) manat dəyərində 4 ədəd paltaryuyan deterjanqabı, bir metri 7 (yeddi) manat olan, istifadə edilməmiş, ümumilikdə 35 (otuz beş) manat dəyərində 5 metr uzunluğunda kauçuk boru, bir metri 0,80 manat (səksən qəpik) olan, ümumilikdə 500 (beş yüz) metr uzunluğunda 400 (dörd yüz) manat dəyərində kondisioner su şlanqı, bir ədədi 1 manat olan 50 ədəd 50 manat dəyərində skoç, bir ədəd 0,70 manat dəyərində olan 50 (əlli) ədəd, ümumilikdə 35 (otuz beş) manat dəyərində izolent, bir ədədi 1,60 manat olan, 50 ədəd, ümumilikdə 80 (səksən) manat dəyərində zajem və bir kondisionerin borusunu izoliyasiya etmək üçün nəzərdə tutulmuş bir ədəd 2( iki) manat olmaqla, 50 ədəd, ümumilikdə 100 (bir yüz) manat dəyərində bant yanaraq məhv olmuşdur. Həmin yanğın nəticəsində onlara təxminən 14040 (on dörd min qırx) manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyanı tam şəkildə ödədiyinə və onunla barışdığına görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, S.Vurğun küçəsi ev 116-da qeydiyyatda olmaqla yaşayır. X12 da ailə üzləri ilə birlikdə onunla eyni evdə yaşayır. Təqsirləndirilən şəxs onun qızı Əfsanənin həyat yoldaşıdır, Əfsanə ilə Ramin 10 ildən artıqdır ki, ailə qurublar. Əvvəllər aralarında ədavət və narazılıq olmasa da, 2022-ci ilin may ayının sonlarında Ramin evlərində qızı Əfsanəni döydüyünə görə aralarında müəyyən narazılıq yaranmışdır. Bundan başqa, oğlu Zərərçəkmiş şəxs3 özü soyuducu və kondisionerlərin quraşdırılması və təmir ilə məşğul olur. Zərərçəkmiş şəxs3 Ramini də köməkçi kimi işlətmiş və buna görə müəyyən məbləğdə pul vermişdir. X6 Əhmədovdan daha artıq pul tələb etdiyinə görə aralarında narazılıq yaranmışdır. 01 iyun 2022-ci il tarixdə saat 21 radələrində qardaşı Mahmud oğlu Talehlə birlikdə Raminin yaşadığı evə getmişdir ki, Raminlə Talehi barışdırsın. Lakin Ramin daha da əsəbiləşərək, mübahisə yaratmış və daş parçası götürüb Talehin avtomobilinin arxa tərəfindən vurub zədələmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs3 102 xidmətinə zəng vurub şikayət etmişdir. Həmin gecə, yəni 02 iyun 2022-ci il tarixə keçən gecə saat 03:30 radələrində evdə yatan zaman oğlu Taleh onu çağırmış və həyətdə saxladığı avtomobilinin yandığını bildirmişdir. Buna görə də Talehlə birlikdə dərhal həyətə düşmüş və evin həyətində saxlanılmış, oğlu Talehin idarə etdiyi VAZ-2103 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alovlanıb yanmasını görmüşdür. Buna görə də Talehlə birlikdə vedrə ilə və su şlanqı ilə su vurub yanğını söndürmüşdür. Bundan sonra məlum olmuşdur ki, həm də həyətdəki anbar kimi istifadə etdikləri yardımçı tikili alovlanıb yanır. Oğlu Taleh 101 xidmətinə zəng vurmuş və yanğınsöndürənlər gəlib anbardakı yanğını söndürmüşlər. Polis əməkdaşları da gəlib hadisə yerinə baxış keçirmişlər. Polis şöbəsində araşdırma zamanı məlum olmuşdur ki, oğlu Talehin idarə etdiyi avtomobili və ona məxsus tövləni kürəkəni Təqsirləndirilən şəxs qəsdən od vurub yandırmışdır. Zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ- 2103 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil köhnədir. Təxminən 2000 (iki min) manat dəyərindədir. Anbarın yanması nəticəsində ona təxminən 3000 (üç min) manat maddi ziyan dəymişdir. Bundan başqa anbarın içərisinə oğlu Taleh tərəfindən yığılmış və özünə məxsus olan soyuducu və kondisionerə aid ehtiyat hissələri, həmçinin soyuducu və kondisionerin quraşdırılmasmda istifadə etdiyi digər əşyalar da yanmış, bunun nəticəsində təxminən 10000 (on min) manat, ümumilikdə isə bizə 15000 (on beş min) manata yaxın maddi ziyan dəymişdir. Ona dəymiş ziyanı tam şəkildə ödədiyinə və onunla barışdığına görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, S.Vurğun küçəsi ev 116A-da qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs3 qardaşı oğludur, qonşuluqda yaşayırlar. Münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1 qızı Əfsanənin əridir, Raminlə də münasibətləri normal olmuşdur. 2016-cı ilin aprel ayında Zərərçəkmiş şəxs3 nəqliyyat vasitəsinə əsasən onun anası X1 adina olan VAZ-2103 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adma sənədləşdirmək üçün birlikdə DİN-nin Baş DYPİ-nin Lənkəran RQİTBŞ-nə getmişlər. Lakin həmin idarədə avtomobilin Zərərçəkmiş şəxs3 anasının adından öz adına keçirilməsinə icazə verilmədiyi üçün avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun adına keçirilmişdir. Daha sonra isə həmin avtomobili idarə etmək üçün Zərərçəkmiş şəxs3 etibarnamə vermişdir. Həmin vaxtdan da avtomobili etibarnamə əsasında Zərərçəkmiş şəxs3 idarə edir. 02 iyun 2022-ci il tarixdə saat 03 radələrində qardaşı Zərərçəkmiş şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilini və onun adına olan, etibarnamə əsasında Zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ-2103 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən yandırmasını bildirmişdir. Buna görə də dərhal Allahverdinin yaşadığı evin həyətinə getmiş və həqiqətən də evin həyətində olan yardımçı tikilinin, həmçinin VAZ- 2103 markalı avtomobilin yandırılmasını görmüşdü. Həmin yanğınla bağlı Zərərçəkmiş şəxs3 DİN-nin 102 Xidmətinə və Biləsuvar RPŞ-nə məlumat vermişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə ödədiyinə və onunla barışdığına görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, S.Vurğun küçəsi, ev 116-da qeydiyyatda olsa da, lakin faktiki olaraq Biləsuvar şəhəri, Q.Həsənova küçəsində yaşayır. Təqsirləndirilən şəxs əridir, 2010-cu ildə rəsmi nikahla evlənmişlər, bu nikahlarından iki uşaqları vardır. Təqsirləndirilən şəxsla evləndikdən sonra münasibətləri normal olmuşdur. Lakin, arabir aralarında mübahisələr yaranmışdır. Zərərçəkmiş şəxs3 qardaşı, Zərərçəkmiş şəxs1 isə atasıdır. Həmin şəxslərlə və digər ailə üzvləri ilə münasibətləri yaxşıdır. Qardaşı Zərərçəkmiş şəxs3 kondisioner ustası olduğu üçün yanında Təqsirləndirilən şəxs fəhlə kimi işlətmiş və gündəlik pulunu vermişdir. Lakin, 2022-ci ilin may ayında Ramin Talehlə birlikdə kondisioner quraşdırdıqdan sonra Taleh ona pul vermədiyi üçün aralarında narazılıq yaranmışdır. Buna görə də 2022-ci ilin may ayının sonlarında hal- hazırda xatırlamadığı bir tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs qardaşı Talehin verməli olduğu 100 (bir yüz) manat pulu verrmədiyi üçün əsəbləşib Talehin barəsində xoşagəlməz sözlər danışmış, o da Raminin bu hərəkətinə narazılığını bildirmişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ramin sillə ilə bir dəfə onun sifətindən vurmuşdur. O, atası Zərərçəkmiş şəxs1 zəng edərək bu barədə məlumat vermişdir. Həmin gün atası Xudaverdi və qardaşı Zərərçəkmiş şəxs3lar yaşadığı ünvana gəlmiş, Raminin onu sillə ilə vurmasına görə aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra atası və qardaşı çıxıb getmişlər. Lakin, Raminin onu sillə ilə vurması barədə polisə şikayət etməmişdir. 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində X10a zəng edərək yaşadığı evə çağırmış və qardaşı Talehlə əri Ramini barışdırmasını xahiş etmişdir. Buna görə də Mahmud Zərərçəkmiş şəxs3 zəng edəərk yaşadığı evə çağırmışdır. Bir qədər sonra isə o, özü Raminə zəng etmiş və Ramin evə gəlmişdir. Lakin, Ramin evə gələn kimi Talehin evdə olmasından əsəbiləşib çıxıb getməsini istəmiş, bu səbəbdən də Raminlə Taleh arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Ramin yerdən daş parçasını götürüb Talehin idarə etdiyi VAZ-2103 markalı avtomobilin sağ tərəfindən vurmuşdur. Taleh də avtomobilə əyləşib yaşadığı ünvandan çıxıb getmişdir. Təxminən 1 saat sonra polis əməkdaşları yaşadığı ünvana Raminin Talehin avtomobilinə daş parçası vurması səbəbindən şikayət etməsi ilə bağlı gəldiyi üçün Ramin də Talehin onun barəsində şikayət etməsindən əsəbiləşmişdir. 02 iyun 2022-ci il tarixdə saat 06 radələrində həyətə düşərkən atası Zərərçəkmiş şəxs1 yaşadığı ev istiqamətində tüstü gəlməsini görüb Ramindən nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin gecə saat 03 radələrində atası Xudaverdinin yaşaıdğı evin həyətinə gedərək yardımçı tikilinin və qardaşı Talehin idarə etdiyi VAZ-2103 markalı avtomobilin üzərinə benzin tökərək yandırmasını bildirmişdir. Buna görə də atası Xudaverdiyə zəng edərək belə bir hadisənin baş verib-vermədiyini soruşmuşdur. Xudaverdi də Raminin onların evinin həyətində olan yardımçı tikilini və avtomobili qəsdən yandırmasını bildirmişdir. 2022-ci ilin may ayının sonlarında yaşadığı evdə aralarında baş vermiş mübahisəni və Raminin bir dəfə sillə ilə onun sifətindən vurmasını heç kim görməmiş, mübahisə 5 dəqiqəyə yaxın vaxt davam etmişdir. Təqsirləndirilən şəxsla münasibətləri normaldır, buna görə də onu sillə ilə vurması ilə bağlı heç bir şikayət və tələbi yoxdur. 02 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə gedərək həmin evin həyətində olan yardımçı tikilini və avtomobili yandıracağını ona deməmiş, buna görə də Raminin belə bir niyyətinin olmasını bilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X2 xx.xx.2022-ci il tarixli 19/728 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1981-ci il buraxılşh, VAZ-2103 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 3000,0 (üç min) manat müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3324 №-li məhkəmə fizikikimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata yanğından sonrakı qalıq nümunə qismində təqdim edilmiş üzərində “ Biləsuvar RPŞ Material HK-1\832 Zərərçəkmiş şəxs3 məxsus yardımçı tikilidən götürülmüş yanğından sonrakı qalıqların nümunələri” ...və Biləsuvar RŞ Material HK-1\832 Zərərçəkmiş şəxs3 məxsus VAZ-2103 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş yanğından sonrakı qalıqların nümunələri” yazıları, imzalar olan zərflərdəki kül nümunələri üzərinə tez alışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izləri vardır. Neft məhsulu yüksək temperatura və buraxlanmaya məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10\3864 nömrəli məhkəmə tikinti- texniki ekspertizasının rəyindən görünür ki, Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus olan yardımçı tikilidə baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərlərin ümumi dəyəri 2080,0 (iki min səksən) manat dəyərində müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10\5277 nömrəli məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyində göstərilmişdir ki, VAZ- 2103 markalı, 12-BG- 401 dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi avtomobilin salon hissəsində olmuşdur. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, avtomobildən götürülmüş nümunələrin üzərində neft məhsulları aşkar edildiyini nəzərə aldıqda, belə nəticəyə gəlmək olar ki, yanğın istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni neft məhsullarından odlama vasitəsi kimi istifadə edilərək, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş vermişdir. Yanğın kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən baş verdiyindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərin pozulub-pozulmamasına dair suallar üzrə tədqiqat aparılmamışdır. “Azərtikinti” inşaat materialları mağazasından daxil olmuş xx.xx.2022-ci il tarixli,139- 30221- 1122 saylı məktubda göstərilmişdir ki,2019-cu ildə 150 (bir yüz əlli) manata lınmış“Bosch”markalı bir ədəd direlin işlənmə dərəcəsi nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 90 (doxsan) manat 2022-ci ilin aprel ayında 320 (üç yüz iyirmi) manata alınmış 1 ədəd avtogen yəni qaynaq aparatının işlənmə dərəcəsi nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 275 (iki yüz yetmiş beş)manat olması müəyyən edilmişdir.Bundan başqa,kondisioner quraşdırılmasmda istifadə edilən 5 qanadlı kabelin bir metrinin 3 (üç) manat, mislində borcunun bir metrinin 23 (iyirmi üç) manat, bir ədəd 14-lük tıxacın (probkanın) 0,25 manat, bir ədəd boltun 0,05 manat, bir ədəd qaykanın (boltu bərkitmək üçün üzərinə keçirilmiş çoxyivli halqanın) 0,05 manat, bir ədəd şaybanm (qaykanın altına qoyulan yastı halqa şəkilli altlığın) 0,05 manat, bir metr kondisioner su şlanqının 0,80 manat, bir ədəd skoçun (yapışqan lent) 1,0 manat, bir ədəd zajemin 1,60 manat, bir ədəd izolentin 0,70 manat, kondisionerin borusunu izoliyasiya etmək üçün nəzərdə tutulmuş bir ədəd bantın 2,0 manat, paltaryuyan quraşdırmaq üçün istifadə edilən kauçuk borunun bir metrinin 7,0 manatdır.“Arçelik” məişət avadanlıqları mağazasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 139-30222- 1122 saylı məktubda göstərilmişdir ki, adları qeyd edilən əşyaların xx.xx.2022-ci il tarixə olan alqı- satqı qiymətinə uyğun olaraq istifadə edilməmiş bir ədəd soyuducu platasmm (ana kart) 150 (bir yüz əlli) manat, istifadə edilməmiş bir ədəd paltaryuyan platasının (ana kart) 170 (bir yüz yetmiş) manat, “NOFROST” firmasına məxsus olan istifadə edilməmiş bir ədəd soyuducunun alt-üst qapısının 770 (yeddi yüz yetmiş) manat, “Vestel” firmasına məxsus olan istifadə edilməmiş bir ədəd paltaryuyan motorunun 150 (bir yüz əlli) manat, “LG” firmasına məxsus olan istifadə edilməmiş bir ədəd paltaryuyan motorunun 150 (bir yüz əlli) manat, istifadə edilməmiş bir ədəd paltaryuyan pompasınm 25 (iyirmi beş) manat, istifadə edilməmiş bir ədəd paltaryuyan deterjanqabımn 70 ( yetmiş) manat olması müəyyən edilmişdir.Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3030 nömrəli rəyində göstərilmişdi ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda hə hansı psixi xəstəlik qeyd olunmadığından psixi müalicəyə ehtiyacı yoxdur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətinin dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərin faktik xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab hedilməlidir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Rüstəmov X4 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarat qaydada təsdiq edilmiş ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətində yerləşən yardımçı tikilini qəsdən yandırması nəticəsində dəymiş ziyanı ödəməsini, Təqsirləndirilən şəxs bağışlamasını və barışmasını, buna görə də heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə notarat qaydada təsdiq edilmiş ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı, evin həyətində yerləşən yardımçı tikilini yandırması nəticəsində tikilinin içərisində olan ona məxsus məişət əşyaları və məişət əşyalarının bəzi ehtiyat hissələrinin yanmasını, lakin Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, Təqsirləndirilən şəxs bağışlamasını və barışmasını, buna görə də heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmış, onun himayəsində iki azyşalı uşağının (xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3) olması, həmçinin zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi və barışıq əldə etməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etmə cinayət əməlini törətməsi onun etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, MEM-nin X2 xx.xx.2022-ci il tarixli 19/728 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi, MEM-nin xx.xx.2022-ci il tarixli 6/3324 №li məhkəmə fiziki-kimyəvi ekspertizası rəyi, MEM-nin xx.xx.2022-ci il tarixli 10\3864 nömrəli məhkəmə tikinti- texniki ekspertizası rəyi, MEM-nin xx.xx.2022-ci il tarixli 10\5277 nömrəli məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyi, “Azərtikinti” inşaat materialları mağazasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 139-30221-1122 saylı məktub,“Arçelik” məişət avadanlıqları mağazasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 139-30222-1122 saylı məktub, məhkəmə- psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3030 nömrəli rəyi və eləcə də işdə olan digər rəsmi sənədlər, həmçinin işin faktiki halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 186.2.2cü maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə CMin 186.2.2-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 186.2.2cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, habelə barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 186.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri dəyişdirilməklə həbs qətimkan tədbiri ilə əvəz edilməli və o məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə 265 (iki yüz altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İşdə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri dəyişdirilməklə həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalından həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Ekspertza tədqiqatının dəyəri olan 265 (iki yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(022)-13/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-13/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver