Məhkəmə qərarları › İş №1(022)-13/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-13/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-13/2025 09.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Rəhimli Azad Elşad oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Biləsuvar şəhəri, Xəqani küçəsi, ev 20 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 25 sentyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 09. Avqust 2018-ci il tarixdən hesablanmaqla 11 avqust 2014-cü il təvəllüdlü X5 və 27 aprel 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100,00 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,77 (sıfır tam yüzdə yetmiş yeddi) misli miqdarında olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(022)-1250/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Biləsuvar Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 3(022)-172/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 10 fevral 2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 11 fevral 2024-cü il tarixədək 6901 manat məbləğində aliment borcunu zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ilin may ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları 04 sentyabr 2013-cü il tarixdə rəsmi olaraq qeydə alınmış, birgə nikahdan 11 avqust 2014-cü il tarixdə Dəniz və 27 aprel 2016-cı il tarixdə Uğur adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş, onların birlikdə yaşamağı qeyri-mümkün olmuş və bu səbəbdən də Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə onların nikahına xitam verilərək, 09 avqust 2018-ci il tarixdən hesablanmaqla 11 avqust 2014-cü il təvəllüdlü X5 və 27 aprel 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,77 (sıfır am yüzdə yetmiş yeddi) misli miqdarında olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 sentyabr 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Biləsuvar rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd idilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi içün, Biləsuvar Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərarı ilə 15 (on beş) gün, 19 yanvar 2023-cü il tarixli qərarı ilə yenidən 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Biləsuvar Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlardan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 11 yanvar 2024-cü il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 6901,00 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Əlavə olaraq o, Zərərçəkmiş şəxs ilə evli olduğu müddət ərzində fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni usta yanında fəhlə kimi fəaliyyət göstərdiyini, hal hazırda usta yanında hörgü işləri görərək gündəlik 15-20 manat olmaqla aylıq orta hesabla 450-600 manat qazanc əldə etdiyini, 3-cü qrup əliliyinə görə 150 manat pensiya aldığını və daima fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün işsizliklə bağlı məşğulluq mərkəzinə müraciət etmədiyini göstərmişdir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəməninin 10 dekabr 2024-cü il tarixli iclasında təqsirləndirilə şəxs şifahi vəsatətlə məhkəməyə müraciət edərək, aliment borcunun ödənilməsi ilə bağlı bir hefte vaxt verilməsini xahiş etmiş və öhdəliyini tam icra edəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs vəsatətini təmin edərək bu məqsədlə iclası bir ay sonraya, yəni, 09 yanvar 2025-ci il tarixə təxirə salmış, lakin təqsirləndirilən şəxs yenə də heç bir ödəniş etməyərək Azərbaycan Respublikasının adından çıxarılan 16 sentyabr 2018-ci il tarixli, 2(022)-1250/2018 saylı məhkəmə qətnaməsini icra etməmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ilin may ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları 04 sentyabr 2013-cü il tarixdə rəsmi olaraq qeydə alınmış, birgə nikahdan 11 avqust 2014-cü il tarixdə Dəniz və 27 aprel 2016-cı il tarixdə Uğur adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş, onların birlikdə yaşamağı qeyri-mümkün olmuş və bu səbəbdən də o, Təqsirləndirilən şəxs faktiki olaraq ayrılaraq övladları ilə birlikdə valideyinlərinin yanında yaşamağa başlamışdır. Bir müddət övladlarına valideyinlərinin köməkliyi ilə baxdıqdan sonra Təqsirləndirilən şəxs ilə arasında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 sentyabr 2018-ci il tarixli, 2(022)-1250/2018 saylı qətnaməsi ilə onların nikahına xitam verilərək, 09 avqust 2018-ci il tarixdən hesablanmaqla 11 avqust 2014-cü il təvəllüdlü Qılınclı Dəniz Eİşad qızının və 27 aprel 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,77 (sıfır tam yüzdə yetmiş yeddi) misli miqdarında olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 sentyabr 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Biləsuvar rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Eİşad Qılıncova rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni üvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün, Biləsuvar Rayon əhkəməsinin 22 noyabr 2019cu il tarixli qərarı ilə 15 (on beş) gün, 19 yanvar 2023-cü il tarixli qərarı ilə yenidən 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra əmurunun təqdimatına əsasən, Biləsuvar Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam btdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 11 yanvar 2024-cü il tarixədək yaranmış olan 6901 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar evli olduqlar müddət ərzində Təqsirləndirilən şəxs Bakı şəhərində mebel sexində usta işləyərək aylıq 900 manat qazanc əldə etmiş, hal hazırda da İmişli rayonunda yerləşən dəmir sexində fəhlə kimi fəaliyyət göstərərək yetərli qazanc əldə etdiyini və qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar rayon icra və probasiya şöbəsinin icra İnəmuru Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1250/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 11 avqust 2014-cü il tarixdə anadan olmuş X5 və 27 aprel 2016-cı il tarixdə anadan olmuş X1 uçün hər ay hər uşağa görə 100,00 (bir yüz) manat, cəmi 200,00 (iki yüz) manat məbləğində aİimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, Biləsuvar rayon icra və probasiya şöbəsində başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra məmurunun çağırışlarına gəlməmiş və yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də borclu Təqsirləndirilən şəxs barəsində 27 noyabr 2018-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmiş, borclu polis şöbəsinin əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə gətirilmiş və şöbədə izahatı alınaraq icra sənədi üzrə tələbi tam şəkildə təmin etməsi tələb edilmişdir. Borclu Təqsirləndirilən şəxs aliment pulunu tələbkar Zərərçəkmiş şəxs ödəməmiş və aliment borcu yaranmışdır. Yaranmış aliment borcunun tam şəkildə tələbkara ödətdirilməsi üçün borclunun izahatı alınmış, icra tənədi üzrə tələbi tam təmin etməsi tələb edilmiş, lakin borclu yenə də aliment borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs tələbi təmin etmədiyi üçün barəsində 22 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərarı ilə borclu (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra 21 sentyabr 2020-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət olunmuş və Biləsuvar Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 8(022)-96/2020 saylı qərardadı ilə təqdimat təmin olunaraq borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun çağırışlarına gəlməmiş və yaşadığı yeri müəyyən etmək mümkün olmamış, bu səbəbdən də barəsində 28 aprel 2021-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs polis şöbəsinin əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə gətirilmiş və şöbədə izahatı alınaraq icra sənədi üzrə tələbi tam şəkildə təmin etməsi tələb edilmiş, Təqsirləndirilən şəxs borcunun tələbkara ödənilməsi üçün iltizam vererək vaxt istəmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun çağırışlarına gəlməmiş və yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də borclu barəsində 07 oktyabr 2022-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. İcra tədbirləri zamanı borclu tələbkara olan borcunu tam şəkildə ödəmədiyi üçün 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin tənbehdən sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyini tam yerinə yetirməmiş və icra sənədi üzrə borcundan tələbkara heç bir ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Qeyd olunan icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkara cəmi 6099,00 manat ödəniş etmiş və hazırda borclunun tələbkara 6901,00 manat aliment borcu yaranmışdır. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, tələbkarların qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmış və əməlində qərəzlilik elementləri olduğundan cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar rayon icra və probasiya şöbəsinin rəisi Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Elməddin Babayev tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 aprel 2019-cu il tarixli ******* nömrəli məktubdan görünür ki, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun barəsində açılmış axtarış işinə xitam verilməsi üşün Təqsirləndirilən şəxs Biləsuvar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. (i.v. 23) Biləsuvar Rayon Məhkəməsinin 3(022)-353/2019 saylı, 22 noyabr 2019-cu il tarixli “İnzibati xəta haqqında iş üzrə qərarı”ndan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 29-30) Biləsuvar Rayon Məhkəməsinin 8(022)-96/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərardadından görünür ki, Biləsuvar rayon icra və probasiya şöbəsinin təqdimatına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 34) Ödəniş qəbzlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hesabına ümumilikdə 398 manat pul köçürmüş, icra sənədi üzrə 6901 manat borcu qalmışdır. (i.v. 40-50) Biləsuvar Rayon Məhkəməsinin 3(022)-172/2023 saylı, 19 yanvar 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə qərarı”ndan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 68) X10 İnkşaf Mərkəzinin 03 aprel 2023-cü il tarixli, 3-223-12-/2-30/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına X2 heç bir texnika dövlət qeydiyyatına alınmamışdır. (i.v. 76) Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 11 aprel 2023-cü il tarixli 5-391/2-1200/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşamadığı, Biləsuvar şəhəri ərazisində yaşamadığına görə X9 kitabında onun barəsində heç bir məlumat qeydiyyata alınmamışdır. (i.v. 77) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X3 filialının 08 iyun 2023-cü il tarixli 3-17-2/2-3899 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyatının mövcud olmadığı aşkarlanmışdır. (i.v 80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-1312/2-20990/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkumluğu olmamışdır. (i.v 101-102) “Məcburi gətirmə haqqında” 04 mart 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxsin 15 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə gətirilməsi ilə bağlı qərar qəbul edilmişdir. (i.v. 109) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs gizləndiyi üçün barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 117-118) “İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və sonuncu tutularaq Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə yerləşdirilməklə dərhal Ədliyyə Nazirliyi İstintaq İdarəsinə məlumat verilməsi qərara alınmışdır. (i.v. 114-115) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 mart 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 111-112) “Axtarışda olan şəxsin tutulması barədə” Biləsuvar rayon polis şöbəsinin 10 aprel 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə saat 13.39-da tutularaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. (i.v. 122) “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 123) “Qətimkan tədbiri seçilməsi haqqında” 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, “Müvəqqəti saxlama yerindən azad edilmə haqqında” qərara əsasən həmin tarixdə dərhal Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. (i.v. 143-146) “Qətimkan tıdbirinin şərtlərinin pozulduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və sonuncu tutularaq Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə yerləşdirilməklə dərhal Ədliyyə Nazirliyi İstintaq İdarəsinə məlumat verilməsi qərara alınmışdır. (i.v. 148-149) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs gizləndiyi üçün barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 151-152) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 22 may 2024-cü il tarixli, 6570 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə qeyd olunan xəstəxanada stasionar müayinə və müalicəyə qəbul olunmuşdur. (i.v. 155-156) “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 157-158) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində sağlamlıq dərəcəsinin müəyyən edilməsi ilə əlaqədar komisyon məhkəmə-tibb ekspertizası təyin edilib və rəy alınanadək cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 170) Azərbaycan Respublikası Səhiyyə Naziliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 30 may 2024-cü il tarixli, 1581 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda alkoqollu içkilərdən sui-istifadə nəticəsində asılılıq sindromu müəyyən edilir. (i.v. 174-175) “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 179-180) “Qətimkan tədbirinin şərtlərinin pozulduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və sonuncu tutularaq Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə yerləşdirilməklə dərhal Ədliyyə Nazirliyi İstintaq İdarəsinə məlumat verilməsi qərara alınmışdır. (i.v. 183-184) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 186-187) “Axtarışda olan şəxsin tutulması barədə” Biləsuvar rayon polis şöbəsinin 24 sentyabr 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə saat 11.00-da Biləsuvar şəhərində tutularaq Rayon Polis Şöbəsinə gətirilmişdir. (i.v. 190) “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 191-192) “Qətimkan tədbiri seçilməsi haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, “Müvəqqəti saxlama yerindən azad edilmə haqqında” qərara əsasən həmin tarixdə dərhal Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. (i.v. 200-204) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində sağlamlıq dərəcəsinin müəyyən edilməsi ilə əlaqədar komisyon məhkəmə-tibb ekspertizası təyin edilib və rəy alınanadək cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 170) Azərbaycan Respublikası Səhiyyə Naziliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 21 oktyabr 2024-cü il tarixli, KEŞ-905 rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırki sağlamlıq durumu və qeyd olunan xəstəlikləri ilə əlaqədar görmə gərginliyi tələb olmayan işlərdə işləyə bilər. (i.v. 213-217) “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 219-220) nıraltubüS“ qiymətləndirilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri toplanmış digər sübutlar və Biləsuvar rayon icra və probasiya şöbəsində toplanmış materiallar, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2(022)-1250/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etmədiyini təsdiq edən sübutlar kimi qəbul olunmuşdur. (i.v.224-230) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında verilən ifadələrdən, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmir, aliment ödənilməsindən yayınır. Yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Bu qənaətə gələrkən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə qətnaməsi çıxarılan gündən mövcud olan aliment borcunun ödənilməməsini, məhkəmə istintaqı zamanı onun tərəfindən bu öhdəliyinin icrası üçün bir həftə vaxt verilməsi vəsatətinin təmin edilib, daha humanist yanaşaraq bir ay müddət verməsini, lakin təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilməməsini, eləcə də, barəsində təyin olunan ekspertiza nəticəsi kimi Təqsirləndirilən şəxs alkoqollu içkilərdən suiistifadə nəticəsində asılılıq sindromu müəyyən edilməsini (Azərbaycan Respublikası Səhiyyə Naziliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 30 may 2024-cü il tarixli, 1581 nömrəli rəyi), hal-hazırki sağlamlıq durumu və qeyd olunan xəstəlikləri ilə əlaqədar görmə gərginliyi tələb olmayan işlərdə işləyə bilməsinə (Azərbaycan Respublikası Səhiyyə Naziliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 21 oktyabr 2024-cü il tarixli, KEŞ- 905 rəyinə əsasən) baxmayaraq bunun üçün heç bir cəhd göstərməməsini onun Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qətnaməsinin qərəzli olaraq icra etməməsi və bununla da ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi kimi qiymətləndirir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məhkəmə tərəfindən ona görə məqsədəmüvafiq hesab edilmir ki, iş materiallarına əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs dəfələrlə onun barəsində təyin edilmiş qətimkan tədbirlərinin şərtlərini pozmuş, istintaqdan gizlənmişdir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi məhkəmə tərəfindən ona görə məqsədəmüvafiq hesab edilmir ki, onun iş materiallarına və məhkəmə istintaqında müəyyən edilmiş hallara əsasən iş yerinin olmadığı müəyyən edilmişdir. Belə olan hallarda isə tətbiq ediləcək olan azadlığın məhdudlaşdırılmasl və islah işi növündə cəzanın icrası çətin olacaq, eləcə də şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması istisna hal təşkil edəcəkdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzasının seçilməsi, onsuzda pul öhdəliyi olan maddi imkansız şəxsin əlavə məbləğ ilə öhdəliyini artıraraq vəziyyətinin çətinləşdirilməsinə səbəb olacaq bu isə icra sənədi üzrə öhdəliyin yerinə yetirilməsini daha da çətinləşdirəcəkdir. Təqsirləndirilən şəxs barəsində olan “Axtarışda olan şəxsin tutulması barədə” Biləsuvar rayon polis şöbəsinin 10 aprel 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə saat 13.39-da tutularaq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmiş, “Qətimkan tədbiri seçilməsi haqqında” 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, “Müvəqqəti saxlama yerindən azad edilmə haqqında” qərara əsasən həmin tarixdə dərhal Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Həmçinin “Axtarışda olan şəxsin tutulması barədə” Biləsuvar rayon polis şöbəsinin 24 sentyabr 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə saat 11.00-da Biləsuvar şəhərində tutularaq Rayon Polis Şöbəsinə gətirilmiş, “Qətimkan tədbiri seçilməsi haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, “Müvəqqəti saxlama yerindən azad edilmə haqqında” qərara əsasən həmin tarixdə dərhal Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 4 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalı, bu səbəbdən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsin barəsində təyin edilən cəzanın növünü, cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar