Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-130/2024 09.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 5,631 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 31 mart 2024-cü il tarixdə saat 01:00 radələrində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun sağ tərəfində yerləşən “Turist-5” kafesinin yaxınlığında “Toyota Prius” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən üzəri qırmızı rəngli yapışqanlı lentlə bükülmüş şəffaf rəngli sellofanda xeyli miqdarda, təmiz çəkisi 5,631 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Fərdi əməklə məşğuldur. Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda tikinti işlərində usta və fəhlə kimi işləyərək dolanışığını təmin edir. 30 mart 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada hərəkətdə olan zaman yerdən qırmızı rəngli yapışqan lentlə sarılmış bükülü tapmışdır. Bundan sonra yolun kənarına çəkilmiş və bükülünü açmışdır. Həmin bükülünü açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Belə ki, qurudulmuş marixuna istifadəçisi olduğu üçün bükülüdə olan kütləni tanımış və şəxsi istifadəsi məqsədilə üzərində saxlamışdır. Bundan sonra işə getmişdir. İşdə olan zaman həmin bükülüdə olan qurudulmuş marixuanın bir hissəsini siqaretə doldurub çəkmişdir. Qalan hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Saat 18 radələrində işdən çıxaraq evə qayıtmışdır. Təxminən iki ay bundan əvvəl Biləsuvar rayon sakini olan Samir adlı şəxslə Bakı şəhərində müxtəlif yerlərdə tikinti işlərində fəhlə işləmişdir. Həmin vaxtlarda Samir ondan borca pul almış, sonradan elə olmuşdur ki, o, tikintidə iş yerini dəyişmiş və Samirlə əlaqələri kəsilmişdir. Samir telefon işlətmədiyi üçün işlədiyi tikinti yerinə getmiş, Samiri maraqlanmış, sonuncunun Biləsuvar rayonuna getməsini öyrənmişdir. Onun pula ehtiyacı olduğuna görə qərara almışdır ki, Biləsuvar rayonuna gəlsin və Samiri taparaq verdiyi pulu geri alsın. Bundan sonra o, Biləsuvar rayonuna getmək üçün taksi xidmətləri ilə maraqlanmışdır. Taksi xidmətləri baha olduğu üçün o, əvvəllər tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan tanışı X4 ilə əlaqə saxlayaraq onu Biləsuvar rayonuna neçəyə aparacağını soruşmuşdur. X7 rayonuna aparıb geri qaytarmaq üçün ondan 60 manat məbləğində pul istəmişdir. O, həmin şəxslə razılaşmışdır. O, həmin pulu Vüsalın kart hesabına göndərəcəyimi demişdir. Bundan sonra Vüsal Muradzadə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə onun yaşadığı binanın qarşısına gəlmişdir. O, Vüsalın avtomobilinə əyləşdikdən sonra saat 21:30 radələrində Biləsuvar rayonuna gəlmək üçün yola düşmüşlər. Onlar 31 mart 2024-cü il tarixdə saat 00:30 radələrində Biləsuvar rayonuna daxil olmuşlar. Onlar Biləsuvar rayonu Ələt-Astara yolu ilə hərəkətdə olduqları zaman “Turist-5” adlanan kafenin yaxınlığında yol patrul xidməti avtomobilə “saxla” işarəsi vermişdir. Vüsal Muradzadə avtomobili yolun kənarına çəkərək saxlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onları rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarının müdafiə etmək üçün müdafiəçi X5 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynindəki gödəkçənin sağ yan cibində olan qırmızı rəngli yapışqanlı lentlə sarılmış bükülünü təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin narkotik vasitə qurudulmuş marixuananı 30 mart 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə öz iştirakıyla açılaraq baxış keçirilmiş, bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması aşkar olunmuşdur. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi rayon polis şöbəsinin elektron tərəzisində çəkildikdə çəkisinin bükülü ilə birlikdə 7,40 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Mehman Mütəllimovla birlikdə həmin protokolla tanış olub imzalamışdır. Daha sonra Vüsal Muradzadəyə məxsus “Toyota Prius” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə rayon polis şöbəsinin inzibati binasının həyətində videoçəkiliş aparılmaqla onun, müdafiəçisi Mehman Mütəllimovun, Vüsalın, müdafiəçisi Əli Hüseynovun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi barədə tərtib edilmiş protokolla müdafiəçisi Mehman Mütəllimovla birlikdə tanış olaraq imzalamışdır. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülünü tapanda yanında heç kim olmamışdır. O, həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülünü özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin bir ədəd bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Üzərində olan 5,631 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan Vüsal Muradzadənin məlumatı və xəbəri olmamışdır. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində şləyir, polis baş leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün tərəfindən 31 mart 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, rayon polis şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı X6, rayon polis şöbəsinin X18 bölməsinin inspektoru, polis serjantı X13 və rayon polis şöbəsinin X18 bölməsinin inspektoru, polis baş serjantı X8 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 31 mart 2024-cü il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Toyota Prius” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Ələt-Astara yonun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən 104-cü kilometrliyində “Turist 5” adlanan kafenin yaxınlığında RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən “saxla” işarəsi verilmiş və saxlanılmışdır. Bundan sonra əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmişlər və Təqsirləndirilən şəxsla birlikdə avtomobilin sürücüsü X1 rayon polis şöbəsinə gətirmişlər. O, Təqsirləndirilən şəxs və sürücü Vüsal Muradzadənin üzərində və sonuncunun idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Mahsun Kərimova həvalə edilmişdir. Təqsirləndirilən şəxs və Vüsal Muradzadəyə müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X5 tərəfindən müdafiə olunmasını bildirmişdir.Vəkil Mehman Mütəllimov Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd qırmızı rəngli yapışqan lentlə sarılmış bükülünü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana vardır, 30 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra həmin bükülüyə Təqsirləndirilən şəxs iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 7,40 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd alışqan, 1 (bir) dəst mənzil açarı və içərisində 1 (bir) ədəd “BAKİKART” və 2 (iki) ədəd plastik bank kartı olan portmanat aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı Mahsun Kərimov tərəfindən götürülsə də, digər əşyaları özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Bundan sonra şübhəli şəxs X4 vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X9 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Əli Hüseynov Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı Vüsal Muradzadəyə təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Vüsal Muradzadə əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd “RED Mİ” markalı mobil telefonu və şalvarının sol yan cibindən isə 1 (bir) ədəd idarə etdiyi “Toyota Prius” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus açarı çıxardıb təqdim edərək üzərində qanunla qadağan olunmuş heç bir əşyanın olmadığını bildirmişdir. Bundan başqa Vüsal Muradzadə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatının olmamasını, əvvəllər məhkum olunmamasını, taksi sürücüsü olmasını və Biləsuvar rayonuna Təqsirləndirilən şəxs müştəri qismində gətirməsini bildirmişdir. Bundan sonra Vüsal Muradzadənin üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən dövriyyəsi qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Daha sonra Vüsal Muradzadəyə məxsus “Toyota Prius” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncuyla yanaşı Vüsal Muradzadənin müdafiəçisi Əli Hüseynovun, şübhəli şəxs Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisi Mehman Mütəllimovun, rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimovun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Qeyd etmişdir ki, nə saxlanılan zaman, nə də üzərilərinə keçrilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və X2 hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət həmin şəxslərin öz razılığı ilə olmuşdur. Həmin şəxslərə qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. İşdə olan Şəxsi axtarış və götürmə barədə 31 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki qara rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd qırmızı rəngli yapışqan lentlə sarılmış bükülünü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana vardır, 30 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Raman qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Aşkar edilib götürülmüş 1 (bir) ədəd qırmızı rəngli yapışqan lentlə sarılmış bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən olunmuş, həmin kütlə RPŞ-nin elektron tərəzisində çəkildikdə, bükülü ilə birlikdə çəkisinin 7,40 qram olması müəyyən edilmiş, həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X3 31 mart 2024-cü il tarixli 19/304 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin qablaşdırıldığı zərf.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi: -5,631 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 5,631 qram., cəmi tədqiqata sərf olundu-0,05 qram., qalıq 5,581 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,631 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 5,581 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2024-cü il tarixli 351 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hal əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 31 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə saat 01:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 aprel 2024-cü il saat 15:30-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. İş materiallarından görünür ki, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə xx.xx.2024-cü il tarixdə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 26 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərində tutulmuş, Biləsuvar RPŞ-nə gətirilərək MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində 27 iyun 2024-cü il tarixdə MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ilə əvəz edilməsi haqqında qərar qəbul edilmiş o, azad edilmişdir. İş materiallarından görünür ki, Biləsuvar rayon məhkməsinin xx.xx.2024-cü il tarixli 1(022)-130/2024 saylı qərarı ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin könüllü gəlməsi barədə 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, axtarışı elan olunmuş Təqsirləndirilən şəxs ailə üzvləri ilə aparılan əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə könüllü olaraq Biləsuvar RPŞ-nə gələrək özünü təqdim etmiş və RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki (iki) gün, axtarışla tutularaq saxlandığı iki gün və 14 sentyabr 2024-cü il tarixdən 09 oktyabr 2024-cü il tarixədək saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Apşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə, məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 aprel 2024-cü il tarixli 351 nömrəli rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 5,581 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixindən 24 aprel 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin, 26 iyun 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixinədək, yəni 2 (iki) gün tutulduğu müddətin və 14 sentyabr 2024-cü il tarixdən 09 oktyabr 2024-cü il tarixədək həbsdə saxlandığı 26 (iyirmi altı) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Apşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 5,581 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15
Məhkəmə qərarları › İş №1(022)-130/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-130/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver