Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-131/2025 03.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X5 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olmaqla yaşayan, 02 oktyabr 2025-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 30 sentyabr 2025-ci il tarixdə saat 18:40 radələrində ictimai yer hesab olunan Biləsuvar rayonu, Günəşli kəndinin mərkəzi küçəsində Şəhid N.Babayevin xatirəsinə quraşdırılmış abidənin yaxınlığında ictimai qaydanı kobud surətdə pozub cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətə açıqca hörmətsizlik edərək Biləsuvar rayonu, Günəşli kənd sakini Zərərçəkmiş şəxs ona bir neçə gün əvvəl “TikTok” sosial şəbəkəsində nalayiq sözlər deməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə edərək insanların çox olduğu yerdə ucadan nalayiq sözlər deyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib, qolundan dartıb yerə yıxaraq “burun, sol yanaq və sağ kürək nahiyəsində sıyrıqlar” ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər, sonuncu yerdə olan zaman təpiklə sağ dizinə vuraraq “sağ diz oynağı nahiyəsində hematoma” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs öncə özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilməsə də, sonrakı məhkəmə iclasında təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hadisədən bir neçə gün əvvəl “TikTok” sosial şəbəkəsində “Ümüdsüz Xeyallar” adlı hesabın sahibinin canlı yayımına baxırdı. Bu zaman hesabın istifadəçisinin canlı yayımda Biləsuvar rayonunda yaşadığını, adının Seymur olmasını bildirmişdir. Seymur adlı şəxs canlı yayımda izləyicilərin ünvanına nəlayiq söyüşlər söyürmüş. O, canlı yayımın şərhlər bölümündə ona söyüş söyməməsini bildirmişdir. O Seymura şəxsi ismarıclar bölməsində ismarıc yazaraq etdiyi hərəkətin düzgün olmadığını, sosial şəbəkədə tanımadığı şəxsləri söyməsinin qeyri-etik olmasını bildirdikdə, həmin şəxs bu dəfə ona şəxsi ismarıclar bölməsində nəlayiq söyüş söymüş və onun hesabını bloklamışdır. O, həmin şəxsin bu hərəkətlərinə çox əsəbləşmiş və “Ümüdsüz Xeyallar” adlı hesabın sahibini axtarıb tapmaq qərarına gəlmişdir. “Ümüdsüz Xeyallar” adlı hesabın şəkillərini çəkərək “TikTok” sosial şəbəkəsindən istifadə edən dost və tanışlarından soraqlaşmağa başlamışdır. Sonra o, həmin hesabı işlədən şəxsin Biləsuvar rayonu Günəşli kəndində yaşayan Seymur adlı şəxs olmasını öyrənmişdir. Bundan sonra tanışlarının vasitəsilə Seymurun qardaşı Şəhriyarın hazırda xatırlamadığı mobil nömrəsini tapmışdır. O, Seymurun qardaşına zəng edərək Seymurun “TikTok” sosial şəbəkəsində heç bir səbəb olmadan onu nəlayiq sözlərlə söyməsini bildirmişdir. Şəhriyar ona “qardaşımın başında çatmır, o içkili olub söyüb yəgin, səhv edib” sözlərini demişdir. Lakin əsəbi keçmədiyi üçün o, Seymurun mobil nömrəsini taparaq sonuncuya “Whatsapp” tətbiqində ismarıc yazmış, Seymur ona cavab vermədiyi üçün “salam, mənəm, Saməddin, telefonu aç, söz deyirəm” sözlərini yazmışdır. Bu zaman Seymur yenə də ona söyüşlü ismarıc yazaraq bloka atmışdır. Seymurun bu bu hərəkətləri onu çox əsəbləşdirmişdir. Seymurun onu söyməsini qəbul edə bilmədiyi üçün taparaq görüşmək qərarına gəlmişdir. 30 sentyabr 2025-ci il tarixdə saat 17 radələrində o, tanışı, Biləsuvar rayon sakini Vasiflə birlikdə Biləsuvar rayon mərkəzi xəstəxanasında müalicə olunan digər tanışına baş çəkməyə getmişdir. Vasiflə o, xəstəxanada tanışlarına baş çəkmişlər. Dərman lazım olduğu üçün onlar yaxınlıqda olan aptekə getmişlər. Aptekin yaxınlığında təsadüfən tanışları olan digər Biləsuvar rayon sakinləri Namiq, Habil və adını sonradan öyrəndiyi Elnuru görmüşlər. Namiq Habil və Elnurla birlikdə yaxınlıqdakı “Şəfa” restoranında yeyibiçməkdən çıxdıqlarını demişdir. Onlar xəstə ziyarətini bitirdikdən sonra xəstəxanadan çıxmışlar. Xəstəxanadan çıxan zaman o, Vasif və Namiqə bir neçə gün əvvəl Seymur adlı şəxsin canlı yayımda onun və digər izləyicilərin ünvanına nəlayiq söyüşlər söyməsini, bu səbəbdən həmin şəxsi tapmaq istədiyini demişdir. O, Vasif və Namiqə “gəl onda gedək Günəşliyə, Seymuru tapım, görüm niyə mənə söyüş söyür, kimdir, kim deyil, bir söhbət edim” sözlərini demişdir. Vasif ondan Seymuru necə tapacağını soruşmuş, o, isə Vasifə “bir gedək kəndə baxaq da, bəlkə gördük, kimdənsə maraqlanarıq, evlərini soruşarıq” sözlərini demişdir. Onlar söhbət edə-edə Biləsuvar rayonu mərkəzi xəstəxanasının qarşısına çıxmışlar. O, orada taksi dayanacağında dayanmış taksilərdən birinə yaxınlaşmışdır. Habillə Elnur onlardan hara getdiklərini soruşduqda o, Habillə Elnura “biz Günəşli kəndinə gedirik, bir adam var, onunla görüşüb söhbət edib qayıdacam” sözlərini demişdir. Bu zaman Habillə Elnur da onlarla gəlmək istədiklərini demişlər. Onlar da etiraz etməmişlər. O, əvvəllər tanımadığı taksi sürücüsünə Biləsuvar rayonu Günəşli kəndinə getmək istədiklərini demişdir. Taksi sürücüsü apara biləcəyini dedikdən sonra onlar “Kia Rio” markalı avtomobilə əyləşmişlər. Taksi də yer olmadığı üçün Elnur əyləşməmişdir. Kəndin mərkəzi yolu ilə taksidə hərəkətdə olan zaman o, şəhid abidəsinin yaxınlığında təsadüfən Seymuru görmüşdür. O, tez taksi sürücüsünə avtomobili saxlamasını demişdir. Sürücü avtomobili sağa çəkərək saxlamışdır. O, avtomobildə əyləşən tanışlarına “siz düşməyin, mən iki-üç dəqiqə söhbət edib gəlirəm” deyə bildirmiş və avtomobildən düşərək Seymura yaxınlaşmışdır. O, Seymuru görən kimi sosial şəbəkədə söydüyü söyüşlər yadına düşmüş və anidən əsəbləşmişdir. Seymura çatan kimi “tanıdın məni, gəl bəri sən, işim var səninlə” sözlərini demiş və qolundan tutaraq Seymuru bir qədər kənara aparmışdır. Seymura “sən niyə mənə ağzına gələn söyüşləri yazırsan?, tanıyırsan məni?” sözlərini deyib fənd işlədərək Seymuru qollarından tutmuş və başının üzərindən qaldıraraq bir dəfə yerə çırpmışdır. Seymur yerə düşən kimi təpiklə sonuncunun sağ diz nahiyəsindən bir neçə dəfə vurmuş və uca səslə söyüş söyərək “söyüş söyənin axırı belə olur, adamı belə edirlər” sözlərini demişdir. Seymuru vurduğunu görən tanışları avtomobildən düşərək ona yaxınlaşmışlar və onu tutaraq Seymurdan uzaqlaşdırmışlar. O, Seymurdan uzaqlaşan zaman yerə düşən mobil telefonu da öz mobil telefonu zənn edərək götürərək cibinə qoymuşdur. Ətrafda olan tanımadığı şəxslər də ora toplaşdılar. Vasif, Namiq və Habil ona “camaat var, lazım deyil, gəl bəri” sözlərini deyərək Seymurdan uzaqlaşdırmışlar, taksiyə əyləşdirmişlər və sürücüdən Biləsuvar rayon mərkəzinə sürməsini xahiş etmişlər. Taksi sürücüsü Biləsuvar rayon mərkəzinə doğru hərəkətə başlamışdır. Taksi də o, üst-başına baxan zaman öz mobil telefonunun cibində olmasını görmüşdür. Taksi də əyləşən tanışlarına “mənim telefonum üstümdədi, bu telefon sizin deyil?” deyə soruşanda hər biri öz telefonunun üzərində olduğunu dedikdə o, götürdüyü mobil telefonun Seymura məxsus olmasını bilmişdir. Lakin hadisə yerinə qayıtmağının düzgün olmadığını fikirləşərək geri qayıtmamış və öz mobil telefonunda olan Seymurun qardaşı Şəhriyarın mobil nömrəsinə zəng edərək “qardaşın Seymurun telefonunu səhvən götürmüşəm, qoyuram indi xəstəxananın qabağında marketə, deyərsən gəlib götürər” sözlərini demişdir. Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “PMK-19” adlanan yerdə Namiq və Habil taksidən düşmüşlər. Namiq taksidən düşən zaman sürücüyə beş manat taksi pulu vermişdir. Vasiflə o, Biləsuvar rayon mərkəzinə doğru hərəkətə davam etmişlər. Onlar Biləsuvar rayonuna çatan kimi o, taksi sürücüsünə Biləsuvar rayon mərkəzi xəstəxanasın qarşısında saxlamasını bildirmişdir. O, taksidən düşərək xəstəxananın yaxınlığında yerləşən sahibini tanımadığı marketə getmiş və orada olan tanımadığı şəxsə “bu telefonu qoyuram bura, birazdan yiyəsi gəlib götürəcək” sözlərini demiş və mobil telefonu həmin marketə qoyaraq oradan çıxmışdır. Vasif orada taksidən düşmüşdür. O, isə Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “mərkəzi işıqfor” adlanan yerə gedərək taksidən düşmüş və yaşadığı ev istiqamətində piyada hərəkətə başlamışdır. Təxminən 15-20 dəqiqə sonra mobil telefonuna zəng edən polis əməkdaşı onu rayon polis şöbəsinə dəvət etmişdir. Məhkəmənin 13 yanvar 2026-cı il tarixli iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən (barəsində Biləsuvar Rayon Polis X6 Bölməsindən daxil olmuş 03 fevral 2026-cı il tarixli arayışında X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalıicə aldığına görə gətirilməsinin mümkün olmadığı göstərilmişdir) Zərərçəkmiş şəxs ittiham və müdafiə tərəfi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə yemək yeyən zaman bir qədər spirtli içki, araq içmişdir. Saat təxminən 18:20 radələrində o, yaşadığı evin yerləşdiyi küçənin baş hissəsində olan şəhid N.Babayevin xatirəsinə quraşdırılmış abidənin yanında dayanmış və Biləsuvar rayon mərkəzinə getmək üçün taksi gözləyirdi. Bu zaman markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil yolun sağ kənarında saxlamışdır. Avtomobildən düşən bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşmışdır. Adını sonradan öyrəndiyi Saməddin onun qolundan tutaraq “gəl bəri, tanıdın məni?, Saməddinəm, “TikTok”-da məni söyürdün?” sözlərini demiş və ucadan nəlayiq sözlər işlətmişdir. O, Saməddinə “sən kimsən?, tanımıram, get məni zibilə salma” sözlərini demişdir. Bu zaman Saməddin ucadan “görürsən söyüş söyəni tapırlar” sözlərini demiş və ardıyca ucadan söyüş də söymüşdür. O, Saməddinə söyüş söyməməsini bildirən zaman sonuncu anidən onun qollarından tutaraq başının üzərinə qaldırmış və yerə çırpmışdır. O, üzü üstə yerə çırpılmışdır. Yerdən qalxmaq istəsə də Saməddin təpiklə onun sağ diz nahiyəsinə bir neçə dəfə vurmuşdur. Bu zaman anidən ətrafında bir neçə şəxsi görmüşdür. Həmin tanımadığı şəxslər Saməddini ondan uzaqlaşdırmışlar və bir qədər əvvəl düşdüyü avtomobilə mindirmişlər. O, yerdən qalxdıqda artıq Saməddin avtomobilə minərək hadisə yerindən uzaqlaşmışdır. O, yerdən qalxdıqdan sonra üst-başını təmizləməyə başlamışdır. Bu zaman mobil telefonunun üzərində olmadığını görmüşdür. Döyüldüyü yerə və ətrafa baxsa da mobil telefonunu tapa bilməmişdir. Bu səbəbdən ətrafda olan hazırda tanımadığı şəxsdən mobil telefonu ilə zəng etməyi xahiş etmiş və qardaşı Şəhriyara zəng edərək “telefon uşaqlarındır, şəhid Nihad Babayevin abidəsinin yanına gəl, döyülmüşəm, tez gəl bura” sözlərini demiş və mobil telefonu söndürmüşdür. O, bir neçə dəqiqə orada gözləsə də qardaşı Şəhriyar gəlmədiyi üçün yaşadığı ev istiqamətində hərəkətə başlamışdır. Evin yaxınlığında Şəhriyarla rastlaşmışdır. Bu zaman Şəhriyar ondan nə olduğunu soruşmuşdur. O da Şəhriyara “durmuşdum taksi gözlüyürdüm, Saməddin var o gəldi, çatan kimi vurdu yıxdı yerə, telefonumu da götürüb” sözlərini demişdir. Şəhriyar ona “mənə zəng vurmuşdu o Saməddin, telefonu səhv götürüb, dedi mənə, day bilmədim nə məsələdi amma dedi sənin telefonunu Biləsuvar rayon mərkəzi xəstəxanasının yanında marketə qoyub” deyə bildirmişdir. O, Şəhriyarla evə getmişdir. Saməddinin onu camaatın içində döyməsini qəbul edə bilmədiyindən əsəbləşmiş və yaşadığı evdə anası Zöhrə Abdullayevaya məxsus mobil nömrədən Daxili İşlər Nazirliyinin “102” Xidməti zəng mərkəzinə zəng edərək Saməddin və yanında olan 4 nəfər şəxsin onu döyməsi, mobil telefonunu və 50 manat pulunu götürməsi barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onunla əlaqə saxlamış və o, hadisənin baş verdiyi yerə getmişdir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onlar uzun müddət bir yerdə idman hazılıq məşğələlərində iştirak etmişlər. 30 sentyabr 2025-ci il tarixdə saat təxminən 17:30 radələrində Saməddin ona zəng edərək Biləsuvar rayon mərkəzi xəstəxanasında tanışının müalicə olunmasını, həmin şəxsi görməyə getdiyini demişdir. O, da Biləsuvar rayonu ərazisində Saməddinlə görüşmüş və onlar birlikdə Biləsuvar rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada Saməddinin adını xatırlamadığı tanışını ziyarət etmişlər. Həmin vaxt Saməddinlə o, dərman almaq üçün xəstəxanadan çıxaraq, yaxınlıqdakı aptekə getmişlər. Bu zaman aptekin yaxınlığında təsadüfən tanışları olan digər Biləsuvar rayon sakinləri Namiq, Habil və adını sonradan öyrəndiyi Elnuru görmüşlər. Saməddinlə o, Namiq və Habillə görüşüb hal- əhval tutmuş, Namiq onlara Habil və Elnurla birlikdə yaxınlıqdakı “Şəfa” restoranında yeyib-içməkdən çıxdıqlarını demişdir. Onlardan burada nə iş gördüklərini soruşduqda Saməddin tanışının xəstəxanada olmasını, xəstə ziyarətinə gəldiklərini demişdir. Bu zaman Namiq də onlarla birlikdə xəstəxanaya qayıtmışdır. Habillə Elnur xəstəxananın qarşısında onları gözləmişlər. Onlar xəstə ziyarətini bitirdikdən sonra xəstəxanadan çıxmışlar. Xəstəxanadan çıxan zaman Saməddin Namiqə və ona bir neçə gün əvvəl “TikTok” sosial şəbəkəsində “Ümüdsüz Xeyallar” adlı hesabın sahibi olan Biləsuvar rayonu Günəşli kəndində yaşayan Seymur adlı şəxsin canlı yayımda özünün və digər izləyicilərin ünvanına nəlayiq söyüşlər söyməsini, həmin şəxsi axtarıb tapmasını, yenidən “Whatsapp” tətbiqində də söyməsini, bu səbəbdən həmin şəxsi tapmaq istədiyini demişdir. Saməddin Namiqə və ona “gedirəm Günəşliyə, görüm Seymuru tapa bilirəm, görüm niyə mənə söyüş söyür, kimdi axi, tanımır eləmir məni, bir söhbət edim” sözlərini demişdir. O, Saməddindən Seymuru necə tapacağını soruşduqda Saməddin ona “bir gedim kəndə baxım, bəlkə gördüm, kimdənsə maraqlanaram, evlərini soruşaram, bəlkə tapdım” sözlərini demişdir. Bu zaman o, Saməddinə birlikdə gedəcəklərini demişdir. Namiq də onunla gələcəyini bildirmişdir. Onlar söhbət edə-edə Biləsuvar rayonu mərkəzi xəstəxanasının qarşısına çıxmışlar. Saməddin orada taksi dayanacağında dayanmış taksilərdən birinə yaxınlaşmışdır. Habillə Elnur onlardan hara getdiklərini soruşduqda Saməddin “biz Günəşli kəndinə gedirik, bir adam var onunla görüşüb söhbət edib qayıdacıq” sözlərini demişdir. Bu zaman Habillə Elnur da onlarla getmək istədiklərini demişlər. Onlar da etiraz etməmişlər. Saməddin əvvəllər tanımadığı taksi sürücüsünə yaxınlaşıb Biləsuvar rayonu Günəşli kəndinə getmək istədiklərini demişdir. Taksi sürücüsü apara biləcəyini dedikdən sonra onlar “Kia Rio” markalı avtomobilə əyləşmişlər. Taksi də yer olmadığı üçün Elnur əyləşməmişdir. Təxminən 10-15 dəqiqəyə onlar Biləsuvar rayonu Günəşli kəndinə çatmışlar. Kəndin mərkəzi yolu ilə taksidə hərəkətdə olan zaman, şəhid abidəsinin yaxınlığında Saməddin taksi sürücüsünə “saxla, saxla, həmin adamdı” sözlərini demişdir. Sürücü avtomobili sağa çəkərək saxlamışdır. Saməddin onlara “siz düşməyin, mən söhbət edib gəlirəm” deyə bildirmiş və avtomobildən düşərək əvvəllər tanımadığı Seymura yaxınlaşmışdır. Onlar avtomobildə əyləşib Saməddini gözləyirmişlər. Təxminən iki dəqiqə sonra o, anidən Saməddinin Seymuru başının üzərinə qaldıraraq yerə çırpmasını və yerdə təpiklə vurmasını görmüşdür. O, Namiq və Habil bunu görən kimi tez avtomobildən düşmüşlər və Saməddinə tərəf qaçmışlar. Namiq Habil və o, tez Saməddini tutaraq Seymurdan uzaqlaşdırmışlar. Bu zaman Seymur yerdə olmuşdur. O, Namiq və X7 uzaqlaşdırmışlar və taksiyə əyləşdirmişlər və sürücüdən Biləsuvar rayon mərkəzinə sürməsini xahiş etmişlər. Taksi sürücüsü Biləsuvar rayon mərkəzinə doğru hərəkətə başlamışlar. Taksidə Saməddin onlardan “bu telefon hansınızındır?, elə bildim öz telefonumdu, yerə düşüb, götürmüşəm, amma telefonum üstümdədi, bu kimindir?” sözlərini demişdir. O, Namiq və Habil mobil telefonlarının üstündə olmasını demişlər. Bu zaman Saməddin yerdən səhvən Seymura məxsus mobil telefonu götürdüyünü bildirmişdir. Daha sonra Saməddin kiməsə zəng edərək mobil telefonla danışmışdır. Bundan sonra Saməddin “Seymurun telefonudu bu, qardaşına dedim, xəstəxananın yanında dükana qoyaram, gəlib götürərlər” sözlərini demişdir. Onlar rayon istiqamətində hərəkətə davam etmişlər. Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “PMK-19” adlanan yerə çatanda Namiqlə Habil taksidən düşmüşlər. Namiq taksidən düşən zaman sürücüyə beş manat taksi pulu vermişdir. Saməddinlə o, isə taksidən düşməmişlər və Biləsuvar şəhəri istiqamətində hərəkətə davam etmişlər. Onlar Biləsuvar rayonuna çatan kimi Saməddin taksi sürücüsünə Biləsuvar rayon mərkəzi xəstəxanasın qarşısında saxlamasını bildirmişdir. Taksi saxladıqdan sonra Saməddinlə o, düşmüşlər, Saməddin xəstəxananın yaxınlığında yerləşən “Yaşıl” marketə getmiş, o, isə Saməddinlə sağollaşaraq oradan uzaqlaşmışdır. Bundan sonra baş verənlər barədə heç bir məlumatı olmamışdır. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 sentabr 2025-ci il tarixdə saat 17 radələrində o, qonşusu Elnur Nağıyevə zəng edərək yeyibiçməyə dəvət etmişdir. Elnur onun yanına gəldikdən sonra onlar Biləsuvar rayon mərkəzi xəstəxanasının yanına getmişlər. O, yolda olan zaman digər tanışı Habilə də zəng edərək yeyib-içməyə dəvət etmişlər. Onlar xəstəxananın yanında yerləşən “Şəfa” kafesində kabinetlərdən birində əyləşmişlər və yeyib-içməyə başlamışdır. Onlar üçü də yemək yeyən zaman spirtli içki, araq da içmişlər. Təxminən saat 1 saata yaxın oturduqdan sonra onlar kafedən çıxmışlar və xəstəxananın qarşısına getmişlər. Orada dayanıb söhbət edirmişlər. Bu zaman o, əvvəllər tanımadığı Saməddin və Vasiflə rastlaşmışdır. Saməddin ona xəstəxanada tanışının müalicə olunmasını, bu səbəbdən xəstəxanaya gəldiklərini demişdir. O da Saməddin və Vasiflə birlikdə xəstəxanaya getmişlər. Habillə Elnur isə xəstəxananın qarşısında dayanmışdılar. Onlar xəstə ziyarətini bitirdikdən sonra xəstəxanadan çıxmışlar. Xəstəxanadan çıxan zaman Saməddin ona və Vasifə bir neçə gün əvvəl “TikTok” sosial şəbəkəsində “Ümüdsüz Xeyallar” adlı hesabın sahibi olan Biləsuvar rayonu Günəşli kəndində yaşayan Seymur adlı şəxsin canlı yayımda özünün və digər izləyicilərin ünvanına nəlayiq söyüşlər söyməsini, həmin şəxsi axtarıb tapmağını, yenidən “Whatsapp” tətbiqində də söyməsini, bu səbəbdən həmin şəxsi tapmaq istədiyini demişdir. Saməddin Vasifə və ona “gəlin gedək Günəşliyə, o Seymuru tapım, görüm niyə mənə söyüş söyür, kimdir, kim deyil, bir söhbət edim” sözlərini demişdir. X8 necə tapacağını soruşmuş, Saməddin isə onlara “bir gedək kəndə baxaq, bəlkə tapdıq” sözlərini demişdir. Onlar söhbət edə-edə Biləsuvar rayonu mərkəzi xəstəxanasının qarşısına çıxmışlar. Saməddin orada taksi dayanacağında dayanmış taksilərdən birinə yaxınlaşmışdır. Habillə Elnur onlardan hara getdiklərini soruşduqda onlar Habillə Elnura “biz Günəşli kəndinə gedirik, biraz işimiz var, qayıdacıq birazdan” sözlərini demişdir. Bu zaman Habillə Elnur da onlarla gəlmək istədiklərini demişlər. Onlar etiraz etməmişlər. Saməddin əvvəllər tanımadığı taksi sürücüsünə Biləsuvar rayonu Günəşli kəndinə getmək istədiklərini demişlər. Taksi sürücüsü apara biləcəyini dedikdən sonra onlar “Kia Rio” markalı avtomobilə əyləşmişlər. Taksi də yer olmadığı üçün Elnur əyləşməmişdir. Avtomobilin ön sərnişin oturacağında Vasif, arxa oturacaqlarda isə o, Habil və Saməddin əyləşmişdir. Təxminən 10-15 dəqiqəyə onlar Biləsuvar rayonu Günəşli kəndinə çatmışlar. Kəndin mərkəzi yolu ilə taksidə hərəkətdə olan zaman, şəhid abidəsinin yaxınlığında Saməddin taksi sürücüsünə “saxla, saxla, gördüm” sözlərini demişdir. Sürücü avtomobili sağa çəkərək saxlamışdır. Saməddin onlara “siz düşməyin, mən iki-üç dəqiqə söhbət edib gəlirəm” deyə bildirmiş və avtomobildən düşərək Seymura yaxınlaşmışdır. Onlar avtomobildə əyləşib Saməddini gözləyirmişlər. Təxminən iki dəqiqə sonra o, anidən Saməddinin Seymuru başının üzərinə qaldıraraq yerə çırpmasını və yerdə təpiklə vurmasını görmüşdür. O, Vasif və Habil bunu görən kimi tez avtomobildən düşmüşlər və yolun sol tərəfinə, Saməddinə tərəf qaçmışlar. Vasif, Habil və o, tez Saməddini tutaraq Seymurdan uzaqlaşdırmışlar. Bu zaman Seymur yerdə olmuşdur. O, Saməddinə “bəs deyirdin söhbət edəcəm?, ayıb deyil?, gəl bəri, camaat var” sözlərini demişdir. O, Vasif və X7 uzaqlaşdırmışlar, taksiyə əyləşdirmişlər və sürücüdən Biləsuvar rayon mərkəzinə sürməsini xahiş etmişlər. Taksi sürücüsü Biləsuvar rayon mərkəzinə doğru hərəkətə başlamışdır. Taksidə Saməddin əlindəki mobil telefonu göstərərək “bu telefon hansınızındır?, kiminsə telefonu idi, elə bildim sizdən kimindisə götürdüm, bu kimindir?” sözlərini demişdir. O, Habil və Vasif mobil telefonlarının üstlərində olmasını demişdir. Bu zaman Saməddin yerdən səhvən Seymura məxsus mobil telefonu götürdüyünü bildirmiş və “qayıtmaq alınmaz, qardaşının nömrəsi var məndə yığım ona deyim, harasa qoyaram, gəlib telefonu götürərlər” sözlərini demişdir. Onlar o, yaşadığı Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “PMK-19” adlanan yerə çatanda Habillə birlikdə taksidən düşmüşlər. O, taksidən düşən zaman sürücüyə beş manat taksi pulu vermişdir. Vasiflə Saməddin isə taksidən düşməmişlər. Biləsuvar şəhəri istiqamətində hərəkətə davam etmişlər. O, taksidən düşdükdən sonra Habillə bir qədər söhbət etdikdən sonra yaşadığı evə getmişdir. Bundan sonra baş verənlər barədə heç bir məlumatı yoxdur. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 30 sentabr 2025-ci il tarixdə saat 17 radələrində tanışı Namiq ona zəng edərək yeyib-içməyə dəvət etmişdir. O, Namiqin yanına, Biləsuvar rayon mərkəzi xəstəxanasının yaxınlığında yerləşən “Şəfa” kafesinə getmişdir. O, ora çatan zaman Namiqin yanında Elnuru da görmüşdür. Onlar “Şəfa” kafesində kabinetlərdən birində əyləşmişlər və yeyib-içməyə başlamışlar. Onlar üçü də yemək yeyən zaman spirtli içki, araq da içmişlər. Təxminən 1 saata yaxın oturduqdan sonra onlar kafedən çıxmışlar və xəstəxananın qarşısına getmişlər. Orada dayanıb söhbət edirmişlər. Bu zaman onlar Namiqin tanışları Saməddin və Vasiflə rastlaşmışlar. Saməddin xəstəxanada tanışının müalicə olunmasını, bu səbəbdən xəstəxanaya gəldiklərini demişlər. Namiq də Saməddin və Vasiflə birlikdə xəstəxanaya getmişdir. Elnurla o, xəstəxananın qarşısında gözləmişlər. Təxminən 10-15 dəqiqə sonra Saməddin, Vasif və Namiq xəstəxananın qarşısına qayıtmışlar. Saməddin orada dayanmış taksilərdən birinə yaxınlaşmışdır. O, Namiqdən hara getdiklərini soruşmuşdur. Namiq ona “Saməddinlə yer var ora dəyib qayıdacıq” sözlərini demişdir. Elnurla o, da getmək istədiklərini demişlər. Saməddin “Kia Rio” markalı taksinin sürücüsünə Biləsuvar rayonu Günəşli kəndinə getmək istədiklərini demişdir. Taksi sürücüsü apara biləcəyini dedikdən sonra onlar “Kia Rio” markalı avtomobilə əyləşmişlər. Taksi də yer olmadığı üçün Elnur əyləşməmişdir. Avtomobilin ön sərnişin oturacağında Vasif, arxa oturacaqlarda isə o, Namiq və Saməddin əyləşmişlər. Kəndin mərkəzi yolu ilə taksidə hərəkətdə olan zaman, şəhid abidəsinin yaxınlığında Saməddin taksi sürücüsünə saxlamasını bildirmiş və sürücü avtomobili sağa çəkərək saxlamışdır. Saməddin onlara “heç kim düşməsin, mən iki-üç dəqiqə söhbət edib gəlirəm” deyə bildirmiş və avtomobildən düşərək əvvəllər tanımadığı Seymura yaxınlaşmışdır. Onlar avtomobildə əyləşib Saməddini gözləyirmişlər. Təxminən iki dəqiqə sonra anidən Saməddinin Seymuru yerə çırpmasını və yerdə təpiklə dizlərindən vurmasını görmüşdür. O, Namiq və Vasif bunu görən kimi tez avtomobildən düşmüşlər və yolun digər tərəfinə, Saməddinə tərəf qaçmışlar. Vasif, Namiq və o, tez Saməddini tutaraq Seymurdan uzaqlaşdırmışlar. Bu zaman Seymur yerdə olmuşdur. O, Vasif və X9 uzaqlaşdırmışlar, taksiyə əyləşdirmişlər və sürücüdən Biləsuvar rayon mərkəzinə sürməsini xahiş etmişlər. Taksi sürücüsü Biləsuvar rayon mərkəzinə doğru hərəkətə başlamışdır. Taksi də gedərkən Saməddin onlardan “bu telefon kimindir?, elə bildim öz telefonumdu yerə düşüb, götürmüşəm, sizin deyil?, bu kimindir?” sözlərini demişdir. O, Namiq və Vasif mobil telefonlarının üstlərində olmasını demişlər. Bu zaman Saməddin yerdən səhvən Seymura məxsus mobil telefonu götürdüyünü bildirmiş və “dala da qayıda bilmərəm, qardaşının nömrəsi var məndə yığım ona deyim, harasa qoyaram, gəlib telefonu götürərlər” sözlərini demişdir. Onlar Namiqin yaşadığı Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “PMK-19” adlanan yerə çatanda Namiqlə birlikdə taksidən düşmüşlər. Namiq taksidən düşən zaman sürücüyə 5 manat taksi pulu vermişdir. Vasiflə Saməddin isə taksidən düşməmişlər. Biləsuvar şəhəri istiqamətində hərəkətə davam etmişlər. Onlar taksidən düşdükdən sonra bir qədər söhbət etmişlər və daha sonra bir-birilərindən uzaqlaşmışlar. Bundan sonra baş verənlər barədə heç bir məlumatı olmamışdır. Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 30 sentyabr 2025-ci il tarixdə saat 18 radələrində o, həmişəki kimi dayanacaqda dayanmışdır. Bu zaman içərilərində tanıdığı şəxslərdən Namiq olmaqla ümumilikdə 5 nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər ona Biləsuvar rayonu Günəşli kəndinə gedib-gəlmək istədiklərini bildirmişlər. Həmin şəxslərdən 4 nəfər avtomobilə əyləşsələr də bir nəfər tanımadığı şəxs avtomobilə yerləşmədiyi üçün əyləşməmişdir. Həmin şəxslər onun avtomobilinə əyləşdikdən sonra o, Biləsuvar rayonu Günəşli kəndi istiqamətində hərəkətə başlamışdır. Adını sonradan öyrəndiyi Saməddin ona avtomobili yavaş sürməsini xahiş etdiyi üçün o, Biləsuvar rayonu Günəşli kəndində avtomobili aşağı sürətlə idarə edirmiş. Kəndin içərisindən keçən asfalt yolda hərəkətdə olan zaman şəhid abidəsinin yanında Saməddin ona “saxla, saxla, gördüm adamı” sözlərini demişdir. O, avtomobilini yolun sağına çəkərək saxlamışdır. Saməddin avtomobildə əyləşən şəxslərə “siz düşməyin, gözləyin, mən 1-2 dəqiqə söhbət edib gəlirəm” sözlərini demiş və avtomobildən düşərək yolun digər istiqamətinə keçmişdir. Saməddin yol kənarında dayanmış əvvəllər tanımadığı bir nəfər şəxsə yaxınlaşmışdır. Təxminən 1 dəqiqə sonra Saməddin həmin şəxsi başının üzərinə qaldıraraq yerə çırpmışdır. Həmin şəxs yerə düşən kimi Saməddin uca səslə söyərək yerdə təpiklə vurmağa başlamışdır. Bunu görən kimi onun avtomobilində əyləşmiş digər şəxslər tez aşağı düşmüşlər və Saməddinə yaxınlaşmışlar. Avtomobildən düşən şəxslər Saməddini tutub döydüyü şəxsdən uzaqlaşdırmışlar və gətirib onun idarə etdiyi avtomobilə əyləşdirmişlər və ona rayona qayıtmasını bildirmişlər. O, hərəkətə başlamış və avtomobilini Biləsuvar rayon mərkəzinə doğru sürmüşdür. Onlar yolda olan zaman Saməddin “kimin telefonu düşmüşdü, bu telefon kimindir?” deyə soruşmuşdur. Avtomobildə əyləşən şəxslər öz mobil telefonlarının yerində olmasını deyəndə Saməddin “səhvən onun telefonunu götürmüşəm, neynək gedək rayonda harasa qoyaram” sözlərini demiş və mobil telefonda kimləsə danışmışdır. Onlar Biləsuvar şəhəri, H.Əliyev küçəsi, PMK-19 məhəlləsinə çatmışlar. Burada əvvəlcə Namiq və adını sonradan öyrəndiyi Habil avtomobilindən düşmüşlər. Düşən zaman Namiq taksi pulu olaraq ona beş manat pul vermişdir. Bundan sonra adını sonradan öyrəndiyi X4 rayon mərkəzi xəstəxanasının yanında avtomobildən aşağı düşmüşlər. Saməddin ona gözləməsini bildirmiş və yaxınlıqdakı marketə girmişdir. Təxminən iki dəqiqə sonra Saməddin geri qayıtsa da Vasif avtomobilə qayıtmamışdır. Saməddin ona mərkəzə doğru, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “mərkəzi işıqfor” adlanan yerə sürməsini xahiş etmişdir. O, Saməddini həmin yerə aparmış və sonuncu avtomobildən düşmüşdür. Bundan sonra o, yenidən taksi dayanacağına qayıtmışdır. Məhkəmənin 13 yanvar 2026-cı il iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsi barədə vəsatətə etiraz etmədiyini bildirərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşdüyünü qeyd edərək, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Biləsuvar rayonu, Günəşli kəndinin mərkəzi küçəsində Şəhid N.Babayevin xatirəsinə quraşdırılmış abidənin yaxınlığında mübahisə və davanın baş verdiyi əraziyə baxış keçirilmişdir. (i.v. 5-6) “Cinayət törətməkdə şübhəli şəxs tutma haqqında” 01 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2025-ci il tarixdə saat 01:05-də tutulmuşdur. (i.v 27) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertiza və patoloji anotomiya birliyi publik hüquqi şəxsinin Cəlilabad rayon şöbəsinin 01 oktyabr 2025-ci il tarixli 327 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “burun, sol yanaq və sağ kürək nahiyəsində sıyrıqlar, sağ diz oynağı nahiyəsində hematoma” müəyyən olundu, müəyyən olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə “sağ diz oynağı nahiyəsində hematoma” sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v 38-39) “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( i.v. 79-80) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinİ İdarəetmə Birliyi” publik hüquqi şəxs “Biləsuvar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 21 oktyabr 2025-ci il tarixli 18-1-30/3-5897/2025 nömrəli məktubundan görünür ki, Biləsuvar rayon sakini Hacılı X1 rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsdə ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatında yoxdur. (i.v 101) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 18 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 27 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.2 və 70-ci maddələri ilə təqsirli bilinib barəsində 01 il müddətinə şərti sınaq müddəti tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə təqsirli bilinib barəsində 01 il müddətinə islah işləri cəzası təyin edilmiş, Biləsuvar Rayon Polis Şöbəsinin 15 iyul 2019-cu il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsilə istintaq olunan cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş, Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- ci maddəsilə təqsirli bilinib barəsində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarına əsasən 04 ay 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. (i.v 102-104) Biləsuvar rayon icra hakimiyyəti başçısının Zəhmətabad kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayır. Kənddə özünü intizamlı aparmışdır. Barəsində Zəhmətabad kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır, nümayəndəlik tərəfindən verilən tapşırıqlara vaxtında əməl edir. (i.v 111) “Sübutların qiymətləndirilməsi haqqında” 09 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, Məhkəmə-tibb ekspertizasının 01 oktyabr 2025-ci il tarixli 327 nömrəli rəyi, ifadənin yerində yoxlanılması barədə protokol, eləcə də, işdə olan digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177,180.1, 186, 221.2.1 və 221.2.2-ci maddələrinin tərkibi olmadığı üçün həmin maddələr üzrə onun barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. (i.v.142-156) 13 yanvar 2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxs barəsində, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Biləsuvar Rayon Polis X6 Bölməsindən daxil olmuş 03 fevral 2026-cı il tarixli, 3-13- 69-1/2-267/26 saylı arayışından görünür ki, X2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə alması səbəbindən gətirilməsinin mümkün olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[ Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar; 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. (CPM-175) İş üzrə mülki iddia, maddi sübut və müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-131/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-131/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver