Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-132/2023 11.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsində yaşayan, barəsində 10 iyun 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda -1,065 qram çəkidə narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 09 iyun 2023-cü il tarixdə saat 01:25 dəqiqədə cinayət barədə xəbərsiz olan X5 idarə etdiyi «Toyota Prius» markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri ərazisində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd sellofan bükülüdə olmaqla əynindəki boz rəngli cins şalvarın sol yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yaşayır. O, narkotik maddə istifadəçisi olsa da, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum olunmamışdır. Təxminən 3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yolun kənarından 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü tapmış, həmin bükülünü açıb baxmış və içərisində heroin olmasını görmüşdür. Həmin heroini bükülü ilə birlikdə öz cibinə qoymuş və fikirləşmişdir ki, sonra istifadə edər. 08 iyun 2023-cü il tarixdə 23 radələrində tanışı Ceyhun Hüseynovla birlikdə sintizator almaq üçün Biləsuvar rayonuna yollanmaq qərarına gəlmişlər, Ceyhun əvvəlcədən tanıdığı taksi sürücüsü Taqif Omarovdan xahiş etmişdir ki, Biləsuvar rayonuna aparıb gətirsin. Taqif Omarov da bildirmişdir ki, 130 manat yol haqqı verəcəksiz. Onlar razılaşmış və yola düşmüşlər. 09 iyun 2023-cü il tarixdə saat 01:25 radələrində Taqif Omarovun idarə etdiyi “Toyota Prius” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhərində “Azpetrol” YDM-in yaxınlığında hərəkətdə olan zaman polis əməkdaşları onları saxlamışdır. Polis əməkdaşları yaxınlaşaraq gəlişlərinin səbəbini izah etdikdən sonra onu, Ceyhun Hüseynovu və Taqif Omarovu rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün Müdafiəçi dəvət olunmuş, bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona bildirilmişdir ki, üzərində qanunla saxlanılması qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya vardırsa təqdim etsin. O da əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülü açılıb içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması, həmin bükülü şöbənin elektron tərəzisində çəkildikdə, bükülü ilə birlikdə çəkisinin 1,14 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Müdafiəçi və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Müdafiəçilə birlikdə tanış olub imzalamışdır. Daha sonra “Toyota Prius” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmış, avtomobilə baxış onun, müdafiəçisi Müdafiəçi, Ceyhun Hüseynovun və onun müdafiəçisi Habil Məmmədovun, Taqif Omarovun və onun müdafiəçisi X6 və polis əməkdaşlarının iştirakı ilə həyata keçirilmişdir. Baxış zamanı avtomobildən narkotik vasitə və qanunla qadağan edilmiş predmet və əşya aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokolla müdafiəçisi Müdafiəçilə birlikdə tanış olduqdan sonra imzalamışdır. Həmin narkotik vasitə heroini satmaq niyyəti olmamışdır. Əməlindən səmimi peşmandır, səhvini etiraf edir. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş heroini qab ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroindən Ceyhun Hüseynovun və Taqif Omarovun məlumatı olmamışdır. Nə saxlanılan zaman, nə də ki, üzərimə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilibdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan X2 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Ceyhun Hüseynovun cinayət əməlini ifşa edilməsi üçün 09 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXB-nin polis nəfəri Araz Rzayev, DYPB-nin YPX-nin inspektoru, polis serjantı Əhməd Məmmədzadə daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 09 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində X2 içərisində olması ehtimal olunan “Toyota Prius” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri Q.Həsənova küçəsində hərəkətdə olan zaman tərəfindən əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşı Əhməd Məmmədzadə tərəfindən həmin avtomobil “Azpetrol” YDM-nin yaxınlığında saxlanılmışdır. Həmin vaxtı onlar yaxınlaşıb özlərini təqdim etdikdən sonra gəlişlərinin səbəbini izah etdikdən sonra Ceyhun Hüseynovu, Təqsirləndirilən şəxs və sürücü Taqif Omarovu şöbəyə gətirmişlər. X3 narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, tərtib edilən raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Nicat İbayevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Müdafiəçi dəvət edilmiş, şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin heroini təxminən 3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yolun kənarından tapmışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olundu. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,14 qram olması məlum olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Taqif Omarovun idarə etdiyi “Toyota Prius” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, Ceyhun Hüseynova, Təqsirləndirilən şəxs və Taqif Omarova təklif olunmuşdur ki, avtomobildə onlara məxsus narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet vardırsa, təqdim etsinlər. Ceyhun Hüseynov, Təqsirləndirilən şəxs və Taqif Omarov avtomobildə onlara məxsus narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişlər. Həmin avtomobilə baxış keçirilsə də, avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Onlar həmin vaxtı narkotik vasitə heroini qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan Şəxsi axtarış və götürmə barədə 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq, bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur. Həmin heroini Lənkəran şəhəri H.Əliyev parkının yaxınlığından tapmışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olundu. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -1,14 qram olması məlum olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Şəxsi axtarış zamanı «Redmi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X4 09 iyun 2023-cü il tarixli 19/627 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf…» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -1,065 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroinin təmiz çəkisi 1,065 qram, tədqiqata sərf edildi 0,05, qalıq 1,015 qram. Narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,015 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan Ambulator-məhkəmə narkoloji ekspertizasının 20 iyul 2023-cü il tarixli 754 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarekteriza olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə saat 02:00-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 iyun 2023-cü il saat 13:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 iyul 2023-cü il tarixli, 754 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 1,015 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixindən 10 iyun 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,015 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(022)-132/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-132/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver