Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-133/2024 24.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili X4 iştirakı ilə, xx xxxx 1975-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Lənkəran rayon, Liman şəhəri, S.Vurğun küçəsi, ev 23-də qeydiyyatda olmaqla yaşayan, barəsində 10 iyun 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,258 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, 08 iyun 2024-cü il tarixdə saat 22:15 dəqiqədə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtar ş tədbirləri nəticəsində Biləsuvar rayon Əliabad kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçг ərkən əynindəki şalvarın sağ yan cibindən göy rəngli sellofana və siqaretin gümüşü kağızına bükülmüş xeyli miqdarda təmiz çəkisi 1,258 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, rəsmi iş yeri yoxdur, fəhləlik edərək ailəsinin dolanışığını təmin edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir neçə dəfə məhkumluğu olmuşdur. 08 iyun 2024- cü il tarixdə yaşadığı Lənkəran rayonu, Liman şəhəri ərazisində olan zaman yerdən göy rəngli bükülü tapmış, həmin göy rəngli bükülünü açıb içərisinə baxan zaman içərisində metamfetaminə bənzər psixotrop maddə olmasını görmüş və götürərək öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Lakin bu barədə heç kəsə bir məlumat verməmişdir. 08 iyun 2024-cü il tarixdə o, Bakı şəhərinə gedən zaman Biləsuvar rayonuna gəlmiş və Biləsuvar rayonunda uzun illər əvvəl tanıdığı tanışını tapmaq istəmiş, lakin tapa bilmədiyi üçün Biləsuvar rayon Əliabad kəndi ərazisi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb gəlişlərinin səbəbini izah etdikdən sonra onu rayon polis şöbəsinə gətirmişlər.Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X6 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış həyata keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa təqdim edilməsi təklif olunmuşdur. O da əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş bükülünü çıxararaq təqdim edərək həmin göy rəngli sellofana bükülmüş bükülünün içərisində psixotrop maddə olan metamfetamin olmasını, həmin psixotrop maddənin ona məxsus olmasını, 08 iyun 2024-cü il tarixdə Lənkəran rayonu Liman şəhəri ərazisində yerdən tapmasını və öz şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı tərtib edilmiş protokolla müdafiəçis Əli Hüseynov ilə birlikdə tanış olub imzalamışdır. Daha sonra üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ekspertizaya göndərilməsindən ötrü qablaşdıraraq zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan və üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı heç bir təziq və təsir göstərilməmiş, hər bir hərəkət könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin Kiber cinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir polis baş leytenantı rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, Lənkəran rayon, Liman şəhər S.Vurğun küçəsi, ev 23-də yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazis idə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 08 iyun 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı İsmayıl Ağazadə daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 08 iyun 2024-cü il tarixdə saat 22:15 dəqiqədə Hüseynov X5 rayon Əliabad kəndi ərazisində piyada hərəkətdə olan zaman onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra gəlişlərinin səbəbini izah etmiş və Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edərək gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Xanlar Alışova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X6 tərəfindən müdafiə olunmasını istəməsini bildirmişdir. Vəkil Əli Hüseynov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Göy rəngli sellofana baxış zamanı içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülü aşkar edilmiş, həmin bükülü açılıb baxıldıqda içərisində metamfetaminə bənzər psixotrop maddə olması, elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 1,56 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasını və 08 iyun 2024-cü il tarixdə Lənkəran rayonu, Liman şəhəri ərazisində yerdən tapmasını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs, müdafiəçisi Əli Hüseynovun iştirakı ilə tanış olaraq imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” 08 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli sellofana bükülmüş bükülünü, 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 6 ədəd 1 manatlıq pul əsginasını, 1 ədəd “Kapital Bank”a məxsus plastik kartı və əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı telefonu təqdim edərək təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddəni 08 iyun 2024-cü il tarixdə yaşadığı Lənkəran rayon Liman şəhəri ərazisində yerdən tapmış, özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində metamfetaminə bənzər psixotrop maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 1,56 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. (i.v 31-32) İlkin araşdırma zamanı 08 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 33, 120-125) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 09 iyun 2024-cü il tarixli 19/481 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü.... ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi: -1,258 qram ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təqsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 1,258 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -1,208 qram. (i.v 38-40) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 iyun 2024-cü il tarixli 509 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların və opioidlərin qəbulundan yaranan asılılıq sindromu ( POLİNARKOMANİYA XƏSTƏLİYİ ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 94) “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza X2 Bölməsinin 09 iyun 2024-cü il tarixli 19/481 nömrəli, Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının 11 iyun 2024-cü il tarixli 509 nömrəli rəyi, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, ilkin araşdırma zamanı 08 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkliş aparılmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ümumi çəkisi 1,56 qram göstərilsə də məhkəmə fiziki-kimyəvi ekspertizasının müvafiq rəyi ilə həmin psixotrop maddə metamfetaminin 1,258 qram olmasının nəzərə alınması, psixotrop maddə metamfetaminin 1,258 qram ümumi çəkisinin tədqiqatdan sonrakı 1,208 qram qalığının maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü rayon polis şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. (i.v.120-125) “Şübhəli şəxsin tutulması haqqında” 08 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 08 iyun 2024-cü il tarixdə, saat 22.45-də tutulmuşdur. (i.v. 22) “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır. (i.v.75-76) “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v.77-78) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 11 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 oktyabr 2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə və şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Lənkəran rayon məhkəməsinin 10 dekabr 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 237.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir (i.v. 96-98) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahid ifadəsi, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə cəzanı yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 iyun 2024-cü il tarixdə, saat 22:15-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və 10 iyun 2024cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalı, bu səbəbdən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 iyun 2024-cü il tarixli 509 nömrəli rəyinə və Cinayət Məcəlləsinin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,208 qram olan narkotik vasitə - psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 08 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə iclas zalından həbsə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,208 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-133/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-133/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver