Məhkəmə qərarları › İş №1(022)-135/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-135/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-135/2024 16.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti iiə məşğul olan, əvvələr məhkum olunmamış, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-424/2019 saylı qətnaməsini və alimentin məbləği artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla Aylin və Aysunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1866/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(022)-515/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 15938,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs1 ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 ilə xx.xx.2012-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2013-cü il tarixdə Aylin və xx.xx.2017-ci il tarixdə Aysun adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs1 ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyrimümkün olmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs1 aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-424/2019 saylı qətnaməsi ilə onların nikahına xitam verilərək, ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin, eyni zamanda Zərərçəkmiş şəxs1 ərizəsi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1866/2020 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq, ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla Aylin və Aysunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Biləsuvar rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs1 ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnamələri icra etmədiyi üçün Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 12 (on iki) gün, xx.xx.2022-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün və xx.xx.2023-cü il tarixli qərarı ilə yenidən 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlardan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs1 yaranmış olan 15938,00 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə evli olduğu müddət ərzində o, yəni 2006-cı ildən 2018-ci ilədək Rusiya Federasiyası, Moskva şəhəri, Leninqrad küçəsi 52/7 ünvanında yerləşən “Zemo X Servis”-də avtomobil ustası kimi rəngsaz işləmiş, hal hazırda isə faktiki olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən “Avto Efir” servisində avtomobil ustası kimi rəngsaz işləyərək aylıq olaraq 600,00-700,00 manat qazanc əldə edir və məşğulluq mərkəzində qeydiyyata alınsa da, daima fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün işsizliklə bağlı məşğulluq mərkəzinə müraciət etməmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2013-cü il tarixdə Aylin və xx.xx.2017-ci il tarixdə Aysun adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs ilə arasında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-424/2019 saylı qətnaməsi ilə onların nikahına xitam verilərək, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin, eyni zamanda onun ərizəsi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1866/2020 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmaqla Aylin və Aysunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Biləsuvar rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnamələri icra etmədiyi üçün Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 12 (on iki) gün, xx.xx.2022-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün və xx.xx.2023-cü il tarixli qərarı ilə yenidən 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu tam olaraq ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək ona yaranmış olan 15938,00 manat aliment borcunu ödəməmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs Rusiya Federasiyası, Moskva şəhərində avtomobil ustası kimi rəngsaz işləyərək yetərli qazanc əldə etmiş, hal hazırda da Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə, yəni faktiki olaraq yaşadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən avtomobil sexlərinin birində rəngsaz işlədiyini və qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 154,00 manat, cəmi 308,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Biləsuvar rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarına gəlməmiş və borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də borclu barəsində xx.xx.2019-cu il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs polis şöbəsinin əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə gətirilmiş və şöbədə izahatı alınaraq icra sənədi üzrə tələbi tam şəkildə təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir. Lakin Təqsirləndirilən şəxs aliment pulunu tələbkara tam ödəməmiş və borclunun Zərərçəkmiş şəxs1 aliment borcu yaranmışdır. Aparılmış icra tədbirləri zamanı borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi şəxsi əmlakı aşkar olunmamışdır. İcra tədbirləri zamanı xx.xx.2020-ci il tarixdə məhkəməyə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət olunmuş və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(022)-26/2020 saylı qərardadı ilə təqdimat təmin olunaraq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarına gəlməmiş və borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs polis şöbəsinin əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə gətirilmiş və şöbədə izahatı alınaraq icra sənədi üzrə tələbi tam şəkildə təmin etməsi tələb edilmişdir. Borclu Təqsirləndirilən şəxs tələbi təmin etmədiyi üçün borclu barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarına gəlməmiş və borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «borclunun axtarılması haqqında» qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Borcu Təqsirləndirilən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon icra və probasiya şöbəsinə gətirilmiş, yaranmış aliment borcunun tam şəkildə tələbkara ödətdirilməsi üçün borclunun izahatı alınmış, icra sənədi üzrə tələbin tam təmin etməsi tələb edilmiş, lakin Təqsirləndirilən şəxs yenə də aliment borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs tələbi təmin etmədiyi üçün barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(022)-231/2020 saylı qərarı ilə borclu 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq qətnamə qüvvəyə mindiyi gündən borclu Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Hər iki icra sənədi ümumi icraatda birləşdirilmişdir. Borclu Təqsirləndirilən şəxs Biləsuvar rayon icra və probasiya şöbəsinə dəvət edilmiş, yaranmış aliment borcunun tam şəkildə tələbkara ödətdirilməsi üçün borclunun izahatı alınmış, icra sənədi üzrə tələbi tam təmin etməsi tələb edilmiş, lakin borclu yenə də aliment borcunu ödəməmişdir. İcra tədbirləri zamanı borclu tələbkara olan borcunu tam şəkildə ödəmədiyi üçün xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarına gəlməmiş və borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Borcu Təqsirləndirilən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon icra və probasiya şöbəsinə gətirilmiş, yaranmış aliment borcunun tam şəkildə tələbkara ödətdirilməsi üçün borclunun izahatı alınmış, icra sənədi üzrə tələbi tam təmin etməsi tələb edilmiş, lakin Təqsirləndirilən şəxs yenə də aliment borcunu ödəməmişdir. İcra tədbirləri zamanı borclu tələbkara olan borcunu tam şəkildə ödəmədiyi üçün xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yenidən 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin tənbehdən sonra Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi tam təmin etməsi üçün yeni müddət verilmiş və daşıyacağı məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Ancaq Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyini tam yerinə yetirməmiş və icra sənədi üzrə borcundan tələbkara heç bir ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Qeyd olunan icra sənədləri üzrə borclu Təqsirləndirilən şəxs tələbkara cəmi 4438,00 manat ödəniş etmişdir və hazırda borclunun tələbkara 15938,00 manat aliment borcu vardır. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin Təqsirləndirilən şəxs öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməlində qərəzlilik elementləri olduğundan cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(002)-424/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2018-ci il tarixdən başlayaraq 22 sentyabr 2013-cü ildə doğulmuş X3 və 26 oktyabr 2017ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 154 manat, iki uşağa görə cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1886/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(002)-424/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-424/2019 saylı və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1886/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələri Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Biləsuvar rayon İcra və Probasiya şöbəsinin rəisi İlkin Əzizov təqdimatla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölkədən getmək lüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Biləsuvar Rayon Məhkəməsinin 8(022)-26/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 3(022)-231/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(022)-105/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 20 (iyirmi gün) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(022)-515/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 20 (iyirmi gün) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş X2 X1 Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində xx.xx.2021-ci il tarixdə işaxtaran şəxs kimi qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olaraq, qazancı orta hesabla aylıq 600,00-700,00 manat müqabilində təşkil etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnamələri icra etmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, qərəzli olaraq məhkəmə qətnamələrini icra etməmiş və Zərərçəkmiş şəxs1 məhkəmə qətnamələri üzrə alimentə görə borclu olduğu 15938,00 manat məbləğində ziyandan heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(022)-515/2023 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-424/2019 saylı və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1866/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (indiki İXM-in 528-ci maddəsi) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda, borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-424/2019 saylı və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1866/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən icra etmədiyinə görə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarına əsasən İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenidən qərəzli olaraq icra etməmiş və buna görə də icra qurumu olan Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini və təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 306.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalardan birinin təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə borc məbləğinin miqdarını və bununla da icrası məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeydliyi, habelə zərərçəkmişlə barışığın əldə edilməməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş üzrə məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməsini cəzasını yüngülləşdirən hal nesab edir. İş üzrə Təqsirləndirilən şəxs oğluna təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halı nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar