Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-135/2025 04.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, iclas katibi Məlikov Elnur Rafiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1996-cı ildə Biləsuvar rayonu, İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu İsmətli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdə saat 11:30 radələrində ünvan 1 ünvanında yerləşən qayınatası Şahid məxsus fərdi yaşayış evinə gedərək, orada 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan xx.xx.2010-cü il təvəllüdlü Zərərçəkmiş şəxs dodaq nahiyəsindən öpmüş, sonra seksual xarakterli hərəkətlərini davam etdirib cinsi ehtirasını təmin etmək məqsədi ilə cinsiyyət orqanını çıxarıb sonuncunun ağız boşluğuna daxil edib çıxartmış, daha sonra Zərərçəkmiş şəxs əynində olan paltarlarını çıxardaraq cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına təmas etdikdən sonra anal dəliyi vasitəsi ilə, yəni düz bağırsaqdan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq öz cinsi ehtirasını təmin etməklə 14 yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək vermiş olduğu ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. X3 ilə 24 sentyabr 2024-cü il tarixdə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs onun baldızıdır. Bakı şəhərində yerləşən Sədərək Ticarət mərkəzində fəhlə işləyir. Həftənin 5 günü orada işlədikdən sonra şənbə və bazar günləri ailəsinin yanına gəlir. Dəqiq xatırlamır, amma avqust ayının ortalarında Biləsuvar rayonu İsmətli kəndində yaşadığı evə gəlmişdir. Bir gün sonra saat 10:30 radələrində arvadı Fidan Əhədova ona bacısı Zərərçəkmiş şəxs Biləsuvar şəhərində yaşadığı ünvana aparmasını bildirmişdir. O, özünə məxsus VAZ 21074 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə baldızı Zərərçəkmiş şəxs aparmaq üçün yola çıxmışdır. Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən yerdə işıqforun qırmızı işığında dayananda qayınatası Şahid H.Əliyev küçəsində dayanmasını görmüşdür. O, işıqforu keçdikdən sonra H.Əliyev küçəsində yolun sağ tərəfində özünə məxsus avtomobili saxlayaraq qayınatası Əlizamini avtomobilə çağırmışdır. Daha sonra qayınatası ilə baldızını ünvan 1 ünvanına aparmışdır. O, evin qarşısına çatdıqda qayınanası Qanuni nümayəndə baldızının istifadəsində olan mobil nömrəyə zəng edərək Biləsuvar şəhəri, H.Əliyev küçəsində işlədiyi restorandan ət götürüb yaşadığı evə aparıb-apara bilməyəcəyini soruşmuşdur. O da heç bir problemin olmamasını bildirmişdir. Bundan sonra o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Mərkəz Restoran” adlı kafeyə gedərək qayınanası Qanuni nümayəndə sellofanda olan əti alaraq yaşadıqları evə aparmışdır. O, qayınatası Şahid məxsus evə çataraq həyətə daxil olmuşdur. Əlində olan sellofan torbanı həyətdə olan dirəkdən asmışdır. Bundan sonra həyətdə olan ayaqyoluna getmişdir. Təxminən 10 dəqiqə sonra ayaqyolundan çıxdıqda baldızı Zərərçəkmiş şəxs qapının qarşısında görmüşdür. Zərərçəkmiş şəxs çay dəmləməsini demişdir. O isə tələsdiyini deyərək oradan çıxaraq getmişdir. “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus “maga 012” adlı profil hesabı vardır. Təxminən 2025-ci ilin avqust ayının axırlarında tanımadığı profil hesabı vasitəsi ilə messenger bölməsində mesajlar yazılaraq baldızı Zərərçəkmiş şəxs zorlamasınıı, onunla cinsi əlaqədə olmasını demişdir. O isə mesaj yazaraq elə bir şey olmamasını deyərək yalan danışmasını bildirmişdir. O, bundan sonra baldızı Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək ona “Tik-tok” hesabında tanımadığı profildən həmin məzmunda mesajlar gəlməsini bildirmişdir. Zərərçəkmiş şəxs elə bir şeyin olmamasını, həmin mesaj yazan şəxsi tanımadığını bildirmişdir. Zərərçəkmiş şəxs həmin mesajların ekran görüntülərini çəkərək ona göndərməsini bildirmişdir. O da həmin profillə aralarında olan mesajların ekran görüntülərini çəkərək Zərərçəkmiş şəxs “Whatsapp” proqramı vasitəsi ilə göndərmişdir. 14 sentyabr 2025-ci il tarixdə saat 11 radələrində qayınanası Qanuni nümayəndə istifadəsində olan mobil nömrəyə zəng edərək yaşadıqları evə onu çağırmışdır. O, həmin vaxt Biləsuvar şəhəri, M.İbrahimov küçəsində Mərkəzi bazarın qarşısında olmuşdur. Qayınatasıgilə məxsus evə çatdıqdan sonra yaşadıqları evə daxil olmuşdur. Qayınatası özünə məxsus mobil telefonu ona verərək “Tik-Tok” sosial şəbəkəsində messenger bölməsində kimə aid olduğunu bilmədikləri profildən ona gələn mesajları ucadan oxumasını bildirmişdir. O, da qayınatası Şahid oxuyub-yazmağının zəif olmasını bildirərək səssiz oxumağa başlamışdır. Şahid həmin mesajları ucadan oxumasını bildirmişdir. O həmin mesajları ucadan oxumamışdı. Bundan sonra Şahid Zərərçəkmiş şəxs və qayınanası Qanuni nümayəndə qonaq otağından çölə çıxartmış və evin çöl qapısını arxadan kilidləmişdir. O, həmin vaxt qonaq otağında stulda əyləşmişdir. Qayınatası Şahid və bibisi oğlu Mehdi Əhədov ona yaxınlaşaraq nalayiq ifadələr işlədərək yumruqla onu üz nahiyəsindən vurmağa başlamışlar. Bundan sonra, onun burnundan qan axmağa başlamışdır. Sonra qayınatası Şahid əlinə bıçaq götürüb üzərinə gələrək onu öldürəcəyini bildirmişdir. Bu zaman Mehdi Əlizaminə mane olmuşdur. Hadisə zamanı qayınanası səs-küy salmışdır. Həmin vaxt Mehdi qapını açmışdır. Bu zaman Züleyxa və Aytən qonaq otağına daxil olmuşlar. Züleyxa və Aytən qayınatasını ondan uzaqlaşdırmışlar və onun əlindəki bıçağı yalvararaq almışlar. Əlizamin ona həmin mesajı yazan şəxsi tapmasını tələb etmişdir. O, da həmin adamı tapacağına söz vermişdir. Bundan sonra onlar ona çıxıb getməsinə icazə vermişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun bacısı Fidan Əhədovanının əridir. Həmçinin Təqsirləndirilən şəxs anası və atasının dayısı oğludur. Təqsirləndirilən şəxs ilə bacısı Fidan Əhədova 24 sentyabr 2024-cü il tarixdə evlənmişlər. Təqsirləndirilən şəxs Bakı şəhərində fəhlə işləyir. Təqsirləndirilən şəxs Bakı şəhərində işlədiyi zaman bacısı X6 rayonu İsmətli kəndində yaşadığı evə gedir. 04 avqust 2025-ci il tarixdə atası özünə yeni mobil telefon almış, köhnə mobil telefonunu isə ona vermişdir. Atası həmin tarixdə ona yeni ***-***-**-** saylı mobil nömrəni almışdır. O həmin tarixdən mobil telefon işlətməyə başlamışdır.O, mobil nömrə işlətməyə başlayanda ilk əvvəllər özünə məxsus mobil nömrənin “Whatsapp” hesabı vasitəsi ilə Məhərrəmə məxsus mobil nömrənin vatsap hesabı ilə əlaqə saxlayırmış. O, atasına məxsus evdə, Məhərrəm isə Bakı şəhərində olan zaman istifadəsində olan “Whatsapp” proqramı vasitəsi ilə bir-birləri ilə əlaqə saxlamışlar. Lakin ya Məhərrəmin, ya da özünün ilk öncə əlaqə saxlamasını xatırlamır. Onların aralarında sevgi münasibətləri yaranmışdır. 12 avqust 2025-ci il tarixdə bacısı X6 rayonu İsmətli kəndində yaşadığı evə qonaq getmişdir. O, İsmətli kəndində olduğu ilk bir neçə gün müddətində Məhərrəm Bakı şəhərində olmuşdur. Bacısı özünə məxsus mobil telefonla əri Məhərrəmlə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. 15 avqust 2025-ci il tarixdə kürəkəni Təqsirləndirilən şəxs Bakı şəhərindən Biləsuvar rayonunda yaşadığı evə gecə saatlarında gəlmişdir. 16 avqust 2025-ci il tarixdə səhər yeməyi yedikdən sonra Məhərrəmgilin qonşuluğunda yaşayan bibisi Nuranə Şükürovanın yaşadığı evə getmişdir. O, həmin günü bibisigildə qalmışdır. Məhərrəm 17 avqust 2025-ci il tarixdə 00:30 radələrində istifadəsində olan mobil nömrəyə zəng edərək Whatsapp proqramına daxil olmağını bildirmişdir. Onlar bir qədər yazışmışlar. O, səhər Biləsuvar şəhərində yaşadığı evə gedəcəyini demişdir. Məhərrəm də onu Biləsuvar şəhərinə aparacağını bildirmişdir. Məhərrəm ona bacısı Fidanla yox, kaş onunla evlənməsini demişdir. Onlar bir müddət yazışmışlar. 17 avqust 2025-ci il tarixdə yuxudan ayıldıqdan sonra bacısına məxsus evə getmişdir. X15 evə getmək istədiyini bildirmişdir. Həmin vaxt Məhərrəm onların yanında olmuşdur. Bacısı Fidan da əri Məhərrəmə özünə məxsus avtomobillə onu Biləsuvar şəhərində yaşadığı evə aparmasını bildirmişdir. Onun konturu qurtarmışdır. Bu barədə bacısına demişdir. Bacısı əri Məhərrəmə ona kontur atmasını bildirmişdir. Məhərrəm istifadəsində olan mobil nömrəyə kontur göndərmişdir. O, həmin vaxt bacısıgilin yataq otağı ilə qonşu otaqda olmuşdur. Məhərrəmə “Whatsapp” proqramı vasitəsi ilə mesaj yazaraq kontura görə təşəkkür etmişdir. Məhərrəm onu otelə aparmaq istəməsi mesajını yazmışdır. O, Məhərrəmdən bu cümlənin nə demək olmasını soruşmuşdur. Məhərrəm də onunla sevişmək istədiyini demişdir. O, Məhərrəmlə yazışan zaman onunla sevişməyə razı olmuşdur. O, Məhərrəmə yaşadığı evə gedəcəyini, atası evdə olmasa orada sevişməyi təklif etmişdir. Onlar təxminən saat 11 radələrində Biləsuvar şəhərinə gəlmək üçün yola çıxmışlar. O, avtomobildə olarkən anası Qanuni nümayəndə zəng edərək evin açarlarının harada olmasını soruşmuşdur. Anası açarların yaşadıqları evin həyətindəki mətbəxdə olmasını bildirmişdir. Məhərrəm özünə məxsus avtomobillə Biləsuvar şəhəri H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində olan işıqforda dayanan zaman H.Əliyev küçəsində atası Şahid dayanmasını görmüşdür. Məhərrəm avtomobili H.Əliyev küçəsində atasının yanında saxlayaraq, avtomobilə çağırmışdır. Atası ilə birlikdə yaşadıqları evə getmişdir. Yaşadıqları evə gedən zaman atasının istifadəsində olan mobil nömrəyə zəng gəlmişdir. Atası kondisioner ustası olduğu üçün zəng edən şəxsin kondisionerini düzəltməyə gedəcəyini demişdir. Atası yaşadığı evin qapısını açmışdır. O, evə daxil olmuşdur. Məhərrəm bundan sonra yaşadığı evdən uzaqlaşmışdır. Bir qədər sonra atası paltarlarını dəyişərək evdən çıxıb getmişdir. Atası işə getmək üçün hazırlaşan zaman Məhərrəm istifadəsində olan mobil nömrənin “Whatsapp” hesabına mesaj yazaraq nə etdiyini soruşmuşdur. O da atasının işə gedəcəyini demişdir. Atası evdən çıxıb getdikdən sonra Məhərrəmə bir neçə dəfə “Whatsapp” proqramı ilə zəng etmişdir. Məhərrəm zənglərini açmamışdır. Təxminən bir neçə dəqiqə sonra Məhərrəm ona zəng etmişdir. O, atasının çıxıb getdiyini, evə gəlməsini demişdir. Məhərrəm bir neçə dəqiqə sonra ona zəng edərək yaşadığı evə çatdığını demişdir. Məhərrəm yaşadığı evə gəlmişdir. Məhərrəm onun yaşadığı evə gələn zaman anasından ət alaraq yaşadığı evə gətirmişdir. Məhərrəm yaşadığı evin qonaq otağında əyləşmişdir. Məhərrəm onu öpmək istədiyini bildirmişdir. O da Məhərrəmə onu öpməyə icazə vermişdir. Məhərrəm ona yaxınlaşaraq dodaqlarından öpməyə başlamışdır. Onu öpə-öpə geriyə doğru getməyə başlamışdır. O, stuldan duraraq yerdə oturmuşdur. Məhərrəm onu yerə uzatmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olanda Məhərrəm şalvarının qabağını açaraq cinsi orqanını çıxardıb onun üzünə doğru gətirərək cinsi orqanını ağzına salmışdır. Məhərrəm bir qədər sonra cinsi orqanını onun ağzından çıxartmışdır. Məhərrəm əynindəki köynəyini çıxartmışdır. Daha sonra Məhərrəm şalvarını əynindən çıxartmışdır. Bundan sonra alt paltarlarını əynindən çıxartmışdır. Məhərrəm cinsi orqanı ilə onun cinsi orqanına təmas etməyə başlamışdır. Bir qədər bu hərəkəti etdikdən sonra onu ağzı üstə döşəməyə çevirərək anal dəliyinə cinsi orqanını salmışdır. Bu onu bir az incitməyə başlamışdır. Məhərrəm isə onunla cinsi əlaqədə olmağa davam etməyə başlamışdır. Bir neçə dəqiqə anal dəliyi vasitəsi ilə cinsi əlaqədə olduqdan sonra cinsi orqanını anal dəliyindən çıxardaraq döşəmənin üzərinə spermasını tökmüşdür. O, uzandığı yerdən qalxaraq paltarlarını geyinmişdir. Məhərrəm də paltarlarını geyinərək yaşadığı evdən tələsik çıxıb getmişdir. O, bundan sonra döşəməni silmişdir. Məhərrəm evdən çıxıb getdikdən bir qədər sonra sonuncuya videogörüntülü zəng etmişdir. Məhərrəmdən hara getməsini soruşmuşdur. Məhərrəm işinin olmasını, evə bir qədər gec gedəcəyini demişdir. Bu hadisədən təxminən bir həftə keçdikdən sonra bibisi qızı X7 zəng edərək bu barədə məlumat vermişdir. Bu hadisədən bir-iki həfətə keçdikdən sonra anası Züleyxaya kürəkəni Məhərrəmin onu dodaqlarından öpməsini demişdir. 14 sentyabr 2025ci il tarixdə atasının “Tik-Tok” hesabına tanımadığı profildən mesajlar yazılmışdır. Atasının yazıb oxuması olmadığı üçün o həmin mesajları oxumağa başlamışdır. Həmin mesajları yazan şəxs Məhərrəmin ona qarşı etdiyi hərəkətləri bildirirmişdir. O, mesajları atasına oxumuşdur. Atası dediyi sözləri isə həmin şəxsə yazmışdır. Bundan sonra olmuş hadisə barədə atasına məlumat vermişdir. Anası baş vermiş hadisə ilə bağlı DİN-nin 102 Zəngxidmət mərkəzinə məlumat vermişdir. 22 avqust 2025-ci il tarixdə Biləsuvar rayonu İsmətli kəndində yaşayan bibisi qızı X4 ad günü olmuşdur. O, sonradan xatırlamışdır ki, hadisə Jalənin ad gününə getmədən öncəki bazar günü olmuşdur. Zərəçəkmiş şəxs qismində ifadə verərkən həyacanlandığı üçün hadisənin baş vermə gününü tam dəqiq xatırlaya bilməmişdir. Təqsirləndirilən şəxs onunla bir dəfə 17 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanında yaşadığı evdə cinsi əlaqədə olmuşdur. 17 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə könüllü şəkildə cinsi əlaqədə olmuşdur. Məhərrəm onun doqdaqlarından öpmüş, daha sonra isə paltarlarını soyunduraraq qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. 17 avqust 2025-ci il tarixdə Biləsuvar şəhəri, 8 Mart küçəsində yaşadığı evdə təxminən saat 11-12 radələrində Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Məhərrəm onun əl və qollarını tutmamışdır və fiziki zor tətbiq etməmişdir. 17 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saat 11-12 radələrində yaşadığı ünvana gəlmişdir. Məhərrəm ilk öncə həyətdə ayaqyoluna girərək qısa müddətdə oradan çıxmışdır. Məhərrəm qonaq otağına gəlmişdir. Təxminən 2 dəqiqə anal dəliyi vasitəsi ilə onunla cinsi əlaqədə olmuşdur. Paltarlarınıı, öz paltarlarını çıxartması, cinsi əlaqə olması və öz paltarlarını geyinərək yaşadığı ünvandan getməsi təxminən 9-10 dəqiqə müddətində olmuşdur. 14 sentyabr 2025-ci il tarixdə anası kürəkəni Təqsirləndirilən şəxs zəng edərək onu yaşadığı ünvana çağırmışdır. Məhərrəmlə valideynləri və dayısı arasında mübahisə baş vermişdir. Məhərrəm heç bir şey etmədiyini və “Tik-tok” sosial şəbkəsində yazan şəxsin kim olmasını bilmədiyini demişdir. Bundan sonra atası onu otaqdan çıxartmışdır. O, ikinci mərtəbəyə qalxmışdır. Bir qədər sonra anası qapının qabağında çığır-bağır saldıqda o aşağı düşmüşdür. Atasının anasını qonaq otağından çıxarmasını, içəridən səs-küy gəlməsini eşitmişdir. Anası səs-küy salmışdır. Bundan sonra atası Əlizamin qapını açmışdır. Anası yenidən qonaq otağına girmişdir. O, qorxduğu üçün yenidən ikinci mərtəbəyə qalxmışdır. Xalası oğlu X8 ilə aralarında heç bir münasibət olmamışdır. Avqust ayının əvvəllərində anası ilə birlikdə Biləsuvar rayonu Səmədabad kəndində yaşayan nənəsigilə getdikdə həmin şəxsi bir dəfə valideyininin yanında görmüşdür. Ondan sonra həmin şəxs istifadəsində olan mobil nömrənin “Whatsapp” hesabına mesaj yazaraq onunla evlənmək istədiyini bildirmişdir. O isə həmin şəxsə bu barədə heç nə bilmədiyini demişdir. O, ifadəsinin sonunda Təqsirləndirilən şəxs bağışladığını və ona qarşı şikayətinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və iddiasının olmadığını, onunla barışdığını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Onun təqsiri zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Qanuni nümayəndə ilə 2004-cü ildə ailə həyatı qurmuşdur. Onların iki qız övladları vardır. X5 onun övladıdır. 2024-cü ilin noyabr ayında qızı Fidan Əhədovanı dayısı oğlu Təqsirləndirilən şəxs qaçırtmışdır. Onlar arasında rəsmi nikah olmamışdır. Onun X19 Balaxanlı qeyri-rəsmi şəkildə ər-arvad münasibətləri olmuşdur. Digər qızı Zərərçəkmiş şəxs xx xxxxxx 2010-cu il təvəllüdlüdür. Zərərçəkmiş şəxs ara-sıra qızı X6 rayonu İsmətli kəndində yaşadığı evə getmişdir. 17 avqust 2025-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı evdən çıxaraq Biləsuvar şəhəri, H.Əliyev küçəsinə getmişdir. Təxminən saat 10:50 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən işıqforun yanında dayanmışdır. Həmin vaxt kürəkəni Məhərrəm özünə məxsus VAZ 21074 markalı avtomobili onun yanında saxlamışdır. O, qızının kənddən gələcəyini bilirmişdir. Məhərrəmin idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar birlikdə yaşadıqları evə getmişlər. Evə çatan anda istifadəsində olan mobil nömrənin “Whatsapp” proqramına səsli zəng gəlmişdir. O, kondisioner quraşdırmaq üçün ünvana çağırılmışdır. Onlar yaşadıqları evin qabağında avtomobildən aşağı düşmüşlər. Məhərrəm bundan sonra oradan uzaqlaşmışdır. Yaşadığı evə daxil olmuş, təxminən 15-20 dəqiqə sonra paltarlarını dəyişərək yaşadığı ünvandan çıxıb getmişdir. “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus hesabı vardır. 14 sentyabr 2025-ci il tarixdə saat 02 radələrində Bakı şəhərində yaşadığı evə gəlmişdir. Saat 09:53-də “Tik-tok” sosial şəbəkəsində tanımadığı profildən mesajlar gəlmişdir. O mesajları oxumağı bacarmır. Saat 10:28-də həmin profildən messenger bölməsində yenidən mesajlar gəlmişdir. O bundan sonra azyaşlı qızı Zərərçəkmiş şəxs yanına çağıraraq “Tik-Tok” sosial şəbəkəsində çoxlu mesajların gəlməsini, həmin mesajları ona oxumasını bildirmişdir. Qızı mobil telefonu əlinə almışdır. Mesajları oxuduqda qızının üzündəki ifadə dəyişmişdir. Qızı mobil telefonu ona qaytarmışdır. Qızı anasına yaxınlaşmışdır. O nə mesajlar yazılmasını bir daha soruşmuşdur. Qızı yanına çağırmışdır. Yazılan mesajları bir-bir oxumasını bildirmişdir. Qızı bundan sonra yazılan mesajları ona oxumağa başlamışdır. O, qızından yazılan mesajların doğru olub-olmadığını soruşmuşdur. Qızı yazılan mesajların doğru olmasını bildirmişdir. O, qızına dediyi sözləri həmin şəxsə yazmasını bildirmişdir. Qızı da o dediyi sözləri həmin şəxsə yazmağa başlamışdır. Qızı mesaj yazarkən həmin şəxs səs atmasını bildirmişdir. Səs atmadığı üçün həmin şəxs mesaj yazan şəxsin Aytən olmasını demişdir. Mesajlaşdıqan bir qədər sonra qayını X9 yaşadığı evə gəlmişdir. Arvadı Züleyxa qardaşına baş vermiş hadisə barədə məlumat vermişdir. O bu məsləni tam aydınlaşdırmaq üçün Züleyxaya Məhərrəmə zəng edərək evə çağırmasını demişdir. X11 zəng edərək yaşadığı evə çağırmışdır. Məhərrəm yaşadıqları evə gəlmişdir. O, Məhərrəmə mobil telefonu uzadaraq orada yazılan mesajların ikisinin əleyhinə yazılmasını deyərək, həmin mesajları oxumasını demişdir. Məhərrəmin rəngi dəyişmiş və heç bir şey etmədiyini demişdir. Məhərrəmə oxumasını demişdir. Məhərrəm yavaş səslə oxumağa başlamışdır. Məhərrəmə ucadan oxumasını demişdir. Məhərrəm bu hərəkəti etmədiyini bildirmişdir. O, nə üçün həmin şəxsin belə mesaj yazmasını soruşmuşdur. Məhərrəm heç bir söz deməmişdir. O, bundan sonra Məhərrəmin üz nahiyəsinə sillə vurmuşdur. Məhərrəm başını qaldıranda, burun nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Məhərrəmin burun nahiyəsindən qan axmağa başlamışdır. Məhərrəmin burun nahiyəsindən çox qan axdığı üçün ləyən qoymuşdur. Məhərrəmə üç saat vaxt verdiyini, həmin vaxtda bu məsələ barədə atasına və anasına məlumat verməsini və bu məsələni aydınlaşdırmaq lazım olduğunu bildirmişdir. Məhərrəm getdikdən sonra tanımadığı şəxs “Tik-Tok” platforması vasitəsi ilə ona mesaj yazmağa davam etmişdir. Saat 17:15-də ***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmişdir. Aralarında bir dəqiqə bir saniyə müddətində səsli danışıq olmuşdur. Danışan şəxs qadın olmuşdur. Ona namuslu insan olmağını, bu şeylərə layiq olmadığını, Məhərrəmi tutdurmağını, tutdurduqdan sonra üzə çıxacağını demişdir. Həmin şəxsdən kim olmasını soruşduqda isə cavab verməmişdir. Daha sonra həmin şəxs onun zənglərini cavablandırmamışdır. Saat 18:56-da arvadı bu barədə DİN-nin 102 zəng-xidməti mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Kürəkəni Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsindən 14 sentyabr 2025-ci il tarixdə məlumatı olmuşdur. 14 sentyabr 2025-ci il tarixdə qayını X10 yaşadıqları evə gəldikdən sonra saat 11 radələrində kürəkəni Təqsirləndirilən şəxs yaşadıqları ünvana çağırmışdır. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı heç bir artıq hərəkət etmədiyini bildirmişdir. Bundan sonra Məhərrəm başını aşağı salmışdır, onun üzünə bir sillə vurmuş, başını qaldırdıqdan sonra yumruqla üz və baş nahiyəsinə zərbələr vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Səmədabad kəndində qeydiyyatda olmaqla ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşayır. Şahid ilə 2004-cü ildə ailə həyatı qurmuşdur. Onların nikahlarından iki qız övladları vardır. X5 onun övladıdır. 2024-cü ilin noyabr ayında qızı Fidan Əhədovanı dayısı oğlu Təqsirləndirilən şəxs qaçırtmışdır. Onlar arasında rəsmi nikahları yoxdur. X19 Balaxanlı qeyri-rəsmi şəkildə ər-arvad münasibətləri olmuşdur. Digər qızı Zərərçəkmiş şəxs xx xxxxxx 2010-cu il təvəllüdlüdür. Zərərçəkmiş şəxs ara-sıra qızı X6 rayonu İsmətli kəndində yaşadığı evə gemişdir. Onun qızı Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Mərkəz Restoranı adlı kafedə işləmişdir. 17 avqust 2025-ci il tarixdə saat 09 radələrində Whatsapp proqramı vasitəsi ilə qızına səsli zəng edərək yaşadıqları evə gəlib-gəlməyəcəyini soruşmuşdur. Qızı da həmin gün gələcəyini bildirmişdir. Qızı saat təxminən saat 11 radələrində istifadəsində ola mobil nömrəyə zəng edərək evin açarlarının harada olmasını soruşmuşdur. O, da evin açarlarını həyatyanı sahədə yerləşən mətbəxdə olmasını bildirmişdir. Bir neçə dəqiqə sonra qızına Whatsapp proqramı vasitəsi ilə zəng edərək ət almasını, onu götürmələrini bildirmişdir. Qızı yaşadığı evə çatdıqlarını, Məhərrəmin tələsdiyini demişdir. Təxminən 15 dəqiqə sonra Məhərrəm istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək əti evə aparmasını təklif etmişdir. O narahat olmamasını, başqa taksi ilə göndərəcəyini demişdir. Məhərrəm isə təkid edərək işlədiyi kafenin önünə gəlmişdir. O, əti Məhərrəmə vermişdir. Məhərrəm aldığı iribuynuzlu heyvan ətini yaşadığı ünvana aparmışdır. 14 sentyabr 2025-ci il tarixdə ərinin “Tik-Tok” hesabına tanımadıqları profildən mesajlar yazılmışdır. Əri yazıb oxumağı bacarmadığı üçün qızı Aytənə həmin mesajları oxumasını bildirmişdir. Həmin mesajları yazan şəxs Məhərrəmin qızına qarşı etdiyi seksual xarakterli hərəkətləri bildirmişdir. Aytən mesajları əri Əlizaminə oxumuşdur. Onlar əvvəlcə həmin şəxsin yazdığı mesajlara inanmamışlar. Sonradan qızı Zərərçəkmiş şəxs yazılmış mesajların doğru olmasını deyərək, başına gəlmiş hadisəni danışmışdır. Məhərrəmin bu hərəkətləri nə üçün azyaşlı qızına etdiyini soruşmaq üçün onu yaşadıqları evə çağırmaq qərarına gəlmişdir. Təxminən bir qədər sonra qardaşı Mehdi Əhədov yaşadıqları evə gəlmişdir. O, qardaşı Mehdiyə baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra isə Məhərrəmin mobil nömrəsinə zəng edərək onu yaşadıqları ünvana çağırmışdır. Təqsirləndirilən şəxs yaşadıqları ünvana gəlmişdir. O, Məhərrəmə qonaq otağına keçməsini söyləmişdir. O, Məhərrəmə ərinin mobil telefonunu verərək yazılmış mesajları oxumasını bildirmişdir. Məhərrəm yavaş səslə oxuyaraq, yazılan mesajları oxuya bilmədiyini bildirərək mobil telefonu masanın üzərinə qoyaraq geriyə çəkilmişdir. Bu zaman əri Şahid əsəbləşərək Məhərrəmin üzərinə gedərək nə etdiyini soruşmuşdur. Məhərrəm isə heç bir şey etmədiyini bildirmişdir. Qızı Aytən isə olanları qısa şəkildə Məhərrəmin üzünə demişdir. Əri bundan sonra əsəbləşərək onu və Aytəni otaqdan çölə çıxartmışdır. Aytənə ikinci mərtəbəyə qalxmasını demişdir. Aytən ikinci mərtəbəyə qalxmışdır. Əri onu çölə çıxartmışdır. Qonaq otağının qapısını kilidləmişdir. O, qonaq otağından dava-dalaş səsi eşitmişdir. Qorxmağa başlayaraq qışqır-bağır salmışdır. Bundan sonra Əlizamin qonaq otağının qapısını açmışdır. O, Məhərrəmi onlardan uzaqlaşdırmışdır. Məhərrəmin burun nahiyəsindən həmin vaxt qan gəldiyini görmüşdür. Əri Məhərrəmə mesaj yazan qadını tapmasını bildirmişdir. Məhərrəm isə mesaj yazan şəxsin kim olmasını bilmədiyini demişdir. Məhərrəm bundan sonra yaşadıqları evdən çıxıb getmişdir. Mesaj yazan qadın bu barədə polisə müraciət etməyini, Məhərrəmin tutulmalı olduğunu, polisə müraciət etmədikləri halda özünün müraciət edərək onları biabr edəcəyini demişdir. 14 sentyabr 2025-ci il tarixdə saat 19 radələrində DİN-nin 102 Zəng-xidməti mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Beləliklə, yuxarıda qeyd edilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 309 nömrəli rəyində göstərilmişdir ki, 2010-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən, olk məlumatı nəzərə alaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirik:
1. Azyaşlı Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmadı.
2. Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır.
3. Azyaşlı Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olundu. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3160 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. O, psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imaknına malikdir. O, qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Məhərrəm Balaxnlı ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə ona ittiham edilən zaman ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3427 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nətyicəyə gəlirəm ki, Zərərçəkmiş şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxsin cizgiləri müəyyən edilmir. Aparılmış eksperimental-psixoloji müayinəyə əsasən Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur. Əqli inkişafı ilə əlaqədar yadda saxlamaq, təsvir etmək, qavramaq və düzgün məlumat vermək qabiliyyətinə malikdir. Şəxsi xüsusiyyətlərində sakit təbiətlilik, iradi zəiflik, acizlik, sadəlövhlük aşkar olunmaqla primitiv şəxsin cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik aşkar olunmadı. Zərərçəkmiş şəxs başqalarının təsiri altında özündən uydurub danışması müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, üzləşdirmə istintaq hərəkətinin keçirilməsi barədə protokol, iş üzrə məhkəmə-tibbi ekspertizanın rəyi, istintaq hərəktələrinin keçiriləmsinə dair protokollar və digər istintaq sənədləri ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əmələini törətməsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan xx.xx.2010-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlərə yol verməməsinə dair ifadəsini özünü müdafiə xarakterli hesab etməklə cinayət məsuliyyətindən və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin məhkəmə iclasında araşdırılıb öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən qayınatası Şahid məxsus fərdi yaşayış evində aşkar sürətdə on altı yaşına çatmayan, xx.xx.2010-cü il təvəllüdlü Zərərçəkmiş şəxs öz istəyi və razılığı ilə cinsi əlaqədə olaraq cinsi ehtirasını təmin etməklə cinayət əməlini törətməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində CM-nin 152.1-ci maddəsinin tərkibi vardır. Odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Biləsuvar RİHB-nın İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş işdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkimi X1 ginekoloji müayinəyə dair arayışından görünür ki, Təqsirləndirilən şəxs faktiki nikah münasibətində olduğu həyat yoldaşı Fidan Əhədova hamilədir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş Qanuni nümayəndə 24 dekabr 2025-ci il tarixli ərizəsində hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və iddiasının olmadığını, onunla barışdığını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, arvadının hamilə olması, əvvəllər məhkum olunmaması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X17rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. İş materiallarında olan 14 sentyabr 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2025-ci il tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 4(022)-35/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokurorun təqdimatının təmin olunmasından imtina olunmuş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(106)- 94/2025 saylı qərarından görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və onun nümayəndəsi, vəkil Nümayəndə2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 4(022)-35/2025 saylı qərarı həmin apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, vəsatət təmin edilmiş, CM-in 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında dərhal həbsə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan Təqsirləndirilən şəxs məxsus «Samsung A25» markalı mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2025-ci il tarixindən 16 sentyabr 2025-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan Təqsirləndirilən şəxs məxsus «Samsung A25» markalı mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
X20