Məhkəmə qərarları › İş №1(022)-136/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-136/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-136/2023 05.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Biləsuvar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Biləsuvar rayonu Dəvrişli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 26 iyul 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadlıq sarayında özünə və nişanlısı X1 təşkil edilmiş toy məclisində, saat 20:35 radələrində X7 ilə aralarında baş vermiş dava-dalaşı bəhanə edərək heç bir əsaslı səbəb olmadan sonuncunun qardaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edib cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək ictimai yerdə nalayiq sözlər işlədib səs-küy salıb dalaşaraq xuliqanlıq niyyəti ilə başla bir dəfə, yumruqla bir-neçə dəfə Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən və sol qolundan vurmaqla ona sol gicgah nahiyəsinin şişkinliyi və qançırı, burun nahiyəsinin nisbi deformasiyası, əzilmiş yarası, burun sümüklərinin yerini dəyişən qəlpəli sınığı, burun qanaxması, sol dirsək oynağının əziyi ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, habelə, həmin xuliqanlıq hərəkətlərini davam etdirərək heç bir əsaslı səbəb olmadan Fəqan Əliyevin də üzərinə hücum edərək yumruqla bir neçə dəfə sonuncunun sifət nahiyəsindən və sol əlindən vurmaqla ona sol qaş üstü, sifətin sağ və sol yarısının, aşağı dodaq nahiyəsinin qançırları, sol yanaq nahiyəsinin sıyrıqları, hər iki dodaq nahiyəsinin şişkinliyi və yaraları, sol əlin yumşaq toxumasının əziyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə zor tətbiq edib 10-15 dəqiqə ərzində toyda iştirak edən şəxslərin narahatçılığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törədilmiş əməldə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Biləsuvar rayonu Dəvrişli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 25 dekabr 2022-ci il tarixdə «Zirvə» şadlıq sarayında həyat yoldaşı Sahilə Əsmətova ilə toyu birlikdə keçirilmişdir. Bəylə gəlinin toyu birlikdə təşkil edildiyinə görə hər iki tərəfdən qonaqlar iştirak etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır, lakin X5 tanıyır. Belə ki, Fərid, Fərhad və Fərqan həyat yoldaşı Sahilənin dayısı oğlanlarıdır. Ona görə də adlarını çəkdiyi hər üç şəxs də toy məclisində iştirak etmişdir. Saat 20:35 radələrində qohumu Fərid ona yaxınlaşıb bildirmişdir ki, toyda içkili bir nəfər var, oğlan evinin adamıdır, özünü apara bilmir, gəlib onu toydan çıxartsın. Fəridin içkili olduğunu görüb ona bildirmişdir ki, ora gedə bilməz və kimisə də toydan çıxara bilməz, çünki toyda hər şey öz qaydasındadır. Onun bu sözü Fəridə pis təsir etdiyinə görə Fərid elə zənn eləmişdir ki, o, qohumunun tərəfini saxlayır. Buna görə də Fərid Əliyev gözləmədiyi halda ona yumruq zərbəsi vurmuşdur. Ayağa qalxıb təpiklə Fəridin əvvəlcə qarnına, daha sonra yumruqla sifətindən bir neçə dəfə vurmuşdur. Bundan sonra süpürləşmişlər. Süpürləşən vaxtı Fəridin başından bir neçə dəfə yumruqla vurub onu döymüşdür. Bu vaxt kimsə onu başının arxa tərəfindən yumruqla vurmuşdur. Geri dönüb baxanda görmüşdür ki, onu arxa tərəfdən başından yumruqla vuran Fəridin böyük qardaşı Fərhaddır. Buna görə də Fərhadın sifətindən əvvəlcə bir dəfə kəllə ilə vurmuş, daha sonra yumruqla bir neçə dəfə sifətindən vurub onu döymüşdür. Fərhaddan ayrılan zaman Fərid onun sifətindən yumruqla vurmuş, həmin zərbənin təsirindən üst dodağından xəsarət almışdır. Dava-dalaş vaxtı Fəridin kiçik qardaşı Fərqan ona hücum etdiyinə görə Fərqanın da sifətindən bir neçə dəfə yumruqla vurub ona xəsarət yetirmişdir. Fərhad, Fərqan və Fərid onu döyən zaman toyda iştirak edən qohum əqrabası ilə yanaşı tanışı Mirzə Abbasov da dava-dalaşa müdaxilə edərək onları sakitləşdirmişdir. Dava-dalaş ümumilikdə 10-15 dəqiqə davam etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Mirzə Abbasov nə Fərhadı, nə Fəridi, nə də Fərqanı vurmamış, ümumiyyətlə həmin vaxtı Mirzə dava-dalaşı sakitləşdirməkdən başqa heç nə etməmişdir. Fəridi, Fərhadı və Fərqanı o, döymüşdür. Həmin dava-dalaşı da Mirzədən başqa həyat yoldaşı Sahilə, qayınları Sahil Əsmətov, Şahid3, qayınatası Mirzəbəy Əsmətov, qaynanası Şahid1, bacıları Şahid2, Şahid5, qardaşları Elman Əliyev, Elşad Əliyev, Vidadi Əliyev və toyda olan başqa qonaqlar da görmüşlər. Sonda Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını və əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Əsgərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, iki övladı vardır, ailəsinin dolanışığını təmin etməkdən ötrü tikintidə usta işləyir. Fərid Əliyev və Zərərçəkmiş şəxs2 onun doğma qardaşlarıdır. Allahverdi bibisi qızı Sahilə ilə nişanlandığı vaxtdan bir qohum kimi uzaqdan-uzağa tanımışdır. X4 tanımır, tanımadığı üçün də onunla heç bir münasibəti olmamışdır. Mirzə Abbasovu bibisi qızı Sahilənin toy məclisində tanımışdır. 25 dekabr 2022-ci il tarixdə «Zirvə» şadlıq sarayında bibisi qızı Sahilə Əsmətovanm toy məclisi keçirilmişdir. Həmin toy məclisində qardaşları və ailə üzvləri ilə birlikdə iştirak etmişdir. Bəy və gəlinin toy şənliyi bir məclisdə baş tutduğu üçün oğlan tərəfdən gələn qonaqları o qədər də yaxşı tanımamışdır. Saat 20:30 radələrində şadlıq sarayında stolda əyləşib masada çay içmişdir. Toyda oğlan evindən olan bir nəfər söyüş söydüyü üçün qardaşı Fərid Əliyev dayısı Mirzəbəyin kürəkəni Allahverdiyə yaxınlaşıb ona bildirmişdir ki, həmin şəxsə tapşırsın, özünü normal aparsın, toyda söyüş söyməsin. Allahverdi gözlənilmədən qardaşı Fəridin sifətindən yumruqla vurduğuna görə ara qarışmışdır. Qardaşı tərəfə gedib aranı sakitləşdirmək istəyən vaxtı Mirzə Abbasov qardaşı Fəridə yaxınlaşıb onun başından bir neçə dəfə yumruqla vurub döyməyə başlamışdır. Zərbənin təsirindən Fərid yerə yıxılmış, yerə yıxılmasına baxmayaraq Mirzə yenə də onu təpiklə vurmuşdur. Qardaşı Fəridi onun əlindən almağa çalışarkən Mirzə gözləmədiyi halda onun da sifətindən bir neçə dəfə yumruq zərbələri vurub burnunu sındırmışdır. Bundan sonra ora gələn qonaqlar köməkləşib dava-dalaşı sakitləşdirmişlər, qardaşı Fəridin hüşu özündə olmadığına görə onu rayon mərkəzi xəstəxanasına təcili yardım şöbəsinə aparmışlar, həkimlər onu, qardaşları Fərqanı və Fəridi müayinə etmişlər, daha sonra rayon polis şöbəsinə gələrək ərizə yazıb döyülmələri barədə şikayət etmişlər. Dava-dalaş 25 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadlıq sarayının zalında baş vermiş, dava- dalaş ümumilikdə 10-15 dəqiqə davam etmişdir. Qardaşı Fəridi əvvəlcə Təqsirləndirilən şəxs sifətindən yumruqla vurmuş, daha sonra Mirzə Fəridin baş nahiyəsində bir neçə dəfə yumruqla vurub xəsarət yetirmişdir. O, qardaşını Mirzənin əlindən alarkən Mirzə onu da heç bir səbəb olmadan sifətindən bir neçə dəfə yumruqla vurub burnunu sındırmışdır. Kiçik qardaşı Fərqanı kimin vurduğunu görməmişdir. Sonradan Fərqan ona demişdir ki, dava-dalaş vaxtı Mirzə Abbasov yumruqla onu vurub döymüşdür. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığının nəzərə alınmasını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Əsgərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, orta təhsillidir, heç bir yerdə işləmir, fəhləlik edib çörək pulu qazanır. Fərid Əliyev və Zərərçəkmiş şəxs1 onun doğma qardaşlarıdır. Təqsirləndirilən şəxs bibisi qızı Sahilə Əsmətovanm əridir. Allahverdi bibisi qızı Sahilə ilə nişanlandığı vaxtdan bir qohum kimi onu tanımışdır. X4 tanımır, tanımadığı üçün də onunla heç bir münasibəti olmamışdır. Mirzə Abbasovu bibisi qızı Sahilənin toy məclisində tanımışdır. 25 dekabr 2022-ci il tarixdə «Zirvə» şadlıq sarayında bibisi qızı Sahilə Əsmətovanm toy məclisi keçirilmişdir. Həmin toy məclisində qardşları və ailə üzvləri ilə birlikdə iştirak etmişdir. Bəy və gəlinin toy şənliyi bir məclisdə baş tutduğu üçün bəy tərəfdən gələn qonaqları bəziləri istisna olmaqla əksəriyyətini tanımamışdır. Saat 20:35 radələrində şadlıq sarayının qapısının yanında dayanan vaxtı toy zalında dava-dalaş səsləri eşitmişdir. Zala daxil olanda görmüşdür ki, bəyin əyləşdiyi stol tərəfdə Allahverdi qardaşı Fəridi yumruqla sifətindən və baş nahiyəsindən vurub döyür. Bu vaxt Mirzə Abbasovun yumruqla bir neçə dəfə vuraraq qardaşı Fəridin başından vurub döydüyünü görmüşdür. Ora çatana kimi Fərid yerə yıxılmışdır. Fərid yerə yıxılmasına baxmayaraq Mirzə təpiklə qardaşının bədənin müxtəlif yerlərindən təpiklə vurub döymüşdür. Böyük qardaşı Fərhadla birlikdə araya girib qardaşı Fəridi oradan çıxarmaq istəyən vaxtı Mirzə onu yumruqla əvvəlcə kürəyindən, daha sonra sifətindən bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Mirzə həmçinin onun böyük qardaşı Fərhadın da sifət nahiyəsindən iki-üç dəfə dalbadal yumruqla vurub xəsarət yetirmişdir. Toyda olan qonaqlar köməkləşib dava-dalaşı sakitləşdirmişlər, qardaşı Fəridin hüşu özündə olmadığına görə onu rayon mərkəzi xəstəxanasına təcili yardım şöbəsinə aparmışlar. Xəstəxanada həkimlər onu, qardaşları Fərhadı və Fəridi müayinə etmişlər. Dava-dalaş 25 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadlıq sarayının zalında baş vermiş, ümumilikdə 10-15 dəqiqə davam etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Allahverdi yumruqla Fəridin sifətindən və baş nahiyəsindən vurub döymüş, bu zaman Mirzə də yumruqla bir neçə dəfə başından vurub Fəridi döymüşdür. Onu və böyük qardaşı Fərhadı da həmin dava-dalaş vaxtı Mirzə yumruqla vurub xəsarət yetirmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığının nəzərə alınmasını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin özünün etiraf edici ifadəsi ilə yanaşı, onun hər iki əməlin törədilməsində təqsiri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə və aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Əsgərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun kürəkənidir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X7 onun qardaşı oğlanlarıdır. 25 dekabr 2022-ci il tarixdə «Zirvə» şadlıq sarayında qızı Sahilə Əsmətovanm kürəkəni Təqsirləndirilən şəxslə birlikdə toy məclisi keçirilmişdir. Həmin toy məclisində digər qonaqlar kimi adlarını yuxarıda qeyd etdiyi qardaşı uşaqları da iştirak etmişdir. O, toya gələn qonaq qadınlarla birlikdə bəylə gəlinin masasının sol tərəfində əyləşmiş, toy öz axarında normal şəkildə davanı etmiş, toya gələn qonaqlar bir-bir bəylə gəlini təbrik edib rəqs etmişlər. Onun qardaşı oğlu Fərid Əliyevin toyda çox içki içməsi onun hərəkətlərindən hiss olunmuşdur. Demək olar ki, hər musiqi ifa ediləndə qardaşı oğlu Fərid rəqs etmişdir. Saat 20:35 radələrində Fərid içkili halda kürəkəni Allahverdiyə yaxınlaşaraq ona nəisə dediyini, həmin vaxtı Fəridin gözlənilmədən Allahverdiyə yumruq zərbəsi vurduğunu görmüşdür. Bundan sonra Allahverdi ayağa qalxaraq Fəridin qarın nahiyəsindən təpik, sonra isə sifətinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Fəridlə Allahverdi süpürləşib bir-birilərinə yumruq zərbələri vurmağa başlamışlar. Bu zaman onun yanında əyləşən Fəridin böyük qardaşı Fərhad tez yerindən qalxıb kürəkəni Allahverdiyə hücum edərək Allahverdinin başının arxa tərəfindən yumruqla vurmuşdur. Bundan sonra Fəridin kiçik qardaşı Fərqan da kürəkəni Allahverdiyə hücum edib onu yumruq və təpiklə vurmağa başlamışdır. Allahverdi də öz növbəsində Fərhad və Fəqanı yumruqla vurmuşdur. Davadalaş 25 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadlıq sarayının zalında baş vermş, 10-15 dəqiqə davam etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Mirzə Abbasovu tanımır, Mirzəni toyda oğlan tərəfindən görmüş və bilmişdir ki, kürəkəni Allahverdi ilə onun münasibəti vardır. Mirzənin həmin vaxtı nə davadalaş etməsini, nə də qardaşı oğlanları Fərhadı, Fərqanı və Fəridi vurmasının şahidi olmamışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, dava-dalaşdan bir gün sonra qardaşı oğlu Zərərçəkmiş şəxs1 qayınatası Allahverdi Dədəliyev onlara gəlmiş və demişdir ki, Mirzə Abbasovdan şikayətçi olun, gedib polisdə izahat verin ki, Fəridi, Fərqanı və Fərhadı Təqsirləndirilən şəxs deyil, məhz Mirzə Abbasov döymüşdür. Allahverdi Dədəliyevdən hansı səbəbə görə Mirzə Abbasovdan şikayətçi olmağını soruşduqda Allahverdi Dədəliyev ona və həyat yoldaşı Mirzəbəyə demişdir ki, kürəkəniniz Allahverdinin pulu yoxdur, Mirzənin Fərhadı, Fərqanı və Fəridi vurmasına şahidçilik edin ki, Mirzədən pul ala bilsin. O, da həyat yoldaşı Mirzəbəy də Allahverdi Dədəliyevə qəti olaraq etiraz edib bildirmişlər ki, onlar yalandan şahidlik edə bilməzlər, çünki Mirzə orada dava-dalaş etməmiş və Fərqanı, Fəridi və Fərhadı vurmamışdır. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid2, X2, Şahid5 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2023-cü il tarixli 477 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol gicgah nahiyəsinin şişkinliyi və qançırı, burun nahiyəsinin nisbi deformasiyası, əzilmiş yarası, burun sümüklərinin yerini dəyişən qəlpəli sınığı, burun qanaxması, sol dirsək oynağının əziyi bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti qərarda qeyd olunan 25 dekabr 2022ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2023-cü il tarixli 478 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol qaş üstü, sifətin sağ və sol yarısının, aşağı dodaq nahiyəsinin qançırları, sol yanaq nahiyəsinin sıyrıqları, hər iki dodaq nahiyəsinin şişkinliyi və yaraları, sol əlin yumşaq toxumasının əziyi bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti qərarda qeyd olunan 25 dekabr 2023- cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışığa nail olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in127.2.3 və 221.1-ci maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar