Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-136/2025 14.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, işsiz, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – (CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 20 noyabr 2025-ci il tarixdə saat 18 radələrində qaynanası Zərərçəkmiş şəxs yaşadığı ünvanda onunla şəxsi münasibətlər zəminində, yəni qaynanası Validənin onu arvadı Nuranəni aldatmasında günahlandırması səbəbilə aralarında yaranmış mübahisə zamanı, o Validəni yaşadığı evdə bir neçə dəfə yumruq zərbəsi ilə sifət və alın nahiyəsindən vuraraq zərərçəkmişin “alın nahiyyəsində əzilmiş yara, sağ təpə və burun nahiyyəsində əzilmiş səthi yara” ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsındə göstərmişdir ki, 2016-cı il tarixdə həmkəndlisi X4 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən iki övladı vardır. Zərərçəkmiş şəxs qaynanasıdır. Onun arvadı ilə ailə münasibəti yaxşıdır. Qaynanası Validə onunla arvadının arasını çox hallarda pozmaq istəmişdir. Bir neçə gündür ki, Validə onun bacısıgilə başqa bir qızı gətirib arvadına xəyanət etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, Nərimankənd kəndində yaşayan qaynanası Validənin evinə getmişdir. Evdə qaynanası Validə, qaynı Tahir və qaynatası Elşən olmuşdur. O, Validəyə arvadını aldatmadığını və bacısının adını çəkməməsini demişdir. Validə dediklərini təkrarladıqda aralarında mübahisə yaranmış və mübahisə zamanı o stolun üzərində olan şüşə stəkanı götürüb stola vurmuş və həmin zaman əli kəsilmişdir. Sonra o yumruqla Validənin sağ alın və göz nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin zaman qaynı Tahir və qaynatası Elşən onu aralaşdırmış və o evdən çıxaraq getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Biləsuvar rayonu, Nərimankənd kənd sakini Təqsirləndirilən şəxs onun kürəkənidir. 2016-cı il tarixdə qızı Əlizamin ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən iki övladı vardır. Qızı ilə Əlizaminin ailə münasibətləri əvvəl yaxşı olmuş, lakin arabir aralarında sözlü mübahisə və münaqişələr olmuşdur. Bir neçə gündür ki, Əlizaminin qızına xəyanət etdiyini öyrənmişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Əlizamin içkili halda onun yaşadığı ünvana gəlmiş və həmin vaxt evdə o, oğlu Tahir və əri Elşən olmuşdur. O Əlizaminə qızını aldatmasını bildirmişdir. Əlizamin ona qızını aldatmadığını dedikdə, aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Əlizamin stolun üzərində olan şüşə stəkanı götürüb stola vurmuş, sonra isə yumruqla onun sifətinin sağ alın və göz nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin zaman oğlu və əri onu aralaşdırmış və Əlizamin evdən çıxıb getmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq edilir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon MTE və PA ETT-in xx.xx.2025-ci il tarixli 391 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs “alın nahiyyəsində əzilmiş yara, sağ təpə və burun nahiyyəsində əzilmiş səthi yara” müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əbilov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 02 il 05 ay 24 gün müddətinə aazadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Biləsuvar Rayon Məhkəməsinin . xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və zərər çəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmiş, bundan əlavə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri növündə cəza təyin edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiklərini və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmədə Dövlət ittihamçısı müdafiə tərəfinin razılığını nəzərə alaraq bildirdi ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat mkterialı üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşür. Buna görə də o, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilsə də, “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və sadələşdirilmiş icraat materialı üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən məhkəmələrin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları həmin Qərarın 1.1-1.16-cı bəndlərində göstərilmiş şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə, ittiham hökmü çıxarır. (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qərarının təsiri altına düşmür. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində göstərilmiş məhdudiyyətlərin təsiri altına düşmür. “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 24-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılğı olduqda, Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə və CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin N.F.Mirzəyev hakimi
Məhkəmə qərarları › İş №1(022)-136/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-136/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver