Məhkəmə qərarları › İş №1(022)-137/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-137/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-137/2023 18.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxs X2 iştirakı ilə, 5.11.1999-cu ildə Biləsuvar rayonu, Xırmandah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Biləsuvar rayon Yol İdarəsində avtomobillərin yükünün dartılmasının kompyuter bilicisi işləyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, Xırmandah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 263-1.1-ci maddəsi ilətəqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə saat 19:10 dəqiqədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X6 məxsus olan VAZ-21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 30 km/saat sürətlə idarə etməklə Biləsuvar rayonu, Xırmandah kəndi ərazisində, Xırmandah poçt filialından Balharı çayı istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu, sürətini azaltmalı, əvvəlcədən həmin kombayn ilə təhlükəsiz yan məsafəsini təmin etməli və kombaynın qabaq hissəsinə qoşulmuş ot biçən qurğusunun sol tərəfindən təhlükəsiz məsafə saxlamaqla keçməli olduğu halda bunlara əməl etməyib öz hərəkətinə davam edərək ehtiyatsızlıqdan avtomobilin qabaq sol tərəfi ilə qarşıdan əks istiqamətdə hərəkətdə olan Şahid3 idarə etdiyi «E-302» markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynı biçəcək hissəsini vuraraq idarə etdiyi avtomobilin arxa oturacağında sərnişin kimi əyləşmiş X2 “sağ bazu sümüyünün orta l\3-nin qapalı-qəlpəli yerdəyişmiş sınığı” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, bununla da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, Biləsuvar rayonu, Xırmandah kəndində qeydiyyatda olmaqla yaşayır. “VAZ-21074” markalı, **-BC-*** avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X6 məxsusdur. Lakin, həmin avtomobili etibarnamə əsasında almış və özü idarə etmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 07 fevral 2023-cü il tarixdə saat 19 radələrində dostu Şahid1 Əlinəsib oğlu ona zəng edərək Biləsuvar şəhəri, Təyyarə meydanı deyilən yerdə qohumunun evində qonaq olduqlarını bildirmiş, buna görə də özünü və ailə üzvlərini idarə etdiyi avtomobillə Biləsuvar rayonu, Xırmandah kəndində yerləşən yaşadığı evinə aparmasın xahiş etmişdir. O da idarə etdiyi avtomobillə Sənanın dediyi yerə getmiş, həmin avtomobilin qabaq sağ oturacağında Şahid1, arxa sağ oturacağında Sənanın atası Əlinəsib Abdullayev, arxa sol oturacaqda isə anası Natəvan əyləşmişdir. Təxminən 10 dəqiqə sonra Xırmandah kəndinə çatmışlar. Xırmandah kəndi ərazisində Balharı çayının üzərində olan körpü Ələddin adlı şəxsin işlətdiyi ərzaq mağazası istiqamətində avtomobillə hərəkətdə olan zaman gözləmədiyi bir anda qabaq fara işıqları yanmayan kombayn çıxmasını görmüşdür. Həmin kombaynın eni çox olduğu üçün yolun demək olar ki, bütün hərəkət hissəsini bağlamış, buna görə də idarə etdiyi avtomobillə həmin kombayn arasında məsafə az olduğu üçün avtomobili yolun sağ kənarına tərəf hərəkət etdirmişdir. Lakin, yolun sağ ehtiyat hissəsi az olduğu üçün avtmobili Balharı çayına aşırmasının qarşısını almaq məqsədilə tormoz vuraraq saxlamışdır. Buna baxmayaraq kombaynın sürücüsü həmin konbaynı onun hərəkət zolağına doğru hərəkət etdirmiş, bu səbəbdən də kombaynın biçmək üçün nəzərdə tutulmuş hissəsinin sol tərəfi ilə onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi toqquşmuşdur. Kombayn onun idarə etdiyi VAZ- 21074 markalı avtomobili təxminən 2 metr arxaya tərəf, yolun mərkəzinə doğru sürümüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, başından xəsarət almışdır. Həmçinin, avtomobildə sərnişin kimi əyləşmiş Əlinəsib Abdullayevin sağ qolu sınmışdır. Həmin hadisə yerinə gələn Taleh adlı şəxs idarə etdiyi avtomobillə Əlinəsibi, arvadı Natavanı və oğlu Sənanı Biləsuvar RMX-na aparmışdır. Onu isə dayısı Bəxtiyar Muxtarzadə xəstəxanaya aparmışdır. Yol nəqliyyat hadisəsi onun hərəkət zolağında baş vermiş, hadisə günün qaranlıq vaxtı baş vermiş, hadisə yerində yol işıqlandırılmamışdır. Qarşıdan gələn kombaynın qabaq fara işıqları yanmadığı üçün o, həmin kombaynı yalnız Balharı çayının üzərində hərəkətdə olan zaman təxminən 15-20 metr məsafədən görmüşdür. Hadisə zamanı idarə etdiyi avtomobildə yük olmamış, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə baş verməzdən əvvəl avtomobili təxminən 25-30 km/saat sürətlə idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsini Sahil adlı taksi sürücüsü və ətrafda olan şəxslər görsə də, lakin həmin şəxslərin dəqiq olaraq kim olmasını bilmir. İfadəsində qeyd etmişdir ki, həmin yol-nəqliyyat hadisəsi kombaynın sürücüsünün təqsiri ucbatından baş vermişdir. Belə ki, o, öz hərəkət istiqamətində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman həmin kombaynın sürücüsü kombaynı öz hərəkət zolağından anidən onun hərəkət zolağına çıxarmışdır. Həmçinin, həmin kombaynın qabaq fara işıqları yanmadığı üçün kombaynı yalnız 15-20 metr məsafədən görmüşdür. O, yolnəqliyyat hadisəsi baş verən zaman hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobillə təxminən 4-5 metr uzunluğunda tormoz vuraraq avtomobili yolun özündən sağ tərəfinə doğru hərəkət etdirib dayandırmış, lakin, idarə etdiyi avtomobilin təkərləri normal vəziyyətdə olmadığına, habelə hava yağışlı olduğu üçün hadisə yerində idarə etdiyi avtomobilə aid tormoz izləri qalmamışdır. “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı kombaynın sürücüsü Şahid3 istintaqa yalan izahat və ifadə vermişdir. Belə ki, hadisədən əvvəl o, idarə etdiyi avtomobili yüksək sürətlə deyil, təxminən 25-30 km\saat sürətlə hərəkət etdirmiş, kombanydan qabaqda başqa avtomobillər hərəkət etdiyinə görə uzaq fara işıqlarını yandırmamış və buna görə də kombanynm əks istiqamətdə gəlməsini görməmiş, kombaynı yalnız Balharı çayına təxminən 15-20 metr məsafə qalarkən görmüşdür. Hadisə zamanı idarə etdiyi avtomobili əks istiqamətli hərəkət zolağına doğru hərəkət etdirməmiş, əksinə olaraq kombaynın biçəcək hissəsin yolun çox hissəsini bağladığına görə tormoz vuraraq avtomobili özündən sağ tərəfdə yerləşən ehtiyat hissəyə doğru hərəkət etdirib dayandırmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli 8\1106 nömrəli rəyi ilə razı deyildir. Belə ki, yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl o, idarə etdiyi “VAZ-21074” markalı, **-BC-*** avtomobillə əks istiqamətli hərəkət zolağında hərəkətdə olan ot biçən kombaynın biçəcək hissəsi arasında toqquşmanın baş verməsinin qarşısını almaq üçün tormoz vurmuş, avtomobili özündən sağa doğru hərəkət etdirərək yolun sağında dayandırmış, buna görə də həmin hadisənin baş verməsinin qarşısını almaq üçün hər hansı texniki imkanı olmamışdır. Yol-nəqliyyat hadisəsi təkcə ot biçən kombaynın sürücüsünün təqsiri nəticəsində baş vermişdir. Bundan başqa Əlinəsib Abdullayev, Şahid1 və Şahid2 da ifadələrində qeyd etdikləri tamamilə yalandır. Belə ki, yolnəqliyyat hadisəsi baş verən anda idarə etdiyi avtomobil hərəkətdə olmamış, tormoz vuraraq avtomobili yolun özündən sağ tərəfinə doğru hərəkət etdirərək saxlamışdır. İş üzrə zərərçəkmiş şəxs qimsində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Xırmandah kəndində qeydiyyatda olmaqla yaşayır. X5 fəhlə işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir, heç bir qohumluq əlaqələri yoxdur. X11 yaxın dostluq münasibətləri vardır. 07 fevral 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar rayonu, Təyyarə meydanında yerləşən qohumu Emin Məmmədovun evində o, oğlu Şahid1 və arvadı Şahid2 qonaq olan zaman Şahid1 Təqsirləndirilən şəxs zəng edərək idarə etdiyi avtomobillə onları Eminin evindən Xırmandah kəndində yerləşən yaşadığı evə aparmasını istəmişdir. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qohumu Eminin yaşadığı ünvana getmiş, Sənan Davudun idarə etdiyi avtomobilin sağ qabaq oturacağında, o, həmin avtomobilin sağ arxa oturacağında, arvadı Natavan Quliyeva isə həmin avtomobilin sol arxa oturacağında əyləşmişdir. Bundan sonra Davud idarə etdiyi həmin avtomobillə onları yaşadığı evə aparmağa başlamışdır. Təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırmandah kəndi ərazisində Balharı çayının üzərində olan körpüyə qalxan zaman qəflətən gözləmədiyi anda həmin avtomobilin sol tərəfindən səs gəlməsini və hər hansı maneənin çırpılmasını eşitmişdir, həmin çırpılma nəticəsində olduğu avtomobil təxminən 4-5 metr məsafədə arxa tərəfə getmişdir. Həmin vaxt onun sağ qolu avtomobilin sağ arxa qapısının tutacaq hissəsinə bərk çırpıldığı üçün qolundan xəsarət almışdır. Bundan başqa həmin yol-nəqliyyat hadisəsi nəticəsində arvadı Natavan Quliyeva da başından və sinəsindən, oğlu Şahid1 isə başından xəsarət almışdır. Buna görə də oğlu Şahid1 dərhal avtomobildən yerə düşərək onu və Natavan Quliyevanı avtomobildən yerə düşürdmüşdür. Onlar avtomobildən düşdükdən sonra əyləşdikləri avtomobilin sol tərəfi ilə qarşıdan hərəkətdə olan otbiçən konbaynm biçəcək hissəsinin toqquşmasını bilmişlər. Lakin, avtomobildə olarkən həmin avtomobilin arxa yan şüşələrində pərdə olduğuna, hava qaranlıq və yağışlı olduğuna görə əvvəlcədən kombaynı görə bilməmişdir. Xəsarət aldığı üçün oğlu Sənan həmin hadisə yerinə gəlmiş Taleh Süleymanovun idarə etdiyi avtomobillə onları Biləsuvar RMX-na aparmışdır. Şəkər xəstəsi olduğu üçün Biləsuvar RMX-dan verilmiş göndəriş əsasında Bakı şəhərində yerləşən 1 saylı X12 sağ qolu əməliyyat olunmuş, qoluna platindən mil qoyulmuşdur. Həmin X12 3 gün qaldıqdan sonra evə buraxılmış, müalicəsini evdə davam etdirmişdir. Həmin yol-nəqliyyat hadisəsi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət zolağında baş vermiş, hadisədən əvvəl Təqsirləndirilən şəxs VAZ- 2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili 40-50 km\saat sürətlə hərəkət etdirmişdir. Baş vermiş yol- nəqliyyat hadisəsini ətrafda olan şəxslər görsə də, lakin həmin şəxslərin konkret olaraq kim olmasını bilmir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs istintaqa yalan izahat və ifadə vermişdir. Belə ki, həmin yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamaq üçün tormoz vurmamış, hadisə zamanı idarə etdiyi avtomobil hərəkətdə olmuşdur. X1 təqsirləndirilən şəxsin onunla barışıq əldə etdiyini, ona vurulmuş zərəri ödədiyini, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı kombayn nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsusdur, həmin kombaynı idarə etmək üçün 1996-cı ildə sürücülük vəsiqəsi alsa da, lakin sonradan həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmasma baxmayaraq vəsiqəni dəyişməmişdir. Həmin kombaynla ot biçməklə məşğul olur və bu yolla ailəsini dolandırır, hər il yaz-yay fəsillərində kombaynla ayrı-ayrı şəxslərə məxsus olan yonca sahələrini biçir. 07 fevral 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi kombaynla Salyan rayonundan çıxıb Biləsuvar rayonu, Yuxarı Ağalı kəndində yaşayan Həsən adlı şəxsin evinə kombaynda olan nasazlığı düzəltdirmək üçün getməyə başlamışdır. Həmin gün saat 19 radələrində Ələt- Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində kombaynla hərəkətdə olan zaman YPX əməkdaşları ona kombaynı saxlamaq işarəsi vermiş, o da kombaynı saxladıqdan sonra YPX əməkdaşları həmin nəqliyyat vasitəsilə günün axşam saatlarında yola çıxmağın qadağan edilməsini izah edərək kombaynı Xırmandalı kəndi ərazisi ilə hərəkət etdirməsini məsləhət görmüşlər. O da YPX əməkdaşlarının dediyi kimi kombaynı Xırmandalı kəndi ərazisində hərəkət etdirməyə başlamışdır. Həmin gün saat 19:10 radələrində Balharı çayının üzərindən keçən körpünün üstü ilə kombaynla hərəkətdə olan zaman təxminən 500 metr uzaqlıqdan bir avtomobilin sürətlə hərəkət etməsini görmüş, lakin, o, kombaynla hərəkət edərkən həmin avtomobil ona çatmış və hərəkət zolağına çıxmışdır. O da kombaynı yolun sağ ehtiyat hissəsinə hərəkət etdirib biçəcək hissəsini də yolun sağına çıxarmışdır. Buna baxmayaraq məsafə az olduğu üçün qarşıdan əks istiqamətdə hərəkətdə olan VAZ-2107 markalı avtomobilin qabaq sol tərəfi ilə idarə etdiyi kombaynın ot biçmək üçün nəzərdə tutulmuş hissəsinin sol tərəfi arasında toqquşma baş vermişdir. Toqquşmadan dərhal sonra kombaynı bir qədər irəlidə saxlamış və kombayndan düşüb VAZ-2107 markalı avtomobilin yanına getmişdir. Həmin avtomobildə olan şəxslərdən birinin sağ qolundan xəsarət almasını görmüşdür. Həmin vaxt VAZ-2107 markalı avtomobilin sürücüsü avtomobildən düşüb onun idarə etdiyi kombaynı görmədiyini bildirmişdir. Hadisə yerinə gələn şəxslər VAZ-2107 markalı avtomobildə olan xəsarət almış şəxsləri avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Hadisə yerində olan tanımadığı şəxslər VAZ-2107 markalı avtomobili yolun sol ehtiyat hissəsinə çıxarmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsi onun hərəkət zolağında baş vermiş, hadisə baş verən anda günün qaranlıq vaxtı olmuş, yol işıqlandırılmamış, qarşıdan əks istiqamətli hərəkət zolağında gələn VAZ-2107 markalı avtomobilin sürücüsü avtomobili sürətlə hərəkət etdirərək onun hərəkət zolağına çıxdığı üçün nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Hadisə zamanı kombaynı 10- 15 km\saat sürətlə hərəkət etmiş, həmin hadisəni ətrafda olan şəxslər görsə də, lakin həmin şəxslərin konkret olaraq kim olmasını bilmir. Hadisə zamanı idarə etdiyi kombaynda yük və sərnişin olmamış, heç bir spirtli içkinin təsiri altında olmamış, yəni hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə vaxtı heç bir xəsarət almamışdır. Bundan başqa göstərmişdir ki, VAZ-21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs istintaqa yalan ifadə vermişdir. Belə ki, həmin yol-nəqliyyat hadisəsi baş verən zaman idarə etdiyi ot biçən kombaynın qabaq fara işıqları yanmış, kombaynın qabaq tərəfində olan biçəcək hissəsi öz hərəkət zolağında olmuş, yəni əks istiqamətli hərəkət zolağına çıxmamış və yolun əks istiqamətini bağlamamışdır. Buna görə də qarşıdan gələn VAZ-2107 markalı avtomobilin sürücüsünün avtomobili maneəsiz olaraq öz hərəkət zolağı ilə hərəkət etdirib yanından keçib getmək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə onun hərəkət zolağına doğru hərəkət etdirdiyinə görə nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə tormoz vurmamış, tomobili özündən yolun sağ tərəfmə doğru hərəkət etdirməmiş, avtomobili dayandırmamışdır. İdarə etdiyi kombaynla günün qaranlıq vaxtı yolda hərəkət etdiyi və sürücülük vəsiqəsinin isifadə müddəti başa çatmasına baxmayaraq həmin vəsiqəni dəyişdirmədiyinə görə özünü təqsirli bilir. Lakin, Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü tarixli 8\1106 nömrəli rəyində göstərilən digər xüsusatlarla bağlı, yəni hadisənin qarşısını almağa texniki imkanı olması xüsusatı ilə razı deyildir, çünki həmin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan tədbirləri görsə də, hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Əlinəsib oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, heç bir qohumluq əlaqələri yoxdur, yaxın dostluq münasibətləri olmuşdur. 07 fevral 2023-cü il tarixdə saat 19 radələrində Biləsuvar rayonu, Təyyarə meydanında yaşayan qohumu Emin Məmmədovun evində o, atası Əlinasib Abdullayev və anası Natavan Quliyeva qonaq olan zaman Təqsirləndirilən şəxs zəng edərək idarə etdiyi avtomobillə onları Eminin evindən Xırmandalı kəndində yerləşən yaşadığı evə aparmasını istəmişdir. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı vtomobillə onun qohumu Eminin yaşadığı ünvana getmiş, o, Davudun idarə etdiyi avtomobilin sağ qabaq oturacağında, atası Əlinasib Abdullayev həmin avtomobilin sağ arxa oturacağında, anası Natavan Quliyeva isə həmin avtomobilin sol arxa oturacağında əyləşmişdir. Bundan sonra Davud idarə etdiyi həmin avtomobillə onları yaşadıqları evə aparmağa başlmışdır. Bundan təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı vtomobillə Xırmandah kəndi ərazisində hərəkətdə olan zaman o, özünə məxsus olan mobil telefonla WhatsApp” proqramı vasitəsilə mesaj yazmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Xırmandalı poçt filialını keçdikdən sonra Balharı çayının üzərində olan körpüyə təxminən 15-20 metr qalmış Davudun avtomobili yolun sağ tərəfinə hərəkət etdirmək istəməsini, lakin qarşıdan görmədiyi bir maneənin isə həmin avtomobilin sol tərəfinə çırpılmasını görmüşdür. Həmin toqquşma nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş maneə həmin avtomobili təxminən 8-10 metr arxaya tərəf sürümüşdür. Baş vermiş toqquşma nəticəsində o, başından xəsarət almışdır. Həmçinin, həmin yol-nəqliyyat hadisəsi nəticəsində atası Əlinasib Abdullayevin sağ qolu sınmış, anası Şahid2 da başından və sinəsindən xəsarət almışdır. Buna görə də o, dərhal avtomobildən yerə düşərək atası Əlinasib Abdullayevi və anası Natavan Quliyevanın avtomobildən çıxmasına köməklik göstərmişdir. Avtomobildən yerə düşdükdən sonra həmin avtomobilin sol tərəfinə çırpılmış maneənin qarşı əks istiqamətli hərəkət zolağında olan ot biçən kombayn olmasını, həmin kombaynın biçəcək hissəsi ilə Davudun avtomobilin sol tərəfinin toqquşmasını görmüşdür. O, həmin hadisə yerinə gəlmiş dostu Taleh Süleymanovun idarə etdiyi avtomobillə valideynlərini Biləsuvar RMX-na aparmışdır. Həmin yol-nəqliyyat hadisəsi yolun ortasında, yəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol tərəfində baş vermiş, hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs VAZ-2107 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 30 km\saat sürətlə hərəkət etdirmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman hava qaranlıq və yağışlı olduğuna, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı avtomobilin qabaq sağ tərəfində yerləşən şüşə yuyanları işləmədiyi üçün, həmin vaxt mobil telefonla “WhatsApp” proqramı vasitəsilə mesaj yazdığına görə kombaynı görməmişdir. Kombaynın qabaq fara işıqları yanmadığına görə qarşıdakı qaraltının kombayn olmasını və həmçinin kombaynın biçəcək hissəsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə protokol və yolnəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Şahid3 idarə etdiyi “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynın Təqsirləndirilən şəxs idarə etdiyi, VAZ-21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində yerə tökülmüş VAZ- 21074 markalı avtomobilə aid şüşə hissəcikləri vasitəsilə müəyyən edilmişdir. Hadisə yerinə baxış “E- 302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynın sürücüsü Şahid3 iştirakı ilə keçirilmişdir. VAZ-21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığından Biləsuvar RMX-na aparılmış və buna görə də hadisə yerinə baxış keçirilməsində iştirak etməmişdir. Baxış Xırmandalı poçt filialından Balharı çayı istiqamətində keçirilmişdir. Həmin hissədə yolda hərəkət iki tərəflidir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və yaşdır, yol işıqlandırılmır, hadisə günün qaranlıq vaxtı baş vermişdir. Yolda sürət həddini müəyyən edən yol nişanı yoxdur, lakin hadisənin baş verdiyi yer yaşayış məntəqəsində yerləşir. Hərəkət zolaqlarının sayı 2-dir. Hadisə baş verən yerdə yol örtüyünün eni 5,7 metr, hərəkət hissəsinin eni 5,7 metr, hərəkət zolaqlarının hər birinin eni 2,85 metrdir. Yolun sağ və sol tərəflərində 1,2 metr enində, 1,2 metr hündürlüyündə torpaq örtüklü ehtiyat hissə vardır, daha sonra isə Balharı çayının sahili yerləşir. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil kənar şəxslər tərəfindən toqquşma yerindən çıxarılaraq yolun sağ tərəfində Balharı çayı istiqamətində saxlanılmışdır. Şahid3 isə idarə etdiyi E- 302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynı toqquşma yerindən təxminən 50 metr uzaqlaşdıraraq yolun sol tərəfində yerləşən boş sahədə saxlamışdır. Yolun sol tərəfində yerləşən ehtiyat 1,2 metr enində, torpaq örtüklü, yağış yağması səbəbindən palçılqlı olan ehtiyat hissədə Şahid3 idarə etdiyi kombayna məxsus olan təkər izləri vardır. Toqquşma nöqtəsi yolun sağ kənarından mərkəzə doğru 2,2 metr məsafədə, yəni VAZ- 21074 markalı avtomobilin hərəkət zolağında yerləşir və həmin yerdə avtomobilə aid olan şüşə hissəcikləri tökülmüşdür. Həmin toqquşma nöqtəsi Balharı çayından poçt filialına istiqamətində 1,2 hündürlüyündə enişlidir. Hadisə yerində hər iki nəqliyyat vasitəsinə aid tormoz və şin izləri aşkar edilməmişdir. Şahid3 idarə etdiyi“E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombayna baxış zamanı həmin nəqliyyat vasitəsinin fara işıqlarının işlək vəziyyətdə olması müəyyən edilmişdir. İstintaq zamanı Şahid3 idarə etdiyi “E-302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı kombaynın qabaq tərəfində olan biçəcək hissəsinin 4,7 metr enində olması müəyyən edilmişdir. VAZ- 21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs üçün təhlükənin yaranma anı Şahid3 idarə etdiyi kombaynın Balharı çayının üzərində olmasını gördüyü an, Şahid3 üçün təhlükənin yaranma anı idarə etdiyi “E- 302” markalı, 52-T-333 dövlət qeydiyyat nişanlı ot biçən kombaynı Balharı çayının üzərinə doğru hərəkət etdirərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili gördüyü an yaranmışdır. Hadisə yerinə baxış keçirilən zaman çəkilmiş fotoşəkillər cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı,**-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağında sərnişin kimi əyləşmiş və hadisəni bilavasitə görmüş Şahid1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 izahatında qeyd etdiklərini təsdiq edərək yol-nəqliyyat hadisəsinin baş verdiyi anda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkətdə olmasını, yəni yolun sağ kənarında dayanmadığını, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qarşıdan əks istiqamətli hərəkət zolağında hərəkətdə olan kombaynın poçt filialından Balharı çayı istiqamətində baxdıqda yolun sağ kənarından mərkəzə doğru 2,2 metr məsafədə, yəni VAZ-21074 markalı avtomobilin hərəkət zolağında, Balharı çayından poçt filialına doğru 15 metr məsafədə toqquşmasını, kombaynın qabaq tərəfində olan biçəcək hissəsinin VAZ-21074 markalı avtomobili təxminən 8-10 metr məsafədə arxaya sürüməsini bildirmişdir. Şahid1 iştirakı ilə hadisə yerinə baxış keçirilən zaman çəkilmiş fotoşəkillər cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. Araşdırma zamanı VAZ-21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X6 məxsus olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı Rauf Əzimovun xx.xx.2023-cü il tarixli 3-13-69\22044\23 nömrəli raportunda göstərilmişdir ki, VAZ-21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil AD037919 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X6 məxsusdur, Rauf Quliyev tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs verilmiş etibarnamənin müddəti bitdiyindən avtomobil idarə olunması üçün sonuncu dəfə Rauf Quliyev tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təkrarən Təqsirləndirilən şəxs etibarnamə əsasında verilmişdir. Həmin raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-nın TTY şöbəsinin xx.xx.2023-cü il tarixli 104 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs hadisə baş verən zaman sərxoş vəziyyətdə olmaması göstərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 70 №-li rəyində göstərilmişdir ki, X3 “sağ bazu sümüyünün orta l\3-nin qapalı-qəlpəli yerdəyişmiş sınığı” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlərin olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli 8M106 nömrəli rəyində göstərilmişdir ki, VAZ-21074 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırlmamalı, qarşıdan əks istiqamətdə hərəkətdə olan E- 302 markalı kombaynın qabaq hissəsinə qoşulmuş ot biçən qurğusunun sol tərəfinin onun hərəkət zolağına çıxmasını nəzərə alaraq vaxtında tədbir göməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, əvvəlcədən kombaynla təhlükəsiz yan məsafəsini təmin etməli və kombaynın qabaq hissəsinə qoşulmuş ot biçər qurğusunun sol tərəfindən təhlükəsiz məsafəsi saxlamaqla keçib getməli idi. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cı maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlillər gətirərək Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsiri bilmədiyini qeyd etmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə avtomobillə yol hərəkəti qaydalarını pozması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, dindirmədə üzləşdirmə protokolu, hadisə yerinə baxış keçirilməsi barədə protokollar, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 70 №li rəyi, Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli 8\1106 nömrəli rəyi, eləcə də işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham irəli sürülmüş maddə ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alınmalıdır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu ona təqsirləndirildiyi CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi mümkün edir. İş materialları ilə müəyyən olunur ki, Biləsuvar RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı X7 21 iyun 2023-cü il tarixli qərarı (cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında) ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hazırki cinayət işindən ayrıca icraata ayrılaraq icraatında ibtidai istintaqın davam etdirilməsi qərara aılnmışdır. Məhkəmə iclasında X4 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi zərəri ödədiyini, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələbləri baxımından belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, CPM-in 197, 198, 344-349, 351-353, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı ay) müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar