Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-138/2024 14.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 534-cü məhlə, ev 2, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan, barəsində 28 aprel 2024-cü il tarixli qərarla, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -1,437 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 27 aprel 2024-cü il tarixdə saat 01:30 dəqiqədə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar rayon mərkəzi xəstəxanasının yaxınlığında “TOYOTA COROLLA” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞnə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən qara rəngli sellofana bükülmüş, təmiz çəkisi -1,437 qram olan xeyli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, 534-cü məhlə, ev 2, mənzil 22-də yaşayır. Qanunsuz narkotik vasitələrdən istifadə etdiyi üçün bir neçə dəfə azadlıqdan məhrum edilmişdir. Bakı şəhərində bina tikintisi işi ilə məşğul olaraq ailəsini dolandırır. Narkotik vasitə olan heroin istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan iki gün əvvəl, saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman yerdən bir ədəd bükülü tapmış və içərisinə açıb baxmışdır. Həmin bükülünün içərisində narkotik vasitə heroin olmasını bilmişdir. Buna görə də daha sonra istifadə etmək məqsədi ilə üzərində saxlamış, lakin istifadə etməyə imkanı olmamışdır. Elşən Gəncəliyevlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar xidmətinin 1 saylı cəza çəkmə müəsissəsində təxminən 2014-cü il tarixdə cəza çəkmişdir. Azadlığa çıxdıqdan sonra da onlar münasibətlərini davam etdirirək dost olmuşlar. 26 aprel 2024-cü il tarixdə saat 19 radələrində Elşən Gəncəliyevlə telefonda danışan zaman ona Biləsuvar şəhərində yaşayan əsgərlik yoldaşı Quliyevin evinə qonaq gedəcəyini deyərək onun da gəlməsini istəmişdir. O da Elşənlə razılaşmışdır. Təxminən bir–iki saat sonra onlar Bakı şəhərindən Elşənin idarə etdiyi “Toyota Corolla” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhərinə gəlmək üçün hərəkətə başlamışlar. Bir neçə saat sonra onlar Biləsuvar şəhərinə daxil olmuşlar. Biləsuvar şəhərinin mərkəzində tanımadığı küçələrin birində hərəkətdə olan zaman polis əməkdaşları Elşənə saxla işarəsi vermişlər. Elşən Gəncəliyev də avtomobili saxlamışdır. Daha sonra polis əməkdaşları onları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb avtomobillə birlikdə Biləsuvar RPŞ-nə aparmışlar. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün Müdafiəçi vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. O da əynindəki gödəkçənin sol yan cibindən qara rəngli sellofana bükülmüş bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və sorğu zamanı həmin bir ədəd bükülünün içərisində özünün istifadə etməsi üçün narkotik vasitə heroin olduğunu, ona məxsus oduğunu və həmin heroini iki gün əvvəl saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman yerdən tapmasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Həmin bükülüyə baxış zamanı içərisində narkotik vasitə heroin olması və elekron tərəzidə çəkilən zaman -1,66 qram olması müəyyən edilmişdir. Daha sonra onun, müdafiəçisi Müdafiəçi, Elşən Gəncəliyevin, müdafiəçisi Fədai Quliyevin və digər polis əməkdaşlarının iştirakı ilə Elşən Gəncəliyevin idarə etdiyi Toyota Corolla markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. Narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq fikri olmamışdır. Ailə üzvlərindən və tanışlarından heç kimin narkotik vasitə heroini qəbul etməsi və üzərində daşıması barədə məlumatı olmamışdır. X8 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamindən xəbəri olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroindən əvvəlcədən istifadə etməmişdir. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, məh.534, ev 2-də, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə 27 aprel 2024-cü il tarixdə ona etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X6, RPŞ-nin DYPB-nin, YPX-nin inspektoru, polis baş serjantı X5 və RPŞ-nin DYPB-nin, YPXnin inspektoru, polis baş serjantı X2 tərkibində olduğu əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 27 aprel 2024-cü il tarixdə saat 01:30 radələrində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tanışı X7 ilə birlikdə, sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman Mərkəzi xəstəxananın yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib hava, əməliyyat şəraiti və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirlərə nəzərə alınmaqla Təqsirləndirilən şəxs və sürücü X3 avtomobillə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Xanlar Alışova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bükülü və şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olması, bükülünü 2 gün əvvəl Bakı şəhərində yerdən tapmasını və şəxsi istifadəsi üçün cibində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd qara rəngli sellofana bükülmüş bükülü açılıb baxıldıqda, içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə olduğu, həmin bükülü şöbənin elektron tərəzisində çəkildikdə, bükülü ilə birlikdə 1,66 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə olan bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənib, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Elşən Gəncəliyevin, müdafiəçisi Fədai Quliyevin və digər polis əməkdaşlarının iştirakı ilə Elşən Gəncəliyevin idarə etdiyi “Toyota Corolla” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs tərəflərindən hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət onun öz razılığı ilə olmuşdur. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan Şəxsi axtarış və götürmə barədə 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bükülü və şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olması, bükülünü 2 gün əvvəl Bakı şəhərində yerdən tapmasını və şəxsi istifadəsi üçün cibində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd qara rəngli sellofana bükülmüş bükülü açılıb baxıldıqda, içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə olduğu, həmin bükülü şöbənin elektron tərəzisində çəkildikdə, bükülü ilə birlikdə 1,66 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə olan bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənib, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Müdafiəçi ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Bundan əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X4 28 aprel 2024-cü il tarixli 19/370 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -1,437 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,437 qram, tədqiqata sərf edildi 0,05, qalıq 1, 1,387 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,437 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,387 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2024-cü il tarixli 389 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cü il tarixli Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qərarı ilə cəzası 10 ay 19 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib, xx.xx.2010-cu il tarixdə həmin məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2012cü il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2014-cu il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2016-cü il tarixdə cəzanı tam çəkib qurtarmış və məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hal əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 27 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə saat 01:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 aprel 2024-cü il saat 18:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CMin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 aprel 2024-cü il tarixli 389 nömrəli rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 1,387 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixindən 28 aprel 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,387 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1(022)-138/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-138/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver