Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-139/2024 17.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1980-ci ildə Cəbrayıl rayonu Dağtumas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Cəbrayıl Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 221.1-ci madəsi ilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəbrayıl rayon İcra və Probasiya şöbəsinin 17 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, o 18 iyul 2024-cü tarixdə Cəbrayıl rayon İcra və Probasiya şöbəsində qeydiyata alınmış, 22 iyul 2024-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilməsindən imtina etmiş, cəzasından 4 gün çəkmiş, Cəbrayıl rayonu Sirik kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu 2 saylı ünvan 1 ünvanında yaşayan, barəsində 10 iyul 2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Biləsuvar Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, 14 oktyabr 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 21 radələrində Biləsuvar-Bəhramtəpə yolunun kənarında yerləşən ictimai yer hesab olunan “Yaşıl məkan” adlı kafedə yemək yeyib sipirtli içki qəbul etdikdən sonra həmin kafenin mətbəxinə keçərək orada Zərərçəkmiş şəxs1 onu yaşadığı Cəbrayıl rayon məcburi köçkünlərinin Biləsuvar rayonunda məskunlaşdığı qəsəbəyə aparmaq istəməməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətə açıqca hörmətsizlik edərək nalayiq sözlər deyib Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib yumruq və sillə ilə bir neçə dəfə vuraraq sol yanaq nahiyəsində, sol yanağın selikli qişasında, sol əlin arxa səthində əzilmiş yara, sol əlin 3-cü barmağında şişkinlik və qançırla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra, qərəzli hərəkətlərini davam etdirərək kafenin mətbəxində olan Zərərçəkmiş şəxs2 məxsus üzərində kiril əlifbası ilə “AİİİİİEPOH” sözü yazılmış 120 (yüz iyirmi) manat dəyərində soyuducunu yerə aşırdıb zədələmiş, hər birinin qiyməti 1 (bir) manat 50 (əlli) qəpik olmaqla 9 (doqquz) manat dəyərində 6 (altı) ədəd pivə bakalını, hər birinin qiyməti 50 (əlli) qəpik olmaqla 3 (üç) manat dəyərində 6 (altı) ədəd araq stəkanının, hər birinin qiyməti 1 (bir) manat olmaqla 6 (altı) manat dəyərində 6 (altı) ədəd dərin boşqabı, hər birinin qiyməti 80 (səksən) qəpik olmaqla 4 (dörd) manat 80 (səksən) qəpik dəyərində 6 (altı) ədəd dayaz boşqabını yerə atıb sındırmaqla məhv etmiş, mətbəxin və kafenin birinci mərtəbəsindəki otaqlarının 03 ədəd 0,9 x 2 metr ölçüdə qapılarına təpiklə vurub hər birinin qiyməti 100 (yüz) manata olmaqla 300 (üç yüz) manat dəyərində plastik qapıları və bir otağın 13 (on üç) manat dəyərində 2 (iki) ədəd pəncərələrin şüşələrini sındıraraq zədələmiş, nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 455 (dörd yüz əlli beş) manat 80 (səksən) qəpik məbləğində maddi ziyan vurmaqla xuliqanlıq etmisdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu Sirik kəndində qeydiyyatda olmaqla Biləsuvar ərazisi Cəbrayıl məcburi köçkünləri 2 saylı qəsəbə, ev 372-də yaşayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb edilmişdir. 23 may 2024-cü il tarixdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Zərərçəkmiş şəxs1 əvvəlcədən tanıyır. Aralarında şəxsi ədavət və qərzəçilik olmamışdır. 30 mart 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxaraq yeyib içmək üçün Biləsuvar-Bəhrəmtəpə yolunun İmişli rayonu Hacırüstəmli kəndindən keçən hissəsində yolun kənarında yerləşən “Yaşıl məkan” adlanan kafeyə getmişdir. O, kafeyə gedən zaman marketdən spirtli içki “GO”, 1 şüşə araq və 1 şüşə “Coca-cola” almışdır. O, kafeni işlədən əvvəlcədən tanıdığı Şahidyla bir masada əyləşmişdir. Təxminən 2 saata yaxın Günəşlə birlikdə yeyib-içmişdir. Yeyib içəndən sonra Günəşdən taksi çağırmasını xahiş etmişdir. Günəş də ona “səbrli ol indi taksi tapacam səni aparacaq” sözlərini bildirmişdir. O, masada tək əyləşib taksinin gəlməsini gözləmişdir. Həmin vaxt Günəş də mətbəxdə olmuşdur. Bir neçə dəqiqə sonra saat 21 radələrində o, mətbəxdən Hidayətin səsini eşitmişdir. Günəş Hidayətə “burada bir adam var, içkilidir,onu apara bilərsən?” sözlərini demişdir. Hidayət isə Günəşə “tanımıram kimdi, apara bilmərəm, taksi çağır aparsın” sözlərini demişdir. O, Hidayətin barəsində xoşagəlməz söz dediyini fikirləşmiş və anidən əsəbləşmişdir. Əyləşdiyi masadan qalxaraq kafenin mətbəxinə getmişdir. Həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün hadisələri tam xatırlamır. Lakin Hidayətdən niyə barəsində xoşagəlməz sözlər dediyini soruşmuşdur. Hidayət cavab vermədən onun üzərində gedərək ağız nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuş, daha sonra bir neçə dəfə ona əli ilə zərbə endirmişdir. O, mətbəxdən qabqacaqları yerə vuraraq sındırmışdır. Həmin vaxt mətbəxin qapısının yanına qoyulmuş soyuducuya dəymişdir. Soyducu yerə aşmışdır. O, həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün bundan sonra olan hadisələri xatırlaya bilmir. Bəli, o Zərərçəkmiş şəxs1 ağız nahiyəsinə yumruqla 1 dəfə xəsarət yetirməyini təkzib etmir. Həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün baş verənləri tam xatırlamır. Bundan başqa Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə də xəsarətlər yetirməyini təksib etmir. Həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün baş verənləri tam xatırlamır. 30 mart 2024-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs2 məxsus Biləsuvar-Bəhrəmtəpə yolunun İmişli rayonu Hacırüstəmli kəndindən keçən hissəsində yolun kənarında yerləşən "Yaşıl məkan" adlanan kafenin mətbəxində Zərərçəkmiş şəxs1la dalaşan zaman həmin kafeyə ziyan vurmağını etiraf edir. Hadisə zamanı matbəxdə olan qab-qacaqların bir qismini sındırmış, mətbəxdəki pivə aparatını və soyuducunu aşırtmış, lakin mətbəxdən çıxdıqdan sonra nə etdiyini xatırlamır. Hadisə zamanı onu heç kəs vurmamış, döyməmiş və heç bir bədən xəsarəti yetirməmişdir. Zərərçəkmiş şəxs1 ilə 30 mart 2024-ci il tarixdə "Yaşıl Məkan" adlı kafedə baş vermiş dava-dalaş zamanı kənar şəxslər olmamışdır. Hadisə baş verən zaman o, içkili olduğu üçün kafenin ikinci mərtəbəsində müştəri olub-olmamasına fikir verməmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, İmişli rayonu Qızılkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus **-ER-*** dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobili vardır. O arada Biləsuvar-Bəhramtəpə yolunun üzərində yerləşən “Yaşıl Məkan" adlı kafeyə tanışlanı ilə gedir. Həmin kafeni işlədən Şahid tanıyır. 30 mart 2024-cū il tarixdə Şahid istifadəsində olan mobil nömrəyə zəng edərək kafeyə 20 litrlik su qabında bulaq suyu gətirməsini xahiş etmişdir. O da Günəşə kafe tərəfdən keçdikdə su gətirəcəyini bildirmişdir. Saat 20:40 radələrində kafeyə getmişdir. Kafenin mətbəxtinə daxil olmuşdur. Həmin vaxt Şahid sobada yemək bişirirdi. Günəşdən su qabını maşının yük yerindən götürməsini xahiş etmişdir. Şahid kafedə Təqsirləndirilən şəxs adlı şəxsin içkili olmasını və taksi çağırmağını bildirərək yaşadığı ünvana aparmağını xahiş etmişdir. O da işlərinin olmasını həmin şəxsi apara bilməyəcəyini bildirmişdir. Bu zaman mətbəxə Təqsirləndirilən şəxs daxil olmuşdur. Qabil onu tanıyıb-tanımadığını soruşmuşdur. O, həmin şəxsin içkili olmasını görmüşdür. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ünvanına nalayiq ifadələr işlətmiş və qəfildən ağız nahiyəsinə yumruqla zərbə vurmuşdur. Bundan sonra Qabil bir neşə dəfə yumruq və şilləylə onun sifət nahiyəsinə vurmuşdur. O, özünü müdafiə etməyə çalışsa da bacara bilməmişdir. Təqsirləndirilən şəxs yumruqları ilə ona zərbə enidirərkən özünü müdafiə etmayə başlamışdır. Təqsirləndirilən şəxs yumruqları ilə endirdiyi zərbələr nəticəsində hər iki əlindən xəsarət almışdır. Qabil onu vurarkən ucadan nalayiq ifadələr islətmişdir. Qabil mətbəxdə məişət əşyalarını götürərək yerə çırpmağa, mətbəxdəki masaları aşırtmaga baslamışdır. O, həmin vaxt yaranmış fürsətdən istifadə edərək kafenin ikinci mərtəbəsinə qalxmışdır. Həmin vaxt orada əyləşmiş təxminən 5-6 nəfər şəxs ağzının qanlı olmasını gördükdə masadan qalxaraq oradan kənarlaşmışlar. O, ağız nahiyəsindən axan qanı silərək kafenin qarşısına çıxmışdır. Bundan sonra baş vermiş hadisə baradə Daxili İşlər Nazirliyinin 102 zəng-xidməti mərkəzinə müraciət etmişdir. O, Biləsuvar-Bəhramtəpə yoluna çıxaraq polis əməkdaşlarının hadisə yerinə gəlməsini gözləmişdir. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları kafeyə gəldikləri vaxt Təqsirləndirilən şəxs kafenin həyətində olmuşdur. O, baş vermiş hadisə barədə Biləsuvar Rayon Polis X3 bölməsinə ərizə ilə müraciət etmişdir. 01 aprel 2024-cü il tarixdə aldığı xəsarətlərlə bağlı məhkəmə-ekspertiza müayindəsindən keçmişdir. O, Şahid ilə kafenin mətbəxində söhbət edən zaman sonuncu Təqsirləndirilən şəxs yaşadığı ünvana aparmasını xahiş etmiş, o işinin olmasını və həmin şəxsi tanimadığını bildirmişdir. Bu zaman içəri daxil olan Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən söyərək üzərinə gələrək onu döymüşdür. Bu hadisə Biləsuvar-Bəhramtəpə yolunun üzərində İmişli rayon Hacırüstəmli kəndinin yaxınlığında yerləşən “Yaşıl Məkan” adlı kafedə baş vermiş, münaqişə dava-dalaş ilə birlikdə təxminən 15 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona yumruq və əli ilə zərbələr endirmiş, həmi vaxt sonuncunun əlində başqa bir əşya olmamışdır. Hadisə baş verən zaman kafedə tanımadığı 5-6 nəfər şəxs olmuşdur. Həmin şəxslər bu hadisəyə şahid olmuşdurlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla Biləsuvar rayon ərazisində olan Cəbrayıl məcburi köçkünlərin 2 saylı qəsəbə, ev 297-də yaşayır. Biləsuvar-Bəhramtəpə yolunun üzərində İmişli rayonu Hacı Rüstəmli kəndinin yaxınlığında özünə məxsus “Yaşıl Məkan” adlı kafesi vardır. Həmin kafeni şifahi əqdlə Cəbrayıl rayonunda olan məcburi köçkün Şahid 08 mart 2024-cü il tarixdə icarəyə vermişdir. Aralarındakı razılaşmaya əsasən hər ayın sonunda Şahid ona 150 manat icarə haqqı verməli idi. 30 mart 2024-cü il tarixdə Şahid istifadəsində olan mobil nömrəyə gecə vaxtı zənglər etmiş, həmin vaxt mobil zəngləri görmədiyi üçün açmamışdır. 31 mart 2024-cü il tarixdə Şahid səhər saatlarında istifadəsində olan mobil nömrəyə zəng edərək Qabil adlı həmyerlisinin kafeni dağıtması barədə ona məlumat vermişdir. O bundan sonra arvadı X2 ilə birlikdə özünə məxsus “Yaşıl Məkan” kafesinə getmişdir. O, kafeyə çatdıqda polis əməkdaşlarının kafedə olmasını görmüşdür. O, kafeyə baxdıqda birinci mərtəbədə yerləşən mətbəxin qapısının və həmin mərtəbədə yerləşən iki əlavə otağın plastik qapılarının sındırılmasını, həmin otaqlardan birinin pəncərələrinin üç yerdən sınmasını görmüşdür. Mətbəxə daxil olduqda soyducunun yerə düşməsini pivə aparatının yerə düşməsini, masanın üzərindəki qab-qacaqların sındırılmasını görmüşdür. O, Şahid hadisənin necə baş verməsini soruşmuşdur. Şahid xahişinə görə Zərərçəkmiş şəxs1 kafeyə su gətirməsini, Təqsirləndirilən şəxs Hidayəti gördükdən sonra onun üzərinə hücum edərək söyüb təhqir edib döyməsini və kafeni dağıtmasını bildirmişdir. O, orada olarkən Təqsirləndirilən şəxs kafeyə yaxınlaşmasını görmüşdür. Şahid Təqsirləndirilən şəxs kafeyə buraxmamasını bildirmişdir. Şahid isə Qabilin onun müştərisi olmasını və mobil telefonunu kafedə unutduğunu, həmin telefonu götürmək üçün gəldiyini demişdir. O, arvadı X4 içəri buraxmamasını demişdir. X6 kafeyə daxil olmamasını desə də, sonuncu heç kimə məhəl qoymaraq kafeyə daxil olmuşdur. Təqsirləndirilən şəxs azadlığa yeni çıxdığını, niyə kafedə dava-dalaş salmasını sorusmuşdur. Qabil isə onun üzərinə gələrək sözlə mübahisə etməyə başlamışdır. O, bundan sonra orada olan polis əməkdaşlarına Qabili kafedən uzaqlaşdırmalarını demişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs ona məxsus kafedən kənarlaşdırmışlar. Ona məxsus kafedə olan soyducunu 180 manata Cəbrayil rayonundan olan məcburi köçkün tanışından almışdır. 1990-ci il istehsal olan, üzərində kiril əlifbası ilə “AİİİEPOH” sözləri yazılmışdır. Soyducu aldıqdan sonra istifadəyə tam yararlı olmuş, lakin Təqsirləndirilən şəxs hərəkətlərinə görə qapısı sınmış, motoru sıradan çıxaraq istifadəyə yarasız hala gəlmişdir. 31 mart 2024-cü il tarixdə özünəməxsus kafeyə gedən zaman 2023-cü ilin yay aylarında bir ədədini 3 (üç) manata aldiği 6(altı) ədəd pivə bakalını, 2023-cü ilin yay aylarında bir ədədini 1 (bir) manata aldığı 6 (altı)ədəd araq stəkanını, 2023-cü ilin yay aylarında bir ədədini 2 manata (iki manat) aldığı 6(altı) ədəd dərin boşqabı, 2023-cü ilin yay aylarında bir ədədini 1,4 manata (bir manat qırx qəpik) aldığı 6 (altı) ədəd dayaz boşqabın sındırılmasını görmüşdür. Sınan qab-qaşıqlara görə ümumilikdə ona 44 manat 40 qəpik dəyərində maddi ziyan dəymişdir. Özünə məxsus Biləsuvar-Bəhramtəpə yolunun üzərində yerləşən “Yaşıl Məkan” kafesində 30 mart 2024cü il tarixdə baş vermiş hadisə zamanı 3 ədəd 0,9 x 2 metr ölçüdə, 2023-cü ilin yay aylarında hər birini 180 (yüz səksən) manata aldığı plastik materialından olan qapılar yararsız hala düşmüşdür. O, 31 mart 2024-cü il tarixdə kafeyə çatdıqdan sonra həmin qapıların üzərində ayaq izlərinin olmasını görmüşdür. Həmin qapılara baxdıqda onların Qabil tərəfindən təpiklə vurularaq sındırılmasını başa düşmüşdür. Biləsuvar-Bahramtəpə yolunun üzərində yerləşən özünə məxsus “Yaşıl Məkan” kafesinin birinci mərtəbəsində yerləşən iki pəncərəsinin şüşə laylarından bir ədəd 0,30 x 0,30 metr ölçüdə olanın sınmasına görə 3 manat, iki ədəd 0,30 x 0,70 metr ölçüdə olanların hər birinin sınmasına göra 5 manat məbləğində maddi ziyan dəymişdir. O, ilkin təhqiqat zamanı daymiş ziyanı tam dəqiqliyi ilə hesablamadığı üçün 600 manat məbləğində maddi ziyan dəyməsini göstərmişdir, lakin sonradan hər sınan əşyaya görə dəqiq hesablama apardıqda ümumilikdə 777 manat 40 qəpik dəyərində maddi ziyan dəyməsini bilmişdir. Şahid qızi ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu Şükürbəyli kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl rayonu məcbur köçkünlərin məskunlaşdıği 10 saylı qəsəbədə yaşayır. 16 avqust 2023-cü il tarixdən 08 noyabr 2023-cü il tarixədək Biləsuvar-Bəhramtəpə yolunun üzərində yerləşən İmişli rayonu Hacırüstəmli kəndinin yaxınlığında yerləşən Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus “Yaşıl Məkan“ kafesini işlətmişdir. Lakin borclarını ödəyə bilmədiyi üçün 08 noyabr 2023-cü il tarixdə kafenin açarını Zərərçəkmiş şəxs2 vermişdir. O bundan sonra işləmək üçün Bakı şəhərinə getmişdir. 06 mart 2024-cü il tarixdə Biləsuvar rayonunda yerləşən 10 saylı qəsəbəyə qayıtmışdır. Həmin kafeni yenidən icarəyə götürmək üçün Zərərçəkmiş şəxs2 yaşadığı 2 saylı qəsəbəyə getmişdir. Zərərçəkmiş şəxs2 yenidən həmin kafeni icarəyə almağa razılaşmışdır. Zərərçəkmiş şəxs2la aralarındakı razılaşmaya görə bir ay üçün 100 manat məbləğində icarə haqqı verəcəkmiş. 08 mart 2024-cü il tarixdə Biləsuvar-Bəhramtəpə yolunun üzərində yerləşən “Yaşıl Məkan” adlı kafeni işlətməyə başlamışdır. 30 mart 2024-cü il tarixdə saat 18 radələrində kafe tərəfdən keçdikdə 20 litirlik su qabında bulaq suyu gətirməsini xahiş etmişdir. Saat 20 radələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs əlindəki sellofanın içərisindəki spirtli içki, 1 şüşə araq və 1 süşə Coca Cola”qazlı su olan kafeyə daxil olmuşdur. O kafeyə gələn zaman artıq sərxoş vəziyyətdə olmuşdur. Əyləşəndən sonra yemək sifariş vermişdir. O, Qabilin sifarişlərini masaya gətirmişdir. Bundan sonra o yeyibiçməyə davam etmişdir. Təxminən bir saat sonra Təqsirləndirilən şəxs taksi çağırmağını xahiş etmişdir. O, bundan sonra tanıdığı İmişli rayonu Qızılıkənd kəndindən olan taksi fəaliyyəti ilə məşğul olan səxsə zəng etmiş, həmin şəxs kənarda olmasını demişdir. O, bundan sonra Qabilə taksi tapsam səni yola salacam” sözlərini demişdir. Bir neçə dəqiqə sonra İmişli rayonu Qızılkənd kənd sakini Zərərçəkmiş şəxs1 kafeyə gəlmişdir. Zərərçəkmiş şəxs1 mətbəxə daxil olaraq ona suyu avtomobilin yük yerindən götürməsini bildirmişdir. Bu zaman o,sobada yemek bişirmişdir. O, Hidayətə kafedə sərxoş vəziyyətdə müştərinin olmasını və həmin adamin taksi çağırmağını istədiyini bildirmişdir. Hidayət isə ona kafedə əyləşmiş səxsi tanımadığını və başqa işinin olmasını bildirmişdir. O, Hidayətlə mətbəxdə söhbət edən zaman Təqsirləndirilən şəxs mətbəxə daxil olaraq Hidayətə “sən məni tanımırsan?” sözlərini deyərək qışqırmağa başlamışdır. Qabil Hidayəti söyərək üzərinə hücum çəkərək ağız nahiyəsindən yumruqla 1 dəfə vurmuşdur. Bundan sonra Qabil yenə də bir neçə dəfə yumruq və silləylə Hidayətin sifət nahiyəsinə vurmuşdur. O, qorxduğu üçün Qabilə yaxınlaşa bilməmişdir. Hidayət ona müqavimət göstərmək istəsə də bacarmamışdır. Bu zaman Qabil mətbəxdəki masanın üzərindəki qab-qacaqları götürərək yerə çırparaq qab-qacaqların üzərinə yığıldığı masanı aşırtmışdır. Qabil sərxoş vəziyyətdə olduğu üçün hərəkətlərini idarə edə bilmirdi. Qabil mətbəxdəki soyuducunu aşırdanda qorxaraq kafenin ikinci mərtəbəsinə qalxmışdır. Həmin vaxt orada tanımadığı bir neçə nəfər şəxs ondan nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Hidayət üz-başı qanlı vəziyyətdə ikinci mərtəbəyə qalxmışdır. Həmin şəxslər bundan sonra oradan uzaqlaşmışlar. Hidayət masanin üzərindən salfet götürərək ağız nahiyəsini silmişdir. O, bundan sonra kafedən uzaqlaşmaq qərarına gəlmişdir. Kafenin həyətinə düşdükdə Qabilin kafenin qapılarına təpiklə vurmasını görmüşdür. O da qorxusundan qaçaraq kafedən uzaqlaşmışdır. Bundan sonra baş verən hadisələrdən xəbəri olmamışdır. Bu hadisə Biləsuvar-Bəhramtəpə yolunun üzərində İmişli rayon Hacırüstəmli kəndinin yaxınlığında yerləşən “Yaşıl Məkan” adlı kafedə baş vermiş, münaqişə dava-dalaş ilə birlikdə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman kafedə tanımadığı 5-6 nəfər şəxslər olmuşdur. Həmin şəxslər bu hadisəyə şahid olmuşlar. Baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxs “Yaşıl Məkan” adlı kafedə olan zaman məişət əşyaların, kafenin plastik qapılarını və mətbəxdə olan soyuducunu yararsız hala salaraq maddi ziyan vurmuşdur. Həmin əşyalar Zərərçəkmiş şəxs2 məxsusdur. O, həmin kafeni aralarında olan şifahi razılaşmaya əsasən icarəyə götürmüşdür. Sınmış əşyalara görə Zərərçəkmiş şəxs2 maddi ziyan dəymişdir. Baş verən hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsinin 01 aprel 2024-cü il tarixli 156 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol yanaq nahiyəsində, sol yanağın selikli qisasında, sol əlinarxa səthində əzilmiş yara, sol əlin 3-cü barmağında şişkinlik və qancir müəyyən olundu, müəyyən olunan xəsarətlər bər küt əşyanın (əşyaların), təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyul 2024-cü il tarixli 19/536 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadə olunması nəzərə alınmaqla 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 223,80 manat müəyyən olunur. (i.v. 139-142) “Azərtikinti” insaat materialları mağazasından daxil olmuş 22 iyul 2024-cü il tarixli 197 nömrəli məktubdan görünür ki, 0,30 m. x 0,30 metr ölçüdə 0,5 sm qalınlığında şüşənin 30 mart 2024-cü il tarixə satış qiyməti 3 manat, 0,3 m. x 0,7 m ölçüdə, 0,5 sm qalinlğinda şüşənin 30 mart 2024-cü il tarixə satış qiyməti 5 (beş) manat təşkil edir. (i.v. 112) Cabrayıl Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 19 aprel 2024-cü il tarixli 210 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasinin poliklinika şöbəsinin Nevroloji kabinetində Ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatinda yoxdur. (i.v. 35) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 01 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir, Cəbrayıl Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 221.1-ci madəsi ilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir, eyni zamanda 23 may 2024-cü il tarixdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 194.1-ci madəsi ilə təqsirli bilinərək 09 ay azadliğin məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v 128-131) Cəbrayıl rayon İcra və Probasiya şöbəsinin 17 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü tarixdə Cəbrayıl rayon İcra və Probasiya şöbəsində qeydiyata alınmış, 22 iyul 2024-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilməsindən imtina etmiş, cəzasından 4 gün çəkmiş, 08 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. 30 mart 2024-cü il tarixli 304 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (i.v.5) 10 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (i.v.162-163) Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 01 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. (i.v.123) “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması və əməlində cinayətin residivi olması nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs2 dəyən maddi ziyanın məbləğin 455 (dörd yüz əlli beş) manat 80 (səksən) qəpik olması əsas götürülmüş, iş üzrə zərərçəkmiş və şahidlərin ifadələri, zərərçəkmiş şəxsin istintaq hərəkəti protokolları, ekspertizanın rəyləri, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (i.v.146- 152) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.180) Biləsuvar Rayon Məhkəməsinin 1(022)-139/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə”14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 oktyabr 2024-cü il tarixdə Cəbrayıl qəsəbəsində tutularaq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının tələblərini nəzərə alır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir (Cinayət Prosessual Məcəlləsi 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Yuxarıda göstərilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Cəbrayıl Rayon Məhkəməsinin 10 avqust 2023-cü il il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi məhkumluğu ödənilmədən yenidən 30 mart 2024-cü il tarixdə qəsdən cinayət törətdiyi üçün onun əməlində cinayətlərin residivi müəyyən edilsə də, lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər (hazırda törətdiyi böyük ictimai təhlükə törətməyən cinayət əməli), 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası) nəzərə alınmır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 25 (iyirmi beş) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə (xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.) Xüsusi müsadirə olunan əmlak yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(006)-222/2024 saylı hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 8 (səkkiz) ay 25 (iyirmi beş) gün hissəsi hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-139/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-139/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver