Məhkəmə qərarları › İş №1(022)-14/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-14/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-14/2023 05.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində 19 noyabr 2022-ci il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 1,164 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 17 noyabr 2022-ci il tarixdə saat 16:05 radələrində Ələt-Astara yolunun, Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 103-cü kilometrliyində yerləşən “İdrak market” ərzaq mağazasının qarşısında idarə etdiyi “Kia Sportage” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən 1,164 qram çəkidə narkotik vasitə heroin bir ədəd sellofan kəsiyi bükümündə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayır. Subaydır, ruhi-əsəb xəstəliyi yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 ildir ki, narkotik vasitələrin aludəçisidir, əsasən heroin istifadə etmişdir. Təxminən 2 ay bundan əvvəl Bakı şəhəri, Nəsimi rayonu, ərazisində 28 May metrosunun yaxınlığında tanımadığı bir şəxsdən 20 manata 2 qram narkotik vasitə heroin almışdır. Həmin heroinin bir hissəsinin istifadə etmiş, qalan hissəsini isə üzərində gəzdirmişdir. 17 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Masallı rayonunda yaşayan dostu ilə görüşmək üçün Kamran Həsənovun işlətdiyi rentakardan götürdüyü “Kia Sportage” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Masallı rayonuna getmək üçün yola düşmüşdür. Həmin vaxt 2-3 ay əvvəl aldığı narkotik vasitə heroinin qalan hissəsinin içərisində olduğu bir ədəd sellofan bükümü də əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Məqsədi isə həmin narkotiki istifadə etmək olmuşdur. Həmin gün saat 16 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman YPX əməkdaşları ona avtomobili saxlamaq işarəsi vermişlər. O, avtomobili yolun sağ kənarında saxladıqdan sonra əvvəlcə YPX əməkdaşları, daha sonra isə mülki geyimdə olan bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində, həmçinin idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməsi şübhəsi olduğunu bildirib polis şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquqları ona izah edilmiş, vəkillə təmin olunmuşdur. Bundan sonra vəkili Əli Hüseynov və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir dəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bükülü açılıb baxılarkən içərisində heroin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş heroin elektron tərəzidə çəkildikdə 1,49 qram olması müəyyənləşdirilmişdir. Həmin heroin özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirmişdir. Bundan sonra o, vəkili Əli Hüseynov və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi “Kia Sportage” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilmişdir. Ona avtomobildə narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. O isə avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin avtomobilə baxış keçirilsə də, lakin narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübariz qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 17 noyabr 2022-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXB-nin polis nəfəri, polis serjantı İsmayıl Ağazadə, DYPB-nin YPX inspektorları polis serjantları Elvin Ağayev və Əhməd Məmmədzadə daxil edilmişdir. 17 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Sportage” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Sportage” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt- Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən 103-cü kilometrliyində hərəkətdə olan zaman əvvəlcə DYPB-nin YPX-nin inspektorları, polis serjantları Elvin Ağayev və Əhməd Məmmədzadə avtomobilin sürücüsünə avtomobili saxlamaq işarəsi vermişlər. Həmin sürücü də avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra o və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşıb Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, üzərində və avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşıması şübhəsini izah edərək avtomobillə birlikdə RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs TB-nin baş təhqiqatçısı, polis mayoru Nahid Hüseynov tərəfindən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra o, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, KTQnun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Əli Hüseynovun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynindəki cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin sellofan bükümlə birlikdə çəkildikdə 1,49 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra o, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Əli Hüseynovun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Sportage” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə hər hansı narkotik vasitə, qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış, həmçinin idarə etdiyi “KİA Sportage” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokolların doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən aşkar edilərək götürülmüş olan narkotik vasitə heroin sellofan kəsiyi bükümü ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər şahidin (Şahid2) dindirilməsini tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edildi. İşdə olan “Şəxsi axtarış və götürmə barədə 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə daşıması şübhəsi olduğu üçün RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, polis leytenantı Şahid2, KTQ-nun baş ekspert-kriminalisti polis kapitanı Anar Abduhəlimov və vəkil Əli Hüseynovun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynindəki cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin sellofan bükümlə birlikdə çəkildikdə 1,49 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Şəxsi axtarış zamanı «Redmi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X1 xx.xx.2022ci il tarixli 19/1182 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 1,164 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,164 qram., cəmi tədqiqata sərf olundu-0,05 qram., qalıq 1,114 qram. Tədqiqata təqdim edilmiş 1,164 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,114 qram qalığının xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1211 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə əsasən sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğu üçün məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs barəsində DSX-nin İTİ-də Azərbaycan Respublikası CMnin 318.1 və 318.2-ci maddələri ilə istintaq olunan 22960073 nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Lerik rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 318.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 318.2-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdən 27 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilərək CM-in 318.1 və 66.2-ci maddələri hökmdən xaric edilmiş, CM-in 318.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdən 27 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla üzərində qəti olaraq 01 (bir) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hal əməlindən səmimi peşman olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 19 noyabr 20222-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 noyabr 2022-ci il tarixdə saat 13:20-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(106)-145/2023 saylı qərarı ilə CM-in 318.2 və 69.3-cü maddələri ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 1,114 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, bu iş üzrə hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(106)-145/2023 saylı qərarı ilə CM-in 318.2 və 69.3-cü maddələri ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il 3 ay (üç) müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixindən 19 noyabr 2022-ci il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,114 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar