Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-14/2024 14.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi vəkil Müdafiəçi2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 31 iyul 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 17 oktyabr 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasıda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 18 iyul 2023cü il tarixdə, saat 23 radələrində Biləsuvar rayonu Günəşli kəndində, X6 məxsus çayxananın qarşısındakı küçədə, Ağayrı kənd sakini Zərərçəkmiş şəxs1 Qarabağ döyüşlərində iştirak edən qazilərin barəsində nalayiq ifadələr işlətməsini bəhanə edərək kənar şəxslərin gözü qarşısında ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək Zərərçəkmiş şəxs1 sağ qoluna istintaqa məlum olmayan bıçaqla bir dəfə vuraraq ona sağ bazu nahiyəsində kəsilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs1 həmin vaxt Zərərçəkmiş şəxs1 üzərinə hücum edib onun sifət və sinə nahiyələrinə yumruqla bir-neçə dəfə vuraraq ona sağ qaş nahiyəsində və döş qəfəsinin sağ yan səthində sıyrıq ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, sonra sonuncu xuliqanlıq hərəkətlərini davam etdirərək həmin vaxt hadisənin qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs2 üzərinə hücum edib onun sifət nahiyəsinə yumruqla bir-neçə dəfə vuraraq ona sağ göz yuvası ətrafında qançır və sağ gözün ağlı qişasında yayılmış qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bu zaman Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 sinəsinə bir-neçə yumruq zərbəsi vurmaqla ona döş qəfəsinin sol yarısında sıyrıq yuvası ətrafında qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, həmin davadalaşdan 5-10 dəqiqə sonra təkrarən Təqsirləndirilən şəxs1 həmin yerdən təxminən 150- 200 metr aralıda yerləşən X4 məxsus «Günəşli» marketin qarşısındakı küçədə Zərərçəkmiş şəxs1 üzərinə hücum edib onun sifətindən yumruqla bir-neçə dəfə vurmaqla ona sağ gözaltı və sol gicgah nahiyələrində qançır, aşağı çənədə sağ mərkəzi kəsici dişin hissəvi sınığı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ətrafdakı şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 18 iyul 2023cü il tarixdə, saat 23 radələrində Biləsuvar rayonunun Günəşli kəndində, X6 məxsus çayxananın qarşısında, Biləsuvar rayonunun Ağayrı kənd sakini Zərərçəkmiş şəxs1 Qarabağ döyüşlərində iştirak edən qazilərin barəsində nalayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan küçədə kənar şəxslərin gözü qarşısında ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 sağ qoluna istintaqa məlum olmayan bıçaqla bir dəfə vuraraq ona sağ bazu nahiyəsində kəsilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsindən sonra Təqsirləndirilən şəxs1 həmin vaxtı Zərərçəkmiş şəxs1 üzərinə hücum edib onun sifət və sinə nahiyəsinə yumruqla bir-neçə dəfə vuraraq ona sağ qaş nahiyəsində və döş qəfəsinin sağ yan səthində sıyrıq ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, sonra o xuliqanlıq hərəkətlərini davam etdirərək həmin vaxt hadisənin qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs2 üzərinə hücum edib onun sifət nahiyəsinə yumruqla bir-neçə dəfə vuraraq ona sağ göz yuvası ətrafında qançır və sağ gözün ağlı qişasında yayılmış qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bu zaman Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 sinəsinə bir-neçə yumruq zərbəsi vurmaqla ona döş qəfəsinin sol yarısında sıyrıq yuvası ətrafında qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, dava-dalaşdan 5-10 dəqiqə sonra təkrarən Təqsirləndirilən şəxs1 həmin yerdən təxminən 150-200 metr aralıda yerləşən X4 məxsus «Günəşli» marketin qarşısındakı küçədə təkarən Zərərçəkmiş şəxs1 hücum edib onun sifətindən yumruqla bir-neçə dəfə vurmaqla ona sağ gözaltı və sol gicgah nahiyələrdə qançır, aşağı çənədə sağ mərkəzi kəsici dişin hissəvi sınığı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ətrafdakı şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 törədilmiş əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxaraq Biləsuvar rayonu, Günəşli kənd ərazisində yerləşən Mirzəli adlı şəxsə məxsus olan ərzaq mağazasına siqaret almaq üçün getmişdir. Mağazaya daxil olan zaman Ağayrı kənd sakini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 görmüşdür. Zərərçəkmiş şəxs1 onu görən kimi «Qazilər əlinə bir ədəd çəlik tutub, bundan istifadə edərək camaatın əkin sahəsinə su verilməsinin qarşısını alırlar, belə şəxslər barəsində nə demək olar» sözlərini deyərək qazilərin ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs1 heç bir söz demədən mağazadan çıxmış və əmisi oğlu qazi Şahid2 zəng vuraraq ondan harada olmasını soruşmuşdur. Elman ona kənd ərazisində olan Mehman adlı şəxsin kafesində olmasını demişdir. Bundan sonra Elmanın yanına kafeyə getmiş, Elman və Babəkin kafenin arxasında əyləşib çay içdiklərini görmüşdür. Həm Elmandan, həm də Babəkdən Ağayrı kənd sakini Zərərçəkmiş şəxs1 əkin sahəsinə gedən suyu kəsib-kəsməmələrini soruşmuşdur. Həm Elman, həm də Babək ona Zərərçəkmiş şəxs1 əkin sahəsinə gedən suyun qarşısını kəsmədiklərini bildirmişlər. Bundan sonra onlara Zərərçəkmiş şəxs1 qazilərin barəsində nalayiq ifadələr işlətməsini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1la dostu Rəfail kafenin həyətində ayrı masada əyləşib çay içirmişlər. Bundan sonra o, Babək və Elman Zərərçəkmiş şəxs1 əyləşdiyi masaya yaxınlaşmışlar, masaya yaxınlaşandan sonra Kamildən qazilərin barəsində nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuşlar. Onun bu sözündən sonra Zərərçəkmiş şəxs1 ayağa qalxaraq hər iki əlləri ilə onun yaxasından tutub onu öldürəcəyi ilə hədələmişdir. Zərərçəkmiş şəxs1 onunla dava etmək məqsədlərinin olmadığını, sadəcə olaraq ondan söz soruşmaq niyyətlərinin olduğunu demişdir. Həmin vaxt Kamilin əlini yaxasından ayırmaq üçün əli ilə Zərərçəkmiş şəxs1 özündən kənarlaşdırmaq istəmiş, Zərərçəkmiş şəxs1 isə heç bir səbəb olmadan sağ əli ilə onun sağ əlinin 4-cü barmağını tutaraq arxaya doğru dartmış və həmin an onun barmağından səs gəlmişdir. Zərərçəkmiş şəxs1 onun barmağını arxaya doğru dartması nəticəsində barmağında güclü ağır olmuş, həmin ağrının təsiri altında yerə oturmuşdur. Zərərçəkmiş şəxs1 isə ayaqüstə dayanıb onun başına, burnuna, çənə, ağız və göz nahiyələrinə bir neçə dəfə yumruq zərbələri vuraraq onu döyməyə başlamışdır. Həmin zərbələrdən sonra huşunu itirərək yerə uzanmışdır. Dava-dalaş vaxtı Zərərçəkmiş şəxs1 onları ayırmaq istəyən onun qohumu Elmanı və Babəki də heç bir səbəb olmadan yumruqla vurub döyməyə başlamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, dava-dalaş vaxtı onun əlində bıçaq olmamış və Zərərçəkmiş şəxs1 bıçaqla vurub ona xəsarət yetirməmişdir. Həmin dava-dalaş yalnız Zərərçəkmiş şəxs1la olmuş, Zərərçəkmiş şəxs2la onun arasında həmin vaxtı heç bir mübahisə baş verməmişdir. Dava-dalaş Günəşli kəndində Mehmana məxsus kafedə baş vermiş, 25-30 dəqiqə mübahisə ilə birlikdə davam etmiş, həmin dava-dalaşı kafedə olan şəxslər görmüşlər.Zərərçəkmiş şəxs1 hadisə yerində itirdiyi 2700 manat pulu isə görməmiş və bu barədə nəsə eşitməmişdir. Sonradan Təqsirləndirilən şəxs2 özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs1la barışmağa cəhd etməsini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 törədilmiş əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Günəşli kəndində, Elməddinə məxsus «Günəşli» mağazasına getmişdir. Mağazada olarkən küçədə çoxlu adamların olduğunu və dava-dalaş baş verdiyini görmüşdür. Buna görə də mağazadan küçəyə çıxmışdır. Küçəyə çıxan zaman görmüşdür ki, Zərərçəkmiş şəxs1 əynindəki köynəyi çıxarıb və nalayiq küçə söyüşləri söyür. Qardaşı Babəkə yaxınlaşıb nə məsələ olmasını soruşmuşdur. Daha sonra Kamilə yaxınlaşıb ona demişdir ki, söyüş söyməsin. Kamil isə söyüş söyməyə davam etdiyinə görə Mahir Abbasovun çayxanansının yaxınlığında onun üzərinə hücum etmiş, bu vaxtı qohumu Ənvər Ağayev onu tutmuş və imkan verməmişdir ki, o, Kamili vursun. Bundan sonra hamısı birlikdə «Günəşli» mağazasının qarşısına gəlmişlər. Həmin vaxt orada Zərərçəkmiş şəxs1la qazi Elman, Fuad və digər kənd sakinləri mübahisə edərək ondan nə üçün qaziləri söyməsini soruşmuşlar və yenidən mübahisə başlamışdır. Mübahisə davam edən zaman Kamil ünvansız söyüşlər söydüyünə görə yenidən Kamilin üzərinə hücum etmiş və əlbəyaxa olmuşlar. Əlbəyaxa olan vaxtı Kamil yumruqla onun sağ göz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra orada olan kənd sakinləri dava-dalaşa müdaxilə edib onları ayırmış, Kamilin qardaşları sonuncunu oradan uzaqlaşdırmışlar. O, həmçinin ifadəsində göstərmişdir ki, Günəşli kəndində, küçədə baş verən dava-dalaş 25-30 dəqiqə davam etmiş, həmin dava-dalaş orada olan kənd sakinləri görmüşlər. Dava-dalaş baş verən vaxtı orada olmadığına görə Təqsirləndirilən şəxs2 bıçaqla Zərərçəkmiş şəxs1 vurub-vurmamasının, Kamilin Fuadın barmağını sındırıb-sıdırmamasının, o cümlədən Kamilin qohumu Ənvərin avtomobilini təpiklə vurub-vurmamasının, həmçinin Ənvərin Kamili tutmasının şahidi olmamışdır. Sonradan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 spirtli içkinin təsiri altında olaraq sərxoş vəziyyətdə qazi qardaşı Babəki söyməsinə görə ona irad bildirdiyini, ona görə də Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq onu vurduğu üçün o da öz növbəsində Kamili vurmasını, buna görə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs1la barışmağa cəhd etməsini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Ağayrı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 18 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Biləsuvar rayonu, Günəşli kəndində Mirzəli adlı şəxsə məxsus ərzaq mağazasında olan zaman tanışı Zərərçəkmiş şəxs2la rastlaşmış və ikisi birlikdə Biləsuvar şəhəri, M.İbrahimov «Rest Aran» kafesinə gəlib orada araq içmişlər. Bir neçə saat sonra oradan çıxıb Biləsuvar şəhəri, H.Əliyev küçəsində kənd taksiləri dayan yerə gəlmişlər. Həmin yerdə ayaqüstə dayanıb telefona baxmış, Rəfail də ondan təxminən 10-15 metr aralıda telefonla ucadan kiminləsə danışmışdır. Bu vaxt həmkəndlisi Mahir adlı şəxs onu özü ilə kənara çəkmək istəmişdir. Günəşli kənd sakini Babək adlı şəxs ona demişdir ki, Rəfaili sakitləşdirsin, səs-küy salmasın. O, da Babəkə « iynə gətir ağzın tikim, mən ona nə edə bilərəm axı» deyə cavab vermiş və Rəfailə heç bir söz deməmiş, telefona baxmağa davam etmişdir. Bir az sonra görmüşdür ki, nə Mahir, nə də Babək orada yoxdur. Daha sonra Rəfaillə taksilərin biri ilə Günəşli kəndində yerləşən Mirzəli adlı şəxsin mağazasına getmişlər. Birlikdə mağazadan iki ədəd şokolad alıb marektin yaxınlıqdakı çayxanaya çay içmək üçün getmişlər. Mağazanın içərisində olan zaman Günəşli kənd sakini Təqsirləndirilən şəxs2 tanışı Rəfailə narazı şəkildə baxmasını görmüşdür. Rəfayillə birlikdə mağazadan çıxıb çayxanaya gəlmişlər. Rəfaillə birlikdə çayxananın həyətində əyləşib içmək üçün çay sifariş vermişlər. Həmin vaxt saat 22 radələri olarmış. Çayxanada çay içdikdən sonra yenidən çayxananın içərisinə daxil olub əlavə bir çaynik çay sifariş edib Rəfailin yanına gəlmişdir. Təxminən 1 saat sonra onların masasına Şahid1, onun qardaşı Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 əli ilə Rəfaili işarə edərək yanına çağırmışdır. Rəfail ayağa qalxmaq istəyən zaman ona demişdir ki, gözləsin və heç yerə getməsin. Özü ayağa qalxaraq Fuada yaxınlaşıb nə məsələ olduğunu ondan soruşmuşdur. Fuad ona Rəfailin qazi Babəklə qazi Elmanı söydüyünü ona bildirmişdir. Fuada heç kim söyüş söymədiyini, gedib öz işləri ilə məşğul olmasını bildirmişdir. Bu sözü dedikdən sonra Fuad əlində olan bir ədəd bıçaqla onun sağ qolundan bir dəfə vurmuşdur. Zərbə nəticəsində qolundan qan axmağa başlamış, o, sağ qolunu sol əli ilə tutmaq istəyən zaman, Fuad ikinci dəfə ona bıçaq zərbəsi vurmaq istəmiş, lakin o, iki-üç addım geri çəkilmişdir. Arxaya çəkilən zaman ayağı sürüşmüş və yerə yıxılmışdır. Fuad onun üzərinə hücum edərək onu bıçaqla vurmaq istəmiş, lakin bıçaq zərbələrindən yayınmışdır. Bu zaman Savalan da onun sifət və sinə nahiyəsinə yumruq zərbələri vurmuşdur. Rəfail ona kömək etmək istəyən zaman Savalan onu da sifətindən yumruqla vurmuşdur. Həmin vaxt Fuadın əlindən bıçağı almışlar, lakin kim tərəfindən alınmasını bilmir. Ayağa qalxmaq istəyən zaman Ənvər onun yaxasından tutaraq «sən nə deyirsən» sözlərini deyərək ondan soruşmuşdur. Ənvər onun yaxasından tutub saxlayan zaman Fuad dəfələrlə baş nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurmuşdur. O, Ənvərdən uzaqlaşan zaman Fuad sifət və sinə nahiyəsinə bir neçə zərbə vurmuşdur. Daha sonra onlar Günəşli marketin qarşısına doğru hərəkət etmişlər və o, qardaşı Şamilə zəng edə bilmişdir. Şamilə hadisə barədə məlumat verərək ondan kömək istəmişdir. Biraz sonra qardaşı Şahid4 və Şahid3 hadisə yerinə gəlmişlər. Onlar hadisə yerinə gəlməmişdən öncə Savalan yenidən onun üzərinə hücum çəkmişdir. O hadisə yerinə toplaşan insanların arasından çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 ona nalayiq ifadələr işlədərək, üzərinə hücum etmişdir. Savalan onun sağ və sol qulaq nahiyəsindən və sinə nahiyəsindən bir neçə yumruq zərbəsi vurmuşdur. Daha sonra orada toplaşan insanlar onları ayırmışlar. Famil onu və Rəfaili avtomobilinə əyləşdirərək hadisə yerindən uzaqlaşdırmışdır. Hadisə yerində onun köynəyi çırılmış və cibində olan 2700 (iki min yeddi yüz) manat pulu və sənədi (şəxsiyyət vəsiqəsi) itmişdir. Şəxsiyyət vəsiqəsini tapsa da pulu tapa bilməmişdir. İfadəsində Fuadın onu vurduğu bıçağın təxminən 20-24 santmetr uzunluqda olmasını, mətbəx bıçağı olmadığını, Təqsirləndirilən şəxs2 barmağını sındırmadığını, Ənvər Ağayevin avtomobilinə təpik vurmadığını, Şahid1 və digərlərini döymədiyini demişdir. Cəlilabad rayon MTE-dən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 692 nömrəli ekspert rəyində göstərilən “sağ bazu nahiyəsində kəsilmiş yaranı” Təqsirləndirilən şəxs2 bıçaqla vuran zaman yetirməsini, “sağ gözaltı və sol gicgah nahiyəsində qançırı, aşağı çənədə sağ mərkəzi kəsici dişin hissəvi sınığı və döş qəfəsinin sol yarısında sıyrıq yuvası ətrafında qançırı” xəsarətini sonuncunun yumruqla ağız və sinə nahiyəsinə vuran zaman yetirməsini və “sağ qaş nahiyəsində və döş qəfəsinin sağ yan səthində sıyrıq xəsarətini” isə Təqsirləndirilən şəxs1 yumruqla vuran zaman yetirməsini bildirmiş və təqsirləndirilən şəxslərin onunla barışıq əldə etmək istədiklərini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmadığını, ona görə də onlara qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Ağayrı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 18 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Biləsuvar rayonu, Günəşli kəndində Mirzəli adlı şəxsə məxsus olan ərzaq mağazasının qarşısında tanışı Zərərçəkmiş şəxs1la rastlaşmış və ikisi birlikdə Biləsuvar şəhəri, M.İbrahimov «Rest Aran» kafesinə gəlib orada araq içmişlər. Bir neçə saat sonra oradan çıxıb Biləsuvar şəhəri, H.Əliyev küçəsində kənd taksiləri dayanan yerə gəlmişlər. Həmin vaxt orada yaşadığı Ağayrı kəndinə gedən taksilər olmadığına görə İsmətli kəndinə gedən taksi sürücüsündən xahiş etmişdir ki, Kamillə onu Günəşli kəndinə aparsın. Həmin taksi sürücüsü ilə söhbət edən zaman Ağayrı kənd sakini Mahir adlı şəxs ona yaxınlaşaraq salamlaşmışdır. Daha sonra tanımadığı taksi sürücüsü avtomobili saxlayaraq ona «gəlin mən sizi aparım» deyə bildirmişdir. Bundan sonra həmin taksi sürücüsü ilə birlikdə Günəşli kəndinə gəlmişlər. Günəşli kəndində yerləşən Mirzəli adlı şəxsə məxsus mağazadan Kamil iki ədəd şokolad almış və ikisi birlikdə çay içmək üçün yaxınlıqdakı çayxanaya gəlmişlər. Saat 22 radələrində təxminən bir saatdan sonra onların əyləşdiyi masaya Şahid1, onun qardaşı Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 əli ilə onu işarə edərək yanına çağırmışdır. O ayağa qalxmaq istəyən zaman Kamil ona, gözlə getmə demişdir. Kamil ayağa qalxaraq onunla çayxananın çölündə gözləyən həmin şəxslərin yanına getmişdir.Təxminən bir neçə dəqiqə sonra səsküy düşmüş, o çölə çıxan zaman Fuadın əlində olan bıçaqla Kamilin sağ qolundan bir dəfə zərbə vurduğunu görmüş və qaçaraq Fuadı kürək nahiyəsindən qucaqlayaraq ayırmaq istəmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs1 onun sifət nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə çox saylı zərbələr vurmuşdur. Hadisə nəticəsində o sifətindən və göz nahiyəsindən xəsarətlər almışdır. Daha sonra kənd sakinləri onları ayırmışlar. Həmçinin ifadəsində Fuadın Kamili vurduğu bıçağın ölçüsünün təxminən 20-24 santmetr olduğunu, Kamilin Fuadın barmağını sındırmadığını, o çayxanadan çıxanda Kamillə Fuadın dava dalaş etməyini gördüyü üçün qaçaraq Fuadı qucaqlayaraq ayırmaq istəyən zaman Təqsirləndirilən şəxs1 onun sağ göz nahiyəsinə 2-3 ədəd yumruq zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs2 Kamilin sifət və sinə nahiyyəsindən bir neçə zərbə vurduğunu və Kamilin sifət və qol nahiyəsinin qanadığını görmüşdür.X14 avtomobilinə təpik vurmadığını, 22 iyul 2023-cü il tarixli, 693 nömrəli ekspert rəyinə əsasən sağ gözyuvası ətrafında qançırı və sağ gözün ağlı qişasında yayılmış qansızma xəsarətini Təqsirləndirilən şəxs1 onun sağ göz nahiyəsinə 2-3 ədəd yumruq zərbəsi vuran zaman aldığını demişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında barışıq əldə edildiyini və onlardan şikayət və tələbinin olmadığını, ona görə də onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. Onların təqsiri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Günəşli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Günəşli kəndində Mehman Abbasova məxsus çayxananın arxa tərəfində tanışları ilə çay içirmişlər. Həmin vaxt həmkəndlisi və qohumu Şahid2 zəng edərək onu çayxananın qarşısına çağırmışdır. Bundan sonra əyləşdiyi masadan qalxıb, Elmanın yanına getmişdir. Ora çatanda Elmanın əmisi oğlu Təqsirləndirilən şəxs2la birlikdə olduğunu görmüşdür. Şahid2 ona Ağayrı kənd sakini Zərərçəkmiş şəxs1 Elməddinə məxsus «Günəşli» marketdə qazilərin barəsində küçə söyüşləri söydüyünü demişdir. Bundan sonra Elman və Fuadla birlikdə çayxananın həyətində ayrı masada əyləşmiş Kamili öz yanlarına çağırmışlar. Çayxananın qarşısında küçədə Kamillə söhbət edib ondan nə üçün qazilərin barəsində, yəni özlərinin barəsində söyüş söydüyünü soruşmuşlar. Kamil onun bu sözündən sonra Fuadın boğazından tutub «sən bunları mənim üzərimə niyə gətirmisən» sözlərini deyərək Fuadın sifətindən yumruqla vurmuşdur. Zərbənin təsirindən Fuadın başı gicəllənsə də yerə yıxılmamışdır. Elə bu vaxt Kamilin tanışı Rəfail də Fuadın üzərinə hücum edərək onu vurmaq istədiyinə görə Rəfaili tutmuş və buna imkan verməmişdir. Buna görə də Kamil yumruqla Elmanı vurmuşdur. Dava-dalaş zamanı Fuad yerə yıxılmış, Kamil də onun üzərinə yenidən hücum etmişdir. Bundan sonra Kamil ilə Fuad əlbəyaxa olub bir-birilərinə qarşılıqlı olaraq yumruq zərbələri vurmuşlar. Həmin vaxt Kamil arxaya çevrilərək onun sinə nahiyəsindən yumruqla vurduğuna görə zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxtı ora gələn kənd sakinləri dava-dalaşa müdaxilə edərək onları ayırmışlar. O, həmçinin ifadəsində göstərmişdir ki, dava-dalaş Biləsuvar rayonu Günəşli kəndində, Mahir Abbasova məxsus çayxananın qarşısında, küçədə baş vermiş, 25-30 dəqiqə davam etmişdir. O, nə Fuadın əlində bıçaq nə də ki, Fuadın bıçaqla Kamili vurmasının şahidi olmamışdır. Hadisə günü saat 18 radələrində dostu Mahirlə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində avtomobil ustasında Mahirə məxsus «Niva» markalı avtomobili təmir etdirərkən yolun əks tərəfində Kamilin tanışı Rəfaillə birlikdə olduğunu görmüş, Rəfailin sərxoş halda tanımadığı bir nəfər qazi barəsində söyüş söydüyünü eşitmişdir. Buna görə də Kamilə demişdir ki, Rəfayili sakitləşdirib evə aparsın. Kamil isə ona «Rəfailin ağzını iynə ilə tikim ki, dayansın» sözlərini deyərək ona kobud şəkildə cavab vermişdir. Qardaşı Savalanın dava-dalaşın axırına gəldiyini, həmin vaxtı heç kimlə dava-dalaş etmədiyini, o cümlədən Kamilin həmkəndlisi Ənvər Ağayevin avtomobilini təpiklə vurmasının şahidi olmamışdır. Zərərçəkmiş şəxs1 Elməddinə məxsus «Günəşli» marketdə vətən müharibəsində iştirak etmiş qazilərin barəsində söyüş söyməsini eşitməmiş, bu haqda ona Təqsirləndirilən şəxs2 məlumat vermişdir. O, da Elməddinə zəng vuraraq ondan Kamilin söyüş söyübsöymədiyini soruşduqda, Elməddin də ona Kamilin söyüş söymədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Günəşli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 18 iyul 2023-cü il tarixdə, saat 22 radələrində evdən çıxan zaman əmisi oğlu Təqsirləndirilən şəxs2 ona mobil telefonla zəng etmiş və Fuadla Günəşli kəndində, Mehman Abbasova məxsus çayxananın yaxınlığında görüşmüşlər. Fuadla görüşən vaxtı Fuad ona Kamilin qazilərin barəsində söyüş söydüyü barədə məlumat vermişdir. Fuad ondan Kamilin əkin sahəsində suyunu kəsib-kəsmədiyini soruşduqda Fuada Kamilin suyunu kəsmədiyini bildirmişdir. Bundan sonra o, qohumu Babəkə zəng edərək çağırdığına görə Babək ora gəlmiş və hər üçü birlikdə çayxanaya getmişlər. X16 yanına çağırmışdır. Həmin vaxt çayxananın qarşısında küçədə Kamil, Babək və Fuadla birlikdə olan vaxtı o, Kamildən hansı səbəbdən qazilərin barəsində nalayiq ifadələr işlətəməsini soruşmuşdur. Kamil isə ona cavabında qaziləri söymədiyini demişdir. Həmin vaxtı Kamilin yanında olan Zərərçəkmiş şəxs2 da qaziləri söymədiyini bildirmişdir. Rəfailin bu sözündən sonra səhv edərək söyüş söyməsini irad tutmuş və ona demişdir ki, söyülən söyüşlər onun özünə getsin. Bu zaman Fuad Kamilə yalan danışdığını, Elməddinə məxsus «Günəşli» marketdə olan zaman söyüş söydüyünü demişdir. Fuadın bu sözündən sonra Kamil Fuadı söyərək ona «sən mənim üzərimə adam yığıb gətirmisən» sözlərini deyərək Fuadın boğazından hər iki əlləri ilə tutub mübahisə etməyə başlamışdır. Kamil mübahisə vaxtı Fuadın sağ əlinin barmaqlarını tutaraq arxaya doğru çevirdiyinə görə ağrının təsirindən Fuad əlini tutaraq yerə oturmuşdur. Daha sonra Kamil Fuadın yerə oturmasından istifadə edib onun başına yumruq zərbələri vurmuşdur. Həmin vaxtı Kamilin tanışı Rəfail də Fuadın üzərinə hücum etmək istəyən zaman, Babək onu tutmuş və imkan verməmişdir ki, o, Fuadı vursun. O, Rəfaili tutub saxladığına görə Zərərçəkmiş şəxs1 onu təpiklə vurmuş, daha sonra Fuadın üzərinə yenidən hücum etmişdir. Bu zaman Fuad ilə Kamil əlbəyaxa olaraq bir-birilərinə qarşılıqlı olaraq yumruq zərbələri vuraraq dava-dalaş etmişlər.Dava-dalaş zamanı Kamil dava-dalaşı ayırmaq istəyən şəxslərin barəsində söyüş söyüb yenidən qazilərin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Kamil dava-dalaşı ayıranlar barəsində söyüş söyməsinə baxmayaraq kənd adamları dava-dalaşa müdaxilə edib onları sakitləşdirməyə çalışmışlar. Fuada köməklik edib onu dava-dalaşdan kənar çəkmək istəyən zaman Zərərçəkmiş şəxs1 bunu görüb onun kürək nahiyəsinə təpiklə vurub döymüşdür. O, həmçinin ifadəsində göstərmişdir ki, Günəşli kəndində, küçədə baş verən dava-dalaş 25-30 dəqiqə davam etmiş, həmin dava-dalaşı orada olan kənd sakinləri görmüşlər. O, dava-dalaş vaxtı Fuadın əlində nə bıçaq görməmiş, nə də ki, Fuadın bıçaqla Kamili vurmasının şahidi olmamışdır. Həmin vaxtı X14 avtomobilini təpiklə vurmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Günəşli kəndində özünə məxsus çayxana vardır və həmin çayxananı işlədib ailəsinin dolanışığını təmin edir. 18 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Günəşli kənd sakinləri Şahid1, Nicat Gözəlov və Bəyverdi Ağayev ona məxsus çayxananın ara tərəfində əyləşib spirtli içki qəbul etmişlər, lakin adları çəkilən şəxslərdən hansının spirtli içki içib-içməməsini bilmir. Həmin günü saat 22 radələrində Ağayrı kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çayxanaya gəlmişlər və çayxananın həyətində əyləşib çay sifariş vermişlər. Çayxananın içərisində mətbəxdə olan vaxtı küçədə davadalaş səsləri eşitmiş, lakin həmin vaxt tək olduğundan çayxananı sahibsiz qoyaraq yola çıxmamışdır. Bu səbəblə də səs-küyü eşitsə də dava-dalaşı görməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, dava-dalaş vaxtı kimin kimi vurmasını görməmiş, lakin sonradan eşitmişdir ki, dava-dalaş edən şəxslər Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 və onun qardaşı Təqsirləndirilən şəxs1dir. Eşitdiyinə görə dava-dalaşa səbəb də Kamilin qazilərin barəsində nalayiq ifadələr işlətməsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Biləsuvar rayonu Ağayrı kəndindəki evində istirahət edərkən həmkəndlisi Eldost onun mobil telefonuna zəng edərək «qardaşın Kamilin üzərinə 30 nəfər adam hücum edib, tez Günəşli marketin qarşısına gəl» demişdir. O, dərhal özünə məxsus Niva markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək Günəşli marketə tərəfə hərəkətə başlamışdır. O, yolda qardaşı Şahid4 da qaçaraq hərəkət etdiyini görmüşdür. Avtomobili saxlayıb ondan hara getdiyini soruşduqda o da qardaşı Kamilin ona zəng etdiyini demişdir. Şamil onun avtomobilinə əyləşdikdən sonra Günəşli marketə getmişlər. Günəşli marketə çatdıqdan sonra avtomobilini saxlamış və avtomobildən düşmüşlər. O, avtomobildən düşən kimi Savalanın qardaşı Kamili yumruqla vurduğunu görmüşdür. O, dərhal araya girərək dava-dalaşı kəsmək istəmişdir. Orada tanımadığı şəxs onu tutaraq saxlamışdır. Bu zaman Savalanın qardaşı Kamilə baş, göz və qulaq nahiyyəsindən bir-neçə yumruq zərbəsi vurmasını görmüşdür. Daha sonra onları ayırdıqdan sonra Kamili və Rəfaili avtomobilinə əyləşdirərək oradan uzaqlaşdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Biləsuvar rayonu Ağayrı kəndindəki evində istirahət edərkən qardaşı Kamil onun mobil tetefonuna zəng edərək « mənim üstümə Günəşli kənd sakinləri cümub, tez gəl» demişdir. O, evdən çıxaraq Günəşli kəndi istiqamətində qaçmağa başlamışdır. Təxminən bir kilometr getdikdən sonra qardaşı Famil özünə məxsus «Niva» markalı avtomobilini onun yanında saxlamışdır.O, onun avtomobilinə əyləşdikdən bir-neçə dəqiqə sonra Günəşli marketin yanına çatmışlar. Qardaşı Famil avtomobili saxladıqdan sonra onlar avtomobildən düşmüşlər. Həmin vaxt Famil onun yaxasından tuturaq «niyə gəlmisən bura» demişdir. O, ona diqqət yetirmədən Kamilin harada olmasını soruşmuşdur. Ətrafa baxan zaman Kamili görmüşdür. Fuaddan ayrılaraq Kamilin yanına qaçmışdır. Həmin vaxt Savalanın Kamilə hücum etdiyini görmüşdür. Sonra Kamilin yanına yaxınlaşan zaman onun qolundan qan axdığını görmüşdür. Daha sonra onları ayırmış, Kamili və Rəfaili avtomobilə əyləşdirərək oradan uzaqlaşmışdır. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli video görüntüyə baxışdan görünür ki, 18 iyul 2023-cü il tarixdə, saat 22:23-də Biləsuvar rayonu, Günəşli kəndinin mərkəzi küçəsində yerləşən, avtomobil ehtiyyat hissələri satılan mağazasına bir neçə Günəşli kənd sakinləri gəlir. Həmin vaxt açıq-aşkar görsənir ki, Günəşli kənd sakini Təqsirləndirilən şəxs1 dava-dalaş etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum etmək istəyir. Buna görə də cinayət işi üzrə şahid qismində dindirilmiş X7 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş kənd sakinləri Təqsirləndirilən şəxs1 qarşısını almağa çalışıraraq onu sakitləşdirmək istəyirlər.Daha sonra Biləsuvar rayon, Günəşli kəndinin mərkəzində yerləşən “Günəşli” marketin müşahidə kamerlarından götürülmüş videoçəkilişə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Şahid1 və istintaqa məlum olmayan şəxslər Zərərçəkmiş şəxs1 üzərinə hücum edirlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 əynində köynəyinin olmaması və əlində tutması görünür. Dava-dalaş zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaxınlaşır və birinci Kamil onun qoluna bir dəfə yumruq zərbəsi vurur, daha sonra Savalan Kamilin sifət və qulaq nahiyyələrinə bir neçə dəfə yumruq zərbələri vurur. Bundan sonra orada olan bütün şəxslər Kamilin üzərinə hücum edir və eyni zamanda Şahid1 əlində olan bir ədəd çəliki yuxarı qaldıraraq hücum etməyə davam edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 iyul 2023-cü il tarixli 689 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş sağ əlin 4-cü barmağının orta falanqasının sınığı, sol gözyuvası ətrafında və alt dodaq nahiyəsində qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 iyul 2023-cü il tarixli 690 nömrəli rəyindən görünür ki, Şahid2 bədəni üzərində aşkar edilmiş başın ənsə nahiyəsində və sağ kürək nahiyəsində qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 iyul 2023-cü il tarixli 692 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş sağ bazu nahiyəsində kəsilmiş yara, sağ gözaltı və sol gicgah nahiyəsində qançır, aşağı çənədə sağ mərkəzi kəsici dişin hissəvi sınığı və döş qəfəsinin sol yarısında sıyrıq yuvası ətrafında qançır, sağ qaş nahiyəsində və döş qəfəsinin sağ yan səthində sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 iyul 2023-cü il tarixli 693 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş sağ gözyuvası ətrafında qançır və sağ gözün ağlı qişasında yayılmış qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 avqust 2023-cü il tarixli 828 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 692 nömrəli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş sağ bazu nahiyəsində kəsilmiş yara, sağ gözaltı və sol gicgah nahiyəsində qançır, aşağı çənədə sağ mərkəzi kəsici dişin hissəvi sınığı və döş qəfəsinin sol yarısında sıyrıq yuvası ətrafında qançır, sağ qaş nahiyəsində və döş qəfəsinin sağ yan səthində sıyrıq müəyyən edilmişdir. Müəyyən edilən xəsarətlərdən kəsilmiş yara kəsici əşyanın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ bazu nahiyəsindəki kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 692 nömrəli əlavə rəyi ilə bağlı şahid qismində dindirilmiş məhkəmə-tibbi eksperti X15 ifadəsində göstərmişdir ki, ekspert qarşısında Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə aldığı xəsarətlərin dərəcələrinin ayrı-ayrılıqda müəyyən edilməsi ilə bağlı qoyulmuş sualların aydınlaşdırılması üçün əlavə məhkəmə-tibbi ekspertizasının keçirilməsi ona həvalə edilmişdir. Qərarda qeyd olunmuşdur ki, Biləsuvar rayonu Ağayrı kənd sakini Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə Biləsuvar RPŞ-nin Səmədabad PB-nə müraciət edərək Biləsuvar rayonu Günəşli kəndində bir qrup şəxs tərəfindən döyülməsini və bıçaqlanmasını bildirmişdir. Deməsinə görə, xx.xx.2023-cü il tarixdə saat 22-23 radələrində Fuad adlı şəxs bıçaq ilə sağ qoluna vurmuş, digərləri isə yumruq və təpik ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Biləsuvar RMX-dan ilk yardım almışdır. Ekspert tədqiqatı apararkən müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs1 sağ bazunun orta 1/3 hissəsinin bayır səthində boylama çəp istiqamətdə yerləşmiş düz xətt şəkilli 2,0 x 0,7sm ölçüdə kənarları hamar bir qurtaran ucu iti, digər küt olan 1/bir/ ədəd yara, sağ gözaltı nahiyədə və sol gicgah nahiyəsində 4,7 x 3,0 sm və 2,6 x 2,0 sm ölçüdə qırmızımtılgöyümtül rəngli qeyri-müəyyən formalı qançır, alt çənədə sağ 1-ci dişin tac hissəsində 0,5 x 0,2 sm ölçüdə qopub ayrılmış sınıq, döş qəfəsinin sol yarısının ön səthində l,8 x 0,3 sm ölçüdə üzəri ətraf normal dəri ilə bərabər səviyyədə yerləşmiş qırmızısmtıl-qonur rəngli qartmaqla örtülü qeyri-müəyyən formalı sıyrıq vardır. Digər xəsarətlər aşkar olunmamışdır. Biləsuvar RMX-nın verdiyi xx.xx.2023-cü il tarixli 1535 saylı tibbi arayışda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə «sağ bazunun orta 1/3 nahiyəsində kəsilmiş yarası, sağ gözaltı nahiyəsinin hematoması, sol gicgahın şişkinliyi, alt kəsici dişin hissəsinin sınığı »diaqnozu ilə «Biləsuvar rayon mərkəzi xəstəxanası» publik hııqüqi şəxsin TTTY bölməsinə müraciət etmişdir. Həmin rəyin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: 1979-cı il təvəllüdlü vət. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən, ilk məlumatı nəzərə alaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Vət.Zərərçəkmiş şəxs1 sağ bazu nahiyəsində kəsilmiş yara, sağ gözaltı və sol gicgah nahiyəisndə qançır, aşağı çənədə sağ mərkəzi kəsici dişin hissəvi sınığı və döş qəfəsinin sol yarısında sıyrıq yuvası ətrafında qançır, sağ qaş nahiyəsində və döş qəfəsinin sağ yan səthində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlərdən kəsilmiş yara kəsici əşyanın, digər xəsarətlər isə bərk küt əşyanın /əşyalarm/təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəəcsinə görə sağlamlığın qısa müddətə pozulsma səbəb olmuş sağlamlığa YÜNGÜL 'zərər vurmaya aiddir. Ona görə də 1979-cu il təvəllüdlü vət. Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş 692 saylı məhkəmə-tibbi müayinə rəyində qeyd olunanlara əsasən, ilk məlumatı nəzərə alaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlmişdir: Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş sağ bazu nahiyəsində kəsilmiş yara, sağ gözaltı və sol gicgah nahiyəsində qançır, aşağı çənədə sağ mərkəzi kəsici dişin hissəvi sınığı və döş qəfəsinin sol yarısında sıyrıq yuvası ətrafında qançır, sağ qaş nahiyəsində və döş qəfəsinin sağ yan səthində sıyrıq müəyyən edilmişdir. Müəyyən edilən xəsarətlərdən kəsilmiş yara kəsici əşyanın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ bazu nahiyəsindəki kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə özlərini əvvəl təqsirli bilməsələr də, məhkəmə iclasının gedişində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə özlərini təqsirli bildiklərini, əməllərindən peşman olduqlarını göstərmişlər. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 himayəsində 2 (iki) nəfər nəfər azyaşlı uşağının (2020-ci il təvəllüdlü X11 və X12) olmasını və məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) nəfər azyaşlı uşağının (2021-ci il təvəllüdlü X3 və 2023-cü il təvəllüdlü X1) olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir İş üzrə Təqsirləndirilən şəxs1 himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onlar tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 56.1-ci və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. İş materiallarında olan 29 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 iyul 2023-cü il tarixdə saat 19:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 31 iyul 2023-cü il tarixdə saat 15:10-da «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, X2 təqsirləndirildiyi CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 29 iyul 2023-cü il tarixindən 31 iyul 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 01 (bir) gün azadlqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X18
Məhkəmə qərarları › İş №1(022)-14/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-14/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver