Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-14/2025 22.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv 1, ev 13-də qeydiyyatda olan, Gəncə şəhərində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan, barəsində 21 noyabr 2024-cü il tarixli qərarla “komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -9,125 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2024-cü il tarixdə saat 19:00 dəqiqədə Biləsuvar rayon, Xırmandalı kəndi ərazisində yerləşən Lukoil yanacaq doldurma məntəqəsində “KİA CEED” markalı, **-RM- *** markalı avtomobildə olan zaman saxlanılaraq və orada üzərinə yoxlama keçirilərkən əynindəki şalvarın qabaq sol yan cibindən bir ədəd sellofana bükülmüş xeyli miqdarda, təmiz çəkisi -9,125 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv 1, ev 13-də ailə üzvlərilə birlikdə yaşayır və subaydır. Əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin bununla bağlı məhkumluğu olmamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində fəhləlik edir və özünü dolandırır. Təxminən hadisədən 3-4 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində piyada hərəkətdə olan zamn yolun kənarından bir ədəd bükülü tapmış və içərisinə baxmışdır. Bükülünün içərisində iyindən və rəngindən marixuana olmasını bilmişdir. Buna görə də gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. İnstaqram sosial şəbəkəsində bir nəfər şəxslə tanış olmuş, həmin şəxs ona Biləsuvar rayonunda yaşamasını demişdir. Həmin şəxslə bir müddət danışandan sonra onu Biləsuvar rayonuna qonaq çağırmışdır. 26 avqust 2024-cü il tarixdə saat 16 radələrində əvvəlcədən taksi sürücüsü kimi tanıdığı X2 zəng vurmuş və onu Biləsuvar şəhərinə aparmasını xahiş etmişdir. Nicat Babacanov da ondan olduğu yeri soruşmuş, o da Nicata Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində olduğu mağazanın ünvanını demişdir. Bir az sonra Nicat Babacanov idarə etdiyi KİA CEED markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gəlmiş və onu götürmüşdür. Nicat Babacanov ondan Biləsuvar şəhərinə gedib-gəlmək üçün ümumilikdə 80 (səksən) manat pul istəmiş, o da də Nicatla razılaşmışdır. Bundan sonra o, Nicat Babacanovun idarə etdiyi KİA CEED markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmışdır. Onlar yola çıxan zaman içərisində marixuana olan bükülü də üzərində olmuş, lakin Nicat Babacanova bu barədə məlumat verməmişdir. Onlar bir az sonra Biləsuvar rayonuna daxil olmuşlar. Biləsuvar rayonunun giriş hissəsində Nicatdan avtomobili saxlamasını xahiş etmişdir. Avtomobildən düşdükdən sonra instaqram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxslə əlaqə saxlamışdır. Bir az sonra avtomobilə qayıtmış və Nicatdan Biləsuvar rayonun mərkəzinə doğru getməsini istəmişdir. Onlar bir az getdikdən sonra Biləsuvar rayonunun girişində olan Lukoil yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətə olan zaman polis əməkdaşları Nicata saxla işarəsi vermişlər. Nicat da avtomobili yolun kənarına çəkərək avtomobili saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara videoçəkiliş aparmaqla yaxınlaşmışlar. Daha sonra polis əməkdaşları özlərini təqdim edərək ona hüquqularını izah edib üzərinə yoxlama keçirmək istədiklərini demişlır. O da üzərində daşıdığı, 3-4 gün əvvəl tapdığı içərisində marixuana olan bükülünü əynindəki şalvarın qabaq sol cibindən çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə -22,63 qram olması müəyyən edilmişdir. Bundan sonra bükülü açılıb baxılmışdır. Həmin vaxt bükülünün içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Bundan X8 idarə etdiyi Kia CEED markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və heç bir qeyri-qanuni əşya aşkar etməmişlər. Bundan sonra onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb Biləsuvar RPŞ-nə aparmışlar. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün Müdafiəçi vəkil kimi dəvət olunmuşdur. Bundan sonra o, müdafiəçisinin iştirakı ilə tutulmuşdur. O, həmin narkotik vasitə qurudulmuş marixuananı təxminən 3-4 gün bundan əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində piyada hərəkətdə olan zaman yolun kənarından tapmışdır. Həmin narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış, lakin istifadə etmək imkanı olmamışdır. Belə ki, həmin narkotik vasitə qurudulmuş marixuananı satmaq fikri olmamışdır. Ailə üzvlərindən və tanışlarından heç kim narkotik vasitə qurudulmuş marixuananı qəbul etməyi və üzərində daşımağı barədə məlumatları olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanadan əvvəlcədən istifadə etməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olması barədə X1 heç bir məlumatı olmamışdır. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. xx.xx.2004-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv 1, ev 13-də yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 26 avqust 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X5, RPŞ-nin KCBMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2; RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 və RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı X9 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs və tanışı X4 26 avqust 2024-cü il tarixdə, saat 19:00 radələrində Biləsuvar rayonu Xırmandalı kəndində Lukoil YDM-in yaxınlığında içərisində ehtimal olunan “Kia Ceed” markalı 77-RM- 046 dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın qabaq sol cibindən selofana bükülmüş 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik maddə marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan həmin şalvarın arxa sağ cibindən 1 ədəd plastik bank kartı, 3 ədəd 20 (iyirmi) qəpik, 1 ədəd 10 qəpik, üç ədəd 1 manatlıq pul və sağ yan cibindən 1 ədəd “Redmi NOT-8” markalı mobil telefon aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 22,63 qram (iyirmi iki tam yüzdə altmış üç) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Redmi NOT-8” markalı mobil telefon götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni 2-3 gün bundan qabaq yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Üstünü yoxlama Biləsuvar rayonu Xırmandalı kəndində Lukoil YDM-in yaxınlığında keçirilmişdir. Üstünü yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra isə X2 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl X2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X4 əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd alışqan, sağ yan cibindən “Samsung” markalı mobil telefon təqdim etmışdir. X8 üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Üstünü yoxlama Biləsuvar rayonu Xırmandalı kəndində Lukoil YDM-in yaxınlığında keçirilmişdr. Üstünü yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Daha sonra X1 idarə etdiyi “Kia Ceed” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxslərə bu barədə qərarla tanış edərək sözügedən avtomobildə narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra avtomobilə baxış və götürmə zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet, maddə aşkar edilməmişdir. Baxış və götürmə işıqlı şəraitdə keçirilmişdir. Baxış və götürmə zamanı «Samsung Galaxy» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolları yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokollar iştirakçılara ucadan oxunmuş, şübhəli şəxslərin protokollara daxil edilməli olan qeydlər etmək hüququ və protokollar olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokollara qeydlər daxil olmamışdır. Protokollar düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protolokollara 3 (üç) ədəd DVD əlavə olunmuşdur. Qeyd etdikləri barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Bəhruz Bayramova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Müdafiəçi dəvət edilmişdir. Nicat Babacanova müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Nicat Babacanov vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X10 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Fədai Quliyev dəvət edilmişdir. Həmin vaxtı narkotik vasitə qurudulmuş marixuana qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olmuşdur. Ekspert rəyində göstərilən çəkilər düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə, saat 19:00 dəqiqədə Biləsuvar rayonu Xırmandalı kəndində Lukoil YDM-in yaxınlığında içərisində ehtimal olunan “Kia Ceed” markalı 77-RM- 046 dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın qabaq sol cibindən selofana bükülmüş 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik maddə marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan həmin şalvarın arxa sağ cibindən 1 ədəd plastik bank kartı, 3 ədəd 20 (iyirmi) qəpik, 1 ədəd 10 qəpik, üç ədəd 1 manatlıq pul və sağ yan cibindən 1 ədəd “Redmi NOT-8” markalı mobil telefon aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 22,63 qram (iyirmi iki tam yüzdə altmış üç) olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Redmi NOT-8” markalı mobil telefon götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni 2-3 gün bundan qabaq yerdən tapdığını şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Üstünü yoxlama Biləsuvar rayonu Xırmandalı kəndində Lukoil YDM-in yaxınlığında keçirilmişdir. Üstünü yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1(bir) ədəd DVD əlavə olunmuşdur. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması zamanı «Samsung Galaxy» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan bir ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X3 27 avqust 2024-cü il tarixli 19/624 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -9,125 qram olan narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 9,125 qram., cəmi tədqiqata sərf olundu-0,05 qram., qalıq 9,075 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9,125 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 9,075 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2024-cü il tarixli 674 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan Asılılıq Sindromu (Narkomoniya Xəstələyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəsandan azad edilmişdir, məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar yaşadığı yer üzrə müsbət xarakterizə olunması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 26 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 21:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 avqust 2024-cü il saat 16:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 9,075 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixindən 28 avqust 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 9,075 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1(022)-14/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-14/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver