Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-140/2023 30.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1, onun müdafiəçisi vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1 iştirakları ilə, xx xxxx 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Biləsuvar şəhəri, 8 Mart küçəsi, ev 04-də qeydiyyatda olmaqla yaşayan, barəsində 23 iyun 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxx 1999-cu ildə Biləsuvar rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Biləsuvar şəhəri, 28 Aprel küçəsi, ev 32-də qeydiyyatda olmaqla Biləsuvar şəhəri, S.Rufullayev küçəsi ev 32-də yaşayan, barəsində 24 iyun 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasıda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 21 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində X9 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən parkda, futbol stadionun yanında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Babək Əliyevin kiçik qardaşı Hidayət Əlizadə ilə mübahisə etməsini irad bildirərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək ictimai yerdə nalayiq sözlər işlədib səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik etməklə Babək Əliyev həmin vaxt Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq ona sağ qaş nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs alın və sinə nahiyələrindən bir neçə dəfə vurmaqla ona alın və sağ körpücük nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs başından yumruqla bir neçə dəfə vuraraq ona başın təpə nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək zor tətbiq edib 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1, 21 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində X9 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən parkda, futbol stadionun yanında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Babək Əliyevin kiçik qardaşı Hidayət Əlizadə ilə mübahisə etməsini irad bildirərək heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək ictimai yerdə nalayiq sözlər işlədib səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik etməklə Babək Əliyev həmin vaxt Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq ona sağ qaş nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs başından yumruqla bir neçə dəfə vuraraq ona başın təpə nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, Təqsirləndirilən şəxs1 isə yumruqla Zərərçəkmiş şəxs alın və sinə nahiyələrindən bir neçə dəfə vurmaqla ona alın və sağ körpücük nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək zor tətbiq edib 10-15 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatçılığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 törədilmiş əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Biləsuvar şəhəri, 8 Mart küçəsi, ev 04-də ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, heç bir yerdə rəsmi olaraq işləmir. Bakı şəhəri Masazır qəsəbəsində meyvə mağazasında satıcı işləyir. Əvvəllər məhkum olunmamışdır. Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Zərərçəkmiş şəxs və Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan Şahid3 tanımır, tanımadığı üçün də onlarla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs, Şahid2, Şahid1, Şahid7, Şahid3 iştirakları ilə tanınma istintaq hərəkətləri keçirilən zaman, o cümlədən adları qeyd edilən şəxslərlə keçirilən üzləşdirmədə dindirmələr zamanı Zərərçəkmiş şəxs döymədiyini, Sahibin, Sənanın, Rəsulun və İbrahimin Zərərçəkmiş şəxs sinif yoldaşları olduqları üçün Niftullanın tərəfini saxladıqlarını bildirmişdir. O, Niftullanı döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Babək Əlizadəni tanımır, tanımadığı üçün də onunla heç bir münasibəti yoxdur. Zərərçəkmiş şəxs onun barəsində şikayət etməklə qərəzli olaraq onu şərləyir. Dava-dalaş etmədiyinə və Zərərçəkmiş şəxs döymədiyinə görə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs1 törədilmiş əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Biləsuvar şəhəri, 28 Aprel küçəsi, ev 32-də qeydiyyatda olsa da, hazırda ünvan 1 ünvanında yaşayır. Heç bir yerdə rəsmi olaraq işləmir, rayon mərkəzində avtomobillərə üzlük (çexol) çəkməklə məşğul olur. Əvvəllər məhkum olunmamışdır. X6 tanıyır, belə ki, onunla heç bir qohumluq əlaqəsi yoxdur. Babək Əlizadə onun idarə etdiyi avtomobilinin oturacaqlarına üzlük çəkdirdiyinə görə Babəklə münasibəti yaranmışdır. Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Zərərçəkmiş şəxs və Biləsuvar rayonu Xırmandalı kənd sakini Şahid3 tanımır, tanımadığı üçün də onlarla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs, Şahid2, Şahid1, Şahid7, X10 və Şahid3 iştirakları ilə tanınma istintaq hərəkətləri keçirilən zaman, o cümlədən adları qeyd edilən şəxslərlə keçirilən üzləşdirmədə dindirmələr zamanı Zərərçəkmiş şəxs döymədiyini, Sahibin, Sənanın, Rəsulun və İbrahimin Zərərçəkmiş şəxs sinif yoldaşları olduqları üçün Niftullanın tərəfini saxladıqlarını bildirmişdir. O, Niftullanı döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. X2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə istifadəsində olan ***- ***-**-** nömrəsi arasında 18 fevral 2023-cü il tarixdə saat 16:35 dəqiqədə 121 saniyə, saat 16:37 dəqiqədə 8 saniyə, 18:34 dəqiqədə 1 saniyə, 18:35 dəqiqədə 1 saniyə, 18:47 dəqiqədə 1 saniyə, 19:59 dəqiqədə 138 saniyə, 19 fevral 2023-cü il tarixdə saat 14:33 dəqiqədə 189 saniyə, 23:13 dəqiqədə 1 saniyə, 23:14 dəqiqədə 322 saniyə, 20 fevral 2023-cü il tarixdə saat 18:36 dəqiqədə 16 saniyə, 18:45 dəqiqədə 16 saniyə, 22 fevral 2023-cü il tarixdə saat 15:08 dəqiqədə 1 saniyə, 21:11 dəqiqədə 50 saniyə, 21:24 dəqiqədə 30 saniyə, 21:38 dəqiqədə 48 saniyə, 21:41 dəqiqədə 49 saniyə,21:44 dəqiqədə 29 saniyə, 23 fevral 2023-cü il tarixdə saat 16:16 dəqiqədə 3 saniyə, 19:59 dəqiqədə 15 saniyə, 20:26 dəqiqədə 5 saniyə, 20:27 dəqiqədə 4 saniyə, 20:29 dəqiqədə 102 saniyə, 21:20 dəqiqədə 29 saniyə, 21:22 dəqiqədə 68 saniyə, 24 fevral 2023-cü il tarixdə saat 10:17 dəqiqədə 34 saniyə, 18:05 dəqiqədə 44 saniyə, 19:29 dəqiqədə 30 saniyə, 19:44 dəqiqədə 48 saniyə,19:49 dəqiqədə 30 saniyə, 20:17 dəqiqədə 12 saniyə müddətində danışmış, həmin danışığı Babək Əlizadə ilə onun arasında avtomobilin oturacaqlarına üzlük (çexol) çəkdirməsi mövzusunda olmuşdur. O, Niftullanı döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs onun barəsində şikayət etməklə qərəzli olaraq onu şərləyir. Dava-dalaş etmədiyinə və Zərərçəkmiş şəxs döymədiyinə görə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Nərimankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Biləsuvar şəhəri, M.İbrahimov adına Liseydə 10-cu sinifdə təhsil alır. X7 və Şahid3 onun sinif yoldaşlarıdır. Şahid3la yaxın dost münasibəti olsa da, Hidayət Əliyevlə heç bir münasibəti yoxdur. 2022-ci ilin dekabr ayında Şahid3 onunla birlikdə Liseyin qarşısında olarkən Hidayətin qardaşı Babək Əlizadə sinif yoldaşı Sahiblə Liseyin qarşısında söhbət etmişdir. Həmin vaxtı Babək Əlizadə sinif yoldaşı Sahibə demişdir ki, hansı səbəbdən qardaşı Hidayətlə mübahisə edibdir. Sahib də Babəkə cavabında bildirmişdir ki, Hidayətin günahı olduğü üçün onunla mübahisə etmişdir. Bununla bağlı Sahiblə Babəkin arasında həmin vaxt xeyli söhbət olmuş, hətta Lisey rəhbərliyi tərəfindən məsələ müzakirə olunmaqla daxili nizam-intizam qaydalarına uyğun olaraq həm Hidayət, həm də Sahib rəhbərlik tərəfindən müəyyən ballarla cəzalandırılmışlar. 21 fevral 2023-cü il tarixdə saat 16:15 radələrində zəng vurulduğuna görə Liseyin həyətinə düşmüşdür. Rayon mərkəzində yerləşən kitab satılan mağazalardan birinə kitab almaq üçün Liseyin qarşısında yerləşən parkın önündən keçib gedirmiş, həmin vaxtı sinif yoldaşı Hidayəti və yanında olan tanımadığı bir neçə nəfər şəxsləri görmüşdür. Yoluna davam edərkən həmin şəxslərdən biri ona «xaloğlu bəri tərəfə gəl səninlə danışcağıq» deyə bildirmişdir. Həmin şəxsə tanımadığı üçün fikir verməmiş və yoluna davam etmişdir. Bu zaman onun arxasınca beşaltı nəfər Hidayətin yanında olanlardan əlavə şəxslər gəlməyə başlamışdır. Sinif yoldaşı Sahib də onun arxasınca gəlirmiş. Sahiblə həmin şəxslərdən birinin danışdığını görüb onların yanına gəlmişdir. Babək ona və Sahibə demişdir ki, parka gəlsinlər onlarla işi vardır. Parkın içərisində yerləşən futbol stadionun yanında olan vaxtı Babək əynində olan gödəkçəsini çıxardıb hər iki əlləri ilə onun yaxasından yapışıb onu silkələməyə başlamış və ona söyüş söymüşdür. Babək ona söyüş söydüyünə görə o, da Babəki söymüş və söydüyü söyüşə görə Babəki yumruqla vurmaq istəyən zaman Babəkin yanında olan şəxslər buna mane olmuşlar. Babək də bundan istifadə edib onun sağ qaş nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin zərbədən sonra yerə yıxılmış, yerə yıxılan vaxtı üzü saqqallı, bədəncə dolu olan oğlan yumruqla alın və sağ sinə nahiyələrindən bir neçə dəfə vurub ona xəsarət yetirmişdir. Sinif yoldaşı Sahib dava-dalaşı sakitləşdirmək istəyən vaxtı Babək onun da üzərinə hücum edib heç bir səbəb olmadan Sahibin sifətindən yumruqla vurub döyməyə başlamışdır. Sahibin üzərinə əlavə olaraq iki nəfər də hücum edib onu döyməyə başlamışdır. Sahibə kömək etmək üçün ona yaxınlaşıb Babəkin və digələrinin onu vurmasına mane olmaq istəmiş, elə bu zaman Babəkin yanında olan tanımadığı şəxs başından yumruqla bir neçə dəfə vurub ona xəsarət yetirmişdir. Davadalaş vaxtı Babək Əlizadənin və onun yanında olan tanımadığı iki nəfər şəxsin sinif yoldaşı Sahibin sifətinə və bədənin müxtəlif nahiyələrinə yumruq, təpik zərbələri vuraraq döyməsinin şahidi olmuşdur. Dava-dalaş bitəndən sonra sinif rəhbəri Bənövşə Nağızadə və mühafizə polisi Şahid4 ora gəlmişlər. Bundan sonra Liseyə qayıtmışlar, onun və sinif yoldaşı Sahibin sifətində xəsarətlər olduqları üçün xəstəxanaya getmişlər. Dava-dalaş təhsil aldığı Liseyin qarşısında yerləşən parkda, futbol stadionunun yanında baş vermiş, dava-dalaş ümumilikdə 10-15 dəqiqə davam etmiş, həmin dava-dalaşı sinif yoldaşları Şahid2, Səid Əlizadə, Şahid1 və Şahid7, o cümlədən parka həmin vaxtı gəzməyə gələn tanımadığı rayon sakinləri görmüşlər. O, həmçinin ifadəsində göstərmişdir ki, Babək Əlizadədən başqa onun yanında olan digər şəxslərin heç birini tanımır. Həmin şəxslərin təxminən yaşları 22-26 yaş arası olarmış, əksəriyyəti saqqallı olmuşdur. Onlarla indiyə kimi heç bir halda qarşılaşmamış və mübahisə etməmiş, ancaq həmin şəxslər söz-söhbətdən sui-istifadə edib onu və Sahibi döymüşlər. ona dəymiş ziyanı ödəməklə onunla barışıq əldə etmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Sonradan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. Onların təqsiri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Muğan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Milli Qəhrəmanı M.İbrahimov adına Biləsuvar təhsil kompleksində 10-cu sinifdə oxuyur. Zərərçəkmiş şəxs, Şahid3 və X7 onun sinif yoldaşlarıdır. Aralarında hər hansı narazılıq və ədavəti olmamış, münasibəti bir sinif yoldaşı kimi hər üçü ilə həmişə yaxşı olmuşdur. 21 fevral 2023-cü il tarixdə saat 16:15 dəqiqədə zəng vurulduğuna görə bütün şagirdlər kimi o, da dərsdən çıxıb Liseyin həyətinə düşmüşdür. Təxminən beş-on dəqiqədən sonra adını xatırlamadığı liseyin şagirdlərindən biri demişdir ki, sinif yoldaşları Hidayətlə Niftulla bir-biriləri ilə Liseyin qarşısındakı parkda mübahisə edirlər. Bunu eşidən kimi sinif yoldaşları Şahid2, Şahid7 və Səid Əlizadə ilə birlikdə parka doğru getmişlər. Parkın mərkəzinə çatanda görmüşdür ki, futbol stadionun yanında sinif yoldaşları Niftulla və Sahib digər sinif yoldaşı Hidayətin qardaşı Babəklə dava-dalaş edirlər. Babəkin yanında tanımadığı beş-altı nəfər şəxsləri də görmüşdür. Babəkin Niftullanı sifətindən yumruqla vurduğunu və həmin zərbədən sonra Niftullanın yerə yıxıldığını görmüşdür. Daha sonra Babək digər sinif yoldaşı Sahibin də sifətindən vurmuşdur. Dava-dalaş vaxtı Babəkin yanında olan tanımadığı beş-altı nəfər şəxslər həm Sahibi, həm də ki, Niftullanı yumruq, sillə və təpiklə döyməyə başlamışlar. Bunu görən kimi Şahid2 geri qayıtmışdır ki, Liseydə xidmət aparan mühafizə polisi Elşada xəbər etsin. İbrahimlə birlikdə Səid və Sənan da getmişdir. Geri qayıdan zaman isə sinif rəhbəri Bənövşə Nağızadə ilə rastlaşmışdır. Bənövşə Nağızadə dava-dalaş baş verən yerə getmək istədiyini görüb ona məsləhət etmişdir ki, mühafizə polisi Elşad gəlsin və bundan sonra birlikdə dava-dalaş yerinə getsinlər. Bundan təxminən 2-3 dəqiqə sonra Elşad gəlmiş, o, Səid Mirzəli, Şahid2 və Bənövşə Nağızadə ilə birlikdə dava-dalaş yerinə getmişlər. Bundan bir-iki dəqiqə sonra ora Şahid5 gəlmişdir. Dava-dalaş yerinə çatanda artıq dava-dalaş başa çatmışdır, davadalaş yerinə gələn vaxtı Niftullanın sağ qaş nahiyəsində, Sahibin isə sifətində xəsarətlər olduğunu görmüşdür. Elşad nə baş verdiyini soruşduqda Babək ona bildirmişdir ki, Sahiblə Niftullanı o, döymüşdür. Bundan sonra Liseyə qayıtmışlar. O, həmçinin ifadəsində göstərmişdir ki, həm Sahibi, həm də ki, Niftullanı parkda Babək Əlizadənin və onun yanında olan tanımadığı bir neçə nəfər şəxsin təpik, sillə və yumruqla döydüklərini görmüşdür. Babək Əlizadəni tanısa da, digərlərini tanımamışdır. Hətta orada olan qısaqol gödəkçə geyinmiş, bədəncə dolu, üzü saqqalı olan oğlan onu sözlə hədələyib «Hidayətin xətrinə heç kim dəyə bilməz» deyə bildirmişdir. Digərlərindən biri bədəncə arıq, üzü saqqalı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2013-cü ilin fevral ayından DİN-in Baş Mühafizə İdarəsinin X5 Biləsuvar bölməsinin polis nəfəri vəzifəsində xidmət edir, polis baş serjantı rütbəsindədir. Biləsuvar rayonu M.İbrahimov adına Liseydə saat 09-dan saat 17:00-dək xidmətə çıxır. X4, Zərərçəkmiş şəxs və Şahid3 xidmətə çıxdığı Liseyin şagirdləri kimi tanıyır. Adlarını qeyd etdiyi hər üç şagird Liseyin 10cu sinifində təhsil alır. 21 fevral 2023-cü il tarixdə saat 16:15 dəqiqədə Liseydə zəng vurulduğuna görə şagirdlər dərsdən çıxmağa başlamışlar. Həmin vaxtı şagirdləri asfalt yoldan keçirməyə başlamışdır. Saat 16:30 radələrində şagirdlərin biri yaxınlaşaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs və Şahid3 kimləsə dava edirlər. Bunu eşidən kimi Liseyin yaxınlığında olan parka tərəf getməyə başlamışdır. Parkın içərisindəki futbol stadionun yanında çoxlu adamların olduğu yerə gəlmiş, həmin yerə gələndə görmüşdür ki, davadalaş edən kimsə yoxdur, lakin Niftulla və Sahibin sifət nahiyələrində xəsarət olduğunu görmüşdür. Həmin vaxtı ora Bənövşə Nağızadə, Liseydə mühafizəçi işləyən Şahid6 da gəlmişdir. Nə baş verdiyini soruşanda Sahiblə Niftulla ona demişlər ki, onları Hidayətin qardaşı Babək Əlizadə döyübdür. Babəki həmin vaxtı orada görmüş, ona yaxınlaşıb Niftullanı və Sahibi döyüb-döyməməsini soruşmuşdur. Babək ona demişdir ki, uşaqları o, döymüşdür, hara istəyirsə gedə bilər. Bundan sonra Babəki liseyin qarşısına dəvət etmiş, bununla bərabər xəsarət alan şagirdlərin Bənövşə müəllimə və digərləri ilə birlikdə liseyə gətirib əvvəlcə bu barədə liseyin rəhbərliyinə, Babək barəsində isə rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat vermişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, dava-dalaş yerinə çatanda orada çoxlu tanımadığı şəxslər olmuşdur, lakin həmin şəxslərin kim olduğunu tanıya bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 işin mahiyyəti üzrə Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materialları ilə müəyyən edilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs ona təqdim edilmiş digər şəxslərin arasından Təqsirləndirilən şəxs1 tanıyaraq onu göstərmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs1 dava-dalaş zamanı yumruqla bir neçə dəfə vurmaqla onu döymüşdür. Bu barədə müvafiq olaraq protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs ona təqdim edilmiş digər şəxslərin arasından Təqsirləndirilən şəxs2 tanıyaraq onu göstərmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs2 dava-dalaş zamanı yumruqla bir neçə dəfə vurmaqla onu döymüşdür. Bu barədə müvafiq olaraq protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs Şahid3 tanınmaya təqdim edilmiş, Şahid3 ona təqdim edilmiş digər şəxslərin arasından Təqsirləndirilən şəxs2 tanıyaraq onu göstərmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs2 dava-dalaş zamanı yumruqla bir neçə dəfə vurmaqla sinif yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bu barədə müvafiq olaraq protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs Şahid3 tanınmaya təqdim edilmiş, Şahid3 ona təqdim edilmiş digər şəxslərin arasından Təqsirləndirilən şəxs1 tanıyaraq onu göstərmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs1 dava-dalaş zamanı yumruqla bir neçə dəfə vurmaqla sinif yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bu barədə müvafiq olaraq protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, istintaq zamanı X8 iş üzrə Şahid1 tanınmaya təqdim edilmiş, Şahid1 ona təqdim edilmiş digər şəxslərin arasından Təqsirləndirilən şəxs2 tanıyaraq göstərmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs2 dava-dalaş zamanı yumruqla bir neçə dəfə baş nahiyəsindən vurmaqla sinif yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bu barədə müvafiq olaraq protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 iş üzrə Şahid1 tanınmaya təqdim edilmiş, Şahid1 ona təqdim edilmiş digər şəxslərin arasından Təqsirləndirilən şəxs1 tanıyaraq göstərmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs1 davadalaş zamanı yumruqla bir neçə dəfə vurmaqla sinif yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bu barədə müvafiq olaraq protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 iş üzrə Şahid7 tanınmaya təqdim edilmiş, Şahid7 ona təqdim edilmiş digər şəxslərin arasından Təqsirləndirilən şəxs1 tanıyaraq göstərmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs1 davadalaş zamanı yumruqla bir neçə dəfə vurmaqla sinif yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bu barədə müvafiq olaraq protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, istintaq zamanı X8 iş üzrə Şahid7 tanınmaya təqdim edilmiş, Şahid7 ona təqdim edilmiş digər şəxslərin arasından Təqsirləndirilən şəxs2 tanıyaraq göstərmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs2 dava-dalaş zamanı yumruqla bir neçə dəfə vurmaqla sinif yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bu barədə müvafiq olaraq protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 24 fevral 2023-cü il tarixli 70 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş başın təpə nahiyəsinin qançırı, sağ qaş nahiyəsinin əzilmiş yarası, alın və sağ körpücük nahiyəsinin sıyrqıları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarda qeyd olunan 21 fevral 2023cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 22 may 2023-cü il tarixli 70 nömrəli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 21 fevral 2023-cü il tarixə uyğun gəlir, yumruq, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağ qaş nahiyəsində əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə-başın təpə nahiyəsinin qançırı, alın və sağ körpücük nahiyəsinin sıyrıqları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə üçün dəlillər gətirərək ifadələrində 21 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən parkda, futbol stadionun yanında Zərərçəkmiş şəxs ilə dava-dalaş etməklə Zərərçəkmiş şəxs döymədiklərini, qeyd olunan səbəbdən də özlərini təqsirli bilmədiklərini göstərmişlər. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin davadalaş vaxtı Zərərçəkmiş şəxs döyməmələri və özlərini təqsirli bilməmələri ilə bağlı ifadələrində göstərdikləri xüsusat özünü müdafiə xarakteri daşıyır, belə ki, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, tanınmaya təqdim etmə, ekpsertizanın rəyləri, üzləşdirmə zamanı dindirmələr və eləcə də işdə olan digər sənəd və materiallarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam olaraq sübuta yetir. Təqsirləndirilən şəxs2 barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışıq əldə etməsidir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onlar tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 221.2.1-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yügülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, xəstəliyini və cərahiyyə əməliyyatı keçirməsini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 221.2.1-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 01 (bir) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15
Məhkəmə qərarları › İş №1(022)-140/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-140/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver