Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-140/2024 28.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində 18 may 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -0,755 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, 16 may 2024-cü il tarixdə saat 20:00 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən “Lukoil” YDM-nin yaxınlığında “Kia Rio” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibində “KENT” markalı siqaret qutusunun içərisində 01 ədəd sellofana bükülmüş, xeyli miqdarda təmiz çəkisi -0,755 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Bakı şəhərində təxminən 4 ay bundan əvvəl kreditə götürdüyü “KİA RİO” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Evlidir, dörd az yaşlı övladı vardır. Əvvəlcədən psixotrop maddə olan metamfetamin istifadə etmişdir. 16 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində idarə etdiyi “KİA RİO” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştərini Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Bravo” ticarət mərkəzinin yaxınlığına aparmışdır. Həmin vaxt o da orada düşmüş və mağazaya getmişdir. Daha sonra avtomobilə qayıdan zaman yerdə bir ədəd “Kent” markalı siqaret qutusunun yerdə olmasını görmüş və götürmüşdür. Həmin siqaret qutusuna baxan zaman içərisində bir ədəd göy rəngli sellofan bükülü olmasını görmüşdür. Avtomobilin içərisində sellofan bükülüyə baxan zaman psixotrop maddə olan metamfetamin olmasını görmüş və daha sonra istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin günü saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində dayanan zaman iki nəfər şəxs ona yaxınlaşmış və Yardımlı rayonuna getmək istədiklərini bildirmişlər. Həmin şəxsləri əvvəlcədən Ağdaş rayon sakini kimi tanımış, lakin heç biri ilə münasibəti olmamışdır. Həmin şəxslərdən birinin adı Canəli, digərinin adı isə Ömərdir. Canəliyə Yardımlı rayonuna getmək üçün 60 (altmış) manat yol haqqı istədiyini bildirmiş, Canəli də ona 50 (əlli) manat pul verə biləcəyini demişdir. O da Canəli ilə razılaşmışdır. Daha sonra onun idarə etdiyi “KİA RİO” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Yardımlı rayonuna getmək üçün hərəkətə başlamışlar. Bir neçə saat yol getdikdən sonra Yardımlı rayonuna gedən yolu səhv salmış və Biləsuvar rayonuna daxil olmuşdur. Biləsuvar rayonu ərazisində tanımadığı küçədə hərəkətdə olan zaman polis əməkdaşları ona saxla işarəsi vermişlər, o da avtomobili saxlamışdır. Daha sonra polis əməkdaşları onları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb avtomobillə birlikdə Biləsuvar RPŞ-nə aparmışlar. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X11 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. O da əynindəki qara rəngli şalvarın sol yan cibində olan bir ədəd üzərində “Kent” sözü yazılmış siqaret qutusunun içərisində olan göy rəngli sellofana bükülmüş bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və sorğu zamanı həmin bir ədəd bükülünün içərisində özünün istifadə etməsi üçün psixotrop maddə metamfetamin olmasını və həmin metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Bravo” ticarət mərkəzinin yaxınlığından yerdən tapmasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Həmin bükülüyə baxış zamanı içərisində psixotrop maddə metamfetamin olması və elekron tərəzidə çəkilən zaman -0,86 qram olması müəyyən edilmişdir. Daha sonra onun, müdafiəçisi Mehman Mütəllimovun, Ömər Dadaşovun, müdafiəçisi Müdafiəçi, Canəli Mustafayevin, müdafiəçisi Fədai Quliyevin və digər polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi “KİA RİO” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. Həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq fikri olmamışdır. Ailə üzvlərindən, tanışlarından və onunla birlikdə saxlanılan şəxslərin psixotrop maddə metamfetamini qəbul etməsi və üzərində daşıması barədə məlumatları olmamışdır. Üzərindən aşkar olunmuş psixortop maddə metamfetamindən əvvəlcədən istifadə etməmişdir. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. Ağdaş şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Biləsuvar rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə 16 may 2024-cü il tarixdə ona etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 və X5, RPŞ-nin, DYPBnin, YPX-nin inspektorları X9 və X12 tərkibində olduğu əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 16 may 2024-cü il tarixdə saat 20:00 radələrində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “KİA RİO” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 may 2024cü il tarixdə saat 20:00 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən “Lukoil” YDM-in yaxınlığında X18 və X10 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçıları Bəhruz Bayramova və Rəfail Ağamalıyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X11 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Mehman Mütəllimov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən üzərində “Kent” mətni yazılmış 1 ədəd siqaret qutusunu çıxararaq içərisində olan 1 ədəd sellefona bükülmüş bükülünü, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu və 1 ədəd 10 manatlıq, 7 ədəd 5 manatlıq pul əskinazını təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünü Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsində yerdən tapdığını və üzərində saxladığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş sellefona bükülmüş bir ədəd bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması, elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 0,86 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddə olan bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra X3 üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğuna görə müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Canəli Mustafayev vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X22 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Fədai Quliyev dəvət edilmişdir. Şəxsi axtarış zamanı X3 üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra X13 üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğuna görə müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Ömər Dadaşov vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarış zamanı X13 üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Sevinik Nəbiyevin, müdafiəçisi Mehman Mütəllimovun, Canəli Mustafayevin, müdafiəçisi Fədai Quliyevin, Ömər Dadaşovun, müdafiəçisi Müdafiəçi və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “KİA RİO” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan Şəxsi axtarış və götürmə barədə 16 may 2024-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən üzərində “Kent” mətni yazılmış 1 ədəd siqaret qutusunu çıxararaq içərisində olan 1 ədəd sellefona bükülmüş bükülünü, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu və 1 ədəd 10 manatlıq, 7 ədəd 5 manatlıq pul əskinazını təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünü Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsində yerdən tapdığını və üzərində saxladığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş sellefona bükülmüş bir ədəd bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması, elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 0,86 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddə olan bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X7 xx.xx.2024-cü il tarixli 19/425 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -0,755 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,755 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,705 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,755 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,705 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 21 may 2024-cü il tarixli 464 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan STİMULYATORLARDAN istifadə halları olub. Lakin Asılılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 150 ( yüz əlli) manat cərimə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində 4 azyaşlı uşağının (xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017cü il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X2) olması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 16 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 may 2024-cü il tarixdə saat 15:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 21 may 2024-cü il tarixli, 464 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,705 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixindən 18 may 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,705 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X24
Məhkəmə qərarları › İş №1(022)-140/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-140/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver