Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-141/2023 26.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi X7 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi1, barəsində ittiham irəli sürülmüş şəxs X1, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1, 12 avqust 1992-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə, X1, xx xxxx 1990-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1-i azyaşlı olmaqla 3 uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 13 iyul 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin qarşısında küçədə həmkəndlisi X3 ilə yaranmış şəxsi münasibətlər zəminində, yəni həmin gün saat 10 radələrinə sonuncunu nalayiq sözlərlə təhqir etdiyi üçün aralarında yaranmış mübahisə zamanı yumruqla üz və sağ qabırğa nahiyələrindən təpik və dizlə zərbə vuraraq, Ə.T.Hacıyevə sağ tərəfli 6-cı qabırğanın sınığı, döş qəfəsinin sağ yarısında qançır, burun və sağ dirsək oynağı nahiyəsində sıyrıq ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. X3 13 iyul 2023-cü il tarixdə, saat 11 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə sonuncunun yaşadığı Biləsuvar rayonu, Amankənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin qarşısında küçədə yaranmış şəxsi münasibətlər zəminində, yəni həmin gün saat 10 radələrinə Təqsirləndirilən şəxs1 onu nalayiq sözlərlə təhqir etdiyi üçün aralarında yaranmış mübahisə zamanı bir dəfə sağ göz nahiyəsindən yumruqla vuraraq, Təqsirləndirilən şəxs1 sağ göz yuvası ətrafında qançır və sağ gözün ağlı qişasına yayılmış qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, göstərdi ki, o, Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən fərdi yaşayış evində yaşayır. X3 onun həmkəndlisidir və hadisə baş verdiyi tarixədək onlar arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, 13 iyul 2023-cü il tarixdə qardaşı Şahid1 idarə etdiyi “VAZ 21074” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən evinə getdiyi zaman Ə.T.Hacıyev sürdüyü velosiped ilə qəzalı şərait yaradaraq, qəflətən onun qardaşının idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına çıxmışdır. Şahid1 son anda yüksək peşəkarlıq göstərərək, qəzadan yayına bilmişdir. Həmin vaxt o, güclü həyəcan keçirərək əsəsbləşmiş, buna görə də nəqliyyat vasitəsindən enərək, Ə.T.Hacıyevin ünvanına nalayiq söyüşlər söymüşdür. Lakin Ə.T.Hacıyev velosipedi vasitəsilə oradan uzaqlaşmışdır. Həmin hadisədən təxminən 30 dəqiqə sonra, yəni 13 iyul 2023-cü il tarixdə, saat 11 radələrində, o, yaşadığı evin həyətində təmir işləri üçün sement qarışdırdığ zaman qardaşı Şahid1 ilə Ə.T.Hacıyevin mübahisə etdiyini eşitmiş və sonuncuların yanına getmişdir. Ə.T.Hacıyev onu kimin söydüyü barədə maraqlandığı zaman o, sonuncuya onu özünün söydüyünü bildirmiş və təkrarən sonuncunu təhqir etmişdir. Bundan sonra Ə.T.Hacıyev onun üzərinə hücum çəkərək, onun sağ gözünə yumruqla zərbə vurmuşdur. Lakin o, Ə.T.Hacıyevə qarşı zorakılıq tətbiq etməmiş və aralarında olan mübahisəni uzatmamışdır. Ə.T.Hacıyev isə onu vurduqdan dərhal sonra velosipedinə minərək, hadisə yerindən uzaqlaşmış, o qardaşı ilə birlikdə yaşadığı evə qayıtmışdır. Bundan başqa, o bildirdi ki, hadisə vaxtı o, Ə.T.Hacıyevi vurmamış, sonuncunu yalnız söymüşdür. Ə.T.Hacıyevin iddia etdiyi xəsarətləri o, sonuncuya yetirməmiş və həmin hadisədən sonra onunla sonuncu arasında heç bir münaqişə də baş verməmişdir. Ə.T.Hacıyevin onun törətdiyini iddia etdiyi xəsarətləri o deyil, başqası törətmişdir. Həmçinin Ə.T.Hacıyev onlar arasında baş vermiş münaqişənin növbəti günü Bakı şəhərinə işləməyə getmiş və bundan bir neçə gün sonra kəndə qayıdaraq, Musa adlı həmkəndlisinin həyətində daş hasar hörmüşdür. Bütün bunlar isə Ə.T.Hacıyevin yalan söylədiyini sübut edir. Belə ki, Ə.T.Hacıyevin iddia etdiyi xəsarətlərə malik olan insan, aralarında baş vermiş münqaqişədən bir neçə gün sonra, belə ağır işlərdə işləyə bilməzdi. Lakin o, Ə.T.Hacıyevin ona böhtan atmasına rəğmən sonuncunu bağışlayır və Ə.T.Hacıyevin cəzalandırılmasını istəmir. Bundan əlavə, o, Ə.T.Hacıyevi ağır söyüşlərlə söydüyünə görə peşmandır. Sonda, K.X.Səfərov Ə.T.Hacıyevə heç bir xəsarət yetirmədiyinə görə cinayət işi üzrə özü barəsində bəraət hökmü çıxarılmasını, habelə Ə.T.Hacıyevi bağışladığını bildirərək, sonuncu barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailəsi ilə birgə Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır, evlidir və himayəsində 3 övladı var. Təqsirləndirilən şəxs1 və qardaşı Şahid1 onun həmkəndliləridir və onlar arasında hadisənin baş verdiyi tərixə qədər heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, 13 iyul 2023-cü il tarixdə tanışı Elşən Kərimov ilə birlikdə Biləsuvar şəhərində yerləşən mərkəzi bazara idarə etdiyi velosiped ilə getdiyi zaman Şahid1 idarə etdiyi “VAZ 21074” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanından keçmişdir. Həmin nəqliyyat vasitəsi onların yanından keçdikdən sonra dayanmış və avtomobildə enən şəxs onu nalayiq ifadələrlə söymüşdür. O isə həmin şəxsin söyüşlərinə əhəmiyyət verməyərək, yoluna davam etmiş və Biləsuvar rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsində yerləşən mağazadan çörək alaraq, yaşadığı kəndə geri qayıtmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığından keçmiş və sonuncunun qardaşı Şahid1 “VAZ 21074” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri istiqamətində hərəkət etdiyini görmüşdür. Bundan sonra o, Şahid1 saxla işarəsi vermiş və sonuncu da avtomobili saxlamışdır. O, Şahid1 onu nə üçün söyməsi barədə maraqlanmış və onlar arasında mübahisə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 evdən çıxaraq, onu qardaşının deyil, özünün söydüyünü bildirməklə yanaşı təkrarən söyüş söyməyə başlamış və onun üzərinə hücum etmişdir. Həmin vaxt Şahid1 onun qollarını tutmuş və Təqsirləndirilən şəxs1 onun üz və bədən nahiyələrindən yumruqla bir neçə dəfə xəsarətlər yetirmişdir. Daha sonra Şahid1 onun qollarını buraxmış və o, Təqsirləndirilən şəxs1 ilə əlbəyaxa dalaşmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun bel nahiyəsindən tutmuş və sağ böyrü üstə yerə çırpmış və sağ qabırğa nahiyəsindən təpik və dizlə zərbələr vurmuşdur. O, həmin zərbələrin təsrindən sağ qabırğasında dözülməz ağrılar hiss etməyə başlamış və qabırğasının sındığını bildirərək, Təqsirləndirilən şəxs1 dayanmasını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onu döyməyi dayandırmış və öz evinə getmişdir. O da yerdən qalxaraq, velosipedinə minmiş və evinə getmişdir. O, baş vermiş hadisə barədə 19 iyul 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. Bundan başqa, o bildirdi ki, Təqsirləndirilən şəxs1 ilə onun arasında baş vermiş dava-dalaş təxminən 15 dəqiqə davam etmiş və Şahid1 başqa heç kim həmin hadisəni görməmişdir. Baş vermiş hadisə nəticəsində o, burun, dirsək, sağ qıç, baş və sağ, altıncı qabırğa nahiyələrindən xəsarətlər almışıdır. O, həmin hadisədən dərhal sonra evinə getmiş və ağrılarını “türkəçarə” üsullarla aradan qaldırmağa cəhd etmişdir. O, bədənində olan xəsarətlərə rəğmən, ailəsini dolandırmaq üçün, hadisənin növbəti günü fəhləlik etmək üçün Bakı şəhərinə getsə də, Bakı şəhərində ağrıları şiddətləndiyinə görə heç bir iş görə bilməmiş və getdiyi gündən təxminən 3-4 gün sonra geri qayıtmışdır. O, usta kimi işləməklə ailəsini dolandırır və evdə qaldığı müddət ərzində maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Buna görə də o, məcbur qalaraq, ağrıkəsici iynələr inyeksiya etmək yolu ilə ağrılarını az da olsa yüngülləşdirmiş və qonşusu Musa adlı şəxsin həyətində hasar inşa etmişdir. Lakin hazırda onun qabırğasında olan sınıq sağalmamış və mazollar yaranmışdır. Bundan başqa, o bildirdi ki, hadisə vaxti Təqsirləndirilən şəxs1 gözünə yumruqla zərbə vurub-vurmamasını xatırlamır, lakin belə bir hərəkəti etməsini o istisna etmir. Belə ki, Təqsirləndirilən şəxs1 onun üzərinə qəflətən hücum edərək, onu yerə yıxmışdır. Həmin vaxt o, özünü müdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 zərbələr endirmiş ola bilər, lakin o, sonuncunu məhz hansı nahiyəsindən vurduğunu hazıda xatırlamır. Təqsirləndirilən şəxs1 onunla barışmağa cəhd etsə də, o, sonuncunu ona camaat arasında ağır söyüşlərlə söydüyünə və onu döyərərək, qabırğasını sındırmasına görə bağışlamır. Sonda, Ə.T.Hacıyev Təqsirləndirilən şəxs1 bağışlamadığını bildirərək, sonuncu barədə qanuna müvafiq cəza verilməsini, özünün isə hər hansı cinayət törətmədiyinə görə barəsində barəət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, barəsində ittiham irəli sürülmüş şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə və Ə.T.Hacıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onların təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayır və Təqsirləndirilən şəxs1 onun qardaşıdır. X3 isə onun həmkəndlisidir və sonuncu ilə onun arasında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. 13 iyul 2023-cü il tarixdə o, idarə etdiyi “VAZ 21074” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhərindən yaşadığı kəndə qayıtdığı zaman Ə.T.Hacıyev öz velosipedi ilə qəflətən yola çıxmış və o, son anda idarəetməni itirməyərək maşını döndərə bilmişdir. Həmin vaxt nəqliyyat vasitəsində onunla birlikdə qardaşı Təqsirləndirilən şəxs1 də olmuşdur. O, nəqliyyat vasitəsini dayandırdıqdan sonra Təqsirləndirilən şəxs1 maşından düşmüş və Ə.T.Hacıyevi maşının qabağına qəflətən çıxdığına görə söymüşdür, lakin həmin vaxt tərəflər arasında heç bir münaqişə baş verməmiş və sonuncu velosipedini saxlamayaraq, Biləsuvar şəhəri istiqamətində hərəkət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 də nəqliyyat vasitəsinə minmiş və onlar həmin yerdən uzaqlaşmışlar. Həmin gün saat 11 radələrində o, yaşadığı kənddə sınıqçı yanına gəlmiş müştərilərini Biləsuvar şəhərinə aparmış və kəndə geri qayıtmışdır. O, kənd ərazisində yerləşən evlərinə çatdığı zaman Ə.T.Hacıyev onu saxlamış və onu kimin söydüyünü soruşmuşdur. Bundan sonra onlar arasında mübahisə başlamış və səsküyə Təqsirləndirilən şəxs1 də gəlmişdir. Təqsirləndirilən şəxs1 Ə.T.Hacıyevə onu özünün söyməsini bildirmiş və təkrarən nalayiq ifadələr işlətmişdir. Həmin vaxt qəflətən Ə.T.Hacıyev Təqsirləndirilən şəxs1 üzərinə hücum çəkmiş və sonuncunun sağ gözünə yumruqla bir zərbə endirmişdir. O, qardaşı ilə Ə.T.Hacıyevi ayırmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 münaqişəni uzatmamış və Ə.T.Hacıyev isə dərhal velosipedinə minərək, hadisə yerindən uzaqlaşmışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs1 Ə.T.Hacıyevi döyməmiş, əksinə sonuncu onun qardaşının göz nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Məhkəmə iclasında dindirilmiş, iş üzrə canlı şəxsin ekseprtizası üzrə rəy vermiş Şahid2 göstərdi ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Cəlilabad rayon şöbəsində ekspert vəzifəsində işləyir və Biləsuvar rayonunda məhkəmə-tibb eksperti vəzifəsi vakant olduğuna görə Biləsuvar rayonu üzrə də təyin edilmiş məhkəmə-tibb ekspertizalarına dair rəylər onun tərəfindən verilir. X3 barəsində 20 iyul 2023-cü il tarixli, 699 saylı ekspert rəyi onun tərəfindən tərtib edilmişdir. Belə ki, o, müayinə zamanı Ə.T.Hacıyevin bədəni üzərində sağ tərəfli 6-cı qabırğanın sınığı, döş qəfəsinin sağ yarısında qançır, burun və sağ dirsək oynağı nahiyyəsində sıyrıq xəsarətləri aşkar etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli, 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı”nın 3.1.2 11-12-ci bəndinə əsasən qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı yüngül xəsarətlər sırasına daxil edldiyinə görə onun Ə.T.Hacıyevin bədəni üzərində aşkar etdiyi sağ tərəfli 6-cı qabırğanın sınığı xəsarəti az ağır xəsarətlər sırasına daxil olmuşdur. Həmçinin Ə.T.Hacıyevin döş qəfəsinin sağ yarısının ön hissəsində, sağ ön qoltuq xətti üzrə 6 və 7-ci qabırğalar səviyyəsində aşkar edilmiş 5,2x3 sm ölçüdə periferirik hissələri sarıya çalan yaşımtıl rəngli qeyri-müəyyən formalı qançır həmin xəsarətin 6-7 gün əvvəl baş verməsini göstərmişdir və buna görə də o, tərtib etdiyi rəydə Ə.T.Hacıyevin bədəni üzərində aşkar etdiyi xəsarətlərin əmələ gələ tarixinin ekspertiza təyin edilməsi barədə qərarda göstərilmiş tarixə, yəni 13 iyul 2023-cü il tarixə uyğun gəldiyini göstərmişdir. Bundan başqa, o bildirdi ki, Ə.T.Hacıyevin bədəni üzərində aşkar etdiyi az ağır xəsarətlər sonuncunun ağır iş görməsini və ya hər hansı işlə məşğul olmasını istisna etmir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 20 iyul 2023-cü il tarixli, 682 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 “sağ göz yuvası ətrafında qançır və sağ gözün ağlı qişasına yayılmış qansızma” xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti 13 iyul 2023-cü il tarixə uyğun gəlir və qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasının 20 iyul 2023-cü il tarixli, 699 saylı rəyindən görünür ki, X2 “sağ tərəfli 6-cı qabırğanın sınığı, döş qəfəsinin sağ yarısında qançır, burun və sağ dirsək oynağı nahiyəsində sıyrıq” xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti 13 iyul 2023-cü il tarixə uyğun gəlir və qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olduğu üçün sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə və Ə.T.Hacıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə də təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Ə.T.Hacıyevə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Ə.T.Hacıyevin yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ə.T.Hacıyevin himayəsində 3 uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Ə.T.Hacıyevin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Ə.T.Hacıyevin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə də təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Ə.T.Hacıyevin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası X1 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli X1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-141/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-141/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver