Məhkəmə qərarları › İş №1(022)-141/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-141/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-141/2024 29.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2000-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 226-cı maddəsinin 2-ci hissəsilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkərkən törətdiyi cinayətə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 iyul 2008-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 226-cı maddəsinin 234.4.2, 234.4.3-cü maddələri ilə 10 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən 27 sentyabr 2000-ci il tarixli hökmü ilə birləşdirilməklə üzərində qəti olaraq 10 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 21 avqust 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il, 08 ay, 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 66.5-ci maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 yanvar 2022-il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, 05 iyul 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Biləsuvar şəhər, 1 may küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində 04 may 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,009 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, daşıyaraq saxlamış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 26 iyun 2024-cü il tarixdə saat 19:30 dəqiqədə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Yovşan” klinikasının yaxınlığında olan zaman şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş, təmiz çəkisi 1,009 qram olan xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, 1 May küçəsi, ev 71-də qeydiyyatda olmaqla, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən qardaşı Rasim Abbasova məxsus evdə müvəqqəti yaşayır, lakin daimi yaşayış yeri yoxdur. 27 sentyabr 2000-ci il tarixdə külli miqarda narkotik vasitələr daşıdığı üçün 09 il azadlıqdan məhrum edilmişdir, 28 avqust 2008-ci il tarixdə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkərkən yenidən külli miqarda narkotik vasitələr daşıdığı üçün 10 il, 06 ay azadlıqdan məhrum edilmişdir. 2018ci ildə azadlığa çıxmışdır. 2021-ci il tarixdə narkotik vasitə istifadə etdiyinə görə 03 il azadlıqdan məhrum edilmişdir, təxminən 08 ay bundan əvvəl azadlığa çıxmışdır. 02 may 2024-cü il tarixdə üzərində psioxtrop maddə metamfetamin olduğu zaman Biləsuvar Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. 25 iyun 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində məscidinin yaxınlığında piyada hərəkətdə olan zaman yerdən bir ədəd bükülü tapmış, açıb baxdıqda bükülünün içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. O, psixotrop maddə metamfetamin istifadəçisi olduğu üçün həmin büküldəki metamfetamini gələcəkdə istifadə etmək məqsədi ilə cibimə qoymuşdur. 26 iyun 2024-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Yovşan” klinikasının yaxınlığında Biləsuvar şəhəri, İcra Hakimiyyəti istiqamətində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Biləsuvar Rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X4 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoysun. O da əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içərisində özünün istifadə etməyi üçün psixotrop maddə metamfetamin vardır, özünə məxsusdur və həmin metamfetamini Biləsuvar şəhəri ərazisində piyada hərəkətdə olan zamanı yerdən tapmışdır. Daha sonra üzərimdə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Həmin bükülüyə baxış zamanı içərisində psixotrop maddə metamfetamin olması, elekron tərəzidə çəkilən zaman 1,28 qram olması müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və o da həmin protokolu imzalamışdır. Həmin psixotrop maddə metamfetamini saxlanılmamışdan təxminən 1 saat əvvəl Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən məscidin yaxınlığından tapmış şəxsi istifadəsi üçün üzərimdə saxlamışdır. Həmin psixotrop maddə metamfetamini satmaq fikri olmamışdır. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün tərəfindən 26 iyun 2024-cü il tarixdə əməliyyat- axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında şöbə rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı X3 və rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 26 iyun 2024-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev prospektində “Yovşan” klinkasının yaxınlığında piyada hərəkətdə olarkən əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra onu rayon polis şöbəsinə gətirmişlər. O bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Xanlar Alışova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. O, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X4 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Fədai Quliyev dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd şəffaf rəngli sellofana bükülmüş büklünü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülüdəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddəni Biləsuvar şəhəri ərazisində yerdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 1,28 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Nə şəxsi axtarış keçirilən zaman, nə də ki, saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət razılığı ilə olmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş büklünü təqdim edərək həmin bükülünün içərisində özünün istifadəsi üçün psixotrop maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində metamfetaminə bənzər psixotrop maddə olması müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş metamfetaminə bənzər psixotrop maddə sellofan bükümlə birlikdə çəkildikdə 1,28 qram olması müəyyən edilmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs təhqiqatçı Xanlar Alışov tərəfindən ona verilən suallara cavab olaraq üzərindən aşkar edilərək götürülmüş metamfetaminə bənzər psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Biləsuvar şəhəri ərazisindən tapmasını, öz şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs müdafiəçisi Fədai Quliyev tərəfindən verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamasını, döyülməməsini və xəsarət almadığını, buna görə də bununla bağlı polis əməkdaşlarından şikayətinin olmamasını bildirmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. ( i.v. 109) İlkin araşdırma zamanı 26 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkliş aparılmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. ( i.v. 34, 131-135) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 27 iyun 2024-cü il tarixli 19/526 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü...» sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 1,009 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,009 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,959 qram. (i.v. 39-41) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 iyul 2024-cü il tarixli 578 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 119) “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza X1 Bölməsinin 27 iyun 2024-cü il tarixli 19/526 nömrəli, Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının 08 iyul 2024-cü il tarixli 578 nömrəli rəyi, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, ilkin araşdırma zamanı 26 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkliş aparılmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ümumi çəkisi 1,28 qram göstərilsə də məhkəmə fiziki-kimyəvi ekspertizasının müvafiq rəyi ilə həmin psixotrop maddə metamfetaminin 1,009 qram olmasının nəzərə alınması, psixotrop maddə metamfetaminin 1,009 qram ümumi çəkisinin tədqiqatdan sonrakı 0,959 qram qalığının maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü rayon polis şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. (i.v.131-136) “Şübhəli şəxsin tutulması haqqında” 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 26 iyun 2024-cü il tarixdə, saat 19:45-də tutulmuşdur. (i.v. 24) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.87-88) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 01 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2000-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 226-cı maddəsinin 2-ci hissəsilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkərkən törətdiyi cinayətə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03 iyul 2008-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 226-cı maddəsinin 234.4.2, 234.4.3-cü maddələri ilə 10 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən 27 sentyabr 2000-ci il tarixli hökmü ilə birləşdirilməklə üzərində qəti olaraq 10 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 21 avqust 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il, 08 ay, 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 66.5-ci maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 yanvar 2022-il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, 05 iyul 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. (i.v. 116-118) Biləsuvar Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 1-(22)-125/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahid ifadəsi, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti birinci iş üzrə hökm çıxarılmazdan əvvəl yəni 28 avqust 2024-cü il tarixdən əvvəl 26 iyun 2024-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur; 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Yuxarıda göstərilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunduğu cinayətlər üzrə məhkumluqları ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3-cü maddəsinə əsasən Cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: 18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; 18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə. Göründüyü kimi Təqsirləndirilən şəxs ağır cinayətlər üzrə cəzadan azad edildiyi gündən alti il və az ağır cinayətlər üzrə cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluqları ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə hər hansı ardıcıllıqla 3 dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs olduğundan xüsusi təhlükəli residiv sayılır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən az ağır cinayət törətməyə görə əvvəllər üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, törətdiyi əməldə xüsusilə təhlükəli residivin olduğunu nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası Biləsuvar Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 1-(22)-125/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 iyun 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən az olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 iyul 2024-cü il tarixli 578 nömrəli rəyinə və Cinayət Məcəlləsinin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,959 qram olan psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 26 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində Biləsuvar Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 1-(22)-125/2024 nömrəli hökmü ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnа hazırkı hökmlə təyin edilən 02 (iki) il 06 (altı) аy müddətinə azadlıqdan məhrum etmə cəzası Biləsuvar Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 1(022)-125/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq Təqsirləndirilən şəxsnа çəkilməsi üçün 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi xüsusi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,959 qram olan psixotrop maddə olan metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar